Düzgün pəhriz saxlamağın yolları
Arıqlamaq istəyən insanlara tövsiyələr
Arıqlamağı düşünənlər ilk öncə orqanizmlərini tanımalıdırlar. Dəb üçün deyil, özlərini sevdikləri üçün arıqlasınlar və bu prosesi həkim nəzarətində keçsinlər. Kilosunu qorumaq istəyənlər ağ çörək, şəkər yeməsinlər. Çörəklə kartof yemək olmaz. Gündə 5 pay az porsiya ilə qida qəbul etsinlər. Qara çay deyil, bol-bol su içsinlər.
Aneroksik dietlər çoxdur. İnsanın bədəni tanınmadan, hesablanmadan, daxili xəstəlikləri müəyyənləşdirilmədən o insana diyet proqramı necə hazırlana bilər? İnsanın bədəninin antioksidantlar səviyyəsi, onun da öz düsturu var. Hər kəsin bədəni özəldir. Xəstəliyi olmayan şəxsdə ilk olaraq müayinədən keçməlidir. İnternətdən götürülən diet proqramları ilə arıqlamaq olmaz. Detoks içkilər geniş yayılıb, insanlarımız onlara üz tutur. Bizim xalq asana qaçmağı sevir, biz “çay içib, arıqlayım” deyən cəmiyyətik. İnsanlar forum çaylardan, yaşıl kofedən uzaq olmalıdırlar.
Diyet sözü yunan dilindən tərcümədə həyat tərzi deməkdir. Həyat tərzi bədən tərbiyəsiz necə ola bilər? Mən idman demirəm, çünki idman geniş anlayışdır. İnsan aktiv fiziki hərəkətlərdə olmalıdır. Mənim arıqlama proqramımda idman yoxdur, konsepsiyam fərqlidir. Mən insanı arıqlatdığım müddətdə idmanla məşğul olmasını tövsiyə etmirəm, proqram bitəndən sonra pasiyentimə düzgün qida, su və bədən tərbiyəsi proqramı verirəm.
Bu, əslində qeyri-düzgün müdaxilədən xəbər verir. İnsanın istənilən nahiyəsini arıqlatmaq mümkündür. Əvvəlcə pasientin bədən tipini tapmaq lazımdır. Bu yaxınlarda Mələkxanım Əyyubova mənə müraciət etmişdi, bildirdi ki, kilosunun dəyişməsini istəmir, ancaq qarın nahiyəsinin arıqlamasını arzulayır. Biz də istəyini nəzərə alaraq, onu 2,5-3 kilo arıqladaraq, 12-14 sm belini incəltdik. Dietologiya elmi çox qəlizdir, insan bədəni üzərində individual iş getməlidir. İnsanlar kor-təbii, hər gördüyü dietə aldanmamalıdır.
Biri var, ödənişsiz resept, bir də var proqram... Lakin onun ağrı acısını sonradan çəkirlər. İnsanlar təbii ki, öz seçimlərini edir. Mən heç yerdə demirəm ki, gəlin sizi arıqladım, 5 ildir ki, bu sahədə ciddi işlər görüb, mediada bu sahənin təbliğatı ilə məşğulam, amma kimsə efirdə telefon nömrəmin səsləndirildiyini görməyib. Lakin buna baxmayaraq ölkə xaricindən də yanıma gəlirlərsə, deməli, insanlar ciddi araşdırma edib, təbii seçmə nəticəsində bu problemlərdən bir dəfəlik qurtulmaq istəyirlər. Yanlış yol seçənlər də sonda peşəkarlara üz tutur. Keyfiyyətli iş ucuz ola bilməz. İnsan doğru yolla arıqlayarsa, ömür boyu çəkisini qoruya bilər. Düzgün proqramla 6 ay ərzində 100 kq kilo atmaq belə, mümkündür. Ona görə də insanlar yanlış yollara əl atıb, həm vaxtlarını, həm pullarını heyf etməsin.
