Qalxanvari vəzdə düyün
 hekimtap.az

Qalxanvari vəzdə düyün

Son zamanlar müayinə zamanı qalxanvari vəzində düyün aşkarladığım və daha dəqiq diaqnoz üçün biopsiya məsləhət gördüyüm pasientlərdən çox suallar alıram. Bütün suallarınıza qısa olaraq aydınlıq gətirmək istəyirəm. İncə iynə aspirasion biopsiya müayinəsi ( tam adı belədir) qalxanvari vəzdə bədxassəli xəstəlikləri aşkarlamaq məqsədi ilə aparılır. Düyünlü ur diaqnozu adətən biopsiya üçün göstərişdir. Lakin bütün düyünlər də biopsiya olunmur. Buna görə qalxanvari vəzi öncə endokrinoloq tərəfindən müayinə olunmalıdır. Ondan sonra biopsiya olunacağı qərarı həkim tərəfindən verilir. Bundan da dəqiq müayinə, əməliyyat zamanı götürülmüş materialın müayinəsidir. Əlbəttə ki, bu müayinə üçün göstərişlər olmalıdır. Punksiya zamanı alınmış material mikroskop altında bədxassəli hüceyrələrin olub olmamasına görə dəyərləndirilir. Məlumatsızlığın yaratdığı qorxu nəticəsində öncə əksər pasientlər biopsiyadan imtina edir. Bəziləri prosedurun özündən, bəziləri də nəticələrindən qorxurlar. Bir şeyi dəqiq deyə bilərəm ki, prosedur sizin həyəcanınıza dəyəcək qədər qorxulu deyil.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Опубликовано: 06.10.2017

Diz oynağının artrozu (qonartroz)
 hekimtap.az

Diz oynağının artrozu (qonartroz)

