Boyun yırtığı

Boyun yırtığı

Boyun  Yırtığı nədir?         Boyun onurğası onurğamızın ən zəif,eyni zamanda ən hərəkətli hissəsidir.Onurğa arası disklər zamanla qabarır,hətta kapsulu cırılaraq sinirə təyziq edə bilər.Bu zaman yaranan yırtıq onurğadan çıxan sinirə  və yaxud kanala tökülərək sinirə təyziq edə bilir.Onurğadan çıxan sinirə toxunduğu zaman qollara uyuşma,ağrı,duyu hissinin itməsi halları baş verir.Kanala töküldüyü zaman  isə boyundan aşağı vücudumuzun bir çox hissəsində uyuşmalar,hissiyatın itməsi halları baş verə bilər.         Hər bir fəqərə qabarmasında ağrı olmaz,hər ağrı da fəqərə yırtığı demək deyil.Çünki boyunda ağrıya  səbəb olan faktorlar var: əzələlər, boynun yumuşaq toxuması,bir sıra oynaqlar da səbəb ola bilər.Eyni zamanda boyun onurğasının düzləşməsi də başlıca səbəb faktorudur.         Boyun onurğamız C formasındadır.Onun düzləşməsi və yaxud kifozu boyun ağrılarına səbəb olur.Boyun lardozuna səbəb kimi: Uzun zaman komputer arxasında oturmaq Telefon istifadə etmək Uzun zaman rol arxasında oturaraq maşın sürmək Bir sözlə eyni pozisyonda uzun müddət qalmaqdan yarana bilər          Bəzi hallarda böyük yırtıqlar olurki ,onda ağrı olmur,elə kiçik yırtıqlar olurki,şiddətli ağrı yarada bilir.Boyun yırtığı ən çox 5 və 6 fəqərə arasında yaranır,daha sonra isə 6 və 7 arasında görülür.Səbəb bu faktorların daha çox hərəkətli olmasıdır. Boyun Yırtığının simptomları:         Çiyinə,qollara vuran ağrı olur,baş ağrıları ürək bulanma,görmə kəskinliyi  azalır. Bəzi hallarda uzun müddət  davam edərsə depressiyaya da səbəb ola bilər.Hərəkətlər azalır ,anemiyalar artır.Xəstə yatdığı zaman boyunda diskomfort hissi olur,xəstə çalışır amma rahatlıq tapa bilmir. Boyun Yırtığının diaqnostikası:         Xəstə yaxınlaşdığı zaman şıkayətləri dinlənilir,müayinə aparılır,daha sonra MRT,KT və ya EMG istənilə bilər.Bu məqsədlə yırtığın yeri ,şiddətli,sinirə hansı şəkildə təyziq etdiyi öyrənilir. Boyun yırtığının müalicəsi:          Zamanında edilərsə o qədərdə qorxulu xəstəlik hesab edilmir.Hər 100 adamdan 70 də boyun problemi var.Pasiyent əgər zamanında həkimə müraciət etmiş olarsa ağrı faktoru aradan qalxar,boyun yırtığı tam müalicə oluna bilər.Müalicə zamanı təkcə boyun yırtığı deyil,eyni zamanda boyun lordozunu,boyun əzələlərindəki spazmıda aradan qaldırmaq lazımdır.Bunun üçün klinikamızda vertebra üçün fəaliyyət göstərən DAVİD zalımız var.Bu faktorlar aradan götürülməzsə müalicə tamamlanmış hesab edilmir.      Bu ağrı faktorlarını aradan götürmək üçün klinikamızda : Hilt terapiya Elektro terapiya Elektrofarez Zərbə dalğalı terapiya Və digər fizioloji müalicə metodları var. Bu terapiyalar və DAVİD zal sayəsində şöbəmizdə boyun yırtığı tam müalicə olunur!

Paylaşıldı: 20.02.2020

Artıq çəki daha MR və KT müayinələri üçün məhdudiyət yaratmır

Artıq çəki daha MR və KT müayinələri...

