burun əti əməliyyatı

UŞAQLARDA ADENOİD – "BURUN ƏTİ" ƏMƏLİYYATI

Uşaqlarda burun əti fəsadlarının səbəbi Burun əti adətən 14 yaşına qədər uşaqlarda rast gəlinir.Burun-udlaq nahiyəsində yerləşən limfadenoid toxumasıdır,onun uşaqda olması patologiya deyil,ölçüləri böyüdükdə patologiya kimi qəbul olunur. Uşaqlarda bu problemin simptomları İlk öncə valideyn həkimə övladında olan burun tıxanıqlığı,ağzıaçıq yatma,xorultu,bəzi hallarda nəfəsin bir neçə saniyəlik dayanması şikayətləri ilə müraciət edir.Araşdırma zamanı bu uşaqların tez-tez virus xəstəliklərinə tutulması,burundan qatı mayenin axması,qulaq ağrıları, eşitmə zəifliyi, uzunmüddətli öskürək kimi şikayətlərinin də olduğu bəlli olur. Uşaqların müayinəsi Təbii ki böyük insandan fərqli olaraq uşaqları müayinə etmək o qədər də asan olmur,bəzən uşağın kabinetə öyrənməyi və ağxalatlı həkimə etibar qazanmağı üçün valideynlə danışaraq sanki uşaq müayinəyə yox söhbət etməyə gətirilib kimi təəssürat yaradılmağında fayda var. Etibar qazanıldıqdan sonra uşaq özü də bilmədən müayinə stoluna əyləşir.Ancaq etiraf edək ki bütün uşaqlarda bu metodlar keçərli deyil. Adenoid vegetasiyası(burun əti) şübhəsi olan uşağın burnuna nazik endoskopla baxılır,görüntü ekranda həkim tərəfindən dəyərləndirilir və valideynə adenoidlərin ölçüsü barəsində məlumat verilir. Qeyd edim ki endoskopik müayinə zamanı valideyn özü də ekranda görüntünü müşahidə edə bilir. Əməliyyata göstəriş olan əsas şərt yuxarıda sadaladığımız şikayətlərin olmasıdır.Bundan əlavə endoskopik müayinənin nəticəsi də yüksək əhəmiyyət kəsb edir. Əgər adenoid toxuması 3-cü dərəcə olarsa əksər hallarda əməliyyat olunmalıdır. 1-ci dərəcə adenoidlər əməliyyata göstəriş deyil,2-ci dərəcə olarsa,şikayətlərə bağlı olaraq ya müalicə olunur, ya da əməliyyat. Əməliyyat zamanı anesteziya Mütləq ümumi narkozla icra edilir,çünki yerli keyitmə zamanı uşağın psixoloji durumuna əməliyyat ciddi problem yaratmış olur. Əməliyyat 10-15 dəqiqə çəkir. Müasir tibbi cihazların istifadəsi əməliyyat vaxtını və qanaxma riskini azaldır. 3-4 saat klinika şəraitində nəzarətdən sonra uşaq evə buraxılır. “Burun əti”əməliyyatında müasir metodlar Hal-hazırda adenoidlərin ən müasir yolla çıxarılması üçün endoskopik şeyver adlanan üsuldan istifadə edilir. Bu metodun əsas üstünlüyü ağırlaşma ehtimalının minimuma endirilməsindən ibarətdir. Endokopik şeyver adenotomiyadan sonra adenoidlərin təkrar əmələ gəlmə ehtimalı adi yolla aparılan adenotomiyadan dəfələrlə azdır. Əməliyyatsız müalicə halları Həkim şikayətləri dinlədikdən və müayinə etdikdən sonra qərar verməlidir,həm də uşağın yaşı da bu patologiyada önəmlidir.Əgər 11 yaşlı uşaqda 2-ci dərəcə adenoid varsa və şikayətləri o qədər də kəskin deyilsə, müalicə yazılmağı daha məqsədəuyğundur.  Burun əti əməliyyat olunmadıqda yarana biləcək fəsadlar Ürək və qan damar sistemi xəstəlikləri,diş formasının pozulması,çənə sümüyünün inkişafdan qalması,eşitmə azlığı və s. kimi sonradan qarşısı alınmayan ağırlaşmalara səbəb ola bilir. Bu patologiyaların yaranmaması üçün vaxtında mütəxəssisə müraciət etmək lazımdır.Düzgün aparılan müayinə və müalicə nəticəsində burun ətinin uşaqda ağırlaşma verməsinin qarşısı alınacaq və sağlam böyüməsinə imkan yaradacaq. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 01.08.2017

