Eşitmə sinirinin zədələnməsi (nevrit)
Qulağın sinir lifləri eşitmə və vestibulyar olaraq, iki növə bölünür. Əlverişsiz faktorların təsirindən daha çox eşitmə siniri əziyyət çəkir. Səs qəbuledici aparatın hüceyrələrində baş verən atrofik-degenerativ dəyişikliklər eşitmənin zəifləməsinə, qularqlarda küyün yaranmasına, nitqin aydınlığının pozulmasına səbəb olur. Eşitmə sinirinin nevriti daha çox qulaqda iltihabi prosesin ağırlaşması fonunda baş verir. Ağır eşitmə kişilərdə, həmçinin qadınlarda 50 yaşdan sonra yaranmağa başlayır.
Eşitmə pozuntusunun səviyyəsi yüngül ağırlıqdan başlamış, karlığa qədər inkişaf edə bilər. Qeyd olunub ki, bölgə əhalisində bu patologiya demək olar ki, müşahidə edilmir, lakin şəhərdəki səs-küylü həyat tərzi sakinlər arasında bu problemi aktuallaşdırır.
Nevritin əsas səbəbi kəskin və xroniki infeksiyalardır. Qulağın sinir hüceyrələrinə təkcə iltihabın yaxında yerləşən ocaqları deyil, həmçinin uzaqda yerləşən orqanların mayesi vasitəsi ilə ötürülən törədiciləri də neqativ təsir göstərə bilər. Zəhərlərin, istehsalatdakı buxar və tozun daimi təsiri də həssas sinir hüceyrələrini tədricən korlayır. Bir sıra dərman preparatlarının uzun müddət istifadəsi də eyni təsirə malikdir, belə ki, onlar zəhərli maddələrin mikrodozalarıdır.
Əlbəttə ki, yüksək səsli və vibrasiyalı şəraitdə uzun müddət qalmaq da eşitmə funkiyasının zəifləməsinə, daha sonra isə eşitmə sinirinin geridönməz orqanik dəyişikliklərinə gətirib çıxara bilər. Burada yaş faktorunu da qeyd etmək lazımdır, çünki illər boyu səs yüklənməsi nəticədə eşitmə sinirinin zədələnməsində öz sözünü deyir.
Eşitmə sinirinin nevriti, həmçinin mexaniki travmalar, şişlər və allergik xəstəliklər nəticəsində yarana bilər.
Bir qayda olaraq nevritin əsas səbəbi – eşitmənin zəifləməsidir. Lakin eşitmə disfunksiyasının xrakter, səviyyə və inkişaf sürəti müxtəlif xarakterə malik ola bilər.
Ağır eşitmənin əlamətləri aşağıdakılardır:
Digər simptomlar iltihabi və degenerativ proseslərin intensivliyindən asılıdır. Buraya ümumi zəiflik, qulaqlarda ağrı, tarazlığın pozulması, başgicəllənməsi, ürəkbulanma, bədən hərarətinin yüksəlməsi, arterial təzyiqin dəyişkənliyi, qulaqda sürtülmə və ya maye axma hissinin yaranmasını aid etmək olar.
Nevrtin diaqnostikası aşağıdakı vasitələrlə həyata keçirilir:
Nevritin müalicə yolları bunlardır:
Bütün bu sistemlər fizioprosedur, yerli təsir, sanator-kurort müalicəsi, palçıq müalicəsi, iynə-terapiyası ilə tamamlana bilər.
Mövzu ilə bağlı videolar:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az