revmatik qızdırma

Kəskin revmatik qızdırma Əlaqə: 051 567-66-96

Кəskin revmatik qızdırma – A qrupundan olan beta-hemolitik streptokokkların yaratdığı iltihabi xəstəlikdir. Əsasən, streptokk angina və ya skarlatina düzgün müalicə olunmadıqda yaranır.Bu xəstəlik ən çox, 5-15 yaş aralığında olan uşaqlarda qeydə alınır, lakin bundan aşağı və böyk yaşlı insanlarda da rast gəlinir.Kəskin revmatik qızdırma ürək qapaqlarının qazanılmış qüsurları və ürək çatışmazlığı kimi geridönməz ürək xəstəliklərinə gətirib çıxara bilər. Kəskin revmatik qızdırmanın yaranma səbəbləri Streptokokk infeksiyası və kəskin revmatik qızdırma arasındakı əlaqə mexanizmi məlum deyil. Çox güman ki, burada söhbət bakteriyanın immun sistemini “aldadmasından” gedir. Bakteriyanın divarındakı zülal insan orqanızmindəki bəzi toxumaların zülallarına bənzəyir. Ona görə də immun sisteminin, adətən bakteriyalara hücum edən hüceyrələri bu zülalı miokard, oynaq, dəri və mərkəzi sinir sistemini zülalını – infeksion agent kimi qəbul edə bilər. İmmun sistemin reaksiyası zamanı isə iltihabi proses inkişaf edir. Kəskin revmatik qızdırmanın əlamətləri Kəskin revmatik qızdırma özünü aşağıdakı əlamətlərlə büruzə verə bilər: Qızdırma; Oynaqlarda ağrı; Oynaq nahiyələrində şişkinlik; Dəri altında kiçik, ağrısız düyünlərin əmələ gəlməsi; Sinədə ağrı; Ürəkdə küy; Yorğunluq və s. Kəskin revmatik qızdırmanın diaqnostikası Kəskin revmatik qızdırmanın diaqnostikası aşağıdakı qaydada aparılır: İltihabı aşkar etmək üçün oynaqlar müayinə edilir; Bədən hərarəti ölçülür; Dəri örtüyü dərialtı revmatik düyünləri və ya səpgiləri aşkar etmək üçün müayinə edilir; Ürəyin auskultasiyası (ürəyə qulaq asmaq) və s. aparlır. Kəskin revmatik qızdırmanın müalicəsi Kəskin revmatik qızdırmanın müalicəsi A qrup beta-hemolitik streptokokkların tamamilə məhv olunmasına, iltihab və resedivlərin qarşısınn alnmasna yönəldilir. Terapiya antibiotik və iltihabəleyhinə preparatlar vasitəsilə aparılır.

