Uşaqlarda davranış pozuntus

Uşaqlarda davranış pozuntusu

Davranış pozuntusu nədir? Müasir dövrdə ailələrdə ən çox rast gəlinən problemlərdən biri də davranış pozuntusudur. Valideylərin şikayətləri daha çox bu tipdə olur ki, "uşağım mənim sözümə qulaq asmır, sakit durmur, dərslərində geriləmələr var" və s. Bu cür narahatlıqlara da davranış pozuntusu demək düzgün olmaz. Davranış pozuntusu daha çox 3-6 yaş aralığında olan uşaqlarda müşahidə edilir. Bununla yanaşı, uşağın yaş dövrünün xüsusiyyətlərini də nəzərə almaq lazımdır. Bildiyiniz kimi 3 yaş dövründə artıq şəxsiyyət formalaşır. "Mən" anlayışı yaranır. Təbii ki, bu zaman uşaqlar sübut etməyə çalışırlar ki, "Mən bunu bacardım". Xüsusi qayğıya ehtiyacı olan uşaqlarda davranış pozuntuları müşahidə edilir. Ancaq unutmaq lazım deyil ki, bu uşaqlar onu silsiləli formada deyil, qeyri-ixtiyarı şəkildə edirlər. Xüsusi qayğıya ehtiyacı olan uşaqlarda da davranış pozuntuları müşahidə edilir. Belə ki, autizm sindromlu,uşaq serebral iflici,daun sindromlu,əqli geriliyi olan uşaqlarda davranış pozuntusu daha qabarıq şəkildə özünü göstərir. Ancaq unutmaq lazım deyil ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlarda dərk etmə formalaşmadığı üçün ifadə edə bilmədikləri hər hansı hərəkət və münasibətləri , eyni zamanda sözləri davranış pozuntusu şəkilində ifadə edilər.Bu tipli uşaqlarda müşahidə olunan hallar: Dişləmə, çeynəmə, tüpürmə,əlləri ağzına salaraq selik ifraz etmə, yeməyi ağızdan tökmə,  özlərinə və başqalarını vurma,xətər yetirmə və s. Müşahidələr onu göstərir ki, bu kimi hallarla rastlaşarkən , soyuqqanlı yanaşmaq, üzərinə getməmək və sakitləşməsini səbrlə  gözləmək lazımdır. Əks halda onların daha aqressiv,davakar və ətrafa ziyan verici halları ilə  qarşılaşa bilərik.     Davranış pozuntusunun səbəbləri nələrdir? Davranış pozuntusunun təməl səbəbləri bunlardır: 1) Duyğuların pozulması; 2) Düşüncələrin pozulması.      Duyğuların pozulması nədir? Şəxs qarşıdakı insanla birlikdə əlaqəyə girmirsə, eyni anda empatiya qura bilmirsə, eyni hissləri yaşaya bilmirsə bu, davranış pozuntusunun təməl səbəblərindən biridir. Gələcəkdə bu uşağı özünü yerə atdığı halda, qışqırdığı halda, söz eşitmədiyi halda görə bilərik. Davranış pozuntusunun dəyərləndirilməsində əsas məsələ onun kökünü araşdırmaqdan ibarətdir. Düşüncə pozuntusu nədir? Uşağın ödənilməmiş duyğusal ehtiyacları qarşısında özünü sevdirmək üçün ortaya qoyduğu bəzi davranışlar var. Məsələn: uşaq anasını dayanmadan öpürsə, onunla oynamaq üçün bəzi xoş olmayan davranışlar edərsə və ya vurub qaçarsa deməli bu, onun tamamlanmamış duyğularının nəticəsidir. Uşaqlar bu hərəkətləri etdikdə düşünürlər ki, "mən bunu etdikdə mənimlə oynayacaqlar, məni sevəcəklər. "Bu düşüncə uşağı yanlış hərəkətlər etməyə sövq edir. Təməl səbəblərlə yanaşı davranış pozuntusuna gətirib çıxaran bir sıra başqa səbəblər də özünü göstərə bilər. 1) Uzunmüddətli aqressiv davranışlar; 2) Yalanlar; 3) Uyğunsuz ifadələrin işlədilməsi; 4) Aşırı hərəkətlilik; 5) Özünü təsdiq etmə istəyi; 6) Diqqət çəkmə istəyi; 7) Heyvanlara, əşyalara zərər vurma; 8) Valideyndən intiqam alma istəyi; 9) Kaprizlər; 10) Şiddətə meyillik. Davranış pozuntusunun diaqnozu nədir? Davranış pozuntusunu uşaq psixiatrları müəyyən test və metodikalardan istifadə edərək müəyyənləşdirilər. Kompleks şəkildə müdaxilə problemin daha da dərinləşməsinin qarşısını alır. Hər 10 ailənin 8- ində bu problem özünü göstərir və oğlan uşaqlarında qız uşaqlarına nisbətən daha aktiv formadadır. Belə uşaqlarla ilk öncə empatiya qurmaq lazımdır. Qışqırmadan, danlamadan, şiddət göstərmədən onları narahat edən məsələnin kökünə enmək gərəklidir. Bununla yanaşı, uşağınızla bolluca vaxt keçirin. Onun sevdiyi oyunlarla məşğul olun. Uşaqların ən çox ehtiyac duyduğu güvən duyğusudur. Belə ki, hər hansı bir fəaliyyət növü ilə məşğul olduğu zaman onu cəsarətləndirmək lazımdır. Bu, onun gələcək həyatına öz müsbət təsirini göstərəcək.  Unutmayın, əziz valideynlər, uşağınızın problemi hər nə olursa olsun, onu səbrlə dinləmək və anlamaq lazımdır. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 22.11.2019

