üz siniri neyropatiyası

Üz siniri neyropatiyası

Üz siniri neyropatiyası “Təsəvvür edin ki, bir səhər yuxudan oyanırsız və aşkar edirsiz ki, üzünüzün bir tərəfində nəsə qaydasında deyil. Hansısa xoşagəlməz bir hiss, nəsə “keyləşmə” var. Yadınıza düşür ki, ötən gün üzünüzün bu tərəfi nədənsə yüngül ağrıyantəhər idi. Güzgüyə baxdıqda bir tərəfin sadəcə işləməməsini görürsüz. Gülümsəyə bilmirsiz. Gözünüz qapanmır. Danışdıqda tələffüzünüz də bir az dəyişib. İlahi, bu nədir? Mən insult olmuşam??? Ya bu hər nədirsə, üzüm bir daha düzələcəkmi?” Bu xəyali fikirlər belə əlamətlər meydana çıxan bütün xəstələri və onların qohumlarını düşündürür və hətta bəzən panik vəziyyətə sala da bilir. Tanış olun: üz sinirinin neyropatiyası Lakin, elə ilk öncədən yuxarıdakı “təcili” suallara dərhal, necə deyərlər: isti-isti cavab verməyə çalışaq. 1. İnsult ehtimalı barədə suala cavab: əgər xəstədə üz iflici ilə  yanaşı olaraq öz fikrini söyləməkdə və ya digərinin danışığını anlamaqda çətinliklə göstərən kəskin nitq pozulması (afaziya) və ya ətrafların birtərəfli zəifliyi (hemiparez, ya monoparez) yoxdursa və xəstə alnını qırışdıraraq hər iki qaşını bərabər yuxarı qaldıra bilirsə çox gümün ki, bu insult deyil.  2. Yaxşılaşma proqnozu barədə suala cavab: əslində çox böyük ehtimalla xəstələrin əksəriyyətində 6 aydan sonra bu xəstəlikdən sonra heç bir əlamət qalmır, ya da çox cüzi qalıq əlamətləri və bir  də pis xatirə qalır. 1. Üz sinirinə aid neyroanatomiya Üz siniri periferik xəstəlikləri Ümumdünya Səhiyyə Təşkilatının Xəstəliklərin Beynəlxalq Təsnifatına (XBT) 10-cu baxışda G51 maddəsi üzrə “Üz siniri zədələnmələri” rubrikası altında qeyd olunmuşdur. Bunlar G51.0 – Bell iflici (üz iflici), G51.1-dizcik qanqlionu iltihabi (ədəbiyyatda çox vaxt herpes mənşəli olduqda Ramzay-Hant sindromu kimi qeyd olunur),  G51.2 -  Rossolimo-Melkersson  sindromu (rus ədəbiyyatında Rossolimo-Melkersson-Rozental sindromu), G51.3 – Kloniki hemifassial spazm, G51.4 – Üz miokimiyası, G51.8 -  Üz sinirinin digər zədələnmələri, G51,9 – Üz sinirinin qeyri-müəyyən (dəqiqləşdirilməmiş) zədələnmələridir. Üz siniri neyropatiyasının əlamətləri haqqında danışdıqda onun mürəkkəb anatomiyası barədə qısa  məlumat olmadan davam etmək mümkün deyil. Üz sinirinə dəxli olan hər bir mənşəli zədə- həm yuxarı motoneyrona, həm də aşağı motoneyrona olduqda özünü üz ifadəsinin – mimiki əzələlərin zəifliyi ilə göstərir. 7-ci cüt Kəllə-Beyin Siniri olan üz siniri əsas hissəsi hərəki olmaqla qarışıq tip sinirdir. Beyin kötüyünün körpü adlanan hissəsində yerləşən əsas nüvəsindən çıxan sinir lifləri əvvəlcə körpüdə yerləşən VI (uzaqlaşdırıcı) sinirin nüvəsinin ətrafına dolanaraq beyincik-körpü bucağından çıxır.  VIII (dəhliz-ilbiz) sinir ilə birgə daxili eşitmə dəliyinə daxil olur. Bu xüsusiyyətlər üz sinirinin beyin kötüyü və beyin kötüyündən kənar zədələnmələrindəki yanaşı əlamətləri izah edir.  Üz siniri gicgah sümüyünün daşlıq hissəsindən mürəkkəb trayektoriya ilə keçərək və yolda özündən şaxələr buraxaraq biz-məməyəbənzər dəlikdən çıxır və dərhal da qulaqaltı vəzinin stromasına daxil olur. Buradan çıxarkən beş əsas şaxəyə ayrılır. Üz sinirinin hərəki hissəsi yuxarı göz qapağını qaldıran əzələ istisna olmaqla bütün üz mimiki əzələlərini, həmçinin orta qulaqda yerləşən və  yüksək səsləri səngidən üzəngi əzələsini innervasiya edir. Hissi sinir lifləri xarici qulaq keçəcəyindən, xüsusi hiss olan dad hissi isə dilin ön 2/3-dən  qıcıqları qəbul edir. Bundan əlavə parasimpatik liflərlə gözyaşı və tüpürcək vəzilərinin ifrazını tənzimləyir. Bu anatomik xüsusiyyətlər üz sinirinin hər hansı bir mənşəli periferik motoneyron ifliclərində əlavə əlamətləri – qulaq ətrafında ağrılar, səsi ifrat eşitmə-hiperakuziya, dad hissinin pozulması, ağızda və gözdə qurumanı da izah edir. Sual meydana çıxa bilər: bəs belə xəstələrdə ağızdan birtərəfli ağızsuyu axmasının və gözyaşı axmanın səbəbi nədir? Buna səbəb həm gözün, həm də ağızın dairəvi əzlələrinin birtərəfli tonusunun itməsinə görə aşağı enməsi və nəticədə bu mayelərin mexaniki səbəblərə görə axmasıdır.  Qeyd olunduğu kimi, üz sinirinin əsas hərəki nüvəsi beyin kötüyündə yerləşir və  bu nüvənin üzün aşağı yarısının əzələlərinə aid olan aşağı hissəsi əks baş beyin yarımkürəsi alın payı qabığındakı mərkəzönü qırışıqdan impuls alır. Bu nüvənin üzün yuxarı yarısına aid olan yuxarı hissəsi isə təxminən 90% hallarda hər iki yarımkürənin alın qabığından impuls alır. Məhz bu anatomik xüsusiyyət həkimlər arasında məşhurdur. Əksər hallarda üz əzələlərinin mərkəzi mənşəli iflici (məsələn, birtərəfli baş beyin yarımkürəsi insultu) zamanı yalnız əks tərəfdəki aşağı yarı əzələləri zəifləyir, alın əzələsi isə dəyişmir. Əksər hallarda üz əzələlərinin periferik mənşəli iflici (məsələn, birtərəfli Bell iflici) zamanı isə zədə tərəfindəki həm aşağı yarı əzələləri, həm də alın əzələsi zəifləyir. Lakin bu differensasiya nisbidir. Çünki həm adamlar arasında anatomik fərqlər var. Həm də üz sinirinin periferik mənşəli  nisbətən yüngül ifliclərində aşağı hissə yuxarı hissəyə nisbətən daha çox zəifləyir. Bu hallar aldadıcı ola bilər. 2. Üz siniri neyropatiyasının etiologiyası  hansılardır? A) Aşağı Moto-Neyron üzrə 1. İdiopatik üz sinir neyropatiyası - ən çox rast gəlir.  -  3 dəfə çox hamilələrdə, xüsusən 3-cü trimestrdə qeyd olunur.  -  2-3 dəfə çox şəkərli diabetli xəstələrdə qeyd olunur. 2. Serebrovaskulyar xəstəlik (məsələn, beyin kötüyü insultları) 3. Yatrogen  - Müasir, amma az işlənən və bahalı anti-MRSA antibiotikinin yan  effekti  - Stomatoloji praktikada lokal anesteziyadan sonra mürəkkəb immuno-allergik mexanizm üzrə 4. İnfeksion  - Təsdiqolunmuş HSV-1  - HZV (Ramzay-Hant sindromu)  - Orta otit və xolesteatoma  - HİV (human immunodeficiency virus - insan immunçatışmazlığı virusu)  - Epşteyn Barr virusu  - Sitameqalovirus  - Laym xəstəliyi (daha çox ABŞ və digər endemik zonalar üşün, xüsusilə bilateral hallarda) 5. Travma  - Kəllə əsası sınığı  - Maşa tətbiqi ilə doğuşlar  - Nadir hallarda akupunkturadan sonra hematoma 6. Nevroloji xəstəliklər  - Giyen Barr xəstəliyi: xüsusilə ikirəfli üz iflicləri  - Təsdiq olunmuş xəstəliklərdə (məsələn, şəkərli diabet, sarkoidoz, hipotireoz, amiloidoz) kompleks mononevritlər 7. Şişlər  - Arxa kəllə çüxurunun birincili və ikincili şişləri  - Qulaqaltı vəzin şişləri  - Limfoma 8. Hamilə qadınlarda xüsusilə arterial hipertenziya və pre-eklampsiya ilə bağlı 9. Digər xəstəliklərdə və nadir hallarda qeyd olunan hallar  - Sarkoidoz  - Şöqren sindromu və revmatoid artritdə  - Melkerson-Rozental sindromu (nadir rast gələn və naməlum səbəbdən təkralananan birtərəfli üz iflici, üzün və dodağın xroniki ödemi və hiperemiyası, dilin hipertrofiyası və çatları ilə özünü göstərir) b) Yuxarı Moto-Neyron üzrə  - Serebrovaskulyar xəstəlik (yarımkürələrdə insultlar)  - Kəllədaxili birincili və ikincili (metastaz) şişlər  - Dağınıq skleroz  - Neyrosifilis  - QİÇS  - Vaskulitlər Qeyd edək ki, yuxarıda  göstərilənlər səbəblərin tam siyahısı deyil. 3. Üzün iflici: bu mərkəzidir, ya periferik? Bu sual həmişə həm həkimi, həm də birinci növbədə xəstəni (insult!) dşündürür. Əslində burada söhbət mərkəzi və periferik mənşəli iflicdən yox, mərkəzi və periferik moto-neyrondan gedir. Bu barədə qəti rəy söyləmək üçün kompleks faktorları nəzərə almaq, şübhəli halda neyrovizualizasiyaya müraciət etmək lazımdır:  - Əgər xəstə alnını sərbəst qırışdıra bilirsə, lakin gülümsəyərkən ağız bucağı qalxmır, və ya üzü sağlam tərəfə çəkilirsə, və yaxud istənilən formada üz iflici ilə birgə afaziya, apraksiya, hemiparez, hemianopsiya varsa -  bu mərkəzi motoneyron mənşəli iflicdir. Ən çox səbəb insultlardır. Ağır insultlarda xəstənin vəziyyətinə görə şübhə yeri qalmır. Lakin nisbətən kiçik ocaqlı insultlarda diqqətli olub az ifadə olunmuş yanaşı nevroloji əlamətləri sezmək lazımdır.  - Əgər xəstədə ağız bucağı sallanmaqla yanaşı həm də alın əzələsi zəifləyibsə və afaziya, apraksiya, hemiparez, hemianopsiya kimi nevroloji əlamətlər yoxdursa, bu aşağı motoneyron mənşəli iflicdir. Lakin aşağı motoneyron mənşəli iflic zamanı ocaq beyin kötüyündə, arxa kəllə çüxurunda, üz siniri kanalında, orta qulaqda və kəllədən kənarda ola bilər. Bunların hər birində yanaşı əlamətlər diaqnoz qoymaqda kömək edə bilər. Ona görə məhz həkim-nevroloq tərəfindən yaxşı anamnez və obyektiv-nevroloji müayinə üz siniri ifliclərinin “diaqnostik cəngəlliyi”-ni keçməyə imkan verir. 4. Üz siniri kəskin aşağı motoneyron iflici özünü necə göstərir? Əgər fikir verdinizsə, bu məqalədə üz sinirinin zədəsini ifadə edən bir neçə termin istfadə olunur. Ona görə ki, bütün bu terminlər dövrü tibbi ədəbiyyatda da sinonim kimi işlənir. Beləliklə,  üz sinirinin kəskin aşağı motoneyron iflicinin xüsusiyyətləri:  - Hər yaşda çıxa bilər, amma ən çox 15-60 yaşlarda qeydə alınır.  - İflic adətən 48 saat ərzində sürətlə meydan çıxıb tamamlanır.  - Qulaqaltı və gicgah sümüyünün məməyəbənzər hissəsi üzrəində ağrı tez-tez rast gəlinir – herpes və orta qulaq xəstəliyinə işarə də ola bilər.  - Hiperakuziya  ola bilər.  - Bəzən kserooftalmiya və dad hissinin pozulması da qeyd olunur.  - Obyektiv müayinə zamanı: gülümsəyərkən ağız bucağı qalxmır, o tərəfdə burun-dodaq büküşü hamarlaşıb, həmin tərəfədə gözünü tam qapaya bilmir və qaşını yuxarı qaldıra bilmir, yanaqlarını hava ilə birtərəfli doldura bilmir.   - Bəzən digər əlavə əlamətlər mümkündür. Bu cür ifliclərin ən şox səbəbi şotland həkimi Ser Çarlz Bellin şərəfinə adlandırılan Bell iflicidir. 5. Bell iflici nədir? Bell iflici çox güman ki, latent virus infeksiyasının immun sistemin qısa müddətli zəifləməsinə görə aktivləşməsi və üz sinirində aseptik iltihab yaradaraq sinirin sümük kanalında işemik kompressiyası nəticəsində üzə çıxan kəskin simptomo-kompleksdir. Xəstəlik tezliyi hər 100000 nəfərə  11-40, həyatboyu risk isə 1-in 60-dır. Hər iki cins eyni tezlikdə xəstələnir.  - 7 % hallarda rekurrent Bell iflici qeyd olunur.  - Genetik faktorlar haqda məlumat yoxdur, amma bəzi familial hallarda rekurrent Bell iflicləri üz sinirinin sümük kanalının anadangəlmə çox darlığı ilə izah olunur.  - Şəkər diabetli xəstələr, hamilələr rsik qrupudur.  - Soyuq, keçirilmiş KRVİ provokativ faktor rolunu oynaya bilər  - Xəstələrin çoxu üz iflicindən başqa həmin nahiyədə subyektiv keyləşmədən şikayətlənir, amma adətən obyektiv müayinə mənfidir. Obyektiv aşkar hissi pozulmalar xüsusi müayinələrə göstərişdir.  - Çox zaman iflicdən bir-iki gün öncə qulaqətrafı nahiyədə yüngül ağrılar qeyd oluna bilər  - Bəzi xəstələrdə “m”, “p“ kimi dodaqlanan samitlərin deyilişində çətinliyə görə yüngül dizartriya da qeyd olunur  - Ağır hallarda ağız suyunun, göz yaşının spontan axması, qida qəbulunun çətinləşməsi qeyd oluna bilər  - Üzündə ağrıdan şikayətlənənlər və xırda qovuqcuqlu olanlar Ramzay-Hant sindromuna görə qiymətləndirilməli və müvafiq müalicə olunmalıdırlar  - Ramzay-Hant sindromu və ya üz siniri dizcik qanqlioniti özünü üzün bir tərəfində periferik iflic,  ağrı və herpetik səpgilər, bəzən isə üstəgəl ağıreşitmə, vertiqo və digər əlamətlər  ilə  göstərən qurşaqlayıcı dəmrov virusu (Herpes Zoster) mənşəli simptomokompleksdir. Müalicəsində antiviral maddələr və kortikosteroidlər, ağrıkəsicilər vacib şərtdir. 6. Üz siniri neyropatiyasının hansı halları xüsusi diqqət tələb edir?  - Uşaqlarda çox vaxt idiopatik olsa da orta qulaq xəstəliklərini  və bəzən gizli arterial hipertenziyanı nəzərə almaq lazımdır.  - Təkrar Bell iflcində limfoma, sarkoidoz, HİV ehtimalını araşdırmalı  - Bilateral üz zəifliyi halları: bu nadirdir və HİV, Giyen-Barr sindromunu nəzərə almalı.  - Nadir bir hal kimi Qərb yarımkürəsindən, xüsusilə şimal-şərqi ABŞ-dan səfərdən qayıdan şəxslərdə, xüsusən uşaqlarda, rekurrent və bilateral üz iflici hallarında Laym xəstəliyini nəzərdən keşirmək olar. 7. Nə laborator-instrumental müyinələri aparmaq lazımdır? Yuxarıda göstərildiyi kimi, üz siniri neyropatiyasının külli miqdarda səbəbləri var. Əgər hər bir səbəbə görə xəstə müayinə olunsa, bu həm lazımsızdır, həm də izafi xərc və vaxt itkisidr.Əvəzində yaxşı anamnez toplayib, obyektiv və nevroloji müayinələr aparmaqla qorxulu və ikincili xəstəliklərin olmadığına, bu iflicin məhz idiopatik üz siniri neyropatiyası – yəni Bell iflici olmasına əmin qalmaq lazımdır. Bell iflici əleyhinə olub laborator-instrumental müayinələr tələb edən və ya proqnostik pis əlamətlər aşağıdakılardır: 1. Anamnestik əlamətlər  - Üz iflicinin 48 saatdan çox müddət ərzində yavaş-yavaş yaranması  - Anamnezdə üz iflici və ya regional dəri xərçənginin olması 2. Nevroloji əlamətlər   - Qulaqətrafı nahiyədən başqa üzdə yayılmış və şiddətli ağrı, üzdə obyektiv hipesteziya  - Ətraf parezi, ətraf hipesteziyası  - Beyincik əlamətləri, digər Kəllə-Beyin Sinirlərinin qoşulması, ikitərəfli üz iflici 3. Xəstəliyin gedişatı  - Üç həftədən artıq müddətdə heç bir yaxşılaşma olmaması  - 6 aydan atrıq davam edən iflic   Beləliklə, aşağıdakı müayinələr aparılır:  - Əgər infeksiyalardan şübhə varsa qanın formalı elementlərinin tam müayinəsi. Böyük Britaniyalı müəlliflər  əlavə olaraq  HSV-1 və HZV seroloji müayinəsini də təklif edirlər.  - Şəkərli diabetə şübhəsinə görə qanda HbA1C  skrininq  - Hipotireoz şübhəsi olduqda -  TSH Neyrovizualizasiya – rutin olaraq ehtiyac yoxdur. Yalnız seçmə hallarda – yanaşı ocaqlı və ümumbeyin nevroloji əlamətlər təyin olunanda, travmalardan sonra, ləng (72 saatdan çox müddətdə) inkişaf edən edən üz ifliclərində, ikitərəfli üz ifliclərində, təkrar üz ifliclərində, 3 aydan artıq keşməsinə  baxmayaraq parezdə cüzi də olsa yaxşılaşma qeyd olunmayanlara KT və MRT müayinələrinin müxtəlif növləri tətbiq oluna bilər.  Lümbal punksiya – bilateral və rekurrent üz iflici göstərişdir. Elektrofiziolji müayinə – təcrübədə diaqnoz qoymaq üçün tətbiq olunmur, çünki ilk üç gündə nəticə adətən, mənfidir. Sonrakı günlərdə isə bu müayinə diaqnoz yox, sadəcə proqnoz barədə mülahizə yürütmək üçün tətbiq oluna bilər. 8. Üz siniri neyropatiyasının medikamentoz müalicəsi Hər xəstəlikdə olduğu kimi burada da əsas səbəbi aradan qaldırmağa çalışmaq lazımdır. Bu mümkün olmadığı təqdirdə isə patogenetik və simptomatik müalicə tətbiq olunur. Mərkəzi motoneyron mənşəli üz ifliclərində müalicə əsas xəstəliyə aid olan tədbirləri görməkdən ibarətdir. Periferik üz ifliclərinin ən yayılmış növü olan Bell iflicinin müalicəsi isə aşağıdakı tədbirlərdən ibarətdir: 1. Ümumi tədbirlər Əsas və ən vacib məsələ daim açıq qalan gözü qurumaqdan mühafizə etməkdir. Əks təqdirdə keratopatiya korluğa gətirib çıxara bilər. Bunun üçün süni göz damcıları, axşamlar isə  neytral məlhəmlər istfadə etmək və gözü qapamaq tətbiq olunur. Əgər bu bəs etmirsə, tarzorafiya edilir, və ya aşağı dozada bio-botulinotoksin preparatı növü istifadə edilərək müvəqqəti süni ptoza nail olunur. 2. Dərman müalicəsi Bell iflicində ən effektiv dərman müalicəsi 7-10 gün ərzində oral steroid preparatlarınının qəbulundan, ağır ifliclərdə isə hormon müalicəsinə yüngül-mötədil effektli antiviral preparatların əlavə olunmasından ibarətdir. Amerikalılardan fərqli olaraq Avropalı mütəxəssislər əlavə olaraq beyin qan dövranı yaxşılaşdıran preparatlarla birgə aşağı molekullu dekstranların 1 həftə - 10 gün ərzində venadaxili infuziyalarını da tətbiq edirlər. Bununla yanaşı, bir daha qeyd edək ki, dünyanın bütün aparıcı mütəxəssisləri Bell iflici müalicəsində həlledici rolun oral steroidlərin oynadığını qəbul edir. Lakin steroid hormonları ilə problemlər də mövcuddur:  - Hamilələrdə və diabetli xəstələrdə istifadəsi təhlükəsiz deyil.  - 16 yaşdan aşağı şəxslərdə effektiv olması barədə dəyərli məlumat yoxdur.  - 72 saatdan sonra istfadəsinin xeyirli olacağını dəstəkləyən sübut yoxdur. 9. Digər nə müalicə var?  - Bərpa dövründə fizioterapiyanın , massajın effektiv olması haqqında bəzi müsbət mülahizələr olsa da, bunun əleyhinə çıxan məlumatlar da var. Hər halda kliniki protokollar fizioterapiyanı və massajı birmənalı dəstəkləmir və ya inkar etmir.  - Akupunktura haqqında tədqiqatlar onun bir qədər effektiv olduğunu göstərir. Lakin yenə də bu tədqiqatların yüksək səviyyəli olmaması və  təəssübdən xali olmamamasına görə kliniki protokollarda birmənalı olaraq tam dəstəklənmir. 10. Üz  iflici ilə bağlı nə cərrahi müalicə var? Bəzən dərman müalicəsinə cavab verməyən şəxslərdə ziddiyyətli effektli üz siniri kanalının dekompressiv əməliyyatı aparılır. 6-9 aydan sonra qalıq əlamətləri olan şəxslərə üz siniri üzrə yüksək ixtisaslaşmış plastik cərrahlar (məsələn, ABŞ-da Təbriz əsilli professor Babək Əzizzadə)  tərəfindən rekonstruktiv əməliyyatlar aparılır. Lakin əzələlərdəki geriyədönməz dəyişikliklərə görə bu əməliyyatları 12-18 aydan sonraya gecikdirmək olmaz. Üz siniri regenerasiya etmədikdə ağız bucağını qaldıran kosmetik əməliyyat və ya dilaltı sinirlə anostomoz əməliyyatı da tətbiq oluna bilər. 11. Xəstə hansı həkim tərəfindən müalicə edilməlidir və nə zaman digər mütəxəssislərin müayinəsinə göndərilməlidir?  Differensial diaqnoz incəlikləini nəzərə alaraq xəstəni nevroloq müayinə və müalicə etməlidir. Xüsusilə rekurrent və bilateral üz ifliclərinə diqqət yetirilməli və əlavə müayinələr olunmalıdır. Əgər xəstədə ciddi uyğun yanaşı xəstəliklər – bədxassəli xarici otit,  xolesteatoma, parotid şişlər və s. varsa LOR-həkim  və digər mütəxəssislərin müayinəsinə göndərilməlidir. Əgər görülən tədbirlərə baxmayaraq gözün açıq qalmasının qarşısını almaq mümkün deyilsə,  xəstə tarzorafiya və digər tədbirlər üçün oftalmoloqa göndərilməlidir. 12. Uşaqlarda üz iflici haqqında qısa nə demək olar? Beş yaşından aşağı uşaqlarda nadir rast gəlinir. Çox vaxt səbəbi naməlum qalır. Bir sıra hallarda orta qulaq infeksiyası ilə izah olunur. Proqnoz fərdidir, amma ümumilikdə yaxşıdır. Oral steroid müalicəsinin uşaqlarda effektli olub-olmaması haqqında etibarlı sübutlar yoxdur. Müalicə - əsasən dəstəkləyici tip üzrə aparılır. 13. Üz siniri neyropatiyasının ağırlıq dərəcələri necə təyin olunur? Üz siniri funksiyasının pozulma dərəcəsi Amerika Otorinolarinqologiya, Baş və Boyun cərrahiyyəsi Akademiyası tərəfindən də qəbul olunmuş  Haus-Brakmann şkalası ilə təyin olunur. Bu şkalada  ən təhlükəli ağırlaşma – korluğa gətirib çıxara biləcək keratopatiya riski nəzərə alınır. Gözü qoruyan 5 mexanizm -  göz qapaqlarının bağlanması, gözqırpma refleksi, korneal normal hissiyyat, Bell fenomeni və gözyaşı ifrazıdır. Pasiyentlər xüsusən Bell fenomeni olmadıqda keratopatiya və nəticədə korluq riski qarşısındadır. 14. Proqnoz necədir? Üz siniri neyropatiyalarını ən çox yayılmış növü Bell iflici olduğu üçün bu xəstəliyə görə proqnozu yaxşıdır. Belə ki, xəstələrin 85%-i ilk artıq 3 həftə ərzində yaxşılaşır.Ümumiyyətlə,  xəstələrin 71%-i tam sağalır. 8 %-də yüngül, 16 %-də orta dərəcəli qalıq əlamətləri ilə yaxşılaşma qeyd olunur.  Yalnız 5%-də fasial asimmetriya, dad hissi və gözyaşı pozulması, gözün tam bağlanmaması, qaşın ptozu, ağızsuyu axması, hemifasial spazm kimi ciddi qalıq əlamətləri davam edir.  15. Hansı xüsusiyyətlər qalıq əlamətlər nöqteyi-nəzərindən pis proqnoza işarə edir?  - Kliniki birtərəfli tam iflic və ya elektrofizioloji müayinələrdə kəskin degenerasiya  - 3 həftədən sonra heç bir yaxşılaşma əlamətinin olmaması  - 60 yaşdan yuxarı şəxslər- kəskin ağrı (bu Ramzay-Hant sindromuna görə ola bilər). Ümumiyyətlə, Bell iflici ilə müqayisədə Ramzay-Hant sindromunda qalıq  əlamətlərsiz sağalma ehtimalı azdır. - Pis kontrollu arterial hipertenziyalı və şəkərli diabetli şəxslərdə  - Hamilələrdə üz sinir iflici   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 04.11.2017

