Diabetik retinopatiya nədir və müalicəsi oftalmloq gülşən dikmen

Diabetik retinopatiya nədir?

Yəqin ki, şəkərli diabetin orqanizmin qida ilə daxil olan şəkərin qəbul edib, toplama qabiliyyətinin pozduğunu bilirsiniz. Nəticədə şəkərin konsentrasiyası artır və bu da damarların divarlarına, həmçinin gözlərə zədə yetirir. Diabetik retinopatiya – şəkərli diabetin ən ciddi ağırlaşmalarından hesab olunur. Vaxt keçdikcə onun inkişafı yalnız irəliyə doğru gedir. Belə ki, şəkərli diabetdən 5-10 il əziyyət çəkən insanlarda torlu qişanın zədələnməsi 44-80%, bu patologiyadan 15 ildən yuxarı əziyyət çəkənlərdə isə 87-99% hallarda müşahidə edilir.  Diabetik retinopatiyanın yaranma səbəbləri Şəkərin miqdarının qanda artıq olması torlu qişanın damarlarını zədələyir. Nəticədə onların keçiriliciyi artır və qanın maye hissəsi damarlararası sahəyə süzülür. Bu, torlu qişanın şişkinləşməsinə və orada lipid kompekslərinin (bərk ekssudatın) toplanmasına gətirib çıxarır. Damarların sonrakı zədələnməsi bəzi hallarında qanın torlu qişaya axını tamamilə dayanır, digər hallarda qansızma baş verir. Bu nahiyələr görmə fəaliyyətini dayandırır və korluq yaranır.   Proliferativ dabetik retinopatiyanın gecikmiş mərhələsində torlu qişa qan təminatı baxımından əziyyət çəkir. Onun üzərində anomal damarlar – şüşəvari cismə daimi qansızmalar mənbəyi yaranır, bu isə görməni zəiflədir. Torlu qişanın üzərində yeni əmələ gəlmiş damarlar çapıq toxuması yaradır. O, yığılaraq, torlu qişanı özünə tərəf çəkir və onun qopmasına – görmənin itirilməsinə səbəb olur. Diabetik retinopatiyanın əlamətləri Diabetik retinopatiyanın təhlükəsi ondan ibarətdir ki, o, uzun müddət gizli gedişata malik olur, bununla belə, görmənin itirilmə təhlükəsi dayanmadan artır. Ona görə də şəkərli diabetdən əziyyət çəkən insanlar torlu qişada heç bir dəyiklik olmasa belə, heç olmasa ildə bir dəfə oftalmoloqun müayinəsindən keçməlidirlər. Diabetik retinopatiyanın əlamətlərinə aiddir: Gözlərin önündə hərəkətdə olan ləkələrin yaranması – bu, şüşəvari cismə yığılan qan hissəcikləridir, onların kölgəsi işığa baxdıqda görünməyə başlayır. Oxu zamanı və yaxın məsafədə işlərlə məşğul olanda çətinliyin yaranması; Qəfil gözlərin önündə pərdənin yaranması – şüşəvari cismə qanaxma əlamətidir. Son iki əlamət müşahidə edilərsə, təxirə salınmadan oftalmoloqa müraciət etmək lazımdır. Diabetik retinopatiyanın müalicəsi Xoşbəxtlikdən vaxtında müdaxilə olunarsa, 80% hallarda korluğun qarşısını almaq olur. Bu məqsədlə vaxtaşırı olaraq oftalmoloqun müayinəsindən keçmək lazımdır. Torlu qişada heç bir dəyişiklik olmasa belə, şəkərli diabet xəstələri göz dibinin genişlənmiş bəbəkli müayinəsindən ən azı ildə bir dəfə keçməlidirlər. Torlu qişanın zədələnməsi riski təkcə xəstəliyin davametmə müddətindən deyil, həmçinin qanda təzyiqin və arterial təzyiqin dəyişkənliyindən də artır. Ona görə də diabetik retinopatiyanın profilaktikasında pəhriz, qanda şəkərin tənzimlənməsini və arterial təzyiqi diqqətdə saxlamaq lazımdır. Antioksidant və damarmöhkəmləndirici vasitələrin qəbulu damarların keçiriciliyi və kövrəkliyini aşağı salır. Ferment preparatları qansızmaların sovurulmasına kömək edir. Lazer müalicəsi qan sızdıran və yeni əmələ gəlmiş damarların yandırılmasına yönəldilib. Prosedur tamamilə ağrısızdır. Əməliyyat zamanı – vitrektomiya – şüşəvari cism içərisinə yığılmış qanla birgə çıxarılır, bu isə görməni bir qədər yaxşılaşdırmağa kömək edir. Mövzu ilə bağlı video:     © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Paylaşıldı: 20.08.2018