Paylaşıldı: 24.06.2019

Mayomed
4896
şəkərli diabet qidalanmaya dair yanliş stereotiplə

ŞƏKƏRLİ DİABET - QİDALANMAYA DAİR YANLIŞ STEREOTİPLƏR

Şəkərli diabet xəstələrin sayına görə ürək-damar və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. Statistikaya görə, dünyada hər 7 saniyədə iki insana bu diaqnoz qoyulur. Planetimizin hər üç sakinindən birinin şəkərli diabetdən əziyyət çəkməsinə baxmayaraq, xəstəlik barədə stereotip yanaşmalar aktuallığını itirmir. Onlardan ən çox yayılmışlarını diqqətinizə çatdırırıq: 1. Normal və aşağı çəkili insanlar risk qrupuna daxil deyillər İnsanlarda yanlış olaraq belə bir stereotip formalışıb ki, diabetdən, əsasən, artıq çəkili insanlar əziyyət çəkirlər.Doğrudur, 2-ci tip şəkərli diabetə, əsasən, artıq çəkili insanlarda rast gəlinir. Lakin 1-ci tip şəkərli diabet xəstələrinin bəziləri normal, hətta normadan aşağı çəkili olurlar. Belə pasiyentlərə, məsələn, pankreatogen diabet diaqnozu da qoyula bilər. 2. Şəkər fruktoza ilə əvəz olunarsa, hər şey yoluna düşər Çoxları düşünür ki, şəkərli diabeti məhz şəkər yaradır. Ötən əsrdə mütəxəssislər şəkəri fruktoza ilə əvəz etməyi məsləhət görürdülər. Lakin bu gün artıq məlumdur ki, bu addım nəyin ki, xəstə, həmçinin sağlam insanlara ziyan verir. 3. Düzgün müalicə istənilən qidanı qəbul etməyə imkan verir Bu, belə deyil. İstənilən halda şəkərli diabet xəstələri qidalarına fikir verməli, qlükozanın qanda miqdarını daim nəzarətdə saxlamalıdırlar.  4. Diabet hamiləliyə əksgöstərişdir Bu stereotip düşüncə şəkərli diabet yetərincə öyrənilməyən və pis kontrol edilən dövrlərə təsadüf edir. Elmin müasir tərəqqisi nəticəsində müəyyənləşdirilib ki, diabetdən əziyyət çəkən qadınlara nəyinki hamilə qalmaq qadağan edilmir, hətta özünə və körpəyə minimal risklə uşaq dünyaya gətirməyə imkann verir. 5. Şirniyyat və desertlərə əbədi “əlvida” demək lazımdır 1-ci və 2-ci tip şəkərli diabet xəstələri rasiolarında karbohidratların miqdarını kontrolda saxlamalıdırlar. Lakin qaydaları hərdən pozmaq olar. “American Diabetes Association” belə yazır. 1-ci tip şəkərdən əziyyət çəkənlər desrt qəbul edtməzdən əvvəl növbəti insulin porsiyasını müvafiq olaraq vurmalıdırlar. 2-ci tip diabet xəstələri də qlükozanı nəzarətdə saxlamaq şərtilə ağızlarını şirin edə bilərlər. Nəticə Müəyyən qaydalara əməl etməklə, şəkərli diabet xəstələri həyat keyfiyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərlər. Burada söhbət dadlı yeməklərdən imtina etməkdən yox, hər şeyi normada saxlamaqdan gedir.

Paylaşıldı: 18.03.2019

Spinal Stenoz (Onurğa kanalı darlığı) hekimtap.az

Spinal Stenoz (Onurğa kanalı darlığı)

Onurğa kanalının stenozu (daralması) Onurğa kanalının bel nahiyyəsinin daralması və sinirlərin sıxışması nəticəsində yaranan xəstəliyə “lomber spinal stenoz” və ya “lomber dar kanal” digər adıyla bel kanal darlığı deyilir. Onurğada kanalın daralması bel osteoxondrozunun irəliləməsinin nəticəsidir (və ya ağırlaşmasıdır). Bel kanal darlığında xəstənin şikayəti Bel dar kanalı olan xəstələrin şikayəti bel ağrısıyla birlikdə ayaqlarda keyləşmə, uyuşma, yanğı, göynəmə hissiyyatı və əzələ zəifliyi müşahidə olunur. Bu tipli xəstələr yürüyərkən, gəzərkən ayaqlarda uyuşuqluqlar və ağrı artır və nəticədə oturub dincəlməyə ehtiyac duyurlar. Bel kanal darlığının diaqnozu Dar kanal şikayətləri olan xəstə həkimə müraciət etdiyində öncəliklə xəstənin tam olaraq şikayəti dinlənilir, anamnez toplanılır, nevroloji müayinə edilir. Ardından həkimin istəyindən asılı olaraq rentgenoqrafiya (X-Ray), komputer tomoqrafiya (KT) və maqnit rezonans tomoqrafiya rezonans (MR) müayinələr istənilir. Onurğada dar kanalın müalicəsi Xəstəliyin başlanğıc mərhələsində konservativ müalicələr icra olunur. Konservativ müalicələr ilə onurğanın bel nahiyəsində olan dar kanal ancaq daha ağrısız və funksional olacaqdır. Konservativ müalicəyə dərman müalicəsi (steroid preparatlar) fizioterapevtik müalicə və müalicəvi idman növləri aid edilir. Konservativ müalicələrə cavab verməyən xəstələr, sidik ifrazı və bağırsaq ifrazı funksiyalar pozulanlar, ayaqlarda ciddi uyuşuqluq, yandırma, göynətmə və s. hissi pozuntuları olanlar, əzələ gücü zəifliyi, yürümə məsafəsi azalan və həyat keyfiyyəti kəskin dərəcədə pozulan xəstələr cərrahi əməliyyata namizəddirlər. Onurğa kanalı darlığında cərrahi əməliyyatın məqsədi kanal darlığını yaradan faktorun aradan qaldırılmasıdır. Bu tipli cərrahi müdaxiləyə oburğa cərrahiyyəsində “lomber dekompressiya” adı verilir. Onurğa beyninə və sinirlərə olan kompressiya ortadan qaldırılaraq ayaqlaralara gedən sinirlər azad edilir, bunun sayəsində geri dönüşü olmayan sinir zədələnmələrinin qarşısı alınmış olur.  

