Mastit

Mastit

MASTİT NƏDİR? Mastit süd vəzin iltihabına deyilir. Tez yayılan iltihab prosesi vəzli toxumanın irinli destruksiyasına, prosesin generalizasiyası isə sepsis əmələ gətirə bilər. MASTİTİN NÖVLƏRİ: 1.a)laktasion(əmizdirən qadınlarda)    b)qeyri laktasion(əmizdirməklə bağlı olmayanda).  Mastitlərin 90-95%  laktasion,5-10 % isə qeyri laktasion olur. 2.a) xroniki mastit    b) kəskin mastit  3.a) birtərəfli mastit    b) ikitərəfli mastit 4.Kliniki gediş formalarına görə mastitin təsnifatı:    a) serroz    b) serroz-infiltrativ    c) irinli;         -irinli-infiltrativ         -absesləşmiş         -fleqmanoz;         -qanqrenoz. 5.Yerləşməsinə görə    a) subareolyar    b) dərialtı    c) intramammar    d) retromammar MASTİTİN SƏBƏBLƏRİ: Patogen mikroorqanizmlərlə yoluxma nəticəsində (əmizdirən qadınlarda laktostaz fonunda) əmələ gəlir. Mastitin törədicilərindən ən tez-tez streptokok, stafilokok, vərəm mikobakteriya, kandidaya rast gəlinir. Mikroblar süd vəziyə dəridən, gilədən (zədə nəticəsində), və ya hemotogen, limfogen yollarla (başqa infeksion ocaqdan) düşə bilər. LAKTASİON MASTİTİN RİSK  FAKTORLARI: -laktostaz; -gilənin anormal quruluşu (əmizdirmənin bununla bağlı çətinlikləri); -əmizdirmə qaydalarının pozulması; -südün çox olması; -zədə; -gilə çatları; -başqa orqanlarda olan kəskin iltihab və ya uzun sürən xroniki infeksion proseslər; -stress faktorları; -immunitetin zəifləməsi; -hormonal disbalans; QEYRİ-LAKTASİON MASTİTİN RİSK FAKTORLARI: -hormonal pozğunluq; -immunitetin zəifləməsi; -başqa orqanların infeksion prosesləri; -maddələr mübadiləsinin pozulması; -zədə (əməliyyatlar,pirsinq,alt paltarın dar olması daxil olmaqla) MASTİTİN SİMPTOMLARI: -Süd vəzidə ağrı, bərkimə sahələri, ödem,dəridə qızartı, yerli hərarətin yüksəlməsi; -ümumi hərarətin yüksəlməsi, zəiflik, baş ağrı, iştahın pozulması, ürəkbulanma; -limfa düyünlərin böyüməsi, ağrısı. MASTİTİN DİAQNOSTİKASI: -həkim baxışı; -ultrasəs müayinəsi; -irinli möhtəviyyatın və ya ifrazatın və ya südün bakterioloji müayinəsi və antibiotiklərə həssaslıq; -biopsiya  sitoloji və ya histoloji müayinə ilə; -qan analizləri. MASTİTİN MÜALİCƏSİ: -əmizdirən qadınlara (mastitin növünə görə) əmizdirmə qaydalarıni öyrətmək və ya laktasiyanı dayandırmaq ; -konservativ müalicə ( irinləməmiş mastitlərdə); -cərrahi əməliyyat ( irinləmiş mastitlərdə). MASTİTİN PROFİLAKTİKASI: -əmizdirmənin düzgün aparılması(laktasion mastitlərdə); -şəxsi gigiyenaya riayət etmək; -öz-özünü müayinə; -infeksion xəstəliklərin vaxtında müalicəsi.

