qarın dartılması abdominoplastika

Abdominoplastika haqqında bilmək istədikləriniz

Qarın dartılması ya da yığılması kimi də adlanan bir əməliyyatdır. Qarnın ön divarının sallanması və eybəcər hala gəlməsi çoxlu hamiləlik və doğuşlar, əzələlərin zəyifləməsi, piylənmə, arıqlamaq üçün aparılan əməliyyatlar nəticəsi kimi səbəblərdən ortaya çıxır. Qadınlarda qarın sallanması daha çox hamiləlik və doğuşdan sonra müşahidə edilir, kişilərdə isə əsas səbəb çox vaxt piylənmə (həddindən artıq kökəlmə) olur. Sallanmış qarın pis görünüşdən başqa bəzi problemlərə də yol açır. Belə ki, insanın gündəlik təmizlik alışqınlıqlarının yerinə yetirilməsi çətinləşir, sallanmış dəri ( “önlük” ya da rus dilində “fartuk”) ilə ön qarın divarı altında piy və tər vəzilərinin ifrazatı toplanır. Bu isə öz növbəsində pis qoxu, dəri qıcıqlanması, qaşıntı və hətta kiçik yaraların əmələ gəlməsinə səbəb olur. Bədən xətlərinin təhrifi insanda üzünə qarşı mənfi hisslər və psixoloji gərginlik yaradır. Kişilərdə öz cinsiyyət orqanını sallanmış dəri səbəbiylə daha qısa olduğuna dair yalançı fikirlər yarana bilər. Qarın dərisinin sallanması ilə birlikdə xəstələrdə yırtıqlar (rus dilində “qrıja”) və qarnın düz əzələlərinin ayrılması da müşahidə oluna bilər. Yuxarıda sadalanan problemlərin həlli plastik cərrahiyyədə ümumi şəkildə abdominoplastika olaraq adlanan əməliyyat ilə mümkündür. Əməliyyat həddi buluğa çatmış bütün xəstələrdə aparıla bilər. Lakin, daha cavan xəstələrdə, az sallanma olduqda tək başına liposaksiya (piy çıxartma) əməliyyatı da effektiv ola bilər. Dəriləri çox sallanmış və tonusunu itirmiş yaşlı xəstələrdə isə abdominoplatika növlərindən biri aparılır. Mini abdominoplstika əməliyyatında qarın dərisinin sadəcə göbəkdən aşağı hissəsi çıxardılır və əzələ qatı sıxlaşdırılır. Klassik abdominoplastikada qarın dərisi geniş şəkildə sərbəstləndirildikdən sonra artıq hissəsi çıxardılır. Göbək kiçildilir və daha üstə yerləşdirilir. Qarnın düz əzələləri orta xətdə birləşdirilir. Lazım olduqda qarnın müxtəlif hissələrinə liposaksiya aparılaraq daha gənc və cazibəli bədən şəkli əldə edilir. Yaşlı və ya yanaşı gedən xəstəlikləri olanlara sadəcə sallanan  dəri qatı çıxardılır (əməliyyat pannikuloektomiya adlanır). Bəzən sallanma daha çox qarnın alt hissələrində və qasıq nahiyəsində olur. Belə pasientlərə qasıq dartılması, qasıq-bud dartılması, ya da dairəvi bədən dartılması aparılır. Abdominoplastika əksər hallarda ümumi narkoz altında icra olunur, amma mini əməliyyat ya da pannikuloektomiya spinal anesteziya ilə (beldən keyləşdirmə ilə) aparıla bilər. Əgər xəstədə qarın yırtığı varsa, abdominoplastika vaxtı o da bərpa edilir. Əməliyyat izi alt qeyimin altında qalacaq şəkildə planlanır və beləliklə gizli olur. Əməliyyatdan 10 gün əvvəl xəstə qanı incəldən dərmanların (məs. aspirin kimi), vitaminlərin, bitki çaylarının və bioloji aktiv əlavələrin qəbulunu kəsməlidir. Siqaret çəkən xəstələrə isə əməliyyatdan ən az 2 həftə əvvəl bunun tərgitmək məsləhət edilir. Əməliyyatdan sonra xəstəxanada 1-2 gün qalmaq kifayətdir. Evdə 5-7 gün yarı yataq rejimi tətbiq edilir. Tikişlər 14-20 gün sonra çıxardılır, 1 ay qarın toxumalarını dəstəkləyən korset geyilir. İdman növlərinə 6 həftə sonra başlamaq olar. Qeyd etmək istəyirəm ki, abdominoplastika qətiyyən arıqlama əməliyyatı deyil! Piylənmə pəhriz və dərman qəbulu yolu ilə, ya da bəzi xəstələrdə piylənmə əleyhinə aparılan əməliyyatlar (məsələn mədə kiçildilməsi) ilə müalicə olunur. Xəstə müəyyən dərəcədə artıq çəkidən azad olduqdan sonra salanmış toxumalar, o cümlədən qarın plastik əməliyyatlar ilə dartılaraq daha ahəngli şəklə gətirilir. Hamınıza bərəkətli və sağlıq dolu günlər arzulayıram! Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 18.10.2017

