əməliyyatsız burun korreksiyası

Əməliyyatsız burun korreksiyası

Burnun əməliyyatsız korreksiyası nədir? Dünyada demək olar, insanların hər iki nəfərindən biri burun quruluşundan narazıdır və onu korreksiya etdirmək istəyir.   Elə bu səbəbdəndir ki, müasir dövrdə rinoplastikaya (burnun cərrahi yolla korreksiyası) tələb çox yüksəkdir. Lakin pasiyentlərin çoxu müəyyən səbəblərdən (bərpa müddətinin uzun olması, müxtəlif dərəcəli ağırlaşmaların yaranma riski və s.) əməliyyat etdirməkdən çəkinirlər. Belə olduqda, məhz əməliyyatsız burun korreksiyasına müraciət etmək yerinə düşür.  Adından da məlum olduğu kimi, bu korreksiya növündə cərrahiyyəyə ehtiyac olmur. Peşəkar həkim-kosmetoloqa müraciət etsəniz, müxtəlif üsullarla burnunuzu istədiyiniz formaya sala bilərsiniz. Nəyə görə burnun əməliyyatsız korreksiyası? Burnun əməliyyatsız korreksiya metodunun əsas mahiyyəti ondan ibarətdir ki, burada müxtəlif təbii filler və ya saplardan istifadə edilir. Nəticədə qüsurlar aradan qaldırılır və simmetriya əldə olunur.  Əməliyyatsız korreksiya tənəffüs problemi, burun çəpəri və sümük əyriliyi olmayan pasiyentlər üçün mükəmməl həll yoludur.  Əgər burun formasında qüsurlar olarsa, bunun ən münasib aradan qaldırmaq üsulu - fillerlərdir. Onların köməkliyi ilə problem asanlıqla həll olunur.  Əməliyyatsız burun korreksiyasında mezoterapiya üsulu da geniş tətbiq olunur. Bu metodla burun formasının incəldilməsi həyata keçirilir. Qeyd etmək lazımdır ki, bəzi hallarda fillerlər və saplar vasitəsilə həyata keçirilən burun korreksiyası, rinoplastikadan daha üstündür. Bəzən pasiyent cərrahi rinoplastikadan sonra müəyyən çatışmazlıqlardan şikayətlənir. Bunları aradan qaldırmaq üçün də filler və saplar ideal üsuldur. Burnun əməliyyatsız korreksiyasının hansı üstünlükləri var? Burnun əməliyyatsız korreksiyasının cərrahi rinoplastikadan bir sıra üstünlükləri var. Buraya daxildir: -Prosesin olmaması, reabilitasiya dövrünün qısa və ağrısız keçməsi; -Korreksiyanın qısa müddətə reallaşması; -Maddi cəhətdən sərfəli olması və s. Burnun əməliyyatsız korreksiyası hansı nəticələri verir?   -Simmetrik formalar əldə olunur; -Xırda batıq və ya dəri altındakı əyriliklər aradan qalxır; -Burnun xırda donqarlığı düzəlir;. -Burun ucu qaldırılır; -Burun pərləri incəldilir.    

