süd vəziləri böyütmə dikləşdirmə

Süd vəziləri böyütmə (dikləşdirmə)

Qadınlar, estetik olaraq gözəl görünən sinələrə sahib olmaq istərlər. Qadınlara ən çox narahatlıq verən vəziyyətlər doğum sonrası verilən kilo ilə süd vəzilərinin kiçilməsi, sallanması və ya tək ya da cüt tərəfli inkişafdan geri qalmasına bağlı  görüntü pozğunluqları və sallanmalar olur. Rast gəlinən bu cür vəziyyətlərdə daha iri və dolğun, estetik olaraq daha gözəl görünüşlü sinələrə məmə böyütmə əməliyyatı ilə sahib olmaq olar. Məmə böyütmə əməliyyatları üçün fərqli və pasiyentə uyğun protezler istifadə olunarsa və daha yaxşı bir nəticə üçün məmə dikləşdirmə əməliyyatları ilə birlikdə olunarsa daha yaxşı nəticələr alına bilər. Məmə böyütmə əməliyyatı olmaq istəyən qadınlar hər nə qədər xəyallarındakı ölçü ilə gəlirlər və tez-tez büstqalter nömrəsini söyləyərək (85, 90 kimi) təsvir edirlər. Eyni zamanda 85, 90 kimi ölçülər döş qəfəsinin ətrafını ifadə edər. Məmələrin böyüklüyü "cup sizə" deyilən A, B, C, D hərfləri ilə ifadə edilir. Cup sizə A ən kiçik məmə böyüklüyünü ifadə edir və D isə ən böyük ölçünü ifadə edər. Bu mövzular  göz önündə tutularaq  məmə böyütmə əməliyyatı öncəsi xəstənin istəyi  daha dəqiq və aydın  şəkildə müəyyən olunmalıdır. Məmə böyütmə əməliyyatında hansı ölçü protez istifadə edilməlidir? Qadınlar ümumiyyətlə xəyallarında olan ölçü ilə müraciyyət edirlər. Bunlara uyğun olaraq mövcud məmənin dərisi elastik vəziyyətinə görə,döş qəfəsinin ölçüləri nəzərə alınaraq pasiyentin istəyinə uyğunluğu həkim ilə müəyyən edilir. Amma qəti ölçülər əməliyyat zamanı bəlli olur. Məmə böyütmə əməliyyatı məmə dikləşdirmə əməliyyatı ilə kombinə olunmalıdırmı? Sinələrdəki dolğunluq itirilmiş, boşalmış və sallanmış olan məmələrə yalnız protez tətbiqi kafi olmaya bilər. Arzu edilən dikliyi və dolğunluğu əldə etmək üçün məmə dikləşdirmə əməliyyatı ilə kombinə edilib məmə areolaları daha yuxarı səviyyəyə çəkilir və çox olan dəri çıxardılır. Məmə böyütmə əməliyyatı üçün istifadə olunan protezler nədir? Məmə protezi xəstənin bədən vəziyyətinə, məmə quruluşuna və istəyinə görə seçilir. Protezler, silikon gel ya da salin olaraq bilinən tiplərdən ibarətdir. Məmə böyütmə əməliyyatı neçə yaşından  uyqun görülür? Yetkin və hələ inkişaf çağında olan qızların məmə böyütmə əməliyyatı olması tövsiyə edilmir. Əvvəlcə bədənin təbii inkişaf prosesinin tamamlaması gözlənilməli və sonra həkiminiz ilə birlikdə qərar verilməsi məsləhətdir. Məmə böyütmə əməliyyatında nə qədər dolqunluq təmin edilər? Ümumiyyətlə tək seans əməliyyat ilə istənilən məmə ölçüsünə sahib olmaq olar,amma  kiçik yaşlardan sinələri çox kiçik olan qadınların  məmələrinin  çox  böyüdülməsi tək bir əməliyyatla mümkün olmaya bilər. Dərinin müəyyən qədər yumşalma qabiliyyəti vardır və dərinin bu xüsusiyyəti ilə hesablaşmaq tövsiyə edilir. Dərinin çox məcburi böyüdüldüyü zaman sonda fərqli ağırlaşmalara (tikiş açılması, kapsula kontraktürü kimi) yola aça bilər. Məmə böyütmə əməliyyatı necə aparılır? Doktor, xəstə ilə birlikdə protezlərin haradan yerləşdirəcəyini qəti qərar verir. Həkim protezləri üç fərqli nöqtədən yerləşdirə bilər: Qoltuq altından, məmənin altından bikini bölgəsi içində qalacaq şəkildə ya da məmə ucunda olan tünd rəngli dəri xəttindən yerləşdirə bilər. Məqsəd burada xəstədə minimum ölçüdə meydana gələcək çapıqdır (yara izi). Nəzərdə tutulan kəsik yerindən məmə toxuması və dəri qaldırıldıqdan sonra, həkimin tövsiyəsinə görə məmə toxumasının altına ya da döş əzələsinin altına protez yerləşdirilir. İki məmə arasında simmetriya yaradılmalıdır. Protezləri yarləşdirmək üçün açılan kəsilər tikişlə tikilir və bantlanır. Məmə protezi əzələ altına ya da üstünə yerləşdirilməsinin fərqi nədir? Həkimlərin bu mövzu ilə əlaqədar fərqli fikirləri mövcuddur. Kapsula kontraktürü riskini azaltmaq üçün seçim, protezi əzələ arxasına yerləşdirmək istiqamətindədir. Digər tərəfdən protez əzələ arxasına yerləşdirildiyi zaman daha çox ağrıya yol aça bilər. Məmə böyütmə əməliyyatından  əvvəl nələrə diqqət edilməlidir? Xəstə əgər qan durulducu dərmanlar istifadə edirsə, həkiminiz istifadəsini 10 gün əvvəlcədən kəsmənizi istəyə bilər, əməliyyatdan əvvəl bədəninizin hər hansı yerində infeksiya olmamasına diqqət göstərilməlidir. 40 yaş üzəri qadınlar, xüsusilə ailədə süd vəzisi xərçəngi olan xəstələr əməliyyat öncəsi mamoqrafiya çəkdirməsi tövsiyyə edilir. Əməliyyat nə qədər çəkir? Məmə böyütmə əməliyyatı fərqli fəsadlar olmadığı müddətcə 1-1,5 saat içərisində tamamlanır. Məmə böyütmə əməliyyatı sonrası xəstəxanada qalmaq lazımdırmi? Əməliyyat sonrası pasiyent istərsə bir gecə xəstəxanada qala bilər, amma çox vaxt buna ehtiyac olmur. Məmə böyütmə əməliyyatından sonra nə zaman normal həyata dönə bilər? Xəstələrə əgər işləyirlərsə, işdən mümkün isə 4-5 gün icazə almaları tövsiyə edilir. Məmə böyütmə əməliyyatı sonrası iz qalar mı? Əməliyyat sonrası kiçik kəsiklərin edildiyi çapıqları (yara izi) əvvəl sərt və çəhrayı rəngdə görünür. Bir neçə həftə sonra çəhrayılıq yavaş-yavaş rəng atmağa başlar və dəri yumşalmağa başlayır. Yaxşılaşma tamamlandığında çox az bilinir. Məmə böyütmə əməliyyatı sonrası sinələrdə hissiyat itkisi olurmu? Əməliyyat sonrası sinələrdə hissizlik yaşanması görülə bilir. Məmə əvvəllərində həddindən artıq həssaslıq ola biləcəyi kimi keylik hissi də meydana gələ bilər. Kəsiklərin edildiyi bölgələrdə də məhdud hiss itkisi görülə bilər, ancaq bu simptomlar zamanla keçər. Protezi çıxartmaq və ya dəyişdirmək lazım ola bilərmi? Daha əvvəllər istifadə olunan protezləri müəyyən bir müddət sonra dəyişdirilməsi, ya da çıxarılması rast gəlinirdi. İndiki vaxtda istifadə edilən protezler istehsalçı firmanın zəmanət sertifikatı ilə birlikdə xəstəyə verilir. Hər hansı fəsad görülmədiyi müddətcə ömür boyu saxlanıla bilər. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Paylaşıldı: 05.09.2018