Pedaqoji baxımsızlıq nədir ?

Pedaqoji baxımsızlıq nədir ?

Pedaqoji baxımsızlıq nədir?  Bildiyimiz kimi pedaqoq yunan sözüdür, mənası isə “tərbiyəçi” deməkdir. Yəni, “yönəldirəm, “tərbiyə edirəm”, “elm öyrədirəm”. Deməli, uşağa elm öyrətməzdən əvvəl onları tərbiyə etmək lazımdır. 6 yaşlı uşaqda müşahidə edilən hər hansısa bir problem o deməkdir ki, bu uşaq bundan öncə hansısa bir travma ilə qarşılaşıb. Biz əvvəlcə uşağımızın 2 yaşından sonra davranışına nəzarət etməliyik. Çünki dövrümüzün ən aktual problemi məhz uşaqlarda müşahidə edilən davranış pozuntularıdır. Bu problem hər 10 uşaqdan 5-də özünü göstərir. Uşaqlardakı davranış pozuntusu təlimə necə təsir göstərir? Adətən, 2 yaşından sonra, yəni, 3-6 yaş uşaqlarda “mən” obrazı formalaşır. Ona görə də, bu yaşda uşaqlara çox diqqət etməliyik. Əgər uşaqda davranış pozuntusu müşahidə ediriksə, mütləq psixoloqa müraciət etmək gərəkdir. Lakin bəzi uşaqlarda hiperaktivlik olur. Hər hiperaktiv uşağa davranış pozuntusu diaqnozu qoymaq olmaz. Hətta, bu yaşda uşaqlarda inadkarlıq da olur ki, bu da bu yaş uşaqlar üçün normal haldır. Lakin mütləq qarşısı alınmalıdır. Əks halda, artıq davranış pozuntusuna çevrilər. Uşaq əsəbi olar, əsassız qorxuları olar. Ən əsası isə özgüvənini itirər.  Uşaqlarda özgüvəni necə bərpa etməli? Uşaqlarda itirilmiş özgüvəni yenidən bərpa etmək çox çətin prosesdir. Özünə inamı olmayan uşağı təlim prosesinə cəlb etmək də daha çətindir. Deməli, uşaqlıq dövründə yaranan hansısa bir hal gələcəkdə mütləq öz təsirini göstərir. İstər müsbət şəkildə, istərsə də mənfi. Z.Freyd belə deyir : “Uşaqlara hətta, tualet vərdişi belə zamanında öyrədilmədikdə, onlar xəsis və inadkar olurlar”. Bu səbəbdən də uşaqları öncə tərbiyə etmək, sonra onlara elm öyrətmək gərəkdir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 22.11.2019

