Miqrenin osteopatiya ilə müalicəsi 

Miqrenin osteopatiya ilə müalicəsi

Gözəlləşmək üçün deyil, sağalmaq üçün... Miqren Nədir? Miqren tutmaşəkilli başağrısıdır. Başağrısı əhali arasında ən çox rast gəlinən xəstəliklərdən biridir. Həkimə müraciət edən hər 3-4 xəstədən birinin şikayəti başağrısıdır. Hardasa hər kəs həyatı boyu ən az bir dəfə başağrısı ilə rastlaşıb. Bu səbəbdən başağrısı hərkəsi maraqlandıran bir problemdir. Başağrılarının 200-dən çox növü bilinməkdədir. Başağrıları birincili (primer) və ikincili (sekonder) olmaqla iki böyük qrupa ayrılır. Birincili başağrılarından ən çox miqren, gərginlik tipli başağrısı və klaster  başağrıları daha çox rast gəlinir və əhali arasında tanınır. Ən çox həyat keyfiyyətimizi aşağı salan başağrısı miqrendir. Miqren orta və ağır dərəcəli, birtərəfli, pulsasiyaedici başağrıları olub fiziki aktivliklə pisləşir və ürəkbulanma, qusma, fotofobiya və fonofobiya kimi vegetativ simptomlarla müşayiət olunur. Ağrı tutması adətən 4-72saat davam edir və diaqnozun qoyulması üçün heç olmasa 5 atak təkrar olmalıdır. Təxminən, kişilərin  6-8%-i, qadınların isə 12-14%-i miqrendən əziyyət çəkirlər. Uşaqlarda miqren tutmaları qısa ola bilir (1-2saat)  və qarın ağrıları kimi simptomlarla müşayiət edilə bilir. Əksər insanlar aurasız miqrendən əziyyət çəkirlər. Miqrenin müalicəsi varmı? Bildiyimiz kimi miqren insanların həyat keyfiyyətini və gündəlik fəaliyyətini önəmli şəkildə əngəlləyə bilən bir xəstəlikdir. Miqren başağrılarına görə işə gedə bilməyən, universiteti donduran xəstələr gözardı edilə bilməz. İllərdən bəri miqren xəstələri ağrı həmləsi əsnasında və ya ağrının yaranmasının qarşısını almağa yönələn müxtəlif dərmanlar istifadə edirlər. Lakin son illərdə miqrenin müalicəsində osteopatiyanın tətbiqi miqren xəstələrinə ümid olmuşdur. Miqrendə  osteopatiyanın təsir mexanizmi nədir? İlk olaraq osteopatiyanın  miqren xəstələrində effektivliyi uzun illərdir uğurla tətbiq olunur.  Bildiyimiz kimi osteopatiyanın təsir sahəsi genişdir. Osteopatiya onurğa problemləri, qamət pozulmaları, artrozlar, kosmetoloji olaraq asimmetriyaların aradan qaldırılması, eyni zmanda boyun fəqərələrində əyriboyunluluq, spastik ifliclər, həddindən artıq tərləmə, sidik qaçırmaları və.s geniş istifadə edilir.Miqrenin patogenezində dayanan ağrı tutmaları doğuş zamanı boyun fəqərələrində yaranan travmaların illər sonra yaratdığı fəsadlardır. Arteriyaraların spazmı beynin sərt qişasının qıcıqlanmasına səbəb olur və bu özünü dözülməz ağrılarla göstərir.. Miqrendə osteopatiya necə tətbiq edilir? Ostepatiya zamanı boyun fəqərələri travmaları aradan qaldırılır, fəqərələrin və ümumi bədənin biomexanikası bərpa olunur. Pasient həftədə bir dəfə təkrarlanan osteopatiya proseduralarından sonra baş ağrılarından bir dəfəlik azad olur və həyat keyfiyyəti yaxşılaşır. Osteopatiya ilə müalicə tam ağrısız, ziyansız və həmişəlik ən effektiv  müalicədir.   Ağrıkəsicilərin qəbulu miqren ağrılarımızı pisləşdirir! Bir çox ölkələrdə olduğu kimi bizimdə əhali arasında həkim məsləhəti olmadan ağrıkəsicilərin istifadəsi kifayət qədərdir. Lakin bilməliyik ki öncələri ağrımızı kəsməsi üçün qəbul etdiyimiz ağrıkısicilər həftədə 3 dəfədən artıq qəbul etdikdə dözülməz və qarşısıalınmaz ağrılar şəklində bizə geri dönürlər. Ağrı kəsici dərmanlar orqanizmdə ağrı aparıcı yolları pozaraq ağrının xronikiləşməsinə, dərmanın həaddindən çox istifadəsinə bağlı başağrılarına gətirib çıxarır. Osteopatiya miqrenin müalicəsində tam ağrısız, təhlükəsiz və effektiv müalicə üsuludur.  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az

Paylaşıldı: 21.09.2017

Как похудел Мурад Ариф и набрал вес Джейхун Али. Секрет раскрыт.
 hekimtap.az

Как похудел Мурад Ариф и набрал вес Джейхун Али. Секрет раскрыт.

...

