psixiatriya nədir?

Psixiatriya nədir?

Psixiatriya tibb elmləri içərisində xüsusi yer tutur. Bu, klinik bir sahədir. Psixiatriya- ruhi xəstəliklərin səbəbləri, inkişaf mexanizmləri, onların diaqnostikası, müalicəsi, profilaktikası ilə məşğul olur. Psixiatriyanın vəzifələrindən biri də psixogigiyenadır. Bu baxımdan yanaşdıqda psixiatriya təkcə ruhi xəstəliklərdən deyil, eyni zamanda, bütün psixikanın normal fəaliyyət mexanizmlərindən, bu mexanizmlərin pozulması hallarından bəhs edir. Psixiatr təkcə ruhi xəstəliklərə deyil, həm də problemli, sağlam şəxslərə yardım edən mütəxəssisdir. Hər bir psixiki problem məntiqi  olaraq ruhi xəstəliklə nəticələnə bilər. Bu baxımdan həkim-psixiatr həm sağlam, həm də xəstə insanla işləməlidir. Psixiatriya öz inkişafında fundamental təbabətin bütün sahələrini birləşdirir. Fundamental təbabəti öyrənmədən , ümumi həkimlik təcrübəsinə malik olmadan, ali sinir fəaliyyətinin normada fəaliyyət mexanizmlərini bilmədən psixika problemləri ilə məşğul olmaq mümkün deyildir. Psixika problemləri ilə məşğul olmağa cəhd edən mütəxəssislərin sayının  gündən-günə artmasına baxmayaraq, həkim-psixiatr bütün bədən fəaliyyətinin psixika ilə əlaqəli öyrənilməsi təkcə ruhi xəstəliklərin deyil, insan orqanizminin bütün xəstəliklərinin psixika ilə əlaqəsi baxımından öyrənilməsi sahəsində yeganə mütəxəssisdir. İnsanın biologiyası, fundamental təbabət, xəstəliklərin daxili şəkli problemlərini yalnız həkimlər öyrənir və bu problemlərin kökünü bilmədən nə sağlam hesab edilən, nə də faktiki xəstə olan insanlara kömək etmək mümkündür. İnsan beyni milyard sinir hüceyrələrindən təşkil olunmuşdur. Bu orqan həddindən artıq güclü gərginlik keçirir. Bu gərginliyin əsasında emosional və informativ komponentlər durur. Bizim həyatımız həddən artıq mürəkkəbləşmişdir. Müasir insan həm maraqlı, həm də qeyristabil psixikaya malikdir və təbabət elminin müxtəlif sahələrini bilmədən insanşünaslıq kimi mürəkkəb sahəni qavramaq olmaz. Psixiatriyanın bir neçə sahələri mövcuddur ki, onlar sərbəst şəkildə fəaliyyət göstərə bilməz: psixiatriya- narkologiya, psixiatriya- psixoterapiya, kriminalistik psixiatriya, psixiatriya- seksopatologiya, uşaq psixiatriyası, psixologiya. Bununla da belə fikir yaranır ki, həkim-psixiatr psixikanın normal və xəstə vəziyyətdə öyrənilməsi ilə məşğul olan yeganə mütəxəssisdir.   

