burunun əməliyyatsız korreksiyası

Burunun əməliyyatsız korreksiyası

2335
Müəllif: Kosmetoloq HT

Burunun əməliyyatsız korreksiyası haqqında qısa məlumat

Statistikaya görə, insanların hər iki nəfərdən biri burun formalarından  narazıdır və onu dəyişmək arzusundadır. Belə tələb rinoplastika əməliyyatının (cərrahi yolla burun korreksiyası) yaranmasına və son illər çox geniş yayılmasına səbəb olub. Lakin çox adam əməliyyat masasına uzanmağa risk etmir, buna səbəb bərpa müddətinin uzun olması, müxtəlif dərəcəli ağırlaşmaların yaranma riskidir. Bu zaman insanların köməyinə burunun əməliyyatsız korreksiyası çatır. Adından məlum olduğu kimi, burada plastik  cərraha ehtiyac olmur. Təcrübəli həkim-kosmetoloq müəyyən üsullarla burun formasını istədiyiniz kimi korreksiya etmək imkanına malikdir.

Nəyə görə burunun əməliyyatsız korreksiyası?

Burunun əməliyyatsız korreksiya metodunun mahiyyəti bu nahiyəyə müxtəlif filler və ya sapların yeridilməsindən ibarətdir. Nəticədə qüsurlar korreksiya edilir və simmetriya əldə olunur. Tənəffüs problemi, burun çəpəri və sümüyü əyriliyi olmayan pasiyentlər üçün mükəmməl həll yoludur. Əgər burun formasında qüsurlar olarsa, onların aradan qaldırılması üçün ən mükəmməl metod - fillerlərdir. Onların vasitəsilə problem asanlıqa aradan qaldırılır. Qeyd etmək lazımdır ki, bəzi hallarda fillerlər və saplar vasitəsilə həyata keçirilən burun korreksiyası, rinoplastika əməliyyatının aradan qaldıra bilmədiyi qüsurları aradan götürür. Elə hallar da olur ki, pasiyent cərrahi rinoplastikadan sonra qalan bəzi çatışmazlıqlardan şikayətlənir. Belə şikayətləri aradan qaldırmaq üçün də fillerlər və saplar ideal vasitədir.

Burunun əməliyyatsız korreksiyasının üstünlükləri

Burunun əməliyyatsız korreksiyasının cərrahi rinoplastikadan bir sıra üstünlükləri var. Buraya aşağıdakıları aid etmək olar:

  • Ağır əməliyyatın olmaması, reabilitasiya periodunun qısa və ağrısız keçməsi;
  • Korreksiyanın qısa zamanda həyata keçirilməsi;
  • Qiymətin münasib olması və s.

Burunun əməliyyatsız korreksiyasının nəticələri

  • Simmetrik formaların əldə olunması;
  • Xırda batıqların və ya dəri altındakı əyriliklərin aradan qaldırılması;
  • Xırda burun donqarlığının düzəldilməsi və s;
  • Burun ucunun qaldırılması;
  • Burun pərlərinin incəldilməsi.