Paylaşıldı: 15.03.2019

Şəkərli diabet faydalı qidalar

ŞƏKƏRLİ DİABET - FAYDALI VƏ TƏHLÜKSƏSİZ QİDALAR

TOP-5 Şəkərli diabet - qanda qlükozanın miqdarının normadan artıq olması deməkdir. Bu xəstəlikdə düzgün qidalanma müalicə qədər vacibdir. Bununla yanaşı gedən xəstəlik əlamətlərini zəiflətmək, inkişaf və fəsadlarının qarşısını almaq mümkündür. Mütəxəssislər diabet xəstələri üçün faydalı və təhlükəsiz olan beş ən xeyirli qida məhsullarının siyahısını tərtib ediblər. Şəkərli diabet zamanı nə yeməli? Hamıya məlumdur ki, dibet xəstələrinin qida rasionundakı məhsulların qlikemik indeksi aşağı olmalıdır. Ona görə də şirniyyat,qənd, bal, peçenye məmulatları, rafinə olunmuş nişastalar qəbul etmək qadağandır. Diabet xəstələri üçün beş ən faydalı və təhlükəsiz qidaların siyahısını təqdim edirik: Yaşıl tərəvəzlər Tərəvəz və göyərtilər şəkərli diabet xəstələri üçün çox əhəmiyyətlidir. Şüyüd, kərəviz və cəfəri yemək xüsusilə tövsiyə olunur. Cəfəri şəkərin qanda olan miqdarını aşağı salır. Bu göyərtinin tərkibində, həmçinin çoxlu vitamin və mikroelementlər var.Tərəvəzlərin tərkibi sellülozla zəngindir və praktiki olaraq yağ yoxdur. Onlarda karbohidratlar da yox dərəcəsindədir. Ona görə də xiyar, bütün növ kələmlər, turp, kök və s. düşünmədən yeyə bilərsiniz. Qoz Yeddi ədəd qozda 2 q keyfiyyətli sellüloz və 2.6 q alfa linolin turşusu var. Bu komponentlər həzm prosesi və orqanizmin bərpasında mühüm rol oynayır. Şəkərli diabetdən əziyyət çəkənlər üçün qozun rolu əvəzsizdir. Belə ki, bu ləpənin tərkibindəki maqnezium və sinkin miqdarı şəkəri aşağı salacaq qədərdir. Qoz, həmçinin damarları daha elastik edir ki, bu da şəkərli diabet xəstəliyində vacib faktordur. Avokado Bu meyvə mannoheptuloza adlanan maddə ilə zəngindir. O, qanda şəkərin miqdarını əhəmiyyətli dərəcədə aşağı salır. Şəkərli diabetdən əziyyət çəkən xəstlər üçün hava və su kimi vacibdir. Belə ki, bu meyvənin tərkibindəki kalium və mis orqanizmdə gedən bir çox kimyəvi proseslərdə iştirak edir. Dəniz balığı Şəkərli diabet xəstələrinin qida rasionunda dəniz balığının olması çox vacibdir. Onların tərkibindəki zülallar, vitamin, mikroelement və digər faydalı maddələr orqanizm üçün zəruridir. Paxlalılar Mərci, lobya, noxud və s. kimi paxlalılar da şəkərli diabet xəstələri üçün vacib olan qida məhsullarındandır. Paxlalıların tərkibindəki minerallar, fitoestrogenlər, vitamin və digər faydalı maddələr orqanizmi şəkərli diabetin fəsadlarından qoruyur. Yaxşı olar ki, paxlalıları həftədə bir neçə dəfə kiçik porsiyalarla günorta saatlarında yeyəsiniz.Unutmayın ki, düzgün qidalanarsızsa, şəkərli diabeti xəstəlikdən həyat tərzinə çevirə bilərsiniz.