Paylaşıldı: 19.07.2019

kapillyaroterapiya

Kapillyaroterapiya

Kapillyaroterpapiya nədir? Kapillyaroterapiya - dərinin inyeksiya, mezoterapiya, əməliyyat, botoks, oksigen və vitamin kokteylləri, eləcə də cərrahi əməliyyatlar olmadan dartılması və üzün tam cavanlaşdırılmasıdır. Bu, ən müasir kosmetoloji metodlardan biri olub, kapillyarların işinin aktivləşdirilməsinə əsaslanır.Kapillyaroterapiya üsulu ilə nəyinki üz və dekolte nahiyələrinin 100%-lik cavanlaşdırılmasını, eləcə də, bu nahiyələrdəki dərinin sağlamlaşdırmasına nail olmaq mümkündür. Kapillyarların disfunksiyası qocalmanın səbəbi kimi Kapillyarlar qan sisteminin vacib hissəsidir. Qan və toxumalar arasındakı mübadilə məhz burada baş verir. Qan təchizatının pozulması istənilən orqanda, eləcə də dəridə işemiya, nekroz və funksiya itirilməsi yarada bilər. Yaş ötdükcə kapillyarlara şlaklar yığılır, qan axını intensivliyini itrir, ayrı-ayrı hissələrdə isə durğunluq yaranır. Beləliklə, hüceyrələrdə oksigen və qida maddələri aclığı yaranır. Hüceyrələrdə toksin, qaz və  karbon qazının çıxarılma prosesi məhz bu səbəbdən pisləşir. Bütün bu neqativ proseslər dərinin qocalmasına gətirib çıxarır. Kapillyaroterapiyanın təsir mexanizmi Kapillyaroterapiya zamanı istifadə olunan və pH-ı yüksək olan təbii vasitələr dərhal dəriyə hopur və qocalmış dəridə toplanmış sərbəst radikalları özünə çəkir. Bu vasitələrin massajlar vasitəsi ilə dəriyə yeridilməsi kipillyarların işini yaxşılaşdırır, dəri hüceyrələrinin regenerasiyasını sürətləndirir, bu isə öz növbəsində, qocalmanı ləngidir. Kapillyaroterapiyanın nəticələri Kapillyaroterapiya üsulu ilə aşağıdakı nəticələri almaq olar: - Qırışların hamarlanması; - Dərinin pillinqi; - Üz tonunun korreksiyası; - Piqment ləkələri rənginin açılması; - Yanaqlarda təbii qızartının yaranması və s. - Sellülitin aradan qalxması; - Dekolte nahiyəsinin cavanlaşması və s. Kapillyaroterapiya 40 yaşdan yuxarı hər kəsə göstərişdir. Peşəkar kosmetoloqun müdaxiləsi sizin dərinizi qısa zamanda cavanlaşdıracaq, əvvəlki təravətini və gözəlliyinni özünə qaytaracaqdır. Daim gözəl və gənc qalmağınızı arzulayıram!    