Qonartroz nədir? Artroz və ya osteoartrit oynaq səthlərini təşkil edən qığırdaq toxumasının quruluşunun dəyişməsi və yeyilməsi zamanı yaranan xəstəlikdir. Qığırdağın öncə yumuşalmasıyla başlayan, daha sonra tam ortadan qalxmasıyla nəticələnən, fərqli mərhələlərdən ibarət olan bir xəstəlikdir. Diz oynağının artrozuna qonartroz deyilir. El arasında bu xəstəlik diz oynağının duzlaşması kimi başa düşülür, lakin burada hər hansısa duzun yığılması deyil, oynağı təşkil edən qığırdağın yeyilib öz quruluş və funksiyasının sıradan çıxmasıdır. Zamanla oynaq uclarının deformasiyası, hərəkətlərin ağrılı olması və məhdudlaşması əmələ gəlir. Qonartrozun növləri varmı?  Artrozu birincili və ikincili olmaqla iki yerə ayırmaq olar. Birincili artrozun yaranma səbəbi məlum deyil. Lakin artıq bədən çəkisinin olması , həyat tərzi,  genetik faktorlar,  yaş səbəb kimi göstərilir. Yaşlı insanlarda daha çox müşahidə olunur. İkincili artrozda isə artrozun səbəbi travma zamanı oynaqdan keçən sınıqlar, keçirilmiş infeksion xəstəliklər (diz oynağı vərəmi, irinli artriti), diz oynağının təşkil olunmasında iştirak edən menisklərdə və xaça bənzər bağlarda yaranan yırtıqlar , birləşdirici toxumanın sistem xəstəlikləri (revmatoid artit və s.), anadan gəlmə inkişaf qüsurları göstərmək olar. Gənclərdə ikincili artroz yaşlılarla müqayisədə daha çox rast gəlinir. Qonartrozun əlamətləri nədir? Qonartrozlu xəstələri əsas narahat edən əlamət ağrıdır. Bu ağrılar ilkin əlamətdir və hərəkət edən zaman artır, istirahət vaxtı isə azalır. Xəstə dizini büküb açarkən krepitasiya (“xırtıltı” səsi), şişkinlik müşahidə olunur. Xəstəlik inkişaf etdikcə artıq istirahət vaxtı da ağrılar kəskinləşir, oynaqda hərəkət məhdudluğu, ətraflarda əyrilik, əzələlərdə atrofiya (əzələ zəifliyi fonunda əzlələ kütləsinin azalması ) yaranır və xəstənin sərbəst hərəkət etməsi çətinləşir və xəstə köməkçi vasitələrdən (əl və qoltuq ağacı,  walker) istifadə etmək məcburiyyətində qalır. Qonartroz diaqnozu necə təyin edilir? Qonartrozun diaqnozunu təyin etmək elə də çətin deyildir. Sadəcə olaraq rentgenoloji müayinə ilə diaqnozu təsdiq etmək mümkündür. Bəzi hallarda KT, MRT, qanda müəyyən testlərin aparılmasına ehtiyac yaranır. Qonartrozun yaranmasında risk faktorları hansılardır? Artroz üçün ən əsas  risk faktoru yaşdır. 65 yaşından yuxarı diz oynağının rentgen müayinəsi aparılmış insanların 30-35% faizində artrozun əlamətləri müşahidə edilir. Bədən çəkisinin artıq olması artroz riskini kişilərdə 2, qadınlarda 3 dəfə artırır. Artrozun inkişaf etməsi qadınlarda kişilərlə müqayisədə iki dəfə daha çoxdur. Peşakar qaçış, ağırlıq qaldırma, tenis, futbol kimi idmanla məşğul olan insanlarda artroz yaranma riski çoxdur. Oynaqdan keçən sınıqlar, menisk və diz oynağını təşkil edən bağ aparatında yaranan yırtıqlar, hemofiliyalı xəstələrdə oynaq daxili qansızmalar, podaqra xəstəliyi zamanı oynağa sidik turşusu toplanması, infeksion və iltihabi amillər artrozun yaranma ehtimalını yüksəldir. Qonartrozun qarşısını almaq mümkündürmü? Bu günkü gündə artozun geriyə inkişaf etməsi, yəni oynaq səthlərinin əvvəlki vəziyyətinə gətirilməsi mümkün deyildir. Ancaq artıq bədən çəkisindən azad olmaq, üzmə, piyada yol getmə, velosiped sürmə, əzələləri gücləndirmə qonartrozun yaranma riskini azaldır. Oynaqdan keçən sınıqlar, menisk, bağ yaralanmaları zamanı düzgün müalicə taktikasının seçilməsi, qonartrozun yaranma ehtimalını azaldır. Qonartrozun müalicəsi  Qonartroz müalicəsində yaş, yanaşı gedən xəstəliklər, xəstəliyin ağırlıq dərəcəsi əsas götürülərək konservativ (əməliyyatsız) və ya cərrahi yol seçilir. İlkin olaraq konservativ müalicəyə başlanılır. Əməliyyatsız: Dərmanlar - Qeyri-steroid iltihab əleyhinə preparatlar: Artrozlarda mexaniki faktorlarla bərabər iltihabi amil olduğu üçün qonartrozun erkən mərhələsində ağrıkəsici və qeyri-steroid iltihab əleyhinə preparatların təyini simptomları aradan götürə bilir. - Xondroprotektorlar: Hal-hazırda qonartrozun müalicəsində ən çox istifadə edilən və ağız yoluyla qəbul edilən maddələr qlükozamin və xondroitin sulfatdır. Bu iki maddə, normal oynaq qığırdağının yaşamasını davam etdirməsi üçün lazım olan komponentlərdir. Qığırdaq hüceyrələrinin çoxalmasına və onların sıradan çıxmasına yol açan fermentlərə mənfi təsiri vardır. Bu preparatların müalicəvi təsiri bir neçə aydan sonra özünü göstərir. Ancaq bu maddələrin tətbiqi müqayisəlidir və xəstəliyin gedişatının dəyişdirdiyinə dair elmi bir sübut olmasa da,  bəzi xəstələrdə yaxşı nəticələr alına bilər. Oynaq daxili inyeksiyalar Oynaq daxili hiyaliron turşusu inyeksiyasının istifadə edilməsi xəstələrdə 6 -12 ay müddətində ağrıların aradan qaldırılmasına zəmin yaradır. Bu  manipulyasiyanın allergik reaksiyadan başqa elə bir əlavə mənfi təsiri yoxdur. Hiyaliron turşusu, oynaq qığırdağında təbii olan bir maddədir. Diz oynağının sürüşkənliyini təmin edir və qığırdaq hüceyrələrinə qoruyucu təsiri göstərir. Oynaq daxilinə inyeksiya edilən hiyaliron turşusunun əsas təsiri ağrıkəsici effekti deyil. Əsas təsir oynaqda azalan hiyaliron turşusunun miqdarını artırmaq və oynaq sürüşkənliyini təmin etmək, qığırdağın davamlılığını artırmaqdır. Hiyaliron turşusu inyeksiyasına müxtəlif adlarla rast gəlinir. Bunların bəziləri, 6 ay ərzində həftədə bir inyeksiya üç dəfə, bəziləri 6 ayda bir dəfə, bəziləri isə ildə bir dəfə inyeksiya şəklində tətbiq edilir. Oynaq daxili steroid preparatların vurulması simptomları dərhal aradan götürə bilir, lakin bəzi hallarda prosesi surətləndirə bilər. Kortikosteroidlər, ağrıkəsici və iltihab əleyhinə təsiri ilə uzun müddətli müalicədə istifadə edilir, ancaq təsir müddəti qısadır və təkrarlanan dozalarda istifadəsi, xüsusilə nisbətən erkən qonartroz hallarında məsləhət görülmür. Daha çox ağır formada olub lakin əməliyyat olmaq istəməyən xəstələrdə tətbiq edilir. Effektli bir ağrıkəsici olmalarına baxmayaraq ədəbiyyatda oynaq qığırdağında geriyə dönməyən zədələnməyə gətirib çıxardığı haqda  məlumatlar mövcuddur. Düzgün formada icra olunduqda bir narahatçılıq yaratmır. İnyeksiyadan əvvəl yerli ağrısızlaşdırmaya ehtiyac yoxdur. Bu inyeksiyalar ciddi steril şəraitdə aparılmalıdır, əks halda oynağın infeksiyalaşması mümkündür. Fizioterapiya Əlavə olaraq fizioterapiya, müalicəvi idman, bədən çəkisinin azaldılmasına yönəlmiş tədbirlər aparılmalıdır. Əslində hər insanın və xüsusi ilə qonartrozu olan xəstənin müalicəvi idmana ehtiyacı vardır. Budun ön və arxa qrup əzələlərini gücləndirərək siz diz oynağına düşən yükü və gərginliyi azaldırsınız. Bu da qonartrozlu  xəstənin ən azından ayaqda durmasına köməklik göstərir və artrozun inkişafının azaldır. Cərrahi  müalicə Yuxarıda göstərilən tədbirlərə baxmayaraq, xüsusi ilə ağır formalı qonartrozu konservativ yolla müalicə etmək çox çətindir və konservativ müalicə effekt vermədiyi hallarda cərrahi müalicə yolu seçilir. Sümük yönləndirmə əməliyyatları Bu əməliyyat xəstəliyin orta ağırlıq mərhələsində, yük düşən oynaqlarda aparılır. Məqsəd oynağın sıradan çıxmış bölgəsinə düşən yükü aradan qaldıraraq, yükü sağlam tərəfə yönəltməkdir. Bunun üçün sümük kəsilərək düzəldilir, uyğun bucağa gətirilir və metal lövhə və ya xarici fiksatorla fiksasiya edilir. Bu əsasən protez qoyulması məqsədə uyğun olmayan gənc xəstələrdə icra olunan əməliyyatdır. Bu əməliyyatdan sonra xəstələr 5-7 il ağrıdan azad ola bilir. Oynağın bağlanması (artrodez) Bu əməliyyat zamanı oynağı təşkil edən qığırdaq səthləri kəsilərək götürülür və sümüklər bir-biri ilə, uc-uca gətirilərək müxtəlif metodlarla fiksasiya olunur. Bu əməliyyatdan sonra xəstələrin ağrıları aradan qalxır lakin bağlanmış oynaqda hərəkət olmur. Daha çox gənc, ağır fiziki işdə çalışan kişilərdə məsləhət görülür. Diz oynağının protezləşdirilməsi (artroplastikası) Cərrahi yolla müalicə çox hallarda diz oynağının protezləşdirilməsi (artroplastikası, süni oynaqla əvəz edilməsi) əməliyyatıdır . Yeyilib, sıradan çıxmış oynaqlarda oynaq uclarının kəsilib çıxardılaraq metal-plastik implantlarla- süni oynaqla dəyişdirilir. Protez əməliyyatından sonra ağrılar 2-3 ay müddətinə aradan qalxır. Bu əməliyyat əsasən 60 yaşdan yuxarıda olan xəstələrdə tətbiq edilir, bəzi hallarda gənc  şəxslərə də tətbiq oluna bilər. Protezin ömrü 10-20 il göstərilir. Protez sıradan çıxdığında və ya protezdə əmələ gələn yeyilmə, laxlama, protezin qırılması, yerdəyişdirməsi kimi hallarda ikinci bir əməliyyat (reviziya) ilə çıxardılıb yenidən diz oynağı protezi əvəz edilə bilər, ancaq ikinci əməliyyat daha çətindir,  daha böyük protezlərin istifadəsi lazımdır və ikinci protezin ömrü, birinci qədər deyildir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Опубликовано: 05.10.2017