Yalnız Hayat Klinikada ağır çəkili pasiyentlərin müayinəsi aparıla bilər.   Optima MR450w 1.5T MR cihazı 230 kq -ə qədər çəkisi olan pasiyentlər üçün nəzərda tutulub. 70 sm genişliyində olan işıqlı qentri pasiyentlərin müayinələri üçün komfortu təmin edir. Müayinələr yüksək sürətlə aparılıb, ortalama müayinə vaxtı 15 dəqiqə çəkir. Bəzi hallarda ehtiyac olanda, müayinə zamanı qısa müddətli qorxu hissəini aradan qaldıran preparatlardan istifadə oluna bilər. MR cihazı 50 sm genişliyində görmə sahəsinə malikdir, və bu eyni vaxtda geniş sahələri görmək imkanını yaradır.   MR cihazında aşağıda sadalanan müayinələr aparılır: baş beyin; paranazal sinuslar; orbital strukturalar; gicgah sümükləri; onurğa sütunu (boyun, döş, bel, oma, büzdüm) – fəqərəarası disklər və onurğa beyin; mieloqrafiya; boyun yumşaq toxumaları; oynaqlar – çiyin, dirsək, mil-bilək, oma-qalça, bud-çanaq, diz, aşıq-baldır; ətraf sümüklər və yumşaq toxumalar; döş qəfəsin yumşaq toxumaları və divararalığı; qarın boşluğu üzvləri; kontrastsız MRCP (xolanqiopankreatoqrafiya); kiçik çanaq üzvləri; böyrəklər və böyrəküstü vəzlər; kontrastlı, və o cümlədən dinamik kontrastlı müayinələr; kontrastsız 3D TOF angioqrafiya.   MR tomoqrafiyaya əlavə bizim kilinikada avtomatik injektor vasitəsi ilə, MR tomoqrafiya zamanı dinamik kontrastlı müayinələr etmək imkanı var. KT müayinələri 128 kəsikli Optima cihazında aparılır.   Bu cihaz çəkisi 230 kq –ya qədər pasiyentlərdə müayinəni aparmaqa imkan yaradır. Cihaz tez sürəti və rentgen şüaların aşağı dozası ilə digər modellərdən seçilir. Bu KT cihazda bütün bədənin görüntüsünü bir neçə saniyyə içərisində əldə etmək olar. Oynıqlı pasiyentlərdə, travmatik zədələnmələr zamanı, ağ ciyər xəstəlikləri üçün KT müayinəsi əvəzolunmazdır. Kompyuterli tomoqrafda müayinələr aparılır: baş beyin və kəllə sümükləri; paranazal sinuslar; orbital strukturalar; gicgah sümükləri; onurğa sütunu (boyun, döş, bel, oma, büzdüm) – sümük strukturları; oynaqlar – sümük strukturlarını dəyərləndirmək üçün; ətraf sümüklər və yumşaq toxumalar; ağ ciyərlər, döş qəfəsin yumşaq toxumaları və divararalığı; qarın boşluğu üzvləri; kiçik çanaq üzvləri; böyrəklər və böyrəküstü vəzlər; kontrastlı dinamik müayinələr; kontrastlı angioqrafiya (mərkəzi və periferik damarların); 3D (üç ölçülü) rəngli görüntülər.   KT zamanı avtomatik injektor vasitəsi ilə dinamik kontrastlı müayinələr və angioqrafik müayinələr aparıla bilər.