Paylaşıldı: 19.07.2019

saç tökülməsinin müalicəsi

Saç tökülməsinin müalicəsi

 Müasir dövrdə saç tökülməsi ən aktual problemlərdən biridir. Hər iki cinsdə baş verən bu problem narahatlığa səbəb olur. Statistikaya görə, kişilər genetik olaraq alapesiyaya(keçəlləşməyə) meyillidirlər. Hal-hazırda bu problem qadınlarda daha çox rast gəlinir. Alapesiya (dazlaşma)- başın və ya dərinin digər tüklü nahiyələrin keçəlləşməsinə gətirib çıxaran proqressivləşən saç tökülməsidir. Alapesiyanın növləri: 1.Diffuz- başda tüklərin nazikləşməsi və seyrəkləşməsi 2.Ocaqlı-tamamilə tüksüz ocaqların əmələ gəlməsi 3.Androgen mənşəli-qanda kişi cinsi hormonlarının səviyyəsi ilə əlaqəli olan kişi tipi 4.Total- ümumiyyətlə tüklərə rast gəlinmir Alapesiyanın əlamətləri: 1.Hormonal dəyişikliklər (hamiləlik və laktasiya zamanı hormonal preparatların qəbulu) 2.Stress, əsəbi pozğunluqlar (yuxusuzluq,depressiv hallar,nevrozlar) 3.Orqanizmdə vitamin və mikroelementlərin çatışmamazlığı (80% qadınlar da dəmir, sink, selen və s. çatışmamazlığı baş verir.Bu hallara əsasən qanazlığı, güclü dieta zamanı rast gəlinir.) 4.Zəifləmiş immunitet 5.Genetik yolla keçə bilir. Alapesiyanın müalicəsi: Kosmetologiyada saç tökülməsinin müalicəsində mezoterapiyanın ve plazma liftinqin(PRP) əvəzsiz rolu var. Hər ikisi müxtəlif səbəblərdən olan saç tökülməsində istifadə olunur.  İlk olaraq mezoterapiya haqqında məlumat vermək istəyirəm. Mezoterapiya saçlı dərinin qan dövranını artırır və saç köklərini qidalandırır. Saç tökülməsini azaldır,yeni saç çıxışını sürətləndirir, mövcud olan saç çıxışını gücləndirir. Mezoterapiya nədir? Mezoterapiya problemli bölgədə dərinin orta qatına mikroiynələr vasitəsilə bəzi dərmanların yeridilməsidir. Bu məqsədlə dəri probleminə uyğun olaraq vitaminlər, minerallar,amin turşuları, antioksidantlar və digər tərkibli özəl dərman kokteylləri hazırlanır.Mezo preparatları saç dərisinə tədbiq edilən zaman saç hüceyrələrinə xəbərdarlıq göndərilir və həmin bölgədəki toxumaların yenidən normal funksiyalarına qovuşmasına imkan yaradır. Plazma liftinq(PRP)nədir? Plazma liftinq (PRP) qırışlar,sızanaq,ləkə,yara izləri,dəri çatlaqlarları,dəri sallanması və saç tökülməsində istifadə edilən bir üsuldur.PRP zamanı qanın tərkibindəki trombositlər plazmadan ayrılır.Bu trombositlər minerallarla və faydalı maddələrlə zəngindir.Trombositlər regenerasiya prosesində iştirak edərək orqanizmdə baş verən bütün prosesləri sürətləndirir. Məhz buna görə, ağır vəziyyətdə olan insanlara (əməliyyatdan,travma və yaralanmadan sonra)qan  yox plazma köçürülür.Saçlarin PRP-si zamanı pasientlərin baş dərisinə qanın plazması yeridilir.Bu prosedurdan sonra saç tökülməsi dayanır hüceyrə daxilindəki metabolizm aktivləşir, tük soğanaqları qidalanır, yeni tüklər əmələ gəlir. PRP-nin göstərişləri: 1.Güclü saç tökülməsi 2. Yağlı və ya quru saçlarda 3. Kəpək,seboreya 4. Kimyəvi prosedurlarla və ya saç boyası ilə saçların zədələnməsi Saç tökülməsinin profilaktikası: 1. Baş dərisini zədələnməyin 2. Müxtəlif multi-vitaminləri qəbul edin 3. Baş dərisini ilıq su ilə yuyun 4. Qışda baş örtüyüsüz küçəyə çıxmayın