Paylaşıldı: 24.08.2019

katarakta

Katarakta

Katarakta nədir? Katarakta göz bəbəyinin arxasında yerləşən təbii büllurun hər hansı səbəbdən şəffaflığını itirməsi nəticəsində bulanmasıdır. Katarakta orta yaş üstü insanların xəstəliyi olsada anadangəlmə də rast gəlinir. Digər səbəblər arasında isə diabet, travma və bir cox immun sistem xəstəlikləri, steroidlərə bağlı, və s kimi təsir edici amillər rol oynayır. Kataraktanın şikayətləri: -Görmədə yavaş-yavaş azalma -İşığa həssaslıq -İkigörmə -Oxuda çətinlik -Gecə görüntüdə azalma -Rənglərdə pozulma -Eynək nömrələrinin tez-tez dəyişməsi      Kataraktanın səbəbləri: Kataraktaların çoxu yaşla və travma nəticəsində büllurun küt və ya iti zədələnmələrindən sonra müşahidə edilir. Bəzi hallarda isə genetik xəstəliklərdə kataraktaya səbəbdir. Kataraktanın bir başqa səbəbi isə bəzi göz əməliyyatlarının yan təsiridir. Katarakta necə əmələgəlir? Büllur gözə düşən  işiqları toplayır və retinaya ötürür. Yaşla əlaqədar büllur qalınlaşir elastikliyini itirir. Yaşa bağlı digər dəyişiklik isə büllurun strukturunda baş verən dəyişikliklərə bağlı strukturunun pozulması  kiçik topalar əmələ gətirir . Və bu da lensin içində çoxsaylı bulanıqlıqlar əmələ gətirir. Proses inkisaf etdikcə bulanıqlaşma artır və bütün lensi əhatə edir. Nəticədə görmə “0” a qədər itirilmiş olur. Katarakta çox zaman her iki gözdə olur lakin bərabər olmaya da bilir. Bir gözdəki katarakta daha çox inkişaf etmiş olur və görmə də həmin gözdə daha zəif olur. Kataraktanın risk faktorları: -Artan yaş -Diabet -Günəş işığına məruz qalma -Siqaret -Artıq çəki -Yüksək təzyiq -Öncədən alınmış travma və ya iltihab -Öncədən edilmiş göz əməliyyatı -Aşırı alkoqol qəbulu -Kortikosteroid dərman preparatlarının uzun müddət qəbulu Kataraktanın  müalicəsi: Kataraktanın tək müalicə üsulu  əməliyyatdır. Katarakta görməni bəlli səviyyəyə qədər azaltdığında mütləq  müalicə edilməlidir. Başlanğıc səviyyəsində katarakta xəstənin  iş qabliyyətinə və ya günlük yaşamına  mane olarsa əməliyyatı daha tez  müddətdə  planlaşdırmaq olar. Katarakta cərrahiyyəsində son illər daha önəmli proqressiya izlənilir. Premium göz içi lenslər sayəsində xəstələrə əvvəlkinə nəzən daha komfortlu görmə vermiş olur,multifokal lenslərlə isə həm uzaq həm də yaxın eynəyindən birdəfəlik azad  olunur. Katarakta cərrahiyyəsi bulanmış təbii  lensi süni lenslə evəz edir və eyni yere yerləsdirilir. Bəzi insanlarda süni linzanin yerləşdirilməsi  uyğun olmayan hallarda  bulanmış büllur xaric edilir, görmə eynək korreksiyası və ya kontakt linzalarla  evəz edilir. Katarakta cərrahiyyəsi yerli keyləşdirici damcılar vasitəsi ilə xestə oyaq halda aparılır və xəstə dərhal evə buraxılır. Katarakta əməliyyatı güvənilir əməliyyatlardandır, ancaq infeksiya və qanama riski də daşıyır.Katarakta əməliyyatı retina qopması riskini də artırır.  Əməliyyatdan bir neçə gün sonra diskomfort hissindən azad olursunuz, tam sağalma dövrü səkkiz həftədir. Hər iki gözdə katarakta cərrahiyyəsinə ehtiyac varsa ilk əməliyyat bərpa olduqdan sonra aparıla bilər. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az    

Paylaşıldı: 21.08.2019