Paylaşıldı: 18.02.2020

Skolioz

Skolioz

Skolioz nədir? Skolioz əsasən özünü gənc və yeniyetmə yaşlarında büruzə verir. Onurğanın əyriliyi əsasən döş və bel nahiyələrində daha çox nəzərə çarpır. Skoliozun inkişafı əsasən onurğanın döş nahiyəsinin deformasiyası kimi özünü göstərir. Bu deformasiya daxili orqanların bir çoxunun patoloji dəyişikliyinə gətirib çıxarır. Skolioz oğlan uşaqlarına nisbətdə qız uşaqlarında daha çox müşahidə olunur. Skoliozun simptomları: Skoliozu olan şəxslərdə, narahatçılıq etibarı ilə, ilkin başlanğıcda ağrı, narahatçılıq olmur. Lakin diqqətli olsaq, skolioz olan insanlarda bir çiyinin və ya bud-çanaq oynağının birinin digərinə nisbətən yuxarıda olmasını, önə əyilən zaman döş nahiyəsinin qeyri-bərabər formada yerləşməsini, qabırğa donqarlığının əmələ gəlməsini, ayaqların birinin digərinə nisbətən qısa olmasını, bel nahiyəsində olan üçbucaqların tamlığının pozulmasını müşahidə edəcəyik. Skoliozun səbəbləri: Skoliozun əmələ gəlməsinin elmə məlum olan və olmayan səbəbləri var. Fiziki səbəblərdən, oturuş qaydasının düzgün olmaması, daima birtərəfli çantalardan istifadə olunması (əsasən məktəblilərdə), paravertebral əzələlərin inkişafının zəifliyi və yaxud da birinin digərinə nisbətən zəif inkişaf etməsi və s. kimi problemləri göstərmək olar. Fiziologi səbəblərə gəldikdə isə, orqanizmdə K,Ca,Mg çatışmamazlığı və ya orqanizmdə bu maddələrin kafi qədər olmasına baxmayaraq, hüceyrələr tərəfindən mənimsənilməsində problem yaranması. Bunada əsasən kalsitonin hormonunun çatışmamazlığı göstərilir. D vitamini çatışmamazlığı da dayaq hərəkət sistemində narahatçılıq yaratdığı kimi, skoliozun əmələ gəlməsinə də zəmin yaradır. Təcrübələr onu da göstərir ki, yeni doğulan körpələr ana südü ilə lazımı qədər qidalanmadıqda da gələcəkdə bu insanlarda skoliozun əmələ gəlmə ehtimalı çox böyükdür. Skoliozun diaqnostikası: Skoliozu həkim vizual olaraq, kliniki müayinə edərək aşkar edə bilir. Lakin əyriliyin dərəcəsi rentgenoqram vasitəsi ilə müəyyən olunur. Skolioz əsasən 4 dərəcəyə bölünür. 0 -10    I dərəcə 11-30   II dərəcə 31-60   III dərəcə 61 dən artıq olan skolioz əyriliyi   IV dərəcəli skoliozlara daxildir. Bəzən xəstədə onurğa sütununun deformasiyası uzun müddət dəyişilmədən qala bilir. Bəzi hallarda qısa müddət ərzində kəskin proqressivləşir (onurğa əyriliyi artır). Buna görə də skoliozu olan insanlar periodik olaraq həkim nəzarətində olmalıdır. Skoliozun müalicəsi: Skoliozun müalicəsi zamanı hər bir xəstəyə individual yanaşmaq lazımdır. Ümumi götürdükdə paravertebral əzələlərin yumuşaldılması (massaj), onurğa traksiyası  (dartılma), əzələlərin gücünü bərpa etmək üçün nevral terapiya tətbiq olunur. Müalicə ilə yanaşı paravertebral əzələlərin inkişafı üçün həkimin təyin etdiyi idman hərəkətlərini etmək lazımdır. Skoliozun müalicəsində əks göstərişlər: Skoliozun müalicəsi həkimin təyin etdiyi prosedurların ardıcıllığından çox aslıdır.Skoliozu olan insanların skolioz müalicəsində bəzi nüanslara diqqət edilməlidir. Skoliozu olan xəstələrdə, xəstə traksiya olunmayacağı təqdirdə paravertebral əzələlərin yumuşaldılması  məqsədə uyğun deyil. Əzələlərin yumuşaldılması yalnız həkimin təyin etdiyi gərgin paravertebral əzələ qruplarına tətbiq olunmalıdır. I və II dərəcəli skoliozlarda uzun müddət korsetdən istifadə etmək məqsədə uyğun deyil. Onurğasında rotasiyası (fırlanma) olan skolioz xəstələrinin traksiya olunması sonda arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Skoliozu olan xəstələrin üzgüçülük ilə məşğul olması yalnız həkim göstərişi ilə olmalıdır. Əksər hallarda kor-koranə (əzələ gərginliyinin nə dərəcədə olduğunu bilmədən) üzgüçülük ilə məşğul olmaq gərgin paravertebtal əzələ qruplarının daha da gərginləşməsinə və bunun nəticəsində skoliozun dərəcəsinin daha da  artmasına gətirib çıxarır. Skoliozun profilaktikası: Skoliozun əmələ gəlməsinin qarşısını almaq üçün orqanizmdə K, Ca, Mg, vitamin D, kalsitonin hormonunu normada saxlamaq, məktəblilərin birtərəfli çantalardan istifadə etməməsinə, stol arxasında düzgün oturmasına diqqət etmək lazımdır. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 18.02.2020