Каждый из нас индивидуален. Эта индивидуальность отражается не только в характере, образе жизни, поведении, но и во внешнем его виде. На всём Земном шаре невозможно найти двух людей с одинаковой фигурой и весом. Даже близнецы в какой-то степени отличаются друг от друга. И естественно, что похудение и набор веса происходит соответственно типу телосложения. Диетолог Лейла Зульфугарлы, составляющая диеты соответственно типу телосложения для похудения или, наоборот, для набора веса, разделяет эти телосложения на три типа – эктоморфический, мезоморфический и эндоморфический. 1. Эктомормический тип  – это люди худого телосложения. Это – люди, обладающие длинными нежирными мышечными волокнами. Узкоплечие. Такая фигура у них складывается у них с рождения, и отличаются всегда худобой. Эти люди характеризутся небольшой и нежной мышечной системой, нежирной мышечной массой, трудно поддающимся набору веса, сильным метаболизмом, ровной грудью и узкими плечами: «Люди, с эктомормическим телосложением, обладающие сильным метаболизмом, трудно набирают вес. Люди такого типа должны соблюдать высококалорийную диету и выбирать вид спорта, направленный для большой мышечной группы». Чтобы предупредить сгорание мышц во время сна, эктоморфы,  перед сном по предписанной норме должны правильно питаться. В пример,  Лейла Зульфугарлы привела телеведущего Джейхуна Али, обладающего таким типом телосложения. «Мы добились прибавки в 6 кг, благодаря специальному подсчету для типа телосложения Джейхуна Али и лечения некоторых физиологических органов в результате специально составленной диеты. В результате его телосложение приобрело более совершенный вид. То есть из эктоморфического типа мы преобразовали мезоморфический». 2. Мезоморфический тип  – это люди с идеальным типом телосложения,  обладающие сильной скелетной системой,  атлетической фигурой, о которой мечтает каждый из нас. Метаболизм у них относительной скорости, мышечная масса нежирная. Для них характерны атлетическое и твёрдое тело, скоростное сложение мышечной массы и,  в отличие от эктоморфов, скоростное ожирение тела: «Мезоморфы, лучше отвечающие на спортивные движения, быстрее развивают свои мышцы. В то же время, в отличие от эктоморфов, у этого типа людей быстро сжигается приобретённый жир и калории». 3. Эндоморфический тип – это тип людей, обладающий мягким телом и способностью скоростного ожирения. Эти люди с рождения расположены к ожирению. Между собой их называют «толстушками, пышками». У них медленный метаболизм и им с трудом удаётся худеть: «Из-за жира мышцы не могут быть твёрдыми. Эндоморф, способный со скоростью набирать вес, просто не воспринимает как мышцу. Чтобы не набирать вес, им надо всё время наблюдать диету, следить за приёмом пищи, активно заниматься физкультурой. Ярким примером такого телосложения является телеведущий, композитор и певец Мурад Ариф. В результате лечебной диеты в течение 3-х месяцев он сбросил 25 килограммов. Наряду с правильным питанием, занимаясь также и спортом, мы добились мезоморфического типа телосложения. Достигнутая цель Лейлы Зульфугарлы, то есть заполучение мезоморфического типа телосложения вместо эктоморфического и эндоморфического, не случайна. Для мужчины самым идеальным типом телосложения является мезоморфический. «Другой певец, Мурад Садыг, тоже относится к людям с эндоморфическим типом телосложения. Составив диетический режим, соответствующий именно этому типу, сидя в кресле, мы добились уменьшения его веса на 12 килограммов и приобрели эндо-мезоморфический тип телосложения». Таким образом, мы приходим к такому результату, что, определив тип телосложения, для достижения цели надо питаться соответственно своему типу телосложения. Идеального типа телосложения можно добиться только лишь соблюдая индивидуальную диету, соответствующую личному телосложению.