uşaqlarda özünə inam əskikliyi və aşırı inam

Uşaqlarda özünə inam əskikliyi və aşırı inam

İnsanın həyatda uğurlu olmasına, obyektiv amillərdən başqa, özünə inamın da böyük rolu var ki, bu da məktəbəqədər yaş dövründə ətraf mühitin və ən əsas da, valideynlərin təsiri nəticəsində formalaşır. Özünü dəyərləndirmə – şəxsiyyətin öz imkanlarını, keyfiyyət və digər insanlar arasında mövqeyini dəyərləndirmək deməkdir.   Ailədə sağlam atmosferin hökm sürməsi, uşağı başa düşmək və səmimi qəlbdən onun hisslərini bölüşmək, onu psixoloji cəhətdən müdafiə etmək uşaqda pozitiv adekvat üzünə inamı formalaşdıran amillərdir.   Aşırı özünə inam olan uşaqlar hesab edirlər ki, həqiqət həmişə onların tərəfindədir. Belə uşaqlar digər uşaqların zəifliyindən istifadə edərək onları idarə etməyə can atır və bununla yanaşı öz çatışmazlıqlarını görmür, başqalarına təkəbbürlə baxır, hər yolla özünə diqqət cəlb etməyə çalışır. Özünə inamı aşırı uşaqlardan tez-tez “Mən hamıdan yaxşıyam” ifadəsini eşitmək olur. Uşaqlarda özünə inamın artıqlığı onları aqressiv edir, belə uşaqlar digərilərinin nailiyyətlərini aşağılamağa çalışırlar. Uşaqda özünə inamın əskikliyi onun narahat olmasına, öz imkanlarına güvənməməsinə səbəb olur. Belə uşaq daim düşünür ki, onu aldadadac, incidəcək, qiymətləndirməyəcəklər. O, tənhalığa can atır, incik və qətiyyətsiz olur. Özünə inamı əskik olan uşaqlar yeni fəaliyyət növlərindən imtina edir, düşünürlər ki, bunun öhdəsindən gəlməyəcəklər. Bundan başqa, onlar digər uşaqların nailiyyətlərini öz imkanlarını aşağılayaraq, daha yüksək dəyərləndirirlər.     Özünə inamın əskikliyi şəxsiyyətin tam formalaşmasına əngəl yaradır. Belə uşaqlarda özlərinə “Mən pisəm”, “Mən heç nə bacarmıram”, “Mən uğursuzam” kimi fikrlər formalaşır. Özünən inam adekvat olduqda uşaq ətrafında səmimilik, məsuliyyət, rəhmdillik və məhəbbət yaradır. O, hiss edir ki, onu dəyərləndirir və hörmət edirlər. Uşaq özünə inanır, bununla belə, yardım da istəyə bilir, öz işində səhfləri etiraf edir. O, özünə dəyər verdiyindən başqalarını da dəyərləndirməyi bacarır. Lakin valideynlər yuxarıda qeyd olunan xüsusiyyətlərə müvafiq uşağı düzgün tərifləməyi və cəzalandırmağı bacarmalıdırlar. Məsələn, hər hansı hərəkətinə görə uşaq vaxtında təriflənməzsə, onda qətiyyətsizlik hissi yarana bilər və ya kiçik bir səhvə görə şiddətli cəzaya məruz qalarsa, “sına” bilər. Ya da övladınızı düşər-düşməz tərifləsəniz bu, aşırı özünə inama səbəb ola bilər. Ona görə də düzgün tərifləməyi və yeri gələrsə, cəzalandırmağı   da bacarmaq lazımdır. Mütəxəssislər hesab edirlər ki, uşaqları aşağıdakı hallarda tərifləmək lazım deyil: Öz əməyi sayəsində əldə olunmayan şeylərə görə - fiziki, əqli və ya mənəvi. Gözəllik, sağlamlıq, eləcə də təbii bacarıqlara görə. Oyunacaq, əşyalar, geyim və təsadüfi tapıntılara görə. Əgər uşağa yazığınız gələrsə bunu tərif ilə kompensasiya etməyin. Hansı hallarda tərifləmək tövsiyə olunur? Yadda saxlayın ki, hər bir uşağın özünə görə istedadı var və valideynin borcu bu istedadı aşkara çıxarararaq onu inkişaf etdirməkdir. Uşağın gələcəkdə dahi olmayacağını dilinizə gətirməyin. Əksinə, onu inkişaf etdirib, izah edin ki, potensialı böyük nailiyyətrlər əldə etməyə çatır. Nailiyyətlərinə görə onu mütləq tərifləyin. Məsələn, məktəbdə aldığı yaxşı qiymətlər, yarışda göstərdiyi yüksək nəticələr, çəkdiyi gözəl rəsmlərə və s. görə. Çalışın tez-tez müəyyən ifadələr işlədin ki, özünə inamı artsın. Məsələn, “Sən bunu bacaracaqsan!”, “Sən artıq bunu etmisən – lap aza qalıb!”, “Sən hər şeyin öhdəsindən gələcəksən!” və s. Uşaqları necə cəzalandırmalı? Cəza uşağın sağlamlığına zərər gətirməli deyil – nə fiziki nə də psixoloji. Əgər cəzalandırmaqla bağlı tərəddüdünüz varsa – cəzalandırmayın. Bir dəfəyə – yalnız bir cəza. Cəza ciddi ola bilər, lakin bütün səhvlərə görə bir dəfə. Məhəbbətlə cəzalandırma – Nə olursa, olsun övladınızı valideyn sevgisindən məhrum etməyin.   Gecikmiş cəzadansa cəza verməsəniz yaxşıdır. Necə deyərlər, “Arxadan atılan daş topuğa dəyər”.  Cəzalandınsa – bağışlandın. Əgər uşaq bağışlandığını hiss etməsə, daim özünü günahkar hiss edəcək. Uşağı alçatmayın. Belə olan halda o hesab edir ki, siz ədalətsizsiniz və cəza əks-təsir göstərə bilər. Əgər övladlarınızda özünə inam əskikliyi və ya özünə inamın aşırılığını müşashidə edərsinizsə, mütləq uşaq psixoloquna müraciət edin. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Paylaşıldı: 20.08.2018