kirpiklərin tökülmə səbəbləri

Kirpiklərin tökülmə səbəbləri

Üz dərisi və göz qapaqlarının dərisi çox oxşardır, lakin daha incədir və tez yaralana bilir. Qapaqlar tez sağalmağa meyillidir  və bu müsbət cəhət onların qoruyucu vəzifəsini artırır. Kirpiklər gözəllik rəmzi olsa da, onları yaradan gözəllik üçün yaratmayıb. Ona görə də, kirpiklərin fərqli vəzifələri var. Ana bətnindəki dolun Kirpikləri hamiləliyin 22-26 həftəsində əmələ gəlməyə başlayır. Hamilə qadınların bu məqaləni oxuyub gülümsəməsini təsəvvür edirəm. Mexaniki epilyasiyadan sonra Kirpiklərin uzanmasına ayrılan vaxt 7-8 həftədir. Bəli, iki ay vaxt lazımdır ki, tökülən Kirpiklər bərpa olunsun. Saçların uzanmasının üç fazası olduğu kimi, Kirpiklərin də uzanması üç fazadan ibarətdir. Bəzi alimlər isə bu uzanmanın daha gec olmasını qeyd edir. Üst qapaqda 90-150 qədər Kirpik olur, alt qapaqda isə bu say 70-80-a çatır. Kirpiklərin uzunluğu 10 mm qədər çata bilər. Göz qapaqlarında Kirpiklərimizin köklərindən başqa bəzi piy vəziləri də yerləşir. Bu vəzilərin vəzifəsi Kirpiklərin kökünü, qapaqların kənarını həmçinin buynuz gişanın səthində yağlamaq ilə çox mühüm vəzifə daşımaqdadır. Kirpiklər qapaqla birgə bu piy qatını buynuz gişanın səthində tam bərabər yayılmasına kömək edir. Biz yaşa dolduqca Kirpiklərimiz tökülərək azalır və onların kökü məhv olur. Piy vəziləri də yaşın təsiri altında dəyişməyə məruz qalır. Siz qocalarımızın dəsmalla gözlərini sildiyini dəfələrlə görmüsünüz. Buna səbəb göz yaşı vəzinin ifraz etdiyi göz yaşının yetməməsi göstərilir və bunun nəticəsi olaraq, yaş vəzilərin gözü tək başına quruluqdan qoruması çətinləşir. Kirpiksiz qapaqların necə qəribə goründüyünü, qalınlaşmasının yəgin ki, şahidi olmusunuz. Dediklərimizdən belə nəticəyə gəlmək olar ki, Kirpiklərimiz və göz qapaqlarımızı qorumaq dişlərimizi qorumaq kimi mühümdür. Kirpiklərimizin tökülməsi çox xəstəliyin baş qaldırmasına işarətdir. Bu siyahı dəri xəstəliklərdən tutmuş sifilisə qədər uzanır. Kirpiklərdə parazitlər, gənələr belə yaşaya bilir. Qaşınma isə bu xəstəliyin çox vaxt yeganə əlamətidir. Kirpiklərimizin rənginin dəyişməsi, uzanması da yaxşı əlamət deyil. Əgər Kirpiklərimiz danışa bilsəydi bəlkə də keyfiyyətsiz kosmetikanın və ətraf mühitin əlindən ağlayardı. Biz dişlərimizi gündə iki dəfə yumalıyıqsa, göz qapaqlarını  bir o qədər də gigiyenasına fikir verməliyik. Apteklər külli miqdarda şampun və dərman vasitələrini biz alıcıların istifadəsinə təqdim edir. Əslində qapaqların ve Kirpiklərin öz şampunu var.Yəgin ki, bunu çoxunuz bilmirdiz. Kirpikləri qorumaq vacibdir. Onların tökülməsi,uzanması,rənginin dəyişməsini müşahidə etsək mütləq ve mütləq həkimə müraciət etmək lazımdır. İstifadə olunmuş mənbələr: 1. Kanski Clinical Ophthalmology a systemic approach, Eight edition 2. Standring, Susan Neil R. Borley (2008). Gray's Anatomy: the Anatomical Basis of Clinical Practice (40th ed.). Edinburgh: Churchill Livingstone/Elsevier. p. 703. 3. "Fetal development: MedlinePlus Medical Encyclopedia Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 01.08.2017