mədə və onikibarmaq bağırsaq xorası

Mədə və onikibarmaq bağırsaq xorası

Hazırki dövrdə insanların ən çox şikayət etdiyi problemlərdən biri də mədə və onikibarmaq bağırsaq xorasıdır. Öncəliklə, onu qeyd edək ki, xora xəstəliyi müxtəlif səbəblərdən yaranır. Xəstəliyin yaranmasında əsas səbəb sinir sistemi fəaliyyətinin pozulmasıdır. Psixi travma, beyin travması və həddən əsəbi olmaq xora yaranması üçün uyğun şəraiti hazırlayır. Həmçinin, qida rejiminin pozulması, siqaret çəkmək, spirtli içkilər qəbul etmək də xora xəstəliyinin əmələ gəlməsinin əsas səbəbləri arasındadır.  Xora xəstəliyinin yaranma səbəbləri:  - İrsi meyllilik  - Qan qrupunun 0 (I) olması  - Tez-tez baş verən və uzun müddət davam edən stess   - Sadə gigiyena qaydalarına riayət etməmək Xora adətən hər iki orqanda birdən, bəzən də mədədə ayrı, ya da onikibarmaq bağırsaqda müşahidə olunur. Əgər yeməkdən bir saat sonra bədənin sol tərəfində qabırğanın altındakı nahiyədə şiddətli ağrı hiss edirsinizsə, həmçinin gəyirmə və qusma varsa, deməli sizdə xora var. Bu xəstəlik ac olduqda mədədə ağrı ilə müşahidə olunur. Yeməkdən 2-3 saat sonra ağrı kəskinləşir, xüsusilə gecələr ağrı dözülməz olur. Yemək qəbul etdikdə isə ağrı kəsilir. Xəstəlik ağırlaşdıqda qanaxma baş verə bilər. Bu zaman mədənin xora yerləşən divarı deşilir və xora yeri çapıqlaşır, nəticədə mədədən onikibarmağa gedən yol daralır. Bu da xəstədə həzm prosesinin çətinləşməsi ilə nəticələnir. Bu xəstəlik adətən ilin iki fəslində - yazda və payızda özünü daha kəskin surətdə büruzə verir. Ona görə də belə xəstələr, xüsusən yaz və payız fəsillərində daha ciddi müalicə-profilaktik tədbirlərə əməl etməlidirlər. Mədə və onikibarmaq xorası xəstəliyindən əziyyət çəkən xəstələr qida məhsullarını əvvəlcə xırdalamalı, sonra isə ancaq suda və ya buxarda bişirib yeməlidirlər. Qovrulmuş, qızardılmış yeməklər yemək qəti qadağan edilir. Xörəyi çox soyuq və ya çox isti yemək olmaz. 3-4 saatdan bir az-az qida qəbul etməlidirlər. Xora xəstəliyindən əziyyət çəkən xəstələr un məmulatlarından, şəkərli qidalardan, konservləşdirilmiş yeməklərdən, kolbasa sosiska kimi hazır qidalardan, həmçinin, duza qoyulmuş tərəvəzlərdən, müxtəlif şirniyyatlardan, soyuq, qazlı, spirtli içkilərdən uzaq durmalıdırlar.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 31.10.2017

bel ağrısılarının müalicəsi

Bel ağrısı: Lümbal radikulopatiyalarda lümbal...

