Abdominoplastika

Abdominoplastika

   Abdominoplastika qarın dartılması ya da yığılması kimi də adlanan bir əməliyyatdır. Qarnın ön divarının sallanması və eybəcər hala gəlməsi çoxlu hamiləlik və doğuşlar, əzələlərin zəyifləməsi, piylənmə, arıqlamaq üçün aparılan əməliyyatlar nəticəsi kimi səbəblərdən ortaya çıxır. Qadınlarda qarın sallanması daha çox hamiləlik və doğuşdan sonra müşahidə edilir, kişilərdə isə əsas səbəb çox vaxt piylənmə (həddindən artıq kökəlmə) olur.    Sallanmış qarın pis görünüşdən başqa bəzi problemlərə də yol açır. Belə ki, insanın gündəlik təmizlik alışqınlıqlarının yerinə yetirilməsi çətinləşir, sallanmış dəri ( “önlük” ya da rus dilində “fartuk”) ilə ön qarın divarı altında piy və tər vəzilərinin ifrazatı toplanır. Bu isə öz növbəsində pis qoxu, dəri qıcıqlanması, qaşıntı və hətta kiçik yaraların əmələ gəlməsinə səbəb olur. Bədən xətlərinin təhrifi insanda üzünə qarşı mənfi hisslər və psixoloji gərginlik yaradır. Kişilərdə öz cinsiyyət orqanını sallanmış dəri səbəbiylə daha qısa olduğuna dair yalançı fikirlər yarana bilər.    Qarın dərisinin sallanması ilə birlikdə xəstələrdə yırtıqlar (rus dilində “qrıja”) və qarnın düz əzələlərinin ayrılması da müşahidə oluna bilər.    Yuxarıda sadalanan problemlərin həlli plastik cərrahiyyədə ümumi şəkildə abdominoplastika olaraq adlanan əməliyyat ilə mümkündür. Əməliyyat həddi buluğa çatmış bütün xəstələrdə aparıla bilər. Lakin, daha cavan xəstələrdə, az sallanma olduqda tək başına liposaksiya (piy çıxartma) əməliyyatı da effektiv ola bilər. Dəriləri çox sallanmış və tonusunu itirmiş yaşlı xəstələrdə isə abdominoplatika növlərindən biri aparılır.    Mini abdominoplstika əməliyyatında qarın dərisinin sadəcə göbəkdən aşağı hissəsi çıxardılır və əzələ qatı sıxlaşdırılır.    Klassik abdominoplastikada qarın dərisi geniş şəkildə sərbəstləndirildikdən sonra artıq hissəsi çıxardılır. Göbək kiçildilir və daha üstə yerləşdirilir. Qarnın düz əzələləri orta xətdə birləşdirilir. Lazım olduqda qarnın müxtəlif hissələrinə liposaksiya aparılaraq daha gənc və cazibəli bədən şəkli əldə edilir.    Yaşlı və ya yanaşı gedən xəstəlikləri olanlara sadəcə sallanan  dəri qatı çıxardılır (əməliyyat pannikuloektomiya adlanır). Bəzən sallanma daha çox qarnın alt hissələrində və qasıq nahiyəsində olur. Belə pasientlərə qasıq dartılması, qasıq-bud dartılması, ya da dairəvi bədən dartılması aparılır.    Abdominoplastika əksər hallarda ümumi narkoz altında icra olunur, amma mini əməliyyat ya da pannikuloektomiya spinal anesteziya ilə (beldən keyləşdirmə ilə) aparıla bilər. Əgər xəstədə qarın yırtığı varsa, abdominoplastika vaxtı o da bərpa edilir.    Əməliyyat izi alt qeyimin altında qalacaq şəkildə planlanır və beləliklə gizli olur. Əməliyyatdan 10 gün əvvəl xəstə qanı incəldən dərmanların (məs. aspirin kimi), vitaminlərin, bitki çaylarının və bioloji aktiv əlavələrin qəbulunu kəsməlidir. Siqaret çəkən xəstələrə isə əməliyyatdan ən az 2 həftə əvvəl bunun tərgitmək məsləhət edilir. Əməliyyatdan sonra xəstəxanada 1-2 gün qalmaq kifayətdir. Evdə 5-7 gün yarı yataq rejimi tətbiq edilir. Tikişlər 14-20 gün sonra çıxardılır, 1 ay qarın toxumalarını dəstəkləyən korset geyilir. İdman növlərinə 6 həftə sonra başlamaq olar.    Qeyd etmək istəyirəm ki, abdominoplastika qətiyyən arıqlama əməliyyatı deyil! Piylənmə pəhriz və dərman qəbulu yolu ilə, ya da bəzi xəstələrdə piylənmə əleyhinə aparılan əməliyyatlar (məsələn mədə kiçildilməsi) ilə müalicə olunur. Xəstə müəyyən dərəcədə artıq çəkidən azad olduqdan sonra salanmış toxumalar, o cümlədən qarın plastik əməliyyatlar ilə dartılaraq daha ahəngli şəklə gətirilir.    Əgər yaxın zamanlarda hamiləlik planlaşdırılırsa, bu barədə həkimə məlumat verilməlidir. Düzdür, qarın gərmə əməliyyatı olmuş qadınlar təkrar hamilə qala bilərlər, heç bir əks göstəriş yoxdur. Lakin hamiləlik əməliyyatın nəticəsinə mənfi təsir göstərir və yenidən dəri boşalması, artıq piylərin yaranmasına səbəb olur. Ona görə də əməliyyatın hamiləlikdən sonra icra olunması daha məqsədəuyğundur. Qarın gərmə əməliyyatına aşağıdakılar göstərişdir: - Qarın nahiyəsində artıq piy qatlarının olması;  - Qarında çoxsaylı sallaq dərilər;  - Qarın əzələsinin zəifliyi;  - Çapıq deformasiyası;  Klassik abdominoplastika qarın divarında çox artıq  miqdarda toplanmış piy kütləsini və qarın dərisinin elastikliyinin itdiyi vəziyyətlərdə icra olunur. Mini-abdominoplastika isə  əsasən qarın divarındaki orta miqdarda toplanmış piy kütləsini və qarnın aşağı yarısında görüldüyü və qarın aşağı yarısının  dərisinin elastikliyinin itdiyi vəziyyətlərdə icra olunur. Marriage abdominoplastika mini abdominoplastikada olduğu kimi əsasən qarın divarındaki orta miqdarda toplanmış piy kütləsini və  qarnın aşağı yarısında görüldüyü və qarın aşağı yarısının dərisinin elastikliyinin itdiyi vəziyyətlərdə və əlavə olaraq bel nahiyyəsində  piylənmə olan pasiyentlərdə icra olunur.