beyin qan dövranı pozğunluqları

Beyin qan dövranı pozğunluqları

Beyin qan dövranı pozğunluğu beyin damarlarında blok, anomaliya və qanaxma nəticəsində neyronların ölümünə səbəb olan qan təchizatının pozulmasıdır. Beyin qan dövranı pozğunluğu kəskin və xroniki ola bilər. Bu xəstəliklər ümumi serebrovaskulyar xəstəliklər adı ilə birləşir. Kəskin beyin qan dövranı pozğunluğuna insultlar (işemik və hemmoragik), TİA (tranzitor işemik ataklar (həmlələr)) və SAQ (subaraxnoidal qansızmalar) aiddir. Səbəblər: Birbaşa səbəblər Ən əsas səbəblər: damarların stenozu (daralması), emboliyası (tutulması yad cismlə və ya trombla) və damarların təzyiq və travmatik zədələnməsi nəticəsində qanaxmasıdır. Ümumi etioloji səbələr və risk faktorları İdarə oluna bilinməyən risk faktorları:  - Yaş. Yaş artıqca insult yaranma riski artır.  - İrq. Milliyyət. Qaradərililərdə insult riski daha çoxdur.  - Cins. Kişilər qadınlardan çox insulta meyillidirlər.  - Xəstəlik tarixində miqren tipli baş ağrılarının mövcud olması  - Angiopatiyalar  - İrsi meyillilik: ailəvi xəstəlik tarixində ürək tutmaları, insult və TİA mövcudluğu İdarəoluna bilinən risk faktorları:  - Hipertenziya (ən əsas)  - Şəkərli diabet  - Ürək xəstəlikləri: qulaqcıqların fibrillyasiyası, klapan xəstəliyi, ürək çatmamazlığı, mitral stenoz, quruluş anomaliyaları,  və ürək qulaqcıqlarının genişlənməsi  - Hiperxolisterinemiya  - Tranzitor işemik ataklar (həmlələr) (ТИА)  - Karotid stenoz  - Hiperhomosisteinemia  - Serebral amiloidoz  - Koaqulopatiyalar  - Yatrogen səbəblər (antokoaqulyant və antitrombolotik terapiyanın nəticələri)  - Anevrizma və malformasiyalar(AVM, venoz və kavernoz angiomalar)  - Beyindaxili şişlər  - Həyat obrazı problemləri: aşırı alkoqol qəbulu, siqaretçəkmə, qadağan edilmiş narkotiklərin qəbulu(kokain), fiziki passivlik  - Piylənmə  - Peroral kontraseptivlərin qəbulu/postmenopauzal hormonların istifadəsi  - Oraqvari-hüceyrə anemiyası Simptomlar:  - Güclü və kəskin başağrı  - Birtərəfli ya ikitərəfli parez (hemiparez, monoparez, qvadriparez) (Parez əl və/vә ya ayaqın zəifliyi demәkdir)  - Üzün asimmetriyası (birtərəfli ağız bucağının və burun-dodaq büküşünün enməsi)  - Konfuziya(dezoriyentasiya, özünüitirmə)  - Nitqin pozulması, aydın olmayan nitq (afaziya, dizartriya)  - Birtərəfli/ikitərəfli görmənin pozulması (diplopiya- ikigörmə, görmə sahələrinin daralması, hemianopsiya)  - Müvazinətin pozulması (ataksiya)  - Birtərəfli vətər reflekslərinin artması - hiperrefleksiya  - Spastika-hipertonus (əzələ tonusunun birtərəfli artması)  - Huşun və yaddaşın pozulması (afaziya-nitqi, sualları anlamama, nitqin çətinləşməsi, itməsi; aqnoziya-tanımama, amneziya- baş verənləri hadisələri və sair unutma, sopor-huşun azalması/itməsi, koma)  - İlk dəfə əmələ gələn güclü başgicəllənmə (vertigo)  - Ürəkbulanma, qusma, udmanın pozulması  - Hərarət  - Tənəffüs pozğunluqları Amerika İnsult Asssosiasiyası ictimaiyyəti  insultu tez qiymətləndirmək üçün xəbərdar edici FAST akronimini bilməyə çağırır:   - Face drooping - Üzün sallanması. asimmetriyası  - Arm weakness - Əlin zəifliyi  - Speech difficulty - Nitq çətinliyi, anlaşılmayan danışıq  - Time to call - Təcili yardıma zəng etmək üçün vaxt (STROKE UNİT üçün “qızıl zaman”). Yuxarıda göstәrilәn 3 әlamәtdәn biri ya bir necәsi varsa, təcili yardıma zəng etmək vaxtıdır.     Hər il 29 Oktyabr Ümumdünya İnsult Günü qeyd edilir və FAST mnemoniki həmin günün şüarı qəbul edilib. Diaqnostika Bunların xәstәyә konkret hansının lazım olduğunu hәkim müәyyәn edir.  - Kompyuter tomoqrafiya  və angioqrafiya (KT/ KT angioqrafiya)  - Maqnit-rezonans tomoqrafiya (MRT)  - Maqnit-rezonans angioqrafiya (MRA)  - Serebral angioqrafiya  - Lumbal punksiya (LP)  - Yuxu arteriyalarının dupleks müayinəsi (Karotid USM)  - Damarların Doppler USM  - Elektroensefaloqrafiya (EEQ)  - Kardioloji müayinələr(ExoKQ, EKQ)  - Oftalmoloji müayinə Laborator analizlər Əsas:  - Qanın və sidiyin ümumi analizi  - Qanın və sidiyin biokimyəvi analizi  - Koaquloqramma Əlavə:  - Kardiobiomarkerlər  - Toksikoloji skrininq  - Acqarına lipid spektri  - Hamiləlik testi  - Antinuklear anticismlər(ANA)  - Revmatoid faktor (RF)  - Homosistein səviyyəsi Nevroloji müayinə Nevroloji status (+ Qlazqo şkalası ilə qiymətləndirmə) Acute Stroke Unit (Kəskin İnsult bloku) -  ayrıca yerləşən və ya ümumi xəstəxana tərkibində xüsusi ayrılmış reanimasion və neyrovizualizasion aparatlarla təchiz olunmuş tibbi şöbədir. Onun tərkibində xüsusi təzhizatlı təcili tibbi yardım avtomobilləri və palataları mövcuddur. Buraya xəstə insultun baş verdiyi andan 3-4,5 saat ərzində daxil olub, insultun növü təyin olunur. Əgər xəstədə işemik insult təyin olunarsa, o, tez və operativ sürətdə trombolitik terapiyaya (rt-PA) hazırlanır. Müalicə İnsultun birincili profilaktikası heç bir zaman insult keçirməmiş pasiyentlərdə aparılır. Bu profilaktika serebrovaskulyar xəstəlikləri risk qruplarında olan şəxslərdə aparılır.    Profilaktik tədbirlərə aşağıdakılar aiddir:  - Trombositlərin antiaqreqant preparatların qəbulu  - Statin preparatların qəbulu  - İdman  - Diyeta  - Həyat obrazı korreksiyası (məsələn, siqaretçəkmənin kəsilməsi, alkoqolol qəbulunun tənzimlənməsi)  - Yuxunun tənzimlənməsi (yuxu rejimi, yuxu gigyenası) TİA TİA 24 saat ərzində nevroloji defisitin reqressi ilə müşahidə olunan beyin qan dövranının kəskin pozulmasıdır. TİA baş verdiyi andan xəstə stasionar şəraitdə 24 saat nəzarətdə olmalıdır və təcili idarə edilmə başlanır:  - Hədəf orqanların (beyin, göz, damarlar,böyrəklər) zədələnməsini inkar etmək üçün tam müayinə və simptomatik müalicə  - Arterial təzyiqin tənzimlənməsi  - Şəkərin tənzimlənməsi İşemik insultun müalicəsi  - Cərrahi müalicə  - Medikamentoz müalicə  - Antikoaqulyant terapiya  - Reperfuziya  - Antitrombositar terapiya  - Neyroprotektiv terapiya Hemorragik insultun müalicəsi  - Antiepileptik dərmanlar (AED)  - Antihipertenziv dərmanlar  - Osmotik diuretiklər İnsultun ikincili profilaktikası artıq insult keçirmiş xəstələrə aiddir və növbəti insultların qarşısını almağa yönəldilmiş tədbirdir. İkincili profilaktikaya aşağıdakılar aiddir:  - Trombositlərin antiaqreqant preparatların qəbulu  - Antihipertenziv preparatların qəbulu  - Statin preparatların qəbulu  - Həyat obrazı korreksiyası  - Diyeta  - Fiziki aktivlik (gün ərzində minimal 6000-8000 min addım atmaq gərək) İnsult və digər serebrovaskulyar xəstəliklər ölümcül ola bilər, lakin tez müdaxilə xəstəliyin tam və ya hissəvi bərpasına yardım edə bilər. Buna görə bu məqalədə sadalanan risk faktorlarını özünüzdə ağkarlamısınızsa mütləq həkimə müraciət edin. Xəstəliyin qarşısını almaq sonrakı baş vermiş fəsadları müalicə etməkdən asandır-bunu unutmayın! İstifadə olunan mənbələr: 1. http://www.aans.org/Patients/Neurosurgical-Conditions-and-Treatments/Cerebrovascular-Disease 2. https://emedicine.medscape.com/article/1916852-overview 3. https://emedicine.medscape.com/article/1916662-overview 4. https://www.medicalnewstoday.com/articles/184601.php Mövzu ilə bağlı video:     © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 16.10.2017