Qreyvs xəstəliyi
 hekimtap.az

Qreyvs xəstəliyi

Qreyvs xəstəliyi - hipertiroidin ən yayılmış formalarından biridir. Qreyvs xəstələri immun sistemi sağlam tiroid hüceyrələrinə qarşı savaşan immunoglobulinlər yaradır. İmmunoqlobulinlər tiroidin normadan çox tiroid hormonu ifraz etməsinə səbəb olur. Adətən Qreyvs xəstəliyinin əlamətləri hipertiroidi ilə oxşar olur. Qreyvs xəstəliyinin əsas əlamətlərindən biri də oftalmatiya adlandırılan göz qapağının arxaya çəkilməsi ilə göz yuvarlağının böyümüş kimi görsənməsidir. Gözdə olan bu narahatçılıq səbəbilə göz həkiminə müraciət edib, səhv müalicə alır, amma əsas problem Qreyvs müalicəsiz qalır. Qreyvs xəstəliyinin digər əlamətləri :  - Narahatçılıq;  - Kişilərdə sinənin böyüməsi;  - Konsentrasiya pozğunluğu;  - İkili görmə;  - Göz qaşınması və sulanması;  - Yoğunluq;  - Bağırsaq hərəkətlərində artış;  - İstiyə qarşı həssaslıq;  - Çox tərləmə;  - Yuxusuzluq;  - Qadınlarda aybaşı pozulması;  - Əzələlərdə zəifləmə;  - Sinirlilik;  - Sürətli və pozulmuş ürək döyüntüsü;  - Nəfəs darlığı;  - Titrəmə;  - Arıqlamaq (nadir hallarda kökəlmək). Qreyvs xəstəliyinin əlamətlərində biri də oftalmatiya adlandırılan göz qapağının arxaya çəkilməsi ilə göz yuvarlağının böyümüş kimi görsənməsidir. Bu əlamət xəstələrinin 25 %-də müşahidə olunur.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Опубликовано: 04.10.2017

Tiroid problemlərinin ana bətnindəki körpəyə təsiri
 hekimtap.az

Tiroid problemlərinin ana bətnindəki körpəyə təsiri

Adətən hesab olunur ki, tiroid xəstələri üçün hamilə qalmaq və sağlam körpə dünyaya gətirmək çox çətindir, ancaq əslində mütəxəssis nəzarəti altında uyğun müalicə ilə hamilə qalmaq mümkündür. Ancaq həm ananın həm körpənin sağlam olması üçün mütləq 4-6 həftədən bir endokrinoloq tərəfindən müayinə olunmalıdır. Hər hansı bir problemin körpəyə mənfi təsirinin qarşısını almaq üçün tiroid problemi olmayan qadınlar da hamilə qalmadan əvvəl və ya hamiləliyin ilk həftələrində tiroid hormonlarını müayinə etdirməlidirlər. Araşdırmalara görə tiroid funksiyasının pozulmaları körpənin beyin inkişafında problemlərə və bəzi anomaliyalara səbəb olur. Bu səbəbdən hamiləlikdən qabaq, hamiləlik dövründə və sonrasında qadınlar tiroid funksiyalarını nəzarət altında saxlasınlar.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Опубликовано: 04.10.2017

типы старения

Типы старения

Тип старения (МОРФОТИП) - это то, что в первую очередь оценивает косметолог. Почему это так важно? Потому что, именно от МОРФОТИПа зависит, какие процедуры дадут результат. Типы старения: 1. Мелкоморщинистый  - Это раннее образование тонких мелких морщин, причём в большом количестве! Как правило, при таком морфотипе овал лица практически идеален, кожа чаще склонна с сухости и дегидратации. 2. Мускульный  - Морщины появляются довольно рано, их не так много, как при мелкоморщинистом типе, но, увы, они более глубокие. Мимическая мускулатура довольно активна. В таких лицах немало мужских черт, что вовсе не делает их некрасивыми. 3. "Усталое лицо"  - Есть некоторая склонность к отёкам, относительно рано проявляются носогубные и носослезные борозды. Это и придаёт лицу усталый вид. Изменения овала лица появляются, но довольно поздно. Таких лиц у нас, кстати, большинство! 4. Деформационный морфотип  - Таких лиц у нас немало. Морщин практически нет, но и чёткого овала лица тоже нет. Часто заметен "второй" подбородок, даже в юном возрасте. Кожа плотная, щёчки округлые. Само собой, встречаются и комбинации различных типов, потому - то и нужна предварительная консультация косметолога ВСЕГДА. О том, какие процедуры нужны каждому морфотипу - СКОРО ! А вы определили свой морфотип?

