Burun-dodaq büküşünün korreksiyası

Burun-dodaq büküşünün korreksiyası

Burun-dodaq büküşünün korreksiyası nədir?     Burun-dodaq büküşünün tam formalaşması 30 yaşadək tamamlanır və o, məhz bu dövrdən etbarən qadınları daha yaşlı göstərməyə başlayır. Bu problemi aradan qaldırmağın ən müasir və asan yolu burun-dodaq büküşünün korreksiyasıdır.  Prosedur kifayət qədər asan həyata keçirilir və fillerləri dəri altına yeridilməkdən ibarətdir. Məhz bu filterlərin sayəsində toxumalar itirilmiş həcmini bərpa edir. Bu biogellər uzun müddət dəri altında qalır və tədricən təbii yolla bədəndən xaric olunur.  Burun-dodaq büküşünün korreksiyası necə həyata keçirilir? Prosedur 20 dəq.-dək davam edir, bərpa müddəti müddəti 1-3 gündür. Burun-dodaq üçbucağının görünüşünü yaxşılaşdırmaq üçün bir seans kifayət edir. Burun-dodaq büküşünün korreksiyası nəticəsində  qırışlar aradan qalxır, dəri hamar və sağlam görkəm alır.  Əldə olunan nəticə fərdi xüsusiyyətlərdən asılı olaraq (yaş, maddələr mübadiləsinin sürəti və s.) 8 aydan - 1,5 ayadək qorunub saxlanılır.  Burun-dodaq büküşünün korreksiyasının üstünlükləri hansılardır? Gialuron turşusu - dərinin təbii komponentidir. Onun dəridəki miqdarı yaş ötdükcə azalır. Adıçəkilən korreksiya vasitəsilə  gialuron maddəsi ehtiyatları bərpa olunur, dəri cavanlaşır və nəmlənir. Digər üstünlüklər: - Nəticə dərhal nəzərə çarpır; - Heç bir yan təsiri yoxdur; - Dəriyə müdaxilənin izləri qalmır; - Digər prosedurlarla (məsələn, botulinoterapiya) yanaşı həyata keçirmək mümkündür; - Xüsusi hazırlıq tələb etmir; - Yaşa bağlı defektləri aradan qaldırır. Burun-dodaq büküşünün korreksiyasına göstərişlər  - Burun-dodaq büküşündə qırışlar; - Dərinin kövşəkliyi, bu nahiyədə elastikliyin itirilməsi; - Burun-dodaq büküşünün böyüməsi; - Üz konturunun düz olmaması, cizgilərdəki harmoniyanın pozulması. Burun-dodaq büküşünün korreksiyasına əks-göstərişlər - Fillerlərə qarşı aşırı həssaslıq;  - Hamiləlik; - Laktasiya; - Onkoloji xəstəliklər; - Qan laxtalanması problemləri.

Paylaşıldı: 08.01.2020

Övladım niyə pəncə üzərində yeriyir?

Övladım niyə pəncə üzərində yeriyir?