bel agrıların müalicəsi

Bel ağrıları: səbəb, simptom və müalicə metodları

Bel ağrısı nədir? Bel ağrıları ən çox rast gəlinən şikayətlərdən biridir. Dünya əhalisinin 80%-i həyatlarında bir dəfə də olsun bel ağrılarından əziyyət çəkir. Bel ağrıları işdən qalma səbəbləri arasında da mühüm yer tutur. Bütün yaş qrupları arsında rast gəlinməsinə baxmayaraq, ən çox 35-55 yaşlar arasında olur. Mütəxəssislər bel ağrılarının sümük, əzələ və bağ sistemlərimiz ilə əlaqəli olduğunu deyirlər. Belin aşağı nahiyyəsində ağrı bel fəqərə sümükləri, fəqərələr (vertebra) və fəqərəarası disklər, fəqərə və fəqərəarası disklər ətrafındakı bağlar, onurğa beyni və sinirləri, bel əzələləri, qarın və çanaqdaxili orqanlar və bel nahiyəsi dərisindəki hər hansı patologiya səbəbli ola bilər. Belin  yuxarı nahiyəsində ağrı isə aorta, döş qəfəsi şişləri (tumor) və onurğanın infeksion xəstəlikləri zamanı müşahidə edilə bilər.   Bel ağrılarının səbəbləri Onurğa sütünü əzələlər, bağlar (ligaments) və vətərlərdən ibarət bir struktur olub anatomik olaraq seqmentlərə ayrılmışdır. Bu komponentlərdən hər hansı birində problem olduqda bel ağrısına səbəb ola bilir. Gərilmə, dartılma ən çox  bel ağrısı səbəbləridir:  - Əzələ dartınması  - Bağların gərilməsi  - Əzələ spazmı Dartılma və gərilməyə səbəb olan hərəkətlər:  - Məqsədsiz əşya qaldırma  - Çox ağır əşya qaldırma  - Kəskin və yöndəmsiz hərəkətlər    Bel ağrısı və xəstəliklər:  - Disklərin yırtılması (ruptured disc) - Onurğa sütunümüzün hər bir fəqərəsi disklərlə əhatə olunub. Əgər disklərdən biri cırılarsa bu zaman sinirə təzyiq edərək bel ağrısına səbəb olacaqdır.  - Disk qabarması (bulging disc), protruziya- disk yırtıqlarında olduğu kimi disk qabarması zamanı da sinirə təmas bel ağrısı ilə nəticələnə bilər.  - Oturaq sinir - qabarmış və ya yırtılmış diskin bu siniri sıxması nəticəsində sağrı nahiyyəsində kəskin və zoqquldayıcı (atıcı) ağrı yaranaraq aşağı ətrafın arxası ilə aşağı istiqamətdə ayağa yayılır (irradiasiya edir).  - Artritlər - Pasiyentlərdə ən çox artirit problemləri çanaq, bel, diz və əl oynaqlarında rast gəlinir.  - Onurğanın patoloji qıvrımları (əyrilikləri) -  Onurğa sütünunun təbii və patoloji əyrilikləri vardır; təbii lordoz, təbii kifoz, patoloji lordoz, patoloji kifoz və skolioz. Əgər xəstədə onurğa qeyri-düzgün əyriliklərə sahibdirsə bel ağrıları müşahidə edilməsi qaçınılmazdır. Məsələn, skolioz zamanı onurğa sütunü yana boğru əyilir.  - Osteoporoz -  bu zaman onurğa sütunü sümükləri, fəqərələri kövrək və məsaməli olur və tez-tez qəlpəli sınıqlar ilə nəticələnir.  - At quyruğu sindromu (Cauda equina syndrome) - at quyruğu onurğa beyninin aşağı qurtaracağından  başlayan spinal sinir kökləridir. At quyruğu sindromu olan pasiyentlərdə belin aşağı nahiyəsində və sağrı nahiyəsinin yuxarı hissəsində  küt ağrı müşahidə edilir, sağrı, genital və bud (omba) nahiyəsində  hissiyatın itməsi (analgeziya) simptomları olur. Bəzi hallarda sidik ifrazı və defekasiya aktı ilə əlaqəli problemlər də müşahidə edilir.  - Onurğa xərçəngi ( Cancer of the spine) - onurğa beynində yerləşən şiş siniri sıxaraq bel ağrısına səbəb olur.  - Onurğanın infeksion xəstəliyi - əgər xəstədə yüksək temepratur (qızdırma) ilə yanaşı bel ağrısı simptomu da varsa buna səbəb onurğanın infeksion xəstəliyi ola bilər.  - Digər infeksion xəstəliklər - çanağın infeksion xəstəliyi (qadınlarda), sidik kisəsi və ya böyrək infeksiyaları da bel ağrılarına səbəb ola bilir.  - Kəmərləyici dəmrov - zədələdiyi sinirdən asılı olaraq bu infeksiya da bel ağrılarına səbəb ola bilir.  - Pis yataq - əgər sizin döşəyiniz bədəninizin xüsusi əyriliklərini dəstəkləmirsə və onurğanı düz saxlayırsa bel ağrısı yaşama riskiniz yüksək deməkdir.   Gündəlik fəaliyyətlər və yalnış postur (duruş) Bel ağrısı eyni zamanda gündəlik fəaliyyətimiz və ya yalnış postur nəticəsində də yarana bilər. Bunlara daxildir:  - Yöndəmsiz önə əyilmə;  - Əşyanı itələmək;  - Əşyanı dartmaq;  - Əşya daşımaq;  - Bir şey qaldırmaq;  - Uzun müddət ayaq üstə dayanmaq;  - Uzun müddət aşağı əyilmiş vəziyyət almaq;  - Fırlanmaq;  - Öskürmək;  - Xoruldamaq;  - Əzələni gərginləşdirmək;  - Həddindən artıq dartınmaq;  - Boyunu həddindən artıq önə əymək, məsələn, maşın sürərkən və ya komputerdən istifadə edərkən;  - Fasiləsiz olaraq maşın sürmək. Bel ağrısının risk faktorları Risk faktoru xəstəliyin inkişafına, yaranmasına şərait yaradan zərərli vərdişlərə deyilir. Məsələn, artıq çəki (obesity) II tip şəkərli diabet xəstəliyinin yaranma riskini əhəmiyyətli dərəcədə artırır. Dolayısı olaraq. Piylənmə II tip şəkərli diabet xəstəliyi risk faktoru sayılır. Aşağıda sadalananlar bel ağrılarının yüksək risk faktorlarıdır  - Zehni gərgin iş;  - Hamiləlik;  - Oturaq həyat tərzi;  - Yaş - yaşlılarda bel ağrıları gənc və uşaqlara nisbətdə daha çox rast gəlinir;  - Həyəcan;  - Depressiya;  - Cins - bel ağrıları qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir;  - Piylənmə və həddindən artıq çəki;  - Siqaret çəkmə;  - Yorucu, məqsədsiz fiziki idman;  - Yorucu fiziki iş.   Əlamətlər və simptomlar Bel ağrısının əsas simptomu beldə yaranan və bəzən də sağrı nahiyəsinə və ayaqlara yayılan ( irradiasiya edən ) ağrıdır. Hansı sinirin sıxılmasından  asılı olaraq beldə olan patologiya  bədənin digər nahiyələrində ağrıya səbəbi ola bilər. Bir çox hallarda əlamətlər qısa zamanda öz-özünə keçib gedir. Aşağıdakı simptomlardan hər hansı biri bel ağrısı ilə birgə müşayiət edildiyi halda mütləq həkiminizə müraciət edin  - Çəki itirmə;  - Bədən temperaturunun yüksəlməsi (qızdırma);  - Beldə iltihab (qızarma, şişkinlik);  - Davamlı bel ağrısı: uzanma və ya dincəlmə zamanı azalmayan, aşağı ətraflara (ayaqlara) irradiasiya edən ağrı;  - Dizdən aşağı yayılan ağrı;  - Yaxın zamanlarda keçirilmiş bel zədələnməsi və ya travması;  - Sidik saxlamama (sidik qaçırma) - qeyri-iradi sidik ifrazı olması;  - Sidiyə getmənin çətinləşməsi;  - Nəcis qaçırtma - bağırsaq kontrolu itir. Qeyri-iradi nəcis ifrazı olması;  - Genital nahiyədə keylik (hissiyat pozğunluğu);  - Düz bağırsaq (anus) ətrafında keylik (hissiyat pozğunluğu);  - Sağrı nahiyəsində keylik (hissiyat pozğunluğu). İngiltərə Milli Sağlamlıq Xidmətinə (British National Health Service) görə aşağıda qeyd edilən insan qrupları bel ağrısı hiss etdikdə həkimə müraciət etmələri mütləqdir.  - 20 yaşından kiçik və 55 yaşından böyük şəxslər;  - Bir neçə ay müddətində steroid qəbul edən pasiyentlər;  - Narkotik maddə asılılığı olanlar;  - Xərçəng xəstəliyi olanlar;  - İmmun sistemi çökmüş insanlar. Diaqnoz Həkim fiziki müayinə və xəstədən anamnez topladıqdan sonra bel ağrısı diaqnozu qoya bilir və çox hallarda görüntüləmə filmləri (snimka) tələb olunmur. Əgər həkim beldə hər hansı patologiyadan şübhələnirsə müəyyən analizlər tələb edə bilər. Disk, sinir, vətər (tendon) və digər problemlərə şübhə olduqda rentgen və ya digər görüntüləmə müayinələri, kompyuter tomoqrafiya (KT) və ya maqnit rezonans tomoqrafiya (MRT) müayinəsi kimi metodlardan istifadə edilə bilər. Rentgen - xəstədə artirit və ya sümük sınıqları olduqda göstərə bilir. O, əzələlər, onurğa beyni, sinirlər və disklərdəki problemləri aşkarlamaq üçün ideal müayinə deyil. MRT və ya KT müayinələr - bunlar disk yırtıqları, toxuma, vətərlər, sinirlər, bağlar, qan damarları, əzələ və sümük problemləri zamanı göstərişdir. Elektromioqrafiya və ya EMQ - əzələlərdə sinirlərin elektrik impulslarına cavabları ölçür. Bu müayinə disk yırtığı və ya spinal daralma (stenoz) nəticəsində sinir sıxışmasını öyrənə bilir. Həkim infeksiya şübhəsi duyursa qan analizi də tələb edə bilər.  