çənə sınıqları və müalicəsi

Çənə sınıqları

Çənə qafatasının ən böyük hərəkətli sümüyüdür. Ön tərəfdə yerləşdiyi üçün zədələnmələrə qarşı zəyif qalır. Çənə sınıqları ən çox avtomobil qəzaları və məişət davalarında görülür. Bu sınıqlar əksər hallarda kəllə-beyin, onurğa, alt və üst ətraf ya da daxili orqanlar travmaları ilə müşahidə olunur.  Çənə sınıqlarında xəstənin əsas şikayətləri belədir: 1) Dişlərin bir-birinə düzgün oturmaması, ya da maloküziya (dişləm pozulması) 2) Sınıq nayiyyəsində və umumiyyətlə hərəkət zamanı ağrı hissi. Bundən əlavə, ağız qoxusu, tüpürcək toplanması, udma çətinliyi, qançırlar və s. kimi əlamətlər görülə bilər. İlk baxışda həkim üzün şişməsini, sınıq yerində xırltı səsini, ağız içində sınmış dişləri və sınmış sümük uclarını müəyyən edə bilər. Diaqnozun təsdiqi üçün çənənin panoram və “Towne” proyeksiyalı rentgen şəklinin şəkilməsi çox vaxt kifayətdir. Əfsuslar ki, bu sadə müayinələri ölkəmizdə nadir hallarda aparırlar. Əvəzində bu halda çox da lazım olmayan, lakin bahalı kompyuter tomoqrafiyasının çəkilməsini təklif edirlər (ürək fəryadı!). Təcili yardım tələb edən hallar: 1) Xəstə sınmış protez parçasını ya da dişi udub çeçəyirsə belindən əl ilə vurmaq, öskürməsinə şərait yaradmaq ya da Haimlich manevrini http://aribris.ru/matters.php?id=35 aparmaq lazımdır. Belə xəstəni zorla uzandırmaq olmaz! Boğazdaki yad cismi çıxarmaq üçün işarət və orta barmağı xəstənin ağzına yerləşdirib ucları ilə dairəvi çıxarma hərəkəti etmək bəzən faydalı olur.  2) Çənin ön hissəsinin iki tərəfdən sınması dilin boğaza düşməsinə və beləliklə nəfəs yolunun tıxanmasına səbəb olur. Bu halda dili, ucundan 1 santimetr içəridən sancaq ilə dəlib köynəyin yaxasına sabitləmək ya da təcili tibbi yardım gələnə qədər barmaqlar ilə tutmaq lazımdır. Müalicə necə aparılır? Üz sınıqlar əksər hallarda təcili əməliyyat tələb etmir. Əvvəlcə yanaşı gedən travmaları araşdırmaq və xəstənin vəziyyətini tənzimləmək lazımdır. Bunun üçün çox vaxt 5-10 gün tələb olunur. Bu müddət ərzində çənə sınığına aparılan müdaxilələr belədir: 1) Çənə başa buxaq və təpə nahiyyələsini əhatə edəcək şəkildə elastik sarqı ilə sabitlənir (submento-vertikal sarğı).  2) Maye ve yumşaq yeməklər verilir. 3) Ağız gündə 8-10 dəfə povidon yod (1:1 su ilə qarışdırılmış), açıq manqan, xlorheksidin, benzidamin ya da soda ( 1 çay qaşığı 1 stəkan suya) məhlulları ilə çalxalanmalıdır. Bu məqsəd üçün adı çəkilən məhlullardan hər hansı biri istifadə oluna bilər.  4) Xəstə hündür yastıqda uzanmalı və yarı yataq rejiminə riayət etməlidir. Bu tədbirlər xəstənin üzündəki şişmənin azalmasına və tezliklə əməliyyata hazırlanmasına kömək edir. Bəzən əlavə olaraq antibiotik və ağrıkəsici dərmanlar təyin olunur. Bunları uşaqlar üçün olan siroplar şəklində qəbul etmək daha rahatdır. Sonra nə olmalı? Çənə sınıqlarının müalicəsi ilə müəyyən həkimlər, məsələn plastik cərrahlar, məşğul olur. Sınmış çənə parçaları əməliyyat əsnasında xüsusi lövhə ilə sabitlənir, alt və üst dişlər müvəqqəti sürətdə bir-birinə sim ilə tutturulur. Sadə hallarda submento-vertikal sarğının 3 həftəlik tətbiqi kifayətdir. Odur ki, nəqliyyat vasitələrində şlem, kəmər və diğər qoruyucu əşyalardan istifadə edin, sülhsevər olun və xəstələnməyin!   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 01.08.2017

səsimiz necə yaranır

Səs sistemi - səsimiz necə yaranır?