qaraciyər hepatozu qaraciyərin piy distrofiyası

Qaraciyər hepatozu (qaraciyərin piy distrofiyası)

Qaraciyər hepatozu nədir? Hepatoz – vəzidə baş verən maddələr mübadiləsi pozuntusu ilə əlaqədar olan xəstəliklərin ümumi adıdır. Bu xəstəlik qaraciyərin əsas hüceyrələri olan hepatosidlərin sıradan çıxmasının ilkin mərhələsidir. Piy hepatozunun digər adları – qaraciyər piylənməsi, steatoz, qaraciyərin piy distrofiyasıdır. Piy distrofiyası iki tipə bölünür – spirtli içkilərdən sui-istifadə - alkohol hepatozu və qeyri-alkohol piy hepatozu. Hər iki halda orqanın zədələnmsəi piy damcılarının hepatositlərə yığılması nəticəsində baş verir. Qaraciyər hepatozunun yaranma səbəbləri Tədqiqatçılar qaraciyər hepatozunun əsas yaranma səbəbi kimi insulin rezistentliyinin (əzələ və ağ piy toxumasının insulinə qarşı həssaslığı) aşağı düşməsini göstərirlər. Piy hepatozunun əmələ gəlməsinə daha bir səbəbi - bağırsaq mikroflorasının pozulması da sübut olunub. Piy hepatozu – qaraciyərin geniş yayılmış xroniki xarakterli patologiyasıdır. Xəstəliyin erkən yaşlarda inkişaf etməsi də müşahidə olunur. Buna səbəb uşaqlarda artıq çəkinin olmasıdır. Qaraciyər hepatozunun əlamətləri Qaraciyər hepatozu özünü aşağıdakı əlamətlərlə büruzə verir: Qarın piyinin kütləsinin artması  - daxili orqanlarda artıq piy qalıqlarının yaranması; Lipid mübadiləsinin pozulması; Qan təzyiqinin qalxması; Toxumaların insulin hormonuna qarşı həssaslığının azalması. Qanda bu hormonun miqdarının artması, qlükoza mübadiləsinin pozulması simptomları. Qaraciyər hepatozunun diaqnostikası Piy hepatozunun diaqnostikası əsasən, ultrasəs müayinəsi (USM) vasitəsilə həyata keçirilir. O cümlədən, kompüter tomoqrafiyası və maqnitorezonans tomoqrafiyası tətbiq olunur. Qaraciyər hepatozunun müalicəsi Qaraciyərin piy hepatozu bir sıra mübadilə proseslərinin pozulması ilə əlaqədardır. Ona görə də xəstəliyin müalicəsi patologiyanın yaranmasına səbəb olan faktorların aradan qaldırılmasına yönəldilir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Paylaşıldı: 05.09.2018