Paylaşıldı: 14.07.2019

burunun əməliyyatsız korreksiyası

Burunun əməliyyatsız korreksiyası

Burunun əməliyyatsız korreksiyası haqqında qısa məlumat Statistikaya görə, insanların hər iki nəfərdən biri burun formalarından  narazıdır və onu dəyişmək arzusundadır. Belə tələb rinoplastika əməliyyatının (cərrahi yolla burun korreksiyası) yaranmasına və son illər çox geniş yayılmasına səbəb olub. Lakin çox adam əməliyyat masasına uzanmağa risk etmir, buna səbəb bərpa müddətinin uzun olması, müxtəlif dərəcəli ağırlaşmaların yaranma riskidir. Bu zaman insanların köməyinə burunun əməliyyatsız korreksiyası çatır. Adından məlum olduğu kimi, burada plastik  cərraha ehtiyac olmur. Təcrübəli həkim-kosmetoloq müəyyən üsullarla burun formasını istədiyiniz kimi korreksiya etmək imkanına malikdir. Nəyə görə burunun əməliyyatsız korreksiyası? Burunun əməliyyatsız korreksiya metodunun mahiyyəti bu nahiyəyə müxtəlif filler və ya sapların yeridilməsindən ibarətdir. Nəticədə qüsurlar korreksiya edilir və simmetriya əldə olunur. Tənəffüs problemi, burun çəpəri və sümüyü əyriliyi olmayan pasiyentlər üçün mükəmməl həll yoludur. Əgər burun formasında qüsurlar olarsa, onların aradan qaldırılması üçün ən mükəmməl metod - fillerlərdir. Onların vasitəsilə problem asanlıqa aradan qaldırılır. Qeyd etmək lazımdır ki, bəzi hallarda fillerlər və saplar vasitəsilə həyata keçirilən burun korreksiyası, rinoplastika əməliyyatının aradan qaldıra bilmədiyi qüsurları aradan götürür. Elə hallar da olur ki, pasiyent cərrahi rinoplastikadan sonra qalan bəzi çatışmazlıqlardan şikayətlənir. Belə şikayətləri aradan qaldırmaq üçün də fillerlər və saplar ideal vasitədir. Burunun əməliyyatsız korreksiyasının üstünlükləri Burunun əməliyyatsız korreksiyasının cərrahi rinoplastikadan bir sıra üstünlükləri var. Buraya aşağıdakıları aid etmək olar: Ağır əməliyyatın olmaması, reabilitasiya periodunun qısa və ağrısız keçməsi; Korreksiyanın qısa zamanda həyata keçirilməsi; Qiymətin münasib olması və s. Burunun əməliyyatsız korreksiyasının nəticələri Simmetrik formaların əldə olunması; Xırda batıqların və ya dəri altındakı əyriliklərin aradan qaldırılması; Xırda burun donqarlığının düzəldilməsi və s; Burun ucunun qaldırılması; Burun pərlərinin incəldilməsi.  

Paylaşıldı: 13.07.2019

kişilərdə hipoqonadizm

Kişilərdə hipoqonadizm

Kişilərdə hipoqonadizm nədir? Kişilərdə hipoqonadizm - cinsiyyət vəzilərinin funksional çatışmazlığı və cinsi hormonların sintez pozuntusuna deyilir. Əsasən, xarici və daxili cinsiyyət orqanlarının inkişafdan qalması, piy və zülal mübadiləsinin pozulması (piylənmə, sümük sistemində və ürək-damar sistemində pozuntular) ilə müşayiət edilir. Kişilərdə hipoqonadizm anadangəlmə və qazanılmış olaraq, iki qrupa bölünür. Kişilərdə hipoqonadizmin yaranma səbəbləri Kişilərdə hipoqonadizm hormon ifrazında yaranan problemlər və ya biosintez pozuntuları fonunda yaranır. Bundan başqa, hipotalamo-hipofiz funksiyalarında baş verən dəyişikliklər də xəstəliyə təkan ola bilər. Patologiyanın yaranma səbəblərinə, həmçinin, aşağıdakılar daxildir: Genetik defektlər fonunda əmələ gələn cinsiyyət vəzilərinin inkişafdan qalması; Kimya terapiyasının toksiki təsirləri; İnfeksion xəstəliklər (məs., epidemik parotit, epididimit, vaskulit və s.) Hormonlar və antibakterial preparatların uzunmüddətli istifadəsi; Varikoz; Əlverişsiz ətraf mühit və s. Kişilərdə hipoqonadizmin simptomları Kişilərdə hipoqonadizmin simptomları insanın bu xəstəliyə hansı yaşda məruz qalması və androgen çatışmazlığının dərəcəsindən asılıdır. Əgər androgen ifrazı pozuntusu ana bətnində yaranarsa, bu, ikili cinsiyyət orqanın formalaşmasına səbəb ola bilər. Bundan başqa, tipik xədimlik əlamətləri - qeyri-praporsional hündürboyluluq, döş qəfəsinin inkişafdan qalması, ətrafların normadan artıq uzun olması, cinsi inkişafdan qalma, skelet əzələlərinin zəif inkişaf etməsi və s. müşahidə edilə bilər. Kişilərdə hipoqonadizmin diaqnostikası Kişilərdə hipoqonadizmin diaqnostikası zamanı mütəxəssis əvvəlcə pasiyentin şikayətlərini dinləyir, antropometriya vasitəsilə ümumi statusu müəyyənləşdirir. Cinsiyyət orqanlarının vizual və palpasiya müayinəsi aparılır, cinsi yetişkənliyin dərəcəsi müəyyənləşdirilir. Bundan başqa, sümüklərin vəziyyətini öyrənmək məqsədilə xəstə rentgen müayinəsinə də yönəldilə bilər. Spermanın laborator müayinəsi, qanda qonadotropinlərin təyini və xayaların bioposiyası da müayinə üsullarına daxildir. Kişilərdə hipoqonadizmin müalicəsi Kişilərdə hipoqonadizmin müalicəsi patologiyanın yaranma səbəbindən asılı olaraq, fərdi təyin edilir. Müalicənin məqsədi cinsi inkişaf geriliyinin profilaktikası, daha sonra isə xayaların testikulyar toxumasının maliqnizasiyasının qarşısını ibarətdir. Hipoqonadizmin müalicəsi endokrinoloq tərəfindən aparılmalıdır.  Zərurət yarandıqda, cərrahi müdaxilə tətbiq edilir.

