proloterapiya nədir müalicə metodu

Proloterapiya: Qeyri-cərrahi müalicə metodu

73915
Müəllif: Osteopat Elfanə Süleymanova , (+994) 50 302-82-56

Paylaşıldı: 13.10.2017
Elfanə Süleymanova

Proloterapiya nədir?

Proloterapiya (proliferativ müalicə), həmçinin qeyri-cərrahi liqament və vətər rekonstruksiya və regenerativ oynaq inyeksiyası kimi də tanınır, orqanizmin sağalma prosesini stimulyasiya edərək zədələnmiş və ağrılı  oynaqları və birləşdirici toxumanı gücləndirir və bərpa edir. Bu ona əsaslanır ki bağlar və vətərlər gərilir və ya cırılır, bu zaman onlar oynağın qeyri-stabil olmasına və ağrılı olmasına səbəb olur. Proloterapiyanın nadir bacarığı onun birbaşa qeyri-stabilliyin səbəbinə təsir etməsi, zəifləmiş nahiyəni bərpa edir və yeni kollagen toxuma hazırlayaraq oynağın davamlı olaraq stabilizasiyası ilə nəticələnir. Oynaq stabilləşdikdə ağrı itir. Ənənəvi cərrahi yanaşmaların daha çox riskləri vardır və oynaq stabilizasiyasını poza bilirlər. İltihabəleyhinə və ya ağrıkəsici dərman müvəqqəti ağrını kəsir.

Proloterapiyanın təsir mexanizmi necədir?

Proloterapiya orqanizmin təbii sağaldıcı mexanizmlərini stimulyasiya edərək zəifləmiş nahiyyədə toxumanı yeniləyir. Bu birbaşa zədə nahiyyəsinə inyeksiya edilməsi ilə aparılır. Yeridilən iynə vasitəsi ilə yaradılan zəif mikrobsuz iltihab  yeni və sağlam bağ və ya vətər liflərinin yaranması nəticəsində zəifləmiş strukturlar möhkəmlənir.  Bir neçə dəfə bu prosesin təkrar edilməsi həmin nahiyədə toxumanın təbii möhkəmliyini bərpa etməsinə səbəb olur.

Proloterapiyanın növləri:

 - Hipertonik şəkərli məhlul ilə
 - Trombositlərlə Zəngin Plazma ilə
 - Kök hüceyrə ilə

Proloterapiya hansı xəstəliklərdə effektivdir?

 - Degenerativ disk xəstəlikləri (degenerative disc diseace) də daxil olmaqla bel ağrıları və sakro-iliak oynağı burxulmaları/disfunksiyası (sacro-iliac instability/ dysfunction, boyun ağrıları (neck pain); 
 - Diz ağrıları (knee pain); 
 - Dizdə mensk cırılmaları (knee meniscal tears);
 - Bilək və ya əl ağrıları (wrist or hand pain); 
 - Osteoartirit (osteoarthiritis); 
 - Çiyin ağrıları (shoulder pain); 
 - Dirsək ağrısı (elbow pain);
 - Qolf və tenisçi dirsəyi (golfer and tennis elbow);
 - Plantar fasiit (plantar fasciitis) və ayaq ağrıları (foot pain);
 - Topuq ağrısı (ankle pain or instability ) və burxulmaları;
 - Pubis osteit (osteitis pubis);
 - Piriformis sindromu (piriformis syndrome); 
 - Temporal mandibulyar oynaq sindromu (temporal mandibular joint syndrome) və ya digər əzələ-oynaq ağrı və zədələnmələri (musculoskeletal pain or injury). 

Proloterapiya müalicəsi ağrılıdırmı?

Ağrı inyeksiya olunan nahiyədən, yeridilən məhlulun seçilməsindən və proloterapiyanı edən mütəxəssisin bacarığına, bu işdə təcrübəsinə uyğun olaraq müxtəlif olur. Müalicədən sonra 2-3 gün ərzində müvəqqəti olaraq yüngül şişkinlik və gərginlik səbəbindən ağrı arta bilir. Çünki proloterapiya müvəqqəti ağrıkəsici bir metod deyil, zədələnmiş toxuma və bağların bərpasına və sağalmasına əsaslanan  bir müalicə metodudur.

Proloterapiya kimlərdə effektivdir?