HT2 HT
5407
katarakta mirvari suyu

Katarakta (Mirvari suyu)

Katarakta nədir? Katarakta – göz bülluru şəffaflığının pozulması deməkdir və yaşı 55-dən yuxarı olan insanlar arasında ən geniş yayılmış göz xəstəliyidir. Bu zaman insan əşyaların konturunu aydın görmür.   Göz bülluru – işıq şüalarını keçirən və sındıran təbii linzadır. Büllur göz almasının daxilində qüzeyli qişa və şüşəvari cism arasında yerləşir. Normada büllur şəffaf olur, lakin katarakta zamanı onun qismən və ya tamamilə bulanması baş verir, onun şəffaflığı azalır və gözə işıq şüalarının yalnız bir qismi düşür, ona görə də görmə zəifləyir və insan əşyaları qeyri-dəqiq və yayılmış görür. Adətən, katarakta yuxarı yaşlarda inkişaf edir və buna aşağıdakılar səbəb olur: Orqanizmdə yaşlanma ilə bağlı dəyişikliklər; Endokrin pozuntuların olması (maddələr mübadiləsinin pozulması, şəkərli diabet və s.); İrsi meyillilik; Göz travmaları; Əlverişsiz ekoloji mühit; Dərman preparatlarının uzun müddət qəbul olunması; Kataraktanın anadangəlmə, travmatik, şüa kataraktası, yaşla bağlı katarakta kimi növləri var. Bunlar arasında ən geniş yayılmışı yaşla bağlı kataraktadır. Bundan heç kim sığortalanmayıb. Kataraktanın bu növünə yaşı 80-dən yuxarı olan insanların demək olar ki, hamısında bu və ya digər formada rast gəlinir.    Anadangəlmə katarakta Anadangəlmə katarakta bütün anadangəlmə göz orqanları defektlərinin yarıdan çoxunu təşkil edir. Buna metabolik pozuntular, anada şəkərli diabet, hamiləliyin birinci trmesterində ananını infeksion xəstəliklər keçirməsi səbəb ola bilər. Burada başlıca məsələ kataraktanın erkən diaqnozlaşdırılmasıdır. Əgər büllurdakı bulanıqlığın lokalizasiyası və ölçüləri düzgün görməyə əngəl törətmirsə, bu cür katarakta cərrahi müdaxilə tələb etmir. Lakin bulanıqlıq işıq şüalarının torlu qişaya, mərkəzi görməyə daxil olmasına mane olursa, bu maneəni tezliklə aradan qaldırmaq lazımdır ki, uşağın görməsi düzgün inkişaf etsin. Bu cür müdaxilələr hətta uşaqların 3 aylığından belə həyata keçirilir. Şüa kataraktası istilik (infraqırmızı) şüalar, elektrik cərəyanı və ionlaşdırıcı radiasiyanın təsiri nəticəsində yaranır. İnfraqırmızı şüaların təsiri ilə yaranan kataraktada bulanmalar, əsasən, büllurun arxa qütbündə baş verir. Travmatik kataraktada büllur kapsulunun bütövlüyünün pozulması büllurun bulanmasına səbəb olur. Belə ki, büllur lifləri kamera mayesi ilə birləşərək şişir və bulanır. Əksər hallarda kapsulun bütövlüyü pozulduqda sürətli bulanma nəticəsində tam katarakta inkişaf edir. Büllurun mexaniki zədələnməsi zamanı kontuziyon katarakta və onun yüngül forması fossiusun yaranır. Bu problem qüzehli qişanın arxa səthinin bəbək nahiyəsində büllurun ön kapsulu ilə təması nəticəsində yaranır. Kataraktanın əlamətləri Kataraktanın əlamətləri aşağıdakılardır: Görmənin dumanlnması, əşyalar sanki nazik pərdə arxasından görünməsi; Gecə görməsinin pisləşməsi; Parlaq işığa qarşı həssaslığın artması; Gözlərin önündə sayrışmalar, ştrix və ləkələrin əmələ gəlməsi; Kiçik şriftləri oxuyarkən və ya tikişlə məşğul olarkən zamanı çətinliyin yaranması; Gözlərdə ikiləşmə; Görmə obyektlərinin konturlarının dəyişməsi. Kataraktanın diaqnostikası Bəzi insanlar kataraktanı digər göz xəstəlikləri, məsələn yaşla bağlı uzaqdangörmə ilə səhv salırlar. Dzgün diaqnozu yalnız həkim-oftalmoloq qoya bilər. Müasir diaqnostik avadanlıqlar kataraktanı hətta erkən mərhələdə aşakara çıxarmağa imkan verir. Katarakta – geridönməz prosesdir və vaxtında müdaxilə olunmazsa, görmənin itirilməsinə səbəb ola bilər. Xəstəlik hətta ilkin mərhələlərdə normal görməyə mane olur və diskomfort yaradır. Büllurun şəffaflığı azaldıqca o, bərkiməyə başlayır. Müvafiq olaraq, yüklənmə   gözün bütün daxili sistemində  dəyişikliklər yaradır. Tədricən büllur nəinki bulanıqlaşır, həmçinin onun ölçüləri böyüyür və bu da gözdaxili təzyiqə gəririb çıxarır. Müvafiq müdaxilə edilmədiyi halda vəziyyət ağırlaşa və qlaukoma yarana bilər. Kataraktanın müalicəsi Kataraktadan birdəfəlik qurtulmağın və görməni bərpa etməyin yeganə yolu cərrahi müdaxilədir. Əməliyyat zamanı gözün təbii bülluru süni, yüksəktexnoloji intraokulyar linza ilə əvəz olunur.   Mövzu ilə bağlı video:     © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Paylaşıldı: 18.08.2018