Paylaşıldı: 11.07.2019

papiloma virusu

Papiloma virusu

 Papilomotoz papilloma virusu nəticəsində əmələ gələn xəstəlikdir.İnsan papilloma virusu ən geniş yayılmış və cinsi yolla yoluxan virusdur.Papillomaların 70-ə yaxın növü var: ziyillər,iti uclu kandilomalar və s.Bu viruslar dəri örtüyünü və selikli qişanı zədələyir.Papilloma virusları dəriyə düşərsə ziyil, selikli qişaya(cinsi orqanlara,anusa) iti uclu kandilomalar əmələ gətirir.Həmçinin boyun və qoltuq altlarında,üz və goz qapaqlarında yaranir.  Papilloma nədir ? Yastı epiteli toxumasından əmələ gəlir.Bir neçə mm-dən bir neçə sm-ə kimi böyüyür.Solğun ,boz bəzən açıq çəhrayı və ya piqmentli gövdə üzərindən törəmə kimi təyin edilir. Papilloma necə əmələ gəlir ? İmmuniteti zəif olan insanlarda yaranır.Papillomalar kontakt yolu ilə bir insandan digərinə keçir.Bunu da qeyd edim ki, papillomalı insanın şəxsi əşyalarından istifadə edilərsə, (stəkan,desmal, süngər, ülgüc və s)  bu zaman virusların yoluxma ehtimalı böyükdür.  Papillomanın Müalicəsi: Papillomaların müalicəsində imunastimulyatorlardan və virusəleyhi preparatlardan istifadə edilir.Kosmetologiyada bu viruslar aradan qaldırmaq məqsədilə koaliqulyasiya üsulundan istifadə olunur.  

Paylaşıldı: 09.07.2019

Şəkərli diabet və onun müasir müalicə metodları

Şəkərli diabet və onun müasir müalicə metodları-...