Paylaşıldı: 21.09.2017

düzgün pəhriz saxlamaq

Düzgün pəhriz saxlamağın yolları

Arıqlamaq istəyən insanlara tövsiyələr Arıqlamağı düşünənlər ilk öncə orqanizmlərini tanımalıdırlar. Dəb üçün deyil, özlərini sevdikləri üçün arıqlasınlar və bu prosesi həkim nəzarətində keçsinlər. Kilosunu qorumaq istəyənlər ağ çörək, şəkər yeməsinlər. Çörəklə kartof yemək olmaz. Gündə 5 pay az porsiya ilə qida qəbul etsinlər. Qara çay deyil, bol-bol su içsinlər.  İnternətdən götürülən diet proqramları Aneroksik dietlər çoxdur. İnsanın bədəni tanınmadan, hesablanmadan, daxili xəstəlikləri müəyyənləşdirilmədən o insana diyet proqramı necə hazırlana bilər? İnsanın bədəninin antioksidantlar səviyyəsi, onun da öz düsturu var. Hər kəsin bədəni özəldir. Xəstəliyi olmayan şəxsdə ilk olaraq müayinədən keçməlidir. İnternətdən götürülən diet proqramları ilə arıqlamaq olmaz. Detoks içkilər geniş yayılıb, insanlarımız onlara üz tutur. Bizim xalq asana qaçmağı sevir, biz “çay içib, arıqlayım” deyən cəmiyyətik. İnsanlar forum çaylardan, yaşıl kofedən uzaq olmalıdırlar.  İdmansız diyet olarmı? Diyet sözü yunan dilindən tərcümədə həyat tərzi deməkdir. Həyat tərzi bədən tərbiyəsiz necə ola bilər? Mən idman demirəm, çünki idman geniş anlayışdır. İnsan aktiv fiziki hərəkətlərdə olmalıdır. Mənim arıqlama proqramımda idman yoxdur, konsepsiyam fərqlidir. Mən insanı arıqlatdığım müddətdə idmanla məşğul olmasını tövsiyə etmirəm, proqram bitəndən sonra pasiyentimə düzgün qida, su və bədən tərbiyəsi proqramı verirəm.  İnsanların üzdən arıqlayıb, qarın nahiyyəsindən kökəlməsinin səbəbləri Bu, əslində qeyri-düzgün müdaxilədən xəbər verir. İnsanın istənilən nahiyəsini arıqlatmaq mümkündür. Əvvəlcə pasientin bədən tipini tapmaq lazımdır. Bu yaxınlarda Mələkxanım Əyyubova mənə müraciət etmişdi, bildirdi ki, kilosunun dəyişməsini istəmir, ancaq qarın nahiyəsinin arıqlamasını arzulayır. Biz də istəyini nəzərə alaraq, onu 2,5-3 kilo arıqladaraq, 12-14 sm belini incəltdik. Dietologiya elmi çox qəlizdir, insan bədəni üzərində individual iş getməlidir. İnsanlar kor-təbii, hər gördüyü dietə aldanmamalıdır. İnsanların kortəbii vasitələrə müraciət etməsinin səbəbi Biri var, ödənişsiz resept, bir də var proqram... Lakin onun ağrı acısını sonradan çəkirlər. İnsanlar təbii ki, öz seçimlərini edir. Mən heç yerdə demirəm ki, gəlin sizi arıqladım, 5 ildir ki, bu sahədə ciddi işlər görüb, mediada bu sahənin təbliğatı ilə məşğulam, amma kimsə efirdə telefon nömrəmin səsləndirildiyini görməyib. Lakin buna baxmayaraq ölkə xaricindən də yanıma gəlirlərsə, deməli, insanlar ciddi araşdırma edib, təbii seçmə nəticəsində bu problemlərdən bir dəfəlik qurtulmaq istəyirlər. Yanlış yol seçənlər də sonda peşəkarlara üz tutur. Keyfiyyətli iş ucuz ola bilməz. İnsan doğru yolla arıqlayarsa, ömür boyu çəkisini qoruya bilər. Düzgün proqramla 6 ay ərzində 100 kq kilo atmaq belə, mümkündür. Ona görə də insanlar yanlış yollara əl atıb, həm vaxtlarını, həm pullarını heyf etməsin.  Limon, xiyar, nanə qarışığı insanı arıqladırmı? Bu detoks içki kimi təqdim olunur. Lakin o ərzaqlar mayeyə verilən ekstra dadlar üçündür. Əhali olaraq suyu az içirik. Biz su içək deyə bu vasitəyə əl atırıq. Lakin bu içkinin də ziyanlı tərəfləri var, fiziologiya çox önəmlidir. Əgər insan ciddi animik xəstədirsə, böyrəklərində problem varsa, ac qarına bu içkini içmək düzgün deyil. Bədənini tanımayan, xəstəliyini bilməyən insan kortəbii bu içkini içə bilməz. Biz çox xəstəlikdən əziyyət çəkən xalqıq. Heç bir sağlamlıq problemi olmayan şəxslər hər gün olmamaq şərti ilə bu içkini içə bilərlər. Soda ilə suyun qarışığı olan dietlər var, onlar lap dəhşətlidir. Soda möcüzəvi qida deyil. İnsanlar normal qidalanmalıdır ki, sağlam həyat tərzi olsun. . Şirin çayın insan orqanizminə təsiri Sübh tezdən hormonların ayıldığı vaxtda bədəni şəkərlə yükləyirik. Şəkərli diabetdən əziyyət çəkən xalqıq. Bunun da səbəbindən biri şirin çaydır, səhərlər bədəni şəkərlə yükləmək olmaz. Buna stop etməliyik. Avropada səhər çox yüngül qidalar qəbul edirlər. Bizim də öz səhər yeməyi menyumuz olmalıdır. Alkoqola olduğu kimi, “Şirin çaya da stop” kampaniyası olmalıdır. Şirin çay spirtli içki və siqaret qədər təhlükəlidir. Arıqlamaq və ya kökəlmək istəyən şəxsin psixologiyası bu prosesə necə təsir edir? Kökəlmənin növləri var. Bunlardan biri də psixoloji aspektdən olan bulimiya, anareksiya xəstəlikləridir. Anareksiya arıq olduğu halda özünü kök hiss edən insanın bilə-bilə qidalardan əl çəkməsidir. Bulimiya xəstəsinin isə yanlış qida alışqanlığı olur. Hipofizde-hipotalamusda aclıq mərkəzi var ki, orada yanlış aktivləşmə olarsa, insan həddindən artıq yeyir. O cür xəstələrin ilk öncə psixoloji durumunu düzəldirik. Yaxşı dietoloq arıq olmalıdır? Dietoloq incə olsa, yaxşıdır. Amma “mütləq arıq olmalıdır” fikri yanlışdır. Dietoloqun genetikasında olan problemləri, diabetdən əziyyət çəkib-çəkməməsini bilmirik. Ötən il Endokrinoloqlar Assosiyasiyasının təşkil etdiyi konfransda iştirak edən zaman orada kilolu dietoloqlar vardı, onlar normal qarşılanırdı. Lakin heç bir xəstəlikdən əziyyət çəkməyən dietoloq arıq olmalıdır. Bir də arıqlığı dəb bilib özünü anoreksik vəziyyətə salan yerli dietoloqlar da var. Bu məsələ məni narahat edir. Hər kəsin bədən tipi - Skandinaviya, Asiya və s. var. Məsələn, mən Şərq bədən tipinə aidəm, orta-iri bədən tipi kateqoriyasındayam. Özümü Skandinaviya tipinə heç vaxt salmaram, çünki bu işin təməl bilgilərini bilirəm. Dünya ulduzu Monika Belluci 52 yaşındadır, hələ də kişilər ona heyrandır. O da iri bədən tipinə aiddir və heç vaxt arıq olmayıb, sadəcə çalışıb ki, bədənində yağ olmasın. Bu işi bilməyənlər isə Monikanın, Cenifer Lopezin kök olduğunu deyə bilərlər. Əsas odur, bədən tipinə uyğun formada olasan.  Sağlamlığı qorumaq üçün hansı qidalardan imtina edilməlidir?  Üç ağ qidaya – un, şəkər, duza stop desinlər. Duz az miqdarda olar. Kilomuzu nəzarətdə saxlamaq öz əlimizdədir. İlk öncə yedikləri yeməklərə diqqət etsinlər, ev yeməklərinə üstünlük versinlər. Kortəbii arıqlama və ya kökəlmə üsullardan uzaq dursunlar. Bu prosesi həkim nəzarətində etsinlər. Çünki hər şeydən öncə insanın sağlamlığıdır.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 21.09.2017