Paylaşıldı: 06.03.2019

Makulyar yırtıq və onun müalicəsi
 hekimtap.az

Makulyar yırtıq və onun müalicəsi

Makulyar yırtıq - ümumi məlumat Makulyar yırtıq - tor qişa qatlarının mərkəzi zonada olan patologiyasıdır. Tor qişa sinir hüceyrələrindən ibarət 10 qatdan ibarətdir. Onlar işiğın qəbul olunmasını, yəni görməni təmin edir. Tor qişanın mərkəzi nahiyəsi - makula, bir-birilərinə sıx birləşmiş , kolba şəkilli çoxlu sayda fotoreseptorlardan ibarətdir. Görməni təmin edən nahiyə də məhz elə buradır.   Tor qişa daxilində ona möhkəm birləşmiş şüşəvari cism var. Normalda bu, göz həcminin çox hissəsini təşkil edən şəffaf geldir. Yaş ötdükcə, eləcə də müxtəlif göz travmaları zamanı şüşəvari cismin arxasında qopma baş verir. Bu zaman şüşəvari cismin qişası, görmə sinirinin diski və makula ilə kontaktı itirir, nəticə makulyar yırtıq inkişaf edir. Makulyar yırtığın yaranma səbəbləri  Şüşəvari cism  makulyar nahiyə ilə möhkəm kontakda olur. Bu zaman tor qişa önə doğru dartılır, nəticədə kontakt nahiyəsində cırılma baş verir. Əksər hallarda tor qişanın bütün qatlarında, yaxud da bir neçə daxili qatda yırtıq əmələ gəlir. Adətən, bu xəstəlik yaşı 50-dən yuxarı olan insanlarda, bilinməyən səbəblərdən daha çox qadınlarda inkişaf edir. «Makular yırtıq»  prosesi kifayət qədər ləng də inkişaf edə bilir, ona görə də çox vaxt pasiyentlər xəstəliyin ilkin mərhələsində buna fikir vermirlər, yaxud da ümumiyyətlə, onu hiss etmirlər. Makulyar yırtığın simptomları Makula  yırtıqın ilkin əlaməti görmə itiliyinin zəifləməsidir. Bu, ona görə baş verir ki, tor qişanın görməni təmin edən hissəsi zədələnir. Görmə zəifləməsinin dərəcəsi isə xəstəliyin nə zaman başlanmasından asılıdır. Belə ki, yırtıq tədricən inkişaf edir, bundan başqa, tor qişanın qismən və ya tam zədələnib-zədələnməməsi, eləcə də yırtıqın ölçüləri ve yaranma tarixi də vacib faktorlardır. Əşyaların təsvirlərinin yayılması, hansı ki, bunun sayəsində düz xətlər əyilmiş formada görünür, tor qişa səthinin relyefinin dəyişməsinə görə baş verir. Bu simptom görmə zəifləməsindən xeyli əvvəl yaranır.  Gözlərin önündəki tünd ləkə tor qişanın, daha dəqiq desək,  onun hissetmə hüceyrələri qalmayan nahiyəsində əmələ gəlir. Pasiyentə ləkə kimi görünən də məhz elə həmin hüceyrələrdir. Makulyar yırtığın diaqnostikası Makula nahiyəsinin dəyərləndirilməsi üçün bir neçə testdən istifadə olunur: Görmə itiliyinin yoxlanılması; Amsler testi; Göz dibinin mütləq qaydada müayinəsi; Optik koherens tomoqrafiya. Müasir dövrdə daha dəiqiq müayinə üsulları da mövcuddur. Onlar tor qişa strukturunun, zədələnməzdən əvvəl dəyərləndirilməsinə şərait yaradır. Bu, makulanın optik koherens tomoqrafiyasıdır. Onun köməkliyi ilə diaqnozu dəqiqləşdirmək və müalicənin effektliliyini yoxlamaq mümkündür.    Makulyar yırtığın müalicəsi  Makula yırtıqın müalicəsi yalnız cərrahi üsulla həyata keçirilir. Bu cərrahi əməliyyat vitrektomiya adlanır. Onun köməkliyi ilə makula nahiyəsi ilə sıx birləşmiş şüşəvari cism, qişası ilə birgə xaric edilir, arxa hüdudi membran soyulur ve şüşevari cisim boşluğuna genişlenen qz yeridilir.  Bir qayda olaraq, belə əməliyyatların effektliyi 80-90 % beraberdir. Makular yırtığın müalicəsi patologiyanın ilkin mərhələlərində daha effektli olur. Ona görə də yuxarıda göstərilən simptomlardan hər hansı biri qeydə alınarsa, təcili olaraq oftalmoloqa müraciət etmək lazımdır. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Paylaşıldı: 24.01.2019

