uşaqlarda reflüks-ezofaqit xəstəliyi

Uşaqlarda reflüks-ezofaqit xəstəliyi

9219
Müəllif: Pediatr Xəyalə Nağıyeva

Paylaşıldı: 21.07.2018
HekimTap Pro

Uşqlarda reflüks-ezofaqit xəstəliyi nədir?

Reflüks - ezofaqit qida borosunun aşağı hissəsinin zədələnməsi olub, mütəmadi və spontan olaraq, mədə şirəsi və möhtəviyyatının qida burusuna qayıtmasıdır.

Qida borusu patologiyası son illərdə uşaq qastroenteroloq və cərrahlarının böyük diqqətinə səbəb olub. Bu, onunla əlaqədardır ki, mədənin turş mühitinin qida borusuna geriyə atışı (reflüks) seliyin ciddi dəyişikliyinə və müxtəlif ağırlıqlı iltihabi proseslərə (ezofaqit) səbəb olur. Belə olan halda, bir çox xəstəliklərin (əgər mövcuddursa) gedişatı ağırlaşır. Reflüks-ezofaqit uşaqların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır və valideynlər üçün kifayət qədər problem yaradır. Adıçəkilən xəstəlik müasir dövrdə qida borusunun ən geniş yayılmış xəstəliklərindən biridir.

Qarın boşluğundakı təzyiq döş qəfəsindəkindən xeyli artıqdır. Normalda mədə möhtəviyyatı qida borusuna düşə bilmir. Belə ki, qida borusunun aşağı hissəsindəki əzələ sfinkteri əyilmiş vəziyyətdə olur və buna maneçilik törədir.

Normalda qidanın geri qayıtması qida borusunun möhkəm sıxılmış sfinkterinin heabına baş vermir. Bəzən sağlam uşaqlarda qısamüddətli reflüks müşahidə edilir - bu, gün ərzində 1-2 dəfə baş verir, qısa müddət davam edir və normal hesab edilir.  

Uşqlarda reflüks-ezofaqit xəstəliyinin yaranma səbəbləri

Uşaqlarda reflüks-ezofaqit xəstəliyinin inkişafına aşağıdakı fəktorlar təsir edir:

  • Qida borusu bağırsaq keçidi əzələlərini zəiflədən bir çox qida məhsulları (şokolad, sitruslar, pomidor) - onlar reflüksların tez-tez yaranmasına şərait yaradır.
  • Qida borusu əzələlərini yumşaldan preparatların (nitratlar, kalsium antaqonistlər, eufillin, bəzi yuxugətiricilər, sedativ-işlədicilər, hormonlar, prostoqlandinlər).
  • Qida rejiminin pozulması - qidanın həddindən artıq və ya normadan az qəbul edilməsi.

Uşaqlarda reflüks-ezofaqitin əlamətləri

Reflüksün yaranmasından növbəti reflüksün yaranmasınadək uşaqda müxtəlif əlamətlər üzə çıxır. Onların qarşısını vaxtında almaq lazımdır ki, ağırlaşmalar baş verməsin.

Bu əlamətlər aşağıdakılardır:

  • Gəyirmə - reflüksün xarakterik əlamətidir. Bu, qida qəbulundan və istənilən fiziki yüklənməndən asılı olmayaraq yaranır. 
  • Yemək vaxtı və ya yeməkdən sonra qarının yuxarı hissəsində ağrı və yanğı hissi. Nəticədə uşaq yeməkdən imtina edir, narahat və ağlağan olur. Bu ağrılar oturaq və ya uzanılı vəziyyətdə, müxtəlif hərəkət və ya yüngül fiziki yüklənmə nəticəsində şiddətlənir. 
  • Tədricən dişlər salam olsa belə, ağızdan xoşagəlməz qoxu gəlir. Nəticədə uşağın süd dişləri sıradan çıxır. 
  • Qəbizlik, ishal, meteorizm.

Uşqlarda reflüks-ezofaqit xəstəliyinin müalicəsi

Müəyyən yaş dövrünədək südəmər uşaqlarda reflüks norma sayılır və həzmetmə traktının inkişafı sona çatdıqdan sonra - 10 yaşınadək özü keçib gedir. Uşaq fiziki inkişafdan qaldıqda, çəki itirərsə, çəki artımı dayanarsa və digər narahatlıq yaradan simptomlar üzə çıxarsa, müalicəyə başlamaq vacibdir. 

Südəmər və ya daha yuxarı yaşlı uşaqlarda müalicəyə qida rejimininə nəzarətlə başlanır.

Bu, aşağıdakılardan ibarətdir:

  • Qidanın kiçik porsiyalarla verilməsi;
  • Reflüksü istisna etmək məqsədilə uşağı yeməkdın sonra bir müddət şaquli vəziyyətdə saxlamaq;
  • Yeməkdən sonra istənilən fiziki aktivlikdən imtina etmək;
  • Erkən axşam yeməyinin yuxudan bir neçə saat əvvəl vermək;
  • Dar paltarlar və kəmərlərdən imtina etmək.

Daha yuxarı yaşlı uşaqlara qıcqırma zamanı saqqız çeynəmək tövsiyə olunur. Belə ki, saqqızdan istifadə çox miqdarda tüpürcək ifraz edir, bu isə öz növbəsində, qələvi reaksiya keyfiyyətinə malik olduğundan reflüks zamanı yaranan mədə şirəsinin  turş mühitini “söndürür”. Lakin saqqızın 15-20 dəqiqədən artıq müddətdən çeynənməsi mədə şirəsinin  aktiv ifrazına səbəb olur, bu isə xoşagəlməz hallarla nəticələnə bilər.

Uşqlarda reflüks-ezofaqit xəstəliyi - medikamentoz müalicə

Dərman terapiyası xəstəliyin ilkin mərhələlərində (birinci və ikinci) təyin edilir. Təyinat lazımi müayinələr aparıldıqdan və pasiyentin fərdi xüsusiyyətləri nəzərə alınaraq verilir.

Tətbiq olunan preparatlar aşağıdakılardır:

  • Proton pompa inhibitorları (omeprazol, pantaprazol) - onlar duz turşusunun yaranmasının qarşısını alır. Omeprazol uşaqlarda reflüks müalicəsinin “qızıl standart”ı hesab olunur.
  • Histamin reseptorlarının H-2 blakatorları (Ranitidin, Famotidin) - mədə şirəsinin turşuluğunu aşağı salır.
  • Antasidlər: onların istifadəsində  məqsəd duz turşusunun normallaşdırılması, zədələnmiş seliyin bərpa edilməsidir;
  • Qidanın həzm olunmasını yaxşılaşdıran ferment preparatları;
  • Meterorizmə qarşı preparatlar.

Bu preparatların qəbulu siptomatik terapiyaya aid olub, xəstəliyin səbəbini aradan qaldırmır.

Tez-tez və çoxlu miqdarda baş verən reflüks zamanı uşağın orqanizmində susuzlaşma baş verir və su-elektrolit balansı pozulur. Belə hallarda müalicə infuzion məhlullardan istifadə edilməklə stasionarda aparılır. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az