xərçəngin daha bir səbəbi

Xərçəngin daha bir səbəbi

Artıq çəki problemi, piylənmə xəstəliyi tək qadınların qorxunc yuxusudur? Xeyr, bu yalnız qadınlarda deyil, həmçinin kişilərdə də tez-tez rast gəlinən problemlərdəndir. Azərbaycan əhalisi arasında piylənmədən əziyyət çəkən kişilərin sayı 60 faizdir. Qaraciyər piylənməsi cəmiyyətdə çox rast gəlinən bir hala çevrilib. Acınacaqlı hal odur ki, qadınlardan fərqli olaraq, əksər hallarda kişilər artıq çəki probleminə heç də kritik yanaşmırlar. “Mənim sadəcə, göbəyim (qarnım) var, bu məgər piylənmədir!?” - deyərək, özlərini bu həyat tərzi ilə yaşamaqda davam etməkdə haqlı sayırlar. Bildirmək istərdim ki, kişilərdə rast gəlinən artıq çəki və daha çox qarın nahiyədə toplanan piylənmə əlbəttə ki, təsadüfi deyil. Bu zaman daxili orqanların da piylənməsi yaranır ki, bu da bəzən estetik problemdən daha çox ağır xəstəliklərin meydana gəlməsinə böyük səbəbdir. Belə hallarda qaraciyərin piy distrofiyası (qaraciyər hüceyrəsində piy damarlarının toplanması), ürəyin işemik xəstəlikləri, ateroskleroz, hipertoniya, şəkərli diabet kimi zəmanəmizin aktual xəstəlikləri meydana gəlir. Əgər piylənməyə iltihab “yoldaşlıq” edirsə, bu vəziyyət ilk olaraq qaraciyər hüceyrəsinə, sonra fibroz və oradan da sirroza qədər gedir. Normal, sağlam orqanizmdə qaraciyər hüceyrələrində az miqdarda yağ ola bilər: “Bu, hər hansı bir xəstəliyə səbəb olmaz. Lakin artıq çəki yığdığımız zaman qaraciyərin piylənməsi qaraciyər sirrozuna, sonra da qaraciyər xərçənginə qədər yol aça bilər. Buna görə də qaraciyər piylənməsi olan xəstələr daim nəzarətdə olmalıdır. Qaraciyər piylənməsinin səbəbləri əsasən spirtli içkiyə bağlı olaraq iki yerə ayrılır:   - Spirtli içkiyə bağlı olan   - Spirtli içkiyə bağlı olmayan Bu da qeyri-sağlam qidalanma adətlərinin olmasından irəli gəlir. Spirtli içkiyə bağlı olan qaraciyər piylənməsinin əsas müalicə üsulu onun qəbulunun dayandırılmasıdır. Spirt qəbul etməyən və artıq çəki problemi olan kişilər isə bu xəstəlikdən yaxa qurtarmaq üçün mütləq həyat tərzlərini dəyişməlidirlər. İdmanla məşğul olmalı, yeməkdəki yağın miqdarını azaltmalıdırlar. Heyvan mənşəli yağlar, şokolad, toyuq dərisi kimi qidalardan uzaq durmaq, meyvə-tərəvəz, ağ ət istifadə etmək olar. Burada daha önəmli məqam isə həftənin dörd günü ən az 20 dəqiqə idmanla məşğul olmaq lazımdır. Yəni hərəkət etmək önəmlidir”. Qaraciyərində piylənmə olan artıq çəkili insanlar mütləq bu çəkidən xilas olmalıdır:  Ən önəmlisi isə bu sahədə mütəxəssisə müraciət etməkdir. Digər səbəblərdən çox zərərli qida vərdişləridir ki, bu da adətən, böyük şəhər sakinlərinə aiddir. Bunu şərti olaraq “Qərb həyat tərzi” adlandırardım. Nə vaxt ki, həyatın tempi artır, gərgin iş qrafiki olur, tələsmə və stress həyatın “normasına” çevrilir… İnsanlar səhər yeməyini və ya naharı buraxırlar, hərəkət zamanı (gedə-gedə) və ya sükan arxasında, “ayaqüstü qidalar” (fastfood) yeyirlər. Və yalnız sakit tempə düşdükdə - bu da əfsuslar olsun ki, gecə saatlarına təsadüf edir - yatmamışdan öncə (yuxudan əvvəl) bol şam yeməyi süfrəsinə əyləşirlər, doyunca yeyirlər. Bununla da, gün ərzində səhər və nahar yeməyinin təmin olunmamış ehtiyacları şam yeməyi zamanı yemək tələbatını artırmış olur. Bəzən çox insanlar, xüsusilə də kişilər iş fəaliyyəti ilə əlaqədar olaraq stressə və gərginliyə cavab olaraq yeyirlər. Bu xoşagəlməz vəziyyətlə mübarizənin strategiyaları aktiv və passiv olur. Bəzən aktiv mübarizədə stressin səbəbi və aradan qaldırılması üçün addımlar atılır. Passiv mübarizədə isə bütün güclər stressin aradan qaldırılmasına deyil, “nəticələrin aradan qaldırılmasına” yönəlir. O mənada ki, piylənmə xəstəliyi olan kişi aktiv həyat yaşamaq istəmir, mübarizə aparmır. Əksinə, çıxış yolunu, spirtli içki qəbul edib, yağlı, çox kalorili yeməklər yeməkdə görür. Bununla da, yemək, stresslə passiv mübarizə üsullarından birinə çevrilir. Stress vaxtı kortizol (böyrəküstü vəzin hormonu) səviyyəsi yüksəlir. Hansı ki, artıq piyin toplanmasına və abdominal piylənmənin inkişafına imkan yaradır. Bu da öz növbəsində ikinci tip şəkərli diabetin, arterial hipertoniyanın və başqa xəstəliklərin inkişafı riskini artırır. Ümumiyyətlə, bu tip maddələr mübadiləsi pozğunluğu xəstəlikləri qadınlara nisbətən kişilərdə bir az gec təzahür edir. Bununla belə, pis fəsadlarla üzləşməmək üçün kişilərin hansı saatlarda yemək yemələri əsasdır. Yeməyinizi, maddələr mübadilənizin sürətli çalışdığı saatlarda yeməlisiniz. Bu səbəblə mütləq bunlara diqqət edin:  - Səhər naharı mütləq yeyilməlidir.  - Axşam saatlarında - maddələr mübadiləsinin yavaşıdığı vaxtlarda az yemək yeyin.  - Axşam yeməklərini yüngül qidalarla ötürməyə adət edin.  - Axşam 20:00-dan sonra qəbul edilən qidaların bədən tərəfindən çətin parçalandığını unutmayın.  - Spirtli içkiləri yeməkdən 1-2 saat əvvəl və ya sonra içməyi seçim edin.  - Gec saatlarda qəbul edilən spirtin bədən tərəfindən yandırılması vaxt aldığı üçün bu pis vərdişinizdən ümumiyyətlə, imtina edin. Qaraciyər piylənməsi olan kişilər spirtli içkilər içmək, kababları və qazlı içkiləri tez-tez qəbul etmək vərdişindən əl çəksinlər. Ümumiyyətlə, qida qəbul edərkən içki içməsinlər.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 21.09.2017