Gəlin səs sistemi ilə daha yaxından tanış olaq: 1. Güc qaynağı  Səs enerjisinin qaynağı, generatoru, mühərrik gücü; ağciyərlər, döş qəfəsi, kürək-sinə-qarın əzələlərində ibarətdir. ( Diafraqma əzələsi, nəfəs almağa kömək edən bir əzələdir. Səs isə nəfəs verərkən əmələ gəlir. Diafraqma isə nəfəs verərkən boşalır. Səsə təsiri, nəzarətli (kontrollu) güc istifadəsi şəklindədir.) Ağciyərlərə ağız və burundan alınan hava, onu əhatə edən qarın sinə - kürək əzələlərinin yığılmasıyla sıxışdırılaraq təzyiqli hala gətirilir . Məhz bu sıxışdırma əməliyyatı zamanı işləyən iki fərqli əzələ sistemi, sağlam və yaradıcı səs əmələ gəlməsinin təməlini təşkil edir. Birinci sistem, boyun - çiyin - kürək - sinə-üst qarın əzələlərindən ibarətdir. Bu əzələlərin işləməsi, əsas da döş qəfəsini eninə daraldır və atmosfer təzyiqini keçən ağciyər havası çıxış yeri olan gırtlağa doğru yönəldilir. İkinci sistem, diafraqma tənəffüsü olaraq bilinən əzələ quruluşudur. Bel, alt qarın əzələləri və alt - yan-sinə əzələlərindən ibarətdir. Bu sistemin əsası, döş qəfəsinin eninə doğru nisbətən sabit qalaraq qarın boşluğuna doğru genişlənib daralmasıdır. Yəni nəfəs alıb vermə zamanı diafraqma əzələsinin vektoru istifadə edilir. Bu sayədə boyun və xarici qırtlaq əzələləri səs tellərini 'sərbəst buraxır' və təbii səsin meydana gəlməsinə zəmin hazırlanmış olur. 2. Ağciyərlər Ağciyərlər hava molekullarını alma, özündə saxlama və vermə xüsusiyyətinə malikdir. Alıb içəridə tutulan həcm yaş, kilo və cinsiyyətə görə dəyişir, ortalaması isə 80 ml/kq-dır. Bu səbəbdən 75 kq-lıq bir yetkin kişinin maksimum hava tutma həcmi təxminən 6 litrdir. Bu havanın 15ml/kq-lıq qismi yəni təxminən 1-1,5 litri traxeya və bronxlar yəni hava yolunu doldurmaqdadır. Bu, "artıq" həcm olaraq təyin olunmaqdadır. Bu həcm sabitdir. Qalan 4,5 - 5 l-lik həcm isə istifadə edilə bilir. Bu həcmin hamısı "vital" - "həyat" tutumu kimi adlandırılır. İnsan ən çox vital həcmi qədər nəfəs alıb verə bilər. Alınan hava həyati olduğu üçün "vital" həcmi termini düzgündür. Ancaq səs meydana gələn zaman bu həcm yuxarı atılarsa səs tellərinin titrəyişində istifadə olunur, bu səbəbdən bu vəziyyət "fonasiya" həcmi kimi adlandırılır. Səsi uzatma müddəti ağciyərin fonasyon - vital həcmi ilə düz mütənasibdir. Ağciyərlər həcminin hamısını gündəlik həyatda istifadə etmir. Təxminən 7 ml/kq yəni 0,5 lt hissəsi rahat nəfəs alma zamanı istifadə edilir. Buna "tidal"  nəfəs adı verilir. Nitq prosesində rahat bir formada nəfəs aldıqdan sonra danışıq başlayır və vital həcmdən bir miqdar daha həcm istifadə olunaraq funksiya tamamlanır. Havanın ağciyər sistemi içinə giriş və çıxışı döş qəfəsi və əlaqəli olduğu əzələlər ilə təmin edilir. Diafraqma əzələsi da bunlardan biridir. 3. Vibrator sistem - səs qutusu: qırtlaq Qırtlağımızın əsas vəzifəsi enerjinin şəklini dəyişdirməkdir. Yəni hava təzyiqi enerjisi, bir transformator kimi işləyən qırtlaqda səs enerjisinə çevrilir. Səs büküşlərinin arasından keçən hava dalğalanır və vibrasya qazanaraq yoluna davam edir. Ses tellərindən səs meydana gəlməsi bir gitara telinin titrəyişindən çox, saniyədə 100 dəfədən çox sürətlə alqışlamağa bənzədilə bilər. Ağciyərlərdə qarın sinə və kürək əzələlərinin yığılmasıyla potensial enerji qazanan təzyiqli hava, səs büküşlərinin altında yığılır. Arası dar olan səs büküşlərinin açılmasıyla, bu dar aralıqdan keçərkən sürətlənir və təyyarə qanadının uçma prinsipində olduğu kimi vakum təsiri