Densitometriya

Densitometriya

Densitometriya – insan bədənində sümük toxuma sıxılığının ölçülməsi üçün metoddur. Bu termin (latın dilindən densitas – sıxlığ, metria – ölçmə) sümük toxuma sıxlığının ölçmə metodlarına istifadə olunur. Sümük toxumanın sıxlığı sümüyün davamlılığını əks etdirən əsas göstəricidir. Densitometriya müayinəsi vaxtı alınan nəticələr kompyuter proqramı vasitəsi ilə müəyyən olunmuş yaş və cins üçün olan normal göstəricilər ilə müqaisə olunur. Rentgen densitometriya vaxtı şüalanma dozası minimaldır – adi rentgenoqrafiyadan 400 dəfə aşağı. Bü müayinə yüksək dəqiqlik ilə patologiyanı ən erkən mərhələlərdə təyin etmək imkanını yaradır. Densitometriyanın əsas vəzifəsi – osteopeniyanı və osteoporozu araşdırmaqdır. Osteoporoz – sümüyün sıxlığın azalması və onun kövrəkliyin artmasıdır. Osteoporoz geniş yayılmış xəstəlikdir, əsasən menopauzadan sonra qadınlarda müşahidə olunur. Osteoporoz müalicəsinin Avropa cəmiyyətinin tövsiyəsinə görə, 65 yaşından yuxarı olan qadınlar üçün densitometriya müayinəsinin müntəzəm aparılması mütləqdir. Rentgenlolji densitometriya hamiləlik dövründə laktasiya (ana südü ilə qidalanma) vaxtı aparılmır.   Osteoporoz və onun nəticələri Osteoporoz (yunan dilindən “osteon” – sümük, “poros” – dəlik) – sümük strukturun zədələnməsinə və sümük sıxlığın azalmasına səbəb olan sümük sisteminin davamlı xəstəliyidir. Osteoporozun əsas nəticəsi xətta minimal travmalarda sınığların əmələ gəlməsidir. Osteoporoz vaxtı sınığlar yük qaldırmağdan, sirkələnməkdən yarana bilər. Osteoporoz dünyada yaşlı insanarın əlilliyinin və ölümün əsas səbəblərindən biridir. Dünya sağlamlıq təşkilat məlumatına görə - osteoporoz qeyri infeksion xəstəliklərin arasında ölüm səbəblərinə görə dördüncü yerdədir, ürək-damar sistemin xəstəliklərindən, onkoloji patologiyadan və şəkərli diabetdən sonra. 65 yaşından yuxarı olan qadınlarda bud sümük boynun sınığının əsas səbəbi məhz osteoporozdur. Densitometriya müayinəsinin aparılmasında əsas göstəriş sümük sisteminin mineralizasiyasının azalmasına səbəb olan xəstəliklərin olmasıdır. Buna görə densitometriyanın müntəzəm aparılması tövsiyə olunur: 40 yaşından yuxarı qadınlara və 60 yaşından yuxarı olan kişilərə; Çox uşaqlı analara və uzun müddət (9 aydan çox) süd verən analara; Erkən (o cümlədən cərrahi) menopauzalarda; Paratiroid vəzlərin patologiyasında; Minimal travmalardan sınığları olan pasiyenlərə (əsasən son sınığdan sonra 5 ildən az müddət keçdikdə); Sümük sıxlığını azaldan dərmanları qəbul edən pasiyentlər (kortikosteroidlər, sidik qovucu preparatlar, kontraseptivlər, qıcolmalara qarşı preparatlar, trankvilizatorlar, psixotrop dərmanlar və s.); Kalsiy tərkibli dərmanların qəbul edən pasiyentələrin nəzarəti və osteoporozun kompleks müalicəsi zamanı. Osteoporoz yaranma riskini artıran faktorlar: İrsi meyillik; Aşağı çəki (57 kq –dan az); Cinsi hormonların səviyəsinin aşağı olması (əsasən estrogen çatışmazlığı); Yıxılmalara meyillik (müxtəlif səbəblərdən); Hipodinamiya (o cümlədən iki aydan artıq yataq rejimi, təkərli-kreslodan və digər köməkedici vasitələrdən istifadə, immobilizasiya); Çəkisizlik şəraitində uzun müddət olması; Balanssız qidalanma (qidada kalsinin, D vitaminin az olması, kofein tərkibli içkilərdən çox qəbul olunması, müxtəlif pəhrizlərin saxlanılması, müalicəvi aclıq və s.); Siqaret çəkmə və alkoqol qəbulu; Qeyriadekvat (yorucu) yüklər, peşə təhlükəsi; Müxtəlif xəstəliklərin osteoporoz ilə assosiasiyası.  Densitometriyanın aparılma vaxtı Osteoporoz yaranma riski qrupa aid olan xəstələrdə, ildə 1 dəfə az olmamaq şərti ilə müayinə aparılması tövsiyə olunur. Profilaktik məqsəd ilə (dinamikada sümüklərin mineral sıxlığın dəyərləndirməsi üçün) risk qrupuna aid olmayan şəxslərə - iki ildə ən azı 1 dəfə. Densitometriya müayinəsinə hazırlıq: Müayinə üçün xüsusi hazırlıq tələb olunmur. Ümumi tövsiyələrə riayət olunmalıdır: Müayinə səviyyəsində metalik implantların olmaması; Özünlə şəxsiyyəti təsdiq edən sənəd və həkim göndərişin olması. Həkimi əvvəlcədən məlumatlandırın: Hamiləlik olmasından; Əvvəl keçdiyiniz rentgenoloji müayinələrdən, o cümlədən kontrastlı müayinələrdən (Ba məhlulu). Densitometriyanın aparılması: Müayinə vaxtı – 10 dəqiqə; Pasiyent xüsusi masada uzanır; Müayinə vaxtı hərəkətxiz qalmaq lazımdır; Həkimin tövsiyələrinə riayət etmək.