uşaqlarda piylənmə səbəbləri

Uşaqlarda piylənmə

Uşaqlarda piylənmə nədir? Uşaqlarda piylənmə - uşağın faktiki bədən kütləsinin yaş normativini 15% və daha çox aşmasıdır. Bədən kütləsi indeksi isə ≥30-dur. Uşaqlar arasında piylənmənin artması epidemik şəkildə yayılır və bu, pediatr və uşaq endokrinoloqlarından problemə ciddi yanaşma tələb edir. Böyük yaşlı insanların 60 %-də çəki ilə bağlı problem uşaq və yeniyetməlik yaşlarından başlayır. Uşaqlarda piylənmənin inkişaf etməsi gələcəkdə ürək-damar, endokrin, metabolik, reproduktiv patologiyalara, həmçinin həzm traktı və dayaq-hərəkət aparatı xəstəliklərinə səbəb ola bilər. Uşaqlarda piylənmənin yaranma səbəbləri Uşaqlarda piylənmənin təbiəti polietiolojidir: onun inkişafında həm genetik, həm də mühit faktorlarının rolu var. Bütün hallarda uşaqlarda piylənmənin əsasında energetik disbalans dayanır, yəni orqanizmin qəbul etdiyi enerji israf etdiyi enerjidən çox olur. Məlumdur ki, hər iki valideyn piylənmədən əziyyət çəkərsə, bu pozuntunun uşaqda rastgəlmə tezliyi 80%, problem yalnız anadadırsa – 50%, təkcə atadadırsa – 38% təşkil edir. Doğuş zamanı bədən kütləsi normadan artıq olan uşaqlar (4 kq-dan artıq) risk qrupuna aiddirlər. Südəmər körpələrdə piylənmə yüksəkkalorili qarışıqların həddindən artıq yedirdilməsindən əmələ gələ bilər. Anamnestik göstəricilərə görə, uşaqların çoxunda piylənmə qida rejiminin pozulması və fiziki aktivliyin azalması fonunda baş verir. Adətən artıq bədən kütləsi və piylənməsi olan uşaqların rasionunda yüngül karbohidratlar (un məmulatları, şirniyyat və s.) və heyvan mənşəli piylər (fast-fud), şirin içkilər (şirələr, qazlı sular) üstünlük təşkil edir. Ən acınacaqlısı isə odur ki, bütün bunların fonunda uşaqlar azhərəkətli həyat tərzi sürür (aktiv oyunlar oynamır, idmanla məşğul olmur, bədən tərbiyəsi dərslərinə getmirlər), vaxtlarının çoxunu televizor və kompüter arxasında keçirirlər.    Uşaqlarda piylənmənin əlamətləri Uşaqlarda piylənmənin əsas əlaməti dəri altında piy hüceyrələri qatının artmasıdır. Erkən yaşlı uşaqlarda piylənmənin ilkin əlamətləri kimi hipodinamiyanı, hərəki vərdişlərin formalaşmasının ləngiməsini, qəbizliyə, allergik reaksiyalara, infeksion xəstəliklərə meyilliliyi göstərmək olar. Alimentar piylənmə zamanı uşaqların qarın, çanaq, sinə, kürək, üz, yuxarı ətraf nahiyələrində artıq piylər yaranır. Məktəb yaşlarında belə uşaqlarda təngənəfəslik, fiziki yüklənməyə tolerantlığın azalması, arterial təzyiqin artması müşahidə olunur. Uşaqlarda ikincili piylənmə aparıcı xəstəlik fonunda və sonuncunun tipik simptomları ilə uzlaşır.   Kuşinqoid piylənməsinin (İtsenko-Kuşinq sindromu zamanı) xarkterik cəhətləri qarın, üz və boyun nahiyələrində piy qatlarının yaranmasıdır, lakin bu zaman aşağı ətraflar arıq qalır. Qızlarda pubertat dövrdə amenoreya və qirsutizm müşahidə edilir. Uşaqlarda piylənmənin ağırlaşmaları Uşaqlarda piylənmə bir sıra ağırlaşmalar yaradır. Onlara misal kimi aşağıdakıları göstərmək olar: Ateroskleroz; Hipertoniya xəstəliyi; Stenokardiya; 2-ci tip şəkərli diabet; Xroniki xolisistit; Pankreatit; Qəbizlik; Hemoroy. Sümük-əzələ sisteminə düşən ağırlığın artması nəticəsində skolioz, artralgiya, artroz, yastıpəncəlik və s. inkişaf edə bilər. Uşaqlarda piylənmənin müalicəsi Piylənmədən əziyyət çəkən uşaqlara tibbi yardım onların bədən kütləsinin aşağı salınmasından, yanaşı xəstəliklərin müalicə olunmasından, alınan nəticənin saxlanmasından və artıq çəkiyə qarşı profilaktik tədbirlərin görülməsindən ibarətdir. Piylənmədən əziyyət çəkən uşaqlara iqlorefleksoterapiya, hidroterapiya, psixoterapiya göstərişdir. Bundan başqa, uşaq endokrinoloqu, uşaq kardioloqu, uşaq qastroenteroloqu, uşaq ortopedi, neyrocərrah və uşaq psixoloqunun dəstəyi də tələb olunur.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Paylaşıldı: 17.08.2018