Fibromialgiya

Fibromialgiya

Fibromialgiya nedir? FIBROMIALGIYA agrı sindromlarından biridir.Qadınlar arasında daha sıx rast gəlir.Fibromialgiya diffuz,simmetrik əzələ-sümük-oynaq ağrılarıdır.Latın dilindən götürülmüşdür,mənası fibro-lif,mio-əzələ,alqos-ağrı deməkdir. Fibromialğiyanın simptomları? 9cüt simmetrik nöqtələrin bazu,çiyin,körpücüküstü,körpücükaltı,dirsək,bud və s ağrlı olması xarakterikdir.Çox vaxt depressiya,yuxu pozğunluğu,qıcıqlanmış bağırsaq sindromu,xroniki yorğunluq sindromu,narahat ayaqlar sindromu,revmatik ağrılarla sehv salınır.2-8% əhalidə rast gəlinir. Fibromialgiyanın səbəbləri: Əvvəllər xesteliyin səbəbi iltihabi və psixiki dəyişikliklər nəzərdə tutulurdu,lakin hal-hazırda iltihabı dəyişikliklər qətiyyən nəzərdə tutulmur.Depressiya və psixi gərginlik də səbəb kimi götürülmür.Əsasən dərin yuxu fazasında hipofizin ifraz etdiyi somototropin hormonunun ifrazı aşağı düşür.Yuxu ( alfa-delta fenomeni) zamanı dərin yuxu və ayılma kəskin olduğu üçün serotonin və dofamin ifrazı aşağı düşür və bu da yuxudan ayılarkən davamlı əzabverici və sıxıcı ağrıların olması ilə nəticələnir. Ona görə xəstələr uzun müddət həkim axtarışında olur və nəticə əldə etmir. Fibromialgiyanın diaqnostikası: Bütün analızlər norma daxilində çıxarsa,yalnız dərin  yuxu pozğunluğu varsa bu xəstəlik  müşahidə olunur.Xroniki yorğunluq və stres ,meteohəssaslığı həssas olan əhali risk qrupuna aiddir. Fibromialgiyanın müalicəsi: Fibromialğiyanın müalicəsi zamanı dərman müalicəsi ilə yanaşı fizioprosedurların aparılması əks gösteriş yoxdursa, mütləqdir/Prosedur seçimi induvidualdır.Yaşa ,cinsə, xəstəliyin davam etmə müddətinə görə dəyişir.Prosedurlara aiddir: 1)Akupunktura 2) Nevral terapiya 3)Manual terapiye Fibromialgiyanın profilaktikası: Uzunmüddətli oturaq iş şəraitində işləyirlərsə aktiv hərəkətlərin olması, sağlam həyat tərzi, sağlam qidalanma və yuxu rejimi önəmlidir.İşləyən şəxslərin vaxtında məzuniyyətə çıxması çox önəmlidir.

Paylaşıldı: 22.11.2019

Epilepsiya

Epilepsiya

Epilepsiya nədir? Epilepsiya-beyin qabığında həddən artıq neyronal qıcıqlanmalarla əlaqədar olan hərəki, hissi, vegetativ, koqnitiv və ya psixi pozğunluqlarla təzahür edən baş beynin xroniki xəstəliyidir. Epilepsiyanın əlamətləri: Epilepsiya zamanı çox tutlamalar huşun itməsi ilə davam edən tonik, klonik, tonik-klonik tutmalardan ibarətdir, başin dönməsi, gözlərin   çevrilməsi, ağızdan köpük gəlmə, islatma, tutmanın qısamüdətli- 4-5 deq olması, tutmadan sonra tutmadan əvvəl yuxuya getmə,   tutmaların eyni xarakterli olması, tutmadan əvvəl auranın olması (30%) çox vaxt qoxu xarakterikdir. Yeganə sadə Parsial hərəki Cekson tutmaları zamanı huş pozulmur.  Epilepsiyanın səbəbləri: Epilepsiyanin patogenetik əsas səbəbi beyin toxumasında QaYT-ın  çatmamazlığı, qlutamatın artması hesab olunur. Körpələrin süni qidalanması zamanı onlardda epilepsiyanın inkişafı qidada B6 vitamininin çatmamazlığı ilə izah olunur. Qlütanin turşusunun artması piramid hüceyrələrinin depolyerizasiyasını törədən asetilxolinin mübadiləsinə təsir göstərir. Beyin kötüyünün qabıqaltı strukturlarında xolinergik neyronlar vardır, retikulokortikal neyronlar və qabıq interneyronlarının əksər hissəsi xolinergikdir. Xolinesteraza inhibitorlarının istifadəsi,xüsusən fosfor birləşmələrlə zəhərlənmə əksər hallarda epileptik qıcolma tutmalarına gətirib çıxarır. Epilepsiya zamanı xüsusən,generanizə olunmuş epilepsiyalarda MSS-də katexolaminlərin miqdarı dəyişir. Simpatik aktivliyinin üstünlüyü ilə gedən vegetativ pozğunluqlar beyin adaptasion imkanlarının pozulmasına səbəb olur və onun epileptik hazırlığını artırır. Digər səbəbdən infeksiya, travma, baş-beynin I-li və ya metastatik şişləri,beynin qan dövranı pozulması(işemik və ya hemorragik), intoksikasiya (şəkərin yüksəlməsi və ya aşağı düşməsi, dərmanlarla bağlı, içki,narkotik və müxtəlif kəskin iylər), ən az  3-4% irsi meyillilik ola bilər.  Epilepsiya tutmalarını törədən səbəblər: -yuxusuzluq, gec yatma; -siqaret və içki,narkotik; -günəş şuası radiasiyası; Epilepsiyanın pofilaktikası: Pəhriz,ketogen dieta saxlamaqla tutmanın baş verməsi azalır. Vaxtında EƏP-lərin qəbulu Epilepsiyanın  diaqnostikası: EEQ, videomonitorinq EEQ və neyrovizualizasiya ilə aparılır!