Bel ağrısı Bütün ağrıların 37%-i bel ağrılarına təsadüf edir. Bunların içərisində  lümbal (bel-oma) radikulopatiyalar ən çox rast gəlinən və ağrı dərəcəsinə görə ən ağır keçən xəstəlikdir. Radikulopatiyalar nədir? Ayağa gedən bir sinir kökcüyün sıxılması nəticəsində ağrının yaranmasıdır. Sıxılmış sinirin yerləşməsinə bağlı olaraq ayağın bir hissəsinə və ya bütün ayağa yayılan ağrı ilə birlikdə sinirin sıxılması ilə bağlı olaraq keyimə, yanma, güc zəifliyi kimi şikayətlər diqqət çəkir. Bel ağrılarında, fəqərələr arası disk yırtıqları zamanı yırtığın sinir kökcüyünü sıxması ən çox rast gəlinən patologiyadır. Səbəbləri Bel ağrılarında radikulopatiya əlamətləri mühtəlif səbəblərdən yarana bilər. Lakin hər nə səbəb olur olsun, nəticə olaraq onurğa beynindən çıxan sinir kökcüklərinin sıxılması və qıcıqlanmasına səbəb olur.  - Fəqərələrarası disk yırtıqları  - Osteofitlər  - Spondilyozlar  - Sinir kökcüyünə yaxın olan bağ və vətərlərin qalınlaşması  - Şişlər  - İnfeksiyalar  - Skoliozlar  - Şəkərli diabet  - Onurğanın iltihabi və deqenerativ xəstəlikləri Bel ağrılarında lümbal radikulopatiyanın əlamətləri: Bu əlamətlər tamam ilə sinir kökcüyünün zədələnmə səviyyəsindən asılıdır. Amma ümumi olaraq ağrı, keyimələr və iynə batırma hissləri bel-oma, ayaqlarda olur. Xəstədə qəbizlik və aralıqda (xayalarda) ağrı şəklində yarana bilir. Ağrı həm lokal (yerli) həm də beldən ayaq istiqamətində ola bilir. Diaqnostikası:  İlk növbədə xəstə mütəxəssis tərəfindən müayinə olunub xəstənin şikayətləri ətraflı toplanmalıdır. Bel ağrısı zamanı xəstənin əzələ gücü, hissiyyat və refleksləri yoxlanılır. Bundan sonra ehtiyac olduqda xəstə bu müayinələrə göndərilir:  - Rentgenoqramma  - KT (kompyuter tomoqramma)  - MRT (maqnit rezonans tomoqramma)   - ENMQ (elektro neyro mio qramma) Müalicəsi:  - Dərman müalicəsi  - Epidural steroid blokadası  - Transforaminal steroid blokadası  - Nukleoplastika Radiofrekans ilə  - Epiduroskopiya  - Proloterapiya  - Fizioterapiya ve reabilitasiya  - Cərrahi əməliyyatlar Lümbal (bel-oma) epidural steroid blokadası nədir: Bu inyeksiyalar rentgenoskopiya altında iynələr vasitəsi ilə onurğa ətrafında olan toxumalara kortikosteroidlərin vurulmasıdır. Kortikosteroidlər isə ilthablaşmış sinir kökcüyü və ətrafında olan toxumalarda ağrı, ödem və qıcıqlanmanı aradan qaldırır. Lümbal radikulopatiyalarda lümbal epidural steroid blokadasının klinik araşdırması Araşdırma keçirilən yer: T.C. Ankara şəh. Ankara  Universiteti ,Tibb Fakultəsi , İbn Sina Xəstəxanası. Araşdırmanı aparan həkimlər: Prof. Dr.İbrahim Aşık, Dr. Xəyal Vəliyev Məqsəd: Lümbal (bel-oma) bölgəsində disk yırtıqları olan , medikal müalicəyə və fizioterapiyaya cavab verməyən xəstələrdə epidural kortikosteroid inyeksiyanın istifadəsi və onun nəticələrinin dəyərləndirilməsi. Metod və materiallar: 38-77 yaş arasında bel-oma nahiyəsində fərqli səviyyələrdə disk patalogiyaları olan 19 xəstədə, disk patalogiyaları MRT və elektroneyromioqrafiya ediləndən və dəyərləndirildikdən sonra xəstələrə olunacaqları inyeksiya ətraflı izah edildi. Xəstələrdə inyeksiyalardan bir həftə əvvəl istifadə etdikləri bütün qeyri-steroidlər, iltihab əleyhinə dərmanlar dayandırıldı. Lokal anesteziyadan sonra L5-S1 səviyəsindən 19 G Tuohy epidural iynəsi ilə epidural aralığa girildi və 1ml. kontrast maddə vuruldu, skopiya altında epidural aralığı çəkildikdən sonra 16 mg dekort inyeksiya vasitəsi ilə vuruldu. Xəstələrimiz 1 həftə sonra və 1 ay sonra dəyərləndirildilər. Apardığımız araşdırmaların nəticələri: Ağrı şkala ilə qiymətləndirilib: Ağrının olmaması - 0 bal Ən çox olan ağrı - 5 bal Tək səviyyədə sinir kökünü sıxan disk yırtığı 14 xəstədə 1 həftə sonra balla qiymətləndirilmə ilə 1 bal təyin olunmuşdur. Eyni xəstələr 1 aydan sonra balla qiymətləndirilmə 0 bal təyin olunmuşdur. Üç səviyyədə sinir kökün sıxan disk yırtığı 4 xəstədə 1 həftə sonra sonra balla qiymətləndirilmə ilə ortalama 3±1 bal arası təyin olunmuşdur. Eyni xəstələr 1 aydan sonra balla qiymətləndirilmə eyni ortalama 3±1 bal arası təyin olunmuşdur. Tək səviyyədə sinir kökünü sıxan disk yırtığı ilə birlikdə spinal stenozu olan 1 xəstədə 1 həftə sonra balla qiymətləndirilmə ilə ortalama 5±1 arası bal təyin olunmuşdur. Eyni xəstələr 1 aydan sonra balla qiymətləndirilmə ortalama 3±1 bal təyin olunmuşdur. Nəticə: Lümbal disk yırtıqlarında tək səviyyədə sinir kökü sıxılması olan disk yırtıqlarında epidural kortikosteroid inyeksiyasının istifadəsi klinik olaraq tez və tam düzəlməyə gətirir.    © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 30.10.2017

şəkərli diabet nədir

Dünyada ən “şirin” xəstəlik və yaxud...