ürəyin sağlamlığını necə qorumalı

Ürəyin sağlamlığını necə qorumalı?

Kardioloqlar ürək-damar xəstəliklərini inkişaf etdirən bir neçə risk faktorunu qeyd edirlər. Buraya emosional gərginlik, azhərəkətlilik, piylənmə, siqaret çəkmək, həddindən artıq duz istifadəsi, alkohol, qeyri-düzgün qidalanma aiddir. Bütün bunlar ürək və damarlara düşən yükün artmasına səbəb olur, nəticədə isə təzyiqin yüksəlməsi, ürəyin işemik xəstəliyi, damarların aterosklerozu yaranır. Ürək və damarlarınızın sağlamlığını qorumaq üçün bəzi tövsiyələri diqqətinizə çatdırmaq istərdim: Arterial təzyiqi nəzarətdə saxlayın. Sağlam insan bunu ildə bir dəfə etməlidir. Əgər təzyiq artıq yüksəlmişsə, onu ayda bir dəfə ölçmək lazımdır. Normal arterial təzyiq – 120/80 mm.c.s hesab olunur. Siqareti tərgidin. Dünya Səhiyyə Təşkilatının ekspertləri müəyyənləşdiriblər ki, miokard infarktının yaranma riski çəkilən siqaretlərin sayından birbaşa asılıdır. Düzgün qidalanın. Qida qəbulu müntəzəm, yağın və duzun miqdarı normal olmalıdır. Yağlı qida – “ziyanlı” xolesterin mənbəyidir, bu isə damarlarınızı tıxayır və normal qan dövranını əngəlləyir. Daha çox hərəkət edin. Hamıya məlumdur ki, hərəkət – həyatdır. Təmiz havada çox vaxt keçirin, gəzin (3-5 km-dən az olmayaraq), velosiped sürün, rəqs edin, idmanla məşğul olun. Normadan artıq olmayan fiziki yüklənmə ürək əzələsini möhkəmləndirir. Çəkinizi nəzarətdə saxlayın. Piylənmə zahiri görkəmi korlamaqla yanaşı, həm də təhlükəlidir. Kök insanların ürəyi əlavə yüklənmə ilə işləməyə məcburdur və bu, nəticə etibarilə sadəcə, “mühərrikin” gücünün tükənməsinə səbəb ola bilər. Qanda xolesterinin səviyyəsini müntəzəm olaraq yoxlayın. “Ziyanlı” xolesterin orqanizmdə həll olunmur, toplanır və damarları daraldır. Bu isə infarkt və ya işemik insulta səbəb ola bilər. Əsəblərinizi qoruyun. Stres nəyinki sinir hüceyrələrini, həmçinin ürəyi də öldürür. Emosional gərginlik ürəyi daha aktiv işləməyə və 3-5 dəfə artıq qan qovmağa vadar edir. Daha çox şənlənin – gülmək ürək xəstəlikləri riskini azaldır. 40 yaşdan sonra qanda şəkərin miqdarını müntəzəm olaraq yoxlayın. Şəkərli diabet ürək-damar xəstəliklərinin yaranması ilə nəticələnə bilər. Stimullaşdırıcı içkiləri məhdudlaşdırın. Buraya kofe (günə 4 fincandan artıq olması məsləhət deyil), energetik kokteyllər və kofein tərkibli digər içkilər aiddir. Bütün bu içkilər normadan artıq qəbul edildikdə, ürəyin çox böyük sürətlə işləməsinə, nəticədə onun resurslarının vaxtından əvvəl sərf olunmasına gətirib çıxarır. Dişlərinizə nəzarət edin. Sübut olunub ki, diş ağrısının ürəyə də mənfi təsiri var. Ağız boşluğundakı bakteriyalar isə ürək xəstəliklərinin yaranma riskini artırır. Unutmayın ki, ürək nahiyəsində xoşagəlməz hisslər yaranarsa, yubanmadan həkim-kardioloqa müraciət etmək lazımdır.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Paylaşıldı: 16.08.2018

uşaqlarda laringit inaq

Uşaqlarda laringit (İnaq)