HekimTap Pro
22082
inkişafdan qalmış hamiləlik

İnkişafdan qalmış hamiləlik

Uşağın dünyaya gəlməsini hər bir ana böyük səbrsizliklə gözləyir. Lakin təəssüf ki, hamiləlik bəzən uğurla sona çatmır. Məqalədə bunun səbəbləri diqqətinizə çatdırılacaq. İnkişafdan qalmış hamiləlik nədir? İnkişafdan qalmış hamiləlik - dölün məhvinə səbəb olan hamiləlik patologiyasıdır.  Bundan başqa, müxtəlif səbəblər üzündən döl inkişafdan qaldıqda da hamiləlik inkişafdan qalmış hesab olunur, baxmayaraq ki, yumurta hüceyrə uşaqlıq divarı ilə  normal şəklidə birləşir. Tibbdə buna “boş döl yumurtası” deyirlər. İnkişafdan qalmış hamiləlik istənilən yaşda və hamiləliyin istənilən dövründə inkişaf edə bilər. Statistika göstərir ki, ris qrupuna əsasən, yaşı 35-dən yuxarı olan, abort olunmuş, bəzi ağır xəstəliklərdən (şəkərli diabet, qalxanvari vəzinin xəstəlikləri, infeksion xəstəliklər) əziyyət çəkən, spirtli içkilər və tütündən istifadə edən qadınlar aiddirlər. Həkimlər, həmçinin, qeyd edirlər ki, inkişadan qalmış hamiləliyə əsasən, birinci trimestrdə rast gəlinir, lakin bu, həmişə belə olmur. İnkişafdan qalmış hamiləliyin yaranma səbəbləri Bu sualın birmənalı cavabı yoxdur. Lakin mütəxəssislərin fikrincə bu patologiya aşağıdakı səbəblərdən yarana bilər: 1. Hormonal pozuntular Orqanizmdə baş verən hormonal pozuntular. Buraya iki pozuntu aid olunur – qadın orqanizmində kişi hormonlarının artıqlığı və embrionun normal inkişafı üçün lazım olan progesteronun çatışmazlığı. 2. Genetik pozuntular Xromsom anomaliyaları zamanı hamiləlik normalı keçə bilməz. Hamiləliyin inkişafdan qalması valideynlərin birində dölün həyatı ilə uzlaşmayan genetik xüsusiyyətin olmasıdır.  Əgər sizə xromosom qüsuru diaqnozu qoyulubsa, hamiləlik planlaşdırmazdan əvvəl genetik müayinədən keçin. 3. İmmunoloji faktorlar Bəzən qadın orqanizmi döl yumurtasını normal qəbul edə bilmir. Belə ki, onun yarısı atanın bioloji göstəricilərindən ibarətdir. Belə olan halda, hamilə qadının orqanizmində müdafiə anitelləri ifraz olunmağa başlayır, bu isə dölün ölməsinə səbəb olur. 4. Süni mayalandırma - EKM Süni mayalandırma heç də həmişə uğurla keçmir. Əksər hallarda qadın orqanizmi embrionu qəbul etmir. Statistikaya görə, EKO səbəbindən əmələ gələn yarımçıq hamiləlik birinci trimestrdə baş verir. 5. İnfeksion xəstəliklər Dölün ölməsi gələcək ananın infeksion xəstəliklərə yoluxmasından da baş verə bilər. Bu infeksiyalara qızılca və ya adicə qripi misal göstərmək olar. 6. Antifosfolipid sindrom Bu sindrom qan qatılaşması prosesinin pozulmasından yaranır. Nəticədə tromblar, yarana, damarlar tutula bilər. Bu, təkcə döl üçün deyil, qadının sağlamlığı üçün də təhlükəlidir. 7. Qeyri-düzgün həyat tərzi Narkotik qəbulu, spirtli içkilər, qeyri-düzgün qidalanma hamiləliyin inkişafdan qalmasına səbəb olan səbəblərdəndir. 8. Xarici faktorlar Aviauçuşlar, ağır fiziki yüklənmə, iqlimin dəyişməsi, uzun müddət günəş şüası altında qalma, orqanizmin güclü soyuğa məruz qalması dölün inkişafına mənfi təsir göstərir. İnkişafdan qalmış hamiləliyin əlamətləri İnkişafdan qalmış hamiləlik özünü aşağıdakı əlamətlərlə büruzə verir: Qanlı və yaxılan axıntılar; Qarının aşağı nahiyələrində dartıcı ağrılar; Titrətmə, bədən temperaturunun dəyişməsi; Zəiflik, bədənin qüvvədən düşməsi; Toksikozun dayanması (əgər varsa); Dölün ana bətnində hərəkət etməməsi. Hamiləlik inkişafdan qalarasa, hansı tədbirlər görülür? Əgər həkim dölün ölməsini təsdiq edərsə, tibbi göstərişlər əsasında hamiləliyi dərhal dayandırmaq lazımdır. Əks halda, qadının həyatı təhlükə altına düşə bilər. Həkim-ginekoloqlar aşağıdakı tədbirləri görürlər: Heç bir əksgöstəriş yoxdursa, hamiləliyin öz-özünə dayanmasını gözləyirlər; Müəyyən aparatlar vasitəsilə düşük yaradırlar; Cərrahi müdaxilə edib, dölü uşaqlıqdan qaşıyırlar əgər dölünü ölməsi 8 həftəyədək baş verərsə. Əməliyyat ümumi narkozla həyata keçirilir və bərpaya ehtiyac qalmır. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Paylaşıldı: 04.09.2018

