aniridiya nədir səbəbləri

Aniridiya

Aniridiya nədir? Aniridiya – qüzeyli qişanın olmaması ilə xarakterizə edilən göz patologiyasıdır. Həm anadangəlmə, həm də qazanılmış ola bilər. Bir çox ağırlaşmalara yol açması mümkündür. Məlum olduğu kimi, qüzeyli qişa gözün ön və arxa kameralarını ayırır, gözdaxili mayenin sirkulyasiyasını tənzimləyir, torlu qişaya düşən işığı məhdudlaşdırır. Ona görə də qüzeyli qişanın tam və ya qismən sıradan çıxması görmə aparatının normal funksiyasını pozur. Xəstəliyə nadir hallarda rast gəlinir – tezliyi isə regiondan asılı olaraq, 1:50000 - 1:100000 aralığında dəyişir. Anadangəlmə patologiya təkcə qüzeyli qişanın olmamsı deyil, həmçinin digər anomaliyalarla müşayiət edilir. Bir qayda olaraq, uşaqda buynuz qişanın degenerasiyası, qlaukoma, katarakta, torlu qişa və görmə sinirinin quruluşunda  pozuntular qeydə alınır. Xəstə uşaqlarda baş beynin quruluşunda anomaliyalar, şəkərli diabet və digər ciddi xəstəliklər üzə çıxır.   Aniridiyanın yaranma səbəbləri Patologiyanın irsi (ata-anadan uşağa keçmə) və ya sporadik (valideynləri sağlam olan uşaqlara ötürülmə) olaraq inkişaf edə bilər. Xəstəlik autosomno-dominant tiplə  və daha çox PAX6 geninin mutasiyası ilə irsən ötürülür. Bu gen gözün normal inkişafına cavabdeh olub, həmçinin MSS-in, bağırsaqların və mədəaltı vəzinin formalaşmasını qismən tənzimləyir. Qüzeyli qişanın olmaması qazanılmış xarakter də daşıya bilər. Bu zaman göz yaralanmaları, qüzeyli qişanın iltihabi zədələnməsi, degenerativ proseslər xəstəliyə səbəb ola bilər. Aniridiyanın əlamətləri Xəstəlik özünü aşığıdakı əlamətlərlə büruzə verir: Parlaq işiğa həssaslıq; Görmə itiliyinin əhəmiyyətli dərəcədə zəifləməsi; Buynuz qişada pannusun (diffuz iltihab və bulanıqlıq) əmələ gəlməsi; Qlaukomaya gətirən gözdaxili maye axınının pisləşməsi; Büllurun yerdəyişməsi və ya bulanıqlaşması; Çəpgözlüyün inkişaf etməsi; Bəzi hallarda ambliopiyanın yaranması. Aniridiyanın müalicəsi Patologiyanın simptomatik müalicəsi qüzeyli qişanı imitasiya edən rəngli kontakt linzaların istifadəsindən ibarətdir. Gözdaxili təzyiqin qalxması antiqlaukomatoz preparatlarla korreksiya edilir. Əlavə olaraq, buynuz qişa xəstəliklərinin, torlu qişanın hipoplaziyası və görmə sinirinin  profilaktikası məqsədilə preparatlar təyin edilir. Ultrabənövşəyi şüalardan qorunmaq üçün qoruyucu eynəklərdən istifadə etmək tövsiyə olunur. Cərrahi müalicə xəstəyə bəbəkləri imitasiya edən süni implantların qoyulmasından ibarətdir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Paylaşıldı: 13.09.2018