Paylaşıldı: 12.03.2020

Mammoplastika

Mammoplastika

MAMMOPLASTİKA NƏDİR? Süd vəziləri qadın cinsinin təyin olunmasını ifadə edən, estetik baxımdan qadınlıq və analıq hissini təmsil edən, gələcəkdə sağlam nəslin formalaşmasında çox böyük əhəmiyyəti olan orqanlardandır. Mammoplastika dedikdə kiçik və inkişadan qalmış süd vəzilərinin böyüdülməsi, orta və irihəcmli (Makromastiya) süd vəzilərinin kiçildilməsi (Reduksiyon mammoplastika) və sallanmış süd vəzilərinin dikləşdirilməsi (mastopeksiya) başa düşülür. Süd vəzilərinin böyüdülməsi (augumentation mammoplasty). Süd vəzilərinin böyüdülməsi, az inkişaf etmiş süd vəzilərində və ya hamiləlikdən sonra atrofiyalaşaraq kiçilmiş süd vəzilərində tətbiq edilir. Bu gün ən çox istifadə olunan metod protez implantlarla böyütmə metodudur. Əməliyyat nəticəsində süd vəzisinin alacağı ölçü xəstənin istəyinə və əməliyyatı icra edəcək cərrahın məsləhətinə əsasən planlaşdırılır. Protez ya bilavasitə süd vəzisi toxumasının altına, ya da musculus pektoralisin altına yeridilməklə həyata keçirilir. Süd vəzilərinin kiçildilməsi. Süd vəzinlərinin həddən artıq böyük (makromastiya) olması baxımdan kompleks yaratmaqla yanaşı, ciddi sağlamlıq prolemlərinə yol aça bilən bir patologiya kimi mövcuddur. Süd vəziləri pubertar, hamiləlik, menustral pozğunluqlar, piy distrofiyaları zamanı və irsi meyilliklə patoloji ölçülərə çata bilir. Makromastiyalı xəstələrdə fiziki, psixi və sosial simptomlar müşahidə oluna bilər ki, bu da süd vəz kiçiltmə əməliyyatına birbaşa göstəriş sayılır. Rediksion mammoplastika bir çox metodlarla şəxsin öz toxumasının rekonstruksiyası hesabına həyata keçirilir ki, bu da qənaətbəxş hesab olunur. Süd vəzi dikləşdirmə (mastopeksiya) qadınların yaşa dolması və toxumaların sallanaraq normal döş səviyyəsindən aşağı düşməsinə səbəb olan hallarda həyata keçirilir. Döşün həcmini dəyişmədən döş giləsini və süd vəzi toxumasını lazım olan səviyyəyə daşınmasına mastopeksiya əməliyyatı deyilir. Mastopeksiya texniki cəhətdən icra olunması asan olan əməliyyat qruplarına aid olmaqla yanaşı pasiyent üçün də heç bir təhlükəsi yoxdur.