liposaksiyanın göstərişləri və əks-göstərişləri

Liposaksiya

Liposaksiya - vakuum vasitəsilə, artıq piy toxumasının götürülməsi yolu ilə korreksiya üsuludur.  Hal-hazırda liposaksiya bədənin müxtəlif nahiyyələrində - boyun, bud, diz, qarının ön və bayır divarlarında toplanmış artıq piy toxumasının götürülməsinin ən geniş yayaılmış cərrahi üsuludur.  Göstərişlər Bu əməliyyat ya müstəqil olaraq ya da digər cərrahi müdaxilə növləri ilə (məslən: bel nahiyyəsinin liposaksiyası+abdominoplastika, alt çənə nahiyyəsinin liposaksiyası+liftinq (yuxarı çəkilmə) ) birlikdə oluna bilər. Dəri nə qədər elastik olsa, kəsilmiş həcmə bir o qədər yaxşı oturur. Liposaksiyanın  18 yaş və yuxarı pasiyentlərində icar edilə bilər, xəstənin dərisinin elastikliyi həlledici rol oynayır.  Əks göstərişlər - İstənilən kəskin xəstəliklər və ya xroniki xəstəliklərin kəskinləşməsi, psixi pozğunluqlar, onkoloji xəstəliklər. - Ümumi piylənmə - Dartılmış dərinin sallanmasında, bədən qurluşunun piy toxuması ilə əlaqəsi olmayan (sümük-əzələ sistemi, qarın boşluğu orqanları, vəs. ilə bağlı) dəyişikliklərində. Ağrısızlaşdırma Liposaksiya yerli və ya ümumi narkozla icra edilə bilər.Piy toxuması nisbətən kiçik sahələrə toplanmış  olan pasiyentlərdə yerli anesteziyada tətbiq edilə bilər. Əməliyyat Əməliyyatdan əvvəl cərrah liposaksiya olunan sahələri işarələyir, sonra nəzərdə tutulmuş sahələrə kişik dəliklər açılaraq xüsusi maye yeridilir. Bundan sonra xüsusi konyulə vasitəsilə piy toxumasını dağıdırlar, piy toxuması emulsiyaya çevrilərək xüsusi sorucu vasitəsilə çəkilir. Əməliyyatın mahiyyəti Kiçik kəsiklərdən 0.5sm-dək dərialtı piy toxumasına uc hissəsində bir və ya bir neçə dəliyi olan konyula yeridilir. Konyulanın diametri xaric olunacaq piy toxumasının həcmi və lokalizasiyasından asılıdır.Konyulanın digər ucu vakuum aparatına birləşmiş olur. Vakuum aparatı mənfi təzyiq yaradaraq piyin çəkilməsini təmin edir. Konyulanın yelpikvari hərəkətlərlə irəliyə yeridilməsi piy toxumasının dağıdılması və vakuum aspirasiyanı təmin edir. Əməliyyata sərf olunan vaxt əməliyyat həcmindən asılı olaraq müxtəlif ola bilər.  Əməliyyatdan sonrakı dövr Əməliyyatdan dərhal sonra pasiyent palatasına yerləşdirilir. Liposaksiya məhdud sahələrdə (adətən 4 anotomik sahələrdən çox olmamaq şərti ilə) aparılmışdırsa, 2-3 saat klinikada qalmaq kifayət edir. Əməliyyatın həcmi nisbətən böyük olduqda isə xəstə ertəsi günün səhərinə qədər klinikada tibbi personalın nəzarəti altında qalmalıdır. Xəstənin vəziyyəti liposaksiyanın həcmindən asılıdır: əməliyyatın həcmi nə qədər kiçik olsa əməliyyat bir o qədər yüngül keçirilir. Adətən əməliyyatın ertəsi günü öz adi həyat tərzinə qayıda bilər. Tikişlər əməliyyatdan sonra 5-7-ci sutkada sökülür, bu müddət ərzində sarğının 1-2 dəfə dəyişdirilməsi kifayət edir. Əməliyyatın uğurunun vacib şərti xəstənin həkimin məsləhətlərinə əməl etməsi, 1-2 ay ərzində xüsusi kompresion geyimdən istifadə olunmasıdır. Bu əməliyyatın mahiyyəti nəzərdə tutulmuş müəyyən sahələrdə piy toxumasının çox hissəsinin götürülməsidir ki, bu zaman piy hüceyrələrinin zədələnməsi və sonra sovrulması baş verir. Əməliyyatdan sonrakı dövrdə liposaksiya olunmuş sahələrdə şişkinlik müşahidə olunduğundan əməliyyatın ilkin nəticəsini 4 həftədən, son nəticəsini isə 3-6 aydan sonra qiymətləndirmək mümkün olur. Təkrar liposaksiya əməliyyatı 3-6 aydan tez oluna bilməz.  Mümkün olan ağırlaşmalar Müvəqqəti ağırlaşmalar:  - Dərinin rənginin dəyişilməsi (hematoma) və əməliyyat nahiyyəsində şişkinlik, toxumaların sərtləşməsi, həssaslığın azalması, hərəkətin məhdudlaşdırılıması,ümumi zəiflik.  Nəticələr Liposaksiya konyulasını piy toxumasına daxil etmək üçün uzunluğu 1sm, bəzən isə daha kiçik bir kəsik olunur. Kəsiklər az nəzərə çarpan nahiyyələrdə aparılır və onları tikərkən xüsusi texnikadan istifadə olunduğuna görə əmələ gələn çapıq çox xırda olur, demək olarki görünmür. Piy hüceyrələrinin yerində çapıq toxuması inkişaf etdiyinə görə əməliyyatın nəticəsi daimi olur, əməliyyat dəridə praktik olaraq heç bir iz qoymur, əməliyyat sonu ağırlaşmalara çox nadir halllarda təsadüf olunur. Əməliyyatdan sonra piy hüceyrələrinin bərpa oluna bilməməyi yaxşı bədən qurluşunu uzun illər saxlamağa imakan verir. Bununla belə, liposaksiyadan sonra qidalanmanın rasional olması vacib şərtdir. Beləki orqanizmə daxil olan yağlar yeni nahiyyələrdə, yeni problemli sahələr yarada bilərlər.  Liposaksiyanın nəticələri əməliyyatdan dərhal sonra ideal olmayada bilər. Əməliyyatdan sonra dərialtı piy toxuması bir qədər daha yumşaq konsistensiyalı olduğundan onu asanlıqla müəyyən formaya salmaq olur. Üz və boyun nahiyyəsinin liposaksiyası Liposaksiyanın bu növü üz və boyun, eyni zamanda çənəaltı nahiyyənin konturlarını yaxşılaşdırmağa imkan verir. Bu zaman müxtəlif ağırlaşmalara çox nadir hallarda rast gəlinir. Qarın, bud və sağrı nahiyyələrinin yan səthlərinin liposaksiyası Bu nahiyyələrdə liposaksiya yalnız minimal və ya orta miqdarda piy yığıntıları olarkən aparılır. Bədənin yan səthlərinin liposaksiyasına xüsusi diqqət ayrılır, bu qum saatı formalı bədən qurluşu kimi nəticə əldə etməyə imkan yaradır. Dərinin yığılma qabiliyyəti aşağı olarkən liposaksiya dəri plastik əməliyyatı ilə tamamlanır.  Qarının ön səthinin liposaksiyası Piy abdominal yerləşərkən nisbətən xırda piy yığıntıları göbəkaltı nahiyyədə, iri piy yığıntıları isə dördbucaqlı formaya malik olub qarının orta hissəsində, göbəyin üstü və altında toplanır. Yumşaq və elastik dərisi olan xəstələrdə əməliyyatın nəticəsi daha qənaətbəxş olur.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Paylaşıldı: 03.09.2018