Bel ağrılarının müalicəsi Bel ağrılarının böyük əksəriyyəti tibbi müdaxilə tələb etmədən öz-özünə keçir. Adətən ağrılar ağrıkəsici dərman vasitələri və ya ağrı nahiyyəsinə soyuq və ya isti kompress ilə sakitləşdirilir. Qısa müddətli dincəlmə yararlıdır. Lakin bu uzun müddət davam etdikdə əzələlərdə zəifləmə yaranaraq gələcəkdə bel ağrılarının daha da pisləşməsinə səbəb ola bilər. Bel ağrılarının növləri:  - Kəskin (akut) - bel ağrısı qəflətən başlayır və maksimum 3 aya kimi davam edir.  - Xroniki ağrı - uzun müddət ərzində yavaş-yavaş inkişaf edir, 3 aydan çox davam edərək uzun müddətli problemlər yaradır. Əgər ev şəraitində müalicə nəticələriniz qənaətbəxş deyilsə həkiminiz sizə aşağıdakı məsləhətləri görə bilər:  - Dərman vasitələri - müxtəlif növ ağrıkəsici, iltihab əleyhinə dərmanlar, bəzi antidepressantlar.  - Fizioterapiya - isti, soyuq applikasiyalar, ultrasəs və elektrik stimulyasiya və eləcə də bəzi əzələ boşaldıcı metodlar bel əzələlərində və yumşaq toxumalarında ağrının azalmasına kömək edə bilər.  Ağrı azalan kimi fizioterapevt bel və qarın əzələlərini elastik edən və möhkəmlədən idman hərəkətləri təqdim edə bilər. Posturu (duruşu) yaxşılaşdıran metodlar da kömək edə bilər. Kortizon (hormonal) inyeksiyalar - yuxarıda sadalanan müalicələr effekt vermədikdə və ya ayağa qədər uzanan ağrı qeyd edilirsə epidural (onurğa beyni ətrafındakı sahə) sahəyə kortizon inyeksiya edilə bilər. Kortizonun iltihabəleyhinə təsiri vardır. O, sinir kökü ətrafında iltihabı azaldaraq ağrını kəsir. Təcrübələrə görə kortizon inyeksiyasından sonra 6 həftə ərzində ağrı olmaya bilir.   Alternativ (ara) müalicə metodları Çox sayda insanlar alternativ tibbi müalicə metodlarını seçirlər:  - Osteopath - skelet və əzələ müalicəsində ixtisaslaşıb.  - Chiropactor - oynaq, əzələ və sümük problemlərinin əsas hədəfi onurğadır.  - Shiatsu - barmaqla təzyiq müalicəsi adlanır, bədənin enerji xətləri boyu təzyiq yaradaraq edilən massaj növüdür. Shiatsu terapevti barmaqları, baş barmağı və dirsəkləri ilə təzyiq edərək müalicə edir.  - Akapunktur (iynə müalicəsi) - Çində yaranıb, zərif iynələrin bədənin xüsusi nöqtələrinə yeridilməsindən ibarət müalicədir. Akapunktura bədənin təbii ağrıkəsicilərinin - endorfinlərin - ifrazına səbəb olaraq sinir və əzələ toxumasını stimulyasiya edir. Təcrübələr göstərmişdir ki ara müalicələr müxtəlif qarışıq nəticələr göstərir. Bəzi insanlarda yaxşı nəticələr alınırsa, digərlərində effekt heç olmur. TENS (transcutaneous elektrical nerve stimulation) - uzunmüddət beli ağrıyan xəstələr arasında geniş yayılmış bir müalicədir. TENS apparatı ilə bədənə kiçik elektrik pulsları ötürülür. Mütəxəssislər düşünürlər ki, TENS bədəndə endorfinlərin yaranmasını təmin edərək beynə qayıdan ağrı siqnallarını blok edə bilər. TENS müxtəlif nəticələr verir: bəziləri heç effekt görmürlər, bəziləri isə müəyyən effekt ala bilirlər. Hamilə qadınlar, epilepsiyası olanlar, peysmeykeri olanlar və ürək xəstəliklərindən əziyyət çəkən pasiyentlər TENS apparatından istifadə etməməlidirlər. Xüsusi qeyri-cərrahi müalicə metodu - proloterapiya (prolotherapy) - inyeksion müalicə olub birləşdirici toxuma və əzələ-oynaq zədələnmələrinin müalicəsində istifadə edilir. İnyeksiya sağalma prosesini sürətləndirərək zədələnmiş və zəifləmiş toxumanı bərpa edərək ağrını aradan götürür və funksiyaları yaxşılaşdırır. Proloterapiyanın bir neçə sinonimləri vardır; sklerosant terapiya (sclerosant therapy), skleroterapiya (sclerotherapy),regenerativ iynə müalicəsi (regenerative injection therapy), “proliferativ” iynə müalicəsi (“proliferative” injection therapy) və qeyri-cərrahi liqament rekonstruksiyası (nonsurgical ligament reconstruction). Proloterapiya kim tərəfindən edilməlidir? - Proloterapiya üzrə ixtisaslaşmış, təcrübə keçmiş həkim tərəfindən aparılmalıdır. Proloterapiyanın bel ağrıları zamanı effektivliyi: Mütəxəssislər tərəfindən xroniki bel ağrılarından əziyyət çəkən xəstələrə tətbiq edilən proloterapiyanın effektivliyi 80%-90% təşkil edir. Cərrahi müdaxilə - bel ağrıları zamanı cərrahi göstəriş nadir görülür. Əgər xəstədə fəqərəarası disk yırtığı varsa, yanaşı olaraq əzələ zəifliyi müşahidə edilirsə cərrahi müdaxilə göstəriş ola bilər. Cərrahi müdaxilələrə daxildir:  - Fusion - iki fəqərə birgə birləşdirilir və aralarına qreft qoyulur.  - Süni disk - iki fəqərə arasına süni disk yerləşdirilir.  - Diskin çıxarılması (diskektomiya) - siniri qıcıqlandırır və ya sıxırsa diskin bir hissəsi çıxardılır.  - Fəqərənin hissəvi çıxarılması - onurğa beyni və sinirləri kompressiya edirsə, fəqərənin kiçik bir hissəsi çıxarıla bilər. Bel ağrılarının profilaktikası Bel ağrılarının qarşısının alınması risk faktorlarının aradan götürülməsindən ibarətdir. Bədən tərbiyəsi - müntəzəm bədən tərbiyəsi möhkəmlənmənizə, eləcə də çəkinizi azaltmağa kömək edir. Mütəxəssislər yüngül aerobik hərəkətləri məsləhət görürlər. İnsanlarda bel ağrılarını azaldan iki növ əsas idman növləri var:  - Nüvəni gücləndirən hərəkətlər (core-strengthening exercises) - bel və qarın əzlələri işlədən hərəkətlər əzələləri gücləndirərək beli qoruyur.  - Əsnəklik (flexibility) - nüvədə, eləcə də onurğada, çanaqda elastikliyi artırmaq məqsədi ilə edilən hərəkətlər  - Siqaret çəkmə - siqaret çəkən insanlarda bel ağrılarının rast gəlmə tezliyi eyni yaş, boy və çəkidə olan, siqaret çəkməyənlərə nisbətən çox yüksəkdir.  - Bədən çəkisi -  Daşıdıqları çəkinin hansı nahiyyədə olmasından asılı olaraq bel ağrılarının yaranma riskinə təsir edir. Piylənməsi olan və normal çəkiyə sahib insanlar arasında bel ağrısı riski şübhəlidir. Qarın, sağrı və çanaq nahiyyələrində toplanan artıq çəki bel ağrıları üçün böyük risk daşıyır.  - Duruş pozası - əmin olmalısınız ki, çanaq vəziyyətiniz təbiidir. Düz dayan, üzün önə, kürəyin düzəlmiş və ağırlığını hər iki ayaqlarına verərək ayaqlarını düz saxla və başın onurğanla bir xəttə dayansın.  - Oturma pozası - düzgün oturmaq üçün yaxşı bel dəstəyi, dirsəklik və fırlanan əsas (iş üçün) gərək olmalıdır. Oturarkən dizlərinizi çanaq səviyyəsində saxlayın və ayaqlarınızı döşəməyə düz qoyun- ayağınız çatmırsa ayaqlıqdan istifadə edin. Siz gərək ideal şəkildə düz oturasınız. Əgər klaviaturadan istifadə edirsinizsə dirsəklərinizi düz bücaq şəklində açmalı və saitləriniz horizontal vəzyiyyət almalıdır.  - Əşyaları qaldırmaq - əşyaları qaldırarkən belinizi qorumağın sirri  həmin vaxtı “ayaqları (beli deyil)” düşünməkdir. Başqa sözlə qaldırmaq üçün ayaqlarınızı belinizdən çox istifadə edin. Bacardığınız qədər belinizi düz tutaraq, dizlərinizi ehmalca bükün, ağırlığı özünüzə yaxın tutun və belinizin vəziyyətini mümkün qədər dəyişdikdə ayaqlarınızı gərginləşdirin. Ən vacib məsələ əşyanı qaldırmamışdan öncə ayaqlarınızı düzləşdirməyin, əks təqdirdə işin çoxunu belinizdən istifadə edərək görmüş olarsınız.  - Eyni zamanda qaldırıb və fırlanma - əgər birçey çox ağırdırsa kimisə köməyə çağır. Əşyanı qaldırarkən düz önə bax; nə yuxarı, nə də aşağı, bununla da boynunu onurğanın davamlı olaraq düz tutmuş olacaqsan.  - Hərəkət edən əşyalar - yadınızda saxlayın ki, əşyanı itələmək onu dartmaqdan yaxşıdır.  - Ayaqqabılar - altı düz ayaqqabılar beldə az gərginlik yaradır.  - Maşın sürmək - Belinizi dəstəkləmək çox vacibdir. Yan güzgülərin məqsədə uyğun vəzyiyyətdə olmasından əmin olun ki, sizə fırlanmağa, dönüb baxmağa ehtiyac olmasın. Əgər uzun bir yola çıxırsınızsa çoxlu fasilələr verin - maşından düşün və ətrafda gəzin.  - Yatağınız - elə bir döşək seçməlisiniz ki, onurğanızı düzgün saxlasın, eyni zamanda kürək və sağrı nahiyənizin ağırlığını dəstəkləsin. Boynunuzu düz bucaq altında tutmayan yastıqdan istifadə edin. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 15.10.2017

