Övladım niyə pəncə üzərində yeriyir?

Övladım niyə pəncə üzərində yeriyir?

2885
Müəllif: İdman müəlimi Azay Azayev , Əlaqə: 055 365-10-20

Paylaşıldı: 05.01.2020
İnci Psixoloji Reabilitasiya Mərkəzi

Övladım niyə pəncə üzərində yeriyir?

Əziz valideynlər hər şeydən öncə övladınızda bu tip hallarla rastlaşırsınızsa, ilk öncə həkim-pediatrla məsləhətləşməlisiniz. Əgər ehtiyac olarsa, o sizi nevroloq və ya travmatoloqa yönləndirə bilər.
Barmaq ucunda gəzmə -Yenicə yeriməyə başlayan uşaqlarda bu fizioloji vəziyyət sayılır və adətən 2-3 yaşına qədər aradan qalxır. Övladınızın 2 yaşına qədər pəncəyə daha çox yüklənib, “barmaq ucunda gəzməsi”, yeriyərkən ayaqlarını içəri və ya çölə doğru atması onurğanın əyriliklərinin hələ tam formalaşmaması, koordinasiya sisteminin hələ tam inkişaf etməməsi ilə bağlı ola bilər və uşağın inkişaf dövründə normal yeriş təmin olunur.
1-3 yaş arası uşaqlarda barmaq ucuna qalxma - İDİOPATİK PƏNCƏ YERİŞİ çox sıx görülən hallardandır. Bu halda rutin nevroloji müayinədə əzələ tonusu artımı, patoloji reflekslərin olması, dərin vətər reflekslərində artma və ya azalma müşahidə olunmur. 3 yaşadək yeriş düzəlir,uşaq daban təmasını artırır.
Uşaqlarda alışqanlığa bağlı pəncə üzərində yerimə vərdişi də yarana bilər.Bu adətən, daban təması zamanı hissiyyatla bağlı problemi olan, emosional həssas, hiperaktiv uşaqlarda daha sıx rast gəlinir ki, bu zaman mərkəzi və periferik sinir sisteminə təsir edən xüsusi duyğu bütünləmə terapiyalarından, ayaqlara xüsusi yük bağlanmış halda yerişdən istifadə olunur.

Qeyd: Bu prosedurları yalnız mütəxəssislər həyata keçirməlidir!

Yuxarıda göstəriən xoşxarakterli pəncə yerişi formaları ilə birgə Uşaq serebral iflici, Onurğa beyni və əzələ sisteminin bir sıra xəstəlikləri, Axill vətərinin qısa olması, Motor koordinasiya və davranış pozğunluqları, Autizm kimi bir sıra ciddi problemlərə də uşaq barmaq ucuna istinad edərək yeriyə bilər. Bu zaman həkimin təyinatına əsasən xüsusi müalicəvi bədən tərbiyəsi, fizioterapevtik məşğələlər tətbiq oluna bilər.
Axill vətərinin qısa olması halında müalicəvi bədən tərbiyəsindən əlavə travmatoloji əməliyyat vasitəsilə də problem aradan qaldırıla bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az