Övladım niyə pəncə üzərində yeriyir? Əziz valideynlər hər şeydən öncə övladınızda bu tip hallarla rastlaşırsınızsa, ilk öncə həkim-pediatrla məsləhətləşməlisiniz. Əgər ehtiyac olarsa, o sizi nevroloq və ya travmatoloqa yönləndirə bilər. Barmaq ucunda gəzmə -Yenicə yeriməyə başlayan uşaqlarda bu fizioloji vəziyyət sayılır və adətən 2-3 yaşına qədər aradan qalxır. Övladınızın 2 yaşına qədər pəncəyə daha çox yüklənib, “barmaq ucunda gəzməsi”, yeriyərkən ayaqlarını içəri və ya çölə doğru atması onurğanın əyriliklərinin hələ tam formalaşmaması, koordinasiya sisteminin hələ tam inkişaf etməməsi ilə bağlı ola bilər və uşağın inkişaf dövründə normal yeriş təmin olunur. 1-3 yaş arası uşaqlarda barmaq ucuna qalxma - İDİOPATİK PƏNCƏ YERİŞİ çox sıx görülən hallardandır. Bu halda rutin nevroloji müayinədə əzələ tonusu artımı, patoloji reflekslərin olması, dərin vətər reflekslərində artma və ya azalma müşahidə olunmur. 3 yaşadək yeriş düzəlir,uşaq daban təmasını artırır. Uşaqlarda alışqanlığa bağlı pəncə üzərində yerimə vərdişi də yarana bilər.Bu adətən, daban təması zamanı hissiyyatla bağlı problemi olan, emosional həssas, hiperaktiv uşaqlarda daha sıx rast gəlinir ki, bu zaman mərkəzi və periferik sinir sisteminə təsir edən xüsusi duyğu bütünləmə terapiyalarından, ayaqlara xüsusi yük bağlanmış halda yerişdən istifadə olunur. Qeyd: Bu prosedurları yalnız mütəxəssislər həyata keçirməlidir! Yuxarıda göstəriən xoşxarakterli pəncə yerişi formaları ilə birgə Uşaq serebral iflici, Onurğa beyni və əzələ sisteminin bir sıra xəstəlikləri, Axill vətərinin qısa olması, Motor koordinasiya və davranış pozğunluqları, Autizm kimi bir sıra ciddi problemlərə də uşaq barmaq ucuna istinad edərək yeriyə bilər. Bu zaman həkimin təyinatına əsasən xüsusi müalicəvi bədən tərbiyəsi, fizioterapevtik məşğələlər tətbiq oluna bilər. Axill vətərinin qısa olması halında müalicəvi bədən tərbiyəsindən əlavə travmatoloji əməliyyat vasitəsilə də problem aradan qaldırıla bilər. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 05.01.2020