Опубликовано: 03.10.2017

Bud-çanaq oynağının protezləşdirilməsi (Artroplastika)
 hekimtap.az

Bud-çanaq oynağının protezləşdirilməsi (Artroplastika)

Bud-çanaq oynağının quruluşu Orqanizmin böyük oynaqlarından biri olan  bud-çanaq oynağı (lat; articulate coxae) bud sümüyü başı ilə çanaq sümüyünün sirkə kasasının aypara oynaq səthi ilə  əmələ gəlmiş möhkəm  bağlar və qüvvətli əzələlərlə fiksasiya olunmuş oynaqdı. Bu oynaqda bükmə-açma, yaxınlaşdırma-uzaqlaşdırma və fırlanma hərəkətləri mövcuddur. Oynaq səthləri hialin qığırdaqla örtülüdür. Müxtəlif  amillərin  təsirindən oynağın üzərini təşkil edən qığırdağın   yeyilməsi və dağılması zamanı  bud-çanaq oynağın  artrozu-koksartroz meydana gəlir.  Total bud-çanaq oynağı protezi nədir? Bud-çanaq oynağının total protezləşdirilməsi (artroplastikası), bud-çanaq oynağı ağır  dərəcədə zədələnmiş  xəstələrdə oynağın süni bir oynaqla dəyişdirilməsi əməliyyatıdır. Protez kobalt, xrom və ya titaniumumdan istehsal edilən əsas hissələr ilə yanaşı onları birləşdirən  plastik, metal və ya keramik əlavə hissələrindən  ibarətdir. Total bud-çanaq oynağı protezinin quruluşu Bud-çanaq oynağı protezi sümüyə iki şəkildə yerləşdirilir. Sümük keyfiyyəti yaxşı olmayan  yaşlı  xəstələrdə  protez sümük sementi ilə  sümüyə təsbit edilir. Bu tip protezlərə sementli bud-çanaq oynağı protezi deyilir. Sümük keyfiyyəti  yaxşı olan nisbətən cavan xəstələrdə isə, üzəri məsaməli bir maddə ilə örtülmüş  olan protezlər, sümüyün içinə çox möhkəm bir şəkildə yerləşdirilir və müəyyən vaxtdan sonra sümük protezin üzərindəki məsamələrin içinə sümük toxuması daxil olaraq təsbit olunur. Bu tip protezlərə sementsiz protez deyilir. Oynaqların protezlə dəyişdirilməsi hansı hallarda icra edilir?  - Bud-çanaq oynağının osteoartriti (artrozu);  - Revmatoid artrit;  - Travmadan sonrakı  artrit;  - Bud sümüyünün başının avaskulyar nekrozu;  - Bud-çanaq oynağının çıxıq və sınıqları (sirkə kasasının, bud sümüyünün boynunun, burmalararası sınıqları). Cərrahi əməliyyat nə zaman məsləhət görülür? Həkiminiz bir neçə səbəbdən sizə əməliyyat təklif edə bilər:  - Oynaqdakı ağrı gün ərzində hərəkətlərinizi məhdudlaşdırır və yerimək, əyilmək çətinləşir.  - Oynaqdakı  ağrı istirahətdə keçmir, axşam və gecə sizi narahat edir.  - Oynaqdakı hərəkət məhdudiyyəti aşağı ətrafı qaldırmağa və hərəkət etdirməyə imkan vermir.  - Digər müalicə metodları (dərmanlar, fizioterapiya, oynaq içi inyeksiyalar və s.) ilə nəticə alınmırsa oynaq süni protezlə əvəz edilir. Total bud-çanaq oynağının protezləşdirmə  əməliyyatları hansı yaşlardakı xəstələrdə aparılır? Total bud-çanaq oynağının protezləşdirməsi əsasən 60 yaşdan yuxarı olan xəstələrdə icra olunması məsləhət görülən əməliyyatdır. Ancaq bəzi xəstəliklərdə (revmatoid artritli, onkoloji xəstələrdə və s.) daha gənc yaşlarda da icra olunur. Total bud-çanaq oynağı  protezinin ömrü nə qədərdir? Total bud-çanaq oynağı  protezini təşkil edən hissələr hərəkət zamanı meydana çıxan sürtünmə hesabına müəyyən müddətdən sonra yeyilir. Sürtünmə və yeyilmə ilə meydana çıxan  və gözlə görülməyəcək qədər kiçik metal və plastik parçalara qarşı orqanizmin  cavabı ilə protez  təsbit olunduğu sümükdən  ayrılır. Bu da ağrılı protez laxlamasına  yol açır. Müvafiq cərrahi taktika və müasir protez dizaynlarından istifadə olunaraq icra olunan bud-çanaq oynağı  protezlərinin ömrü  günümüzdə 10-20 ilə qədər uzanmışdır. Protezin ömrünü qısaldan  səbəblər:  - Bud-çanaq oynağı nahiyyəsində olan ağır travmalar;  - Xəstənin bədən çəkisinin həddən artıq çox olması;  - Protezin  infeksiyalaşması (irinləməsi);  - Protez ətrafında sümük strukturunda osteoporozun olması;  - Bədəndə olan xronik bir xəstəliyin protez ətrafına sıçraması;  - Əməliyyatdan sonrakı reabilitasiya proqramına riayət etməyən  xəstələrdə;  - Aktiv və ağır fiziki işlə məşğul olan xəstələrdə. Protez dəyişdirmə əməliyatı (reviziya)    Protez sıradan çıxdığında və ya protezdə əmələ gələn yeyilmə, laxlama, protezin qırılması, yer dəyişdirməsi kimi hallarda  ikinci bir əməliyyat (reviziya) ilə çıxardılıb  yenidən bud-çanaq  oynağı  protezi qoymaq mümkündür, ancaq ikinci əməliyyat daha çətindir, daha böyük protezlərin istifadəsi lazımdır və ikinci protezin ömrü, birinci qədər deyildir. Qoyulduqdan 11 il sonra laxlayan birincili protezin (a ) və revizyon protezlə (b) əvəz edildiqdən sonra rentgentgenoloji görüntüləri. Bud-çanaq oynağının  protezləşdirilməsi əməliyatından sonra nə gözlənilir? Bud-çanaq oynağının protezləşdirməsi əməliyyatından sonra  xəstələrin çox böyük bir qismində oynaq ağrıları keçər, gəzmə, pilləkənlə düşüb qalxma kimi gündəlik həyat fəaliyyətində diqqətə çarpan yaxşılaşma təmin edilir. 2-3 sm arasındaki ayaq qısalığı aradan qaldırılır.Protezləşdirilmədən  sonra qaçma, atılıb düşmək kimi hərəkətləri və ağır işləri görməyiniz məsləhət deyildir. Bunlar protezin tez  yeyilməsinə yol açacaqdır.  