rinoplastika burun əməliyyatı

Rinoplastika. Xarici burun quruluşu

Bu məqalədə burun şəkilinin dəyişdirilməsi üçün aparılan rinoplastika əməliyyatından söhbətimizi davam edirik. Daha əvvəl qeyd etdiyim kimi, burun əməliyyatının bəlkə də ən mühüm mərhələsindən biri əməliyyat qabağı qərardır. Bunun üçün də həkim ilə pasient arasında düzgün ünsiyyətin qurulması böyük rol oynayır. Həkimə burnunuzda sevmədiyiniz tərəflərə işarə etmək, gözlədiyiniz dəyişikləri rahat izah etmək üçün burnun müxtəlif hissələrinin adlarını bilmək məsləhətdir. Gəlin bunlar ilə yaxından tanış olaq. Burun, dəri və yumşaq toxumalarla örtülmüş sümük (üst 1/3) və qığırdaq  (alt 2/3) hissələrindən ibarətdir. Burnun sümük hissəsi ortada birləşən iki burun sümüyü və yanlardan bunlara yapışan əng sümüyünün alın çıxıntılarından ibarətdir. Burun sümüklərinin alt hissəsinə üst yan (üçbucaq ya da sadəcə yan) qığırdaqlar yapışır. Ən aşağı hissədə isə alt yan (burun qanadı) qığırdaqları yerləşir. Qığırdaq hissəyə burnun içində yer alan burun çəpəri (dördbucaq) qığırdaq da aiddir. Bundan əlavə burnun müxtəlif hissələrində kiçik əlavə qığırdaqlar da yerləşə bilər. Burnun üzdəki nişanlarına nəzər salaq. İki göz yuvası arasından başladığı dar hissəyə burun kökü deyilir. Burun kökündən aşağıya doğru uzanan hissə burun belciyidir. Burun belciyi ən altda önə qabarıq olan burun ucu ilə qurtarır. Burun ucunun altından başlayıb üst dodağa yapışan hissəya sütuncuq (kolumella) deyilir. Burnun yan hissələri üstdəki nisbətən düz yan səthlərdən və altdaki bayıra qabarıq burun qanadlarından ibarətdir. Burun qanadları, sütuncuq və üst dodağın başlanğıcı ilə əhatələnmiş girişlərə burun dəlikləri deyilir. Rinoplastika əməliyyatında ən çox dəyişməsi istənilən hissə burun belciyidir. Burdakı önə qabarıqlığa donqar (Rusca “qorb”) deyilir. Donqar götürüldükdən sonra burun belciyinə Azərbaycan xalqımıza yaraşan düz, ya da, xəstənin istəyi ilə daha çökük, slavyan və bəzi Avropa xalqlarına səciyyəvi şəkil verilə bilər. Burun ucu, istəyə bağlı dik ya da yuxarıya qaldırılmış hala gətirilə bilər. Yuxarıya qaldırılmış burun ucu ilə çökük belcik forması “fındıq burun” (Rusca “kurnosıy”) adlanır. Burun yanları sıxılaraq daha incə burun əldə edilir. Burun ucunda aparılan müdaxilə burun ucunu yuxarıya qaldırmaqdan başqa, onu daraltmağa, daha aydın görsətməyə, kiçiltməyə ya da böyütməyə, yumru ya da bucaqlı formaya salmağa, simmetrik hala gətirilməsinə imkan verir. Həmçinin burun qanadları da, lazım olduqda, daha simmetrik hala gətirilə bilər. Lakin burun qanadlarını yanlardan kəsərək kiçildilməsi əməliyyatdan sonra nəfəs almağa çox mənfi təsir göstərir. Bundan əlavə əksər hallarda burnun yanında xoşa gəlməz çapıqlar qalır. Təəssüf ilə qeyd etməliyəm ki, Azərbaycanda burun  qanadlarının daraldılması hələ də olduqca geniş aparılır və bir çox xəstə bundan sonra normal burun nəfəsindən məhrum olur. Bəzən xəstələr öz istəklərini izah edərkən burnun hissələrini səhv adlandırılır. Praktikada ən çox qarşılaşdığı hal, rinoplastika istəyən xəstənin burun çəpəri əyriliyindən şikayətidir. Əslində isə xəstə “çəpər əyriliyi” ifadəsinin altında burun belciyindəki donqarı nəzərdə tutur və məhz bu donqarın əməliyyatla düzəlməsini arzulayır! Qeyd edim ki, əsil burun çəpəri burun boşluğunun daxilində yerləşdiyindən üstdən görünmür. Burun çəpərinin əyriliyi xüsusi müayinə ilə təyin edilir. Tək başına burun çəpərinin düzəldilməsi burun formasına, o cümlədən burun donqarına heç bir təsir etmir. Ona görə, pasientlərə məsləhətim belədir: əgər burnun xarici görünüşünün dəyişməsini istəyirsənizsə bunu mütləq açıq-aşkar şəkildə həkiminizə deyin. Hamınıza gözəllik dolu sağlam günlər arzulayıram!   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 15.10.2017