Paylaşıldı: 16.12.2019

Autizm

Autizm

Autizm nədir? Erkən uşaqlıq dövründə başlayan yaş artdıqca həyat boyu davam edən dəyişikliklər olan, təfəkkür və davranış pozğunluğu olan xroniki vəziyyətdir.  Autizmin patogenezi: Etioloji faktor kimi hamiləlik zamanı qanaxma,ana yaşının çox olması,yarımçıq doğulma,kliniki yetişgənlik,hiperbilirubinuremiya,qrup uyşunsuzluğu, hemolitik anemiya, ağır uzunmüddətli asfiksiya, herpes ensefaliti, fetal alkoqol sindromu və s. Autizmin səbəbləri: Autizmin səbəbləri arasında bir çox xəstəliklər yer tutur. Neyrodəri xəstəliklər Metobolik xəstəliklər-fenilketonuriya, histidinemiya, purin metobolizm, xolesterol biosintez pozulmaları, karbohidrat əskikliyi iləqlükoprotein sindromla mitoxondrial xəstəlik Anadangəlmə beyin zədələnmələri hipoksik işemik ensefalopatiya Anadangəlmə rubella sindromu Autizmin simptomları: Əsas simptomları sosial münasibət danışıq və danışıqsız münasibətlərdə pozulmalar və maraq dairəsinin məhdudluğu, duyğu qıcıqlarının fərqli cavab reaksiyasıdır( eşitmə görmə nitq əqli ataksiya). Keyfiyyət pozulmasında ən az 3-dən biri olmalıdır: -Göz təması üz ifadəsi , bədən dili jestlər və mimiki ifadələrdə yetməzlik. -Yaşıdlarını ilə əlaqədə ortaq maraq dairəsinin olmaması fəaliyyət və duyğu yetməzliyi  -Ayrı-ayrı şəxslərin duyğularına qarşı duyğu qarşılığının az olması ƏGƏR AŞAĞIDAKI ƏLAMƏTLƏRDƏN HƏR HANSI BİRİ VƏ hər biri  VARSA VALİDEYNLƏR DİQQƏTLİ OLMALIDIR. 1) 1-1,5 yaşda göz təması yoxsa 2) 3 aylığında ana-ata tanımırsa 3) 3-6 ayında səsli gülmürsə gələcəkdə nitq pozulması ola bilər. 4) təkrarlanan şablon steoretip hərəkətlər  Autizmin patogenezi isə 20-90 %hallarda səbəb bilinmir 1-cili autizm, 2-cili 10-30 % təsadüf olunur. Autizmin müalicəsi: Pedaqoq loqoped ve defektoloq və differensasiya olunmuşsa dərman müalicəsi . Autizmin profilaktikası: Hamilə vaxtı ana bətnində inkişafı və uşaq dünyaya gəldikdən sonra  həkim nəzarəti altında davamlı lazımi müayinələrdən və ehtiyat müalicə tədbirləri ilə və eyni zamanda sağlam ailə münasibətləri çərçivəsində sağlam həyat tərzi keçirməklə qarşısı alına bilər.Uşaq dünyaya gələrkən topuq testi ilə gələcək xəstəliklərdən qurtulmaq mümkündür.