uşaqlarda bud-çanaq oynağı displaziyasının müalicəsi

Uşaqlarda bud-çanaq oynağı displaziyasının müalicəsi

...

Bud-çanaq oynağının displaziyası nədir? Bud-çanaq oynağının displaziyası – bud-çanaq oynağı inkişafının pozulmasıdır. Bunun əsas səbəbi oynağın “bud” komponentinin “çanaq” komponentilə  düzgün uzlaşmamasıdır ki, nəticədə ətrafların dayaq funksiyalarının pozulması yaranır. Bud-çanaq oynağının displaziyasının 3 dərəcəsi var: I dərəcəli displaziya II dərəcəli displaziya III dərəcəli displaziya Displaziyanın yaranma səbəbləri Dayaq-hərəkət sisteminin inkişaf etməsinə aşağıdakılar səbəb ola bilər: İrsiyyət; Hamiləlik dövründə qadında baş verən hormonal pozuntular; Susuzluq, dölün iri olması. Bu zaman uşağın bud-çanaq oynaqlarının hərkət həcmi azalır, bu isə normal inkişafa mane olur; Ananın keçirdiyi ginekoloji xəstəliklər (uşaqlığın mioması, uşaqlıqda birləşmə prosesi və s.); Bəzən çanaq çıxığına azçəkili körpələrdə də rast gəlinir. Displaziyanın əlamətləri Çıxığın bəzi əlamətlərini körpənin anası aşağıdakı əlamətlərə görə müəyyənləşdirə bilər: Uşağın bir ayağının digərindən qısa olması; Budda əlavə qatın olması; Yandakı qatlarda asimmetriya; Ayaqları ayıran zaman asimmetriya; Ayaqlar dizdən qatlanıqlı vəziyyətdə olduqda tam açılmır; Ayaqların yığılması zamanı diz və bud-çanaq nahiyəsində şıqqıltı yaranır. Displaziyanın diaqnostikası Bəzən analar körpəsini nəzərdən keçirdikdə bəzi qəribə əlamətlər müşahidə edirlər: bir ayağın digərindən qısa olması, bud və yandakı qatların asimmetriyası. Belə uşağı masanın üzərinə qoyub, ayaqlarını dizləri qatlanmış vəziyyətdə yan tərəflərə ayırdıqda onlar masaya toxunmur. Doğum evində pediatrlar uşaqda bud-çanaq patologiyasının olub-olmadığını müəyyənləşdirirlər. Daha sonra uşağın vəziyyətini nəzarətdə saxlayan pediatr onun oynaqlarını diqqətdə saxlaır. Əgər hər hansı şübhə yaranarsa, uşaq USM göndərilir və ya uşaq ortopedinin müayinəsinə göndərilir. Ortopedin müayinəsi mütləq qaydada uşağın 1, 3, 6 və 12 aylığında (uşaq yeriməyə başladıqda) aparılmalıdır. Uşaqda displaziya olarsa və ya buna şübhə yaranarsa, həkim bud-çanaq oynaqlarının rentgen müayinəsini də təyin edə bilər. Rentgenoqrafiya oynaqların vəziyyətinə obyektiv qiymətləndirilməsi üçün şərait yaradır.    Displaziyanın müalicəsi Əgər uşaq ortopedi bud-çanaq çıxığı diaqnozu qoyarsa, dərhal həkim müdaxiləsi tələb olunur. İnkişafda olan uşaq vaxtlı-vaxtında müalicə olunmazsa, displaziya daha ağır formalara keçə bilər. Unutmayın ki, bu patologiyanın müalicəsi uzunmüdətli və kompleks müalicə tələb edir. Müalicə məqsədilə həkimin tövsiyəsi ilə düzgün bələmə qaydalarına əməl edilməli, həmçinin müalicəvi gimnastikalar olunmalıdır. Bundan başqa, ortoped bəzi ortopedik vasitələr təyin edə bilər. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Paylaşıldı: 01.09.2018