yaradaraq səs büküşlərini örtən qişanı ortaya doğru çəkərək bağlanmağa məcbur edir (bu vəziyyət Bernoulli prinsipinə oxşadıla bilər); ancaq səs büküşlərinin altında davam edən təzyiqli havanın təkrar məcburiyyəti nəticəsində səs telləri təkrar açılır. Yuxarıda deyilənlər saniyənin yüzdə biri qədər müddətdə olur və təkrarlanır.Yəni səs büküşlərinin saniyədə təxminən yüz dəfə ritmik olaraq açılıb bağlanması havaya təzyiqin fasiləli olaraq verilməsinə səbəb olur. Beləliklə geniş olan nəfəs borusundan gəlib, dar olan səs büküşlərinin arasından keçərkən hava axınının ritmik dalğalar halına çevrilməsi (enerjinin transformasiyası) və əmələ gələn bu yeni enerjinin səs yolunda istiqamətləndirilməsi (yayılma modifikasiyası) ilə insan səsi yaranır. Səs büküşlərinin incəlməsi, gərginləşməsi və hava təzyiqinin artımı səsin tezləşməsinə səbəb olur. Bu idarə beyində təşkil edilir. Səs büküşlərinin səsə olan təsiri onun əsas tezliyi və gurluğudur (gücüdür). Əsas tezlik, səs büküşlərinin mexaniki xüsusiyyətlərinə (gərilməsi, uzanıb qısalması, incəlib qalınlaşması) və ağciyərlərdən ötürülən hava təzyiqinə bağlı olaraq dəyişir. Səs büküşləri arasından keçərək səsi əmələ gətirən hava axınının sürəti artdıqca səs tellərinin vibrasiya sayı, yəni səsin tezliyi artır. Burada səs sənəti üçün əhəmiyyətli bir nöqtə vardır. Müğənni, səsinin gücünü yüksəltmək üçün hava axınını artırdığı zaman texnikasını istifadə edərək səs pərdəsinin dəyişməsinə mane olmalıdır. 4. Səs telləri Səs telləri tel deyil. Təbəqələri olan bir büküşdür. Səs büküşləri nəfəs borusunun ən üst hissəsindəki sağ və solda olmaqla iki bölmədən ibarətdir. Nəfəs alarkən bir-birlərindən uzaqlaşaraq hava yolunu açırlar; udqunma və səs çıxartma zamanı bir-birlərinə yaxınlaşaraq bağlanırlar. Hər iki vokal qıvrım bir-birinə yaxınlaşıb arasından hava keçdiyi sırada titrəşmə meydana gəlir və bununlada hava axınını peryodik olaraq kəsir və açırlar. Beləliklə müəyyən bir tezlikdə səs meydana gələr. Bu təməl tezlik olaraq adlandırılmaqdadır. Kişilərdə təməl tezlik qadınlardan və uşaqlardan daha aşağıdır, bu səbəblə kişi səsi daha qalındır. Orta hesabla 120 Hz.dir (105-140 Hz.). Qadın və uşaqların əsas tezlik dəyərləri yüksəkdir. Qadınlarda ortalama 210 Hz.dir (180-240 Hz.) Uşaqlarda yaş və cinsiyyətə bağlı olaraq bu dəyər 240 Hz.in üstündədir. 5. Səs yolu - Rezonator sistem Bu sistemə ağız, burun və burun-ətrafı ciblər, udlaqla birgə vahid boşluq meydana gətirən strukturlar aiddir. Ağciyər nəfəs aldığımız vaxt hava ilə dolur və qana oksigeni verib karbondioksit ilə əvəz olunduqdan sonra zərərli havaya çevrilir və təkrar eyni yolla çölə atılır. Səsin meydana gəlməsində bu xaric olunan hava istifadə olunur. Xaric olunan hava daha nəmli və çöldəki havadan daha ağırdır. Su molekulları səbəbiylə bir az daha sıxdır. Bu hava atılarkən səs tellərimiz arasından keçərək bu toxumanın səth təbəqəsini hərəkətə keçirir və bir dalğa meydana gəlməsi təmin edərək rezonator sistemə havanı nizamlı bir tezlik aralığında olan hava axınları olaraq ötürür. Rezonator sistemindəki hərəkətli və sabit strukturlar bu hava hərəkətini formaya salaraq insana xas səslər olaraq ətrafa yayılmasını təmin edirlər. Qırtlaq səviyyəsində əmələ gələn xam səs bir cızırtıya bənzəyir; boğaz ağız və burun boşluqlarında şəkilləndirilir. Bu vəziyyət, eynilə bir palçığın şəkilləndirilərək heykələ çevrilməsi kimidir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 01.08.2017