Şəkərli diabet əmək qabiliyyəti olan insanlar arasında ən geniş yayılmış xəstəliklərdən biridir desək, yanılmarıq. Beynəlxalq Diabet Federasiyasının (İDF) statistikasına görə, dünyada 285 milyon adam bu xəstəlikdən əziyyət çəkir. Təşkilatın proqnozuna görə, 15 ildən sonra bu rəqəm 150 milyona qədər arta bilər. Şəkərli diabet xroniki və ağır fəsadlar verən xəstəlikdir. Ona görə də patologiyanın ilkin mərhələsində diabetin müalicəsinə peşəkar yanaşmaq lazımdır. Şəkərli diabet xəstəliyi, əsasən, iki qrupa bölünür - I tip şəkərli diabet və II tip şəkərli diabet. Bundan başqa, hestasion diabet, qeyri-müəyyən tip şəkərli diabet növləri də mövcuddur. Yuxarıda qeyd olunanlardan başqa, endokrin, infeksiya, genetik faktor və mədəaltı vəzinin sıradan çıxması nəticəsində əmələ gələn şəkərli diabet də xəstəliyin növlərinə aiddir. I Tip və ya insulin asılılığı olan şəkərli diabetə, əsasən, 30 yaşadək gənc insanlarda rast gəlinir. Əsas simptomları: daimi susuzluq, iştahanın artması, sidik ifrazının artması, çəki azalması. Xəstəlik karbohidrat mübadiləsində yaranan pozuntular sayəsində yaranır. Bu, mədəaltı vəzidə beta-hüceyrələrin sıradan çıxmasına gətirir çıxarır, nəticədə vəzi insulin ifraz edə bilmir.  Hüceyrələrin destruksiyası koma və ya ölümə səbəb ola bilir.   I tip şəkərli diabetə, həmçinin, autoimmun və LADA-diabet də aiddir. II TİP və ya insulin asılılığı olmayan şəkərli diabetə, əsasən, yaşlı və xəstəliyə meyilli insanlarda rast gəlinir. Şəkərin bu tipində insulin çatışmazlığı, əsasən, qida rasionu pozuntusu və qeyri-sağlam həyat tərzi fonunda yaranır. Həyat obrazını dəyişmək və rasional  qidalanma şəkərin səviyyəsinin qanda normallaşmasına imkan verir. Hestasion diabet və ya hamiləlik diabeti ayrıca qrupa daxil edilir. Belə ki, bu zaman xəstəlik hamiləlik dönəmində yaranır və demək olar bütün hallarda aradan qalxır. Alimlər diabetin bu tipini simptomatik hesab edir və birbaşa hamilələliklə əlaqələndirirlər. Hestasion diabaet dölün inkişafında ciddi problemlər yarada və ölü uşağın doğulmasına səbəb ola bilər. Bundan başqa, doğuşdan 5-10 il sonra qadında şəkərli diabetin inkişaf etməsi də istisna deyil. Şəkərli diabetin müasir müalicə üsulları Bu gün bəşəriyyət şəkərli diabetin müalicə üsullarını araşdırmağa və təkmilləşdirməyə davam edir. Onlar arasında bəzi müasir üsulları nəzərdən keçirək. Pəhriz Şəkərli diabetin başlıca müalicə üsullarından biri - pəhrizdir. Karbohidrat və pis vərdişlərdən (əsasən, spirtli içkilər) uzaq dayanmaq pəhrizin əsasını təşkil edir. İnternetdə bir çox pəhriz reseptlərinə rast gəlinir, lakin onların özbaşına istifadəsi yolverilməzdir. Pəhriz qidalarını seçməzdən əvvəl mütləq endokrinoloq və dietoloqla məsləhətləşmək lazımdır. Şəkərin miqdarını azaldan vasitələr Bu vasitələrə diabet əleyhinə vasitələr də deyirlər. Onları, adətən, orqanizmində insulin müstəqil ifraz olunan, lakin miqdarı yetərli olmayan insanların qanında şəkəri normada saxlamaq üçün istifadə edirlər. Şəkəri azaldan  vasitələr pəhriz qidaları ilə yanaşı təyin edilir.  İnsulin müalicəsi İnsulin, adətən, şəkərazaldan vasitələrlə yanaşı təyin olunur. Bu metoda göstərişlər - çəkinin aşağı salınması, ketoz, əməliyyatöncəsi müalicə, həmçinin, II tip şəkərli diabetə bağlı bütün ağırlaşmalardır. İnsulin müalicəsinə məhdudiyyət qoyan faktorlar da var. Buraya hamiləlik, südvermə dövrünü, hemorragik xarakterli xəstəlikləri, prekoma, koma və s. aid etmək olar. I tip şəkərli diabet xəstələri daim insulin terapiyası almalıdırlar. Bununla yanaşı, mütləq qlükozanın qanda miqdarı daim nəzarətdə saxlanılmalıdır. Eləcə də, aktiv həyat tərzi və endokrinoloq nəzarəti vacibdir. II tip şəkərin kontrolu beynəlxalq təcrübədə bir neçə üsulla aparılır: Buraya aşağı karbohidratlı pəhriz, fizki hərəkətlər kompleksi, dərman preparatlarının qəbulu və hormonal inyeksiyalar daxildir. Pəhriz şəkərin miqdarını normallaşdırır. Müalicəvi bədən tərbiyəsi isə artıq karbohitratları orqanizmdən xaric edir. Xəstəlik ağırlaşdığı təqdirdə,dərman preparatları və insulin təyin edilir.