Neyrofizioloji müayinə üsulları

Neyrofizioloji müayinə üsulları

Neyrofizioloji müayinə üsulları nədir?   Neyrofizioloji müayinə üsulları - müxtəlif patologiyalar zamanı mərkəzi və periferik sinir sistemi funksional vəziyyətinin qiymətləndirmə üsullarıdır. Bu müayinə üsullarına elektroensefaloqrafiya (EEQ), elektroneyromioqrafiya (ENMQ), uyarılmış görmə potensialları (VEP pattern) və s. aiddir. EEQ EEQ - başın üst səthində tüklü hissəyə elektrodlar yerləşdirməklə beyin qabığının funksional bioelektrik aktivliyini müayinə edən üsuldur. Bu müayinə üsulunun məqsədi: baş beyin qabığının oyanıq və yuxu halında normal funksional aktivliyini qiymətləndirmək; anormal fəaliyyəti aşkar etmək; patologiyanın diffuz və ya ocaqlı olduğunu aşkar etmək; ocaqlı patologiyanın lokalizasiyasını dəqiqləşdirmək; paroksizmal aktivliyi, epileptik aktivliyi aşkar etmək, xarakterini, yayılma səviyyəsini dəqiqləşdirmək; uşaqlarda yaşa görə funksional aktivliyin formalaşmasını dəyərləndirmək; nevroloji funksiyalarda, nitqin, motorikanın, davranışın, vegetativ funksiyaların tutmaşəkilli hallarını defferensə etmək; müalicəyə dinamik nəzarət; proqnoz vermək. Beyin ölümünün dəqiqləşdirilməsi. EEQ-yə göstərişlər epilepsiya, bayılma, sinkopa, huşun itməsi; kəllə - beyin travması; qıcolma sindromu; şişlər neyroinfeksiya, hipotalamik disfunksiya; beyin ölümü, koma, sopor təyin etmək. EEQ - oyanıq və yuxu halında aparıla bilir. Müasir zamana uyğun olaraq video EEQ monitorinq daha məsləhətlidir. Xəstənin şikayəti və klinikasına müvafiq olaraq, cəkiliş şəraiti həkim tərəfindən seçilir. Ehtiyac olduqda yuxu deprivasiyası fonunda və ya uzunmüddətli videomonitorinqlər aparılır. Bu, əsasən, epilepsiya və qeyri-epileptik paroksizmlərin differensasiyası ücün dəyərli olub, xəstənin uzunmüddətli video və yazı cəkilişidir. EEQ-nin üstünlükləri: invaziv metod deyil; yaxşı öyrənilmiş, təsdiqini tapmış müayinə metodudur; asanlıqla həyata keçirilir; hazırlıq tələb etmir və tətbiqinə məhdudiyyət yoxdur; ENMQ ENMQ- periferik sinir - əzələ keçriciliyini, əzələləri funksional müayinə edən yeganə metoddur. ENMQ vasitəsilə aşağıdakılar müəyyən edilir: sinir liflərindən impulsun keçmə sürəti; periferik sinirlərin zədələnmə lokalizasiyası; elektrik qıcığına cavab olaraq əzələnin yığılma qabiliyyəti. ENMQ-yə göstərişlər periferik sinir və sinir kələfləri travmaları; tunel sindromu; polineyropatiyalar; dağınıq skleroz; yan amiotrofik skleroz; Parkinson sindromu; miasteniya; patoloji əzələ yorğunluğu; Şarko-mari nevral amiotrafiya; nevrit və nevropatiyalar. ENMQ-nin üstünlükləri: sinir - əzələ keçiriciliyini müayinə edən yeganə metoddur; zədələnmə lokalizasiyasını, xarakterini, dərəcəsini, tipini dəqiqləşdirməyə yardım edir. müalicə dinamikasını izləməyə və proqnoz barədə məlumat ücün yardım edir; müalicə dinamikasını izləməyə və proqnoz barədə məlumat ücün şərait yaradır; yaxşı öyrənilmiş və təsdiqini tapmış metoddur. ENMQ 2 üsulla aparılır - stimulyasion və iynəli ENMQ. Stimulyasion ENMQ - periferik sinir impulsunun ötürülməsi pozulduqda və ya periferik sinirlər zədələndikdə əhəmiyyətlidir: İynəli ENMQ -onurğa beynin zədələnməsi və skelet əzələlərinin zədələnməsinin diaqnostikasında əhəmiyyətlidir. Kompleks ENMQ - müxtəlif oxşar kliniki halların differensasiyası ücün aparılır. Əks göstərişlə: elektrokardiostimulyator qoymuş xəstələrə olmaz; epilepsiya xəstələri ehtiyatlı olmalıdır; müayinədən qabaq antikoaqulyant, miorelaksant, sinir-əzələ keçiriciliyini artıran preparatları qəbul etmək məsləhət deyil. VEP pattern Reversiv pattern stimulyasiyasına görmə qabığının cavablarının qeydiyyatı aparılır. Bu üsul görmə sinirinin keçiriciliyini torlu qişadan beyin qabıgının görmə mərkəzinə qədər öyrənir. VEP pattern-ə göstərişlər ambliopatiya; okulyar hipertenziya; diabetik retinopatiya; dağınıq skleroz; retrobulbar nevrit; işemik, toksik və ya metabolik optik neyropatiya və s. VEP pattern-in üstünlükləri: yaxşı öyrənilmiş, təsdiqini tapmış müayinə metodudur; həm periferik, həm də mərkəzi sinir sisteminin vəziyyəti haqqında obyektiv informasiya verir; şəkərli diabet, görmə siniri travması, qlaukoma kimi xəstəliklərdə görmə pozuntularına dair proqnozlar verməyə şərait yaradır; asanlıqla aparılan metoddur.