Метрит
 hekimtap.az

Метрит

Что такое – метрит? Метрит (миометрит, мезометрит) – воспалительное заболевание матки, протекающее с поражением ее мышечной оболочки. Метрит может иметь инфекционное или асептическое происхождение. В изолированной форме встречается редко, чаще протекает в виде метроэндометрита с одновременным вовлечением в воспалительный процесс слизистой оболочки – эндометрия. При осложненном течении возможно развитие периметрита, пельвиоперитонита, пиометры, абсцесса и гангрены матки. Причины метрита Это заболевание может быть вызвано следующими причинами: использование внутриматочных противозачаточных средств; аппендицит; механические повреждения матки; осложненные роды; аборты; общее переохлаждение организма; застой крови в малом тазу; слабость родовой деятельности; воздействия инфекционных агентов. Симптомы метрита Различают острый и хронический метрит. В остром периоде происходят утолщение, разрыхление, отёк, гиперемия миометрия, а эндометрий покрывается гнойным налётом. При микроскопическом исследовании в миометрии наблюдается инфильтрация сегментоядерными лейкоцитами, лимфоцитами; в эндометрии отмечается дистрофическое изменение желёз, слущивание эпителия, приводящее к образованию язв эндометрия, иногда с образованием гранулярной ткани. Послеабортный метрит возникает главным образом в зоне остатков плодного яйца; при послеродовом метрите воспаление возникает вначале в области децидуальной оболочки, затем распространяется на мышечный слой, который становится отёчным, инфильтрированным лейкоцитами и лимфоцитами.  Методы диагностики, лечения и профилактики метрита Диагностика метрита основывается на жалобах пациентки и на данных гинекологического осмотра, во время которого обнаруживаются незначительно увеличенная в размерах и болезненная матка, а также гнойные выделения из влагалища. Для уточнения диагноза возможно назначение общеклинических анализов крови и мочи, УЗИ органов малого таза, микроскопии и посева на питательную среду влагалищных выделений. Лечение острого метрита заключается в назначении антибактериальных, противовоспалительных и иммуностимулирующих препаратов. В стационарных условиях возможно промывание полости матки растворами антисептиков. При лечении хронического воспаления матки большое значение играет использование физиотерапевтических и общеукрепляющих процедур. Профилактика миометрита заключается в ведении здорового образа жизни и своевременном лечении очагов инфекции в организме.   © Использование материалов разрешено только при наличии активной ссылки на источник. https://hekimtap.az

Paylaşıldı: 12.09.2018

günəş keratozu aktenik keratoz

Günəş keratozu (aktenik keratoz)

Günəş keratozu  – ümumi məlumat Günəş şüaları orqanizm üçün çox vacib olub, D vitamini mənbəyi hesa edilir. Lakin şüaların artıqlığı bir çox fəsadlar yarda bilər. Onlardan biri də günəş keratozudur. Gülnəş keratozu uzunluğu 280-320 nm olan şüaların uzunmüddətli və daimi təsirindən əmələ gəlir. Bu zaman patoloji dəyişikliklər tez yaranmır, 10-20 il ərzində heç bir dəyişiklik verməyə də bilər. Xəstəlik adətən 55-65 yaşlarında rast gəlinir. Ultrabənövşəyi şüalar dərinin genetik materialını tədricən dəyişir. Nəticədə atipik - anaplastik, yəni funksiyaları qeyri-müəyyən olan hüceyrələr yaranır. Atipik hüceyrələr normal epidermisi əvəz edir, bu isə dərinin buynuzlaşma mexanizmini pozur - o,bərk və quru olur.  Əlverişli şəraitdə anaplastik hüceyrələr bazal membrana daxil olur və epidermisi dermadan ayırır. Bu zaman keratozun karsinomaya keçmə ehtimalı  (0.1 %) yaranır.    Günəş keratozunun yaranma səbəbləri Günəş keratozunu yalnız intensiv günəş şüaları yaradır. Onun yaranmasını  və gedişatını proqnozlaşdırmaq mümkün deyil. Risk faktorlarına aiddir: Günəş istiliyi çox olan iqlim - dağ, Cənub; Günəş yanıqlarının çox miqdarda olması; Peşə ilə bağlı uzun müddət günəş şüaları altında qalmaq; Genetik meyillilik; Bəzi dərman preparatları və s. Stres və həyəcan. Günəş keratozunun əlamətləri İlkin əlamət dairəvi və ya oval ləkə, o qabıqlanır; Bu ləkələr üzərindəki qabıqlar çətinliklə qopur. Dəridən ayrılmış qabıqlar altında atrofiya ləkəsi və ya eroziya müşahidə olunur.  Bəzən keratoma tünd-qəhvəyi rəng ala bilir. Belə hallarda onu ziyillərdən seçmək çətindir. Günəş keratozunun diaqnostikası Keratozu differinsasiya etmək üçün mikroskopik müayinədən istifadə edilir. Başlıca metod biopsiyanın histoloji müayinəsi hesab olunur. Bu müayinə metodu xəstəliyə dair maksimum informasiya verir və düzgün müalicə taktikası seçməyə imkan yaradır. Günəş keratozunun müalicəsi Günəş keratozunun medikamentoz müalicəsi mövcud deyil. Xəstəliyin müalicəsi keratozlu nahiyələrin kənarlaşdırılmasından ibarətdir. Xalq təbabəti vasitələrinin yanaşı istifadəsi daha yaxşı effekt verir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az    