Qadınlarda sidik ifrazını saxlaya bilməmək patoloji halı hekimtap.az

Qadınlarda sidik ifrazını saxlaya bilməmək patoloji halı

 “Xəstəliyin gecikmiş formalarında əksər hallarda cərrahi əməliyyata əl atmalı oluruq” Praktiki olaraq hər üç qadından birində 40 yaşından sonra sidik ifraz edilməsi üzrə patoloji hal meydana çıxır – onlar sidik ifrazını saxlaya bilmirlər”.Qadınlar arasında sidik ifrazını saxlaya bilməyənlərin sayı yaş artdıqca daha da çoxalır. Sidik ifrazını saxlaya bilməmək qadınların orqanizmləri üçün heç bir həyatı təhlükə törətməsə də, onların psixolojı halına mənfi təsir göstərir, ağır hallarda onların əmək qabiliyyətinin itirilməsinə səbəb olur. Qadınlarda çanaq dibi əzələləri kişilərə nisbətən zəif olur. Doğuşlar çanaq dibi əzələlərini daha da zəiflədir. Qadın ağır fiziki işlə məşğul olursa və ya onun bədən çəkisi normadan artıq olarsa, bu zaman qarındaxili təzyiq artır. Bu da öz növbəsində çanaq dibi əzələlərinin daha çox dartılmasına səbəb olur. Son nəticədə isə qadınlarda kiçik çanaq üzvlərinin aşağı enməsi və hətta kənara çıxması baş verə bilir. Öz adi yerini dəyişərək aşağı enmiş sidik kisəsi normal halda olduğu kimi, sidik ifrazını saxlaya bilmir. Nəticə etibarı ilə hətta zəif fiziki gərginlik, məsələn, öskürək, gülüş və sair bu kimi hallarda qadında öz-özünə sidik ifrazı baş verir. Xəstəliyin daha ağır hallarında isə öz-özünə sidik ifrazı, sadəcə, bədənin vəziyyəti dəyişərkən, hətta sakit vəziyyətdə olanda da baş verir”.Əksər hallarda qadınlar sidik ifrazını saxlaya bilməmək problemi ilə üzləşdikdə, bunu yaş ilə əlaqədar olan adi və qaçılmaz hal hesab edərək həkimə müraciət etmirlər. Digərləri isə öz psixoloji durumları üzündən bu barədə həkimlə danışmaqdan utanırlar. Belə hallara yol vermək olmaz. Digər qadın xəstəlikləri kimi, sidik ifrazını saxlaya bilməmək halı vaxtında müalicə olunmasını tələb edir. Belə xəstələr həkimə nə qədər gec müraciət edərlərsə, onların müalicəsi bir o qədər çətin olur. Xəstəliyin gecikmiş formalarında əksər hallarda cərrahi əməliyyata əl atmalı oluruq. Ona görə də belə problemlə üzləşən qadınlar, mümkün qədər tez olmaqla, həkim-uroloqa və ya ginekoloqa müraciət etməlidirlər.Qadınlarda sidik ifrazını saxlaya bilməmək kimi patoloji halı müalicə etmək üçün sidik kisəsi və sidik kanalı tonusunun artırılması məqsədi ilə xüsusi dərman preparatlarından istifadə olunduğunu, müayinə zamanı sidik ifrazını saxlaya bilməməyin səbəbinin qanda qadın cinsi hormonlarının azalması ilə əlaqədar olduğu aşkar edilərsə, onlara hormonal tərkibli dərman preparatları təyin olunur. Xəstəliyin konservativ (dərmanlar vasitəsi ilə) müalicəsi nəticə vermədiyi hallarda isə həkimlər cərrahi müalicə üsulundan istifadə etməli olurlar. Xəstəliyin profilaktikasına gəlincə, yaşından asılı olmayaraq, hər bir qadın öz çəkisinə nəzarət etməli, fiziki hərəkətlərlə kiçik çanaq-aralıq əzələlərini möhkəmləndirməlidir. “Tənbəllərə” isə ayaqlar arasında, yuxarıda sıxmaqla kiçik bir topun gəzdirilməsini məsləhət görmək olar. Qeyd edilən bu son hərəkəti ev işləri görərkən də, məsələn, yemək bişirərkən, qab-qacaq yuyarkən və sair bu kimi işlər görərkən etmək olar.