proloterapiya nədir müalicə metodu

Proloterapiya: Qeyri-cərrahi müalicə metodu

Proloterapiya nədir? Proloterapiya (proliferativ müalicə), həmçinin qeyri-cərrahi liqament və vətər rekonstruksiya və regenerativ oynaq inyeksiyası kimi də tanınır, orqanizmin sağalma prosesini stimulyasiya edərək zədələnmiş və ağrılı  oynaqları və birləşdirici toxumanı gücləndirir və bərpa edir. Bu ona əsaslanır ki bağlar və vətərlər gərilir və ya cırılır, bu zaman onlar oynağın qeyri-stabil olmasına və ağrılı olmasına səbəb olur. Proloterapiyanın nadir bacarığı onun birbaşa qeyri-stabilliyin səbəbinə təsir etməsi, zəifləmiş nahiyəni bərpa edir və yeni kollagen toxuma hazırlayaraq oynağın davamlı olaraq stabilizasiyası ilə nəticələnir. Oynaq stabilləşdikdə ağrı itir. Ənənəvi cərrahi yanaşmaların daha çox riskləri vardır və oynaq stabilizasiyasını poza bilirlər. İltihabəleyhinə və ya ağrıkəsici dərman müvəqqəti ağrını kəsir. Proloterapiyanın təsir mexanizmi necədir? Proloterapiya orqanizmin təbii sağaldıcı mexanizmlərini stimulyasiya edərək zəifləmiş nahiyyədə toxumanı yeniləyir. Bu birbaşa zədə nahiyyəsinə inyeksiya edilməsi ilə aparılır. Yeridilən iynə vasitəsi ilə yaradılan zəif mikrobsuz iltihab  yeni və sağlam bağ və ya vətər liflərinin yaranması nəticəsində zəifləmiş strukturlar möhkəmlənir.  Bir neçə dəfə bu prosesin təkrar edilməsi həmin nahiyədə toxumanın təbii möhkəmliyini bərpa etməsinə səbəb olur. Proloterapiyanın növləri:  - Hipertonik şəkərli məhlul ilə  - Trombositlərlə Zəngin Plazma ilə  - Kök hüceyrə ilə Proloterapiya hansı xəstəliklərdə effektivdir?  - Degenerativ disk xəstəlikləri (degenerative disc diseace) də daxil olmaqla bel ağrıları və sakro-iliak oynağı burxulmaları/disfunksiyası (sacro-iliac instability/ dysfunction, boyun ağrıları (neck pain);   - Diz ağrıları (knee pain);   - Dizdə mensk cırılmaları (knee meniscal tears);  - Bilək və ya əl ağrıları (wrist or hand pain);   - Osteoartirit (osteoarthiritis);   - Çiyin ağrıları (shoulder pain);   - Dirsək ağrısı (elbow pain);  - Qolf və tenisçi dirsəyi (golfer and tennis elbow);  - Plantar fasiit (plantar fasciitis) və ayaq ağrıları (foot pain);  - Topuq ağrısı (ankle pain or instability ) və burxulmaları;  - Pubis osteit (osteitis pubis);  - Piriformis sindromu (piriformis syndrome);   - Temporal mandibulyar oynaq sindromu (temporal mandibular joint syndrome) və ya digər əzələ-oynaq ağrı və zədələnmələri (musculoskeletal pain or injury).  Proloterapiya müalicəsi ağrılıdırmı? Ağrı inyeksiya olunan nahiyədən, yeridilən məhlulun seçilməsindən və proloterapiyanı edən mütəxəssisin bacarığına, bu işdə təcrübəsinə uyğun olaraq müxtəlif olur. Müalicədən sonra 2-3 gün ərzində müvəqqəti olaraq yüngül şişkinlik və gərginlik səbəbindən ağrı arta bilir. Çünki proloterapiya müvəqqəti ağrıkəsici bir metod deyil, zədələnmiş toxuma və bağların bərpasına və sağalmasına əsaslanan  bir müalicə metodudur. Proloterapiya kimlərdə effektivdir? Hər bir pasiyentdən xəstəlik hekayəsi toplanmalı, fiziki müayinə və radioloji və ya ultrasəs müayinədən keçməlidir. Göstəriş olduqda laborotor müayinələr də xəstəliyə uyğun gərək tələb edilsin. Bu məlumatlarla həkiminiz bu müalicədə müvəffəqiyyəti artıra bilər. Proloterapiyada effektivlik pasiyentin xəstəlik hekayəsindən, eləcə də pasiyentin sağlamlığı və sağalma qabiliyyətindən və sağalma prosessinə təsir edən hər hansı maddələrin çatmamazlığından asılıdır. Proloterapiyaya uyğun xəstələrdə müalicə effektivliyi  çox yüksəkdir (87-90%).  Proloterapiya seansları hansı aralıqlarda aparılır? Müalicə intervalı proloterapiya mütəxəssisinin protokolu üzrə müalicə olunan nahiyənin ağırlıq vəziyyətindən asılı olaraq dəyişir. Adətən müalicə intervalı 3-4 həftədən bir, ortalama ayda bir dəfə, ümümi olaraq seans sayları 4-6 seans təşkil edir. Bəzi xüsusi hallarda  isə bu interval çox qısa və ya seans sayları daha çox ola bilir. Proloterapiya müalicəsinin effektivliyi: Proloterapiyanın effektivliyi müxtəlif səbəblərdən asılı olaraq dəyişir: xəstəlik hekayəsi və sağaldıcı hüceyrələrin vəziyyəti və istifadə edilən məhlul. Tədqiqatlara görə bel ağrıları olan pasiyentdə proloterapiya ilə sağalma faizi 95% təşkil edir. Uzun illərdən bəri bir çox tədqiqatlar proloterapiyanın müxtəlif bağ ( ligament), vətər (tendon) və ya oynaq (joint) ağrıları və zədələnmələrində yüksək effektivliyini sübüt edir. Proloterapiyanın tarixi:  Proloterapiya/skleroterapiya e.ə 500 illərin əvvəlində Roman əsgərlərinin çiyin oynağının dislokasiyaları və zədələnmələri zamanı isti dəmirlə mülicə edilərək çiyin oynağında zədələnmiş və cırılmış bağların, liqamentlərin sağalması üçün istifadə edilib. Tibb sahəsində böyük inkişafı fibroz toxumanı möhkəmləndirən və yenisini yaradan, zədələnmiş toxumada çapıq toxuma yaranmasından üstün olaraq normal kollagenin  yaranmasını təmin edən  təkmilləşmiş müasir metodların istifadəsinə gətirib çıxardı. E.ə 400-cü illər ərəfəsində Hippokrat varikoz damarların müalicəsini zamanı venaların skleroterapiyasını  "silindr formalı dəmir instrument"-dən istifadə edərək izah edib. Venaların skleroterapiya ilə inyeksiyası ilk dəfə 1623-cü ildə qeydə alınıb, lakin  venaların, disk yırtıqlarının və hemmoroidlərin skleroterapiya inyeksiyası ilə müasir müalicəsi 1900 illərin əvvəllərinə təsadüf edir. Məşhur həkim ortipedist Earl Gedney 1940 və 1950-ci illərdə öz cərrahi təcrübələrini azaltdı, onları oynaqlara inyeksiya etməklə evəz etməyə başladı və ömrünün qalan hisssəsini bu metod üzrə araşdırma aparmağa və məqalələr yazmağa sərf etdi. Eləcə də doktor  George Hackett, həkim Gustav Hemwall ilə birgə bu inyeksiyon müalicə haqqında kitab yazdı. Hər ikisinin, Gedney və Hackett-in işləri hələ də həkimlərin treninqində, öyrədilməsində istifadə edilir. Regenerativ tibbdə nailiyyətlər daha yaxşı məhlulların; Trombositlərlə Zəngin Plazma ( PRP) (böyümə faktoru tərkibli məhlullar), kök hüceyrə kimi inyeksion məhlulların bu metodda tətbiq edilməsinə gətirib çıxardıb.    Açar sözlər: #boyun #dos #bel #ayag #el #bilek #topug #barmag #kurek #ezele #agrisi #fibromialgiya #karpal #kubital #ulnar #tunel #sindrom #veter #bag #kireclesme #duzlasma #osteoxandroz #artroz #oynag #agrisi #gigirdag #eyilmesi #bel #serpmesi #disk #surusmesi #sinir #sixismasi #radikulit #ezele #dartinmasi# © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Paylaşıldı: 13.10.2017