Uşaqlarda laringit nədir? Uşaqlarda laringit – qırtlağın selikli qişasını və səs tellərini əhatə edən iltihabi prosesdir. Laringitə əsasən, erkən və məktəbəqədər yaş dövründə olan uşaqlarda rast gəlinir. Pediatriyada laringitə 2 yaşa qədər kəskin respirator xəstəlikli uşaqların 34%-də rast gəlinir. Uşaqlarda laringit adətən, traxeit və bronxitlə yanaşı gedir. Laringit fonunda uşaqlarda yuxarı tənəffüs yollarnın kəskin obstruksiyası inkişaş edə bilər ki, bu da təxirəsalınmaz yardım tələb edir. Beləliklə, aydın olur ki, laringit heç də yngül xəstəlik deyil və valideynlər, pediatr, eləcə də uşaq otalarinqoloqlarından ciddi yanaşma tələb edir. Uşaqlarda laringitin səbəbləri Uşaqlarda laringitin inkişafı infeksion, allergik, konstitusional, psixo-emosional və digər faktorlarla əlaqədar ola bilər. Ədətən, uşaqlarda laringit virus təbiətli olur və qrip, sadə herpes, qızılca, adenovirus və başqaları tərəfindən törədilir. Uşaqlarda bakteriya etiologiyalı laringitlərə daha az rast gəlinir, lakin onların gedişatı daha ağır olur. Belə hallarda törədici qismində b tip hemofil çöpü, stafilokokk, pnevmokokk, A qrup hemolitik streptokokk, Borde-Janqu çöpü və s. çıxış edir. Difterya əleyhinə vurulan peyvəndlərin syəsində difteriya laringitinə çox nadir hallarda rast gəlinir. Uşaqlar laringitdən əsasən, soyuq aylarda əziyyət çəkirlər. Buna soyuqdəymə, burun tənəffüsünün pozulması, hipovitaminoz, immunitetin zəifləməsi, rinit, faringit, adenoidit, tonzillit səbəb ola bilər. Limfatiko-hipoplastik datezli uşaqlar laringitə daha meyillidirlər. Uşaqlarda laringitin simptomları Kəskin laringitin kliniki əlamətləri kəskin respirator virusa yoluxmadan 2-3 gün sonra inkişaf etməyə başlayır. Uşaq halsızlıqdan, qırtlaqda ağrıdan, boğazda qıcıqlanmadan şikayət edir. Hərarətin yüksəlməsi (37.5C-yədək), baş ağrısı, tənəffüsün itiləşməsi və çətinləşməsi qeydə alına bilər. Laringit zamanı uşağın səsi qəfildən dəyişir: zəifləyir və ya itir, xırıltılı olur – disfoniya və ya afoniya inkişaf edir. Quru, 3-4 gün sonra nəm öskürək müşahidə edilir, bəlğəm ayrılır. Uşaqlarda ağırlaşmamış kəskin laringit adətən, 5-10 gün davam edir. Xroniki laringitə yuxarı yaşlı uşaqlarda rast gəlinir. Xarakterik xüsusiyyətləri keçici və ya dayanıqlı disfoniya, səs yüklənməsi zamanı halsızlıq, boğazda qıcıqlanma, reflektor öskürəkdir. Laringitin kəskinləşməsi zamanı bu əlamətlər güclənir. Uşaqlarda laringitin diaqnostikası Laringit diaqnozu qoymaq üçün anamnez göstəriciləri və kliniki mənzərə kifayətdir. Uşağın xüsusi otolarinqoloji müayinəsinə farinqoskopiya, rinoskopiya, otoskopiya, limfatik boyun düyünlərinin palpasiyası aiddir.   Laringitin instrumental diaqnostikasında başlıca üsul larinqoskopiyadır. Bu zaman hiperemiya, şişkinlik, qırtlağın selikli qişasına petexial qansızmalar, səs fonasiyası zamanı səs büküşlərinin qalınlaşması və tam qapanıb-qapanmamsı müəyyənləşdirilir. Uşaqlarda laringitin müalicəsi Uşaqlarda laringitin terapiyası müalicəvi-qoruyucu tədbirlərdən – yataq rejimi, səs sakitliyi, temperatur komfortu, nəmliyin normallaşdırılmasından ibarətdir. Bundan başqa pəhriz gözlənilməli, soyuq, isti sular, qıcıqlandırıcı qidalar, qazlı sular rasiondan çıxarılmalıdır. Laringit zamanı ilıq qələvi mayelərin qəbulu, boyun nahiyəsinə sarğıların, isidici kompreslərin qoyulması, dərman inqalyasiyaları, xardal kağızlarının (qoriçnik) qoyulması yaxşı müalicəvi effekt verir. Bundan başqa, uşaqlara fizioterapevtik prosedurlar (ultrasəs tezlikli terpiya, qırtlaq nahiyəsinə elektrofarez, mikrodalğa terapiyası, fonoforez və s.) təyin edilir. Uşaqlarda laringitin medikamentoz müalicəsi virus əleyhinə və ya mikrob əleyhinə, bəlğəmgətirici və öskürək əleyhinə vasitələrlə həyata keçirilir. Larngit zamanı yerli antiseptik təsirə malik preparatlardan da geniş istifadə olunur.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Paylaşıldı: 16.08.2018