HekimTap Pro
12872
körpələrə yemək və dərman rejimi

Körpələrdə yemək və dərman rejimi

Uşağın səhhətinə ana bətnindən, doğulanadək, eləcə də sonrakı dövrlərdə diqqətlə yanaşmaq lazımdır ki, onun orqanizminin və immunitetinin möhkəmliyi təmin olunsun. Uşağın sağlam inkişaf etməsi əsasən, onun qaydasında qidalanmasından, lazımi vitamin, mineral və digər elementlərin, yeri gələrsə, dərmanların  düzgün qəbul olunmasından çox asılıdır. Bu məqalədə qeyd olunan məqamlardan ətraflı danışılacaq. Körpə doğulduğu gündən 6 yınadək Ana südü təbii qida olub, körpə üçün lazım olan bütün elementlərlə zəngindir. İlk aylarda uşağa yalnız ana südü vermək tövsiyə olunur – 6 ayınadək digər qida və ya içkilərin əlavə olunması məsləhət deyil. Ana südü bir qayda olaraq, uşağın qidaya olan bütün tələbatını ödəyir. Döş götürməyən və ya pis götürən körpələrə dəmirlə zəngin olan uşaq qidaları verilməlidir. Lakin bunu edərkən uşaq qidasının hazırlanma qaydaları, gigyena və təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır. Uşağın bərk qidaya hazırlıq əlamətləri Uşaq dəstək göstərildikdə otura bilir. Başını dayanıqlı saxlayır. Qidanı ağızına yaxınlaşdırdıqda ona maraq göstərir. Qidanın ağzında sərbəst olaraq hərəkət etdirə bilir. Ağzına əllərini və digər əşyaları yaxınlaşdıra bilir. Bərk qidanın əlavə olunması: nə zaman, necə və nə qədər? Əvvəlcə qida kiçik porsiyalarla qaşıqda (körpələr üçün nəzərdə tutulmuş) verilməlidir. Tədricən yemək tam posrsiyayadək artırılır. Qidanın teksturası – üyüdülmüş, püre, “düyünlər”siz. Uşağın çeynəmə qabiliyyətindən asılı olaraq, qidanın bərkliyini artırmaq olar. 6 aylığından və daha sonra Ana südü verməyi davam etdirmək tövsiyə olunur. Böyüyən uşağın qida tələbatını ödəmək üçün rasiona ailədə istifadə olunan yeməklərdən daxil edə bilər. Qida seçimi edərkən onun dəmirlə zəngin olmasına diqqət yetirin. Bu məqsədlə mal əti, balıq, induşka əti verə bilərsiniz. Menyuya vitamin C ilə zənginn olan qidalar əlavə etmək zəruridir. 6 aydan başlayaraq, yumurta vermək olar. Süd məhsulları, məsələn, pendir, qatıq, şəkərsiz yoqurtları bərk qidaya əlavə kimi istifadə edə bilərsiniz. Pasterizə olunmuş, yağlılığı 3% olan inək südünü yalnız bir yaşından sonra vermək məsləhətdir. Buğda unundan hazırlanmış qidaları 7 aylığa qədər vermək yaxşıdır. Bir yaşa qədər uşağa bal yedizdirmək olmaz. Maye qəbulu 6 ayınadək - əsas qidanın ana südü və uşaq qidaları olan periodda suya ehtiyac yoxdur. Uşaq 6 aylığında olanda qidaya içməli su əlavə etmək olar. Bir yaşınadək bütün növ suları qaynatmaq lazımdır. Suyun otaq temperaturunda olması vacibdir. Körpənizi şirinlədirilmiş içkilərədə uzaq tutsanız yaxşıdır. Uşağın inkişafında D vitaminin zəruliliyini xüsusi vurğulamaq istərdim. D vitamini körpənin inkişafında böyük əhəmiyyət daşıyır. Bu vitamin orqanizmin möhkəmlənməsi üçün vacib olan kalsium və fosforun sovrulmasına kömək edir. Əgər uşaqda D vitamini defisiti əlamətləri (pis yatarsa, çox tərləyərsə, uşaq qaşınarsa və s.) təxminən 2-3  aylığında üzə çıxarsa, bunu mütləq kompensasiya etmək lazımdır. Bu məqsədlə həkim-pediatr D vitamini damcıları təyin edir. Vitamin orqanizmdə balanslaşdıqdan sonra damcılara ehtiyac qalmır – uşağınızın açıq havada günəş şüaları qəbul etməsi D vitamini normallaşdırmaq üçün yetərlidir. İnkişafda olan uşağın orqanizmi üçün lazım olan elementlərdən biri də kalsiumdur. Kalsium çatışmazlığı gələcəkdə müəyyən patologiyalara yol aça bilər. Kalsium defisiti sümük və dişlərədən başqa, sinir sistemi və əzələlərə neqativ təsir göstərir, ferment və hormonların ifrazına mane olur. Ona görə də pediatr bunun qarşısını almaq üçün lazımi tədbirlər görməlidir. Kalsium defisitinin əlamətləri bunlardır: Yuxunun pisləşməsi Tutmalar Əzələlərdə ağrı Bayılmalar Əsəbilik Titrətmə və s. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Paylaşıldı: 31.08.2018