Qısa olaraq “Şəkərli diabet” nədir? “Şəkərli diabet maddələr mübadiləsinin xroniki pozulmalarının bir qrupu olaraq mədəaltı vəzin qandakı qlükozanın  toxuma hüceyrələrinə keçməsini təmin edən xüsusi hormonunun sekresiyası və/və ya bu hormonun təsirinin pisləşməsi ilə əlaqədar qlükoza miqdarının qanda qalxması – hiperqlisemiya ilə özünü göstərir.”  Bu uzun cümlədə ən vacib sözlər: XRONİKİ və HİPERQLİSEMİYA anlayışlarıdır. Başqa sözlə,  hər təsadüfi hiperqlisemiya hələ ki, Şəkərli diabet olmaya da bilər. Bu xroniki hiperqlisemiya isə zaman getdikcə  toxumalarda dəyişikliklər yaradaraq  ən çox ürək-damar və sinir sistemlərində, böyrəklərdə, gözün torlu qişasında və dəridə, əslində isə bütün orqan və sistemlərdə ağırlaşmalara gətirib çıxarır. “Diabet” sözü nə deməkdir? Bu barədə müxtəlif fikirlər var. Qərb ədəbiyyatında daha çox qəbul olunub ki, “diabet” haqqında ilk yazılı məlumat b.e.ə I əsrdə yaşamış yunan alimi  Kapadokyalı Aretaeusdan gəlir. O,  bu xəstəliyi ifrat sidik ifrazına işarə edən “diabainein” (sifon borusu) sözü ilə ifadə etmişdir. 1425-ci ildə “diabet” sözü ədəbiyyatda işlənməyə başlanmış, 1675-ci ildə isə xəstəliyin adına “bal kimi şirin” mənası verən “mellitus” yunan sözü də əlavə olunmuşdur. Beəliklə, bu xəstəliyin beynəlxalq adı “Diabetes mellitus” – şəkərli diabet bütün dillərdə qəbul olunmuşdur.  Şəkərli diabetin hansı əsas növləri var? Şəkərli diabet – tip 1 Bu zaman 90 % hallarda tam anlaşılmayan səbəblərdən bədənin immun sistemi hüceyrələrinin  öz mədəaltı vəzisi adacıqlarında yerləşən beta hüceyrələrinə  hücumu – autoimmun proses nəticəsində mədəaltı vəzinin hormon hasil edən beta hüceyrələri sıradan çıxır. 10 % hallarda isə səbəb idiopatikdir və heç bir antitellər təyin olunmur. ŞD-1 adətən uşaq və yeniyetmə yaşlarında (19 yaşa qədər) üzə çıxır və bu xəstələr ömürlük hormon inyeksiyalarına möhtac olurlar. Ona görə də əvvəllər “Yuvenil diabet” və ya “Hormondan asılı diabet” adlanırdı. 1-ci tip ŞD xüsusilə ketoasidoz ağırlaşma verə bilir. Şəkərli diabet – tip 2 Bu zaman poligenetik səbəblər və yaşam faktorlarının təsirindən toxuma hüceyrələrində hormonun təsirinə qarşı rezistentlik yaranır və/və ya beta hüceyrələrin fəaliyyətinin pozulması nəticəsində nisbi və yaxud mütləq hormon çatışmazlığı yaranır. Çox vaxt orta yaş və daha yaşlılarda yarandığı üçün və müalicəsində əsasən peroral hipoqlikemik preparatlar işləndiyi üçün əvvəllər “Böyüklərdə başlanan şəkərli diabet” və ya “Hormondan asılı olmayan diabet” adlanırdı. ŞD-tip 2 bütün diabet saylarının 90-95%-ini təşkil edir.  “Şəkərli diabet XX və XXI əsrin epidemiyasıdır” dedikdə məhz ŞD-tip 2 sayının xeyli artması nəzərdə tutulur. Gestatsion diabet (GD) Bu zaman hamilə qadınlarda ilk dəfə qanda şəkərin yüksəlməsi və ya qlükoza intolerantlığı qeyd olunur və hamiləlik başa çatdıqdan sonra bitir. Səbəb hormonal proseslər nəticəsində qanda qlükoza miqdarına qarşı qeyri-toleranttlıq hesab olunur. Əgər öncədən ŞD olan qadın hamilə qalıbsa, bu GD deyil. Əgər hiperqlisemiya doğuşdan sonra aylar keçməsinə baxmayaraq davam edirsə, bu artıq ŞD-tipidir. Şəkərli diabetin hansı spesifik növləri var? Spesifik, başqa sözlə ikincili növlər  dedikdə bu xəstəlik konkret  bir ön  səbəbin və ya digər bir xəstəlyin tapılması nəzərdə tutulur. Bura aiddir:  - Mədəaltı vəzin beta hüceyrələrinin və ya sintez olunan hormonun təsdiq olunmuş genetik defektləri (nadir monogenetik diabet növləri)  - Şəkərli diabetlə bağlı olan digər genetik sindromlar  - Mədəaltı vəzinin struktur xəstəlikləri – sistik fibroz, qeyrispesifik pankreatitlər, hemoxromatoz, şişlər, pankreatoektomiya (əməliyyatla çıxarılması)  - Endokrin sistemi xəstəlikləri ilə bağlı – akromeqaliya, Kuşinq sindromu və xəstəliyi, qlükaqonoma, hipertireoidizm, feoxromasitoma  - İnfeksiyalar (məsələn, epidemik parotit nəticəsində)  - İmmunpatologiya ilə bağlı nadir xəstəliklər.  - Dərman və ya toksiki təsirli – atipik antipsixotiklər, kortikosteroidlər, tiazidlər, betaadrenoblokatorlar,  proteaza inhibitorları və digər Burada mühüm bir haşiyə çıxararaq qeyd edək ki, son illər beta-adrenoblokatorların metabolik-aterogen və diabetogen mənfi təsiri olduğunu sübut edən məlumatlar toplandığı üçün onlar arterial hipertenziyanın bazis preparatları siyahısından çıxarılıb. Arterial hipertenziya müalicəsində dünyada mayak rolunu oynayan JNC-8 kliniki protokollarında yalnız xüsusi hallarda bu tip preparatların tətbiqi tövsiyyə olunur. Qeyd edək ki, belə mənfi metabolik təsirlər həm qeyri-selektiv beta adrenoblokatorlarda, həm də köhnə nəsil seçmə beta adreno-blokatorlarda qeyd olunur. Bəzi tədqiqatlara görə,  modern seçmə beta-blokatorlarda belə xoşagəlməz metabolik təsirlər yoxdur və ya cüzidir. Hər halda bu dərmanları şəkərli diabet xəstələrinə təyin etməzdən öncə bir daha düşünməyə yetərincə əsas var. Nəzərə alsaq ki, bu preparatlar həm də hipoqlisemiya əlamətlərini maskalayaraq ifrat hipoqlisemik müalicə fonunda xəstəni təhlükəli ağırlaşmalar qarşısında da qoya bilirlər. Şəkərli diabet nə üçün çox qorxulu xəstəlikdir?  Qanda şəkərin qalxması və ya onun müalicəsi ilə əlaqədar olan birbaşa və ya dolayı kəskin ağırlaşmalar həyati təhlükə yaradır. Bunlar diabetik ketoasidoz, qeyri-keton diabetik  hiperosmolyar hiperqlisemiya və müalicə-qida rejimi ilə bağlı kəskin hipoqlisemiyadır. Amma bundan başqa ŞD-in xroniki təhlükəli ağırlaşmaları da var: İri damar xəstəlikləri – ŞD  xəstələrində ürək-damar xəstəlikləri ağırlaşmaları (koronar arteriya xəstəliyi, insult/TİA, ətrafların damar xəstəlikləri 2-4 dəfə çox rast gəlinir. Retinopatiya – göz dibində anevrizmaların yaranması, müxtəlif ölçülü qansızmalar, sərt və yumşaq ekssudatlar, makulyar ödem, patoloji neovaskulyarizasiya, torlu qişanın qopması, intraretinal vaskulyar anomaliya, neovaskulyar qlaukoma  Nefropatiya – böyrəklərdə struktur və funksiya dəyişiklikləri tədricən böyrək çatışmazlığı ilə nəticələnir. Neyropatiya – xəstələrin 50%-də qeyd olunur. Bunlara klassik distal simmetrik polinevropatiyadı,  III, IV, VI və VII  KBS nevropatiyaları, multipleks mononevritlər,  distal və proksimal poliradikulonevropatiyalar, autonomik nevropatiyalar aiddir. “Diabetik ayaq” – yerli vaskulopatiya, neyropatiya, osteoartropatiya ilə bağlı lokal ciddi infeksiyaların artmış riski olan, ağırlaşdığı təqdirdə qanqrenaya və nəticədə amputasiyaya gətirib çıxaran xüsusi  bir haldır. Şəkərli diabet xəstələrinə hansı müayinələr olunur? Kliniki protokollar üzrə ŞD və onun ağırlaşmaları barədə əsas müayinələr: qanda qlükoza, C-peptid, elektrolitlər, anion fərqi, osmolyarlıq,  ketonlar, kreatinin, urea, HbA1C,  lipidlər, ALT, qələvi fosfataza,  kreatinin-kinaza, TSH, sidik albumin/kreatinin əmsalı. Bundan başqa, rutin müayinələr – EKQ, göz dibi müayinəsi, qarın boşluğu orqanlarının USM və göstəriş üzrə digər metodlar da tətbiq olunur. Lakin praktikada yuxarıda qeyd olunan müayinə metodlarının hamısı hər xəstəyə ucdantutma tətbiq olunmur.  Bəzi xüsusi müayinələr -  antitellər, GAD65 antitelləri, adacıq hücrələri antiteli də tətbiq oluna bilər. Şəkərli diabetin diaqnostik kriteriyaları hansıdır? Düşünülənin əksinə olaraq, şəkərli diabetin diaqnostikası lap asan deyil. Yəni, hər təsadüfi  hiperqlisemiya halına, özü də tipi üzrə  ŞD diaqnozu qoymaq mümkün deyil. Xüsusən nəzərə alsaq ki, tədqiqatlar həm “ŞD-tip 1” hallarının bir sıra şəxslərdə böyük yaşlarda, “ŞD-tip 2” hallarının isə yeniyetmələrdə də üzə çıxa bildiyini göstərmişdir.  Hələlik incəliklərə varmayaraq 4 cür  müayinə kriteriyasının olduğunu qeyd edirik. Plazmada acqarına qlükoza miqdarı, 75 qramlıq oral qlükoza tolerantlıq testi (OGTT), qlükolizəolunmuş hemoqlobin miqdarı (Hb1Ac) və  plazmada qlükoza miqdarının təsadüfi təyini. Qanda acqarına qlükozanın təyini və acqarına-toxqarına olub olmamasından asılı olmayaraq Hb1Ac təyini həm daha asan, həm də daha ucuz başa gələn metoddur.  Təklif olunur ki, hiperqlisemiya aşkar olunduğu təqdirdə başqa bir gündə acqarına plazmada qlükozanın təkrar laborator müayinəsi olunsun.  Nəticələrə əsasən diaqnostika aşağıdakı cədvəldə göstərilir: Qeyd: OGTT- oral qlükoza tolerantlıq testi, ppBG – postprandial blood glucose, yəni 2 saat bundan əvvəl qida qəbul etmiş şəxsdə qanda qlükozanın təyini Beləliklə, ən azı 2 dəfə acqarına analiz zamanı qanda qlükoza 126 mq% (7mmol/l-dən çox) və daha yuxarıdırsa,  “Şəkərli diabet” diaqnozu qoyula bilər. Əgər müsbət simptomatika (çox su içmə, çox sidik ifrazı, çox qida qəbulu fonunda arıqlama) olan şəxsdə plazmada təsadüfü qlükoza miqdarı 200 mg%-dən çoxdursa, bu böyük ehtimalla “Şəkərli diabet” deməkdir. Plazmada qlükoza miqdarı: mg% ya mmol/l? Bir sıra hallarda xəstələr evdə ölçdükləri cihazların göstəricilərinə əsasən mmol/l ölçmə vahidinə əsasən nəzarət edirlər. Digər hər hansı bir laboratoriyada mg%-lə olan göstəricinin məhz neçə mmol/l  olduğunu təyin etməkdə çətinlik çəkirlər. Yaxud əksinə mg%-lə nəticələri mmol/l ilə müayisə edə bilmirlər. Bu isə  çox asandır.  Əgər nəticə mg%-dirsə 18-ə bölmək lazımdır. Nəticə mmol/l-dirsə 18-ə vurmaq lazımdır.  Beləliklə, normal qlükozanın yuxarı həddi 100 mg% olduğu üçün 100/18=5,5 (mmol/l). Şəkərli diabet ən azı iki dəfə plazmada qlükoza acqarına 126 mg%-dən yuxarı olduqda qoyulur. 126 mg%: 126/18=7 (mmol/l). Əksinə çevirmək üçünsə mmol/l ilə olan ədədi 18-ə vururuq. Məsələn, 7  mmol/l üçün  7x18=126 mq%.     Kimlər skrininq müayinə olunmalıdır? ŞD-tip 1 üzrə Xüsusilə bəzi rus müəlliflərinin canfəşanlıq etməsinə baxmayaraq tədqiqatlarda ŞD-tip 1 üzrə autoantitellər təyin olunduğu halda diabetin qarşısını alan heç bir profilaktiki üsul yoxdur. Ona görə də ŞD-tip 1 üzrə, yəni uşaq və yeniyetmələrdə ŞD görə skrininq müayinələri yalnız şübhə olduğu təqdirdə aparılır. ŞD-tip 1 üzrə sağlam həyat tərzi amillərinin isə ŞD-tip 2 üzrə ayrıca özəl bir fərqi yoxdur. Qeyd olunduğu kimi, əsas fərq əsasən müalicəsində və bununla əlaqədar olaraq qidalanma rejimində  özünü göstərir. ŞD-tip 2 üzrə Amerika Diabet Assosiasiyasının (ADA) rəsmi rekomendasiyalarına əsasən aşağıdakı şəxslər ŞD-tip 2 üzrə risk qrupuna aiddirlər və ən azı 3 ildən bir, yaxud daha tez-tez skrininq müayinələr olunmalıdrılar:  - Yaşı 45-dən çox olanlar  - Arterial təzyiqi davamlı olaraq 135/90 mm c.süt-dan yuxarı olanlar və ya antihipertenziv müalicədə olanlar  - Yüksək qidalanma dərəcəsindən artıq çəkisi olanlarda bir və daha artıq risk faktoru: arterial təzyiqin arabir 140/90 mm c.süt yuxarı qalxması, hipexolseterinemiya (HDL 35 mq/dl-dən az, və ya xolesterin 200 mg/dl-dən çox, və ya  triqliseridlər 250 mq/dl-dən çox olanlar)  - Birinci dərəcəli qohumlarda (ata-ana, qardaş-bacı) şəkərli diabet xəstəliyi olanlar  - “Acanthosis nigricans” kimi kliniki əlamətləri olanlar.  - Bundan əvvəlki laborator müayinələrdə qeyri-normal nəticə olanlar: plazmada acqarına qlükoza 100 mq/dl-dən yuxarı, 2 saat OGTT 140 mq/dl-dən çox, HbA1C 5,7%-dən çox olanlar  - Qadınlarda yuxarıdakılardan əlavə Polisistik Yumurtalıqlar Sindromu olanlar, anamnezdə Gestatsion Diabeti olanlar, 4,1  kq-dan artıq çəkili uşaq doğan şəxslər Xalq deyir ki, “şəkər xəstəliyi” qorxudan yaranır. Bəs elm nə deyir? Yuxarıdakı sxemdə (Chang & Halter. AJP 284:E7-E12, 2003) yaş artıqca hiperqlisemiya meyllərini artıran faktorlar qeyd olunub. Qısa olaraq qeyd edək ki, son illərin tədqiqatlarına əsasən bədəndə iltihabi proseslərlə depressiya və xroniki həyəcan arasında bir-birini qarşılıqlı artırması təsdiq olunur. Beləliklə, obrazlı desək, elm də təsdiqləyir ki,  bu bəzən yaranır, amma hamıda və həmişə yox. Yəni, diabet yaranması üçün adətən tək bir faktor bəs etmir. Yenə də obrazlı desək, bu zaman qorxu “dəvənin belini qıran sonuncu saman” rolunu oynayır. Mövzu ilə bağlı videolar:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 30.10.2017

açıq beyin əməliyyatı

Açıq beyin əməliyyatından sonra xəstənin vəziyyəti və...

Beyin əməliyyatı - avtomomobil qəzaları nəticəsində alınan travma, beyin-damar problemləri və beyin şişləri zamanı tətbiq edilən müalicə yöntəmidir. Açıq beyin əməliyyatı üçün, xəstənin əməliyyat nahiyyəsindəki saçları qırxılır və beləliklə pasient əməliyyata hazırlanır. Beyin əməliyyatları ümumi anezteziya ilə mütəxəssis neyrocərrah komandası tərəfindən aparılır. Əməliyyatdan çıxdıqdan sonra (açıq beyin əməliyyatı) yaranın infeksiya ilə yoluxmaması üçün, pasient xəstəxanada riskli dönəm bitənə qədər nəzarətdə qalır. Pasientin sağlamlığı üçün ilk gün yaxınları tərəfindən ziyarət edilməməsi məsləhət görülmür. Yəni əməliyyatın gedişatı, uğurlu aparılması nə qədər ciddi bir məsələdirsə, xəstənin əməliyyat sonrası vəziyyəti də bir qədər diqqət tələb edən məsələdir. Bu səbəbdən həkimin bütün göstərişləri olduğu kimi yerinə yetirilməlidir. Əməliyyatdan sonra nə etmək lazımdır?  - Xəstənin əməliyyatdan sonra 3 gün ərzində çimməsi qadağandır. Çünki yaraya su dəyməməlidir. Əgər yaraya su dəyərsə, sarğı mütləq yenilənməlidir. 3 gün bitdikdən sonra pasient rahatlıqla çimə bilər.  - Beyin əməliyyatından sonra həkimin təyin etdiyi: mədəqoruyucu, antibiotik, ağrıkəsici və digər dərmanlar həkimin dediyi zaman içində, təyin etdiyi qədər (sayda) və vaxtında içilməlidir.  - Əgər pasient artıq çəkilidirsə, ən qısa zamanda mütəxəssis dietoloqla görüşüb pəhrizə başlanmalıdır.  - Pasientin, iş həyatı və ya ev işlərinə başlaya biləcəyi vaxtı yalnız həkim təyin edə bilər.   - Açıq beyin əməliyyatından sonra ən az 2 ay müddətində avtomobil sürmək olmaz.  - Açıq beyin əməliyyatından 4 həftə sonra cinsi əlaqə icazə verilir.  - Əməliyyatdan çıxmış şəxs həyarı boyu spirtli içkilərdən uzaq durmalı və günəşdə uzun müddət qalmamalıdır.  - Səyyahətə əməliyyat həkimi ilə məsləhət edib çıxmaq tövsiyyə olunur.  - Əməliyyatdan sonra yaxınlarınız sizdə şəxsiyyət dəyişikliyi hiss edirsə bunu ciddi qəbul edib, psixiatrla görüşməniz məsləhət görülür.  - Xəstəxanadan çıxdıqdan sonra sizə verilə xəstəlik tarixçəsini itirməməli və hər dəfə həkim müayinəsinə gəldikdə onu özünüzlə gətirməniz məsləhətdir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 27.10.2017