Paylaşıldı: 15.12.2019

Katarakta

Katarakta

Katarakta nədir? Xalq arasında pərdə və ya mirvari suyu deyilən katarakta, gözün içərisində yerləşən büllurun bulanmasına deyirlər. Büllur bulandığı zaman gözün dibinə işıq keçə bilmir və insanın görmə qabiliyyəti pozulur. Kataraktanın səbəbləri: Katarakta daha çox yaşlı insanlar arasında rast gəlir. Insan qocaldıqca gözün strukturu dəyişilir və göz bülluru tədricən öz şəffaflıgını itirir və bulanig olur. Əksər hallarda katarakta  60 yaşından yuxari olan insanlarda aşkar olunur, lakin bəzən bu xəstəlık 40-45 yaşlı insanlardada inkişaf edir. Şəkərli diabeti olan, travma alan insanlarda katarakta ilə daha sıx qarşılaşmaq mümkündür. Gözün qlaukoma, uveit kimi xəstəlıkləridə kataraktaya səbəb ola bilər. Katarakta anadangəlmədə ola bilər. Bunun səbəbi irsiyyət və ya göz büllurunun bətndaxili patologiyası ola bilər. Kataraktanın simptomları: Kataraktasi olan xəstələrin şikayətləri əsasən dumanlı görmə, görmənin tədricən azalması, və ikiləşmə olur. Bəzən bu xəstələr gündüz vaxtı işığa baxanda gözləri qamaşır, axşam isə daha aydın görürlər. Katarakta yetişdikdə isə büllur tam bulanır və görmə tam itə bilər. Xəstələrə elə gəlirki, göz önündə nəsə var və tez tez gözünü qırpır ki, aydın görməyə nail olsun. Kataraktası olan pasiyentlərdə, normalda qara rəngdə olan bəbəyin rəngi boz və ya ag rəngdə olur. Kataraktanın müalicəsi: Kataraktanın yeganə müalicə üsulu cərrahi əməliyyatdır. Bəs nə zaman cərrahi əməliyyat aparılmalıdır? Xalq arasında gəzən, katarakta tam yetişməlidir düşüncəsi yanlışdır. O zaman ki, görmənin azalması xəstənin gündəlik yaşamına maneə olur, bu halda əməliyyat etmək vacibdir. Məsələn daim mütaliə ilə məşqul olan müəllim və ya bütün gün ərzində sükan arxasınada olan sürücülər, cərrahi əməliyyata daha tez ehtiyac duyurlar, nəinki evdən bayıra cıxmayan yaşlı bir insan. Onu da qeyd edim ki, çox gecikmiş katarakta, əməliyyatın gedişatını mürəkkəbləşdirə bilər. Cərrahi əməliyyatın gedişi Katarakta əməliyyatı xəstə üçün yorucu bir əməliyyat deyil. Damla və ya az miqdarda uyuşdurucu preparat inyeksiyasi ilə aparılır. Əməliyyatın aparılma müddəti 15 -20 dəqiqədir. Cərrahi əməliyyat müxtəlif üsullar ilə aparılır. Buna gözün vəziyyətindən və xəstənin durumundan asılı olaraq cərrah qərar verir. Məqsəd bulanmiş bülluru kapsulundan cıxarıb, onun əvəzinə süni bülluru implantasiya etməkdir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az    