Paylaşıldı: 22.11.2019

Öz dünyam var, biraz qərib biraz tənha (Autizim)

Öz dünyam var, biraz qərib biraz tənha (Autizim)

Autizm sindromundan əziyyət çəkən bir yeniyetmənin həyatı. “Bəli, mən 13 yaşlı yeniyetməyəm. Autizm sindiromumdan əziyyət çəkirəm. Ətrafdakıların mənə qarşı münasibəti çox fərqlidir. Məncə onlar məni anlamırlar. Bəzən autizmin xəstəlik olduğunu düşünürlər, bəzən dəli olduğumu... Lakin, mən fiziki olaraq normal uşaqlar kimi inkişaf edirəm. Onlar kimin hoppanıram, qaçıram, top oynayıram. Bəli, psixoloji baxımdan yaşıdlarımdan geri qalıram. Bu mənim əlimdə deyil! Mən normal uşaqlar kimi yazıb oxuya bilmirəm. Onlar kimi ünsiyyət qura bilmirəm. Uşaqlarla oynamağı bacarmıram, paylaşmaq hissinin nə olduğunu bilmirəm. Mənim ÖZ DÜNYAM var orda tək və tənhayam .... Dostlarımın olmasını istəmirəm, əslində onlarla necə davranacağımı bilmirəm?! Bəs mənə kömək etməyi heç düşünmüsənmi?! Yoxsa sən də məndən qaçmısan? Niyə qəbullanmırsan, məndə uşağam, mənimdə qarşılıqsız sevgiyə ehtiyacım var! Niyə görə qarşılıqsız deyirəm, çünki, mən sevgi hissinin nə olduğunu bilmirəm. Ailə üzvlərimə sevgi hissimi göstərməkdə çətinlik çəkirəm. Onlar yanımda olsada, olmasada mən bunun fərqində deyiləm. Məncə insan sevgisini göstərmək üçün göz gözə gəlməlidir, toxunmalıdır. Lakin mən bunları bacarmıram. Ona görə qarşılıqsız sevgi deyirəm. Toxunulmağa qarşı həssasam, əks reaksiya verirəm. Səslərə qarşı həssasam, qorxu hissinin, ağrı hissinin nə olduğunu bilmirəm, hər kəsə qarşı laqeydəm. Bacarıqsız deyiləm, amma kiçik və böyük motor bacarıqlarım inkişaf etməyib, qucağa alınmaqdan xoşlanmıram, sevilməkdən xoşlanmıram. Bir məsələni vurğulamağı yaddan çıxardım. Fikrimi ifadə etməyi də bacarmıram. Yeni mühitə yeni insanlara adaptasiya olmağım uzun müddət istəyir. Dəyişiklikləri qəbul etmirəm, süprizləri heç sevmirəm. Məni olduğum kimi qəbul edin. Bu yazını oxuyan hər kəsdən xahiş edirəm mənə qarşılıqsız sevginizi bəxş edin, əlimdən tutun, mənimlə söhbət edin. Səssiz qalmağıma icazə verməyin. Öz dümyamdan çıxmağa kömək edin! Mənim sizin köməyinizə çox ehtiyacım var.” Yuxarıda sizinlə həyatını paylaşdığım autizim sindiromundan əziyyət çəkən bir yeniyetmənin həyatıdır.  Gəlin baxaq autizim nədir, yaranma səbəbləri nələrdir, hansı göstəriciləri var və biz onları necə başa düşə bilərik?  