parkinson xəstəliyi əlamətləri

Parkinson xəstəliyi

65-dən artıq yaşı olan 100 insandan 1-i Parkinson xəstəsidir. Parkinson xəstəliyinin əlamətləri gizli bir şəkildə başlaya bilər, hətta səbəbi tapılamayan depresiya ve çiyin ağrısı ilə belə ortaya çıxabilər. Bir əl və ya ayağınızda titrəmə var və yaxud da bu titrəmə digər əl və ayağa nəzərən daha artıqdırsa 90% parkinson xəstəsisiniz. Parkinson xəstəliyinin müalicə prinsipi və müalicəyə cavabı xəstənin hansı yaşda olmasına xəstəliyin səbəbinə və hansı mərhələdə olmasına bağlıdır. Müalicədə istəfadə oluna biləcək DBS (beyinə elektrod yerləşdirmə) hər parkinson  xəstəsi üçün göstəriş deyil. Parkinson xəstəliyi Parkinson xəstəliyi orta beyində xüsusi sinir hüceyrələrinin funksiyasının pozulmasına bağlı olaraq, hərəkətlərdə yavaşlama və donma, çox vaxt əllərdə müşahidə olunan titrəmə, əzələlərdə tonus artması, müvazinət problemləri ilə və eyni zamanda hərəki olmayan əlamətlər olaraq adlandırdığımız yuxu problemləri, psixoloji və bağırsaq problemləri və digər sistemlərə aid problemlərlə  özünü göstərən bir xəstəlikdir. Xəstəliyin dəqiq səbəbi bilinməməklə birlikdə, tədqiqatlarda genetik fakorlara, ekoloji və daxili toksiki maddələrin təsirinə bağlı çox səbəbli olduğu qənaitinə gəlinmişdir. Tədqiqatlarda xəstəliyin yayılma sıxlığı və rast gəlmə tezliyi fərqli coğrafiyada yaşayan insanlarda fərqli nəticələr çıxsa da, ümumi rast gəlmə tezliyi 4.5-19/100 000, ümumi yayılma genişliyi 150/100 000-dir, yəni təxmini min insandan biri parkinson xəstəsidir. Xəstəlik çox vaxt 45-70 yaş arasında ortaya çıxır ama daha gənc və daha yaşlı insanlarda da ortaya çıxa bilər. 4 xəstədən 3-də xəstəlik 60 yaşından sonra ortaya çıxır və 65-dən artıq yaşı olan 100 insandan 1-i parkinson xəstəsidir. Parkinson xəstəliyi başlanğıcda özünü nəcə göstərə bilər? Parkinson xəstəliyinin əlamətləri gizli bir şəkildə başlaya bilər, zamanla klinik əlamətlər həyat fəaliyyətinə mənfi təsir göstərəcək səviyyəyə qədər artar. Xəstələk ilk başda tez yorulma, halsızlıq hətta səbəbi tapılamayan depresya ve çiyin ağrısı ilə belə özünü göstərə bilər. Parkinson xəstələyini cəmiyyət içində necə tanıya bilərik? Cəmiyətimizdə parkinson xəstələyinin yaxşı tanınmamasının səbəbi  bu xəstəliyin daha çox 60 yaş üstündə özünü göstərməsinə bağlı olaraq normal yaşlanmayla əlaqələndirilməsidir. Parkinson xəstəliyini cəmiyyət içində asan tanıya bilməyimiz üçün müəyyən klinik əlamətlər vardır:  - Əgər bir insanda istrahət vaxtı çox vaxt əllərdə müşahidə olunan titrəmə varsa;  - Günlük həyatında fəaliyyətində (ev və işdə) istədiyi hərəkəti edərkən hərəkətlərdə yavaşlama varsa;  - Yeriyərkən başı və kürəyi önə əyilmiş şəkildə yavaş və qısa addımlarla yeriyirsə;  - Yeriyərkən bir tərəf qolu hərəkətin tempində iştirak etmirsə;  - Bəzən sanki ayaqları ani bir şəkildə donmuş kimi hərəkəti dayandırırsa;  - Yeriməyə başladığında müvazinətini tuta bilməyib önə doğru sürətli yeriyən sərxoş adamlar kimi hərəkət edirsə;  - Tez-tez yıxılırsa. Bu xəstələrdə parkinson xəstəliyindən şübhələnilməlidir. Bir əl və ya ayağınızda titrəmə var və yaxud da bu titrəmə digər əl və ayağa nəzərən daha artıqdırsa (asimetrik istirahət tremoru) 90 % parkinson xəstəliyidir. Xəstəlik necə müalicə olunur?  Parkinson xəstəliyinin müalicə prinsipi və müalicəyə cavabı xəstənin hansı yaşda olmasına xəstəliyin səbəbinə və hansı mərhələdə olmasına bağlıdır. Belə ki, müalicədə konservativ müalicə (darman müalicəsi), aktiv həyat tərzi (gündəlik 2 km yerimək misal olabilər), DBS (beyinə elektrod yerləşdirmə) və bu müalicələrin kombinasyasından istifadə oluna bilər. Xəstəlik təbiyyəti gərəyi xronik proqressiv bir xəstəlik olduğundan, müəyyən vaxta müalicə başlanan xəstənin zaman keçdikcə klinik vəziyətinə uyğun olaraq müalicəsi gözdən keçirilməlidir. Müalicədə istifadə oluna biləcək DBS (beyinə elektrod yerləşdirmə) hər parkinson xəstəsi üçün göstəriş deyil. Xəstəliyin başlanğıc mərhələsində müalicə alınmalıdırmı? Klinik tədqiqatlar nəticəsində xəstələyin əlamtləri həyat fəaliyyətinə ciddi təsir etməyəcək səviyyədə olsa belə, xəstəliyin proqnozu nöqteyi nəzərindən müalicə edilməsi lazım olduğu qənaitinə gəlinmişdir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 09.10.2017