Paylaşıldı: 04.01.2020

EPİLEPSİYA

EPİLEPSİYA

Epilepsiya nədir?  Epilepsiya - baş beynin təkrarlanan tutmalar ilə muşayiət olunan xroniki xəstəliyidir. Əhali arasında yayılması 1-3 % olan bu xəstəliyə, əsasən, uşaq və yeniyetmələrdə rast gəlinir. Valideynlərin birində epilepsiya olarsa, onun uşaqlarda əmələgəlmə ehtimalı 2-5 %-dir. Epileptik tutma muxtəlif hərəki, psixi, vegetativ, funksional pozuntulara gətirib çıxarır ki, buna səbəb baş beynin boz maddəsində yüksək neyronal yüklənmədir.  Epilepsiyanın əlamətləri hansılardır?  Epileptik tutmaların əlamətləri dəyişkəndir və pozuntuların beynin hansı nahiyəsində başlayıb, nə dərəcədə yayılmasına görə fərqlənir. Praktik nöqtəyi nəzərdən tutmalar iki növə bölünür:  - birincili generalizə olunmuş tutmalar  - tonik-klonik tutmalar (grand mal), absanslar (petit mal); - parsial tutmalar - (sadə, mürəkkəb, ikincili generalizə olunmuş). Epileptik tutma iki faktorun kombinasiyasından yaranır: epileptik ocağın aktivliyi və beynin qıcolma hazırlığı. Bəzən tutmadan əvvəl aura (tutmaöncəsi hal) müşahidə olunur. Tutmaları provokasiya edən səbəblər ola bilər ki, onlar “trigger” adlanır. Triggerlərə yuxusuzluq, infeksiyalar, nikotin, alkoqol istifadəsi, aclıq və ya çox yemək, səs-küy, sayrışan işıqlanma və s. aid etmək olar.   Tutma, adətən 1-3 dəq. davam edir, bu zaman xəstə huşunu itirə bilər, bəzən qeyri-iradi olaraq sidik ifrazı və defekasiya müşahidə edilir. Tutmadan sonra xəstə yuxulu və yorğun vəziyyətə düşür. Bəzən tutma ani olub, nə xəstə, nə də ətrafdakılar tərəfdən hiss olunur. Elə hallar da olur ki, tutmalar epileptik status (tutmalar ara vermədən baş verir) şəklini alır və bəzən ölümlə nəticələnə bilər.   Epilepsiyanın yaranma səbəbləri Epilepsiyanın yaranma səbəbləri bu qruplara bölünür:  struktur, genetik, infeksion, metabolik, immun və naməlum etioloji faktor.  Onlara aiddir: - beynin doğuşöncəsi və ya perinatal dövrdə (hipoksiya və ya doğuş travması, doğuş zamanı çəkinin aşağı olması) zədələnməsi;  - baş-beyin  travması; - insult; - beyin infeksiyaları, məsələn, meningit, ensefalit, neyrosistiserkoz; - bəzi genetik sindromlar; - beyin şişi. Epilepsiyanın diaqnostikası necə aparılır? Diaqnostika ətraflı toplanmış anamnez, kliniki əlamətlər, EEQ və MRT əsasında qoyulur. Bəzən həkimin təyinatına uyğun olaraq, rutin EEQ, yuxu deprivasiyalı EEQ və video - EEQ monitorinq təyin edilir.  Epilepsiya necə müalicə olunur? - medikamentoz; - ketogen pəhriz; - azan sinirin elektrosimulyasiyası; - cərrahi müdaxilə. Müasir dövrdə geniş spektorlu qıcolma əleyhinə preparatların tətbiqi epileptik xəstələtin tutmalarını aradan qaldırır və həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.  Epilepsiya tutmalarının qarşısını profilaktik tədbirlərlə almaq mümkündür. Pasiyentlərin 70%-i lazımi preparatların qəbulu sayəsində tutmalarsız yaşaya bilirlər. Bunun üçün gündəlik olaraq müvafiq dərmanarın mütəmadi qəbulu yetərlidir.   Pasiyentdə iki il ərzində tutma müşahidə olunmazsa, dərmanların azaldılması nəzərdən keçirilə bilər.  Epilepsiyanın profilaktikası necə aparılır? Epilepsiyanın  inkişaf mexinizmi tam öyrənilmədiyindən onun spesifik profilaktikası yoxdur.  Ümumi tövsiyələr kimi, sağlam həyat tərzini, spirtli içki, tütün istifadəsi və narkotiklərdən qaçınmanı göstərmək olar. Fiziki aktivlik, sağlam qidalanma və istirahət yaxşı profilaktik tədbirlərdir. Bundan başqa, pasiyentlərə trigger faktorlarını qeyd etmək üçün jurnal tutmaq tövsiyə edilir. Bu, müalicə həkimi üçün informativ olacaq.  Epilepsiyadan əziyyət çəkən insanlar həddindən artıq fiziki və intellektual əmək tələb edən işlərdən, stress və emosional sarsıntılardan mümkün qədər uzaq dayanmalıdırlar. 