Autizm-erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir. Autizmin əlamətləri əsasən iki yaşından etibarən özünü göstərməyə başlayır. Autizm-özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir. Autizm kifayət qədər geniş yayılmış haldır. Hal-hazırda autizmin yaranmasının dəqiq səbəbləri məlum deyil. Lakin autizmin nədən yaranmasına fikir bildirən mütəxəssislər belə hesab edirlər ki,autizmin yaranması həm irsi, həm də doğuşdan əvvəlki, doğuş zamanı və sonradan qazanılmış bir sıra inkişafa təsiredici faktorlarla, hamiləlik zamanı baş verən narahatlıqlar,eləcə də uşaqlıqda edilən peyvəndlərlə əlaqədar ola bilər. Müasir tədqiqatlara əsasən autizmi əsəb sisteminin patologiyası ilə əlaqələndirirlər. Bu isə bir sira səbəblərlə əlaqədar ola bilər: Autizmli uşaqların xüsusiyyətləri: Jest və mimikaların az olması. Ehtiyacını ifadə edə bilmir . Öz yaşıdlarından uzaq durmaq. Göz təmasından qaçmaq. Başqaları ilə ünsiyyət qurmur. İstəklərini başqalarının əllərindən istifadə edərək ifadə edir. Uzun müddət ərzində eyni mövzu üzərində danışır. Səbəbsiz olaraq ağlayır, gülür və səbəbsiz davranışlar nümayiş etdirir. Mənasız sözləri ardıcıl təkrarlayır. Predmetləri davamlı olaraq çevirməkdən xoşu gəlir. Yaradıcılıq tələb edən oyunları oynaya bilmir. Hər şeyin eyni olmasını istəyir, dəyişikliklərə həddindən artıq reaksiya verir. Hər hansı bir yenilik onlar üçün qorxulu və qeyri-müəyyən olur Davamlı olaraq eyni oyunları oynayır. Exolaliya (cavab vermək əvəzinə, özünə deyilənləri eynilə təkrar etmək) Predmetlərə bağlanır. Başqalarına qarşı maraqsız olmaları. Valideynlərə bir neçə tövsiyyələr: •    Autizmli uşaq, hər bir digər uşaq kimi, şəxsiyyətdir. Autizmli uşaqlar böyüyərkən uşaqlıqlarında alüdə olduqları sahə üzrə işləyə bilərlər. Məsələn, rəqəmlər ilə maraqlanan uşaq, gələcəkdə mühasib ola bilər. •    Autist uşaqlar adətən televizora baxmağı xoşlayırlar, lakin onlara məhdudiyyət qoymaq lazımdır. Çünki televizor vasitəsi ilə informasiyanı tək tərəfli qəbul edirlər.  •    Uşağı mənasız, stereotip hərəkətlərdən,sözlərdən  yayındırmaq lazımdır.Bunu məcbur olaraq deyil ,onların diqqətini başqa səmtə yönləndirərək etmək lazımdır . •    Uşaq ilə mümkün qədər çox söhbət etmək lazımdır . Autizm sindromlu  uşaq digər uşaqlardanda çox ünsiyyətə ehtiyacı var;  •    Autist uşaqlar heyvanlara qarşı səbəbsiz aqressiv ola bilərlər. •    Uşaqların müxtəlif inkişafetdirici mərkəzlərə aparın. Məhz bu mərkəzlərdə siz uşağınızla necə düzgün işləmək barəsində məlumat əldə edə bilərsiniz; •    Heç bir zaman ümüdinizi itirməyin, qalibiyyətinizə inanın. Ən əsası – uşağı olduğu kimi qəbul etmək lazımdır. Sizin uşaq hansısa bir uşaqdan nə pis, nədəki yaxşıdır, o sadəcə fərqlidir. Eləcə də , unutmayin ki tarixdə iz qoymuş dahi hər  səxsiyyətlərin əksəriyyəti autizmli insanlar olublar.   Öz dünyam var, biraz qərib biraz tənha (Autizim)   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 21.11.2019