çiyin ağrıları səbəb və simptolar

Çiyin ağrıları

Bazu oynağı orqanizmin ən hərəkətli və bir çox istiqamətə hərəkət imkanları olan oynaqlardan biridir. Çiyin ağrısı ortopediyada bel və diz oynağı ağrısından sonra ən çox rast gələn ağrı şikayətlərindəndir. Çiyin qurşağı ağrıları istirahət vaxtı, müəyyən hərəkətlərlərdə, ya da daimi ola bilər. Çiyin ağrısının səbəbinin diaqnozu necə qoyulur ? Çiyin ağrınızın davam etməsi zamanı müraciət edəcəyiniz ortoped-travmatoloq, sizə bir sıra suallar verəcək, xəstəliyin səbəblərini aydınlaşdırmağa çalışacaq. Bazu oynağınızı və boyun nahiyyənizin müayinəsindəndən sonra, çiyin qurşağı ağrınızın səbəbi haqqında bir fikirə gələ biləcək. Həkiminiz bəzən sizə dərhal müalicəyə başlaya bilər, bəzəndə rentgenoloji və ya MRT kimi müayinə metodlarından istifadə edə bilər. Çiyin ağrılarının səbəbləri nələrdir? Çiyin ağrısı oynağı əhatə edən yumuşaq toxumalardan, bazu oynağından və onu əmələ gətirən sümüklərdə və boyundan gələn sinirlərdən yarana bilər.    Çiyin qurşağına yayılan ağrılar: Ürəkdən və ya qarın boşluğundan yayılan çiyin ağrıları: çiyin nahiyyəsinə boyundan və ya daxili orqanlardan əks olunan müxtəlif problemlər ola bilər. Ürək, döş qəfəsindəki ağrılar çiyin qurşağına qonşu orqanlar olduğu üçün təsir edə bilir. Boyun problemləri: Boyunda olan fəqərələrarası disklərdə yırtıq və ya digər bəzi boyun problemləri sinir köklərinə təzyiq edərək ağrının çiyin qurşağına doğru yayılmasını formalaşdıra bilirlər. Torasik çıxış sindromu (Thoracic outlet syndrome): Qola doğru yayılan sinirlərin formalaşdırdığı sinir dəstələri, körpücük altı arterial və venoz damarları döş qəfəsindən çıxdığı yerdə müxtəlif səbəblərlə sıxılmalara rast gələ bilər. Körpücük sümüyü, 7 boyun fəqərisinin yan çıxıntısı, birinci qabırğa, skalenus anterior adlı bir əzələnin formalaşdırdığı sahədə bəzən bir fibroz bağın yaranması zamanı “Döş qəfəsi çıxışı sindromu” adı verilən bir mənzərə ortaya çıxa bilər.   Donmuş çiyin (Frozen shoulder) Bazu oynağı nahiyyəsində olan ağrı, hərəkət məhdudluğu şikayəti ilə özünü göstərən bir xəstəlikdir. Qadınlarda daha çox müşahidə edilir. Xəstəliyin tam olaraq əmələ gəlmə səbəbi bilinmir, ancaq bir sıra faktorlar xüsusən şəkərli diabet, travma, hiperlipidemiya qeyd edilir. Xəstəliyi aşağıdakı kimi təsnif edirlər: 1. İdiopatik (səbəbi bəlli olmadığı hallar) 2. İkincili (hər hansısa bir xəstəliklə yanaşı inkişaf edir: şəkərli diabet, parkinsionizm, kardiopulmonar xəstəliklər, hiperparotiriodizm, hipoparotriodizm və s.) 3. Bazu oynağı nahiyyəsində icra olunan əməliyyatlardan sonra. Xəstəliyin əsas əlaməti ağrı (xəstələr hətta ağrının təsirindən gecə yuxudan  ayılır) və hərəkət məhdudluğudur (bütün istiqamətlərə hərəkət məhdudluğu müşahidə edilir). Hərəkətsiz qaldıqca oynaq  içi bitişmələr formalaşır və getdikcə hərəkət məhdudluğu daha da artar. Nəticədə oynaq kapsulu qalınlaşır və büzüşür. Müəyyən vaxtdan sonra ağrılar azalır, lakin yerini oynaq hərəkətlərinin məhdudluğu tutur. Bu xəstəlik bəzən 1-2 il ərzində tədricən yavaş-yavaş yaxşılığa doğru gedə bilər. Xəstəliyin diaqnozu fiziki müayinə, rentgenoloji və MRT müayinəsi üsulları ilə təyin edilir. Müalicə Müalicənin əsas məqsədi ağrını və oynaqda olan hərəkət məhdudluğunu aradan qaldırmaq. Müalicə zamanı oynağı hərəkətsiz saxlamamaq vacibdir. Konservativ müalicə: a) fizioterapiya-müalicəvi idman hərəkətləri. Donmuş çiyində idman hərəkətləri müalicənin əsas hissəsini  təşkil edir. b) qeyri-steroid iltihab əleyhinə preparatlar c) oynaq daxilinə steroid preparatların yeridilməsi Cərrahi   Cərrahi əməliyyatın məqsədi hərəkət məhdudluğunu aradan qaldırmaqdır, artroskopik aparıla bilər. Fibromialgiya Fibromialgiya; orqanizmin ümumi əzələ ağrıları, həssas ağrılı nöqtələr, yuxu problemləri və yorğunluqla xarakterizə edən bir xəstəlikdir. Bursit "Bursa" adı verilən bu kisəciklər oynaq xarici təsirlərə qarşı qoruyucu yastıqcık vəzifəsini yerinə yetirirlər və bazu oynağı ilə kürək sümüyünün akromion çıxıntısı arasında olan, içi maye ilə dolu kisənin iltihabıdır. Tez-tez çiyin qurşağında tendinit (vətərin iltihabı), rotator manşet cırılmalarında bursa şişər və iltihaba səbəb olar. Bunun nəticəsində xüsusilə çiyin qurşağını yuxarı qaldırmaq kimi hərəkətlərdə çiyin ağrısı olur. Məhz bu kəskin dövrdə, soyuq tətbiqi, keçici istirahətlər, lokal inyeksiyaların icra olunması lazımdır. Daha sonrakı dövrdə isə fizioterapiya və idman hərəkətləri qalan problemi  həll edəcək. Xronikiləşmiş hallarda bu kisə qalınlaşmış, sərtləşmiş və davamlı olaraq  ağrı səbəbi olmağa başlamışsa cərrahi müalicə qaçılmazdır. Döndürücü (rotator) manjet zədələnmələri və xəstəlikləri Bazu oynağı hərəkətləri sırasında ən önəmli vəzifə döndürücü manjet dediyimiz bir struktura düşər. Çiyin ağrıları icərisində 60% hallarda ən çox rastlanan səbəb budur.  1. Döndürücü manjet tendiniti (iltihablaşması) 2. Kalsifik Tendinitis, bazu oynağını hərəkət etdirən vətərlərdəki gərginlik, kiçik yırtılma və qanamalar nəticəsində vətər toxumasında kalsium çöküntülərinin olması ilə xarakterizə olunan bir xəstəlikdir. Kalsifikasiyalamış tendinitin bir digər xüsusiyyəti də çox şiddətli çiyin ağrısına səbəb olmasıdır. 3. Subakromiyal sıxiıma (impigement) sindromu. Qolunuzu qaldırdığınız vaxtı  çiyin çıxıntısının (çiyinin ən yüksək nöqtəsi)  altdakı yumuşaq toxumalara təzyiq etməsi nəticəsində sıxılma meydana gəlir. Qol havada olarkən çiyin çıxıntısı bursanı və vətərləri sıxışdırır. Bu hal yuxarıda bəhs olunan bursit və tendinitə  də yol aça bilər. Subakromiyal sıxılma ağrılı və hərəkətləri məhdudlaşdıran bir narahatlıqdır. 4. Döndürücü (rotator) manjet yırtığı; Yaşla əlaqədar olaraq  vətər strukturundakı patologiyalar, zədələnmələr, əzilmələr və ya uzun müddət işləməsindən asılı olaraq  sıradan çıxmasına və qopmasına səbəb ola bilər. Vətərlərdə qismən bir yırtıq ola və ya  vətər  tamamilə iki yerə ayrılacaq formada qopa bilər. Artrit (artroz)  Artrit çiyin ağrısı səbəblərindən biridir və bir çox artrit tipi vardır. Çiyinlərdə ən çox görülən artrit tipi - osteoartrit, artrozdur (duzlaşma). Ağrı, şişkinlik və hərəkət məhdudluğu kimi əlamətlər ümumilikdə orta yaşlarda meydana çıxır. Artroz tədricən inkişaf edən və müəyyən vaxt içərisində ağrısı şiddətlənən bir narahatçılıqdır. İdman və ya iş qəzaları, zədələr və yırtılmalar artroza zəmin yarada bilər. Digər artrit növləri isə əzələ yırtılmaları, infeksiya ya da oynaqda iltihablaşma ilə əlaqədar ola bilər. Artrit səbəbi ilə yaranan ağrıları azaltmaq üçün bir çox insanlar çiyini hərəkət etdirməməyə çalışırlar. Ancaq bu davranış tam əksdir, oynaqda yumuşaq toxumaları sərtləşdirir və müəyyən vaxt içərisində çiyin hərəkəkləri məhudlaşır, ağrı da artmış olur. Çox nadir hallarda bazu oynağında “septiki artrit” deyilən ciddi bir mənzərə meydana çıxa bilər. Bu hal orqanizmin başqa bir nahiyyəsində bazu oynağına infeksiya yayılması nəticəsində formalaşır. Xəstənin hərarəti yüksək, ümumi vəziyyəti olduqca ciddi olur. Oynaq şişkin, çox ağrılı olur və hərəkət etmək mümkün olmur. Təcili oynaq içinə girilərək irin boşaldılmalı, antibiotik və digər təyinatlarla xəstə nəzarətə götürülməlidir. Bazu çıxıqları  Bazu sümüyünün başı kürək sümüyündəki oynaq boşluğundan bayıra doğru yerini dəyişməsi zamanı bazu çıxığı əmələ gəlir. Zədə ya da çiyinin həddən artıq yük altında gərgin olması çıxığın yaranmasına gətirib çıxarır. Bazu çıxığı qismən və tamamilə oynaq çuxurundan çıxması mümkündür. Çiyin nahiyyəsindəki bağlar, əzələlər və vətərlər bir dəfə boşaldığında və ya qopduğunda bazu tez-tez çıxmağa başlaya bilər. Adəti bazu çıxıqları oynaqda osteartrit riskini yüksəldir. Bazu çıxığı ağrıya səbəb olur, çıxan çiyinin görünüşü digərinə görə fərqli olur. Bazusu çıxan insan qolunu gövdəsinə yaxın tutur, bayıra doğru hərəkət etdirməsi çətinləşir. Çiyin sınıqları Xüsusilə yaşlılarda yıxılmaqla əlaqədar olaraq bazu çıxıqlarına tez-tez rast gəlinir. Gənclərdə isə çiyin sınıqları daha çox idman yaralanmaları və yol nəqliyyat qəzaları ilə əlaqədardır. Çiyin qurşağı sınıqları ciddi bir ağrıya, şişkinliyə və göyərməyə səbəb ola bilər. Çiyin ağrısının müalicəsi necə aparılır? Çiyin qurşağı ağrısının müalicəsi tamamilə səbəbə bağlı olub qoyulan diaqnoza görə icra olunur. Çiyin ağrısında ən çox istifadə olunan müalicə növləri aşağıdakı kimi sıralana bilər:  - Sakitlik və iltihab əleyhinə preparatların istifadəsi;  - Gərilmə ve gücləndirmə hərəkətləri;  - Fizioterapiya və reabilitasiya;  - Ağrılı nöqtəyə ya da nahiyyəyə tətbiq olunan lokal inyeksiyalar;  - Çiyin Artroskopiyası;  - Açıq cərrahi əməliyyatlar.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 27.10.2017