Paylaşıldı: 15.12.2019

Üz siniri nevriti

Üz siniri nevriti

Üz siniri nevriti nədir? Üz sinirinin nevriti n.fasialisin iflici Bell iflici mimiki əzələlərin kəskin parezi ilə xarakterizə olunur.Rastgəlmə tezliyinə görə periferik sinir sisteminin zədələnmələrinin 2-4% ini təşkil edir. Çox vaxt birtərəfli olur.Mövsümi xarakter daşıyır. Xüsusən soyuq havalarda daha çox müşahidə olunur. Üz sinirinin əlamətləri: Üz siniri əsasən hərəki sinirdir və mimiki əzələləri innervasiya edir, lakin onun tərkibində hissi (dad) və parasimpatik (sekretor) liflər vardır ki onlara da müstəqil sinir kimi baxılır. Üz sinirinin hərəki nüvələrinin və ya onun kötüyünün istənilən səviyyədə zədələnməsi mimiki əzələlərin periferik iflicinə və ya parezinə səbəb olur. Bu zaman sifətin asimmetriyası meydana çıxır. Zədələnmə tərəfdə gözlərin qırpılma tezliyi azalır və ya olmur, xəstə qaşını yuxarı qaldıra bilmir, gözlərini qapamağa çalışanda göz qapaqları bir-birinə toxunmur,bu zaman kipriklər dəri büküşlərində gizlənə bilmir (kiprik simptomu) ağız bucağı sallanır, dişlərini göstərərkən raketka simptomu meydana çıxır. Mimiki əzələlərin parezi nəticəsində yanağı şişirtməyə çalışarkən yanaq yellənir və hava ağız bucağından çıxır,xəstə fit çala bilmir,şamı üfürə bilmir. Sifətin asimmetriyası əmələ gəlir. Üz siniri nevritinin səbəbləri: Üz sinirinin gicgah piramidinin anadangəlmə dar qıvrım kanalında (Üz siniri kanalı) yerləşən və onu müşayiət edən strukturların işemiyası ödemi və kompressiyası qan dövranının qənaətbəxş olmaması nəticəsində yaranır. Onun çox ehtimal olan səbəbi siniri qanla təchiz edən damarın əsasən soyuqlama zamanı meydana çıxan spazmı nəticəsində üz sinirinin kəskin işemiyasıdır.  Üz sinirinin diaqnostikası-Nevroloq müayinəsi Üz siniri nevritinin müalicəsi-medikamentoz üsulla aparılır. Sağalma müddəti ən yaxşı halda 3-21 gün ərzində baş verir.4-6 həftə ərzində sağalma yoxdursa kontraktura əlamətlərinin olması mümkündür. Müalicə prosedurları həkim tərəfindən seçilir. Elektrostimulyasiya məsləhət görülmür. İynəbatırma, nevral terapiya keçirərək qalıq əlamətləri aradan qaldırmaq mümkündür. Prosedurlar xəstəliyin ağırlıq dərəcəsinə əsasən uyğun vaxtda çox ehtiyatla 10-14 gündən sonra seçilir.                                     

