Qreyvs xəstəliyi
 hekimtap.az

Qreyvs xəstəliyi

8103
Автор: Fərhad Burzu

Опубликовано: 04.10.2017
/papers/984?locale=ru

Qreyvs xəstəliyi - hipertiroidin ən yayılmış formalarından biridir. Qreyvs xəstələri immun sistemi sağlam tiroid hüceyrələrinə qarşı savaşan immunoglobulinlər yaradır. İmmunoqlobulinlər tiroidin normadan çox tiroid hormonu ifraz etməsinə səbəb olur. Adətən Qreyvs xəstəliyinin əlamətləri hipertiroidi ilə oxşar olur.

Qreyvs xəstəliyinin əsas əlamətlərindən biri də oftalmatiya adlandırılan göz qapağının arxaya çəkilməsi ilə göz yuvarlağının böyümüş kimi görsənməsidir. Gözdə olan bu narahatçılıq səbəbilə göz həkiminə müraciət edib, səhv müalicə alır, amma əsas problem Qreyvs müalicəsiz qalır.

Qreyvs xəstəliyinin digər əlamətləri :
 - Narahatçılıq;
 - Kişilərdə sinənin böyüməsi;
 - Konsentrasiya pozğunluğu;
 - İkili görmə;
 - Göz qaşınması və sulanması;
 - Yoğunluq;
 - Bağırsaq hərəkətlərində artış;
 - İstiyə qarşı həssaslıq;
 - Çox tərləmə;
 - Yuxusuzluq;
 - Qadınlarda aybaşı pozulması;
 - Əzələlərdə zəifləmə;
 - Sinirlilik;
 - Sürətli və pozulmuş ürək döyüntüsü;
 - Nəfəs darlığı;
 - Titrəmə;
 - Arıqlamaq (nadir hallarda kökəlmək).

Qreyvs xəstəliyinin əlamətlərində biri də oftalmatiya adlandırılan göz qapağının arxaya çəkilməsi ilə göz yuvarlağının böyümüş kimi görsənməsidir. Bu əlamət xəstələrinin 25 %-də müşahidə olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.