Protez əməliyyatından sonra  xüsusilə ilk 6 ayda alçaq oturacaqlarda və ayağı-ayaq üstünə aşırıb oturmaq olmaz. Ömür boyu yerə sərilən süfrə ətrafında  və çöməlmə tələb edən  tualetdə oturmamaq lazımdır. Bunun kimi  artıq hərəkətlər bud çanaq oynağı protezinin yerindən çıxmasına və təkrari əməliyyatlara səbəb olur. Namaz qılırsınızsa, bunu stulda (kürsüdə)  oturarak etməyiniz  lazımdır. Əməliyyatdan 8-10 həftə sonra avtomobil idarə edə bilərsiniz, ancaq sürücü oturacağının hündür olması və bud-çanaq oynağının həddən artıq bükülməməsi lazımdır. Bu barədə həkiminiz  sizə məlumat verəcəkdir. Altı həftə müddətində yatarkən ayaqlarınızın arasında  bir yastıq  olmalıdır.Protez əməliyyatından 3 ay sonra üzmə, qolf, kimi idmanlar etmək olar. Tenis, futbol, basketbol kimi idmanlar məsləhət deyil. Əməliyyat necə olacaq? Əməliyyatın məqsədi zədələnmiş oynağı, süni oynaqla (protezlə) dəyişdirməkdir. Bud-çanaq oynağının protezləşdirməsi ümumi və ya spinal (beldən keyləşdirmə) anesteziyası ile icra oluna bilər. Əməliyyat  2 saat qədər çəkir. Əməliyyat vaxtı və sonra itirilən qan üçün damar daxili yolla qan verilir. İlk bir neçə gün  ayaqlarınızın arasına V şəklində bir yastıq  yerləşdirilir. Ayıldıqdan sonra tənəffüz hərəkətlərinə  başlanılır. Əməliyyatdan 1-2 gün sonra  ayağa qaldırılırsınız. Bir yeridici (WALKER) və ya qoltuq ağacı  istifadə edərək  qısa məsafələri yeriyə bilirsiniz . Alçaq yerlərə oturmağınız uyğun olmadığı üçün, xəstəxanada və evdə tualet yüksəldici vasitələrdən  istifadə etməyiniz lazımdır.Həkiminizin məsləhətlərinə uyğun olaraq müəyyən bir müddətədək əməliyyat olunmuş ayağınıza tam yük verməkdən qaçmaq lazımdır.   Xəstəxanada qalma müddəti 4-8 gün arasındadır. Xəstəxanadan evə yazıldıqdan sonra, sizə tövsiyə olunan hərəkətləri evdə etməyiniz  çox önəmlidir. Ayaqlarınızda qan laxtalanmasınının qarşısını almaq üçün  qan durulducu dərmanlar xəstəxanadan çıxdıqdan sonrada müəyyən vaxtadək istifadə etməyiniz lazımdır.  Əməliyyatdan sonra nə etmək olmaz?  - Ən az 8 həftə müddətində ayağı-ayaq üstünə aşırmayın;  - Oturarkən önə əyilib  yerdən bir şey götürməyin;  - Dizlərinizi qalça xəttindən  yuxarıya qaldırmayın;  - Çöməlmə tələb edən tualetdə oturmayın;  - Oturub qalxarkən önə həddən artıq  əyilməyin. Bud-çanaq oynağının  protezləşdirilməsindən sonra hansı fəsadlar ola bilər? Dərin venaların trombozu,trombemboliya:    Bud-çanaq oynağının protezləşdirməsi əməliyyatından sonra görülən ciddi ağırlaşmalar çox aşağı  nisbətdə meydana çıxır. Ən sıx görülən problem  ayağınızdakı qan axınının zəifləməsindən  asılı olaraq damarlarınızda trombun yaranmasıdır (dərin venaların  trombozu).  Bunun qarşısını almaq üçün əməliyyatdan sonra qanı  durulaşdıran dərmanlar profilaktik müalicə üçün  təyin olunur. Əməliyyatdan  sonra erkən müddətdə yeriməyə başlamaq və  hərəkətsiz qalmaqdan qaçmaq  bu riski azaldacaqdır.  Varikoz corabların istifadəsi faydalıdır. İrinləmə: Total bud-çanaq oynağı protezindən  sonra  infeksiya, yəni protezin iltihablaşması 0.1%  ilə 1.5 % arasında görülür. Bədənin  başqa bir yerində (sidik cinsiyyət yolunda, dişlərdə və s.) infeksiyanın olması, şəkərli diabet  xəstəliyi və başqa xronik xəstəliklərin varlığı bu riski artıra bilər.  Əməliyyatdan əvvəl bədənin başqa bir yerində olan infeksiyaların müalicəsi lazımdır. Əməliyyat  vaxtı profilaktik antibiotik  müalicəsi icra olunur və əməliyyat vaxtı xüsusi tədbirlər  alınaraq infeksiya təhlükəsi azaldılır. Total bud-çanaq oynağı protezi infeksiyalaşarsa, təkrar cərrahi əməliyyat - protezin çıxardılıb müəyyən müddətdən sonra  təkrar yerləşdirilməsi kimi əməliyyatlar icra olunur. Çıxıq: Total  bud-çanaq oynağı  protezləşdirilməsi  əməliyyatından sonra,  protezin yerindən çıxması 5-8% arasında görülür. Əməliyyatdan sonra xüsusilə ilk 6 həftə boyunca  müəyyən hərəkətlərdən uzaq durmaq çox önəmlidir. Cərrahi taktika  və protez dizaynlarının inkişaf  ilə birlikdə  çıxıqlar  əvvəlki  illərə nisbətən azalmışdır. Aşağı ətraflarda uzunluq fərqi: Əməliyyat vaxtı ətraflar arasındakı uzunluq fərqini aradan qaldırmaq üçün xüsusi tədbirlər görülür. Ancaq bəzi hallarda, qalçadakı yumşaq toxuma balansını təmin etmək üçün ayağın uzadılması lazım gələ  bilər. 2 sm’ə qədər olan uzunluq fərqi bədən tərəfindən tənzimlənəcəyi üçün  problem yaratmır. Lazım gələrsə ayaqqabı içinə yüksəldici yerləşdirilir və problem aradan qaldırılır. Digər fəsadlar: Yuxarıda sayılanlardan əlavə  yaranın sağalmasında yaranan problemlər, damar və ya sinir yaralanmaları, protezin bəzi  parçalarının yerindən çıxması, protez ətrafı sınıqlar, protezin özündəki  sınıqlar kimi ağırlaşmalar görülə bilər, ancaq bunlara çox az rast gəlinir. Xəstəxana şəraitində  reabilitasiya Əməliyyatdan sonra bəzi fəsadların profilaktikası üçün aşağdakı məsləhətlərə riayət edin. 1. Protezin çıxığının qarşısını almaq  üçün  ilk günlər yataqda ayaqlarınızın arasına V şəkilli yastığı qoyulur və derotasyon qutusu istifadə olunmalıdır. Derotasyon qutusu sizin ayagınızın sağa sola dönməsinə imkan verməyərək çıxıq riskini minimuma endirəcək.  2. Trombemoboliyanın qarşısını almaq üçün ətraflara elastik bandajlar sarılır, yeriməyə başlandığı zaman varikoz corabları taxın. 3. Anesteziyanın təsiri keçəndən sonra baldır əzələlərini hərəkət etdirmək üçün pəncənizi önə və geriyə hərəkət etdirin. 