rinoplastika əməliyyatı nədir

Rinoplastika nədir?

Rinoplastika burun görünüşünü dəyişdirmək üçün icra olunan cərrahi əməliyyatdır. Məqsəd üz cizgilərinə uyğun,digər üzdə olan strukturlarla ahəng yaradan burun forması əldə etməkdir. Genetik və ya zədə nəticəsində yaranan burun deformasiyalarını aradan qaldırmaq mümkündür. Adətən rinoplastika zamanı eyni zamanda burun tənəffüsünü pozan çəpərdə olan əyriliklər də aradan qaldırılır, burun balıqqulaqlarının ölçüsü lazer vasitəsilə kiçildilir. Nəticədə xəstənin burun tənəffüsü bərpa edilərək, üzünə yaraşan burun forması düzəldilir. Burunda olan donqarlığın, yana əyriliklərin, burunda zədə və ya əməliyyat sonrası yaranmış çökmələrin, uc hissədə olan deformasiyanın, dəri altında olan nahamarlıqların aradan qaldırılması, burun qanadlarına forma verilməsi də rinoplastikaya daxildir. Əməliyyat necə icra olunur? Açıq və qapalı yolla aparılır. Ümumi narkozla, 1,5-2 saat arası çəkir.Əməliyyat bitdikdən sonra burun üzərinə termal external splintlər (gips əvəzi müasir materialdan), burun daxilinə isə silikon splintlər (tampon əvəzi) yerləşdirilir. Palataya köçürülərək 1 gün klinikada nəzarət üçün saxlanılır. Reabilitasiya: Göz ətrafına buz qoyulur, ödem əleyhinə dərmanlar təyin edilir. Əməliyyatdan 1 saat sonra maye, 3-4 saat sonra qida qəbuluna icazə verilir. 3-5 gün sonra daxili splintlər, 1 həftə sonra isə xarici splint və tikişlər çıxarılır. Təqribən 1 ay müddətində ödemin 70% keçir, qalan 30% isə 8 ay-1 ilə qədər yavaş-yavaş azalaraq yox olur. Müasirlik: İstifadə olunan materiallar – External splintlər (gips əvəzi), ödem və şişkinliyin minimal olması (piezo cihaz istifadəsi), narkozda müasir preparatların istifadəsi (Tez oyanmanı təmin edir, qusma olmur.) Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 31.07.2017

ботоксом по мигрени

Ясная голова или Ботоксом по мигрени

Еще один миф остался позади. Миф о мигрени. Конец. Достала уже эта Мигрень. Наконец-то у огромного числа исследователей по всему миру теперь освободится время для поисков возможностей лечения других заболеваний, так как не будут гнаться за поиском очередной таблетки от мигрени. А более миллиона людей только за последний год уже распрощались с мигренью благодаря новой методике, о которой и пойдет речь. Вы знаете, какое сейчас время для медицины? Время второго Ренессанса. Первое было в середине прошлого века, когда изобрели антибиотики и нейролептики. Это было воистину грандиозно. Представьте себе, до эры антибиотиков люди пачками погибали от простых пневмоний, а сифилис был приговором уродливости. А дети, рожденные от сифилитичек, годились только в качестве цирковых уродцев средних веков. Но простой копеечный пенициллин все исправил. Теперь сифилис бесследно излечивается за две недели. А сколько талантливых людей погубил туберкулез?! Теперь от него осталось грозное название и неромантичная история в литературе. А до изобретения химиками нейролептиков, или же иначе выражаясь, антипсихотиков, и в частности аминазина, психиатры долбили лоб больным с психозами или же давали электрический разряд в два миллиарда вольт в голову. Я еще не говорю, о том, что истерию психиатры лечили петтингом. Но о веселом потом. Все это осталось позади, медицина сейчас стала доказательной, благодаря исследователям. А таковых в мире немного. Я имею в виду настоящих исследователей медицины, а не ту массу проектных крыс, публикующихся как блоггеры желтых страниц. Благодаря именно энтузиастам-ученым, наука и продвигается вперед. Причем, за последние 10 лет больше, чем за всю историю современной традиционной медицины. Но для некоторых практикующих врачей это «наказание». Ведь за год ровно половина того, что они знают о своей специальности, обнуляется. Ровно половина, представляете? Это значит, через год если мы не дополним свои знания, то они будут годны только на то, чтобы сказать «это не лечится». - «Мигрень не лечится», - «Альцгеймер не лечится», - «Тройничный нерв на всю жизнь»... А лучше все же поехать куда-нибудь и доучиться. Ведь, когда пациент верит в то, что врач избавит его от недуга, то полдела уже, считай, сделано. Ну, а когда у человека сложившееся убеждение, что Мигрень не лечится, то вряд ли он и обратиться к кому то…. – «все равно ведь не лечится», подумает несчастный. Тогда как, согласно статистике, средние мировые цифры только по Баку - это около 55 тысяч людей, страдающих от хронической мигрени. Есть и другая сторона медали – это хорошая экономическая возможность для врача. Ведь 55 тысяч - это реально большая цифра. Допустим, 10 врачей научатся делать инъекции Ботокса и навсегда избавят людей от приступов мигрени. Это 5 тысяч пациентов в год. Дальше - сами калькулируйте. И экономике страны подсобите. По подсчетам американцев, в среднем 74 дня из 365-ти люди с мигренью не работают. Это 592 работачасов (РЧ). В США 1 РЧ стоит 12$, в Баку - 3$.Разумеется, это стоимость 1-го РЧ в частном секторе среднего менеджерского состава. Значит, один менеджер с мигренью в Баку не отрабатывает 1776 долларов в год. А в США эта цифра колоссальна - 7100 в год. Мигрень теперь уже не «безвыходный диагноз», а «расход», как говорится в еврейской пословице. Задача, которую уже решили, уравнение, где Х (икс) и Y (игрек) уже известные. Икс - это Botox, а Игрек - это невролог, знающий куда колоть! Недорого и не больно. Ботокс вам в помощь! Со шприцом в руке, Доктор Султанов Гусейн.