Paylaşıldı: 11.09.2018

nəzarətsiz qalan klimakterik sindromun fəsadları

Nəzarətsiz qalan klimakterik sindromun fəsadları

Klimekterik sindrom nədir? Klimakterik sindrom reproduktiv funksiyanın söndüyü vaxtda, yəni 45-47 yaşdan sonra yaranır. Bu mərhələdə yumurtalıq və uşaqlığın ölçüləri tədricən azalır, menstruasiyalar kəsilir. Sindrom 40% qadınlarda premenopauza dövründə, 40-85%-ində menopauzadan sonra bir il müddətində, 3%-ində isə menopauzadan 2-5 il ötdükdən sonra qeydə alınır. Klimaktrik dovrdə olan qadınlar bədənin yuxarı hissələrində-başda, boyunda istiliyin artması, urəkdöyünmə hissinin olması, əsəbi gərginlikdən, deyingən olmalarından, təzyiqin yüksəlməsindən, baş ağrılarından şikayətlənirlər. Estrogen çatışmazlığının fəsadları Bu dövrdə qanda estrogenlərin qəfildən azalması bir sıra problemlərin yaranmasına səbəb olur. Əvvəlcə qanda xolesterin sürətlə artmağa başlayır. Bu zaman qanda xolesterin kişilərə nisbətən 2 dəfə daha yüksək olur. Bu isə infarkt, insult olma riskini 5 dəfə artırır. Digər tərəfdən də arterial təzyiqin yüksəlməsi və yanaşı emosional- gərginliyin olması nəzarətsiz qalan arterial təzyiq bir sıra fəsadlar - urək əzələsinin qalınlaşması və genişlənməsi, göz dibinin arterial zədələnməsi və s. yarada bilər. Klimaks dövrünü fəsadsız keçməsi üçün nə etməli? Bu dövrü fəsadsız və sağlam keçirmək istəyirsizsə, terapevt və ginekoloqun birgə müayinəsindən keçməyiniz tövsiyyə olunur. Artmiş xolesterinin və arterial təzyiqin vaxtında müalicəsi, hormonal disbalansın vaxtında aşkara çıxarılması sizin sağlam və uzun ömür yaşamağınız üçün vacibdir.    © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Paylaşıldı: 10.09.2018

üst və alt göz qapaqları estetikası blefaroplastika

Üst və alt göz qapaqları estetikası (blefaroplastika)