4. Ağciyər problemləri ilə üzləşməmək  üçün dərindən nəfəs alın və spirometr istifadə edin (bir saatda en azı 10 dəfə). 5. Oturanda yüksək kreslo/stul və ya altına qoyulan 2 yastıq üzərində oturun. Oturanda bədənizi arxaya doğru söykəyin və bədənlə budunuzun arasındaki bucaq 900-ni keçməməlidir. 6. Tualet yüksəldicilərdən istifadə edin. 7. Həkiminizin təyin elədiyi fizioterapevtik hərəkətləri icra edin. Müalicəvi-idman hərəkətlər  proqramı Aşağıda göstərilən hərəkətləri siz xəstaxana şəraitində başlamalısız və  evdə davam etməlisiniz: 1) Baldır nasosu (Ankle Pumps) Məqsəd: aşağı ətrafların qan dövranını gücləndirmək.  - Arxanız üstə uzanın və aşağı ətrafları düz qoyun  - Pəncənizi önə və geriyə hərəkət etdirin(“pedala” basmaq kimi) 2) Sağrı hərəkətləri Məqsəd: sağrı (yan) əzələlərini gücləndirmək  - Arxanız üstə uzanın və aşağı ətrafları düz qoyun  - Sağrı (yan) əzələlərini yığın, çanağınız yuxarı qalxsın  - 5 saniyə tutun və yavaş boşaldın 3) Dördbaşlı əzələnin hərəkətləri Məqsəd: budun ön əzələlərini (quadricepsi) gücləndirmək.  - Arxası üstə uzanın və dizinizin altına yastıq qoyun  - Budun ön əzələlərini yığın və dizin arxası ilə yastığı sıxın  - Dabanınız yataqdan ayrılmamalıdır  - 5 saniyə tutun və yavaş boşaldın 4) Daban sürüşdürmə Məqsəd: bud / bud-çanaq əzələlərini gücləndirmək və bütün aşağı ətrafın hərəkətini fəallaşdırmaq.  - Arxası üstə uzanın və aşağı ətrafları düz qoyun  - Dabanınızı özünüzə doğru sürüşdürün  - Diz və bud-çanaq oynağınızı 450-yə qədər bükün.  - Bud-çanaq oynağınızı 450-dən çox bükməməyə çalışın Qeyd: Başlanğıc üçün bu hərəkət ən çətin hərəkətlərdən biridir.İlk əvvəl dizinizi bükə bilməsənizdə,sonradan bu hərəkət asanlaşacaq. Ev şəraitində müalicəvi-idman hərəkətlər  proqramı 5) Oturaraq dizi açma Məqsəd: budun ön əzələlərini (quadriceps) gücləndirmək   - Yüksək stul (kreslo) və ya standart stula oturun və altınıza  2 möhkəm yastıq qoyun. Oynağınızın təhlükəsizliyini təmin etmək üçün kresloda oturarkən arxaya söykənin.  - Yavaş-yavaş ön bud əzələrinizi yığın diziniz düzələnə qədər.  - Yavaş-yavaş dizinizi bükün başlanğıç vəziyyətə gələnə qədər. 6) Oturaraq bud çanaq oynağını bükmə Məqsəd: budun ön əzələlərini (quadriceps) gücləndirmək   - Yüksək stul (kreslo) və ya standart stula oturun və altınıza 2 möhkəm yastıq qoyun. Oynağınızı təhlükəsizlini təmin etmək  üçün kresloda oturarkən arxaya söykənin.  - Yavaş-yavaş bud-çanaq oynağını bükün, pəncənizi yerdən qaldırın  - Yavaş-yavaş pəncənizi aşağı endirin, başlanğıc vəziyyətə gələnə qədər 7) Ayaq üstə duran vaxtı bud-çanaq oynağını açma hərəkəti Məqsəd: budun arxa əzələrini (bicepsi) gücləndirmək  - Ayaq üstə  durun və əllərinizlə tərpənməyən bir obyektə söykənin  - Əməliyyat olan ətrafı arxaya doğru hərəkət etdirin,diziniz bükülməməsinə fikir verin.  - Bədəninizi düz tutun,önə doğru əyilməyin 8) Ayaq üstə duran vaxtı bud-çanaq oynağını uzaqlaşdırma hərəkəti Məqsəd: budun yan (uzaqlaşdırıcı)əzələrini gücləndirmək  - Ayaq üstə durun və əllərinizlə tərpənməyən  bir obyektə söykənin.  - Yavaş-yavaş pəncənizi yana doğru qaldırın və digər ətrafdan uzaqlaşdırın  - Bədəninizi düz tutun, yana doğru əyilməyin 9) Ayaq üstə dizi bükmə hərəkəti Məqsəd: budun arxa əzələrini gücləndirmək  - Ayaqda durun və əllərinizlə tərpənməyən bir obyektə söykəyin.  - Yavaş-yavaş əməliyyat olunmuş ətrafın dizini bükün  - Bədəninizi düz tutun və dizinizi önə doğru hərəkət etdirməyin Pilləkan Sizin həkiminiz pilləkani necə düzgün qalxmağı və düşməyi öyrədəcək.Sizin təhlükəsizliyiniz üçün aşağıda göstərilən qaydalara riayət edin.      Bir tərəfli protezləşdirmədən sonra:  Qalxmaq:                                                            1. Sağlam ətraf birinci  gedir.                              2. Əməliyyat olmuş ətraf ikinci gedir.                3. Qoltuqaltı və ya dirsəkaltı əsa son gedir.        Düşmək: 1. Qoltuqaltı və ya dirsəkaltı əsa birinci gedir.    2. Əməliyyat olmuş ətraf ikinci gedir. 3. Sağlam ətraf son gedir. İki tərəfli protezləşdirmədən sonra Qalxmaq:                                                              1. Qüclü ətraf birinci gedir.                                 2. Nisbətən zəyif ətraf ikinci gedir.                    3. Qoltuqaltı və ya dirsəkaltı əsa son gedir.  Düşmək: 1. Qoltuqaltı və ya dirsəkaltı əsa birinci gedir. 2. Nisbətən zəif ətraf ikinci gedir.     3. Güclü ətraf son gedir. Əməliyyatdan sonra kontrol müayinələr: Həkimin istəyi və xəstənin vəziyətinə görə bu qrafik dəyişə bilər və hər hansı bir  halda həkiminizlə əlaqə saxlayın. Ancaq qəbul edilmiş müayinə vaxtları aşağıda göstərilmişdir:  - Əməliyyatdan 6 həftə sonra  - Əməliyyatdan 3 ay sonra  - Əməliyyatdan 1 il sonra  - Əməliyyatdan 3 il sonra  - Əməliyyatdan 5-6 il sonra  - Əməliyyatdan 8-10 il sonra Yekun Yekun olaraq, total bud çanaq  oynaq  protezi əməliyyatı radikal, geri dönüşü olmayan, ağır bir əməliyyat olmaqla yanaşı, diqqətli bir iş  və yaxşı  bir xəstə-həkim ünsiyyəti nəticəsində üz güldürücü nəticələr verir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Опубликовано: 03.10.2017