Paylaşıldı: 15.12.2019

Qorxu (Qorxu və fobiya haqqında bilmədiklərimiz)

Qorxu (Qorxu və fobiya haqqında bilmədiklərimiz)

Uşaqlar qorxu hissi ilə necə tanış olurlar? Qorxu təbii hissdir, hər bir insanda qorxu ola bilər. Qorxu insanın yaşından asılı deyil. Qorxular məlumatsızlıqdan, həmin zamanda ki situasiyadan, bilik azlığından yarana bilər. Bəs kiçik yaşlı uşaqlarda qorxu necə yaranır? Onlar qorxu ilə ilk olaraq necə tanış olurlar?  "3 yasinda uşaq təsəvvür edin. Öz otağında oyuncaqları ilə oynadığı zaman işıqlar sönür. Digər otaqdan ana qışqıraraq "qorxma qızım (oğlum) mən gəlirəm" deyir, bir digər səs isə atanın səsidirki "qorxma, atan yanındadır" deyir . Bu zaman uşaq qorxunun nə olduğunu bilmədiyi halda düşünürük ki ,deməli mən qorxmalıyam ... Daha sonra həyatında ilk dəfə yaşadığı situasiyalardan qorxmağa başlayır. İlk qorxu hissi ilə uşaqlarımızı biz tanış edirik. Fobiyaların yaranma səbəblərinə nələr aiddir? Qorxunun insanın həyatında məhdudiyyət yaratması artıq fobiya adlanır. Fobiyalar bir neçə səbəbdən yarana bilər. Bəzi insanlar var ki, düşdüyü mühitdən aslı olmayaraq, daim ürəyində həyacan keçirir və daim, hər an qorxu içində olur. Bu cür insanlara televizorda eşitdiyi bir xəbər, qonşunun dediyi bir söz anında təsir edə bilər. Ən elementar hadisələr bu cür insanda qorxuya səbəb ola bilər. Gəlin baxaq Fobiyalar nədən yaranır? Fobiyalar çoxmənşəli bir xəstəlikdir. Bu xəstəlik insanların xarakterinə görə yaranır. Məsələn elə insanlar var ki, heç nə onlara təsir etmir. Bu tip insanlar təbii ki, fobiyadan uzaq adamlardır. Amma elə insanlar da var ki, hər bir hadisə onların psixikasına təsir edir. Fobiya müxtəlif yaşlarda ortaya çıxa bilər. Bu əsəb sisteminin yorulmasından əmələ gəlir. Ola bilər ki, bu insanda 5 yaşında və yaxud da 50 yaşında meydana gəlsin .  Gəlin bəzi fobiyalarla tanış olaq?  Poqonofobiya (Saqqallı adamlardan və ya saqqaldan qorxmaq) Pteronofobiya (Quş tükündən qorxmaq) Politikofobiya (Siyasətçilərdən qorxmaq) Triskadekafobiya (13 rəqəmindən qorxmaq) Hidrofobiya -  (Sudan qorxmaq) Antropofobiya - insanlardan qorxmaq. Batofobiya -  dərinlik qorxusu. Qolossofobiya -  ictimai yerlərdə danışmaqdan qorxmaq. Monofobiya -  təklikdən qorxmaq. Agirofobiya -  küçədən qorxmaq Ailurofobiya -  pişikdən qorxmaq. Amatofobiya -  toz qorxusu Venüstrafobiya  - gözəl  qadınlardan qorxmaq. Gerontofobiya  - yasli insanlardan qorxmaq. Amnezifobiya – hafizəsini itirməkdən qorxmaq. Bromidrosifobiya - vücud qoxusundan qorxmaq. Dekatriaparaskevifobiya - ayın 13'ünün Cümə gününə təsadüf etməsi qorxusu Entomofobiya - böcəklərdən qorxma Hipegiyafobiya - məsuliyyətdən (cavabdehlikdən) qorxmaq Hipnofobiya - yatmaqdan qorxmaq. Homiklofobiya - sisdən qorxmaq. İhtiyofobiya - balıqlardan qorxma İslamofobiya  - müsəlmandan qorxmaq. Qorxu və fobiyanı - aradan qaldırmaq mümkündürmü ? Fobiya əvvəllər təcrübəli travmatik vəziyyətə əsaslanan bir ruhi xəstəlikdir. Uzun illərdir ki, sizi təqib etdiyiniz qorxu və fobiyalardan xilas olmaq, mütəxəssis psixoterapevt və psixoloqa müraciət etməkdir. Qorxu və fobiyaların müalicəsi hər bir insanın fərdi psixoloji xüsusiyyətlərinə əsaslanır, hər bir halda xüsusidir və hər hansı bir ümumiləşdirməyə ehtiyac duyulmur. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 11.12.2019