nevrologiya nədir əhatə dairəsi

Nevrologiya

Nevrologiya nədir? Nevrologiya tibbin  sinir sistemi xəstəlikləri ilə məşğul bir sahəsidir. Nevrologiya mərkəzi və periferik sinir sisteminin bütün kateqoriyaları, xəstəlikləri  ( onun alt bölümləri, avtonom sinir sistemi və somatik sinir sistem); onun qişaları, qan damarları və bütün toxumaları da daxil olmaqla məşğuldur. Nevroloji təcrübə daha çox sinir sistemini elmi cəhətdən öyrənən nevrologiya elminə əsaslanır. Nevrologiya termini iki sözün kombinasiyasından, birləşməsindən - “neuron” sinir hüceyrəsi, “logia” örənirəm mənalarından- əmələ gəlmişdir. Beyində təxminən 100 billion neyronlar vardır, onlar öz impulslarını yaratmaq və qonşu hüceyrələrdən impulsları qəbul etmək və ötürmək qabilliyyətlərinə malikdirlər. Nevrologiya aşağıdakıları öyrənir:  - Mərkəzi sinir sistemi, periferik sinir sistemi, avtonom sinir sistemi  - Sinir sisteminin struktur və funksional xəstəlikləri, doğuş defektlərindən tutmuş Parkinson və ya Alzaymır kimi degenerativ xəstəliklərə kimi sadalamaq olar. Nevrologiya həmçinin görüntüləmə və elektrik impulslarının öyrənilməsini də özündə cəmləyir. Məsələn, görüntüləmənin öyrənilməsi KT (komputer tomoqrafiyası) və MRT (maqnit-rezonans tomoqrafiyası) şəkillərinin görüntülənməsində istifadə edilir. EEQ ( elektroensefaloqramma) beynin elektrik fəallığını öyrənərək epilepsiya xəstəliyinin diaqnostikasında əhəmiyyətli rol oynayır. Eyni zamanda nevroloq beyin onurğa beyni mayesini sinir sisteminin infeksion xəstəliklərinin  diaqnostikasında istifadə edə bilər. Nevroloq -nevrologiya üzrə ixtisaslaşmış , nevroloji xəstəliklərin diaqnozu və müalicəsi və ya kəşfləri ilə  treninq keçmiş  həkimdir. Nevroloq klinik araşdırmalara, klinik təcrübələrə və  əsas və   ya translasional tədqiqatlara da cəlb edilə bilər.Nevrologiya qeyri cərrahi ixtisasdır, onun cərrahiyyə ixtisasına neyrocərrahiyə uyğundur. 19-cu əsrdə ruhi xəstəliklər (psixiyatrik xəstəliklər) nevroloji xəstəliklər  ilə birgə ələ alınırdısa, 20-ci əsrdən etibarən psixiyatriya ayrıca bir qol olaraq ayrılmışdır. Nevroloq ilə nevropatoloq arasındakı fərq? Nevrolpatologiya sinir sistemi toxuması xəstəlikləri, adətən kiçik cərrahi biopsiyadan tutmüş bütov autopsiya materiallarının öyrənilməsi də daxil məşğuldur. Nevropatologiya anotomik patologiya, nevrologiya və neyrocərrahiyənin alt ixtisas qrupuna aiddir. Bu neyropatiya ilə qarışdırılmamalıdır. Neyropatiya periferik sinirlərin zədələnməsi ilə gedən xəstəliklərə deyilir. Nevropatoloq xəstəliklərin diaqnozunu araşdırmaq məqsədi ilə baş və onurğa beynindən götürülmüş biopsiya toxumasını ətraflı müayinə edir. Biopsiya adətən radioloji müayinə zamanı aşkar edilmiş kütlə zamanı tələb edilir. Nevropatoloun işi  eləcə də  demensiyanın bir çox formalarının və sinir sistemini zədələyən digər halların ölümdən sonra (post-mortem) diaqnozunun dəqiqləşdirilməsinə də kömək edir. Burdan aydın olur ki ölkəmizdə insanlar tərəfindən  əvvəllər geniş tendensiya almış  “nevropatoloq” termini doğru ifadə deyil.  Doğrusu “nevroloq”-dur. Nevroloq- nevroloji  xəstəlikləri olan pasiyentlərin müayinə, diaqnostikası və müalicəsi ilə məşğul olur, nevropatoloq isə baş və onurğa beynindən alınmış biopsiya və ya autopsiya materiallarını öyrənərək nevroloji xəstəliklərin diaqnozunun araşdırılması və öyrənilməsi ilə məşğuldur. Nevrologiyanın əhatə dairəsi Siyahıda çoxlu nevroloji xəstəliklər qeyd edilib. Bunlara mərkəzi sinir sistemi (baş və onurğa beyni), periferik sinir sistemi, avtonom sinir sistemi və əzələ sistemi zədələnməsi ilə gedən xəstəliklər aiddir. Nevroloji simptom, sindromların və xəstəliklərin siyahısı: A  - Abuliya  - Aqrafiya  - Alkoholizm  - Aleksiya  - Allan-Herndon-Dudley sindromu  - Alernativ hemiplegiya (uşaqlarda)  - Alzaymer xəstəliyi  - Amaurosis fugax  - Amneziya  - Amiotrofik lateral skleroz  - Anevrizm  - Angelman sindromu  - Anozoqnoziya  - Afaziya  - Apraksiya  - Araxnoidit  - Arnold-Chiari malformasiyası  - Asomatoqnoziya  - Asperger sindromu  - Ataksiya  - ATR-16 sindromu  - Autizm  - Ailəvi spastik iflic B  - Behçet xəstəliyi  - Bipolar xəstəlik  - Bella iflici  - Braxial kök zədələnməsi  - Beyin zədələnməsi  - Beyin şişi  - Boş türk yəhəri sindromu -  Bel ağrısı - Boyun ağrısı C  - Canavan xəstəliyi  - Capgras delusion  - Carpal tunnel sindromu  - Chiari malformasiyası  - Coffin-Lowry sindromu D  - Dandy-Üalker sindromu  - Daüson xəstəliyi  - Dağınıq skleroz  - De Morsier sindromu  - Dejerin-Klumpke iflici  - Dejerin-Sottas xəstəliyi  - Degenerativ disk xəstəlikləri  - Demensiya  - Dermatomiozis  - Diabetik neyropatiya  - Diffuz skleroz  - Diplopiya  - Distal irsi hərəki neyropatiya tip5  - Distal spinal əzələ atrofiyası tip1  - Distal spinal əzələ atrofiyası tip2  - Disk yırtığı  - Disk qabarması  - Down sindromu  - Dravet sindromu  - Duşenin əzələ distrofiyasıDizartriya  - Dizavtonomiya  - Dizkalkuliya  - Dizfaqiya  - Dizqrafiya  - Diskineziya  - Dizleksiya  - Distoniya E  - Ensefalit  - Ensefalosele  - Ensefalotrigeminal angiomatozis  - Enurez  - Epilepsiya  - Erb iflici  - Eritromelalqiya  - Essensial tremor F  - Fabri xəstəliyi  - Fahr sindromu  - Febril qıcolmalar  - Fişer sindromu  - Fridreyx sindromu  - Fetal alkohol sindromu  - Fəqərəarası disk yırtığı  - Fragile X sindromu  - Fragile X ilə əlaqəli tremor/ ataksiya sindromu  - Funksional nevroloji xəstəlik  - Fantom ağrı G  - Generelizə epilepsiya febril qıcolmalar  - Gerstman sindromu  - Giant cell arteritis  - Globoid hüceyrə leykodistrofiyası  - Guillain Barre sindromu  - Generelizə panik xəstəlik H  - HTLV-1 əlaqəli mielopatiya  - Hallervorden-Spatz sindromu  - Hemifasial spazm  - Herpes Zoster oticus  - Holmes Adie sindromu  - Holoprosensefaliya  - Hantington xəstəliyi  - Hidrosefaliya  - Hidrosefalus  - Hipoksiya  - Hipofiz şişləri İ  - İrsi motor neyropatiyalar  - İrsi spastik paraplegiya  - İrsi miotoniya  - İncontinentia pigmeti  - İnfantil spazm  - İltihabi mielopatiya  - İntrakranial kista  - İntrakranial hipertenziya  - İnsult J  - Joubert sindromu K  - Kakain sindromu  - Koma  - Kompleks regional ağrı sindromu  - Kəkələmə  - Kompreeion neyropatiya  - Kortikobazal degenerasiya  - Kranial arteriit  - Kraniostenozis  - Kreçfeldt-Yakob xəstəliyi  - Kumuliativ travma xəstəlikləri  - Kuşinq sindromu  - Karak sindromu  - Kearns-Sayre sindromu  - Kinsbourne sindromu  - Kleine-Levin sindromu  - Klippel Feil sindromu  - Krabbe xəstəliyi  - Kufor -Rakeb sindromu  - Kugelberg–Welander disease  - Köndələn mielit L  - Lafora xəstəliyi  - Lambert Eaton miastenik sindrom  - Landau Kleffner sindrom  - Lateral medullar sindrom (Wallenberg)  - Leigh xəstəliyi  - Lennox-Gastaut sindromu  - Leykodistrofiya  - Leykoensefalopatiya, ağ maddənin silinməsi ilə  - Lewy cismi demensiyası  - Lizensefaliya  - Locked-in sindromu  - Lou Gehrig xəstəliyi  - Lumbar disk xəstəliyi  - Lumbar spinal stenoz  - Lupus eritematozis  - Laym xəstəliyi M  - Makrosefaliya  - Makropsiya  - Meqaloensefalik leykoensefalopatiya, subkortikal kistalar ilə  - Melkersson- Rosenthal sindromu  - Menyer xəstəliyi  - Meningit  - Menkes xəstəliyi  - Metaxromatik leykodistrofiya  - Mikrosefaliya  - Mikropsiya  - Miqren  - Miqren botoksu  - Miller Fişer sindromu  - Mini insult (keçici tranzitor həmlə)  - Mitoxondrial miopatiya  - Mobius sindromu  - Motor neyron xəstəliyi  - Moyamoya xəstəliyi  - Mukopolisaxaridozis  - Multi infarkt demensiya  - Multifokal mtor neyropatiya  - Mialgik ensefalomielit  - Miasteniya gravis  - Mielinoklastik diffuz skleroz  - Mioklonus  - Miopatiya  - Miotubulyar miopatiya N  - Narkolepsiya  - Neyro-Behçet xəstəliyi  - Neyrofibromatozis  - Neyromiotoniya  - Neyronal seroid lipofussinoz  - Neyropatiya  - Nevroz  - Niemann-Pick  xəstəliyi  - Narahat ayaqlar sindromu O  - Oksipital nevralgiya  - Ohtahara sindromu  - Olivopontoserebellar atrofiya  - Opsoklonus mioklonus sindromu  - Optik nevrit  - Ortostatik hipotenziya  - Otoskleroz P  - Palinopsiya  - Paresteziya  - Parkinson xəstəliyi  - Paraneoplastik xəstəlik  - Paroksizmal həmlələr  - Parry-Romberg sindromu  - Periodik iflic  - Periferik neyropatiya  - Pik xəstəliyi  - Polineyropatiya  - Polimikrogiriya  - Polimiozit  - Porensefaliya  - Post-polio sindromu  - Postherpetik nevralgiya  - Postural hipotenziya  - Prader-Willi sindromu  - Prion xəstəliyi  - Proqressiv hemifasial atrofiya  - Proqressiv multifokal leykoensefalopatiya  - Proqressiv supranuklear iflic  - Protruziya  - Prozopaqnoziya  - Psevdotumor serebri R  - Refsum xəstəliyi  - Retrovirusla əlaqəli miopatiya  - Rett sindromu  - Reye sindromu  - Romberq sindromu  - Radikulopatiya  - Ramsey Hant sindromu tip1  - Ramsey Hant sindromu tip2  - Rassmusen ensefaliti S  - Sefalik xəstəliklər  - Serebral anevrizm  - Serebral ateroskleroz  - Serebral atrofiya  - Serebral autosomaldominant arteriopatiya, subkotrikal infarktlar və leykoensefalopatiya ilə  - Serebral dizgeneziya-neyropatiya-ixtiozis-keratoderma sindromu  - Serebral gigantizm  - Serebral iflic  - Serebral vaskulit  - Servikal spinal stenoz  - Septo-optik displaziya  - Spastik sindrom  - Spina bifida  - Spinal və bulbar əzələ atrofiyası  - Spinal zədələnmə  - Spinal şişlər  - Spinal əzələ atrofiyası  - Spinoserabellar ataksiya  - Sturge Weber sindromu  - Subkortikal aterosklerotik ensefalopatiya  - Sinkop  - Sinesteziya  - Sirinqomieliya Ş  - Şilder xəstəliyi  - Şizensefaliya  - Şeqren sindromu T  - Tarzal tunel sindromu  - Tardiv diskineziyası  - Tardiv disfreniyası  - Tarlov kistası  - Tay-Saks xəstəliyi  - Travmatik beyin zədələnməsi  - Temporal arteriit  - Temporal lobe epilepsiyası  - Tetanus  - Tethered spinal sindrom  - Tomson xəstəliyi  - Tic Douloureux  - Todd iflici  - Tourette sindromu  - Toksik ensefalopatiya  - Tranzitor işemik həmlə  - Tremor  - Trigeminal nevralgiya  - Tropikal spastik paraparez  - Tuberoz skleroz U  - Unverricht-Lundborg xəstəliyi V  - Vestibulyar Şvanomma  - Von Hippel-Lindau sindromu  - Vallenberq sindromu  - Vest sindromu  - Vilson xəstəliyi Y  - Yeni doğulmuşların mioklonik ensefalopatiyası  - Yuxu apnoe  - Yuxu xəstəliyi  - Yarımkəskin sklerozlaşan panensefalit Z  - Zelberq sindromu Treninq Bir çox nevroloqlar əlavə treninqlər keçirlər və ya nevrologiyanın hər hansı bir sahəsinə, məsələn, insult, epilepsiya, sinir-əzələ xəstəlikləri, yuxu xəstəlikləri, ağrı müalicəsi və ya hərəkət pozğunluğu xəstəliklərinə maraq göstərirlər. Bəzi nevroloqlar nevrologiyanın xüsusi bir sahəsi üzərə əlavə altixtisas kursu keçirlər, bu treninq proqramları “fellowships” adlanır və 1-2 il müddətində olur. Alt ixtisas qruplarına daxildir; kəllə-beyin travması, kliniki neyrofiziologiya, epilepsiya, polliativ tibb, nevroloji inkişaf anomaliyaları, sinir-əzələ xəstəlikləri, ağrı tibbi, yuxu tibbi, beyin- qan dövranı xəstəlikləri (insult), davranış pozğunluqları, uşaq nevrologiyası, başağrılar, dağınıq skleroz, neyro-görüntüləmə, neyroreabilitasiya və invaziv nevrologiya. Fiziki müayinə Nevroloji müayinə ərzində nevroloq pasiyentin şikayətlərinə uyğun olaraq diqqətlə sağlamlıq hekayəsi, anamnez toplayır. Sonra pasiyent nevroloji müayinədən keçir. Adətən, mental status, kəllə beyin sinirləri (görmə də daxil), əzələ gücü,  koordinasiya, reflekslər və hissiyat sistemi yoxlanılır. Bu məlumatlar nevroloqa sinir sistemində olan problemi və onun lokalizasiyasını aşkar etməyə kömək edir. Patoloji prosesin lokalizasiyasının aşarı nevroloqun etdiyi differensial diaqnostikadır. Diaqnozu təsdiqləmək üçün növbəti müayinələr tələb oluna bilər, bütün bunlardan sonra müalicə prinsipləri haqqında düşünülür. Klinik təcrübə Nevroloqlar onlara müraciət edən və ya hər hansı digər ixtisas həkimlərinin onlara istiqamətləndirdikləri istər ambulator, istərsə də stasionar  xəstələri müayinə edirlər. Nevroloq, xəstə ilə əlaqəyə ilkin olaraq ondan ətraflı anamnez toplamaqla başlayacaq, sonra isə nevroloji statusa yönəlik fizikal müayinəyə keçəcək. Nevroloji müayinəyə xəstənin ali beyin funksiyaları, kəllə-beyin sinir5ləri, əzələ gücü, hissiyat sistemi, refleksləri, koordinasiyası və müvazinəti aiddir. Bir neçə hallarda nevroloq nevroloji müayinənin nəticəsindən asılı olaraq əlavə müayinələr tələb edə bilər. Nevrologiyada ən çox istifadə edilən müayinələrə KT (komputer tomoqrafiyası), MRT (maqnit-rezonans tomoqrafiyası), baş və boyun damarlarının ulturasəs müayinəsi aiddir. Neyrofizioloji müayinələrdən EEQ (elektroensefaloqrafiya), EMQ (elektromioqrafiya), sinir keçiriciliyi müayinəsi (NCS) sadalamaq olar. Nevroloqlar tez-tez beyin onurğa beyni mayesinin xarakteristikasını öyrənmək üçün lumbar punksiya icra edirlər. Genetik analizlərdən edilən nailiyyətlər irsi sinir-əzələ xəstəliklərinin klasifikasiyasında və bir çox neyrogenetik xəstəliklərin diaqnostikasında mühüm rol oynayır. Nevroloqlar tətəfindən ən çox  müalicə edilən hallara başağrıları, radikulopatiyalar, neyropatiyalar, insultlar, demensiya, qıcolma və epilepsiya, Alzaymer xəstəliyi, diqqət əksikliyi/ hiperaktivlik sindromu, Parkinson xəstəliyi, Turett sindromu, dağınıq skleroz, kəllə travmaları, yuxu xəstəlikləri, sinir-əzələ xəstəlikləri, vəsinir sisteminin  müxtəlif infeksion və şiş xəstəlikləri addir. Müalicə seçimi nevroloji problemdən asılı olaraq dəyişir. Bura fizioterapiyadan  tutmuş, dərman resepti yazmağa və cərrahi müdaxiləyə qədər hərşey daxildir. Bəzi nevroloqlar sinir sisteminin müəyyən hissələri üzrə və ya xüsusi prosedurlar üzrə ixtusaslaşırlar. Məsələn, klinik neyrofizioloqlar EEQ istifadəsi üzrə ixtisaslaşırlar. Didər nevroloqlar isə elektrodiaqnostik müayinə - iynəli EMQ və sinir keçiriciliyi müayinəsi üzrə ixtisaslaşırlar. Klinik neyrofiziologiyaya yanaşma Bəzi ölkələrdə, məsələn, ABŞ və Almaniya kimi ölkələrdə  klinik neyrofiziologiya üzrə alt ixtisas qrupları formalaşıb və bu sahə EEQ və ya elektrodiaqnostik sinir keçiriciliyi müayinəsi, EMQ ilə məşğuldur. Psixiyatriya ilə uzlaşma Baxmayaraq ki, ruhi xəstəliklərin sinir sisteminin  bir çox nevroloji xəstəlikləri səbəbindən yarandığına inanılır, adətən bunlar ayrı-ayrı klasifikasiya olunur və psixiyatrlar tərəfindən müalicə edilirlər. Nevroloji xəstəliklər çox vaxt psixiyatrik təzahürlərlə müşayiət edilir, insultdan sonra  depressiya halları, Parkinson xəstəliyi ilə əlaqəli depressiya və demensiya, Alzaymer xəstəliyi və Hantinqton xəstəliyi zamanı ruhi və ali beyin funksiyaların pozulması kimi halları bura aid etmək olar. buna görə bioloji olaraq nevrologiya və psixatriya arasında kəskin sərhəd yoxdur. Tarixi Bəşəriyyətə sinir sistemi xəstəlikləri əsrlərdən bəri məlumdur. Məsələn, Parkinson xəstəliyi 1817-ci ildə  “silkələnən ifliç” (shaking palsy) kimi təsvir edilib. Yalnız 20-ci əsrin sonlarında dofamin transmitterinin çatmamazlığı  parkinson xəstəliyinin səbəbi və xəstəliyin əlamətləri tremor (əsmə) və əzələ rigidliyi kimi təsvir edildi.  Alzaymer  xəstəliyi ilk dəfə 1906-cı ildə kəşv edildi. 16-cı və 19-cu əsrlərin ortalarında Thomas Willis, Robert Whytt, Matthew Baillie, Charles Bell, Moritz Heinrich Romberg, Duchenne de Boulogne, William A. Hammond, Jean-Martin Charcot və John Hughlings Jackson kimi bir çox nevroloqların işləri və tədqiqatları ilə elmi təcrübə başlandı. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 26.10.2017

baş beyin qan dövranı pozulmaları

Baş beyin qan dövranı pozulmalarının ağırlaşmalarının bərpa...