Göz qapaqları fərqli səbəblərdən sallanıb, torbalana bilər. Bu səbəblər yaşlanma, bəzən ailədən gələn irsi vəziyyətlər və gözlərin çox yorulması kimi sıralana bilər. Bəzən dəri cazibə qüvvəsinə bağlı sallanıb bollaşa bilər. Göz qapağı əməliyyatı üst və alt göz qapağına tətbiq olunan estetik cərrahi əməliyyatdır. Edilən bu əməliyyat ilə üst və alt göz qapaqlarında olan artıq dəri və yağ toxumaları əzələ toxuması ilə birlikdə çıxarılır. Yaxşı planlanmış olan bir göz qapağı əməliyyatı xəstəyə daha gənc bir görünüş qazandırır. Nəticələri illərlə qalıcı olan sağlam və gənc baxışlar təmin edər. Göz qapağı əməliyyatını kimlər oluna bilər? Göz qapağı əməliyyatı ehtiyacı ola pasiyentə uyğun görülür. Əvvəlcə həkiminizlə danışmaqda fayda var. Tiroid xəstəliyi, yüksək təziq və gözlərin nəmlənməsi üçün kifayət qədər göz yaşı olmayan xəstələrin bu vəziyyəti əvvəlcədən həkimə bildirməyində fayda var.  Göz qapağı əməliyyatı üz gərmə və qaş qaldırma kimi digər üz cərrahi əməliyyatları ilə birlikdə də oluna  bilər. Göz qapağı əməliyyatına ən uyğun namizədlər sağlam, psixoloji baxımdan stabil və 35 yaşın üzərində olanlardır. Göz qapağı əməliyyatı necə olunur? Göz qapağı əməliyyatı ümumiyyətlə 1-3 saat arasında davam edər. Göz qapağı əməliyyatıda edilən kəsiklər üst və alt göz qapaqlarının təbii qıvrım xətlərində yerləşdirilir. Kirpiklərin 1 mm altından üfüqi olaraq edildiyi üçün əməliyyat izi heç bilinmir. Üst göz qapağında isə qıvrıma xəttində olduğu üçün iz görünməz. Başlanğıcda çəhrayı rəngdə olan göz qapağı əməliyyatı izi zamanla rəngi açılır və dəri rənginə çevrilir. Göz qapağı əməliyyatı yerli anesteziya altında həyata keçirilir. Tipik bir kəsiklə, həkiminiz göz qapaqlarının təbii xətlərini təqib edən kəsiklər edərək lazımlı görülən yağ toxumasını çıxardar və artıq olan toxumanı altdakı çuxur bölgəyə yayaraq düzgün görüntü əldə edə bilər. Çox olan əzələ və dəri toxumasını da kəsər. Əməliyyatın sonunda kəsiklər çox incə sütür saplarla tikilir. Göz qapağı əməliyyatında sağalma müddəti nə qədərdir? Göz qapağı əməliyyatı əsnasında verilmiş olan anesteziyanın təsiri keçdikdən sonra dəridə yaranan gərginlik hissi narahatlıq verə bilər. Əməliyyat sonrası pasiyentlərdə bir neçə gün göyərmələr və şişlik meydana gələ bilər, yaxşılaşması bir ilə dörd həftə davam edə bilər. Eyni şəkildə ilk bir neçə həftə içində işığa həssaslıq, bulanıq ya da cüt görmə, çox göz nəmlənməsi kimi əlamətlər görülə bilməkdədir. Yaxşılaşma müddətində yara izlərinə məlhəm vurulur. Əməliyyat sonrası tikişlər 3-7 gün içərisində həkiminiz tərəfindən alınır. Pasiyent 10 günə kimi normal həyata geri dönə bilərlər. Gün işığından qorunmaq üçün günəş gözlüyü istifadə edə bilər. Göz qapağı əməliyyatı keçirəcək olan pasiyentlərin əməliyyatdan əvvəl və sonra siqaret və spirtli içkilərdən uzaq durması tövsiyə edilir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Paylaşıldı: 10.09.2018