Пролотерапия - метод нехирургического лечения болей в спине!  hekimtap.az

Пролотерапия - метод нехирургического лечения болей в спине!

Не соглашайтесь на операцию, не пройдя курс пролотерапии ! Пролотерапия - это успешный метод лечения болей непосредственно в мышечно-суставной системе, получивший распространение в Соединенных Штатах в 60 - 70 годах и на протяжении длительного времени применяемый в целом ряде стран. В Турции пролотерапию впервые начал проводить Др.  Илькер Солмаз с 2008 года. Мое знакомство с пролотерапией началось со того времени, когда я узнал Др. Илькер Солмаза.  Его любовь к своей работе и каждодневная признательность поправившихся пациентов подтолкнули меня к всестороннему и углубленному изучению пролотерапии.  В нашей стране пролотерапия впервые была мною осуществлена в 2015 году. По прошествии времени количество оздоровившихся пациентов, которое увеличивалось день ото дня ещё более усилило мой интерес к этому методу лечения. Основу метода составляет так называемая пролиферация - это ввод в организм инъекции регенеративно-репаративного состава, способствующего новообразованию клеток и соединительных тканей.  Введенный раствор гипертонической декстрозы инициирует  образование кратковременного немикробного воспаления в суставных поверхностях, в местах соединения сухожилий и мышц и местах прикрепления сухожилий к суставам, в результате чего  организму в этой области обеспечивается поддержка кровообращения и питания и происходит восстановление поврежденных соединительных тканей. Пролотерапия способствует излечению организма, запуская механизм его самовосстановления. Начинается процесс обновления соединительной ткани связок и хрящей.  Наряду с этим устраняются  болевые ощущения в суставах, сухожилиях и мышцах. Лечение основано на обновлении и регенерации тканей в пораженной области. Соответственно, слово пролотерапия было образовано от слова «проло», которое является сокращенной формой слова пролиферация (рост, формирование). Пролотерапия позволяется достичь успешных результатов при таких заболеваниях как разрывы, повреждения соединительной ткани связок и боли в суставах, спинная грыжа, вывих колена, повреждения связок коленного сустава, идущая от шеи головная боль, боль в лопатке и в шейном отделе спины, непроходящие послеоперационные боли в суставах и позвоночнике, боль в плечевом суставе и повреждения сухожилий, остеохондроз коленного сустава  (артроз). Пролотерапия, в отличие от многих других видов лечения, не только облегчает боль, но и лечит причину боли. Пролотерапия применяется при лечении нижеследующих заболеваний:  - Боль в спине (после хирургического удаления грыжи, хирургического остеохондроза);  - Боли в шее (после хирургии шеи, лечении шейного остеохондроза);  - Боли в лопатке (после операции по лечению лопаточной грыжи, остеохондроза);  - Непроходящие боли в мышцах и связках позвоночника, грудной клетке и ребер;  - Тендиниты и лигаментиты (хронические боли в сухожилиях и связках);  - Артроз;  - Непроходящие послеоперационные боли в ногах и запястьях;  - Кокцигодиния (боль в копчике);  - Сколиоз;  - Лобковый остеит (симфизит);  - Боли в коленном суставе (хондромаляция, остеохондроз коленного сустава, мениск и повреждения лигамента колена);  - Локоть теннисиста, локоть гольфиста (латеральный и медиальный эпикондилит );  - Неврома Мортона;  - Спондилостилез (смещение позвонка);  - Синдром запястного канала;  - Синдром "замороженного плеча". В случае, если пациент терпелив и следует советам врача, то количество поправившихся при помощи пролотерапии составляет 70-80%.