estetik əməliyyatlarda  fəsadlar

Estetik əməliyyatlarda  fəsadlar

Estetik çənə əməliyyatı haqqında nə deyə bilərsiniz?  "Estetik çənə əməliyyatı cərrahi stomatologiyanın ən çətin və məsuliyyətli sahələrindən biridir.Buna elmi dildə ortoqnatik cərrahiyyə  deyilir.Məqsəd rekonstruktiv əməliyyat vasitəsilə normal dişləm,çeynəmənin bərpa olunması və gözəl sifətin yaradılmasıdır.Əvvəllər bu əməliyyat çox primitiv yolla,xaricdən kəsilərək aparılırdı,bu zaman damarlar,sinirlər,əzələ kəsildiyindən sağalma da gec olurdu,dəridə çapıqlar qalırdı.İndi isə ağıziçi yolla dəqiq sefalometrik hesablama yolu ilə əməliyyat aparılır. Bu əməliyyatlarla bağlı  müraciət edən pasientlərimizi narahat edən suallar bunlardır: Ən çox da zaman məsələsi, necə olacağı, hansı yaşda olacağı, hansı fəsadların gözlənildiyi və.s Bütün bunları dəqiqləşdirmək üçün birinci növbədə pasienti aşağıdakı ardıcıllıqla müayinə etmək lazımdır,. Çənə əməliyyatları üçün burun tənəffüsü mütləqdir. Birinci növbədə burun tənəffüsünü yoxlayıb, problem varsa onu aradan qaldırmaq lazımdır ki, sonra çənə əməliyyatları zamanı burun tənəffüsü onun üçün rahatlıq gətirə bilsin. Çünki pasient ağızla nəfəs ala bilməyəcək. Buna görə də, burun tənəffüsü ilə bağlı problemləri müayinə edib aradan qaldırmaq lazımdır. İkinci bir məsələ, çənə əməliyyatları üçün mütləq rentgoloji müayinə aparılır. 3 proyeksiyada rentgenlər çəkilir, onların üzərində hesablamalar aparılır, çənənin diaqnostik modeli, ölçüləri götürülür və fotoşəkillər çəkilir. Bu 3 müayinə metodunu birlikdə təhlil edib çənədəki qüsurlar barədə dəqiq nəticələr alınır. Alt çənə uzundurmu? Bəzən pasientə elə gəlir ki, alt çənəsi uzundur. Hesablamalar nəticəsində məlum olur ki alt çənə uzun deyilmiş, normal imiş, üst çənə inkişafdan qalıb. Üst çənə kiçik imiş. Üst çənəni əməliyyat edib düzəltsək alt çənəyə ehtiyac yox imiş. Əksinə də ola bilər. Bəzən hesablamalar nəticəsində aydın olur ki, hər iki çənənin də əməliyyata ehtiyacı var imiş. Alt çənə uzundur, üst çənə kiçikdir və ya əksinə. Belə olan halda hər iki çənədə əməliyyat aparılması vacib olur. Kiçik qüsurlar olan zaman onları komuflyaj(maskalanma) müalicə ilə qarşısını almaq olar. 5mm-dən yüksək olan qüsurlar artıq cərrahi müdaxilə nəticəsində aparılır. Bunun üçün hazırlıqlar aparılmalıdır. Birbaşa əməliyyat olmur. Bunun üçün rentgenoloji müayinələrin hesablamalarından sonra ortodontun- ( stomatoloq) tərəfindən dişlərin vəziyyəti təyin olunmalıdır. Çünki çənə əməliyyatından sonra dişlər bir-birinin üstünə qapanmalıdır. Bu qapanış yoxdursa, çənə əməliyyatının heç bir effekti olmur. Buna görə də ortodont tərəfindən müayinə olunur, bir qüsur varsa, dişlərdə problem varsa, həmin dişlər müalicə olunmalıdır. Diş əyrilikləri varsa, xüsusi breketlər vasitəsi ilə bu aradan qaldırılır. Bunun aradan qaldırılması 1 aydan 1 ilə, hətta 1 il yarıma qədər davam edə bilər. Bu hazırlıq aparılıb qurtarandan sonra isə diaqnostik model alınır. Həmin modeldə süni surətdə əməliyatı aparıb dişlərin qapanmasını yoxlayırıq. Bu normaldırsa, artıq pasient cərrahi əməliyyata hazırdır. Belə olan halda cərrahi əməliyyatı hazırlayıb, qan analizləri yoxlanılır, ürək müayinə olunur, digər vacib orqanlarda da problem varsa o da yoxlanılır, narkoz(anestezioloq) həkiminin müayinəsi aparılır və məsləhətlər nəzərə alınır. Bundan sonra cərrahi əməliyyata girmək olar. Bu əməliyyatlar bir çənədə olanda təxminən 2-2.5 saat, iki çənədə də olanda isə 4-6 saata qədər çəkə bilir. Əməliyyatlar sifətin tam konfiqurasiyasını dəyişir. Gözəl estetik bir nəticə əldə edilir. Əməliyyatın reablitasiya dövrü-sağalma dövrü bir ay çəkir. Bir aydan sonra pasient istədiyi qidanı yeyə bilir.   