Cizgi filmlərində gizlənmiş subliminal mesajlar

Cizgi filmlərində gizlənmiş subliminal mesajlar

0-6yaş  mərhələsinin uşaqların həyatındakı rolu nədən ibarətdir? Əziz valideynlər 0-6 yaş mərhələsi uşaqların, həyatın da mühüm və özünəməxsus yerə malikdir. Erkən yaşdan etibarən uşaq bütün bilik və bacarıqlarını ailə üzvlərindən əldə edir. Bu uşağın həm fiziki, həm də mənəvi inkişafına təsir edir. Müxtəlif hazırlıq səviyyəsi olan uşaqlar vericilərdən alınan məlumatları öyrənməyə başlayır. Uşaq səhv, yaxşı , pis arasındakı fərqi görmür. Uşaq dünyaya ünsiyyət etməyə hazır olan bir şəkildə gəlir və rast gəldiyi hər kəsi təqlid edir, yamsılayır. Erkən yaşlarda öyrəndikləri, gördükləri gələcəyində şəxsiyyətində öz əksini tapır. Uşağın sosial, mənəvi, əxlaqi və ruhi sağlamlığında ailə ilə keçirtdiyi zamanla bərabər, televiziyada və ya komputerdə izlədikləri cizgi filmləri də özünə məxsus yerə malikdir. Uşağın məktəbdən kənar həyatı, ictimai mühit və ən təsirli Kütləvi informasiya vasitələri həmişə onlara təlimat verir və öyrədir. Kütləvi informasiya vasitələrini (media) televiziya, radio, kitablar, jurnallar, qəzetlər, filmlər, video oyunlar əhatə edir. Cizgi filmlərinin funksiyaları və mahiyyəti nələrdir ? Cizgi filmlərinin funksiyaları öyrətmək, həqiqəti göstərmək, əyləndirmək və inkişaf etdirməkdir. Təəssüfki, hər bir karikatura bu funksiyaları yerinə yetirə bilmir. Cizgi filmlərində ki, obrazlar hər zaman müsbət mesajları şüuraltına ötürmür. Digər mesajlardan daha sürətli və daha böyük olan subliminal mesajları var. Karikatura ölümü, cinsəlliyi, şiddəti, aqresivlik, bacı qardaş qısqanclığın ,mənfi hissləri gizli şəkildə insanın şüuraltına göndərir. Gəlin düşünək . •    Niyə cəmiyyətimizdə ən aktual məsələ davranış pozuntusudur? •    Niyə bügün valideynlər övladlarının daha aqresiv olduğunu vurğulayır? •    Niyə bacı qardaş qısqanclığı artıb?  •    Niyə "kaşki əvvəlki zaman" olardı deyirik? Cizgi filmlərdə və karikaturalarda gizlənmiş mesajlar . Bunların hamısının səbəbi uşaqların istədikləri, valideynlərin seçim etmədən izləməyə icazə verdikləri cizgi filmlər və cizgi film kanallarıdır. Uzun müddət uşaq  kiminlə zaman keçirirsə onun vərdişlərini və davranışlarını mənimsəyir. Cizgi filmlərindəki karikaturaların xüsusiyyətlərini də, bu şəkildə öz üzərində tətbiq edir. Televiziya uşaqlara informasiya ötürür bu zaman uşaq sorğu sualsız yeni informasiyanı qəbul edir. Cizgi filmlərinin göndərdiyi mesajlar rəngli və hərəkət edən stimullar olduğu üçün daha həlledici rola malikdir. Uşaqlar və yeniyetmələrdə spirt, siqaret və "maddə"nin istifadəsi, oğurluq, məktəb müvəffəqiyyətinin azaldılması problemlərini araşdırdığımız zaman bunun mərkəzində cizgi filmləri, radiolar, televiziya və ya videokliplərdə eşidilən və tesvir olunan riskli davranışların olduğunu görürük.  Cizgi filmlərin uşaqlara mənfi təsiri . -Xoşa gəlməz ifadələrin işlədilməsi . -Davranış pozuntusunun müşahidə olunması . -Asosial davranışların nümayişi . -Cinsəl istəyin artması. -Aqresiv davranışların artması . -Empatiyanin olmaması. -Zorakılığa meylin artması -İnformasiyanın tək tərəfli qəbul etmək   -Nitq inkişafının gecikməsi . -Ünsiyyət anlayışının formalaşmasinda çətinliklər. Cizgi filmlərin yaratdığı problemləri bes necə həll etməliyik? Televiziyanı evdən qadağan etmək və ya uşaqları televiziya izləməkdən çəkindirmək həll yolu deyildir. Valideynlər televiziya seyrini məhdudlaşdırmaq prinsipini almalıdırlar. Bəli, uşaq əvvəlcə ailəni təqlid edir. Bunun üçün valideynlər kollektiv olaraq oxumaq, müzakirə etmək, söhbət etmək, müxtəlif faydalı əyləncə fəaliyyəti tapmaq, ənənəvi uşaq oyunlarını oynamaq və bir-biri ilə xüsusilə də uşaqları ilə daha çox maraqlanmağı  vərdiş halına salmaq lazımdır. Valideynlər həmçinin uşaqları televiziya proqramlarında, cizgi filmlərində və reklamlarda olan məlumatları qiymətləndirmək işini birgə etməlidirlər. Uşaqlarınız cizgi film izlədikləri zaman onlarla bərabər izləyib, yeni obraz və hərəkətləri müzakirə etmək ən doğrusudur. Bununla yanaşı valideynlər öyrədici cizgi filmlərinə üstünlük verməlidirlər. Charlie Chaplin deyir ki, bəşəriyyət və kəşfiyyatdan daha çox şəfqət və xeyirxahlıq lazımdır. Onsuz olmadan həyat şiddətlə doludur və biz hər şeyi itiririk. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 20.11.2019