Paylaşıldı: 04.01.2020

Özü-özünü müayinə

Özü-özünü müayinə

ÖZÜ – ÖZÜNÜ MÜAYİNƏ NƏ VAXT APARILIR? Hər bir qadın süd vəzilərini özü tərəfindən ayda bir dəfədən az olmayaraq müayinə etməlıdır. Normal menstruasiya olan qadınlarda tsiklin 7-14 cü günündə, menstruasiya qeyri-mütəmadi olan və ya tamamilə olmayan qadınlar isə ayda bir dəfə eyni tarixdə müayinə aparmalıdırlar. ÖZÜ – ÖZÜNÜ MÜAYİNƏ APARILMASININ QAYDALARI: 1. Güzgü qarşısında qollar aşağı sallanmış şəkildə baxın. 2. Qolları yuxarı qaldıraraq baxın.(dəridə,gilədə,süd vəzin formasında,ölçüsündə dəyişiklik varmı?) 3. Sağ əli başin arxasında tutmaqla yavaş dairəvi hərəkətlərlə sol süd vəzini müayinə edin (sərtlik,şişkinlik,düyün əllənirmi?) 4. Baş barmaqla şəhadət barmağı arasında hər iki süd vəzin gilələrini sıxıb baxın(ifrazat gəlirmi?). 5. Uzanmış vəziyyətdə də süd vəzilərin kənarlarından giləyə doğru yüngül dairəvi hərəkətlərlə müayinə edin. 6. Sağ və sol qoltuqaltı nahiyyələri də dairəvi hərəkətlərlə yoxlayın. PROBLEM AŞKAR OLUNARSA… Süd vəzilərində və ya limfa düyünlərində problem aşkar etdikdə həkim-mammoloqa müraciət edin. Əlavə müayinələr həkim tərəfindən baxışdan sonra təyin olunur. SÜD VƏZİLƏRİN KOMPLEKS MÜAYİNƏSİ: 1.Mammoloqun konsultasiyası 2.Ultrasəs müayinəsi 3.Mammoqrafiya 4.Süd vəzilərin MRT müayinəsi 5.Süd vəzilərin biopsiyaları. 40 yaşına qədər sağlam qadınlara ildə bir dəfə mammoloqun baxışı,tibbi göstəriş olarsa USM və ya MRT olunur. 40 yaşından yuxarı olanlar ildə 1 dəfə mammoloqun baxışı və MMQ, tibbi göstəriş olduqda USM, MRT olunur.  