eşitmə sinirinin zədələnməsi (nevrit)

Eşitmə sinirinin zədələnməsi (nevrit)

Nevrit nədir? Qulağın sinir lifləri eşitmə və vestibulyar olaraq, iki növə bölünür. Əlverişsiz faktorların təsirindən daha çox eşitmə siniri əziyyət çəkir. Səs qəbuledici aparatın hüceyrələrində baş verən atrofik-degenerativ dəyişikliklər eşitmənin zəifləməsinə, qularqlarda küyün yaranmasına, nitqin aydınlığının pozulmasına səbəb olur. Eşitmə sinirinin nevriti daha çox qulaqda iltihabi prosesin ağırlaşması fonunda baş verir. Ağır eşitmə kişilərdə, həmçinin qadınlarda 50 yaşdan sonra yaranmağa başlayır. Eşitmə pozuntusunun səviyyəsi yüngül ağırlıqdan başlamış, karlığa qədər inkişaf edə bilər.  Qeyd olunub ki, bölgə əhalisində bu patologiya demək olar ki, müşahidə edilmir, lakin şəhərdəki səs-küylü həyat tərzi sakinlər arasında bu problemi aktuallaşdırır. Nevritin yaranma səbəbləri Nevritin əsas səbəbi kəskin və xroniki infeksiyalardır. Qulağın sinir hüceyrələrinə təkcə iltihabın yaxında yerləşən ocaqları deyil, həmçinin uzaqda yerləşən orqanların mayesi vasitəsi ilə ötürülən törədiciləri də neqativ təsir göstərə bilər. Zəhərlərin, istehsalatdakı buxar və tozun daimi təsiri də həssas sinir hüceyrələrini tədricən korlayır. Bir sıra dərman preparatlarının uzun müddət istifadəsi də eyni təsirə malikdir, belə ki, onlar zəhərli maddələrin mikrodozalarıdır. Əlbəttə ki, yüksək səsli və vibrasiyalı şəraitdə uzun müddət qalmaq da eşitmə funkiyasının zəifləməsinə, daha sonra isə eşitmə sinirinin geridönməz orqanik dəyişikliklərinə gətirib çıxara bilər. Burada yaş faktorunu da qeyd etmək lazımdır, çünki illər boyu səs yüklənməsi nəticədə eşitmə sinirinin zədələnməsində öz sözünü deyir. Eşitmə sinirinin nevriti, həmçinin mexaniki travmalar, şişlər və allergik xəstəliklər nəticəsində yarana bilər.   Nevritin simptomları Bir qayda olaraq nevritin əsas səbəbi – eşitmənin zəifləməsidir. Lakin eşitmə disfunksiyasının xrakter, səviyyə və inkişaf sürəti müxtəlif xarakterə malik ola bilər. Ağır eşitmənin əlamətləri aşağıdakılardır: Bütün səslərə qarşı ümumi həssaslığın azalması; Nitq dəqiqliyinin pisləşməsi; Qulaqlarda küy və ya cingiltinin əmələ gəlməsi; Digər simptomlar iltihabi və degenerativ proseslərin intensivliyindən asılıdır. Buraya ümumi zəiflik, qulaqlarda ağrı, tarazlığın pozulması, başgicəllənməsi, ürəkbulanma, bədən hərarətinin yüksəlməsi, arterial təzyiqin dəyişkənliyi, qulaqda sürtülmə və ya maye axma hissinin yaranmasını aid etmək olar. Nevritin diaqnostikası Nevrtin diaqnostikası aşağıdakı vasitələrlə həyata keçirilir: Otoskopik müayinə; Pıçıltı və danışıq nitqi vasitəsilə müayinə; Audiometriya; Rinne testi; Veber üzrə diaqnostika; Şvabax testi; Jele testi. Nevritin müalicəsi Nevritin müalicə yolları bunlardır: Antibakterial terapiya; Detoksikasiya; Cərrahi müalicə (şiş və baş travmalarında); Bütün bu sistemlər fizioprosedur, yerli təsir, sanator-kurort müalicəsi, palçıq müalicəsi, iynə-terapiyası ilə tamamlana bilər. Mövzu ilə bağlı videolar:     © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Paylaşıldı: 30.08.2018