dovşandodaq anomaliyası və əməliyyatı

Dovşandodaq anomaliyası

Üst dodağın anadangəlmə yarılması ilə müşahidə olunan deformasiya dovşandodaq (yarıq dodaq) adlanır. Bu hal tək başına, ya da başqa anomaliyalar ilə birlikdə ola bilər. Qafqaz irqində dovşandodaq anomaliyası 1000 canlı doğumda 1 xəstə tezliyi ilə görülür. Bu uşaqların 68%-də əlavə olaraq üst dodaq yarığına (qurdağzı) da rast gəlinir. Oğlanlarda bu anomaliya qızlara görə 2 dəfə daha çox müşahidə olunur.  Dovşandodaq əksər hallarda tək tərəfli olur və üst dodağın sol tərəfini tutur. İki tərəfli dodaq yarığı nadir və daha ağır anomaliya olub bərpası üçün ardıcıl müalicə tələb edir. Bu haqda növbəti məqaləmdə danışacağam. Burada isə söhbət tək tərəfli dovşandodaq anomaliyasından gedəcək.  Xəstəlik ana bətnində ilk 4-8-ci həftələrdə baş verən üz inkişafının pozulması nəticəsində ortaya çıxır. Səbəbləri tam dəqiq bilinməsə də, ananın hamiləlik vaxtı siqaret çəkməsi, qızılca ya da məxmərək keçirməsi, epilepsiya əleyhinə fenitoin qəbul etməsi (məsələn sızanaq müalicəsi üçün)  A vitamini analoqlarını qəbul etməsi belə anomaliyanın riskini qat-qat artdırır. Üst dodağın pozulmuş şəkli valideynlərdə psixoloji gərginliyə səbəb olur. Belə uşağı cəmiyyətə göstərdikdə yaşanan utanma və xəcalət hissləri yeni övlad sevincinə kölgə salır. Qohumlarda və ətrafdakı insanlarda uşağın zəkadan zəif olduğu barədə yanlış fikir yarana bilər. Qeyd etmək lazımdır ki, belə uşaqların əksəriyyəti əqli keyfiyyətlərinə görə normaldır və vaxtında düzgün müalicə edildikdən sonra öz yaşıdlarından fərqlənmir. Ağzın ətrafında yerləşən dairəvi əzələnin quruluşu bu anomaliyada pozulduğu üçün uşağın özündə əmmə refleksinin zəifliyi və süd əmmədə problemlər yaranır.  Bu funksiya ciddi pozulduqda uşaq xüsusi əmzik ilə yaxud kiçik qaşıqdan yedirilməlidir. Dovşandodaq anomaliyasının bərpası cərrahi yolla aparılır. Əməliyyat artıq 2-3 günlük uşaqlara aparıla bilər və 6 aylığa qədər mütləq icra olunması tövsiyyə olunur. Hal-hazırda dovşandodaq anomaliyasının bərpası üzrə bir çox mərkəz bu əməliyyatı körpənin 2-3 aylığında aparır. Həmçinin mən də bu zamanı əməliyyat üçün uyğun hesab edirəm. Əməliyyatın erkən aparılması daha az iz buraxır, diş sırasının daha düzgün formalaşmasına yardım edir, əmmə funksiyasını və beləliklə qidalanmanı bərpa edir, uşağa öz üzünü normal şəkildə qavrama imkanı verir, valideyn və qohumların uşağa alışmasını tezləşdirir. Əməliyyat ümumi narkoz altında aparılır və təxminən 1 saat davam edir. Yarılmış dodağın hissələri qat-qat bərpa edilir. Bundan sonrakı ilk saatlarda qidalanma uşaq şaquli vəziyyətdə ikən kiçin qaşıq ilə aparılır. Tikişlər 1 həftə sonra alındıqdan sonra körpə artıq yeni normal simasına qovuşdurulmuş olur. Sizə və körpənizə xoş günlər arzulayıram! Üzünüz daim gülsün! Mövzuya aid video bloq:     © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 13.09.2017

