üst və alt göz qapaqları estetikası blefaroplastika

Üst və alt göz qapaqları estetikası (blefaroplastika)

3010
Müəllif: Plastik-estetik cərrah Nəzmin Musayeva

Paylaşıldı: 10.09.2018
Nəzmin Musayeva

Göz qapaqları fərqli səbəblərdən sallanıb, torbalana bilər. Bu səbəblər yaşlanma, bəzən ailədən gələn irsi vəziyyətlər və gözlərin çox yorulması kimi sıralana bilər. Bəzən dəri cazibə qüvvəsinə bağlı sallanıb bollaşa bilər.

Göz qapağı əməliyyatı üst və alt göz qapağına tətbiq olunan estetik cərrahi əməliyyatdır. Edilən bu əməliyyat ilə üst və alt göz qapaqlarında olan artıq dəri və yağ toxumaları əzələ toxuması ilə birlikdə çıxarılır. Yaxşı planlanmış olan bir göz qapağı əməliyyatı xəstəyə daha gənc bir görünüş qazandırır. Nəticələri illərlə qalıcı olan sağlam və gənc baxışlar təmin edər.

Göz qapağı əməliyyatını kimlər oluna bilər?

Göz qapağı əməliyyatı ehtiyacı ola pasiyentə uyğun görülür. Əvvəlcə həkiminizlə danışmaqda fayda var. Tiroid xəstəliyi, yüksək təziq və gözlərin nəmlənməsi üçün kifayət qədər göz yaşı olmayan xəstələrin bu vəziyyəti əvvəlcədən həkimə bildirməyində fayda var. 

Göz qapağı əməliyyatı üz gərmə və qaş qaldırma kimi digər üz cərrahi əməliyyatları ilə birlikdə də oluna  bilər.

Göz qapağı əməliyyatına ən uyğun namizədlər sağlam, psixoloji baxımdan stabil və 35 yaşın üzərində olanlardır.

Göz qapağı əməliyyatı necə olunur?

Göz qapağı əməliyyatı ümumiyyətlə 1-3 saat arasında davam edər. Göz qapağı əməliyyatıda edilən kəsiklər üst və alt göz qapaqlarının təbii qıvrım xətlərində yerləşdirilir. Kirpiklərin 1 mm altından üfüqi olaraq edildiyi üçün əməliyyat izi heç bilinmir. Üst göz qapağında isə qıvrıma xəttində olduğu üçün iz görünməz. Başlanğıcda çəhrayı rəngdə olan göz qapağı əməliyyatı izi zamanla rəngi açılır və dəri rənginə çevrilir.

Göz qapağı əməliyyatı yerli anesteziya altında həyata keçirilir.

Tipik bir kəsiklə, həkiminiz göz qapaqlarının təbii xətlərini təqib edən kəsiklər edərək lazımlı görülən yağ toxumasını çıxardar və artıq olan toxumanı altdakı çuxur bölgəyə yayaraq düzgün görüntü əldə edə bilər. Çox olan əzələ və dəri toxumasını da kəsər. Əməliyyatın sonunda kəsiklər çox incə sütür saplarla tikilir.

Göz qapağı əməliyyatında sağalma müddəti nə qədərdir?

Göz qapağı əməliyyatı əsnasında verilmiş olan anesteziyanın təsiri keçdikdən sonra dəridə yaranan gərginlik hissi narahatlıq verə bilər. Əməliyyat sonrası pasiyentlərdə bir neçə gün göyərmələr və şişlik meydana gələ bilər, yaxşılaşması bir ilə dörd həftə davam edə bilər. Eyni şəkildə ilk bir neçə həftə içində işığa həssaslıq, bulanıq ya da cüt görmə, çox göz nəmlənməsi kimi əlamətlər görülə bilməkdədir. Yaxşılaşma müddətində yara izlərinə məlhəm vurulur.

Əməliyyat sonrası tikişlər 3-7 gün içərisində həkiminiz tərəfindən alınır. Pasiyent 10 günə kimi normal həyata geri dönə bilərlər. Gün işığından qorunmaq üçün günəş gözlüyü istifadə edə bilər.

Göz qapağı əməliyyatı keçirəcək olan pasiyentlərin əməliyyatdan əvvəl və sonra siqaret və spirtli içkilərdən uzaq durması tövsiyə edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az