qaraciyər hepatozu qaraciyərin piy distrofiyası

Qaraciyər hepatozu (qaraciyərin piy distrofiyası)

22672
Müəllif: Terapevt Tural Qənbərli

Paylaşıldı: 05.09.2018
HekimTap Pro

Qaraciyər hepatozu nədir?

Hepatoz – vəzidə baş verən maddələr mübadiləsi pozuntusu ilə əlaqədar olan xəstəliklərin ümumi adıdır. Bu xəstəlik qaraciyərin əsas hüceyrələri olan hepatosidlərin sıradan çıxmasının ilkin mərhələsidir. Piy hepatozunun digər adları – qaraciyər piylənməsi, steatoz, qaraciyərin piy distrofiyasıdır.

Piy distrofiyası iki tipə bölünür – spirtli içkilərdən sui-istifadə - alkohol hepatozu və qeyri-alkohol piy hepatozu. Hər iki halda orqanın zədələnmsəi piy damcılarının hepatositlərə yığılması nəticəsində baş verir.

Qaraciyər hepatozunun yaranma səbəbləri

Tədqiqatçılar qaraciyər hepatozunun əsas yaranma səbəbi kimi insulin rezistentliyinin (əzələ və ağ piy toxumasının insulinə qarşı həssaslığı) aşağı düşməsini göstərirlər.

Piy hepatozunun əmələ gəlməsinə daha bir səbəbi - bağırsaq mikroflorasının pozulması da sübut olunub.

Piy hepatozu – qaraciyərin geniş yayılmış xroniki xarakterli patologiyasıdır. Xəstəliyin erkən yaşlarda inkişaf etməsi də müşahidə olunur. Buna səbəb uşaqlarda artıq çəkinin olmasıdır.

Qaraciyər hepatozunun əlamətləri

Qaraciyər hepatozu özünü aşağıdakı əlamətlərlə büruzə verir:

  • Qarın piyinin kütləsinin artması  - daxili orqanlarda artıq piy qalıqlarının yaranması;
  • Lipid mübadiləsinin pozulması;
  • Qan təzyiqinin qalxması;
  • Toxumaların insulin hormonuna qarşı həssaslığının azalması. Qanda bu hormonun miqdarının artması, qlükoza mübadiləsinin pozulması simptomları.

Qaraciyər hepatozunun diaqnostikası

Piy hepatozunun diaqnostikası əsasən, ultrasəs müayinəsi (USM) vasitəsilə həyata keçirilir. O cümlədən, kompüter tomoqrafiyası və maqnitorezonans tomoqrafiyası tətbiq olunur.

Qaraciyər hepatozunun müalicəsi

Qaraciyərin piy hepatozu bir sıra mübadilə proseslərinin pozulması ilə əlaqədardır. Ona görə də xəstəliyin müalicəsi patologiyanın yaranmasına səbəb olan faktorların aradan qaldırılmasına yönəldilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az