Bu əməliyyat sifətin görünüşünü estetik cəhətdən dəyişir." "Burun əməliyyatlarında fəsadların baş verməsi nə ilə əlaqədardır?" "Burun əməliyyatlarında bir çox fəsadlar baş verir. Estetik əməliyyatlardan sonra suallar meydana çıxır. Burunda niyə əyriliklər yarandı?, burundan niyə su gəlir?, burundan niyə çirk gəlir?, burun sümükləri çöküb, burunda deformasiyalar əmələ gəlib və.s Səbəblərini araşdıraq. Birincisi, səbəblərin 50%i həkimin işi ilə bağlıdır, ikinci 50% isə pasientin qorunma məsələləri ilə bağlıdır. Əməliyyatı etməmişdən öncə pasienti müayinə etmək lazımdır.  Pasient əməliyyatdan öncə ətraflı müayinəsi nə üçün lazımdır. Çünki burun əməliyyatına qonşu olan digər orqanlarda olan fəsadlar həmin əməliyyatın nəticəsini korlaya bilər. Qonşu orqanlar dedikdə nəzərdə tutulur, burun boşluğu ilə əlaqədar olan orqanlar: Frontal,haymor,xəlbir,əsas ciblər- havalı borulu sinuslardır və iltihabi proses ola bilər.  . Bütün bu problemlər aydınlaşdırılıb diaqnoz qoyulmadan pasient əməliyyat olunursa, sonradan fəsadlar baş verir. Bu fəsadların baş verməməsi üçün mütləq şəkildə haymor boşluğunun rentgenoqramması və ya kompüter tomoqramması olunmalıdır və burun boşluğunun endoskopiyası olunmalıdır. Bu müayinələr, bizim diaqnozumuzu dəqiqləşdirir və  xəstədə hansı problemlərin ola biləcəyini aşkar edir. Daha sonra pasientin fotoşəkilləri çəkilir və onlar üzərində kompüterdə modelləşmə aparılır. Bunun səbəbi üzə yaraşan burunu hazırlamaqdır. Bununla burunun pasientə necə yaraşa biləcəyi dəqiqləşir. Dərzi parçanın üzərində ölç-biç işləri aparırsa, biz də kompyüterdə modelləşməni təyin edirik ki, əməliyyatdan sonrakı nəticəni yaxşı nəticə hesab edə bilək. Çünki, ola bilər ki, pasientin istədiyi bir burun nəticədə ona yaraşmasın. Həm də, bizim düzəltdiyimiz burun pasientin xoşuna gəlməyə bilər. Bu məsələdə anlaşılmazlıq olmasın deyə, fotomodelləşmə aparılır və pasientlə məsləhətləşmə aparılır. Nəyin xoşuna gəlib-gəlməməsi dəqiqləşir. Bu zaman əməliyyatdan effektli və gözəl nəticə almaq olar.. Diaqnozda çəpər əyriliyidirmi, adenoid varmı, selikli qişada iltihab varmı, allergik proseslər varmı, haymor boşluqları təmizdirmi, kista varmı, iltihabi proses varmı və.s kimi bütün bu sualların cavabını almadan həkim əməliyyata girməməlidir. Girərsə gələcəkdə müəyyən fəsadlar gözlənilir. Əgər bunlar aradan qaldırılmışsa, bütün suallara cavab verilmişsə, biz 50% qarantini əldə etmiş oluruq. İkinci bir məsələ əməliyyat zamanı olan səhvlərdir. Sapların keyfiyyətsizliyi, cərrahın təcrübəsizliyi və.s rol oynayır. Üçüncü məsələ də, pasient tərəfindən olan qorumalardır. Əməliyyatdan sonra həkimin tapşırdığı proseduralara diqqətlə əməl olunmalıdır. Bunlara əməl etməyəndə bir çox fəsadlar baş verir. Travmaların olması, xəstənin özünü soyuğa verməsi, burun damcılarının deyilən vaxtdan gec tökülməsi və s. fəsadlar əmələ gətirir. Ona görə də, pasient həkimin tapşırıqlarına ciddi şəkildə əməl etməlidir ki, gələcəkdə fəsadlar baş verməsin."   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Paylaşıldı: 22.12.2018