Paylaşıldı: 20.08.2019

Mayomed
1882
dodaq dolğusu

Dodaq dolğusu

Dodaq dolğusu nədir? Sosial sorğuların nəticələrinə  görə hər ikinci xanım dodaqlarının quruluş formasından və ölçüsündən narazıdır, hər üçüncü xanım isə dodaqlarını daha konturlu və dolğun etmek istəyir. Sevindirici haldır ki, artıq    dodaqlarda hiperhəcm dəbi keçir və təbii görüntülü dolğun dodaqlar trendi yaranır. Dodaqların formasını korreksiya etmək və dolğunlaşdırmaq üçün dolğulardan istifadə olunur. Dodaq dolğusu proseduruna göstərişlər: -Anadangəlmə və qazanılmış  dodaq assimetriyası -Çox nazik dodaqlar -Anadangəlmə və posttravmatik çatışmazlıqların korreksiyası -Ağız ətrafı əmələ gələn mimik qırışların hamarlaşdırılması -Ağız bucaqlarının düşməsi , dərin qırışlar , ağız ətrafı dərinin sallanması. Dodaq dolğusu proseduruna əksgöstərişlər: -onkoloji xəstəliklər -xroniki birləşdirici toxuma və qan xəstəlikləri -epileptik tutmalar -yeni keçirilmiş infeksion xəstəliklər -ağızda və ağız ətrafı nahiyədə iltihab əlamətləri ( herpes, sizanaq və.s ) -hamiləlik və laktasiya dövrü -dodaqda çapıqlaşmış yaralar Siz de dodaqlarınızı dolğu vasitəsilə korreksiya etmək qərarına gəlmisinizsə, dolğular haqqında bir-neçə məlumatı bilməlisiniz: 1.Ən əsas düzgün dolğunun seçilməsidir. Dolğunun seçilməsi əsasən onu hansı məqsədlə etməyinizdən asılıdır. Dodaq üçün ən yaxşı dolğular hialuron turşusu əsasında hazırlanır. Hialuron turşusu orqanizmin özündə də hazırlanır. Bu maddə dərinin nəmliyinə, möhkəmliyinə, elastikliyinə cavabdehlik daşıyır, dəri hüceyrələri tərəfindən kollagenin istehsal edilməsinə kömək edir. Hialuron turşusu orqanizm üçün “doğma” olduğu üçün ondan istifadə edilməsi zamanı allergik reaksiyanın əmələ gəlməsi ehtimalı az olur. 2. Dodaq dolğusunun effekti nə qədər qalır? Dodaq həcmləndirmə və formalaşdırmaqda istifadə edilən dermal dolğu inyeksiyası qalıcı deyil. Bu dolğular orqanizm tərəfindən tədricən sorulur. İnsanın həyat tərzi və fiziki quruluşu, xarici şərtlər dodaq doldurulmasının müddətini müəyyən edir.Hialuron turşusu əsaslı dodaq dolğularının effekti  həmçinin istifadə olunan preparatdan asılı olaraq da dəyişir və 6-8-10-12 ay davam edir. Ilk dəfə vurulan dolğunun 30%-i daha tez sorulur. Sorulma prosesi həmçinin pasientin orqanizminin individual xüsusiyyətlərindən asılıdır. 3. Dodaq dolğusu proseduruna hazırlıq. Prosedurdan 1 həftə öncə aspirin, ibuprofen, balıq yağı, vitamin E preparatlarının  və alkoqol qəbulu dayandırılmalıdır. Həmçinin menstural siklin ilk günlərində də prosedur olmaz.Bu prosedur sonrasi göyərmə hallarını minimallaşdırmağa kömək edir. 4. Dodaq dolğusu necə olunur ? Prosedurdan əvvəl həkim-kosmetoloq pasientin özü ilə müzakirə etməklə “dodaqların formasını” seçir. Daha sonra həkim dodaq nahiyələrini iynə vurmaqla və ya xüsusi anestetik kremlərdən istifadə etməklə ağrısızlaşdıraraq, nazik iynələrlə hazır olan preparatı dəri altına yeridir. Dodaq ölçülərinin artırılması proseduru orta hesabla 30-dəqiqəyədək davam edir. Prosedur icra olunduqdan dərhal sonra nəticə verir, güzgüyə baxanda dəyişiklik dərhal fərq edilə bilər. İnyeksiya ilə bağlı bir miqdar şişkinlik yarana bilər və maksimum 2-3 gün davam edə bilər . Prosedurun nəticəsini yalnız bir neçə gündən - dodaq nahiyəsindəki şişkinlik keçdikdən sonra, tam şəkildə qiymətləndirmək olar. Dodaq dolğusu prosedurundan sonra tövsiyyələr : -Prosedurdan sonra 3-4 saat ərzində isti və kəskin qida qəbul etməmək; -Dodağa toxunmamaq; -Aktiv mimik hərəkətlər etməmək; -12 saat ərzində dekorativ kosmetikadan istifadə etməmək; -5 gün ərzində sauna, basseyn , aktiv idman hərəkətləri etməmək; -Göyərmə və şişkinlik hallarında xüsusi məlhəmlərdən istifadə etmək; -Prosedurdan 2 həftə sonra təkrar müayinəyə gəlmək.

