günəş keratozu aktenik keratoz

Günəş keratozu (aktenik keratoz)

2015
Müəllif: Dermatoloq Surxay Allahverdiyev

Paylaşıldı: 11.09.2018
HekimTap Pro

Günəş keratozu  – ümumi məlumat

Günəş şüaları orqanizm üçün çox vacib olub, D vitamini mənbəyi hesa edilir. Lakin şüaların artıqlığı bir çox fəsadlar yarda bilər. Onlardan biri də günəş keratozudur.

Gülnəş keratozu uzunluğu 280-320 nm olan şüaların uzunmüddətli və daimi təsirindən əmələ gəlir. Bu zaman patoloji dəyişikliklər tez yaranmır, 10-20 il ərzində heç bir dəyişiklik verməyə də bilər. Xəstəlik adətən 55-65 yaşlarında rast gəlinir.

Ultrabənövşəyi şüalar dərinin genetik materialını tədricən dəyişir. Nəticədə atipik - anaplastik, yəni funksiyaları qeyri-müəyyən olan hüceyrələr yaranır. Atipik hüceyrələr normal epidermisi əvəz edir, bu isə dərinin buynuzlaşma mexanizmini pozur - o,bərk və quru olur. 

Əlverişli şəraitdə anaplastik hüceyrələr bazal membrana daxil olur və epidermisi dermadan ayırır. Bu zaman keratozun karsinomaya keçmə ehtimalı  (0.1 %) yaranır.   

Günəş keratozunun yaranma səbəbləri

Günəş keratozunu yalnız intensiv günəş şüaları yaradır. Onun yaranmasını  və gedişatını proqnozlaşdırmaq mümkün deyil.

Risk faktorlarına aiddir:

  • Günəş istiliyi çox olan iqlim - dağ, Cənub;
  • Günəş yanıqlarının çox miqdarda olması;
  • Peşə ilə bağlı uzun müddət günəş şüaları altında qalmaq;
  • Genetik meyillilik;
  • Bəzi dərman preparatları və s.
  • Stres və həyəcan.

Günəş keratozunun əlamətləri

  • İlkin əlamət dairəvi və ya oval ləkə, o qabıqlanır;
  • Bu ləkələr üzərindəki qabıqlar çətinliklə qopur. Dəridən ayrılmış qabıqlar altında atrofiya ləkəsi və ya eroziya müşahidə olunur. 
  • Bəzən keratoma tünd-qəhvəyi rəng ala bilir. Belə hallarda onu ziyillərdən seçmək çətindir.

Günəş keratozunun diaqnostikası

Keratozu differinsasiya etmək üçün mikroskopik müayinədən istifadə edilir.

Başlıca metod biopsiyanın histoloji müayinəsi hesab olunur. Bu müayinə metodu xəstəliyə dair maksimum informasiya verir və düzgün müalicə taktikası seçməyə imkan yaradır.

Günəş keratozunun müalicəsi

Günəş keratozunun medikamentoz müalicəsi mövcud deyil. Xəstəliyin müalicəsi keratozlu nahiyələrin kənarlaşdırılmasından ibarətdir. Xalq təbabəti vasitələrinin yanaşı istifadəsi daha yaxşı effekt verir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az