Hər bir pasiyentdən xəstəlik hekayəsi toplanmalı, fiziki müayinə və radioloji və ya ultrasəs müayinədən keçməlidir. Göstəriş olduqda laborotor müayinələr də xəstəliyə uyğun gərək tələb edilsin. Bu məlumatlarla həkiminiz bu müalicədə müvəffəqiyyəti artıra bilər. Proloterapiyada effektivlik pasiyentin xəstəlik hekayəsindən, eləcə də pasiyentin sağlamlığı və sağalma qabiliyyətindən və sağalma prosessinə təsir edən hər hansı maddələrin çatmamazlığından asılıdır. Proloterapiyaya uyğun xəstələrdə müalicə effektivliyi  çox yüksəkdir (87-90%). 

Proloterapiya seansları hansı aralıqlarda aparılır?

Müalicə intervalı proloterapiya mütəxəssisinin protokolu üzrə müalicə olunan nahiyənin ağırlıq vəziyyətindən asılı olaraq dəyişir. Adətən müalicə intervalı 3-4 həftədən bir, ortalama ayda bir dəfə, ümümi olaraq seans sayları 4-6 seans təşkil edir. Bəzi xüsusi hallarda  isə bu interval çox qısa və ya seans sayları daha çox ola bilir.

Proloterapiya müalicəsinin effektivliyi:

Proloterapiyanın effektivliyi müxtəlif səbəblərdən asılı olaraq dəyişir: xəstəlik hekayəsi və sağaldıcı hüceyrələrin vəziyyəti və istifadə edilən məhlul. Tədqiqatlara görə bel ağrıları olan pasiyentdə proloterapiya ilə sağalma faizi 95% təşkil edir. Uzun illərdən bəri bir çox tədqiqatlar proloterapiyanın müxtəlif bağ ( ligament), vətər (tendon) və ya oynaq (joint) ağrıları və zədələnmələrində yüksək effektivliyini sübüt edir.

Proloterapiyanın tarixi: 

Proloterapiya/skleroterapiya e.ə 500 illərin əvvəlində Roman əsgərlərinin çiyin oynağının dislokasiyaları və zədələnmələri zamanı isti dəmirlə mülicə edilərək çiyin oynağında zədələnmiş və cırılmış bağların, liqamentlərin sağalması üçün istifadə edilib. Tibb sahəsində böyük inkişafı fibroz toxumanı möhkəmləndirən və yenisini yaradan, zədələnmiş toxumada çapıq toxuma yaranmasından üstün olaraq normal kollagenin  yaranmasını təmin edən  təkmilləşmiş müasir metodların istifadəsinə gətirib çıxardı. E.ə 400-cü illər ərəfəsində Hippokrat varikoz damarların müalicəsini zamanı venaların skleroterapiyasını  "silindr formalı dəmir instrument"-dən istifadə edərək izah edib. Venaların skleroterapiya ilə inyeksiyası ilk dəfə 1623-cü ildə qeydə alınıb, lakin  venaların, disk yırtıqlarının və hemmoroidlərin skleroterapiya inyeksiyası ilə müasir müalicəsi 1900 illərin əvvəllərinə təsadüf edir. Məşhur həkim ortipedist Earl Gedney 1940 və 1950-ci illərdə öz cərrahi təcrübələrini azaltdı, onları oynaqlara inyeksiya etməklə evəz etməyə başladı və ömrünün qalan hisssəsini bu metod üzrə araşdırma aparmağa və məqalələr yazmağa sərf etdi. Eləcə də doktor  George Hackett, həkim Gustav Hemwall ilə birgə bu inyeksiyon müalicə haqqında kitab yazdı. Hər ikisinin, Gedney və Hackett-in işləri hələ də həkimlərin treninqində, öyrədilməsində istifadə edilir. Regenerativ tibbdə nailiyyətlər daha yaxşı məhlulların; Trombositlərlə Zəngin Plazma ( PRP) (böyümə faktoru tərkibli məhlullar), kök hüceyrə kimi inyeksion məhlulların bu metodda tətbiq edilməsinə gətirib çıxardıb. 

 

Açar sözlər:
#boyun #dos #bel #ayag #el #bilek #topug #barmag #kurek #ezele #agrisi #fibromialgiya #karpal #kubital #ulnar #tunel #sindrom #veter #bag #kireclesme #duzlasma #osteoxandroz #artroz #oynag #agrisi #gigirdag #eyilmesi #bel #serpmesi #disk #surusmesi #sinir #sixismasi #radikulit #ezele #dartinmasi#


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az