Paylaşıldı: 16.08.2019

ağıl zəifliyi

Ağıl zəifliyi

Bu xəstəliyin həqiqi adı oliqofreniyadır. 3 forması vardır: debillik, imbesillik, idiotizm.Hal-hazırda başqa təyinatda işlənilir. Debillik yüngül, imbesillik orta ağır, idiotizm dərin və ağır ağıl zəifliyidir. Ağıl zəifliyi səbəbləri: a) genetik xəstəliklər   b) xromosom xəstəliklər c) ana bətnində keçirilən infeksion xəstəliklər d) doğuş travmaları e) valideynlərin aikoqolizasiyası f) rezus uyğunsuzluq g) endokrin patologija Debillik. Əlamətləri: 50-70 intellekt koefisssienti .Adi məktəbdə ancaq 4 sinif oxuya bilərlər.Ümumiyyətlə, belə uşaqların köməkçi məktəbdə oxuması məsləhət görülür. Bir qədər böyüdükdən sonra tikiş, bağbanlıq işləri, təsərrüfat işləri görə bilərlər. Belə xəstələrdə təfəkkür konkret təsviredici olur. Abstrakt təfəkkür zəif inkişaf edir.Cinsi yetişkənlik və emosional oyanma vəziyyətlərində social təhlükəli ola bilərlər. İmbesillik. Əlamətləri:İK 35-50. Yalnız xüsusi məktəblərdə oxuya bilərlər. İş qabiliyyəti həddən artıq aşağıdır.Böyük qisim xəstələr daimi nəzarət tələb edirlər. Özünəqulluq vərdişlərini öyrətmək mümkündür.Azacıq söz ehtiyatı olur.Aqressiv ola bilirlər. İdiotizm Əlamətləri:İK 20 və ondan aşağı.Nitqi olmur, onları əhatə edən adamların  nitqi başa düşülmür. Hər hansı bir fəaliyyət növü ilə məşğul ola bilməzlər.Xəstələrin nəzarətsiz qalması mümkün deyildir. Ətrafdakı bütün əşyaları ağzına aparıb onları udmaq istəyirlər.Təhlükəni hiss edə bilmirlər. Özlərinə qulluq vərdişləri yoxdur.Aqressiv oyanmalar, xüsusən, cinsi yetişkənlik dövründə tez-tez təsadüf edilir. Belə xəstələr yalnız psixonevroloji internat şəraitində yaşaya bilərlər. Ağıl zəifliyin müalicəsi: Yalnız fasiləsiz medikamentoz müalicə tələb olunur.Müalicə ömürlük aparılmalıdır. Xəstələrin yaşları artdıqca özləri və ətrafdakılar üçün təhlükənin güclənməsi ilə əlaqədar olaraq güclü təsirli psixotrop dərmanların tətbiqi məqsədəuyğundur.Periodik ağırlaşmalar olduqda xəstələr qospitalizasiya olunur, məhkəmə-psixiatrik ekspertizası aparılır, beyin metabolizmini yaxşılaşdıran dərmanlar tətbiq olunur. Tədqiqatlar göstərir ki, belə xəstələrlə social reabilitasion tədbirlərinin aparılması heç bir nəticə vermir. Ağıl zəifliyin profilaktikası: 1.Perinotal dövründə valideynlər tərəfindən spirtli içkilərin qəbulu qadağan edilməlidir. 2.Hamiləliyə hazırlaşan qadın tibbi-genetik məsləhətləşmə, rezus uyğunluğun yoxlanması,xroniki infeksion xəstəliklərin yoxlanması kimi müayinələrdən keçməlidir. Belə xəstələr məhkəmə ekspertizası baxımından anlaqsız, hərbi ekspertiza baxımından hərbi xidmətə yararsız hesab edilirlər. Nadir hallarda yüngül dərəcəli debillər hərbi xidmət keçə bilərlər.  