Paylaşıldı: 18.02.2020

Eksimer lazer korreksiyası

Eksimer lazer korreksiyası

İnsanın lamisə orqanları arasında əvəzedilməzi görmədir desək, yanılmarıq.Yaxındangörmə, uzaqdangörmə və astiqmatizm dünyada geniş yayılmış görmə problemləridir. Bu patologiyalar ənənəvi olaraq, eynəklər və ya kontakt linzalarla korreksiya edilir. Lakin bu metodlar pasiyentlərə bir çox narahatlıqlar yaşadır. Məsələn, eynəklərin tez-tez sınması və ya tərləməsi, kontakt linzalara qulluq, onları vaxtaşarı dəyişmək zərurəti və s. xeyli diskomfort yaradır. Bütün bu problemlərdən qurtulmaq üçün ən müasir və effektiv bir metod mövcuddur. Bu -görmənin ekzimer lazer korreksiyasıdır. Eksimer lazer korreksiyası necə həyata keçirilir? Lazer vasitəsilə görmənin bərpası xüsusi soyuq şüa vasitəsilə həyata keçirilir. Bu zaman şüa buynuz qişanın ən nazik qatlarını buxarlandıraraq onun əyriliyini lazımi səviyyəyə çatdırır. Eksimer lazer korreksiyası sizə görmə məhdudiyyəti olmadan dolğun həyat sürməyə şərait yaradacaq. Eksimer lazer korreksiyasının üstünlükləri - təhlükəsizlik; - prosedurun ağrısızlığı; - əməliyyatın qısa müddətə icra olunması (15 dəq.) - “bir gün” rejimində aparılır; - hər iki gözü bir gündə əməliyyat etmək mümkündür; - buynuz qişanın üst təbəqəsi toxunulmaz qalır; - bərpa dövrünün qısadır. Eksimer lazer korreksiyasına göstərişlər - yaxındangörmə (miopiya); - uzaqdangörmə (hipermetropiya); - astiqmatizm. Eksimer lazer korreksiyasına əks-göstərişlər - 18 yaş həddi; - qlaukoma; - katarakta (mirvari suyu); - keratokonus; - şəkərli diabet; - torlu qişanın qopması; - hamiləlik və laktasiya; - gözün iltihabi xəstəlikləri. Əməliyyatdan sonra bir neçə gün dekorativ kosmetikadan, spirtli içkilərdən istifadə etmək, ağırlıq qaldırmaq tövsiyə olunmur. Sauna və hovuz məsləhət deyil. Bərpa dövrü hər pasiyent üçün individualdır.