Paylaşıldı: 08.07.2019

Endokrin hipertenziyalar

Endokrin hipertenziyalar -Əlaqə:055 217-57-77

Endokrin hipertenziyalar nədir? Endokrin hipertenziya - hormonlarla əlaqədar olan qan təzyiqinin qalxmasına deyilir. Aşağıdakı növləri var: Hiperparatireoz; Hipotireoz; Tireotoksikoz; Akromeqaliya; Feoxromositoma; Birincili hiperaldosteronizm; Hiperkortisizm. Hiperparatireoz Hiperparatireoz zamanı paratireoid hormonu (parathormon) sekresiyasının artması baş verir ki, bu da sümük toxumasının sürətlə dağılmasına və kalsiumun qanda artmasına gətirib çıxarır. Xəstəlik birincili, ikincili və üçüncülü olmaqla üç qrupa bölünür. Hiperparatireozun əlamətləri: Zəiflik; Əzələlərdə, sümük və oynaqlarda ağrı; Tez-tez sidik ifrazı; Susuzluq; Qarında ağrılar; Qəbizlik; Depressiya, yaddaş zəifliyi, psixoz və s. Hipotireoz Bu xəstəliyə səbəb qanda tiroksin və/və ya triyodtironin hormonu səviyyəsinin aşağı düşməsi, bəzi hallarda orqan və toxumaların adıçəkilən hormonları qəbul edə bilməməsi nəticəsində yaranır. Hipotireozun əlamətləri: Zəiflik; Yuxululuq; Unutqanlıq; Bədən hərarətinin aşağı düşməsi; Dəri rənginin avazıması və dərinin quruması; İştahanın zəifləməsinə baxmayaraq, çəkinin artması; Üz, əl və ayaqların şişməsi; Nitqin pozulması və s. Tireotoksikoz (hipertireoz) Tireotoksikoz - tiroksin və/ və ya triyodtironin hormonlarının arması ilə müşayiət olunur. Tireotoksikozun əlamətləri: Ürək döyüntülərinin artması; Ürək ritminin pozulması; Tərləmə; Diqqətin yayınması; Qıcıqlılıq, həyəcanlılıq; İştahanın artmasına baxmayaraq, çəkinin düşməsi; İstiyə qarşı dözümsüzlük; Tezyorulma; Saçların tökülməsi və s. Akromeqaliya Bu patologiya zamanı qanda somatotrop hormonunun (boy hormonu) miqdarı artır.  Xəstəliyə səbəb hipofizdə hormonal aktiv şişin (adenomanın) yaranmasıdır. Xəstəliyin tipik əlamətləri - insanın xarici görünüşünün dəyişməsidir. Bu zaman üz cizgiləri kobudlaşır - dodaqlar, burun və qulaqların ölçüləri böyüyür, yanaq sümüklərinin qabaritləri artır, çənə həddindən artıq irəli çıxır, bilək və pəncələrin ölçüləri böyüyür, onurğa deformasiyaya uğrayır və s. Akromeqaliyanın digər əlamətləri Tərləmənin artması; Bədəndə tüklərin artması; Oynaqlarda ağrılar; Ətrafların keyiməsi; Qadınlarda menstrual tsiklin pozulması, kişilərdə potensiyanın zəifləməsi; Əzələlərin zəifləməsi; Ürək fəaliyyətinin zəifləməsi; Feoxromositoma Feoxromositoma - adrenalin və noradrenalin hormonlarını  çox miqdarda və kontrolsuz ifraz edən şişlərin (çox vaxt xoşxassəli) yaranmasına deyilir. Bu şişlər adətən, böyrəküstü vəzilərdə əmələ gəlir. Arterial hipertenziya bu xəstəliyin ən başlıca əlamətidir.Feoxromositoma zamanı təzyiq artmasının digər bir xüsusiyyəti belə vəziyyətin heç bir faktordan və dərman preparatları qəbul edilmədən öz-özünə keçməsidir.  