Bu detoks içki kimi təqdim olunur. Lakin o ərzaqlar mayeyə verilən ekstra dadlar üçündür. Əhali olaraq suyu az içirik. Biz su içək deyə bu vasitəyə əl atırıq. Lakin bu içkinin də ziyanlı tərəfləri var, fiziologiya çox önəmlidir. Əgər insan ciddi animik xəstədirsə, böyrəklərində problem varsa, ac qarına bu içkini içmək düzgün deyil. Bədənini tanımayan, xəstəliyini bilməyən insan kortəbii bu içkini içə bilməz. Biz çox xəstəlikdən əziyyət çəkən xalqıq. Heç bir sağlamlıq problemi olmayan şəxslər hər gün olmamaq şərti ilə bu içkini içə bilərlər. Soda ilə suyun qarışığı olan dietlər var, onlar lap dəhşətlidir. Soda möcüzəvi qida deyil. İnsanlar normal qidalanmalıdır ki, sağlam həyat tərzi olsun. .
Sübh tezdən hormonların ayıldığı vaxtda bədəni şəkərlə yükləyirik. Şəkərli diabetdən əziyyət çəkən xalqıq. Bunun da səbəbindən biri şirin çaydır, səhərlər bədəni şəkərlə yükləmək olmaz. Buna stop etməliyik. Avropada səhər çox yüngül qidalar qəbul edirlər. Bizim də öz səhər yeməyi menyumuz olmalıdır. Alkoqola olduğu kimi, “Şirin çaya da stop” kampaniyası olmalıdır. Şirin çay spirtli içki və siqaret qədər təhlükəlidir.
Kökəlmənin növləri var. Bunlardan biri də psixoloji aspektdən olan bulimiya, anareksiya xəstəlikləridir. Anareksiya arıq olduğu halda özünü kök hiss edən insanın bilə-bilə qidalardan əl çəkməsidir. Bulimiya xəstəsinin isə yanlış qida alışqanlığı olur. Hipofizde-hipotalamusda aclıq mərkəzi var ki, orada yanlış aktivləşmə olarsa, insan həddindən artıq yeyir. O cür xəstələrin ilk öncə psixoloji durumunu düzəldirik.
Dietoloq incə olsa, yaxşıdır. Amma “mütləq arıq olmalıdır” fikri yanlışdır. Dietoloqun genetikasında olan problemləri, diabetdən əziyyət çəkib-çəkməməsini bilmirik. Ötən il Endokrinoloqlar Assosiyasiyasının təşkil etdiyi konfransda iştirak edən zaman orada kilolu dietoloqlar vardı, onlar normal qarşılanırdı. Lakin heç bir xəstəlikdən əziyyət çəkməyən dietoloq arıq olmalıdır. Bir də arıqlığı dəb bilib özünü anoreksik vəziyyətə salan yerli dietoloqlar da var. Bu məsələ məni narahat edir. Hər kəsin bədən tipi - Skandinaviya, Asiya və s. var. Məsələn, mən Şərq bədən tipinə aidəm, orta-iri bədən tipi kateqoriyasındayam. Özümü Skandinaviya tipinə heç vaxt salmaram, çünki bu işin təməl bilgilərini bilirəm. Dünya ulduzu Monika Belluci 52 yaşındadır, hələ də kişilər ona heyrandır. O da iri bədən tipinə aiddir və heç vaxt arıq olmayıb, sadəcə çalışıb ki, bədənində yağ olmasın. Bu işi bilməyənlər isə Monikanın, Cenifer Lopezin kök olduğunu deyə bilərlər. Əsas odur, bədən tipinə uyğun formada olasan.
Üç ağ qidaya – un, şəkər, duza stop desinlər. Duz az miqdarda olar. Kilomuzu nəzarətdə saxlamaq öz əlimizdədir. İlk öncə yedikləri yeməklərə diqqət etsinlər, ev yeməklərinə üstünlük versinlər. Kortəbii arıqlama və ya kökəlmə üsullardan uzaq dursunlar. Bu prosesi həkim nəzarətində etsinlər. Çünki hər şeydən öncə insanın sağlamlığıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.