Autizmi oyuna gətir

Autizmi oyuna gətir

Autizm nədir?  Autizm ünsiyyətdə, sosial münasibətlərdə müxtəlif problemlər yaradan inkişaf pozuntusudur. Əsasən, uşağın 36 ayından sonra özünü göstərir. Autizm erkən müdaxilə edilmədiyində irəliləyən problemdir.     Autizmin yaranma səbəbləri hansılardır? Autizmin yaranma səbəbləri geniş və müxtəlifdir. Hamiləlik dövründə ananın keçirdiyi stress, infeksion xəstəliklər, doğuş zamanı və doğuşdan sonra uşağın keçirdiyi stress, düzgün olmayan peyvəndlər, ailə daxilində uşağın və valideynlərin həddən artıq telefon və ya Tv aludəçisi olması və s. autizmə gətirib çıxarır. Autizmin yaranmasının konkret səbəbi yoxdur. Bir çox alimlərin fikrinə görə, autizm genlər vasitəsi ilə ötürülür.Yəni, autizmli bir uşaq özündə  autizm genləri daşıyır. Ailədə autizmli uşaq varsa, digər uşağın autizm olması ehtimalı 2-18% arasında dəyişir.       Autizmli uşaqları digər uşaqlardan fərqləndirən davranışlar hansılardır? İnsanlarla göz təmasından qaçırlar. Autizmli uşaqlar insanlarla göz kontaktı qurmağa maraq göstərmirlər, lakin, əşyalara qarşı, yəni, cansız obyektlərə maraqlıdırlar; Səbəbsiz ağlayıb, gülürlər; Ağrıya qarşı laqeyddirlər; Təkliyə meyillidirlər; Toxunulmağı sevmirlər; Dəyişikliklərə kəskin reaksiya verirlər; Səslərə qarşı həssasdırlar; Səbəbsiz hərəkətlər nümayiş etdirirlər (Məsələn,əl çırpmaq); Otaqda dolaşaraq  eyni səsi çıxarırlar; Əlində bir əşyanı tutaraq otaqda dolaşırlar; Əşyaları qoxlayırlar; Öz kölgələrini qovalayıb izləyirlər;       Oyunun autizm üçün əhəmiyyəti nədir? Autizm insanın həyatı  boyu  davam edəcək, qalıcı bir problemdir.Lakin, müxtəlif vasitələrlə autizmli uşaqlara müəyyən vərdişlər, bacarıqlar aşılamaq mümkündür. Bu vasitələrdən ən əsası oyunlardır. Oyunlardan düzgün və yerində istifadə etməklə autizmli bir uşaqda müsbətə doğru dəyişikliklər əldə etmiş olacağıq. Autizmli uşaqlarda təqlid etmə qabiliyyəti az olur və ya heç olmur. İlk növbədə onların təqlidetmə qabiliyyətlərini artırmaq daha məqsədəuyğundur.Tipik uşaqlarda 12 ayına qədər təqlid etmə bacarığı formalaşmış olur. Təqlid etmə  “Öyrənmə”nin  başlanğıcıdır. Oyunlar uşağın yaş dövrlərinə uyğun seçilməlidir. Bəzi hallarda valideynlər uşağının öyrənməsini sürətləndirəcək oyunlardan istifadə edilməsini istəyirlər, lakin, bu fikir yalnışdır. Autizmli uşaq yoldaşlarından, valideynlərindən  ayrı oyun oynamağı seçir. Belə halda valideyn uşağının tək başına oyun oynamaqdan xoşu gəldiyini, buna görə də oyuna müdaxilə etməməyi düşünürlər. Əslində isə uşaq təkbaşına oyun oynamağa alışdığı üçün oyuna müdaxilə olunmasını istəməzlər. Çünki onların hərkəsdən fərqli bir xəyal dünyası var, hansı ki, valideynlər oyun zamanı onların xəyal dünyasına müdaxilə etmiş olurlar.       Oyun zamanı nələrə diqqət etməli?  Uşağa oyun oynadığı zaman liderlik etmək; Oyun zamanı uşağa liderlik etmək,onun nə etməsini söyləmək, düşünmə imkanını əlindən almaqdır; Uşağın öz qurduğu oyuna müdaxilə etmək; Uşaq oyunun gedişatını öz istəyinə uyğun qurar və oyuna uşağın xəyal dünyasından baxmaq lazımdır. Əks halda bu,uşaqda önəmsizlik duyğusu yaradır və bu da özgüvən əksikliyinə gətirib çıxarır; Uşağın oynadığı oyuncağı kənarlaşdırıb, başqa material ilə oynamağa təkid etmək; Uşağın əlindəki oyuncağı kənarlaşdırıb başqasını vermək uşağı zorla onun xəyal dünyasından ayırmaqdır; Uşağa oyun zamanı tez-tez suallar vermək; Bu hal valideynlərdə müşahidə olunur. Valideynlərin oyun zamanı gözlənilməz suallar verməsinin səbəbi,oyunda nə deyə bilməməsindən qaynaqlanır. Ailənin uşağı ilə uzun müddət oynamaması,uşaq haqqında məlumatlarını məhdudlaşdırır. Oyun ortamında sanki məlumat əldə etmək fürsəti tapırlar; Uşaq ilə arxa pozisyadan əlaqə qurmaq; Autizmli uşaqla oyun oynayarkən, uşaq üzünü çevirər və alışqın olmadığı üçün tək oynamağı seçər, arxasını dönərək reaksiya verər. Bu isə uşaqla göz təması qurulmasını əngəlləyir. Bunun üçün uşağı birlikdə oyuna alışdırmaq lazımdır. Oyun zamanı həddən artıq oyuncaq yığmaq; Həddindən artıq oyuncağın oyuna daxil edilməsi uşaqda diqqət əksikliyi yarada və oyuna adaptasiyasını çətinləşdirə bilər. Uşaq ilə uzaq məsafədən oyun oynamağa çalışmaq; Məsafəli oyun uşaqla sağlam əlaqənin qurulmasına mane olur. Uşağa yavaş-yavaş toxunaraq ona varlığını hiss etdirmək, əlindəki vəsaiti tutmaq daha məqsədə uyğundur. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 20.11.2019