sinə kiçiltmə mammoplastikası

Kiçiltmə mammoplastikası

Bu məqalədə süd vəzilərinin həcmini azaltmaq üçün aparılan kiçiltmə mammoplastikası əməliyyatından söz açacağam. Qeyd edim ki, estetik nöqteyi nəzərdən xoş sayılan döşlər simmetrik, döş giləsi vidaci çuxurdan 20-22 sm məsafədə və döşün alt büküşündən 5-6 sm məsafədə olmalıdır. Bundan əlavə döş giləsi döşün ən ön nöqtəsində olmalı və döş büküşü səviyyəsindən yuxarı yerləşməlidir.  Süd vəzilərinin həcmindəki dəyişmə piylənmə, yaşlanma, hormonal natarazlıq, çoxlu hamiləliklər, irsi və s. səbəblərdən inkişaf edir. Süd vəzilərin həddindən artıq böyük və sallaq olması qadınlarda bir çox psixoloji və fiziki problemlərə yol aça bilər. Belə xəstələr çox vaxt döş dərisi ilə sinə divarı arasında səpki və pis qoxudan şikayət edir. Bundan əlavə, xüsusilə yaşa dolmuş xanımlarda böyük döşlər bel-boyun ağrılarına səbəb olur. Cavan xanımlarda həddindən artıq inkişaf etmiş süd vəziləri ağrı mənbəyinə çevrilə bilər. Bütün xəstələrdə bu və ya digər ölçüdə büstqalterin çiyinlərdə iz buraxması müşahidə olunur. Bədən xətlərinə uyğun olmayan geniş döşlər ümumi ahəngi pozmaqdan başqa paltar seçimində də çətinlik yaradır. Sadalanan problemlərdən kiçiltmə mammoplastika əməliyyatı ilə qurtulmaq mümkündür. Bu əməliyyat müxtəlif texniki üsullar ilə həyata keçirilir. Buna baxmayaraq bütün üsulları iki böyük qrupa ayırmaq olar. Çox böyük döşləri kiçiltmək üçün areola və döş giləsi bədəndən ayrılır və döşün həcmi lazımi qədər azaldıldıqdan sonra yerinə köçürülür. Bu əməliyyatdan sonra döş gilələrində hissiyyat azalır, lakin əvəzində bir çox fəsadların önü alınmış olur. Orta boy döşləri kiçiltmək üçün döş giləsinin bədəndən  ayrılmasına ehtiyac yoxdur. Belə hallarda döş giləsi ayaqcıq üzərində yer dəyişir və beləliklə hissiyyatı qorunmuş qalır. Həmçinin bu şəkildə aparılan əməliyyatdan sonra hamiləlik baş versə uşağa süd vermə imkanı qorunmuş olur. Ancaq, onu da qeyd edim ki, hamiləlik və süd vermə dövründə süd vəzisinin həcmi dəyişə bilər və əməliyyatda verilmiş forma itə bilər (Bu halda təkrar əməliyyat lazım ola bilər). Əməliyyat ümumi narkoz altında təxminən 3 saat aparılır. Sağalma müddətində döş formasını dəstəkləmək üçün xüsusi büstqalter ya da elastik sarğıdan istifadə olunur. Yara izləri tərs dönmüş “T” (ya da qəmi dəmiri) yaxud “I” şəklində olur. Bunlar 5-6 ay ərzində görünməz hala gəlir və ümumiyyətlə, alt camaşırın altında gizli qalır. Döş kiçiltməsi üçün müraciət edən xanımların çox maraqlandığı suallardan biri də müdaxilənin xərçəng riskinə təsiridir. Bu əməliyyatda vəzi toxuması çıxarıldığı üçün, xərçəng yarana biləcək toxuma az qalır və beləliklə risk azalmış olur. Bununla birlikdə, çıxarılmış toxuma, gizli keçən xərçəngi gözdən qaçırmamaq üçün, mütləq şəkildə patoloji müayinəyə göndərilir. Beləliklə döş kiçiltmə əməliyyatı xərçəng riskini hər bir mənada azaldır. Əziz xanımlar, sizə gözəllik dolu xoş günlər arzulayıram!   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 10.09.2017