Paylaşıldı: 04.03.2020

Blefaroplastika

Blefaroplastika

   Blefaroplastika nədir?    Son zamanlar blefaroplastika əməliyyatına çox böyük ehtiyac duyulduğundan insanlarımızın bu istiqamətdə maarifləndirilməsini vacib sayaraq, Sizlərə göz qapaqlarının estetik əməliyyatları haqqında məlumat verəcəyik.    Blefaroplastika bütün hallarda göz qapaqlarını hədəfləsə də periorbital nahiyyənin əvvəlcədən qiymətləndirilməsi vacib şərtlərdəndir. Üst blefaroplastikada əsas şərt qaşın qorunması, sabitləşdirilməsi və ya yüksəldilməsi və üst göz qapağındakı dolğunluğun qorunub saxlanmasıdır. Qaş və göz qapağında müşahidə olunan ptoz əməliyyat sırasında aradan qaldırılmalıdır.    Göstəriş:    İnsan yaşa dolduqca göz qapaqlarını saxlayan əzələlər zəifləyir, göz qapaqlarının dərisi genişlənərək sallanmış olur ki, bu da adamın həm yorğun, həm də estetik cəhətdən bir qədər yaşlı görünməsinə gətirib çıxarır.Nəticədə yuxarı və aşağı göz qapaqlarının altında artıq miqdarda piy toxumasının toplanması üst göz qapaqlarında sallamanı, alt göz qapaqlarında isə sallanma və şişkinliyi artırmış olur ki, bununla da insan yaşlı göünməklə yanaşı ön-yan görmənin zəifləməsindən əziyyət çəkmiş olur.    Alt göz qapağında aparılan estetik əməliyyatlara adətən anadan gəlmə qüsurları olan insanlar müraciət edirlər.    Əks göstəriş və ağırlaşma:    Blefaroplastika təhlükəsiz əməliyyat sayılsa da, hər bir aparılacaq əməliyyatın risk faktorları və ağırlaşmaları vardır. Hər hansı analgetik və digər preparatlara qarşı həssaslığın olması, ağır forma şəkərli diabet, laxtalanma pozğunluğu və s. Ən vacib ağirlaşma əməliyyatdan sonrakı günlərdə şişkinliyin (ödem) artmasıdır. Bu zaman həkimə vaxtında müraciət olunmalıdır. Hər bir baş verə biləcək ağırlaşmaya ciddi yanaşmaq lazımdır ki, postoperasion dövrdə regenerasiya və reabilitasiya dövrü uzanmasın.    Əməliyyatın texnikası:    Göz qapaqlarında aparılan estetik əməliyyatları tək və ya üzdə aparılan digər əməliyyatlarla birgə icra etmək mümkündür.    Əməliyyat sahəsinə yerli analgetiklərlə inyeksiya olunmamışdan əvvəl üst göz qapağında kəsiləcək nahiyyə markerlərin köməyi ilə simmetrik işarələnməlidir. Kəsik aparılacaq xəttin aşağı kənarı göz qapağı ucundan ~ 0,4-0,6 sm məsafədə olmalıdır ki, əməliyyatdan sonra  həm göz qapağı dərisinin normal anatomik quruluşu, həm də göz qapağının distal nahiyyəsinin vaskulyarizasıyası pozulmasın.     Əgər artıq sallanmış dəri üst göz qapağının mərkəzi hissəsini əhatə edirsə, bu zaman ellipsvari kəsiklə kifayətlənmək yetərlidir. Yox əgər artıq toxuma bayıra doğru davam edirsə, kəsik bu sahəyə qədər ~ -vari də davam etdirilməklə əməliyyat icra oluna bilər.    Alt blefaroplastika əməliyyatının köməyi ilə aşağı göz qapağı dərisinin sallanmasını, artıq miqdarda yığılmış piy toxuması və qırışların aradan qaldırılmaqla cavanlaşdırıcı effektif-estetik nəticəni əldə etmək mümkündür.    Alt göz qapağında isə fərqli eksiziya planlaşdırılır. Alt göz qapağının korreksiyaedici əməliyyatlarında rotasiya yalnız yuxarı deyil, eyni zamanda da bayır istiqamətdə də aparılmalıdır. Kəsik xətti bayır bucaqdan xaricə və azca aşağıya doğru aparılır.    Nəticə:    Gözlər üzün ən vacib və cazibəli nahiyyəsi olduğu üçün blefaroplastika aparılan zaman təbii cizgiləri pozmadan alt və üst göz qapaqlarında daha gənc bir görüntü əldə etmək vacib şərtdir.