Paylaşıldı: 13.02.2020

Dodaqların fillerlərlə korreksiyası

Dodaqların fillerlərlə korreksiyası

Dodaqların fillerlə korreksiyası nədir? Dodaqlar və  ağızətrafı nahiyə üzün estetik baxımdan ən vacib elementlərindən biridir. Məhz bu səbəbdəndir ki, qadınlar dodaqların forma və ölçülərinə çox həssas yanaşırlar. Dodaqların nazik olması zahirən qadına “quruluq” gətirir, hətta bəzən daha yaşlı göstərir. Lakin bu, elə də böyük problem deyil. İxtisaslı mütəxəssis lazımi korreksiya vasitələrindən istifadə edərək, dodaqlara arzuolunan görünüş verə bilər. Qeyd etmək lazımdır ki, qadınlarla yanaşı, fillerlə korreksiyaya kişilər də müraciət edə bilərlər. Dəqiq konturlu və səliqəli dodaqlar kişilərin xarici görünüşünü xeyli yaxşılaşdırır və xarizmatik edir. Dodaq asimmetriyalarında, dodaqətrafı qırışlarda, burun-dodaq büküşlərinin korreksiyasında, fillerlərin istifadəsi göstərişdir. Kişi və qadın dəri strukturları fərqləndiyindən korreksiya fərqli yanaşma tələb edir. Prosedur zamanı daha qatı fillerlər tədbiq olunur. Dodaq korreksiyasının ən geniş yayılmış və effektiv vasitələrindən biri hialuron əsasında fillerlərin tətbiq olunmasıdır. İnyeksiya üçün istifadə olunan hialuron turşusu dərinin təbii kompanentidir, o, toxumalarda bərabər səviyyədə paylanır və bununla belə, dodaqarın həssaslığına heç bir mənfi təsir göstərmir. Hilauron turşusu vasitəsilə dodaqları həcmləndirmək, onların yaşa bağlı dəyişikliklərini (həcmin itirilməsi, kiset qırışları), quruluğunu aradan qaldırmaq mümkündür. Fillerlə dodaq korreksiyasına göstərişlər Dodaqların korreksiyası istənilən kateqoriyalı pasiyentlərə tətbiq oluna bilər. Göstərişlər bunlardır: - quruluğun aradan qaldırılması, dodaqların qocalmasına qarşı profilaktika; - formanın bərpa olunması və konturun dəqiqləşdirilməsi; - dodaqların həcminin artırılması; - yaşa bağlı dəyişikliklərin aradan qaldırılması; -“marionet qırışları” nın korreksiyası və ağız bucaqlarının qaldırılması. Yaş ötdükcə, qocalma prosesi nəticəsində dodaqlar həcmini və kontur dəqiqliyini itirir.Qanın mikrosirkulyasiyası zəiflədiyindən dodaq kənarlarının rəngi avazıyır, quruluq yaranır. Hilauron turşusu dərini  güclü nəmləndirir, yüksək səviyyədə qidratasiya edir və dolğunluq ilə təmin edir. Əks-göstərişlər  - dəri xəstəlikləri; - kəskinlik mərhələsində olan xroniki xəstəliklər; - kəskin infeksion xəstəliklər; - korreksiya nahiyəsində iltihabi proseslər; - immunomodulyator və immundepressantların qəbulu;  - hamiləlik və laktasiya. Prosedur cəmi 15-30 dəqiqə vaxt alır. Qalıcılıq isə bir il, hətta daha artıqdır. Bərpa dövrü Dodaq korreksiyasından sonra bərpa tez və komfortlu keçir. İlk günlərdə dodaqlarda şişkinlik və hematoma  müşahidə oluna bilər, lakin bu bir neçə gün ərzində aradan qalxır. İki həftə ərzində hamam, sauna və fiziki yüklənmədən qaçınmaq tövsiyə olunur.