qurdağzı anomaliyası və əməliyyatı

Qurdağzı anomaliyası

Bu xəstəlikdə uşaqlar burun və ağız boşluğunu ayıran damaqda müxtəlif boylu yarıq ilə doğulur. Yarıq sadəcə yumşaq damağa aid ola bilər (arxa yarıq), ön tərəfdə yerləşə bilər, ya da bütün damağı  boydan boya tutur. Anomaliya Qafqaz irqində 2000-2500 canlı doğulmuş uşaqlarda 1 xəstə tezliyi ilə görülür. Qurdağzı çox vaxt dovşandodaq ilə birlikdə görülür. Oğlanlarda daha çox dovşandodaq və qurdağzı, qızlarda isə normal dodaq və tək başına qurdağzı anomaliyasına rast gəlir. Səbəbləri tam bilinmir və dovşandodaq anomaliyasındakı kimi bir neçə faktorun xəstəliyin riskini artdığı məlumdur. Qurdağzı üz quruluşunda anormal görünüşdən başqa bir çox funksional problemlərə də yol açır. Ağız və burun boşluğunun qeyri-təbii birləşməsi qidaların burundan gəlməsinə yol açır. Ağızda vakum yaratmaq mümkün olmadığından əmmə aktı mümkün olmur. Azərbaycanda hələ də, bəzi həkimlər (köhnə biliklərə əsaslanan) belə uşaqların bəslənməsini mədəyə salınan zond (boru) ilə aparılmasını məsləhət görür.  Bu qətiyyən yanlış texnikadır! Çünki uşaqda normal udma refleksinin yaranmasını pozur və gələcəkdə aparılacaq əməliyyatların nəticələrinə də mənfi təsir göstərir. Qurd ağız körpələrinin bəslənməsi tez-tez və az miqdarda aparılmalıdır. Bunun üçün uşaq əldə şaquli vəziyyətdə tutulur və kiçik qaşıq yardımı ilə yedizdirilir. Hər bir yemək qəbulu 30 dəqiqədən çox olmamalıdır. Yeməklərin burun boşluğuna qaçması həmçinin bura açılan Evstax borularının funksiyasını pozur. Normal halda bu borular orta qulaq ilə bağlıdır və iki boşluq arasında təzyiqi tənzimləyir. Qurdağzı xəstələrində bu boruların qeyri-normal işləməsi özünü tez-tez yaranan orta qulaq iltihabı (otit) ilə büruzə verir. Bərpa olunmamış damaq uşaq yaşa dolduqca nitq qüsurlarına səbəb olur. Belə insanlar kar samitlərin tələffüzündə (xüsusilə p, t, s, k) çətinlik çəkir, səsləri asta, nitqləri isə qeyri-səlis olur. Hal-hazırda bir çox cərrah qurdağzının cərrahi bərpasını uşaq 10-18 aylıq olduqda aparır. Heç bir halda bu əməliyyat 5 yaşından o tərəfə ertələnməməlidir. Çünki gec yaşlarda aparılan əməliyyat nitq qüsurlarını aradan qaldıra bilməz.  Əməliyyat nə qədər tez aparılsa danışıq bərpası bir o qədər uğurlu olar. Qurdağzı anomaliyası daha dərin və geniş həcmli olduğundan ciddi və mərhələli cərrahi bərpa tələb edir. Bəzi xəstələrə əməliyyatdan qabaq, xüsusilə damağın ön tərəfini tutan geniş yarıqlarda ortodontik müalicə aparıla bilər. Əməliyyatda isə, ümumi narkoz altında damağın yumşaq toxumaları sərbəst edilərək ortadakı yarığı bağlayacaq şəkildə tikilir. Bu uşaqlarda düzgün nitqin inkişafı üçün əməliyyatdan sonrakı dövrdə loqoped, ya da danışma mütəxəssisi ilə məşğələ aparmaq zəruridir. Bir çox xəstədə bu kifayətdir. Lakin buna baxmayaraq bəzi əlavə əməliyyatlar lazım ola bilər. Loqoped ilə işləməyə baxmayaraq nitqi düzəlməyən uşaqlarda əlavə damaq uzadıcı əməliyyatlar aparılmalıdır. Damağın ön tərəfini tutan yarıqlarda, qalıcı dişlərin düzgün çıxması üçün 6-8 yaşlarında damağa sümük köçürülür.  Bəzi xəstələrdə əng sümüyü və üzün orta hissəsinin inkişafdan qalması yaranır. Bunlara 16-18 yaşlarında diş həkimi nəzarəti altında çənə nizamlama əməliyyatları aparılır.  Nəhayət, çox geniş və dovşandodaq ilə birlikdə görülən yarıqlarda burun quruluşu ciddi şəkildə pozulur. Belə xəstələrə 16-20 yaşlarında burun nəfəsinin və şəklinin bərpası üçün rinoplastika aparılır. Qurdağzı anomaliyası daha ciddi olmasına baxmayaraq müasir tibbin metodları ilə müvəffəqiyyətlə müalicə edilir.  Əsas odur ki, lazımı müdaxilələr gecikdirilmədən vaxtında aparılsın. Sizə və yaxınlarınıza sağlıq dolu günlər arzulayıram! Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 09.09.2017

panik atak nədir

Panik atak nədir? Səbəbi, əlamətləri, panik atakı yaradan amillər...