Paylaşıldı: 23.07.2017

səs necə yaranır

Səsin fiziologiyası

1. Səs necə yaranır? İnsan səsi, insanı digər canlılardan ayıran ən əhəmiyyətli xüsusiyyətlərdən biridir. İnsan bədəninin ən gec aydınlaşan və hələ də mikro fiziologiyası mövzusunda bir çox qaranlıq nöqtə olan səs orqanı kimi tək qırtlağı deyil bütün səs sistemini tanımamız lazımdır. Bir az daha açıq desək, insan səsi düşünüldüyü kimi yalnız qırtlaqdan çıxmır; bütün bədənin mükəmməl bir uyğunluq içində çalışması nəticəsində əmələ gəlir. İlkin səs sistemi ağciyərlər - qırtlaq - səs yolunun yaratdığı əsas səs qurucularıdır. İkincili səs sistemi isə bütün bədənimiz və ruh halımızdır. Səs, hərəkət edən bir enerji şəklidir. İnsan səsinin qaynağı, ağciyərlərdə sıxıştırılan havanın sahib olduğu potensial enerjidir. Təzyiqli havanın səs büküşlərinin arasından keçərkən dalğalanmasıyla səs tezliyinə çevrilməsi reallaşmış olur. Ancaq bu 'xam səs', bir cızırtıya bənzəyir. Xam səsin boğaz, ağız və burun boşluqlarında şəkilləndirilməsiylə hər insanın özünə aid olan və barmaq izi qədər xüsusi olan səs tonu ortaya çıxır. Qulağımıza gələn səsin macərası bununla da bitməz. Çıxan xüsusi səsin dil, damaq və dişlərin köməyi ilə nitqə çevrilərək anlaşılan olması vacibdir. 2. Səs hərəkətdir Səs, eşitmə yolu ilə qəbul edilə bilən molekul hərəkətlərini özündə birləşdirir. Eşitmə sistemimizi hərəkətə etdirən hər davranış "səs"dir. Hava və suda yaşayan bütün canlılar olduğu mühitdəki molekul hərəkətlərini qəbul edərək həm qidalarını tapır, həm də hərəkət istiqamətlərini müəyyən edirlər. Primitiv canlılarda bədən səthləri bu funksiyanı yerinə yetirəməsinə baxmayaraq, inkişaf etmiş canlılarda qulaq sistemi bu funksiyası həyata keçirir. Səs ən yaxşı mayeli mühitdə ötürülə bilir, çünki su sıxlaşdırılmır, bu səbəblə səs çox uzaq məsafələrə çata bilir. Buna görə daxili qulağımız maye ilə doludur. Dənizdə yaşayan canlılar səsi uzaq məsafələrdən duymaqda çətinlik çəkmirlər. Sualtı ilə bağlı tədqiqatlarda okean dərinlərindəki balina səsləri minlərlə kilometr uzaqlıqdan qəbul edilib təqib edilə bilir. Quruda yaşayan canlılar suda yaşayanlar qədər bəxtli deyillər. Hava molekulları seyrəktir və sıxlaşdırılabilir. Məsafə artdıqca səs enerjisini itirir. Bu səbəblə qulaqdakı havalı hissənin su ilə çevrilməsi lazımdır. Çevrilmə qulaq pərdəsi və orta qulaqda bir-birlərinə bağlı sümükcüklərlə təmin edilməkdədir. Bunlar "zindan", "cəkic" və "zəngi" sümükcükləridir. Niyə nitq və səslə bağlı danışanda qulağa vurğu etdik? Cavab çox sadədir; bütün nitq orqanları, səs tellərimiz, ağciyər, hava boşluqları bir yerdə işləyərək qulaq adlanan orqanı təmin edir. Quruda yaşayan bütün canlılarda və insanda səs 3 fərqli sistemin bir yerdə işləməsi ilə meydana çıxır. (növbəti məqalədə bu barədə ətraflı...)   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 22.07.2017