Paylaşıldı: 10.02.2020

qonartroz

Qonartroz

Qonartroz (diz artrozu,diz kirəclənməsi) nədir?      Qonartroz diz oynağında baş verən qığırdaq yeyilməsidir.Rentgen müayinələrində qığırdaq kələ-kötür göründüyü üçün xalq arasında duzlaşma adını alıb.Artroz sözü artro (oynaq) oz (xəstəlik) sözlərinin birləşməsindən yaranıb.Diz oynaqlarımız bir birinə uyğun olmayan oynaq başlıqlarından ibarətdir.Oynaqlarımızın səthi 3-4 mm qığırdaq səthi ilə örtülüb.Bədənimizin ən qalın qığırdağı 6 mm ilə patellanın (diz qapağı) artikulyar üzünü əhatə edir.Tibial və femoral epikondiluslar 1-1 ilə uyğun olmadığı üçün onlar arasında aypara şəklində menisk yerləşib.Menisk də oynaqların sabitliyini qoruyur.Diz öz növbəsində bağlar və əzələlər tərəfindən də qorunur.Bu sadaladığımız faktorların birində problem yaranarasa bu da öz növbəsində qonartroza səbəb ola bilər.      Qonartroz  dizlərdə ağrının olması,diz oynağında çox irəliyə gedə bilən hərəkət pozğunluğu ilə nəticələnən xəstəlikdir.Daha çox qadınlarda rast gəlinir(metobolitik proseslərlə, klimaks ilə əlaqəli olaraq).Ən çoxda kilolu və yaşlı insanlarda rast gəlinə bilər.Bu xəstəlik insanların gündəlik yaşamına öz mənfi təsirini göstərir.Günümüzdə bu xəstəlik ciddiyə alınmazsa gələcəkdə çox böyük problemlərlə rastlaşa bilərik.Bu xəstəlik müalicə olunmazsa insan öz gündəlik yaşamından geri qala bilər. Qonartroza səbəb olan amillər: 1.Diz oynağının travmaya məruz qalması 2.Diz bölgəsində aparılan əməliyyatlar 3.Kiçik yaralanmalar 4.Kalsium çatışmazlığı 5.Həyat tərzi 6. Xroniki iltihablaşmalar Qonartrozun diaqnozunun qoyulması:       Dizdə zamanla artan ağrı və hərəkət məhdudiyyətinin yaranması,əsasəndə daha çox yeridiyi zaman, uzun müddət ayaq üstə qaldığı zaman,yerdən bir əşya götürdüyü zaman,pilləkənlə endiyi zaman bu ağrıları hiss edilə bilər.Zamanla dizlərdə baş verə bilən əyilmələr də bunun göstəricisidir. Müayinə zamanı nə müşahidə olunur?       Oynaqlarda sürtünmə səsi,əzələlərdə atrofiya (yəni arıqlama),oynaqlarda hərəkət məhdudiyyəti,oynaqlarda rast gəlinən deformasiyalar. Qonartrozun diaqnostikası: Xəstənin ifadəsi,müayinə və rentgen çox zaman yetərli olur.Bağlar və menisklərin vəziyyətini dəyərləndirmək üçün MRT lazım gəlir.  Qonartrozun Müalicəninin aparılması:       Həkimin məqsədi ilk öncə ağrını azaltmaqdır.Bunun üçün müxtəlif ağrıkəsici və miorelaksantlar istifadə oluna bilər.Kirəclənmənin artmaması üçün,qığırdağı qismən qorumaq üçün oynaq daxili inyeksiyalar tətbiq edilir.Deformasiyanın qarşısını almaq üçün korsetlər təyin oluna bilər.Əgər oynağa su yığılıbsa ortoped tərəfindən boşaldılır və soyuq (buz) tətbiq edilir.Müalicədə ən önəmli üsullardan biri də diz qoruma prinsiplərinin tətbiqi və fizioterapevtin nəzarəti altında bir sıra fiziki amillərlə müalicənin tətbiqidir.Əgər dizin müalicələri vaxtında aparılmazsa, eyni zamanda dizin qorunma prinsipləri yerinə yetirilməzsə,bu diz sonunda endoprotezlə üzləşəcək. Qonartrozun qorunma prinsipi: 1.Hərəkət etmək, 2.Pilləkənli yerlərdən az istifadə etmək, 3.Oturarkən,qalxarkən qol gücündən istifadə etmək, 4.Ağır yük daşımamaq, 5.Uzun zaman ayaqda qalmamaq və yeriməmək, 6.Hündür daban ayaqqabı geyinməmək, 7.Diz üstə oturmamaq, 8.Fzioterapevtin və ortopedin nəzarətində olmaq 9.Lazımı idman hərəkətlərinin tətbiqi (ayaq əzələlərinin güclənməsi). Fizioterapevtik prosedurlar: 1.Soyuqla müalicə-Krioterapiya 2.Alçaq tezlikli cərəyan-TENS,Maqnit terapiya,Hilt terapiya,Fonofarez. 3.İdmanlar-Quadriceps(dördbaşlı) və hamstrinq əzələlərinin  izometrik dirəncli və gücləndirilmiş hərəkətləri,Əzələnin bir yarım dövrlük fasiləsis –“BF” cərəyanla gücləndirilməsi. Diz idman hərəkətləri: Gündə 1 dəfə ,3 təkrarlanma ilə,10 sayda etmək şərtiylə.(Əgər hər hansısa bir hərəkət sizi incidərsə bu hərəkəti dayandırmağınız məsləhət olunur).  