Paylaşıldı: 15.08.2019

atopik dermatit

Atopik dermatit

Atopik dermatit nədir? Dəridə quruluq və qaşınma ilə səciyyələnən  resediv veren  gedişl , dəri patologiyasıdır. Atopik dermatitin əlamətləri Qaşınma böyüklərdə əsasən, ətrafların bükücü nahiyələrdə, körpələrdə  və uşaqlarda açıcı səthlərdə lokalizasiya olunur. Çox zaman xəstənin özündə və nəslində atopik respirator xəstəliklər belə ki,bronxial astma ,allergik rinit müşahidə olunur. Digər əlamətlər Bu əlamətlər  4 kateqoriyaya ayırd edilir: Üz əlamətləri - sifət rənginin solğunlaşması, eritema, hipopiqmentasiyalı  ləkələr, gözaltı çuxurlarda tündləşmə, gözaltı büküşlər (deni morq büküşləri yeni göz altında dəri büküşləri) heylit, resediv verən konyuktivit, boynun ön tərəfində büküşlər; -Təkanverici faktorlar - emosional faktorlar, ətraf mühit faktorları, dəri qıcıqlandırıcıları; -Ağırlaşmalar - dərinin infeksiyalara həssaslığı, hüceyrə immunitetinin pozulması, igE artması, keratokonus ön subkapsulyar katarakta. Adətən ekzema uşaqlıq dövründə meydana çıxır. Diaqnoz xəstələrin 45 %-ində ilk 6 ayda ,70 -80 % hallarda 5 yaşadək dövrdə qoyulur. 60 - 70%  hallarda 15 yaşından sonra remissiya qeydə alınr. Lakin  həyatın sonrakı dövrlərində resediv verməsi mümükündür  və qadınlarda rastgəlmə tezliyi eynidir.     Atopik dermatitin yaranma səbəbləri Ekzema  çoxfaktorlu etialogiyaya  sahib olub, genetikik həssaslıqla ətraf mühitin təsir kombinasiyasından ibarətdir. Xəstəliyin inkişafında allergenlə təmas olduqdan sonra dərinin baryer funksiyasının pozulması və immun disrequlyasiya rol oynayir. Bu nəticələr epidermisin normal differensiyasiyası, eləcə də immun sistemin tənzimlənməsində rol oynayan genlərdə mutasiyalarla əlaqələndirilir.Ekzemanın etiopatologiyasında dərinin baryer funksiyasının rol oynadığı  güman edilir. Belə ki, epidermisin, buynuz  qatının struktur zülalı olan filaqrinin funksiyasının itməsi rol oynayır. Filaqrinin funksiyasına səbəb olan genin mutasiyasının baş verməsi ətraf mühitə qarşı dərinin baryer funksiyasının azalmasına səbəb olur və həmin qatda dərinin təbii nəmləndirici faktorunun konsentrasiyasının azalması müşahidə edilir. Bundan əlavə, ekzemalı şəxslərdə seramidlər də daxil olmaqla,  hücəyrədən kənar lipidlərin çatışmazlığı  qeyd edilir. Epidermal  baryerin pozulması antigenlərlə təmas  və onlara qarşı sensiblizasiyaya gətirib çıxarır. Həmçinin, ekzema ilə genomun sitokinləri və ekzemada dominantlıq edən th2 imnun cavabında iştirak edən reseptorları kodlaşdıran sahələr arasında əlaqə aşkar olunur . Ekzemalı xəstələrin allergeninə ev tozu gənələri, qidalardan - əsasən, uşaqlarda yumurta və süd məhsulları, kimyəvi maddələr və s aid edilir. Atopik dermatitin təsnifatı Yaşa görə təsnifat: 1. Körpəlik  2.Uşaqlıq  3.Yetginlik Körpəlik -Doğulandan 2 yaşa qədər -Çox vaxt yanaq və alın nahiyələrində -Başın tüklü hissəsi ətrafları açıcı səthində; -Vezikulyar, komponent dominantlıq edir, ödem sulanma, qabıqlama; -Körpələrdə dişcıxarma və qidalanma başlaması zamanı intensivləşə bilər; -Açıcı səthlərin prosesə qoşulması iməkləmə dövründə müşahidə olunur. Uşaqlıq fazası - 2 yaşdan pubertat dövrə qədər; - Zədə nahiyəsində qovuqlanma nisbətən az olur, papula və ləkələrdə daimi qaşınma ilə əlaqədar daha çox dəmrova bənzər görünüş qeyd edilir; - Əsasən, dirsək, dizaltı çuxur,  bilək, əl, topuq və ayaqlar, üz hissədə - əsasən, ağızətrafında və göz ətrafında müşahidə olunur; Yetkinlik fazası - Həddi-buluq dövründə başlayır və yetkinlik dövrünə qədər davam edir; - Bükük səthlərindən əlavə, kürək və qollarda, əl və ayaqların arxa səthində dəyişiklik müşahidə olunur; - Ovuc və ayaqaltı nahiyədə də dishidrotik dəyişiklik ola bilər. Atopik dermatitin müayinəsi Kəskinləşmə zamanı dəridə quruluq və qabıqlama,  eləcə də papula  və ya qovuqlanma  qeydə alınır. Zədə nahiyəsində hipo və hiperpeqmintasiya, həmçinin, daimi qaşınma ilə əlaqəli sıyıqlar müşahidə  olunur. Xronik ekzemada dəri qalın və dəmrovabənzər gürüntüdə olur. -Allergenin təyini uçun dəri prik-test və ya qanda spesifik igE; -Ümumi IgE konsentrasiyası; - Dəri biopsiyası; Differensial diaqnostika  Ekzema sebariyali dermatit, qıcıqlanan kontakt dermatit, allergik kontakt dermatit, qoturluq, psoriaz, funqoid mikoz. Atopik dermatitin müalicəsi Müalicə xəstənin pasiyent qrupuna görə dəyişir.Ilk mərhələdə yumşaldıcı kremlər, əgər yaxşılaşma olmazsa, fasiləli yerli kortikosteroid təyini, ikincili infeksiya qoşulmuşsa, antibiotik və göbələk əleyhinə  təyini və davamlı qaşınma yuxusuzluq verirsə, antihistaminlər.Bəzən daha ağır variantlarda ultrabənövşəyi şüa terapiyası və ya daş kömür qətranı istifadə edilir. Ümumiyyətlə, əgər ailədə bronxial astma, allergik rinit varsa, belə xəstələr dəridə olan ekzemalara daha diqqətli yanaşmalı və səbəbini araşdırmalıdırlar ki, gələcəkdə bronxial astma ilə nəticələnmənin qarşısı alına bilsin. 6 ayından tez başlayan və 4 yaşından sonra davam edən atopik dermatitli xəstələr də risk qrupuna aid edilir.

