süd vəziləri böyütmə dikləşdirmə

Süd vəziləri böyütmə (dikləşdirmə)

4211
Müəllif: Plastik-estetik cərrah Nəzmin Musayeva

Paylaşıldı: 05.09.2018
Nəzmin Musayeva

Qadınlar, estetik olaraq gözəl görünən sinələrə sahib olmaq istərlər. Qadınlara ən çox narahatlıq verən vəziyyətlər doğum sonrası verilən kilo ilə süd vəzilərinin kiçilməsi, sallanması və ya tək ya da cüt tərəfli inkişafdan geri qalmasına bağlı  görüntü pozğunluqları və sallanmalar olur.

Rast gəlinən bu cür vəziyyətlərdə daha iri və dolğun, estetik olaraq daha gözəl görünüşlü sinələrə məmə böyütmə əməliyyatı ilə sahib olmaq olar. Məmə böyütmə əməliyyatları üçün fərqli və pasiyentə uyğun protezler istifadə olunarsa və daha yaxşı bir nəticə üçün məmə dikləşdirmə əməliyyatları ilə birlikdə olunarsa daha yaxşı nəticələr alına bilər.

Məmə böyütmə əməliyyatı olmaq istəyən qadınlar hər nə qədər xəyallarındakı ölçü ilə gəlirlər və tez-tez büstqalter nömrəsini söyləyərək (85, 90 kimi) təsvir edirlər. Eyni zamanda 85, 90 kimi ölçülər döş qəfəsinin ətrafını ifadə edər. Məmələrin böyüklüyü "cup sizə" deyilən A, B, C, D hərfləri ilə ifadə edilir. Cup sizə A ən kiçik məmə böyüklüyünü ifadə edir və D isə ən böyük ölçünü ifadə edər. Bu mövzular  göz önündə tutularaq  məmə böyütmə əməliyyatı öncəsi xəstənin istəyi  daha dəqiq və aydın  şəkildə müəyyən olunmalıdır.

Məmə böyütmə əməliyyatında hansı ölçü protez istifadə edilməlidir?

Qadınlar ümumiyyətlə xəyallarında olan ölçü ilə müraciyyət edirlər. Bunlara uyğun olaraq mövcud məmənin dərisi elastik vəziyyətinə görə,döş qəfəsinin ölçüləri nəzərə alınaraq pasiyentin istəyinə uyğunluğu həkim ilə müəyyən edilir. Amma qəti ölçülər əməliyyat zamanı bəlli olur.

Məmə böyütmə əməliyyatı məmə dikləşdirmə əməliyyatı ilə kombinə olunmalıdırmı?

Sinələrdəki dolğunluq itirilmiş, boşalmış və sallanmış olan məmələrə yalnız protez tətbiqi kafi olmaya bilər. Arzu edilən dikliyi və dolğunluğu əldə etmək üçün məmə dikləşdirmə əməliyyatı ilə kombinə edilib məmə areolaları daha yuxarı səviyyəyə çəkilir və çox olan dəri çıxardılır.

Məmə böyütmə əməliyyatı üçün istifadə olunan protezler nədir?

Məmə protezi xəstənin bədən vəziyyətinə, məmə quruluşuna və istəyinə görə seçilir. Protezler, silikon gel ya da salin olaraq bilinən tiplərdən ibarətdir.

Məmə böyütmə əməliyyatı neçə yaşından  uyqun görülür?

Yetkin və hələ inkişaf çağında olan qızların məmə böyütmə əməliyyatı olması tövsiyə edilmir. Əvvəlcə bədənin təbii inkişaf prosesinin tamamlaması gözlənilməli və sonra həkiminiz ilə birlikdə qərar verilməsi məsləhətdir.

Məmə böyütmə əməliyyatında nə qədər dolqunluq təmin edilər?

Ümumiyyətlə tək seans əməliyyat ilə istənilən məmə ölçüsünə sahib olmaq olar,amma  kiçik yaşlardan sinələri çox kiçik olan qadınların  məmələrinin  çox  böyüdülməsi tək bir əməliyyatla mümkün olmaya bilər. Dərinin müəyyən qədər yumşalma qabiliyyəti vardır və dərinin bu xüsusiyyəti ilə hesablaşmaq tövsiyə edilir. Dərinin çox məcburi böyüdüldüyü zaman sonda fərqli ağırlaşmalara (tikiş açılması, kapsula kontraktürü kimi) yola aça bilər.