Çəpgözlük

Çəpgözlük

Çəpgözlük - gözlərin paralleliyinin pozulması nəticəsində, gözlərin fərqli istiqamətə baxması deməkdir. Normal vəziyyətdə, buynuz qişanın mərkəzi, anatomik olaraq göz yarığının mərkəzində yerləşir, hər iki gözün görmə oxu isə parallel vəziyyətdə olur. Bu onların sinxron hərəkətini və binokular görməni təmin edir. Çəpgözlüyün əsas əlamətləri gözlərin qeyri-paralleliyidir, bəzən çəpgözlük visual olaraq gözə çarpmır, göz yorğunluğu, baş ağrıları, görmə yükü zamanı gözün sulanması olan pasientlərin müayinə edərkən çəpgözlük aşkar olunur. İki görmə, gözlərin hərəkətində məhdudiyyət kimi şikayətlər paralitik çəpgözlüklərdə qeyd olunur. Çəpgözlüyün səbəbləri: Çəpgözlüyün səbəbləri müxtəlifdir anadangəlmə və sonradan qazanılmış olur: Ametropiyalar (yaxıngörmə,uzaqgörmə,astiqmatizm); Travmalar; Əzələlərin birləşməsində və inkşafında olan anomaliyalar; Mərkəzin sinir sisteminin xəstəlikləri; Somatik xəstəliklər; Bir gözün, hər hansı bir səbəbdən, digərindən görməsinin zəif olması; Çəpgözlüyün müalicəsi: Çəpgözlüyün müalicəsi uzun müddət və səbr tələb edən bir prosesdir. Çəpgözlüyün növündən asılı olaraq müalicəyə eynək təyini, pleotik müalicə, cərrahi əməliyyat və binokulyar görmənin bərpası üçün məşqlər daxildir. Əgər gözdə refraksiya problemi varsa, yaxındangörmə, uzaqdangörmə, astiqmatizm mütləq ilk növbədə eynək təyin olunur. Bununla görmənin inkşafı üçün şərait yaradırıq və göz tənbəlliyin qarşısını almış oluruq. Vaxtında eynək geyinilməsə göz tənbəlliyi artıq inkişaf etmiş olur. Əgər artiq gözdə tənbəllik varsa, eynək təyinindən sonra pleoptik müalicəyə başlayırıq. Bura ambliopiyanın dərəcəsindən asılı olaraq göz qapamalari, görməni stimulyasiya edən müxtəlif apparatlar vasitəsilə müalicələr daxildir. Onu da qeyd edim ki, göz tənbəlliyinin müalicəsi 9- 10 yaşa qədər effekt verə bilər, daha böyük yaşlarda bu müalicəni aparmağın əhəmiyyəti yoxdur. Eynək çəplik bucagını düzəltmirsə və yaxud eynəyə ehtiyac yoxdursa, burada cərrahi əməliyyat qaçılmazdır. Çəpgözlüyün növündən, dərəcəsindən asılı olaraq, hansı əzələdə, neçə əzələdə əməliyyatın aparılması muəyyən olunur. Əməliyyat gözü hərəkət etdirən ekstraokulyar əzələlərdə aparılır. Onu da qeyd edimki bu əməliyyatların gözün görməsinə heç bir mənfi və yaxud müsbət təsiri yoxdur. Əməliyyat gözləri parallel vəziyyətə gətirirki, bununla həm estetik gorkəmi düzəldir, həmdəki hər iki gözlə şüani qebul edib beyinə catdırmaga və düzgün görmənin inkişafına kömək edir. Yəni hər iki gözün görmə aktında iştirak etməsi ücün şərait yaradır. Daha sonra əgər iki gözlə birləşmə qabiliyyəti yoxdursa, binokulyar görmənin inkişafı ücün apparat müalicəsi tövsiyyə olunur. Bu müalicəni 10 yaşa qədər aparılması məsləhətdir. Gördüyünuz kimi uzun müddətli müalicə tələb olunur. Istədiyimizə nail olmaq ücün, yəni gözlərin paralelliyi, 100 faizli görmə, binokulyar görmə, tələsməliyik. Çəpgözlüyün yarada biləcəyi fesadlar: Valideyinlərimiz bir çox zaman çəpgözlüyü olan uşaqları həkimə aparmağa ehtiyac duymurlar bu yalnış bir yanaşmadır. Yadda saxlamaq lazımdır ki, uşaqlıqda mualicə edilməyən çəpgözlük, böyük yaşlarda müalicəyə daha çətin tabe olur və bir çox fəsadlara gətirib çıxarır. Təəssüf ki, hətta indiki müasir dövrdə belə çəpgözlüyü olan usağı valideynlər həkimə aparmaqdan çəkinir. Onlar uşaqlarına xoşagəlməz prosedurları və ya ən dəhşətlisi cərrahi əməliyyatı qıymırlar. Əksinə, bu çox yalnış bir mövqedir. Artıq yeniyetmə dovründə uşaqlar bu xoşagəlməz estetik qüsura görə kompleks hiss edir və valideyinin vaxtında müalicə etmək istəmədiyini bilib, qınaya bilər. Hetta estetik gorünüş belə o qədər önəmli deyil. Ən vacibi odur ki, vaxtında müalicə olunmayan çəpgözlüyün-ambliopiya ( göz tənbəlliyi), binokulyar görmənin olmaması ( iki gözlə birləshdirmə qabiliyyəti), stereo görmənin ( dərinliyi qəbul etmə) inkişaf etməməsi kimi fəsadları vardır. Bu funksiyaların hamısının məktəbəqədər dövrdə, artıq inkişaf etməsi lazımdır. Göz uzun müddət çəp olarsa, burada qeyri- düzgün fiksasiya inkişaf edir. Yəni göz düz baxışda deyil, yalnız görmə oxundan kənarda olanda görür. Məktəbəqədər deyil, əgər yeniyetmə dövründə və ya daha böyük yaşda çəpgözlük aradan götürülərsə - bəzi hallarda olan diplopiya  (ikigörmə) kimi fesadlar olmaz. Çəpgözlüyün yaranma səbəbləri və növləri müxtəlif olsa da , müalicəsinin bir prinsipi var- pasiyent ne qədər kiçik olsa ,müalicə o qədər effektiv olacaq. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.     https://hekimtap.az