Paylaşıldı: 15.08.2019

şəxsiyyət pozğunluqları

Şəxsiyyət pozğunluqları

Şəxsiyyət pozğunluqları  xəstəlik olaraq psixopatiya, yəni xarakter xəstəliyi adlanır. Psixopatiyalar sərhəd pozğunluqlarına aid olan, psixoz səviyyəsinə çatmayan psixi pozğunluqdur. Şəxsiyyətlərarası münasibətlərin gərginləşməsi ,xoşagəlməz  subyrktiv duyğular nəticəsində insan özünün və ətrafdakıların həyatını ağırlaşdırır və adaptasiya pozğunluğu nəticəsində social həyat mümkünsüz olur. Şəxsiyyət pozğunluqları səbəbləri: İnsan psixopatiya ilə doğulur: genafond, perenotal dövrdə alınan kəllə-beyin travmaları, valideynlərin narkotizasiya və alkoqalizasiyası bu xəstəlikdə mühüm səbəblərdir. lakin sonradan psixopatiyanın inkişafı üçün şərait tələb olunur: pedaqoji baxımsızlıq, qeyri-düzgün tərbiyə, cəmiyyətdə social ədalət prinsiplərinin pozulması, ictimai, social, iqtisadi katoklizmalar, adi həyat şəraitinə uyğun olmayan və qəfildən meydana çıxaraq şəxsiyyətin imkanları ilə uzlaşmayan social iqtisadi çətinliklər psixopatiyanın inkişafı üçün ən əlverişli amillərdir. Şəxsiyyət pozğunluqları növləri və əlamətləri: 1.Şəxsiyyətin şizoid tipli pozulması ( şizoid psixopatiya ): qapalılıq və adama yovuşmazlıq. Bu psixopatlar ətrafdakıların, yaxın adamları emosional vəziyyətini başa düşmürlər. Ünsiyyətdə soyuqdurlar, tərif və tənqidlərə reaksiyaları çox zəifdir. Lakin onların daxili aləmi çox zəngin olur. Özləri dərin və güclü emosional hallar yaşayırlar.Belə psixopatlar elə sənət seçirlər ki, adamlarla ünsiyyət minimal dərəcədə olsun.Filisoflar, nəzəri fizika ilə məşğul olan alimlər, qədim dünya tarixçiləri , şairlər, yazışılar, rəssamlar, bəstəkarlar bu qəbuldən olan insanlardır. 2.İsterik psixopatiya: Həmişə diqqət mərkəzində olmağa çalışırlar.Ətrafdakıları heyrətləndirmək və özlərinə cəlb etmək istəyi hüdudsuzdur. Davranış teatral olur.Dramatik jestlər, emosiyaların güclü ifadə olunması, qeyri-adi geyim, qadınlarda ətrafdakıları özünə vurğunluğa təhrik etmək. Onlar yalançıdırlar, söylədikləri fikirlər saxtadır, həvəsləri səthidir, münasibətdə etibarlı deyillər. Onları diqqətsiz qoyduqda müxtəlif somatic, nevroloji, psixi, akademik Pavlovun təbirincə desək, şərti xoşagələn və arzuolunan xəstəliklər uydurulur. 3.Paranoyal psixopatiya : ümumi şübhəlilik, ətrafdakılara görə özünün daha yüksək mövqedə olmasına inam. Xəstəliyin şübhəliliyi həyatın bütün sferalarına yayılır. Onlar faktları eybəcərləşdirirlər. Sakit, neytral və dostluq münasibətləri onlara düşmənçilik kimi görünür.Məsələn, tələbə əmindir ki, tədris müəssisəsinin bütün müəllimləri onun əleyhinə birləşib onun qovulmasına nail olurlar.Özündən razılıq, şübhəlilik bu adamları konfliktə aparıb çıxarır. Şübhəlilik sonradan təqib sayıqlamalarına keçir. 4.Antisosial psixopatiya: Bu psixopatlar, əsasən, kriminal aləmdə və narkomanlar arasında daha çox olur: qəddarlıq, kobudluq, ətrafdakılara laqeydlik, dostluğa və məhəbbətə qadir olmamaq, aqressiv partlayışlara meyllilik, özünü günahlandırma hissinin olmaması, xuliqanlığa meyllilik, social-ictimai normalara hörmətsizlik, narkotizasiya və alkoqalizasiya. Belə adamlar etik qaydalara piayət etmir, qonşuları,yaxın adamları ilə salamlaşmır, öz yaxınlarının dərdinə şərik olmur, ancaq öz mənafelərini güdür-lər. Onlar daima narahatdırlar, yalnız spirtli içkilərin təsiri altında əhvali-ruhiyyə yaxşılaşır. 5.Emosional, qeyri-sabit psixopatiya: fizioloji və patoloji affektlərə meyllilik, özünü zədələmə həvəsi. Belə adamlar çətinliyə düşdükdə başlarını divara vurur, venalarını kəsir, lakin onlara qarşı qətiyyətli tədbir görüldükdə dərhal ağlamağa başlayır və bağışlanmalarını xahiş edirlər.Ətfardakıların zəifliyini gördükdə aqressiv olurlar, heç bir səbəb olmadan  özünəqəsd və ətrafdakıların həyatına qəsd törədirlər. 6.Psixoasteniya psixopatiya: qətiyyətsizlik, görülən işlərin düzgünlüyünə inamsızlıq.Belə adamlar gördükləri işin nəticəsini dəfələrlə yoxlayırlar, görülən işin düzgünlüyü haqqında inam isə heç vaxt yaranmır. 7.Həyəcanlı şəxsiyyət pozğunluğu: daimi daxili həyəcan, bütün pis işlərdə yalnız özlərini günahlandırmaq. 8.Asılı şəxsiyyət pozğunluğu : özünü kiçiltmə ideyaları, daima tək qalacaqlarından və kimlərinsə onları atacaqlarından qorxurlar. Psixopatiyalar çətin həyat şəraitində dekompensasiya vəziyyətinə gətirib çıxarır və xəstələrin psixatik vəziyyətdə ya psixiatrik stasionarlara, ya da hüquq-mühafizə orqanlarına düşmələrinə səbəb olur. Psixopatlar başqa xəstələrdən fərqli olaraq daha tez-tez məhkəmə-psixiatrik ekspertizasına cəlb olunurlar.Yaxşı şəraitdə, iqtisadi və social sabitlik şəraitində psixopatların vəziyyəti yaxşılaşır.  Şəxsiyyət pozğunluqları müalicə və profilaktikası: Psixofarmakoloji və tibbi-pedaqoji tədbirlərdən ibarətdir.Psixopatiyanın yaranmasının qarşısını almaq üçün perinotal patologiya ilə mübarizə, pedaqoji korreksion tədbirlərin uşaq yaşlarından aparılması, ictimai-sosial stabilliyin təmin olunması lazımdır.  