Baş beyin qan dövranı pozulması nə deməkdir? Baş beynin qan dövranı pozulması qan təchizatının beyin damarlarında tutulma, azalma, digər anomaliya və qanaxma nəticəsində neyronların zədələnməsinə və ya məhvinə səbəb olan bir prosesdir. Beyin qan dövranı pozulması kəskin və xroniki ola bilər. Bu xəstəliklər ümumi serebrovaskulyar xəstəliklər adı ilə birləşir. Kəskin beyin qan dövranı pozğunluğuna insultlar (işemik və hemorragik), TİA- tranzitor işemik ataklar) və SAQ (subaraxnoidal qansızmalar) aiddir. Bu baxımdan, baş beynin qan dövranında ən mühüm ağırlaşmalar əlbəttə ki, insultlardır. Niyə əhali arasında son vaxtlar insultların sayı artır?  1. Yüksək arterial təzyiq Yaş faktorundan sonra ən mühüm səbəb arterial hipertenziyadır. Çox vaxt buna  məhəl qoyulmur və  arterial təzyiqin dərmanlarla effektiv kontrol altına alınmasına barmaqarası baxılır. Xüsusilə, arterial təzyiqin ötüb-keçən artmaları az diqqət alır. Beləliklə, effektiv dərman nəzarəti altında olmayan artetial hipertenziya vaxt getdikcə damarlarda dəyişikliklər yaradır və bu da insultlara səbəb ola bilir. Təəssüf ki, bəzi şəxslər “harada qırıldı-qırıldı” prinsipi ilə yaşayır. Qırılan isə tək kiçik bir kapilyar deyil, həmin şəxsin həyatı da ola bilir. 2. Yüksək xolesterin Eyni sözləri bu barədə də demək olar. Sağlam qidalanmamaq, az hərəkətlilik, xroniki depressiya bu ehtimalı daha da gücləndirir. 3. Siqaret çəkmək Burada məsələ kifayət qədər bəsitdir. Gün ərzində nə qədər çox siqaret çəkəcəksizsə, bir o qədər ürək-damar sistemi xəstəlikləri riskini və insult ehtimalını artıracaqsınız! 4. Piylənmə Piylənmə ürək-damar sistemi xəstəlikləri üçün açıq və hazır bir baza rolunu oynayır. Nəticə isə insult riskinin artmasıdır. 5. Şəkərli diabet Bu faktorla bağlı xoşagəlməz tendensiya odur ki, müasir dövrdə bu xəstəlik daha çox şəxslərdə və daha gənc adamlarda qeyd olunur. Bununla yanaşı, təəssüf ki, burada da xəstələrin prediabet və yüngül diabet hallarında xəstəliklərinə ciddi yanaşmamaları halları çoxdur. 6. Narkotiklər və alkoqol Narkotiklərlə bağlı məsələ aydındır. Bu qadağan olunmuş vasitələr şəxsi-şəxsiyyəti tarmar etməklə, ailəsini əzablara düçar etməklə yanaşı insult riskini də artırır. Alkoholla bağlı məsələ isə bir qədər fərqlidir. Yalnız gündəlik çox az dozada alkohol qəbul edən şəxslərdə insult riskinin yüksək olmadığı haqda məlumatlar var. Lakin real həyatda, adi gündəlik məişətdə alkohol qəbul edən şəxslərdə insult riski yüksəkdir. Çünki belə halda alkohol yenə də ürək-damar sistemi xəstəliklərinin riski artırır. 7. Ürək xəstəlikləri Bura ürəyin ritm pozulmaları-xüsusən qulaqcıq fibrilyasiyası, koronar arteriya xəstəliyi, qapaq xəstəlikləri, ürək çatışmazlıqları aiddir. Bunların hər biri tromb yaranmağına şərait yarada və insulta səbəb ola bilər. 8. Az hərəkətlilik Kliniki tədqiqatlara əsasən müntəzəm fiziki aktivlik ürək-damar sisteminin fəaliyyətini yaxşlaşdıraraq insult riskini  minimum 25%  azalda bilir. 9. Xroniki yuxu defisiti Həyatımızda tələsərək hər yerdə hər şeyi çatdırmaq istəyirik. Çoxlu əyləncələr, gecə həyatı, internet, smartfonlar, vatsap və digər sosial şəbəkələr də bizim sərbəst vaxtımızı zəbt edir. Hələ çoxumuz bunlara görə yuxumuzdan da “borc” alırıq. O borcu isə uzun illərdən sonra biz ürək-damar xəstəliklərinin artmış riski ilə “ödəmək” məcburiyyətində qalırıq.  Yekun olaraq qeyd edək ki, bütün bu faktorların hamısı bir-birini qarşılıqlı olaraq artıran və pisləşdirən “qüsurlu həlqə” kimi işləyir. Son ağır nəticələrdən biri də insultdur. Göründüyü kimi, məsələ birinci növbədə ürək-damar sistemi xəstəliklərinin artması və nisbətən “gəncləşməsi” ilə əlaqədardır. Ona görə də ayrıca insultdan qorunmaq üsulu yoxdur. Yalnız ürək-damar sistemi kifayət qədər sağlam olduğu təqdirdə insultu önləmək ümidlərini artıra bilərik. İnsultdan sonra hansı funksional pozulmalar qeyd oluna bilər? İnsult nəticəsində məhv olmuş sinir hüceyrələrinə aid olan aşağıdakı pozulmalar qeyd oluna bilər:  - Hərəkət sistemi, əzələlərlə və müvazinətlə bağlı problemlər: ifliclər, udmanın pisləşməsi, müvazinətsizlik  - Hissiyyat sistemi ilə əlaqədar problemlər: keyləşmələr, ağrılar  - Çanaq funksiyalarının pozulması: bəzi ağır xəstələrdə qeyri-iradi sidik və ya nəcis ifrazı da qeyd olunur. Bu adətən qarışıq hissi-hərəki sistem zədələnməsi problemidir.  - Nitq problemləri: danışmaqda, anlamaqda və anlatmaqda çətinlik  - Düşüncə və yaddaş çətinlikləri  - Emosional problemlər: hövsələsizlik, əsəbilik, depressiya İnsultdan sonrakı bərpa müalicəsi nədir? İnsultdansonrakı  bərpa müalicəsi – reabilitasiya müalicəsi bir qayda olaraq uzunmüddətli medikamentoz və qeyri-medikamentoz kompleks tədbirlərin məcmusudur. Reabilitasiya insultu “sağaltmır”. O mənada ki, kəskin qan dövranı pozulması nəticəsində məhv olmuş sinir hüceyrələrini həyata qaytarmır. Lakin xəstələrə insultdan sonra mümkün ən yaxşı yekun nəticə almağa imkan verərək  ömrü uzadır və bu ağırlaşmadan sonra itirilmiş-pisləşmiş funksiyaları yaxşılaşdıraraq  gündəlik həyata uyğunlaşmağına kömək edir. Bu nöqteyi-nəzərdən reabilitasiya tədbirləri həm xəstə, həm də onun ailə üzvləri üçün çox mühümdür. Çünki, insult tək həmin şəxs üçün deyil, ona baxmağa məcbur olan ailə üzvləri üçün də çox ağırdır. Bərpa müalicəsindən nə gözləmək olar? İlk 48 saatı sağ qalmış və reabilitasiya tədbirləri aparılan insult xəstələrinin aqibəti ABŞ, Kanada, Böyük Britaniya və Avstraliyanın insult və rehabilitisaya mərkəzlərinin ümumiləşdirilmiş protokollarına əsasən təxminən aşağıdakı kimidir:  - 10% - demək olar ki, tamamilə bərpa olur.  - 25% - funksiyalarda cüzi qalıq əlamətlərlə yaxşılaşır.  - 40% - də mötədil və ya ağır funksiya pozulması qeyd olunur və onlara xüsusi qayğı tələb olunur.  - 10% - də xüsusi müalicə müəssisəsində uzunmüddətli ixtisaslı baxıma ehtiyac var.  - 15% - insultdan qısa müddət keçəndən sonra vəfat edirlər. İnsultun ağırlığından asılı olaraq reabilitasiya tədbirləri müalicə müəssisəsi və ya evdə aparıla bilər. Amma hər iki halda, bərpa müalicəsinin komanda şəklində adiyyəti olan mütəxəssislərin – nevroloq, reabilotoloq, psixonevroloq, fizioterapevt, nitq mütəxəssisi və s. nəzarəti altında aparılması daha arzu olunandır. İnsult ehtimalını azaltmaq üçün qidanın hansısa rolu var? Heyvani piylə kasad,  meyvə və tərəvəzlə, Omeqa-3 yağ turşuları ilə isə zəngin olan və az duzlu pəhriz arterial təzyiqi, xolesterini azaldaraq ürək-damar sistemi xəstəliklərini azaldır. Buna görə də insult və təkrat insult riskini aşağı salır. İnsultdan sonra əsas medikamentoz və cərrahi tədbirlərə nə aiddir? Düzdür, yenə də burada sırf  dərmanlarla insultu “sağaltmaq”-dan söhbət getmir. Möcüzə yaradan dərman preparatı yoxdur. Burada dərman vasitələri ilə növbəti insultun qarşısını almaq, ürək-damar sistemininin funksional vəziyyətini yaxşılaşdırmaq əsas məqsəddir. Bu dərman vasitələrinə aşağıdakl qrup preparatlar aiddir: Antiaqreqantlar: Bu preparatlar qanın laxtalanma lövhəcikləri-trombositlərin bir-birinə “yapışaraq” (aqreqasiya olunaraq) sonradan bunun üzərində tromb yaranmasına imkan vermir. Burada əsas dərmanlar – aspirin və klopidoqreldir. Randomizə olunmuş yüksək səviyyəli kliniki tədqiqatların nəticələrinə əsasən 1A - “qüvvətli” kateqoriyalı rekomendasiyalara görə “aspirin” preparatı insultun kəskin mərhələsində (ilk 3 gündən bir həftəyə kimi)  təkrar işemik  insultu və ölümü 13%, uzunmüddətli müalicədə isə təkrar işemik insultu 22% azaldır. Ən az kənar təsirli və ən effektiv doza 75-150 mq/gün hesab olunur. Tədqiqatlara görə “klopidoqrel” preparatı işemik insult baxımından preventiv effektivliyinə görə “aspirin”-dən güclü olsa da, uzun müddətli qəbul zamanı kənar effektləri daha çoxdur. Buna görə də “klopidoqrel” hər hansı bir səbəbə görə “aspirin” qəbul edə bilməyən və ya “aspirin” qəbulu fonunda işemik insult olmuş şəxslərə təyin olunmalıdır. Lakin bu iki preparatın birgə istifadəsi həm mədə-bağırsaq qanaxmaları riskini, həm də hemorragik insult riskini artırır. Buna görə də kliniki tövsiyyələrə əsasən bu preparatların birgə istifadəsi yalnız qeyri-stabil stenokardiya və ya qeyri-Q dalğalı miokard infarktlı xəstələrdə qısa müddətə (1 aydan artıq olmayaraq) məqsədəuyğun sayılır. Antikoaqulyantlar: Qulaqcıq fibrilyasiyası və digər ürək xəstəliklərində qeyd olunan lokal qan durğunluğu tromb yaranmasına gətirib çıxarır. Bunun qarşısını almaq üçün laxtalanma əleyhinə preparatlar – varfarin və digər yeni nəsil antikoaqulyantlar (məsələn, dabiqatran) istifadə olunur. Kliniki rekomendasiyalara görə belə ürək xəstəliklərində laxtalanmanı azaltmaq və işemik insultun qarşısını almaq baxımından “varfarin” preparatının istifadəsi effektivliyinə görə “aspirin”-dən xeyli üstündür. Amma “Varfarin” preparatı ilə çətinlik odur ki, qanaxma riskinə görə dərman dozası həkim tərəfindən nəzarətdə saxlanılmalı və xəstə vaxtaşırı laxtalanmın laborator müayinəsi olunmalıdır. Kliniki rekomendasiyalara görə qulaqcıq səyriməsində “aspirin” 320-325 mq/gün dozada istifadəsi “varfarin”-dən geri qalsa da heç bir dərman qəbul etməyənlərə nisbətən işemik insultun bir qədər qarşısını alır. Hiperxolesterinemiya əleyhinə preparatlar: Burada ən vacib dərmanlar statinlərdir. Kliniki tövsiyyələrə əsasən, statin qrupu preparatları (məslən, atorvastatin) xüsusən yüksək dozada istfadə olunduqda təkrar işemik insultun qaşısını ala bilir. Tədqiqatlar göstərir ki, statinlər insultdan sonrakı reabilitasiyada funksional nəticələri də yaxşılaşdırır. Arterial təzyiqin korreksiyası: Kliniki rekomendasiyalara görə arterial təzyiqin dərmanlara tabe olmasından asılı olaraq, lakin kaptoprildən savayı bütün digər Angiotenzin Konvertəedən Fermentin İnhibitorları-AKFİ (məsələn, lizinopril, ramipril) insult riskini azaldır. Həmçinin, AKFİ və diuretik (məsələn, Lizoton-N) preparatları ilə müalicə alan şəxslər kalsium kanalı inhibitoru (məsələn, verapamil) da qəbul etdikdə təkrar insult riski azalır. Tədqiqatlar göstərir ki, monoterapiya zamanı Angiotenzin Reseptoru Blokatorları - ARB (məsələn, telmisartan) AKFİ preparatı (məsələn, perindiopril) kimi insult riskini eynilə azaldır. Lakin ARB preparatı AKFİ preparatı ilə birgə qəbul olunduqda böyrək çatışmazlığı riski artır. Şəkərli diabetin korreksiyası: Kliniki rekomendasiyalara əsasən ifrat intensiv hipoqlikemik müalicə iri