katarakta nədir kataraktanin müalicəsi  kataraktanın müayinəsi katarakta əməliyyatı

Katarakta və onun müalicəsi

Katarakta haqqında El arasında “mirvari suyu” adlanan bu xəstəlik ciddi göz patologiyalarından biridir. Bu zaman göz büllurunun şəffaflığının  tam və ya qismən bulanması baş verir. Katarakta görmə itiliyinin aşağı düşməsi, duman hissinin əmələ gəlməsi ilə müşayiət edilir. Bu, irəliləyən xəstəlik olub, korluğa gətirib çıxara bilər. Bu xəstəlik haqqında ilk məlumatlara hind həkimi Suşrutun eramızdan 200 il əvvəl yazdığı traktatlarında rast gəlinir. Təəssüf ki, 2000 ildən çoxdur ki, katarakta vacib göz xəsətəliyi kimi aktuallığını qoruyub saxlayır.   Dünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib ki, əhalinin sürətlə qocalma tendensiyası gələcəkdə kataraktanın daha geniş yayılmasına səbəb olacaq. Bu baxımdan xəstəlik, vaxtında diaqnostika, daimi kontrol və əlbəttə ki,  adekvat müalicə tələb edir. Nəzərə alın ki, kataraktanın konservativ terapiyası yoxdur, ancaq cərrahiyə vasitəsi ilə götürülə bilər. Kataraktanın növləri və yaranma səbəbləri hansılardır? Qocalıq kataraktası; Anadangəlmə katarakta; Travmatik katarakta. Katarkta, əsasən, 40 yaşdan sonra inkişaf etməyə başlayır. 80 yaş ətrafında bu xəstəlik demək olar ki, hamıda qeydə alınır.   Yaranma səbəbləri kimi, şəkərli diabeti, bəzi kortekosteroid preparatların qəbulunu, əvvəllər keçirilmiş infeksion xəstəlikləri, müəyyən göz xəstəlikləri -  göz travmaları, gözün infeksion xəstəlikləri, irsi faktorlar və s. göstərmək olar. Kataraktanın əlamətləri bunlardır Görmə itiliyinin tədricən aşağı düşməsi;  Əşyaların təsvirinin yayınıq olması; Rənglərin parlaqlığının və kontrastlığının azalması; Görmənin bulanması; Uzağı və yaxını pis görmək; Büllur tam bulandıqda, korluq yaranır. Kataraktanın müayinəsi belə aparılır Diaqnostika həkim-oftalmoloq tərəfindən xüsusi biomikroskop və ultrasəs aparatı vasitəsilə aparılır. Bundan sonra ümumi müayinə - qanın ümumi analizi, qanda şəkərin miqdarının ölçülməsi, hepatit-B və hepatit-C analizi, EKQ, falüroqrafiya həyata keçirilir. Katarakta hansı üsullarla müalicə olunur? Kataraktanın ən effektiv və təhlükəsiz müalicə üsulu tikişsiz mikrocərrahiyyə əməliyyatıdır. Əməliyyatın mahiyyəti bulanmış büllurun xaric edilməsi və onun süni intraokulyar linza ilə əvəz olunmasından ibarətdir. Müasir multifocal intraokulyar linzalarda bir neçə optic focus olduğu üçün həm yaxına, həm də uzağı maksimal görməni təmin edir. Kataraktanın ən müasir cərrahi müalicə üsulu fakoemulsifikasiyadır. Onun əsasında ultrasəs və ya femtolazer vasitəsilə büllurun fraqmentasiya olunması və göz almasından aspirasion üsulla çıxarılması dayanır. Əməliyyat 15-20 dəq. ərzində yerli-damcı anesteziya ilə aparılır. Bərpa dövrü çox qısadır. Katarakta zamanı medikamentoz müdaxilə (damcı) mübadilə proseslərini yaxşılaşdıraraq, xəstəliyin gedişatını ləngidə bilər. Lakin unutmayın ki, kataraktanı damcılarla müalicə etmək mümkün deyil!   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Paylaşıldı: 19.12.2018