HekimTap Pro
24113
öd daşı xəstəliyi

Öd daşı xəstəliyi

Öd daşı xəstəliyi nədir? Öddə daşların yaranmasına iki əsas faktor təsir göstərir: ödün öd kisəsində durğunluğu və maddələr mübadiləsinin pozulması sayəsində öddə duzların konsentrasiyasının artması. Öd daşı xəstəliyi - öd kisəsi və ya öd yollarında daşların əmələ gəlməsi ilə xarakterizə olunan xəstəlikdir. Öd daşları xəstəliyi kifayət qədər gniş yayılımış patologiyadır. Bir qayda olaraq, ondan böyük yaşlı insanlar, xüsusən də artıq çəkili qadınlar əziyyət çəkirlər. Avropa və Amerikada öd kisəsi xəstəliyi  qadınların 1/3-də, kişilərin isə ¼-də rast gəlinir. Öd daşı xəstliyinin yaranma səbəbləri Öd daşı xəstliyinin yaranmasına aşağıdakı faktorlar təkan ola bilər: Həddindən artıq yemək, aclıq, qeyri-müntəzəm qidalanma; Azhərəkətli həyat tərzi, xüsusən də oturaq iş; Hamiləlik; Hormonal kontraseptivlərin qəbul edilməsi; Piylənmə; Öd yollarının diskeneziyası; Mədəaltı vəzi xəstəlikləri. Öd kisəsində daşların yaranması kiçik öd hissəciklərinin çökməsi nəticəsində baş verir. Daşların böyük qismi xolesterin, bilirubin (öd piqmenti) və kalsium duzlarından ibarətdir. Onlar isə öd kisəsinin normal fəaliyyətinə mane olur. Bəzən silkələnmə hərəkərləri, həddindən artıq yemək yedikdə və digər faktorlar nəticəsində daş öd kisəsindən çıxaraq, öd yolunu tutur. Nəticədə ödün öd kisəsindən axını pozulur, onun divarları dartılır və insan şiddətli ağrı hiss edir. Bu, öd kisəsinin iltihabına – kəskin xolesistitə gətirib çıxara bilər. İltihab həmçinin, yaxın orqanlara– mədəaltı vəziyə, onikibarmaq bağırsağa, mədəyə də yayıla bilər. Öd daşı xəstliyinin simptomları Daşlar öd yolarında deyil, öd kisəsində yerləşərkən xəstə bundan xəbərsiz də ola bilər. Xəstəliyin yaranmasından şübhələnməyə əsas verən əlamətlər bunlardır: sağ qabırğa altında ağrılar, ağızda acılıq, ürəkbulanma və gəyirmə. Bəzən daş öd kisəsindən çıxaraq öd yollarına düşür və bu zaman sağ qabırğa altında və ya qarının yuxarı hissəsində ağrı tutmalar yaranır. Ağrı sağ körpü sümüyünə, sağ qola və ya kürəyə irradiasiya edə bilər. Bu zaman ağızda acılıq, öyümə və qusma yaranır və bütün bunlar yüngülləşmə vermir. Əgər daş öd yollarından keçib onikibarmaq bağırsağa düşərsə, ağrı tutması özü keçir, daş isə nəcis vasitəsilə oranizmdən xaric olunur. Öd daşı xəstliyinin diaqnostikası Öd daşı xəstliyinin ağırlaşmamış formasının diaqnostika və müalicəsi ilə həkim-qastroenteroloq məşğul olur. Diaqnoz xəstənin şikayətləri və əlavə müayinələr vasitəsilə qoyula bilər. İlk növbədə xəstənin qarın boşluğu orqanlarının USM müayinəsi aparılır. Daha ağır vəziyyətlərdə kontrast maddənin daxil edilməsi ilə (ağız və ya damardaxili) rengenoloji müayinə - xolosistoxolagioqrafiya tələb oluna bilər. Kontrast maddə həmçinin, bilavasitə xüsusi nazik iynə və ya endoskop vasitəsilə öd yollarına da daxil edilə bilər.   Öd daşı xəstliyinin müalicəsi Öd daşı xəstəliyinin müalicəsi terapevtik və cərrahi yolla aparılır. Bir qayda olaraq, müalicəyə terapevtik üsulla aşağıdakı qaydada başlanılır. Pəhriz. Yağlı, qızardılmış yeməklər, qazlı içkilər istisna olmaqla, 4-6 dəfəlik qida qəbulu tövsiyə olunr.Hisə verilmiş, yağlı ətlər, qıcıqlandırıcı ədvalar, alkoqollu içkilər rasiondan çıxarılır. Bitki tərkibli qidalar və süd məhsulları məsləhət görülür. Öd kisəsindəki daşların xüsusi preparatlar vasitəsilə əridilməsi. Ekstrakorporal dalğalı zərbə litotripsiyası – daşalrın zərbə dalğası vasitəsilə dağıdılması. Əksər hallarda cərrahi müdaxilə göstərişdir. Bu zaman öd kisəsi xaric edilir. Əməliyyat iki üsulla aparılır: Klassik xolesistektomiya: əməliyyat zamanı qarında kifayət qədər enli kəsik aparılır. Əməliyyatdan sonra 10-12 sm uzunluqda tikiş qoyulur. Laparoskopik xolesistektomiya: kiçik dəliklərdən (1 sm-dək) qarın boşluğuna daxil edilən xüsusi alətlər vasitəsi ilə həyata keçirilir. Əməliyyatdan sonra demək olar ki, iz qalmır. Əməliyyatın növünü pasiyentin vəziyyətinin ağırlığından, yanaşı xəstəliklərin olub-olmamsından asılı olaraq cərrah müəyyənləşdirir. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Paylaşıldı: 15.08.2018