Paylaşıldı: 04.03.2020

Bel yırtığı

Bel yırtığı

Bel  Yırtığı : Fəqərəarası disk yırtığı nədir? Ətrafımızda bir çox insanların daha çox rastlaşdığı problemlərdən biri də bel yırtığıdır. Onurğamızın bel hissəsi bel fəqərələri və qığırdaq toxumasından təşkil olunmuş intervertebral disklərdən təşkil olunmuşdur.İntervertebral diskin rolu- fəqərəarası amartizator rolu və yastıq funksiyasını yerinə yetirməkdən ibarətdir. Bu disklər zamanla yaşlanır,öz formasını dəyişərək şişkinləşir. Kapsulu yırtaraq sinirə təzyiq edir.Bu bel yırtığı adlanır.Bel yırtığı boyun yırtığına  nisbətən daha çox rast gəlinir. Buna səbəb isə  onurğamızın bel hissəsinin boyuna görə daha çox yük daşımasıdır.İntervertebral disklərdə əmələ gəlmiş  yırtıq 2 istiqamətdə: onurğa iliyinə və onuğadan çıxan sinirlərə təzyiq edə bilər.Onurğamızın bel hissəsindən çıxan sinirlər ayaqlara doğru yönəldiyi üçün sinir ağrıları aşağı ətraflarda baş verir.Yırtığın hansı bel fəqərəarası diskində yarandığından asılı olaraq ağrı istiqaməti dəyişilə bilər.Ən çox yırtıq bel onurğamızın L5-S1,L4-L5, fəqərəarası disklərində baş verir .L5-S1 də yırtıq varsa ağrı baş barmağa doğru, L4-L5 də isə topuğa doğru yönəlir. Əsasən bu ağrılar aktiv hərəkət zamanı artır,istirahət verildiyi zaman azalır Əgər belimizdə ağrı baş verdiyi  zamandan istirahət verilərsə və ağrı 48 saat müddətində keçməzsə,mütləq həkimə müraciət etmək lazımdır. Bel ağrıları təkrarlana bilərmi? Bilər : Çünki zamanla irəliləyən xəstəlikdir. Qoruya bilərikmi? Qoruya bilərik: Xüsusi profraktik tədbirlər və idman hərəkətləri vasitəsi ilə qorumaq mümkündür. Müalicə olunurmu? Olunur: Bu irəliləyən xəstəlik hesab edilir.Qəflətən yaranmır.Zamanla beldə ağrılar olur və qəfləti bir yanlış hərəkət  bel yırtığına səbəb ola bilir.Ona görə xəstə zamanında həkimə müraciət etmiş olarsa tamamilə müalicə olunur. Nə zaman əməliyyat olunur? Əgər dərman müalicəsi və fizioterapevtik müalicə nəticə verməzsə əməliyyat olunur. Bel ağrısına səbəb olan amillər? Miofasial ağrılar Oynaq ağrıları Bel lordozu (bel düzləşməsi) Stress Uzun zaman eyni pozisyonda qalmaq Bel-oma əyriliyi Travma Artroz Spinal stenoz Ağırlıq,yük qaldırma Səhv yönləndirilmiş hərəkətlər Oturaq iş Uzun müddət önə əyilməklə görülən iş  infeksion xəstəliklər Bel ağrısına səbəb olan faktorlardır. Bel yırtığının simptomları? Zaman-zaman təkrarlanan bel ağrıları Ayaqlara yayılan ağrı Öskürmək,asqırmaq zamanı ağrının artması Aşağı ətraflarda hissiyyat zəifliyi Aşağı ətraf əzələlərində gücsüzlük Refleks dəyişiklikləri (azalma,itmə kimi) Bel yırtığının diaqnostikası: MRT ,KT bəzi hallarda EMG tələb oluna bilir. Bel yırtığının müalicəsi: Ağrı kəsicilər ,miorelaksantlar,iltihab əleyhinə dərmanlar və fizioterapevtik müalicələr vasitəsiylə həyata keçirilir.Xəstələrin 100-dən 90-nı fiziki yöntəmlər vasitəsiylə müalicə olunur.Bunun üçün şöbəmizdə: Elektrofarez Hilt terapiya Maqnit terapiya Ultrafonofarez David zal (vertebra üçün nəzərdə tutulur) və.s kimi metodikalardan sitifadə edilir.