Paylaşıldı: 05.12.2019

Axardaxili papilloma

Axardaxili papilloma

Axardaxili papilloma nədir?   Axardaxili papilloma süd vəzilərin papilyar tipli xoşxassəli törəməsidir. Axarın epitel hüceyrələrinin proliferasiyası nəticəsində yaranır. Süd vəzilərin axarlarının daxilində gilədən tutmuş terminal axarlara kimi əmələ gələ bilir.Lokalizasiyasına görə mərkəzi (subareolyar zonada) və periferik olur. Daha çox çoxsaylı olur,bilateral və ipsilateral ola bilir.Axardaxili papilloma bütün süd vəzi xəstəliklərindən 10% təşkil edir.Bədləşməsi (maliqnizasiya) mümkündür,xərçəng önü xəstəlik sayılır.   AXARDAXİLİ PAPİLLOMA ƏMƏLƏ GƏTİRƏN RİSK FAKTORLARI: -hormonal disbalans (bəzi endokrin orqanların funksional pozğunluğu fonunda); -stress; -hormonal preparatların qəbulu; -irsi faktor; -piylənmə; -zədə; AXARDAXİLİ PAPİLLOMA SİMPTOMLARI: Bəzən simptomsuz keçir.Əsas simptomu gilədən ifrazatın gəlməsidi (rəngi,qədəri,konsistensiyası müxtəlif olur). Bəzən düyünün əllənməsi də qeyd oluna bilər. AXARDAXİLİ PAPİLLOMANIN DİAQNOSTİKASI:  -gilədən gələn ifrazatdan yaxmanın götürülməsi, sitoloji müayinəsi ilə; -ultrasəs müayinəsi; -mammoqrafiya; -duktoqrafiya –kontrastlı mammoqrafiya ( sitoloji müayinə zamanı atipik və ya  iltihab hüceyrələrinin aşkar olunması duktoqrafiya üçün əks göstəriş sayılır ) -maqnit-rezonans tomoqrafiya ( MRT)  -incə iynə aspirasion və ya tru-cut biopsiya, patomorfoloji müayinə ilə; AXARDAXİLİ PAPİLLOMANIN MÜALİCƏSİ: -cərrahi əməliyyat AXARDAXİLİ PAPİLLOMANIN PROFİLAKTİKASI: -risk faktorlardan uzaqlaşmaq; -özü-özünü müayinə; -profilaktiki ildə bir dəfə həkim baxışı və müayinələr.

Paylaşıldı: 04.12.2019

Üz ovalının kontur plastikası

Üz ovalının kontur plastikası

Yerin ağırlıq qüvvəsinin hesabına dərialtı piy təbəqəsi tədricən aşağıya doğru tökülür, nəticədə yanaqların və üz ovalının ptozu yaranır. Plastik cərrahiyyə və müasir kosmetologiya syəsində bu ptozu aradan qaldırmaq mümkündür. Üz ovalının kontur plastikasına göstərişlər: - Burun-dodaq büküşü; - Həcmi itirilmiş yanaqlar; - Kontursuz almacıqlar; - Kəskin çənə xətti; - Çənə həcminin itməsi; - İkincili buxaq. Hialuron turşusu vasitəsilə üz bioarminləşdirilməsinin üstünlükləri: Dərinin hialuron turşusu vasitəsilə cavanlaşdırılmasının bir sıra üstünlükləri var. Məsələn: - Sadə və təhlükəsiz metoddur; - Prosedur çox vaxt aparmır və diskomfort yaratmır. - Üz ovalının kontur plastikası cərrahi mudaxiləyə alternativdir; - Nəticə birinci prosedurdan sonra görünür; - Prosedurdan sonra reabilitasiyaya ehtiyac yoxdur; - Prosedurun qiyməti əməliyatdan qat-qat ucuzdur. Hazırlıq, reabilitasiya, əks-göstərişlər: Üz ovalının kontur plastikası steril şəraitdə həkim tərəfindən aparılır. Prosedurun mahiyəti xüsusi mikroiynələr vasitəsilə sxem üzrə hialuron turşusunun yeridilməsindən ibarətdir. Prosedur cəmi 30 dəq. vaxt alır. Prosedur xüsusi hazırlıq tələb etmir. Antikoaqulyant, spirtli içkilər və günəş vannalarından imtina etmək kifayətdir. Reabilitasiya dövrü - bir gündür. Lakin sonrakı iki həftə hamam, solyari və fiziki yüklənmədən uzaq durmaq lazımdır. Effekt dərhal görünür və 1 ildən bir necə ilə qədər davam edir. İstifadə olunan maddələr orqanizm tərəfindən tamamilə sovrulur. Əks-göstərişlər: Üz ovalının kontur platikası üçün bəzi əks-göstərişlər də var. Buraya aşağıdakıları əlavə etmək olar: - Hamiləlik və laktasiya dövrü; - Laxtalanma problemi pasientlər; - Kəskin sistem xəstəliklərindən əziyyət cəkənlər. - Dəri və onkoloji xəstəliklər. Üz ovalı kontur plastikasının nəticələri: - Dərinin elastikliyi artır; - Dəri hamarlaşır, xırda qırışlar itir, üz ovalı konturu dəqiqləşir; - Daha kəskin çənə xətti əldə olunur; - Yanaqlar öz formasını alır; - İkincili buxaq gizlənir; - Boyun daha uzun və gənc görkəm alır.

Paylaşıldı: 03.12.2019

Spinner