Опубликовано: 30.09.2017

Kətan toxumu nədir?
 hekimtap.az

Kətan toxumu nədir?

Funksional qidalar, orqanizmin təməl qida maddələri ehtiyacını qarşılamaqdan əlavə insan fiziologiyası və metabolik funksiyaları üzərində də əlavə faydalar təmin edən, xəstəliklərdən qorunmağa və daha sağlam  həyat yaşamağa  kömək olan qidalar və ya qida komponentləridir. Kətan toxumu da bu funksional qidalalar qrupundandır. Kətan toxumu ümumi olaraq üyüdülməmiş toxum, üyüdülmüş toxum və kətan toxumu yağı şəklində olur və qida dəyəri olan və olmayan komponentlərdən ibarətdir.  Bu komponentlərin, istifadə edilən doz, zaman və sıxlığından asılı olaraq həm faydalı, həm də zərərli təsirləri görülə bilər. Kətan toxumunda təxminən 20-24 % zülal, 40-45 % yağ, 4,8-9 % karbohidrat var. Tərkibində yüksək miqdarda lif var və  yaxşı bir zülal qaynağıdır. Tərkibindəki həm lif, həm də zülal məzmunu sayəsində də uzun müddət tox tutur.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. Tərkibi:  - Kətan toxumu yağı, omeqa 3 (n-3) yağ turşularından α-linolenik turşusunun (ALA) ən zəngin qaynaqlarından biridir. Kətan toxumu, α- linolenik turşu və yaxşı keyfiyyətli zülal baxımından zəngin olması ilə bərabər, flavonoid, lignan və fenolik turşular kimi fitokimyasalların da təbii qaynağıdır.  - Kətan toxumu C, E və K vitaminləri və kalsium, mis, dəmirdən də zəngindir. Tam maqnezium yatağıdır.  - Kətan yağı, yaxşı bir lif qaynağıdır, 100 qramında təxminən 28 qram lif var.  - Bundan başqa, omega 3 yağlarından da çox zəngindir. Bu səbəbdən kətan yağı, əsasən çəki  itirmək istəyən və vegetarian  insanlar tərəfindən istifadə olunan qidalardan biridir. Faydaları nədən ibarətdir: 1. Tərkibindəki yağ turşuları (omeqa 3-6-9) bədən istiliyinin qorunması, toxumaların qorunması və enerji istehsalı üçün həyati əhəmiyyət daşıyır. 2. Kətan toxumu yağı, xroniki qəbizliyə qarşı da istifadə edilir. Lif olaraq kətan toxumunun istifadə edildiyi bir çalışmada  gündəlik 50 qr kətan toxumu istifadəsi  ilə bağırsaq hərəkətlərinin 30 %  artdığı görülmüşdür. 3. Kətan toxumu ekstraktları dəri xərçənginə qarşı qoruyucudur. Buna əlavətən xolesterindən öd turşusunun meydana gəlməsində rol oynayan fermentin inhibisyonunu da təmin edərək kolestrol homeostatına təsir etməkdə və bu sayədə də kolon xərçəngi riskini azaltmaqdadır. 4. Edilən bir araşdırmada ürək-damar xəstəliyinin güclü göstərici olan lipoprotein (a) konsentrasiyasının kətan toxumu tətbiqi ilə diqqətə çarpan dərəcədə azaldığı görülmüşdür və kətan toxumu istifadəsinin təzyiqi salmaqda təsirli olduğunu göstərilmiş. 5. Araşdırmalara görə dietlə 5%  kətan toxumu tətbiqinin məməli canlılarda bədxassəli şiş meydana gəlməsinə səbəb olan dimetilbenzantirasin miqdarını azaltdığı müəyyən edilmişdir. Güclü bir antioksidant və fərqli xəstəliklərə qarşı immunitet sistemini gücləndirici bir maddədir lakin gündəlik tövsiyə edilən  miqdarın aşılması və nəzarətsiz olaraq yeyilməsi zamanı hər şeyin olduğu kimi kətan toxumunun da zərərləri görülə bilər. Yüksək miqdarda kətan toxumu istifadəsi oksidativ stresi artıra bilər və antioksidan birləşmələrin azalmasına səbəb ola bilər. Bundan başqa diyetlə çox miqdarda alınması B6 vitamininin azalmasına və nəticədə da homosistein və böyrək çatmazlığının artmasına səbəb olmaqdadır. Tiroit narahatlığı olanların yüksək miqdarda kətan toxumu istifadə etmələri tövsiyə edilmir. Kətan toxumunu ev  şəraitində çörək, tort və peçenyelərə  də əlavə edə bilərsiniz. Qatıq və balla qarışdırıb yeyə bilərsiniz. Səhərlər sıyıq və yulaf əzməsinə əlavə edə bilərsiniz. Salatlara da səpmək olar. Kətan toxumunun tövsiyə edilən istifadə miqdarı  1 gündə 50 qramı (5 yemək qaşığı) aşmamaqdır. Unutmamalıyıq ki, 1 yemək qaşığı kətan toxumu 68 kaloridir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Опубликовано: 30.09.2017

Spinner