kardiovaskulyar ağırlaşmaları (miokard infarktı, insultlar)  adi standart hipoqlikemik müalicədən daha effektiv önləyə bilmir. Bununla yanaşı, kliniki tövsiyyələrə əsasən, əvvəllər insult keçirmiş şəkərli diabetli xəstələrin hipoqlikemik dərmanlarına “pioqlitazon” preparatı əlavə olunduqda təkrar insult riski  azalır. Vazoaktiv preparatlar, nootrop və digər psixoaktiv dərmanlar: Bu preparatların insultun reabilitasiya dövründə ümumi effekti çox yüksək deyil. Bununla yanaşı qeyd etmək lazımdır ki, xüsusi hallar üçün fərqli dərmanlar barədə fərqli məlumatlar mövcuddur. Müalicə həkimi adətən mövcud sübutlara və kliniki mənzərəyə əsaslanaraq ən yaxşı preparatı seçməyə çalışır. Belə ki, asetilxolinesteraza fermenti inhibitorları qrupundan yalnız “donepezil” preparatının 6 ay ərzində qəbulu ehtimal olunan vaskulyar demensiya zamanı koqnitiv (zehni) funksiyaları əhəmiyyətli dərəcədə yaxşılaşdırır. “Nimodipin” preparatı ilə bağlı kliniki sübutlara əsasən bu preparat yaddaşı yaxşılaşdıraraq subkortikal vaskulyar demensiyalı şəxslərdə koqnitiv pisləşməni ləngidə bilir və nitq çətinliklərinə müsbət təsir edir. “Memantin” preparatı ilə bağlı 1A - “qüvvətli” kateqoriyalı sübutlar bu dərmanın koqnitiv funksiyanı stabilləşdirdiyini və yaxşlaşdırdığını göstərir. Multi-infarkt demensiya zamanı “trental” preparatıının istifadəsi də  1A - “qüvvətli” kateqoriyalı sübutlara əsasən koqnitiv müsbət təsir göstərir. “Pirasetam” preparatının istifadəsinin insultdansonrakı dövrdə koqnitiv müsbət effekti olması barədə sübutlar mövcuddur. Amma tədqiqatlara əsasən, məsələn “sitikolin” preparatının uzun müddətli müalicəsinin plasebodan fərqlənmədiyi qeyd olunur. Antidepressantlar: Kliniki sübutlara əsasən insultsonrası depressiyalarda antidepressantların qəbulu depressiyanı azaltmaqla yanaşı müsbət koqnitiv təsir də göstərir. Maraqlıdır ki, yalnız “essitalopram” preparatı insultdansonra heç bir depressiya olmayan şəxslərdə də koqnitiv funksiyaları yaxşılaşdırır. Həmçinin, SSRİ və SNRİ qrupuna aid olan preparatlar insultdan sonra motor aktivliyə bir qədər müsbət təsir edir. Antispastik müalicə: Ən çox istifadə olunan dərmanlar “tolperizon”, “tizanidin” və “baklofen” preparatıdır. Bunların effektlilik dərəcəsi bir-biri ilə təxminən yaxındır. Yuxu arteriyasının okkluziyasına görə cərrahiyyə: Qısa olaraq qeyd edək ki, dünyanın aparıcı ölkələrində aparılmış tədqiqatlara əsasən yuxu arteyasının  simptomatik (yəni o hövzədə TİA və ya insult qeyd olunub) 70-99%-lik okkluziyasında endarterektomiya əməliyyatı ciddi profilaktik əhəmiyyətlidir. Son illər yaşı 50-dən az olan şəxslərdə yuxu arteriyalarının stentləşmə əməliyyatı da tətbiq olunur. Qeyd edək ki, asimptomatik 60-99%-lik okkluziyada əməliyyat tövsiyyə olunmur. Əvəzində “aspirin” preparatının gündəlik 75-150 mq dozada daxilə qəbulu məqsədə uyğun sayılır. Digər simptomatik və patogenetik  müalicə: Burada tələb üzrə-vitamin B12, vitamin D qəbulu, homosisteini azaldan digər dərmanlar və s. tətbiq olunur. Qeyri-medikamentoz bərpa müalicəsinə nə aiddir? Qeyri-medikamentoz bərpa müalicəsi reabiltasiya üçün dərmanlar qədər və bəlkə də dərmanlardan da artıq əhəmiyyətlidir. Burada müxtəlif kompleks metodlar -  fiziki çalışmalar, instrumental və yüksək texnologiyalı üsullar tətbiq olunaraq müalicəvi bədən tərbiyəsi, fizioterapiya, kurort-sanator, psixoterapiya, kompüter və robot texnikasına əsaslanmış müalicələr tətbiq olunur. İdeal şəraitdə reabilitasiya o deməkdir ki, tək müalicə həkimi-nevroloq yox, digər mütəxəssislər (reabilotoloq və ya ya fizioterapevt və müalicəvi bədən tərbiyəsi həkimi, psixonevroloq, nitq mütəxəssisi, massajçı, qulluq edən tibb bacıları və s.) də müalicə prosesinə qoşulur. Çünki insultdan sonra və ümumiyyətlə, nevroloji xəstələrdə uğurlu reabilitasiya komanda işini tələb edir. Ağır funksiya pozulmaları bir qayda olaraq xəstəxana şəraitində, ən yaxşısı isə  ixtisaslaşmış müəssədə daha uğurlu müalicə olunur. Fiziki-motor aktivliyi yaxşılaşdırmaq üçün müxtəlif metodikalar üzrə aşağıdakı üsullar  tətbiq olunur:  - Motor-bacarıq çalışmaları. Həkim-reabilotoloqun nəzarəti ilə əzələ gücünü və koordinasiyanı yaxşılaşdıran, bacarıq artıran çalışmalar  - Hərəkətlilik məşqi. Hərəkət üçün köməkçi vasitələrin (çəliklər, təkərli kreslo,topuq bağlaması və s.) istfadəsinin öyrədilməsi və bunlarla məşqlər  - Məhdudlaşdırma-induksiya müalicəsi: bu zaman xəstə ətraf hərəkət edərkən sağlam ətrafın hərəkətinə imkan verilmir.  - Hərəkət həcmi müalicəsi: bu zaman bəzi çalışmalar və dərman vasitələri tətbiq olunaraq artmış əzələ tonusu azaldılır (spastik) və hərəkətin həcminin artmasına nail olunur. Belə çalışmalar aktiv və passiv olaraq icra oluna bilər.  - Texnologiya vasitəsilə aparılan müalicə – robotic cihazlar, kompüter-əsaslı, virtual reallıq, audio/vizual cavab və s. aparılan metodlar da mövcuddur. Belə ki, motor aktivliyi yaxşılaşdırmaq üçün Bobat yanaşması və ya Motor-öyrənmə yanaşması üzrə xüsusi fiziki çalışmalar tətbiq olunur. Yerişi yaxşılaşdırmaq üçün müvazinət treyninqi, spesifik çalışma treyninqi məşqləri, qaçış cığırı (“tredban”) qurğusunda və ya hissəvi dayaqla çalışmalar icra olunur. Kompyuter texnologiyalarına əsaslanmış “virtual reallıq müalicəsi”, eləcə də“audio-vizual cavab reaksiyası” üsulu  kliniki tədqiqatlarda yerişi yaxşılaşdıraraq özünü yaxşı göstərmişdir. Hemiplegik insultda topuq protezinin yerişə müsbət təsir etməsi də məlum faktdır. İnsultun xroniki mərhələsində transkutaneal elektrik stimulyasiyası iflic olmuş əzələlərin spastikasını azalda bilir. Spastika ilə bağlı qeyd edək ki, “botoks” preparatı həm yuxarı, həm də aşağı ətrafların ifliclərində spastikanı yaxşı azaltsa da, funksional nöqteyi-nəzərdən yerişi yaxşılaşdırmır. Yuxarı ətrafların zəifləməsi ilə bağlı kliniki tədqiqatlara əsasən  xüsusi güc məşqləri müsbət təsir göstərir. Robotik qurğular vasitəsilə bazu-çiyin  və dirsək oynaqlarına aid olan əzələ zəifliyinin müalicəsində müsbət  nəticələr əldə olunur. Funksional Elektrik Stimulyasiyası metodu xüsusilə yuxarı ətraf əzələlərinin zəifliyində əla nəticələr göstərrmişdir. Zehni və emosional pozulmaları yaxşılaşdırmaq üçün:  - Zehni-psixoloji qiymətləndirmə və nevroloq, psixonevroloq tərəfindən medikamentoz və psixoterapiya ilə müalicə  - Yaddaş, nitq pozulmalarını qiymətləndirilməsi və  nitq mütəxəssisi, reabilotoloq,  nevroloq tərəfindən müalicə  - Koqnitiv və nitq pozulmalarında kompüter əsaslı nitq bacarıqları öyrədən xüsusi metodlar Daha hansı əlavə metodlar var? Beynin qeyri-invaziv stimulyasiyası Transkranial Maqnit Stimulyasiyası, Transkranial Elektrik Sinir Stimulyasiyası  bəzi məlumatlara görə hərəkət sistemi pozulmalarında, ağrı sindromlarında və koqnitiv pozulmalarda bir qədər müsbət təsir edir. Alternativ təbabət Akupunktura, herbal müalicə, bəzi xiropraktik metodlar, oksigen müalicəsi kimi üsulların effekti barədə ziddiyyətli məlumatlar olduğu üçün onlar  hələ ki, qiymətləndirilərək nəzərdən keçirilir və kliniki tövsiyyələrdə öz əksini tapmayıb. Bununla yanaşı, aromaterapiya, elektroakupunktura, musiqi ilə müalicənin insultdan sonrakı zehni pozulmalarda müsbət effekt verməsi barədə sübutlar mövcuddur. Ənənəvi tətbiq olunan massaj müalicəsi motor aktivliyin bərpasına plasebodan daha artıq təsir etməsə də insultdan sonrakı dövrdə ağrı və həyəcanı azaldaraq xəstənin ümumi vəziyyətinə müsbət təsir edə bilir. Bioloji müalicə ABŞ-da Harvard Universitetinin alimləri neyroqliyadan alınmış kötük hüceyrələrinin autotransplantasiyası ilə insult, Parkinson xəstəliyi, Alsheymer xəstəliyinin mülaicəsi ilə bağlı olan yeni metodika üzərində işlərini davam etdirirlər. Ehtimal olunur ki, gələcəkdə məhz bu üsul insultun əsl sağaltma metodu olcaq. Lakin hazırda bu hələ ki, eksperimental müalicə üsuludur. İnsultdan sonra reabilitasiya nə vaxt başlanmalıdır və nə qədər davam etməlidir? Əslində bu tədbirlər nə qədər tez başlanılsa bir o qədər çox yaxşı effektə ümid etmək olar. Amma reallıq budur ki, insultdan sonra mühüm vəzifələr xəstəni tibbi cəhətdən stabilləşdirmək, həyati vacib funksiyaları nəzarət altına almaq, təkrar insulta imkan verməmək, insult nəticəsində həyata təhlükə yaradan ağırlaşmaları məhdudlaşdırmaqdır. Ümumiyyətlə isə, ilk 24-48 saatdan sonra artıq rehablitasiya tədbirlərinə başlanıla bilər. Elementar olaraq xəstənin vəziyyətinin dəyişdirilməsi, vəziyyəti imkan verirsə ətraflarının aktiv və ya ehmalca passiv hərəkət olunmasına başlanılması arzuolunandır. Reabilitasiya tədbirlərinin konkret davam müddəti yoxdur. Bu xəstədə yaxşılaşmanın hansı sürətlə getməsindən asılıdır. Bəzi xəstələr sürətlə yaxşılaşır. Bəzilərinə isə  illər tələb olunur. İnsultdan sonra reabilitasiyanın uğurlu olmasına nə təsir edir? Reabilitasiyanın uğurlu nəticəsi və bu nəticənin dərəcəsi fərdidir. Xəstənin nə qədər tez və nə dərəcədə hansı qabiliyyətini əldə edəcəyini proqnozlaşdırmaq çətindir. Ümumilikdə aşağıdakı faktorlar rol oynayır:  - Sırf xəstəlik faktoru: keçirilmiş insultun ağırlığı- koqnitiv və fiziki  aktivliyin pisləşmə dərəcəsi. Nə qədər ağrıdırsa, nə qədər uzun müddət keçibsə, bərpa bir o qədər də çətinləşir.  - Emosional faktorlar: xəstənin motivasiyası, əhvalı, rebilitasiya tədbirlərinə müsbət yanaşması, həvəs və səy göstərməsi. Xəstə nə qədər pozitiv olsa, bərpa da o qədər uğurlu olar.  - Sosial faktorlar: ailə və dostların dəstəyi. Adi dəstək xəstə üçün, xəstəliyin reabilitasiyası üçün böyük köməkdir.  - Tibbi faktorlar: komanda şəklində mütəxəssislər tərəfindən  effektiv bərpa müalicəsinin aparılması.  Müalicənin effekti insultdan ən çox  həftələr və ya bir neçə ay keçdikdən sonra qeyd olunur. Amma bu o demək deyil ki, çox müddət keçdikdən  sonra daha yaxşılaşma qeyd olunmayacaq. Əvvəllər hesab olunurdu ki, 6 aydan sonra bərpa demək olar ki, mümkün deyil. Lakin son illər ABŞ-da reabilitasion mərkəzlərdə aparılmış geniş tədqiqatlar göstərdi ki, bir il və ya ilyarım müddətdən sonra da çoxsaylı kifayət qədər uğurlu nəticələır alınır. Buna görə də səbrlə və səylə çalışaraq heyrətamiz nəticələr əldə etmək mümkündür. Sadəcə həm xəstə, həm də  onun ailə üzvləri nəzərə almalıdırlar ki, insultdan sonra bərpa uzun və məşəqqətli bir prosesdir. Ruhdan düşməyərək davam etmək yeganə çıxış yoludur.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 24.10.2017

Spinner