uşaqlarda tonzillit angina xəstəliyi

Uşaqlarda tonzillit (angina) xəstəliyi

Uşaqlarda tonzillit – ümumi məlumat Tonzillit (angina) – udlaq badamcıqlarının iltihablaşmasıdır. Badamcıqlar xarici mühitdən mikrob və infeksiyaların orqanizmə daxil olmasının qarşısını alır. Uşaq dünyaya gəldikdə bu badamcıqlar praktik olaraq olmur, çünki ana bətni sterildir və buna ehtiyac yoxdur. İnkişafda olan uşaq orqanizmi xarici mühitlə təmasda olarkən bir çox infeksiya və mikroblarla rastlaşır. Nəticədə müdafiə mexanizmi -  badamcıqlar inkişaf edir. Bu proses cinsi yetkinlik dövrünə qədər davam edir. Badamcıqların böyüməsi normal fizioloji haldır. Lakin onların normadan artıq böyüməsi uşaq orqanizminə mənfi təsir göstərir. Belə ki, tənəffüsün çətinləşməsi, qanın oksigenlə təchizatının pisləşir və s. Uşaqlarda tonzillitin əlamətləri Anginanın ilkin əlaməti hərarətin qalxmasıdır – qızdırma 380C və daha yuxarı olur. Baş ağrısıları, udqunduqda ağrılar, halsızlıq müşahidə edilir.  Badamcıqların iltihabı adi qızarma və şişkinlikdən başlayaraq, irinli formalaradək inkişaf edə bilər. Bəzən uşaqlarda angina simptomsuz gedişata malik olur (hərarətin yüksəlməsi, uşağın ümumi halının pisləşməsi və s.). Lakin bu, heç də arxayınlaşmağa əsas vermir. Belə ki, bu, immunitetinin çox zəif olması əlamətidir. Bütün digər xəstəliklərdə olduğu kimi, anginanın da müalicəsi üçün mütəxəssis müdaxiləsi lazımdır. Bəzən valideynlər bu xəstəliklə mübarizənin yollarını bilirlər, lakin bunu həkimin məsləhəti olmadan etmək olmaz.   Uşaqlarda tonzillitin diaqnostikası Xroniki tonzillitin diaqnozu xarakterik anamnez, otolarinqoloqun müayinəsi və əlavə diaqnostik vasitələr əsasında qoyulur. Bundan başqa, diaqnostik metodlara aiddir: Qanın kliniki analizi Sidiyin kliniki analizi Mikrofloranı müəyyənləşdirmək üçün badamcıqların səthindən yaxmanın götürülməsi Revmatoid faktorların tədqiqi EKQ Zərurət yaranarsa, stomatoloq, terapevt və infeksionistin konsultasiyası. Uşaqlarda tonzillitin müalicəsi Angina əsasən atibiotiklər vasitəsilə müalicə olunur. Tez-tez iltihablaşan badamcıqlar ağız boşluğunda infeksiya mənbəyi yaradır. Nəticədə uşaqlar otit, ağciyər-bronx, kəskin respirator virus xəstəliklərinə meyilli olurlar. Anginanın tez-tez baş verməsi böyrək, oynaq, hətta ürəkdə problemlərə gətirib çıxara bilər. Tonzillit uşaqların əsəbb sisteminə də mənfi təsir göstərir. Bəzi hallarda anginanın müalicəsi cərrahi yolla aparılır. Bu müalucə metodu o vaxt tətbiq edilir ki, bütün profilaktika tədbirlərinə baxmayaraq, xəstəliyin qarşısını almaq mümkün olmur.  Bundan başqa, anginanı müxtəlif xalq təbabəti üsulları ilə də müalicə etmək mümkündür. Lakin bu zaman da mütəxəssislə məsləhətləşməyi unutmayın.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Paylaşıldı: 07.09.2018

ekstrasistoliya ümumi məlumat əlamətləri

Ekstrasistoliya

Ekstrasistoliya ümumi məlumat Ekstrasistoliya - ürəyin ritm pozulmalarından ən çox rast gəlinən patologiyalarında olub, ürək əzələsinin heterotrop oyanması və vaxtından əvvəl yığılması ilə xarakterizə olunur. Statistikaya görə təqribən hər 10 xəstədən 6-da müşahidə edilir.  50 yaşından sonra ekstrasistoliyanın rastgəlmə tezliyi 90 faizə çatır. Sağlam ürəyin də sutka ərzində növbədən kənar döyünməsi mümkündür. Buna adətən stress, tütündən istifadə, spirtli içkilər, tünd çay və ya qəhvə qəbulu səbəb ola bilər. Ekstrasistoliyanın əlamətləri Ekstrasistoliya çox vaxt simtomsuz gedişata malik olur və xəstəlik adətən təsadüfən EKQ müayinəsi zamanı üzə çıxır. Lakin bəzən patologiya özünü ciddi əlamətlərlə büruzə verir. Adətən ekstrasistoliya bərk ürək döyüntüsü, ürəyin dayanması hissi və ya qısa dayanmadan sonra döyüntülərin kəskin şəkildə bərpa olunması kimi üzə çıxır. Bundan başqa, ekstrasistoliyalar ürək nahiyəsində vegetativ və nevroloji simptomlara özünü bildirir. Ekstrasistoliyanın diaqnostikası Ekstrasistoliya diaqnozu kardioloq və ya terapevt tərəfindən xəstənin şikayətləri əsasında və EKQ-monitorinq  əsasında qoyulur. Ekstrasistoliyanın müalicəsi Ekstrasistoliyanın xüsusi müalicəsi ağır patologiyalar potensialı olduğu zaman aparılır. Əksər hallarda əsas xəstəliyi (ateroskleroz, tireotaksikoz, bağırsaq xəstəlkləri, piylənmə və s.) müalicə etmək lazımdır. Ekstrasistoliyanın aradan qaldırılması üçün istifadə olunur: Yataq rejimi Müalicəvi gimnastika Iltihabəleyhinə preparatlar Kalium və maqnezium tərkibli vasitələr Sakitləşdirici preparatlar   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Paylaşıldı: 06.09.2018