Feoxromositomanın əlamətləri: Tutmalararası başgicəllənmələr; Şəkərli diabet; Göz dibi damarlarında dəyişiklik; Görmə itiliyinin aşağı düşməsi.   Birincili hiperaldosteronizm Sindrom qanda aldosteron miqdarının artması səbəbindən yaranır. Bu zaman böyrəküstü vəzi qabığında hormonal aktiv şiş əmələ gələrək, aldestoronu artıq miqdarda ifraz edir, yaxud da bir və ya hər iki böyrəküstü vəzi qabığının hiperplaziyası (artması) baş verir. Birincili hiperaldosteronizmin əlamətləri: Əzələ zəifliyi; Nəbzin zəifləməsi; Susuzluq və s. Hiperkortisizm (İsneko-Kuşinq sindromu) Hiperkortisizm - simptomlar kompleksi olub, kortikosteroidlərin insan orqanizminə uzunmüddətli təsirindən əmələ gəlir. Bu hormonların sekresiya artımı hipofizdə şişin əmələ gəlməsi (İsenko-Kuşinq xəstəliyi), böyrəküstü vəzilərin qabığında şişin yaranması (İşenko-Kuşinq sindromu), böyrəküstü vəzi qabıqlarının hiperplaziyası, digər yerlərdə lokallaşmış hormonal aktiv şişlər, həmçinin, steroid hormonlarının uzunmüddətli qəbulu səbəbindən baş verə bilər. Hiperkortisizmin əlmətləri: Xəstəlik insanın xarici görünüşündə dəyişikliklər yaradır. Çəki artır, bu zaman piy, əsasən, qarın, sinə, boyun və üz nahiyələrində lokallaşır. Ayaqlar isə əksinə, arıqlayır. Yanaq, sinə və kürəyin dəri rəngi tünd qırmızı çalarlar alır.  Hiperkortisizmin digər simptomları: Zəiflik; Qadınlarda menstrual tsiklin pozulması, kişilərdə potensiyanın zəifləməsi və sonsuzluq; Şəkərli dibet; Sidik axarlarının iltihabi xəstəlikləri; Əzələ zəifliyi; Psixi pozuntular və s. Endokrin hipertenziyaların diaqnostika və müalicəsi Göründüyü kimi, endokrin hipertenziyalar ciddi təhlükə daşıyan xəstəlikləridir. Ona görə də onları vaxtında aşkara çıxarmaq və düzgün müalicə etmək vacibdir. Endokrin hipertenziyaların diaqnostikası üçün həkim pasiyentin şikayətlərini dinləyir, onu vizual müayinə edir. Daha sonra xəstə hormonal, bəzi hallarda instrumental müayinələrə yönəldilir. Endokrin hipertenziyaların müalicəsi həkim-endokrinoloq tərəfindən aparılır və terapiya fərdi olaraq təyin edilir.Müalicə, əsasən, medikamentoz üsullarla aparılır. Nadir hallarda cərrahi əməliyyata ehtiyac yaranır.

Paylaşıldı: 08.07.2019

Spinner