Эпилепсия - не приговор
 hekimtap.az

Эпилепсия - не приговор

Очень обидно, когда простые сограждане, каждый день сталкиваясь с таким диагнозом как «эпилепсия» или «судороги», впадают в отчаяние ввиду того, что по стереотипам 90-х годов считают эти заболевания неизлечимыми. Хотя за последние годы в эпилептологии воистину произошел переворот. Теперь мы с уверенностью можем сказать пациентам, что готовы идти с ними до полного излечения. Связано это с тем, что были и продолжают синтезироваться новейшие антиэпилептичекие препараты, которые не только купируют приступ эпилепсии, а приводят к угасанию эпилептического очага и впоследствии к полному отказу от лечения. У нас теперь есть огромный выбор, и этот выбор всегда в пользу надежды на благоприятный прогноз в лечении эпилепсии. Методы диагностики стали расширяться. Энцефалографы стали более чувствительными и многоканальными. Нейровизуализация стала более доступной и специализированной. Появилась возможность следить за концентрацией препаратов в сыворотке крови и точнее определять дозировку назначенных препаратов, следить за состоянием печени и учитывать ее влияние на дозировки различных медикаментов. Кроме того, благодаря появлению таких ультрасовременных аппаратов, как кибернож, эпилепсия также может быть излечена хирургическим путем зачастую без значимого воздействия на двигательные функции организма. Если раньше хирургический метод был последним вариантом, то сейчас он просто один из доступных. Очевидно, что возможность решения задачи под названием «Эпилепсия» огромна, и наша оптимистичность обоснована и продиктована личным опытом в этой области. Итак, по каким причинам простые люди удрученно смотрят на ситуацию?! Давайте попробуем их рассмотреть. Причина №1 (Знакомый врач) Когда люди сталкиваются с грозным словом «судорога» или замечают похожее состояние у близкого человека, то начинают искать врача по схеме «знакомый врач» и приходят на прием. Зачастую этот знакомый врач вынужден назначить лечение. Если «знакомый врач» не обладает достаточным опытом в лечении эпилепсии и не владеет соответствующими современными знаниями, то происходит назначение «популярных» препаратов вместо «необходимых». Таким образом, начинается первая ступень в цепочке многолетних скитаний пациента. Причина №2 (Незнание ЭЭГ) Очень важно, чтобы врач, который взялся за лечение эпилепсии, знал о методах диагностики этого заболевания. Если в нейровизуализационных методах (МРТ, КТ, ПЭТ) эпилептолог еще где-то может полагаться на описания радиолога-диагноста, то в ЭЭГ(энцефалография) он должен полагаться только на свои знания, так как ЭЭГ – это метод интерпретаций, и очень важно, чтобы сам лечащий врач следил за динамикой изменения нейрофизиологических феноменов в процессе диагностики и лечения. Причина №3 (Отсутствие времени) Осмотр пациента с эпилепсией или другими судорожными состояниями или схожими заболеваниями, такими как конверсионные расстройства (истерия, по-старому) и синкопальные состояния, занимает намного больше времени, чем осмотр пациентов с другими заболеваниями. А все потому, что во время осмотра при эпилепсии почти всегда у пациента есть длинная история и богатая картотека рецептов и всевозможных анализов, которые нельзя игнорировать. Любая незначительная деталь или мнение предыдущего врача может иметь или не иметь значение, но рассмотреть ее ты вынужден. Причина №4 (Резистентная эпилепсия) В эпилептологии есть феномен «фармакорезистентной эпилепсии» или эпилепсии, не поддающейся лечению медикаментами. Если при назначении двух и более антиэпилептических препаратов (АЭП) эпилептические припадки продолжают проявляться, то такое состояние называется фармакорезистентным. Даже в таких странах как Япония, Финляндия, США и Германия до 12% всех форм эпилепсии остается фармакорезистентным. В постсоветских странах научные работы с такими подсчетами не были проведены, но с уверенностью можно сказать, что цифры более высокие и доходят до 30%. Причины фармакорезистентных форм эпилепсии являются предметом отдельного разговора, и мы затронем эту тему. Тем не менее, надо сказать, что не все формы эпилепсии являются фармакорезистентным, даже при самом безграмотном подходе. РЕШЕНИЕ Эпилепсия – это не то заболевание, для лечения которого можно и нужно ехать заграницу, так как такие пациентам полезно находиться «рядом» со своим доктором и при необходимости частенько приносить ему шоколад, а самому не употреблять. И пока что у нас в стране нет специализированных клиник, занимающихся сугубо эпилепсией, каждому придется самому решить, к какому специалисту обращаться и при этом пользоваться не критерием «знакомый врач», а принять во внимание опыт и знание доктора. С пожеланиями веры в силу своевременной и современной медицины, доктор Гусейн Султанов.

Paylaşıldı: 20.07.2017

Spinner