Paylaşıldı: 10.02.2020

Koksartroz (Bud çanaq artrozu)

Koksartroz (Bud çanaq artrozu)

Koksartroz(bud çanaq artrozu) Bud- çanaq artrozunun  (el arasında bud-çanaq duzlaşması adlanır) tibbi termini koksartrozdur.Bədənimizdə diz oynağından sonrakı ən böyük oynaqdır.Orta və yaşlı insanlarda rast gəlinən bud-çanaq ağrılarının ən önəmli səbəbi artrozdur: Bud -çanağın işi: Bədənin ağırlığını daşıyır. Yerimə işini yerinə yetirir. Cövdənin aşağı ətraflar üzərində olan hərəki işləri  yerinə yetirir. Bədənin ağırlığı bud- çanaq oynağına: Qaçarkən 5 qat Ayağa qalxarkən 4-7 qat Pilləkən enib qalxarkən 7 qat ağırlıq düşür bud-çanağa. 1.Koksartroza səbəb olan amillər: Bud-çanaq artrozunun səbəbi bildiyimiz və bilmədiyimiz səbəblərər görə 2 qrupa ayrılır .Bildiyimiz səbəb yaşla əlaqəli oynaqlarda baş verən  kirəclənmələrdir. II qrup amillər isə: Zamanla  fikir vermədiyimiz  və müalicə etmədiyimiz bud-çanaq çıxıqları (çox zaman zəif olduğu üçün nəzərə çarpmır,iləri yaşlarda çanağın yeyilməsinə səbəb olur). Revmatizm Travmalar Bursitlər (troxanterik) Sarkomalar Infeksion xəstəliklər II qrupa aid olan xəstələrə isə  xəstəliyin kəskinləşmiş dövründə cərrahi müdaxilələr olunur. Əgər xəstəlik müalicə olunmuş və qarşısı alınmazsa  bud-çanaq endoprotezlə əvəzlənir. 3.Koksartrozun simptomları: Qasıq bölgəsində və oynağın ön tərəfində ağrılar olur Yerimə zamanı dəyişikliklər nəzərə çarpır Oynaqda passiv hərəkət məhdudiyyətləri ortaya çıxır Qısa sürəli səhər kontrakturaları (3 dəqiqədən az) Gün ərzində qısa sürəli tutkunluklar ola bilər. Corab və ayaqqabı geyindiyi zaman yaranan çətinliklər. 4.Koksartrozun diaqnostikası: Xəstənin ifadəsi,həkimin müayinəsi və Rentgen diaqnostikası lazım gələrsə,  MRT diaqnostikası da təyin oluna bilər. 5.Koksartrozun diaqnozunun qoyulması: Bud-çanaq oynağında artroz ağrıları,hərəkət məhdudiyyəti,əsasəndə yeriyəndə,yerdən bir şey götürəndə,corab və ayaqqabılarını geyindiyi zaman baş verən ağrılar və rentgen müayinəsinin nəticəsi. 6.Koksartrozun qorunması prinsipləri: Artıq çəki Ağır yük daşımamaq Uzun zaman ayaqda qalmamaq Fasiləli yerimək Ortoped və fizioterapevt nəzarətində olmaq Lazımı idman hərəkətlərinin tətbiqi (xroniki düvrdə) 7.Koksartroz üçün görülən fizoterapevtik prosedurlar: Hilt terapiya-lazer terapiyası Maqnit terapiya Isti və soyuq prosedurlar Iynəbatırma TENS Ayaqlarda bərabərsizlik varsa dabanlıq Hidroterapiya ilə müalicə (Şarko duşu,Şotland duşu) - aşağı ətraflarda qan dövranını normallaşdırır,hərəkətliliyi artırır Isti prosedurlar-ağrı və əzələ spazmını azaldır,əzələ elastikliyini artırır,hərəkəti asanlaşdırır.                   8.Koksartrozun reabilitasiyası: Oynaqlarda hərəkətliliyi qorumaq üçün: Leksiyon, ekstansiyon, rotasyon gərmə hərəkətləri tətbiq etmək. Əzələ zəifliyi və atrafiyası zamanı: İzometrik hərəkətlər.  

Paylaşıldı: 10.02.2020

Spinner