Uşaqlarda reflüks-ezofaqit xəstəliyi
Reflüks - ezofaqit qida borosunun aşağı hissəsinin zədələnməsi olub, mütəmadi və spontan olaraq, mədə şirəsi və möhtəviyyatının qida burusuna qayıtmasıdır.
Qida borusu patologiyası son illərdə uşaq qastroenteroloq və cərrahlarının böyük diqqətinə səbəb olub. Bu, onunla əlaqədardır ki, mədənin turş mühitinin qida borusuna geriyə atışı (reflüks) seliyin ciddi dəyişikliyinə və müxtəlif ağırlıqlı iltihabi proseslərə (ezofaqit) səbəb olur. Belə olan halda, bir çox xəstəliklərin (əgər mövcuddursa) gedişatı ağırlaşır. Reflüks-ezofaqit uşaqların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır və valideynlər üçün kifayət qədər problem yaradır. Adıçəkilən xəstəlik müasir dövrdə qida borusunun ən geniş yayılmış xəstəliklərindən biridir.
Qarın boşluğundakı təzyiq döş qəfəsindəkindən xeyli artıqdır. Normalda mədə möhtəviyyatı qida borusuna düşə bilmir. Belə ki, qida borusunun aşağı hissəsindəki əzələ sfinkteri əyilmiş vəziyyətdə olur və buna maneçilik törədir.
Normalda qidanın geri qayıtması qida borusunun möhkəm sıxılmış sfinkterinin heabına baş vermir. Bəzən sağlam uşaqlarda qısamüddətli reflüks müşahidə edilir - bu, gün ərzində 1-2 dəfə baş verir, qısa müddət davam edir və normal hesab edilir.
Uşaqlarda reflüks-ezofaqit xəstəliyinin inkişafına aşağıdakı fəktorlar təsir edir:
Reflüksün yaranmasından növbəti reflüksün yaranmasınadək uşaqda müxtəlif əlamətlər üzə çıxır. Onların qarşısını vaxtında almaq lazımdır ki, ağırlaşmalar baş verməsin.
Bu əlamətlər aşağıdakılardır:
Müəyyən yaş dövrünədək südəmər uşaqlarda reflüks norma sayılır və həzmetmə traktının inkişafı sona çatdıqdan sonra - 10 yaşınadək özü keçib gedir. Uşaq fiziki inkişafdan qaldıqda, çəki itirərsə, çəki artımı dayanarsa və digər narahatlıq yaradan simptomlar üzə çıxarsa, müalicəyə başlamaq vacibdir.
Südəmər və ya daha yuxarı yaşlı uşaqlarda müalicəyə qida rejimininə nəzarətlə başlanır.
Bu, aşağıdakılardan ibarətdir:
Daha yuxarı yaşlı uşaqlara qıcqırma zamanı saqqız çeynəmək tövsiyə olunur. Belə ki, saqqızdan istifadə çox miqdarda tüpürcək ifraz edir, bu isə öz növbəsində, qələvi reaksiya keyfiyyətinə malik olduğundan reflüks zamanı yaranan mədə şirəsinin turş mühitini “söndürür”. Lakin saqqızın 15-20 dəqiqədən artıq müddətdən çeynənməsi mədə şirəsinin aktiv ifrazına səbəb olur, bu isə xoşagəlməz hallarla nəticələnə bilər.
Dərman terapiyası xəstəliyin ilkin mərhələlərində (birinci və ikinci) təyin edilir. Təyinat lazımi müayinələr aparıldıqdan və pasiyentin fərdi xüsusiyyətləri nəzərə alınaraq verilir.
Tətbiq olunan preparatlar aşağıdakılardır:
Bu preparatların qəbulu siptomatik terapiyaya aid olub, xəstəliyin səbəbini aradan qaldırmır.
Tez-tez və çoxlu miqdarda baş verən reflüks zamanı uşağın orqanizmində susuzlaşma baş verir və su-elektrolit balansı pozulur. Belə hallarda müalicə infuzion məhlullardan istifadə edilməklə stasionarda aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az