Panik atak – həyəcan, qorxu (ölüm qorxusu kimi), sıxıntı hislərini içində axtaran, qıcolmalar şəklində ortaya çıxan bir rahatsızlıqdır. Psixoloji problemlərlə, ya da bəzi xəstəliklərlə birlikdə görünə bilir. Xəstə ani bir atakda tamam qorxu içində olur. Öləcəyini, ürəyində bir problem olmasını, infarkt keçirəcəyini düşünür. Atak 10 dəqiqə içində ən şiddətli hal alır. Xəstə panik içində həkim müayinəsinə gəlir. Bayılacağını, çox pis şeylər baş verəcəyini düşünür. Yarım saat içində atak keçməyə başlayır. Xəstə özünü çox yorğun və üzgün hiss edir. Heç bir şey etmək istəmir, dözümü qalmamışdır, tək qalmaq istəmir. Yanında birinin olmasını istəyir. Panik atakın əlamətləri nələrdir? Panik atakın -13 əlamətləri var. Bunlardan ən az 4 əlamətin olması panik atakın olma ehtimalını artırır. 1) Ürək döyüntülərinin çox olması; 2) Tərləmə ( istilik basma ve üşümə); 3) Titrəmə; 4) Nəfəs almaqda çətinlik çəkmək, boğulma qorxusu və tıxanma hissi; 5) Başgicələnmə, bayılacağını düşünmək; 6) Ürəkbulanma, gəyirmə, qarın ağrısı hissi; 7) Nəfəsi kəsilmək hissi, aldığı havanın yetmədiyini düşünərək dərindən nəfəs almaq; 8) Döş qəfəsində ağrı və sıxılma hissiyatı; 9) Özünü hiss etməmək, özünə yadlaşmaq və özünü təhlükədə hiss etmək (depersonalizasyon); 10) Ətrafının həqiqi, gerçək olmadığını düşünmək (derealizasyon); 11) Ölməkdən qorxmaq; 12) Dəli olacağını düşünmək, başqalarına zərər vermək qorxusu; 13) Bədənində keyləşmə, iynə batma hissiyatı. Panik atak necə yaranır? Panik atakı yaradan nələrdir? Çox vaxt səbəbsiz ortaya çıxır. Beyindəki maddələr mübadiləsinin pozulmasından, ya da beynin yan qisminin funksional pozulmasından meydana gəlməsi düşünülür. Tək başına, ya da müxtəlif xəstəliklərlə birlikdə ortaya çıxır. Stresli bir həyat sürmək panik atakın əmələ gəlməsinə təkan verir. Bunlardan başqa bu vəziyyətlərdə də panik atak əmələ gələ bilər: Epilepsiya xəstəliyi, ağciyər-ürək xəstəlikləri, vitamin əskikliyi, kafeinlə zəngin qidalanma, qalxanabənzər vəzi xəstəlikləri, qan şəkərinin düşməsi, qanazlığı, beyində yaranan şiş xəstəlikləri, dərmanların yan təsiri, qapalı yerlərdə çox olmaq, çox tünlük, sıxlıq olan yerlərdə olmaq, depresiya ve sinir pozulmaları, narkotik və uyuşduruculardan istifadə etmək, asılılıq yaradan dərmanların qəfildən kəsilməsi. Panik atak kimlərdə görünür? Kimlər risk altında? İnsanların 3 faizi bu xəstəlikdən əziyyət çəkir. Hər yaşda görünür. 20 yaş arasında daha çox rast gəlinir. Qadınlarda daha çoxdur. Genetik və irsi ötürülmə riski çoxdur.  Uzun müddət təsir altında yaşayanlarda, acınacaqlı həyat tərzi olanlarda, problemlərini heç kimlə paylaşmayanlarda və içinə salan insanlarda daha çox görünür. Panik atakın müalicəsi Panik atak müalicə olunan bir xəstəlikdir. Xəstəyə ilk öncə özünü kontrol etməyini öyrətmək lazımdır. Bunu bacaran xəstə panik atakı həyatından tamamilə çıxarda bilər. Atak zamanı oturmalı və ya uzanmalısınız. Öz-özünüzə bunun sadəcə bir atak olduğunu, qorxulu bir hal olmadığını söyləyin və atakın keçməsini gözləyin. Atak müddətində üzücü, həyəcanlandırıcı mübahisələrdən uzaqlaşın. Kafeinli içkilərdən, alkoqollu içkilərdən və siqaretdən istifadə etməyin. Özünüzü kontrol etməyə çalışın. Atak sırasında tez-tez nəfəs almayın, çünkü şikayətlər artar. Bir torbaya nəfəs alıb-verə bilərsiz. Xəstə özündə çoxlu xəstəliklər axtarır və bunun üçün bir neçə dəfə chek-up etdirir və əlavə məsrəflər edir. Xəstə mütəxəsisə müraciət etməli və həkiminə güvənməlidir. Həkiminə güvənci xəstəliyin tez və keyfiyyətli sağalmasını sürətləndirir. Müalicə zamanı nəfəs və rahatlama hərəkətləri, atakın üstünə gətmə texnikaları, əzələ gərginliyini yox etmək üçün edilən hərəkətlər xəstəyə öyrədilməlidir. Müalicə formaları bunlardır: Psixoterapiya, dərman qəbulu, yüksək motivasiya, relaksasiya texnikləri, nəfəs hərəkətləri, idman ve gimnastika, biofeedback, imagiination, atakın üstünə getmə texnikaları, qrup terapiyası, refleksoloji terapiya. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 09.09.2017

Spinner