blefarospazm nədir səbəbləri

Blefarospazm

Blefarospazm nədir? Blefarospazm – göz qapaqlarının qeyri-iradi qapanması ilə müşayiət olunan nevroloji patologiyadır. Bəzi hallarda blefarospazm ağrıya reaksiya kimi də meydana çıxa bilər. Bu sindrom qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Güclü ifadə olunmuş formalarda gözləri açmaq çətinləşir, xəstə sakitləşdirici preparatlar qəbul etmək məcburiyyətində qalır. Üzün dairəvi əzələlərinin yüksək aktivliyi zamanı sindrom təhlükə daşımır, lakin blefarospazm xroniki hala keçərsə, psixoloji travmalar, ətrafdakılarla ünsiyyətdə çətinlik, peşəkar sahədə problemlər yarana bilər. Blefarospazmın yaranma səbəbləri Xəstəliyin inkişafına səbəb olan faktorlar dəqiq məlum deyil, lakin bəzi fərziyələr mövcuddur. Onlara aiddir: Neyroleptik xarakterə malik preparatların qəbulu; Supranuklear iflic (gözlərin  hərəkət məhdudluğu və boyun əzələlərinin zəifləməsi); Parkinson xəstəliyi; Gözdə yad cism; Trixiaz; Göz xəstəlikləri (blefarit); “Quru göz” sindromu. Blefarospazmın əlamətləri Xəstəlik göz qapaqlarının kontrol edilməyən qapanması ilə xarakterizə olunur. Gecikmiş mərhələlərdə blefarospazm “mexaniki korluğa” səbəb ola bilər – bu zaman insan göz qapaqları tam qapanmış olduğundan görə bilmir. Blefarospazm, həmçinin özünü aşağıdakı simptomlarla büruzə verir: Göz qapaqlarının dartılması; Dilin spazmı; Göz yaşı ifrazının pozulması; Qırtlaq əzələsinin spazmı. İlkin mərhələdə blefarospazm birtərəfli olur və onun əlamətlərini oftalmoloq və nevroloq kontrol etməlidir. Güclü qıcıqlandırıcılar fonunda (parlaq işıq, səs, həyəcan) simptomlar güclənə bilər. Sonrakı mərhələlərdə blefarospazm həmişə ikitərəfli olur. Blefarospazmın müalicəsi Blefarospazm bir çox başqa xəstəliklərdən, məsələn, stomatoloji və burun-boğaz problemlərindən yarana bilər. Bu zaman əsas müalicə stomatoloq və ya otolarinqoloq tərəfindən aparılır. Ofatolmaloq müalicəsi başlıca problem göz xəstəliyi ilə əlaqədar olan zaman tələb olunur. Blefarospazm – yalnız bir xəstəliyin simptomudur və bu əlamət aradan qalxarsa, xəstəlik də müalicə olunar. Blefarospazm vaxtında müalicə edilməzsə, tədricən ciddi xəstəliyin dayanıqlı simptomuna çevrilə bilər.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Paylaşıldı: 05.09.2018

Spinner