Климактерический синдром
 hekimtap.az

Климактерический синдром

Климактерический синдром – что это? Климактерический синдром — это комплекс патологических (ненормальных) проявлений, которые наблюдаются у женщины в период угасания репродуктивной (детородной) функции. Период угасания репродуктивной функции (климактерический период, пре- и постменопауза, климакс) обычно начинается у женщин старше 45-47  лет. Этот этап характеризуется постепенным снижением функции и уменьшением размеров яичников (женских половых желез), прекращением менструаций (ежемесячных маточных кровотечений, связанных с физиологическим отторжением эндометрия — внутреннего слоя слизистой оболочки матки), уменьшением размеров матки. Климактерический синдром связан с изменением гормонального баланса в организме женщины, главным образом, со снижением активности женских половых гормонов. Длительность климактерического синдрома — от 1,5 до 10 лет (в среднем 2-5 лет). Выраженность симптомов различна и зависит от индивидуальных особенностей женщины. Причины климактерического синдрома В период климакса изменения происходят во всем организме: снижается иммунная защита, повышается частота аутоиммунных и инфекционных болезней, прогрессируют процессы старения. Но наиболее активным изменениям при климаксе подвергается половой аппарат женщины. При климаксе в яичниках прекращается развитие фолликулов, перестают созревать и овулировать яйцеклетки, происходит снижение внутрисекреторной деятельности. Фолликулы в яичниках замещаются соединительной тканью, что ведет к склерозированию и уменьшению яичников в размерах. Гормональная картина при климаксе характеризуется повышением уровня гонадотропных гормонов (фолликулостимулирующего и лютеинизирующего) и снижением уровня эстрогенов. В течение года после наступления менопаузы возрастание уровня фолликулостимулирующего гормона происходит в 13-14 раз, лютеинизирующего - в 3 раза с последующим некоторым снижением. В период климакса изменения при синтезе эстрогенных гормонов заключаются в прекращении выработки эстрадиола и преобладании эстрона. Эстрогены оказывают биологическое воздействие на матку, молочные железы, уретру, мочевой пузырь, влагалище, мышцы тазового дна, клетки мозга, артерий и сердца, кости, кожу, слизистые оболочки конъюнктивы, гортани, рта и т.д., и их дефицит в период климакса может вызывать различные расстройства в этих тканях и органах. Симптомы климактерического синдрома На развитие и тяжесть течения менопаузального синдрома влияют гормональные, средовые, наследственные факторы, общее состояние женщины к периоду климакса. Вегетососудистые (вазомоторные) симптомы при патологическом течении климакса отмечаются у 80% женщин. Они характеризуются внезапными «приливами» с резким расширением капилляров кожи головы, лица, шеи, грудной клетки, повышением локальной кожной температуры на 2-5°С, а температуры тела – на 0,5-1°С. «Приливы» сопровождаются чувством жара, покраснением, потоотделением, сердцебиением. Состояние «приливов» длится 3-5 минут с повторяемостью от 1 до 20 и более раз в сутки, усиливается в ночное время, вызывая расстройство сна. Легкая степень вазомоторных расстройств при климаксе характеризуется количеством «приливов» от 1 до 10 в сутки, средняя – от 10 до 20, тяжелая – от 20 и более в сочетании с другими проявлениями (головокружением, депрессией, фобиями), ведущими к снижению трудоспособности. Лечение климактерического синдрома Заместительная гормональная терапия половыми гормонами: прием эстрогенов (женских половых гормонов), как правило, назначается при климактерическом синдроме женщинам, у которых матка удалена; прием гестагенов (женских половых гормонов) чаще назначается женщинам с эндометриозом (заболевание, при котором ткань слизистой оболочки матки (эндометрий) разрастается за пределами ее внутреннего слоя и подвергается ежемесячным циклическим изменениям, формируя эндометриоидные кисты (очаги) — полости, заполненные жидким содержимым) или маточными кровотечениями (не менструальными); прием комбинированных препаратов: эстрогенов с гестагенами для остальных женщин. Фитотерапия растительными гормонами (фитогормонами), которые содержатся в бобовых, финиках, гранатах, семенах подсолнечника, клевере, капусте, зерновых, семенах льна, орехах, вишне, яблоках, чесноке, моркови и др. Этими продуктами обогащают диету и принимают их в виде лекарственных фитосредств.   © Использование материалов разрешено только при наличии активной ссылки на источник. https://hekimtap.az

Paylaşıldı: 15.08.2018

Spinner