tor qişa qopmaları

Tor qişa qopmaları

Tor qişanın qopması - ciddi göz xəstəliyi olub, cərrahi müalicə tələb edir. Bu xəstəlik gözün tor qişasının neyrosensor qatının piqment epiteliden qopması nəticəsində yaranır. Əgər tor qişanın qopması baş verərsə, təcili olaraq, mütəxəssisə müraciət etmək lazımdır. Əks halda bu, korluğa səbəb ola billər! Əksər hallarda tor qişanın qopmasına, yaxından görmədən əziyyət çəkən insanlarda rast gəlinir, lakin xəstəliyə səbəb - travmalar və hipertonik kriz də  ola bilər. Tor qişa qopmalarının üç növü var: Reqmatogen; Eksssudativ; Traksion. Tor qişa qopmalarını yaradan səbəblər Tor qişanın qopma səbəbələri müxtəlifdir. Buraya miopiyanın butun  dərəcələri, travmalar, ağır fiziki yüklənmələr və digər xəstəliklər (məsələn, tor qişanın diabetik patalogiyası, qan sızmaları və s.) aiddir. Tor qişa qopmasının əlamətləri Tor qişanın qopma əlamətləri aşağıdakılardır: Görmənin zəifləməsi; Görmə sahəsinin daralması; Sayrışan nöqtələrin əmələ gəlməsi; Göz önündə pərdənin yaranması; Yan görmənin qəfil itməsi; Əşyaların deformasiyalı və ya ləngərli görünməsi. Tor qişa qopmaları necə müayinə olunur? Tor qişa qopmalarına şübhə yarandıqda aşağıdakı müayinələr aparılır: Göz dibinin müayinəsi; Gözün daxili strukturunun ultrasəs müayinəsi; Tor qişa qopmalarının müalicəsi Tor qişa qopmalarının müalicəsi cərrahi və lazer üsulları ilə aparılır. Müalicə əsasən vitrektomiya cərrahiyəsi yolu ilə həyata keçirilir.  Bundan başqa, gostərici varsa ekstraskleral balonlaşdırma və ya plomblaşdırma üsulu ilə də aparıla bilər. Lazer müalicəsinin prinsipi toxuma temperaturunu qəfil yüsəldilməsinə (bu, koaqulyasiya yaradır) əsaslanır. Bunun sayəsində əməliyyat qansız keçir. Lazer çox yüksək dəqiqliyə malikdir və bundan tor qişanı bitişdirmək üçün istifadə olunur.  Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Paylaşıldı: 30.11.2018

Spinner