uşaqlarda görmə problemləri

Uşaqlarda görmə problemləri

Bir çox göz xəstəlikləri uşaq yaşlarında inkişaf etməyə başlayır və onun inkişafına mane olur. Göz xəstəlikləri də belə problemlərdəndir. Ona görə görmə patologiyalarına vaxtında müdaxilə etmək, mümkün dərəcədə aradan qaldırmaq lazımdır. Belə ki, görmənin pozulması məktəblilərin təhsilində əngəl yaradır, özünəgüvəni aşağı salır, idman və ya gələcək peşə seçimində tərəddüd yaradır. Bu məqalədə söhbət uşaqlarda daha çox rast gəlinən göz xəstəliklərindən söhbət gedəcək. Anadangəlmə göz xəstəlikləri Anadangəlmə katarakta – büllurun bulanıqlaşması – bəbəklərin bozumtul rəng alması və görmənin zəifləməsi ilə özünü göstərir. Patologiya cərrahi yolla aradan qaldırılır, əməliyyatdan sonra xüsusi eynəklər və ya kontakt linzlardan istifadə olunur. Anadangəlmə qlaukoma – gözdaxili təzyiqin qalxması nəticəsində yaranan gözdaxili maye axıntısının çətinləşməsindən yaranır. Yüksək təzyiq göz qişasını dartır, bu isə göz almasının böyüməsinə, buynuz qişanın bulanıqlaşmasına səbəb olur, görmə siniri sıxılır və atrofiyaya uğrayır, görmə tədricən itir. Müalicəvi damcılar kömək etmədikdə, əməliyyat göstərişdir. Yarımçıq doğulmuşlarda retinopatiya – torlu qişa xəstəliyi olub, damarların normal inkişafının dayanması, patoloji damarların inkişafı və fibroz toxumanın əmələ gəlməsi ilə xarakterizə edilir. Torlu qişa çapığa məruz qalır və qopur, görmə əhəmiyyətli dərəcədə - korluğa qədər aşağı düşür. Müalicəsi lazerlə və ya cərahidir. Çəpgözlük – bir və ya hər iki gözün ümumi fiksasiya nöqtəsindən yayınmasıdır, yəni gözlər bir istiqamətdə deyil, müxtəlif istiqamətlərə baxır. Uşaq 2-4 aylığında olarkən göz hərəkətlərinə cavabdeh olan sinirlər hələ tam inkişaf etmir , ona görə də bir və ya hər iki göz yanlara meyillənə bilər. Gözlərin çəpləşməsi daimi və çox ifadə olarsa, oftalmoloqa müraciət etmək lazımdır. Müalicə çəpgözlüyün səbəblərinin aradan qaldırılmasına  yönəldilir (görmə pozuntusunun korreksiyası, zəifləmiş əzələnin məşq etdirilməsi). Nistaqm – gözlərin qeyri-iradi, bir qayda olaraq horizontal və ya dairəvi hərəkətləridir. Nistaqm baxışın fiksasiyasına və dəqiq görmənin formalaşmasına mane olur. Müalicəsi – görmə pozuntusunun korreksiyasıdır. Ptoz – göz qapağını qaldıran əzələnin inkişafdan qalması və ya bu əzələnin hərəkətini idarə edən sinirin zədələnməsi nəticəsində yuxarı göz qapağınım enməsidir. Aşağı düşümüş göz qapağı işığın gözə daxil olmasına mane ola bilər. Müalicəsi leykoplastr vasitəsilə göz qapağını fiksasiya etməkdən ibarətdir. Cərrahi müalicə 3-7 yaşlarında aparılır. Məktəbəqədər uşaqlarda göz xəstəlikləri Ambliopiya – pis görmə və ya kənara meyillənmə nəticəsində bir gözün digərinə nisbətən daha az istifadə olunmasıdır. Bu zaman istifadə olunmayan gözün tədricən zəifləməsi başlayır. Ambliapiya sağlam gözün fəaliyyətini müvəqqəti olaraq “söndürməkdən”, zədələnmişin isə məşq etdirilməsində ibarətdir. Uzaqdangörmə – 3-6 yaşlı uşaqlarda ən çox yaranan refraksiyadır. Hipermetropiya 3,5 dioptiyaya çatarsa və bir göz o birisindən pis görərsə, eynək təyin olunur. Bununla yanaşı, çəpgözlük və ambliopiya da inkişaf edə bilər. Bəzən 6-7 yaşlarında eynəyə ehtiyac qalmır. Yaxındangörmə – hətta az inkişaf etmiş hallarda belə, eynək korreksiyası tələb edir. Astiqmatizm – həm yaxın, həm də uzaq məsafələrdə yerləşən əşyaların təsvirini yayır. Astiqamatizmi korreksiya etmək üçün slindrik şüşəli eynək (mürəkkəb eynək) təyin olunur. Göründüyü kimi, anadangəlmə və daha yuxarı yaşlı uşaqlarda göz patologiyalarına düzgün müdaxilə edildikdə problemi uğurla aradan qaldırmaq mümkündür. Dəyərli valideynlər, uşaqlar gözlərimizin nurudur, gəlin biz də onların gözlərinin nurunu qoruyaq. Mövzu ilə bağlı video:     © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Paylaşıldı: 29.08.2018

Spinner