Paylaşıldı: 14.08.2019

Uveit hekimtap.az

Uveit

Uveit nədir?  Uveit gözün içindəki damar təbəqəsinin ( uvea) iltihabi nəticəsində  əmələ gələn xəstəlikdir. Uvea gözün damar təbəqəsi olduğuna görə gözün bütün qidalanmasından cavabdehdir. Uveadakı bir iltihab korneadan görmə sinirinə qədər  zədələyə və görməni əhəmiyyətli şəkildə azalda bilər. Uveitin  rastgəlmə populyasiyasi yetişkin insanlardır, ən çox 20-60 yaş arasında təsadüf edilir. Uveitin simtomları: İlkin şikayətlər görmədə bulanıqlıq, işıqdan qorxma, göz kurəsində  vəya göz ətrafında şiddətli ağrı, gözdə qızartı, uçuşmalar, qamaşma görmənin azalması, gözün yaşarması, götrüntüdə olan ləkələrdən ola bilər. Uveitin səbəbləri:  40 % hallarda səbəb bilinməməkdədir. Behçet xəstəliyi, vərəm,sifis, ankilozan spondolit, revmatizmal xəstəliklər, psoriaz, travma,  göbələk, toksoplazma, herpes, immun sistem xəstəlikləri , lyme xəstəliyi  və s. kimi xəstəliklər uveitə səbəb olur. Uveitin diaqnozu necə qoyulur?  Uveit bəzi hallarda heç bir şikayət olmadan  müayinə əsasında aşkarlanan xəstəlikdir. Əgər xəstənin heç bir şikayəti olmasa belə xəstəlik  dəqiqliklə mütəxəssis tərəfindən   araşdırılıb səbəbə uyğun müalicə aparılmalıdır.  Sadə göz müayinəsi ilə uveitin müayinəsini tamamlamaq olmaz. FFA  müayinəsi  və digər  müayinələr  ( qan, radioloji və s.) diaqnozun  təsdiqlənməsində əhəmiyyətli nəticələr verir. Bəzi hallarda isə geniş spektrli araşdırmalar fluresan angiografiya, indosiyanin yaşılı  angiografiyası görmə sahəsi, revmatoloq və dermatoveneroloq mütəxəssisində konsultasiyasına ehtiyac duyula bilər. Xəstəliyin şiddəti nə olur olsun müalicəsi  təcilidir. Müalicəyə gec başlandiğinda  bəbək şəklinin dəyişikliyi, katarakta  göz daxili təzyiqin yüksəlməsinə gətirib çıxara bilər. Bu üzdən xəstəlik  varsa mütləqdirki erkən müqyinə və müalicə aparılsın. Uveitin müalicəsi:  Tamamilə sağalma  mümkün olmasa da  erkən   və düzgün müalicə xəstəliyin gedişatini ləngidir, yüksək görmə itiliyini və əsasıda göz sağlamlığını qoruyub saxlayır. Burada  vurğulanması əsas  olan bir nüans  uveitin son dərəcə  qarişıq  və mualicəsi standartdan kənar bir xəstəlik olmasıdır. Buna görədə  xəstəlik ındividual qiymətləndirilib, özunəməxsus müalicə taktikasi, dərman dozası seçilməlidir! Gözün ön qismində baş veren  uveitlər- iritis və tsiklitis  ani başlanğıcla başlayır və müalicəyə   daha rahat tabe olandır. Arxa şöbədə yerləşən xorioydit  daha ləng başlayır və müalicəyə  çətin tabe olandır. Uveitin müalicəsində məqsəd görmə itkisini əngəlləmək, ağını yox etməkdir. Uveitin müalicəsində istifadə edilən əsas preparat steroid tərkibli dərmanlar və göz bəbəyini genişlətmək üçün sikloplegiklərdir. Bu da gözdə iltihabı azaldır və  iris yapışmasının qarşısını alır. İnfeksiya mənbəyi olan virus, bakteriyalar, göbələk üçün isə antibiotik terapiya aparılır. Əlavə olaraq  sistem xəstəliklərin müalicəsi  uyğun klinisist tərəfindən aparılır. Xəstələrin müşahidə altında olması  çox önəmlidir.  Çünki bəzi vacib nüanslar müsahidə dövründə  meydana çıxır. Xəstələr 3 ay aralıqlarla müayinə olunmalı, digər orqanlarda  baş verən dəyişikliklər haqqında  oftalmoloq  bilgiləndirilməlidir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az    

Paylaşıldı: 07.08.2019

Spinner