Paylaşıldı: 02.03.2020

Travmatik katarakta

Travmatik katarakta

Travmatik katarakta nədir? Travmatik katarakta - gözün müxtəlif zədələnmələri nəticəsində büllurun zədələnərək bulanmasına deyilir. Vaxtında müdaxilə edilməzsə, 70% hallarda korluğa səbəb olur. Travmatik katarakta hissəvi (lokal), tam (total), hissəvi-sovrulmuş, eləcə də büllurun normal anatomik yerləşməsi, hissəvi yerdəyişməsi (sublyuksasiya) və tam yerdəyişməsi (lyuksasiya) şəklində ola bilər.  Travmatik kataraktanın hansı növləri var? Travmanın formasından asılı olaraq, kataraktanın aşağıdakı növləri var: - kontuzion (küt zədə nəticəsində yaranır); - yaralanma nəticəsində (dəlib keçən yaralanma); - toksiki (kimyəvi maddələrlə zədələnmə); - şüa (ionlaşdırıcı şüalanma nəticəsində yaranan). Travmatik kataraktanın əlamətləri hansılardır? Travmatik kataraktanın inkişaf simptomları aşağıdakılardır: - təsvirin yayılması; - gözlərdə ikiləşmə; - işiq mənbələri ətrafında parlaq oreolların yaranması; - oxuma zamanı çətinliklərin yaranması; - işığa qarşı həssaslıq; - buludlu havada görmənin yaxşılaşması; - təsvirin kontrastlıq və parlaqlığının azalması; - bəbək rənginin dəyişməsi; - tam korluq. Travmatik kataraktanın diaqnostikası necə aparılır? Xəstəliyin müayinəsi həkim-oftalmoloq tərəfindən aparılır, anamnestik məlumatlara, vizual baxışa, biomikroskopiyaya əsaslanır. Travmatik kataraktanın müalicəsi necə aparılır? Travmatik kataraktanın əsas müalicə üsulu fakoemulsifikasiya metodu ilə büllurun çıxarılmasına əsaslanır. Büllurun təcili çıxarılmasına göstərişlər bunlardır: - ön kameranın zədələnmiş büllur kütləsi ilə dolması; - yüksək gözdaxili təzyiq; - artan iridotsiklik əlamətləri. Travma növündən və yanaşı ağırlaşmalardan asılı olaraq, pasiyentə fərdi əməliyyat metodu seçilir. Çıxarılmış büllur süni linza ilə əvəz olunur. Əməliyyat ambulator, yerli keyitmə ilə aparılır. Travmatik katarakta əməliyyatından sonra torlu qişa, xüsusən də göz dibi periferiyası mütamadi olaraq nəzarətdə saxlanmalıdır. Bu,torlu qişa qopmalarının qarşısını almaq üçündür.