Paylaşıldı: 25.12.2019

Refraksiya qüsurları

Refraksiya qüsurları

Refraksiya - ümumi məlumat  Müasir dövrdə oftalmoloji xəstəliklər arasında ən geniş yayılmışlardan biri - refraksiya qüsurlarıdır. Bu patologiya insanın həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azaldır.  Refraksiya -  sağlam görmədə işıq şüalarının torlu qişada fokuslanmasını təmin edən mexanizmdir. Refraksiya funksiyasına təsir edən əsas görmə orqanı parametrlərinə - göz almasının uzunluğu,təbii bùllurun sındırma qüvvəsi və buynuz qişanın sındırma qüvvəsi aiddir.  Refraksiya qüsuru nədir? Refraksiya funksiyasının pozulması zamanı fokusun yerdəyiməsi baş verir və lokalizasiyadan asılı olaraq, yaxındangörmə və ya uzaqdangörmə yaranır. Refraksiya qüsurlarına, həmçinin -  presbiopiya və astiqmatizm də aiddir.  Yaxındangörmə Yaxındangörmə (miopiya) təsvirin torlu qişanın önündə fokuslaşması ilə xarakterizə olunur. Bu, göz alması oxunun uzanması və buynuz qişanın və büllurun sındırma qüvəssinin artması səbəbindən yarana bilər. Miopiya zamanı insanlar yaxındakı obyektləri yaxşı, uzaqdakıları isə yayınıq görürlər. Miopiya - anadangəlmə (irsi) və ya qazanılmış olur. Xəstəliyin üç ağırlıq dərəcəsi var: Yüngül - 3 dioptriyayadək; Orta - 3-dən 6 dioptriyayadək; 6 dioptriyadan yuxarı.  Uzaqdangörmə Uzaqdangörmə (hipermetropiya) - təsvirin torlu qişanın arxasında fokuslaşması ilə xarakterizə edilir və göz alması oxunun qısa olması, buynuz qişanın və büllurun sındırma qűvvəsinin aşağı olması ilə müşayiət olunur. Xəstəlik zamanı pasiyent həm uzaqdakı, həm də yaxındakı əşyaları yayınıq görür. Üç ağırlıq dərəcəsi mövcuddur. Buraya aiddir: Yüngül - 2 dioptriyayadək; Orta - 2-dən 5 dioptriyayadək; Ağır - 5 dioptriyadan yuxarı. Astiqmatizm Astiqmatizm -  buynuz qişada  üfiqi və şaquli müstəvilərdə işıq şüasının müxtəlif cür sınması nəticəsində yaranır. Nəticədə təsvirin deformasiyası və ya onun bir hissəsinin yayınıq görünməsi baş verir. Presbiopya Presbiopya - 40-45 yaşdan sonra, büllurun elastikliyinin və akkomodasiyasının pozulması nəticəsində əmələ gəlir. Bu, yaxından görməyə, oxumağa, xırda əşyalara baxmağa çətinlik yaradır.  Refraksiya qüsurlarının müayinəsi Refraksiya qüsurlarının müayinəsi - oftalmoloq tərəfindən refraktometr vasitəsilə həyata keçirilir. Tam müayinə aparıldıqdan sonra həkim qüsurun təbiətini müəyyənləşdir və bundan sonra müvafiq korreksiya və ya müalicə üsulu seçilir.  Refraksiya qüsurlarının korreksiyası Refraksiya qüsurlarının korreksiyası - eynəklər, kontakt linzalar və lazer korreksiyası vasitəsilə həyata keçirilir. Refraksiyanın ən müasir korreksiya üsulu - smart linzaların (“ağıllı” linzaların) tətbiqidir. Onlar gözə uzaq, orta və yaxın məsafələrdən gələn işıq şüalarını sındıraraq torlu qişada toplayır, beləliklə bir linza ilə eyni zamanda bütün məsafələrdəki cismləri görmək mümkün olur. Bu linzalar eynək və kontakt linza ehtiyaclarını aradan qaldırır, fərdi olaraq seçilir, müvafiq linza imlantasiya olunur. 

Paylaşıldı: 25.12.2019

Kapral tunel sindromu

Karpal tunel sindromu

Karpal tunel sindromu nədir? Karpal tunel sindromu - bilək nahiyəsində orta sinirin sıxılması nəticəsində yaranan geniş yayılmış nevroloji xəstəliklərdən biridir. Bu sindrom daha çox 30-50 yaşlı qadınlarda rast gəlinir. Risk faktorlarına bilək oynağının revmatoid artriti, şəkərlii diabet, hipotireoz, amiloidoz və müxtəlif səbəblərdən yaranmış bilək kanalının ödemidir. Bununla yanaşı, sindrom biləyin çoxsaylı açılıb-bükülmə hərəkətləri tələb olunan işlərdə çalışan insanlarda - kompüterdə çox çalışan, toxuculuq, dərzilik, ifrat ev işləri görən və s. insanlarda rast gəlinir. Karpal tunel sindromunun əlamətləri hansılardır? Karpal tunel sindromu zamanı əl və biləkdə sancılar və keyimə müşahidə edilir. Əsasən, baş, şəhadət və orta barmağın ovuc hissəsində, bəzən isə bütün əldə özünü göstərir. Pasiyentlər adətən, gecə keyimə və giziltili ağrıdan oyanır. Gecikmiş mərhələlərdə əzələ atrofiyası müşahidə edilə bilər.  Karpal tunel sindromunun diaqnostikası necə aparılır? - Klinik qiymətləndirmə - Neyrofizioloji müayinə (ENMG) Klinik qiymətləndirmə xəstənin şikayətlərinə əsaslanır.  Karpal tunel sindromunun əsas müayinə metodu - ENMG hesab olunur.   ENMG müayinə - diaqnozun qoyulması, sinir zədələnməsinin subklinik növlərinin müəyyən edilməsi və optimal müalicə seçimi baxımından böyük əhəmiyyət kəsb edir. Bundan başqa, ENMG vasitəsilə karpal sinir sindromunun dərəcəsi (yüngül, orta, ağır) təyin olunur və bunlara uyğun olaraq, müalicə taktikası seçilir. Xəstəliyin dərəcəsi yüngül olarsa, konservativ müalicə üsulu, ağırlaşmış hallarda isə cərrahi müdaxilə tələb edilir. ENMG müayinə, həmçinin, xəstəliyi proqnozlaşdırmaq və dinamikasını müəyyənləşdirmək üçün gözəl vasitədir.  ENMG müayinə zamanı sensitivlik (həssaslıq) - 93%, spesifiklik isə 97% təşkil edir. Bundan başqa, diaqnozun dəqiqləşdirilməsi üçün  “Tinel” və “Falen” testlərindən istifadə olunur.  Karpal tunel sindromunun müalicəsi necə aparılır? Karpal tunel sindromunun müalicəsi aşağıdakı üsullarla həyata keçirilir: - İmmobilizasiya; - Birincili xəstəliyin müalicəsi; - Qlükokortikosteroidlər və anestetiklərin yeridilməsi; - Cərrahi üsul. İlk növbədə, əsasən gecələr, bilək oynağı neytral vəziyyətdə immobilizasiya (fiksə) olunmalıdır. Əsas xəstəliyin (şəkərli diabet, artrit və hipotireozun) müalicəsi simptomları əhəmiyyətli dərəcədə yüngülləşdirə bilər.  Qeyd olunan üsullar kömək etməyən halda, bilək kanalına birbaşa deksametazon və lidokain qarışığı vurulur. Simptomatika residivləşərsə və atrofiya əlamətləri müşahidə olunarsa, bilək kanalının endoskopik yolla cərrahi dekompressiyası həyata keçirilir.