miqren baş ağrıları

Miqren - baş ağrıları

Elə əzabverici ağrılar var ki insanı həyatından küsdürür. Miqren baş ağrıları məhz belə ağrılardandır. Başınızdakı ağrılara ürəkbulanma, işıq və səsə qıcıqlanma da qoşulur. O an düşünə bildiyimiz tək bir şey başımızdakı o qorxunc ağrıdır. Miqren ümumiyyətlə tibbi bir problem olaraq bilinir. İlk miqren atakından sonra başınızda ağrı törədən mərkəzlər yaranmağa başlayır. Yəni başımız ağrımağa adət edir. Miqren ataktı keçirmiş insanda ağrı yaranma ehtimalı heç atak keçirməmiş bir insanla müqayisədə daha yüksəkdir. Hər bir miqren xəstəsi ilk miqren atakını istisnasız xatırlayır. Ağrı çox şiddətlidir və ümumiyyətlə nə vaxtsa xəstəni xəstəxanaya gətirib çıxardır.  Nevroloji müdaxilə ilə birlikdə ağrının bir qismi nəzarətə alınmaqla xəstə bir ay ərzində ən azı 2 və ya 3 ağrılı gün keçirdir. Atakları şiddətli keçirən insanlarda ağrının özü travmatik bir dövr halına gəlir. Xəstələr təkrar atak keçirməmək üçün çox sıx ağrıkəsici dərmanlara baş vururlar. Ancaq illər ərzində bu cür dərmanların ağrıları provokasiya etməsinə fikir vermirlər. Miqren diaqnozu qoyulan insanlar nevroloji müalicə almalı, ağrını ortaya çıxardan travmatik dövrlərlə əlaqədar psixoloji dəstək almaq üçün nəzarətə götürülməlidir və mütəxəssis yardımı görülməlidir. Miqren özünü aşağıdakı formalarda biruzə verir:  - Miqren özünü şiddətli baş ağrısı şəklində biruzə verir;  - Birtərəfli (göz, başın yarısı) və ya yayılmış ola bilər;  - Kəskin nəbzvari;  - Orta və ya ağır intensivliklə;  - 4 dəqiqə ilə 72 saat arası davam edə bilən şiddətli baş ağrısı atakları şəklində davam edə bilər. Miqren baş ağrısının şiddəti, yeri, şəkli, baş vermə intensivliyinin davamı eyni adamlarda belə dəyişə bilər. Genetik ötürülmə mövcuddur. Əsasən yeniyetmə çağında başlayır. 30-40 yaşlar başlanğıc üçün ən gözlənilməyən yaşlardır və yaş artdıqca azalır. Qadın və kişilərdə rastgəlmə tezliyi 3/1-ə nisbətindədir. Nevroloji və digər müayinələr normaldır.  İnstrumental müayinələr:  - Koronal MRT;  - KT angioqrafiya;  - EEQ;  - Laborator müayinələr və testlər digər xəstəlikləri inkar etmək üçün aparılır. Miqren aurası  Miqren baş ağrılarında aura ola bilər. Aura xəbərdaredici məna daşıyır. Miqren atakı ilə birlikdə, ya da təmamilə sərbəst yarana bilər. Miqren atakından əsasən 4 dəqiqə - 1 saat əvvəl başlayır. Sadə işıq qığılcımı, qara nöqtələr, ziq-zaq cizgiləri, görmənin tam və ya yarımçıq tutulması şəklində ola bilər.    © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 09.10.2017

Обезвоженность кожи, решение проблемы в повседневной жизни
 hekimtap.az

Обезвоженность кожи, решение проблемы в повседневной жизни

Пострадать от обезвоживания способен любой тип кожных покровов: и сухой, и жирный, и смешанный. Обезвоженная кожа – это временное состояние, можно сказать, болезнь, которую надо срочно лечить. Важно не путать понятия сухой и обезвоженной кожи лица. Подходить к уходу за ними надо абсолютно по-разному.  Cимптомы обезвоженной кожи:  1. Снижение упругости.  2. Чувство дискомфорта.  3. Ощущение стянутости даже после использования косметических средств.  4. На ощупь – грубая.  5. Характерны отдельные участки покраснения лица.  6. Наличие зон шелушения.  7. Проявление тонких линий и морщинок, которых раньше не было.  8. Поры могут быть как расширенными, так и нет.  9. Тусклый, землистый цвет лица.  10. При нанесении тональников кожа впитывает влагу из них, поэтому к концу дня макияж сходит отдельными пятнами.  11. Ощущение зуда. Если данные признаки обезвоживания кожи присутствуют, значит, она требует срочной помощи. Причины проблем Масштабная потеря влаги клетками кожных покровов делает их неэластичными и тусклыми.  Для того чтобы начать принимать меры, нужно выяснить и устранить причины обезвоженной кожи:   - Болезни внутренних органов и систем (заболевания печени, желудочно-кишечного тракта, особенно если присутствуют симптомы диареи и рвоты, гормональные изменения, различные инфекции).   - Длительный прием мочегонных лекарств.   - Чрезмерное потоотделение.   - Агрессивная внешняя среда (ветер, жара, УФО, сухой воздух и т.п).   - Возраст после 50 лет.   - Несбалансированное питание.   - Курение (в том числе и пассивное).   - Неправильный выбор косметики.   - Неверный питьевой режим (слишком крепкий чай и кофе, газированные и алкогольные напитки, в составе которых содержатся обезвоживающие компоненты). Правильный уход! У – уход, увлажнение А вы даете своей кожи напиться? Для того, чтобы кожа получала достаточно влаги: 1) следите за питьевым режимом - те самые 1,5 литра чистой воды в день; 2) наносите увлажняющий крем утром и вечером; 3) пользуйтесь увлажняющими спреями мистами в течение дня.  Легкий спрей мист на основе термальной воды, морской или цветочной воды быстро вернет коже свежесть, успокоит раздражение, снимет воспаление. Можно использовать и в виде компресса для области вокруг глаз, и для закрепления макияжа. Отлично, если в составе есть гиалуроновая кислота, витамины, эфирные масла. Такой коктейль поможет восстановлению и обновлению клеток кожи, защитит от ветра, солнца и сухого воздуха в помещениях с кондиционерами. Распылять спрей на кожу лица можно неоднократно, как только чувствуете сухость или стянутость. Нанесите с расстояния вытянутой руки, промокните, чтобы не осталось капелек. Кожа разгладится, станет бархатистой.  Если вы нуждаетесь в грамотной диагностике и правильном подборе домашнего ухода, напишите мне в Директ, буду рада помочь вашей коже. Поделитесь с друзьями полезностями. Пусть они тоже будут красивыми и счастливыми.

Paylaşıldı: 06.10.2017

Spinner