Paylaşıldı: 01.03.2020

Anadangəlmə katarakta

Anadangəlmə katarakta

Anadangəlmə katarakta nədir? Görmə zəifliyi və korluğa gətirib çıxara bilən əsas səbəblərdən biri büllurun dəyişilməsi - kataraktadır. Anandangəlmə katarakta uşaqlarda görmə orqanı defektlərinin yarısından çoxunu təşkil edir. Patologiya birtərəfli və ikitərəfli, həmçinin, digər xəstəliklərə müştərək ola bilər. Anadangəlmə kataraktanın növləri hansılardır? - kapsulyar (büllurun ön və ya arxa kapsulalarının təcrid olunmuş bulanması); - qütblü (bulanma həm kapsulada, həm də büllurun özündə, ön və arxa qütbdə ola bilər, adətən ikitərəflidir); - qatlı (zonulyar - mərkəzdə şəffaf nüvənin ətrafında yerləşir); - Nüvə (nüvənin bulanması ilə xarakterizə olunur, hər iki gözdə inkişaf edib, irsi xarakter daşıyır); - Total (büllur tamamilə bulanır, adətən mikroftalm, nistaqm, çəpgözlüklə yanaşı inkişaf edir); - Ağırlaşmış (müxtəlif xəstəliklər - diabet, qalaktozemiya, məxmərək və s. zəmində yaranır). Anadangəlmə kataraktanın yaranma səbəbləri hansılardır? - metabolik pozuntular; - anada şəkərli diabet; - birinci trimestrdə infeksion xəstəliklər (məxmərək, herpes, toksoplazmoz və s). Anadangəlmə kataraktanın əlamətləri hansılardır? Anadangəlmə katarakta bir sıra əlamətləri var. Onlara aşağıdakıları aid etmək olar: - bəbək nahiyəsində nöqtə və ya disk şəklində bulanma; - çəpgözlük və ya nistaqm; - iki aylığında görmə fiksasiyasının olmaması; - oyncaqlara yalnız bir tərəfdən baxmağa meyillilik. Anadangəlmə kataraktanın müalicəsi necə aparılır? Uşaqlarda anadangəlmə katarakta diaqnozu qoyulduqdan sonra müalicə fərdi həyata keçirilir. Əgər bulanmanın lokalizasiya və ölçüləri görmə funksiyalarına mane olmursa, cərrahi müdaxiləyə ehtiyac qalmır.  Büllurun bulanması mərkəzi görməyə maneə törətdiyi halda, bu maneəni cərrahi yolla mümkün qədər qısa zaman ərzində aradan qaldırmaq vacibdir ki, uşağın görmə sistemi inkişaf etsin. Müasir dövrdə anadangəlmə kataraktanın ən müasir cərrahi müalicəsi fakoemulsifikasiya hesab olunur. Əməliyyat zamanı xəstəlikdən bulanmış təbii büllurun yerinə intraokulyar linza implantasiya edilir. Ehtiyac yaranrsa, əməliyyatdan sonra görmənin optik korreksiyası həyata keçirilir.

