Koksartroz (Bud çanaq artrozu)

Koksartroz (Bud çanaq artrozu)

2950
Müəllif: Fizioterapevt Yeganə Əliyeva,070 215-05-67

Paylaşıldı: 10.02.2020
Hayat Clinic

Koksartroz(bud çanaq artrozu)

Bud- çanaq artrozunun  (el arasında bud-çanaq duzlaşması adlanır) tibbi termini koksartrozdur.Bədənimizdə diz oynağından sonrakı ən böyük oynaqdır.Orta və yaşlı insanlarda rast gəlinən bud-çanaq ağrılarının ən önəmli səbəbi artrozdur:

Bud -çanağın işi:

  • Bədənin ağırlığını daşıyır.
  • Yerimə işini yerinə yetirir.
  • Cövdənin aşağı ətraflar üzərində olan hərəki işləri  yerinə yetirir.

Bədənin ağırlığı bud- çanaq oynağına:

  • Qaçarkən 5 qat
  • Ayağa qalxarkən 4-7 qat
  • Pilləkən enib qalxarkən 7 qat ağırlıq düşür bud-çanağa.

1.Koksartroza səbəb olan amillər:

Bud-çanaq artrozunun səbəbi bildiyimiz və bilmədiyimiz səbəblərər görə 2 qrupa ayrılır .Bildiyimiz səbəb yaşla əlaqəli oynaqlarda baş verən  kirəclənmələrdir. II qrup amillər isə:

  • Zamanla  fikir vermədiyimiz  və müalicə etmədiyimiz bud-çanaq çıxıqları (çox zaman zəif olduğu üçün nəzərə çarpmır,iləri yaşlarda çanağın yeyilməsinə səbəb olur).
  • Revmatizm
  • Travmalar
  • Bursitlər (troxanterik)
  • Sarkomalar
  • Infeksion xəstəliklər

II qrupa aid olan xəstələrə isə  xəstəliyin kəskinləşmiş dövründə cərrahi müdaxilələr olunur. Əgər xəstəlik müalicə olunmuş və qarşısı alınmazsa  bud-çanaq endoprotezlə əvəzlənir.

3.Koksartrozun simptomları:

  • Qasıq bölgəsində və oynağın ön tərəfində ağrılar olur
  • Yerimə zamanı dəyişikliklər nəzərə çarpır
  • Oynaqda passiv hərəkət məhdudiyyətləri ortaya çıxır
  • Qısa sürəli səhər kontrakturaları (3 dəqiqədən az)
  • Gün ərzində qısa sürəli tutkunluklar ola bilər.
  • Corab və ayaqqabı geyindiyi zaman yaranan çətinliklər.

4.Koksartrozun diaqnostikası:

Xəstənin ifadəsi,həkimin müayinəsi və Rentgen diaqnostikası lazım gələrsə,  MRT diaqnostikası da təyin oluna bilər.

5.Koksartrozun diaqnozunun qoyulması:

Bud-çanaq oynağında artroz ağrıları,hərəkət məhdudiyyəti,əsasəndə yeriyəndə,yerdən bir şey götürəndə,corab və ayaqqabılarını geyindiyi zaman baş verən ağrılar və rentgen müayinəsinin nəticəsi.

6.Koksartrozun qorunması prinsipləri:

  • Artıq çəki
  • Ağır yük daşımamaq
  • Uzun zaman ayaqda qalmamaq
  • Fasiləli yerimək
  • Ortoped və fizioterapevt nəzarətində olmaq
  • Lazımı idman hərəkətlərinin tətbiqi (xroniki düvrdə)

7.Koksartroz üçün görülən fizoterapevtik prosedurlar:

  • Hilt terapiya-lazer terapiyası
  • Maqnit terapiya
  • Isti və soyuq prosedurlar
  • Iynəbatırma
  • TENS
  • Ayaqlarda bərabərsizlik varsa dabanlıq
  • Hidroterapiya ilə müalicə (Şarko duşu,Şotland duşu) - aşağı ətraflarda qan dövranını normallaşdırır,hərəkətliliyi artırır
  • Isti prosedurlar-ağrı və əzələ spazmını azaldır,əzələ elastikliyini artırır,hərəkəti asanlaşdırır.                  

8.Koksartrozun reabilitasiyası:

Oynaqlarda hərəkətliliyi qorumaq üçün:

Leksiyon, ekstansiyon, rotasyon gərmə hərəkətləri tətbiq etmək.

Əzələ zəifliyi və atrafiyası zamanı:

İzometrik hərəkətlər.