Uşaqların nitqində olan problemlər

Uşaqların nitqində olan problemlər

2-4 yaşlı uşaqların nitqində olan problemlər Ünsiyyətin insan həyatında rolu nədən ibarətdir? Danışmaq, ünsiyyət qurmaq insanın sosial həyatında önəmli proseslərdəndir. Səlis danışıq, aydın dil hər kəs tərəfindən xoş qarşılandığı halda, kəkələmək, fikrini izah edə bilməmək, ən pis halda isə danışa bilməmək insanlar arasında elə də xoş qarşılanmır. Belə insanlar hər zaman ətrafdakılar tərəfindən "yazıq", "bəxti gətirməyən" adlandırılırlar. Elə buna görə də, körpənin dil açması valideynləri tərəfindən böyük bir sevinclə qarşılanır. Əksər ailələr isə uşaqlarının danışmaq ərəfəsində onların sadəcə susub baxmasını izləyirlər. Lakin hər susan uşaq “sonuna kimi danışmayacaq”, yaxud “dilində qüsuru olacaq” demək deyil. Vaxtında nəzarət olunan, problemləri aradan qaldırılan uşaqlar gələcək həyatlarında da maneələrlə üzləşmirlər.       Uşaqların gec dil açmasına səbəb olan amillər hansılardır? Nevroloji səbəblər, uşaqlarda anadangəlmə spastik xəstəliklər, autizm uşaqların gec dil açmasına səbəb olur. Bunların əsasında isə sinir sistemindəki pozğunluqlar durur. Menengit, zədə, damar mənşəli xəstəliklər, əzələ xəstəlikləri, beyinə təsir edən infeksiyalar da uşaqlarda dil və danışma pozğunluğuna səbəb olur. Uşaqların gec danışması, nitqində qüsurların olmasının əsas səbəblərindən biri də ailədə uşaqlarla ünsiyyətin qurulmamasıdır. Uşaqlar danışdıqda onu diqqətlə dinləmək lazımdır, hətta, danışdığı önəmsiz olsa belə. Çünki uşaq ona ciddi yanaşıldığını görəndə danışma həvəsi yaranır ki, bu da nitqin inkişafına müsbət təsir edir.       Nitq qüsurlarının səbəbləri hansılardır? Nitq qüsurlarının səbəbləri müxtəlif olur. Bəzi hallarda danışmada olan ləngimə genetik olur, bəzi hallarda isə bunun çox ciddi səbəbləri ortaya çıxır .1 yaşında uşaq adını çağıranda reaksiya vermirsə, yaxud da, məsələn, babasına  "baba” demirsə, hər kəsə "baba” deyirsə, bu, söz deyil, heca hesab olunur. Nitq qüsurlu insanların əksəriyyətində özünəinam hissi zəif olur. Adətən, bu problemə uşaq yaşlarında daha çox təsadüf edilir. Uşaqlarda onun bir neçə formasına rast gəlmək mümkündür.     Nitq qüsurunun formaları hansılardır? Nitq qüsururnun aşağıdakı formaları ayırd edilir: a) Alaliya– baş beynin hər hansı bir hissəsinin inkişafdan qalması və yaxud patologiyası səbəbindən nitqin olmamasıdır; b) Dizartriya-mərkəzi sinir sistemində güclü zədələnmələr nəticəsində baş verir və uşaqlarda tənəffüs zamanı sözün bir hissəsi tamamilə itir. Bəzi dizartriyaları dislaliliya ilə qarışdırırlar, lakin dizartriyalarda sözün bir hissəsi itir, dislaliyalarda isə hərf dəyişdirilir. Nitq patologiyasının səbəblərindən biri də dislaliyadır ki, bu zaman sözlərdə hərfin ifadəsi dəyişir. c) Rinolaliya- burun-udlaqda adenoidlər və ya burun çəpərində yaranan əyrilik nəticəsində sait səslər ağızdan yox, burundan ifadə olunur. Buna  “tın-tın” danışmaq da deyirlər; d) Loqonevroz, yəni kəkələmə, söz axınının, səs tembrinin və yaxud heca ritminin pozulmasıdır. Bu forma getdikcə ağırlaşmağa meyilli olur. Nitq problemlərinin patogenetik səbəbləri də müxtəlif olur: -uşaqla valideyn arasında əlaqənin olmaması, yaxud zəif olması; -beyin qabığının ləng inkişafı və somatik xəstəliklər və s. Nitq qüsurunun əmələgəlmə səbəblərindən biri də autizm sindromudur. Normal uşaqlarda 1yaşında göstərici- barmaq formalaşır, yəni uşaq istədiyini barmağı ilə göstərir, 2 yaşına doğru isə nitqi formalaşır, fikrini sözlər və qısa cümlələrlə ifadə edir. Autizmli uşaqların isə öz dünyası olur. Onlar ətraf mühitdən təcrid olunur, bir hərəkətin, yaxud bir əşyanın üzərində təkrarlayıcı hərəkətlər edirlər. Bu uşaqların söz ehtiyatı yalınız bir-iki sözdən ibarət olur və həmin sözlər daim təkrarlanır. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 20.11.2019

Spinner