Paylaşıldı: 01.03.2020

Qocalıq kataraktası

Qocalıq kataraktası

Katarakta (“mirvari suyu”) - gözdə büllurun hissəvi və ya tam bulanmasına deyilir. Büllur təbiətcə şəffaf olub, təbii linza rolunu otnayır və işıq şüalarını sındıraraq, onları torlu qişaya ötürür. Büllur şəffaflığını itirdikdə işiq şualarını keçirə bilmir, bu isə görmənin zəifləməsinə, hətta korluğa gətirib çıxara bilər. Kataraktanın üç növü var: -  qocalıq kataraktası; - anadangəlmə katarakta; - travmatik katarakta. Kataraktanın ən geniş yayılmış növü qocalıq kataraktasıdıdır. Dünya Statistika Təşkilatının statistikasına görə, dünya əhalisinin təqribən 80%-i bu xəstəlikdən əziyyət çəkir. Katarakta əsasən, 70 yaşdan sonra inkişaf edir, lakin bəzi hallarda bu patologiyaya 45-50 yaşlarda da rast gəlinir.  Qocalıq kataraktasının yaranma səbəbləri hansılardır? Qocalıq kataraktasının əsas yaranma səbəbi orqanizmdə baş verən yaşlanma prosesləri nəticəsində büllurun bioloji tərkibinin dəyişməsidir. Qocalıq kataraktasının əlamətləri - görmə itiliyinin zəifləməsi; - eynək və linzalarla korreksiya olunmayan görmə aydınlığının pozulması; - rənglərin parlaqlığının və kontrastlığının azalması; - işığa qarşı həssaslığın artması; - işıq mənbəyi ətrafında oreol və parlaq nöqtələrin yaranması; - gecikmiş mərhələlərdə bəbəyin rənginin ağarması. Qocalıq kataraktasının diaqnostikası necə aparılır? Xəstəliyin müayinəsi həkim-oftalmoloq tərəfindən aparılır. Əsas diaqnostik üsul gözün biomikroskopiyası olub, işıq lampası ilə baxış keçirilməsindən ibarətdir. Bundan başqa, görmə itiliyinin ölçülməsi, göz dibinin müayinəsi, gözdaxili təzyiqin təyin edilməsi və görmə sahələrinin müəyyənləşdirilməsi də vacibdir. Qocalıq kataraktasının müalicəsi necə aparılır? Xəstəliyi aradan qaldırmaq üçün yeganə effektiv üsul bulanmış bülluru əməliyyat vasitəsilə süni şəffaf və xüsusiyyətlərinə görə təbii büllura daha yaxın linza ilə əvəz etməkdir. Ən müasir və effektiv əməliyyat növü fakoemulsifikasiyadır. Fakoemulsifikasiya - kataraktanın mikrocərrahi üsulla aradan qaldırılma üsuludur. Onun əsasında ultrasəs vasitəsilə büllurun fraqmentasiya olunması və göz almasından aspirasion üsulla çıxarılması dayanır. Əməliyyat yerli anesteziya ilə 15-20 dəqiqə ərzində aparılır. Reabilitasiya dövrü çox qısadır.

Paylaşıldı: 01.03.2020

Раняя диагностика плоскостопия у детей

Раняя диагностика плоскостопия у детей

Ранняя диагностика плоскостопия у детей должна считаться обязательным условием обследования здоровой жизни ребенка. В норме детская стопа до трехлетнего возраста является абсолютно плоской, а формирование непосредственно свода стопы происходит к 3-4 годам жизни, когда кости приобретают необходимую прочность, формируются своды стопы и навыки ходьбы становятся более определенными. У новорожденных, в силу тех или иных факторов, могут развиться антенатальные или интранатальные неврологические нарушения, которые в большинстве случаев остаются незамеченными, но по мере роста и развития ребенка прежние минимальные симптомы становятся выраженными и оказывают влияние на здоровье ребенка, а впоследствии и уже взрослого человека. И в таких случаях плантография, как метод динамического наблюдения формирования свода стоп, может помочь в ранней диагностике скрытых (еще клинически себя не проявивших, но на рефлекторном и проприорецептивном уровне довольно показательных) ортопедических проблем, таких как сколиозы, кифозы, астмоидный статус, неврологичесие нарушения и т.д. Также плантография послужит показателем эффективности проведенного кинезиологического лечения. Обследование ортопедом - подологом сводов стопы детей в этом возрасте, с развитием кинезиологии и с появлением в руках специалистов мягких проприорецептивных стелек Формтотикс, стало просто необходимым, так же как и обследование детей в 3-х и 6-и месячном возрасте для предупреждения дисплазий тазобедренных суставов. Ранняя диагностика плоскостопия у детей должна считаться обязательным условием обследования здоровой жизни ребенка. И родители при малейшем подозрении на отклонения в развитии свода стопы у своего малыша должны обращаться за консультацией к ортопеду.

Paylaşıldı: 01.03.2020

Spinner