Məmə böyütmə əməliyyatı necə aparılır?

Doktor, xəstə ilə birlikdə protezlərin haradan yerləşdirəcəyini qəti qərar verir. Həkim protezləri üç fərqli nöqtədən yerləşdirə bilər: Qoltuq altından, məmənin altından bikini bölgəsi içində qalacaq şəkildə ya da məmə ucunda olan tünd rəngli dəri xəttindən yerləşdirə bilər. Məqsəd burada xəstədə minimum ölçüdə meydana gələcək çapıqdır (yara izi).

Nəzərdə tutulan kəsik yerindən məmə toxuması və dəri qaldırıldıqdan sonra, həkimin tövsiyəsinə görə məmə toxumasının altına ya da döş əzələsinin altına protez yerləşdirilir. İki məmə arasında simmetriya yaradılmalıdır. Protezləri yarləşdirmək üçün açılan kəsilər tikişlə tikilir və bantlanır.

Məmə protezi əzələ altına ya da üstünə yerləşdirilməsinin fərqi nədir?

Həkimlərin bu mövzu ilə əlaqədar fərqli fikirləri mövcuddur. Kapsula kontraktürü riskini azaltmaq üçün seçim, protezi əzələ arxasına yerləşdirmək istiqamətindədir. Digər tərəfdən protez əzələ arxasına yerləşdirildiyi zaman daha çox ağrıya yol aça bilər.

Məmə böyütmə əməliyyatından  əvvəl nələrə diqqət edilməlidir?

Xəstə əgər qan durulducu dərmanlar istifadə edirsə, həkiminiz istifadəsini 10 gün əvvəlcədən kəsmənizi istəyə bilər, əməliyyatdan əvvəl bədəninizin hər hansı yerində infeksiya olmamasına diqqət göstərilməlidir. 40 yaş üzəri qadınlar, xüsusilə ailədə süd vəzisi xərçəngi olan xəstələr əməliyyat öncəsi mamoqrafiya çəkdirməsi tövsiyyə edilir.

Əməliyyat nə qədər çəkir?

Məmə böyütmə əməliyyatı fərqli fəsadlar olmadığı müddətcə 1-1,5 saat içərisində tamamlanır.

Məmə böyütmə əməliyyatı sonrası xəstəxanada qalmaq lazımdırmi?

Əməliyyat sonrası pasiyent istərsə bir gecə xəstəxanada qala bilər, amma çox vaxt buna ehtiyac olmur.

Məmə böyütmə əməliyyatından sonra nə zaman normal həyata dönə bilər?

Xəstələrə əgər işləyirlərsə, işdən mümkün isə 4-5 gün icazə almaları tövsiyə edilir.

Məmə böyütmə əməliyyatı sonrası iz qalar mı?

Əməliyyat sonrası kiçik kəsiklərin edildiyi çapıqları (yara izi) əvvəl sərt və çəhrayı rəngdə görünür. Bir neçə həftə sonra çəhrayılıq yavaş-yavaş rəng atmağa başlar və dəri yumşalmağa başlayır. Yaxşılaşma tamamlandığında çox az bilinir.

Məmə böyütmə əməliyyatı sonrası sinələrdə hissiyat itkisi olurmu?

Əməliyyat sonrası sinələrdə hissizlik yaşanması görülə bilir. Məmə əvvəllərində həddindən artıq həssaslıq ola biləcəyi kimi keylik hissi də meydana gələ bilər. Kəsiklərin edildiyi bölgələrdə də məhdud hiss itkisi görülə bilər, ancaq bu simptomlar zamanla keçər.

Protezi çıxartmaq və ya dəyişdirmək lazım ola bilərmi?

Daha əvvəllər istifadə olunan protezləri müəyyən bir müddət sonra dəyişdirilməsi, ya da çıxarılması rast gəlinirdi. İndiki vaxtda istifadə edilən protezler istehsalçı firmanın zəmanət sertifikatı ilə birlikdə xəstəyə verilir. Hər hansı fəsad görülmədiyi müddətcə ömür boyu saxlanıla bilər.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az