əməliyyatsız burun korreksiyası

Əməliyyatsız burun korreksiyası

239
Müəllif: Dr.Samirə Mehrəli

Paylaşıldı: 24.08.2019
Samirə Mehrəli

Burnun əməliyyatsız korreksiyası nədir?

Dünyada demək olar, insanların hər iki nəfərindən biri burun quruluşundan narazıdır və onu korreksiya etdirmək istəyir.  
Elə bu səbəbdəndir ki, müasir dövrdə rinoplastikaya (burnun cərrahi yolla korreksiyası) tələb çox yüksəkdir.
Lakin pasiyentlərin çoxu müəyyən səbəblərdən (bərpa müddətinin uzun olması, müxtəlif dərəcəli ağırlaşmaların yaranma riski və s.) əməliyyat etdirməkdən çəkinirlər. Belə olduqda, məhz əməliyyatsız burun korreksiyasına müraciət etmək yerinə düşür. 
Adından da məlum olduğu kimi, bu korreksiya növündə cərrahiyyəyə ehtiyac olmur.
Peşəkar həkim-kosmetoloqa müraciət etsəniz, müxtəlif üsullarla burnunuzu istədiyiniz formaya sala bilərsiniz.

Nəyə görə burnun əməliyyatsız korreksiyası?

Burnun əməliyyatsız korreksiya metodunun əsas mahiyyəti ondan ibarətdir ki, burada müxtəlif təbii filler və ya saplardan istifadə edilir. Nəticədə qüsurlar aradan qaldırılır və simmetriya əldə olunur. 
Əməliyyatsız korreksiya tənəffüs problemi, burun çəpəri və sümük əyriliyi olmayan pasiyentlər üçün mükəmməl həll yoludur. 
Əgər burun formasında qüsurlar olarsa, bunun ən münasib aradan qaldırmaq üsulu - fillerlərdir. Onların köməkliyi ilə problem asanlıqla həll olunur. 
Əməliyyatsız burun korreksiyasında mezoterapiya üsulu da geniş tətbiq olunur. Bu metodla burun formasının incəldilməsi həyata keçirilir. Qeyd etmək lazımdır ki, bəzi hallarda fillerlər və saplar vasitəsilə həyata keçirilən burun korreksiyası, rinoplastikadan daha üstündür. Bəzən pasiyent cərrahi rinoplastikadan sonra müəyyən çatışmazlıqlardan şikayətlənir. Bunları aradan qaldırmaq üçün də filler və saplar ideal üsuldur.

Burnun əməliyyatsız korreksiyasının hansı üstünlükləri var?

Burnun əməliyyatsız korreksiyasının cərrahi rinoplastikadan bir sıra üstünlükləri var. Buraya daxildir:

-Prosesin olmaması, reabilitasiya dövrünün qısa və ağrısız keçməsi;
-Korreksiyanın qısa müddətə reallaşması;
-Maddi cəhətdən sərfəli olması və s.

Burnun əməliyyatsız korreksiyası hansı nəticələri verir?
 

-Simmetrik formalar əldə olunur;
-Xırda batıq və ya dəri altındakı əyriliklər aradan qalxır;
-Burnun xırda donqarlığı düzəlir;.
-Burun ucu qaldırılır;
-Burun pərləri incəldilir.