Paylaşıldı: 25.12.2019

Uşaq serebral iflici

Uşaq serebral iflici

Uşaq serebral İflici nədir? Uşaq serebral iflici – uşağın bətndaxili və doğuşdan sonrakı dövrdə həmçinin həyatının ilk aylarında beyin strukturlarının inkişaf etməməsi nəticəsində əmələ gələn hərəki dəyişikliklər, bədən vəziyyəti, nitq və psixika pozulmaları ilə xarakterizə olunan baş-beynin inkişaf edən xəstəliklərini özündə birləşdirir. Əsas səbəbi bətndaxili patologiya və doğum vaxtı beynin zədələnməsidir. Patogen faktorlara qrip və digər yoluxucu xəstəliklər hamiləlik toksikozları ciftin və göbəyin patologiyası ananın və dölün immunoloji uyğunsuzluğu və s-dir. Uşaq serebral iflicin əlamətləri hansılardır? Hərəki psixi və nitq pozulmalarının xüsusiyyətlərinə əsasən 5 forması var: -Spastik diplegiya; -Diplegiya; -Hiperkinetik forma; -Atonik-astatik forma; -Hemiplegik və ya hemiparalitik forma. Ayaqlarda və əllərdə spastika, müxtəlif formada  psixi və nitq pozğunluğu aiddir. Bəzilərində psixi heç bir dəyişiklik olmur və s. Adətən diaqnoz gec qoyulur,amma uşaqda aylara uyğun olaraq inkişaf əlamətləri yubanarsa, məsələn, başını və gövdəni saxlama, oturma, iməkləmə, gəzmə, anlama, danışma onda valideyn mütləq həkim-nevroloqa müraciət etməlidir. Uşaqda adətən 1 yaşından sonra hərəki psixi və nitq pozulmaları aydın müşahidə edildikdə bu diaqnoz qoyulur. Proqnoz neyrovizualizasiyaya əsasən beynin zədələnmə dərəcəsinə əsasən təyin olunur. Qıcolma tutmaları ilə keçən formalarında proqnoz qənaətbəxş deyil. Müalicə uzunmüddətli reabilitasiya xidmətləri ilə birgə aparılır. Prosedurlar xəstəliyin formasına uyğun olaraq seçilir və aparılır. Profilaktikası hamiləlikdən öncə həkim müayinəsindən keçmək, sağlam övladın olması üçün sağlam qidalanma və sağlam həyat tərzi , psixi  sarsıntılardan kənar sağlam ailə münasibətləri çərçivəsində olmalıdır.Praktikamızda bu kimi halların sıx rastlama səbəbi ailə problemləridir. Hamıya sağlam düşüncə və sağlamlıq arzulayıram .

Paylaşıldı: 23.12.2019

Spinner