Uşaqlarda dişçıxarma mərhələsi
 hekimtap.az

Uşaqlarda dişçıxarma mərhələsi

Uşaqlarda dişlərin formalaşması hələ ana bətnində başlayır. İlk süd dişləri isə bir qayda olaraq, 6-8 aylığında çıxmağa başlayır. Çox nadir hallarda uşaqlar dünyaya dişləri çıxmış halda gəlirlər. Dişlərin çıxma ardıcıllığı Adətən dişlərin çıxma ardıcıllığı bu cür olur:  əvvəlcə aşağı kəsici dişlər çıxır (əksər hallarda uşaq 6 aylığında olarkən). Sonra yuxarı kəsici dişlər, yuxarı yan kəsici dişlər çıxır, daha sonra eyni dişlər aşağı sırada çıxmağa başlayır. Bir qayda olaraq, bir yaşına qədər uşağın 8 dişi çıxmış olur. Amma bəzi hallarda dişlərin sayı qeyd olunan rəqəmdən az və ya çox ola bilər, lakin buna görə narahat olmağa dəyməz, belə ki, ciddi patologiya sayılmır. Bir yaşdan 1.5 yaşadək 4 ədəd kiçik azı dişi, 1.5 yaşdan sonra isə əvvəlcə “köpək” dişləri, sonra isə böyük azı dişləri çıxır. Normada 2.5-3 yaşadək uşaqda bütün 20 süd dişi çıxmış olur. Uşaqlarda dişçıxarma necə baş verir? Uşaqlarda dişlər cüt və ya tək şəkildə çıxa bilər, onların çıxma müddəti isə dəyişə bilər. İnfeksiyalar, mədə-bağırsaq traktı və ürək-damar sisteminin xəstəlikləri, maddələr mübadiləsinin pozulması, o cümlədən raxit dişlərin çıxma müddətini uzada bilər. Bəzən valideynlər uşaqlarının ilk dişlərinin çıxmasını, ümumiyyətlə, hiss etmirlər. Lakin əksər uşaqlarda dişlər çıxmazdan xeyli əvvəl artıq öz əlamətlərini büruzə verir: ağız suyu ifrazı artrır, uşaq hirslə oyunacaqları və ya yumruqlarını gəmirir, narahat olur və qışqırır. Çox vaxt dişlər çıxan dövrdə uşağın qızdırması 37.5 C kimi qaxır və bu ishalla müşayiət olunur.      Diş çıxaran uşağa necə yardım göstərməli?  – Uşağa dişləmək üçün bərk və soyuq əşya verin – bu, çənədə yaranmış gərginliyi azaldır. Bu məqsədlə bir parça yerkökü, alma və ya soyuducudan çıxarılmış xiyardan və ya dişləmə halqasından istifadə etmək olar.  – Ağrılı hissələri masaj edin - bu, ağrını azaldır və diş çıxmasını sürətləndirir. Uşağınızı qucağınızda əyləşdirib, çənələrini ehtiyatla masaj edin, bu, həm ağrını azaldır, həm də uşaq üçün bir təsəlli olur. Həmçinin, damağın təmiz barmaqla masajı da faydalıdır. Bu üsul çənədə və damaqda qan dövranını yaxşılaşdırır, diş çıxmasını sürətləndirir.  – Möhkəm ağrılar zamanı ağrıkəsici gellərdən istifadə edin. Onlar sakitləşdirici təsir göstərir, ağrı və göynəməni götürür.    – Əgər uşağın qızdırması 38.5 C0-dən yuxarı qalxarsa, qızdırma salan vasitələrdən istifadə edin.  – Uşqda güclü ağız suyu ifrazı zamanı ağız ətrafında dəri qızartısı müşahidə edilə bilər. O zaman yağlı kremlərdən və uşaq losyonundan yararlana bilərsiniz.  – Uşağınızı əzizləyin. Unutmayın ki, sizin sevgi və nəvazişiniz ən yaxşı ağrıkəsicidir. İlk dişlərə qulluq Yadda saxlayın ki, ilk dişlər çıxdıqdan sonra artıq onların qulluğa ehtiyacı var. Əvvəlcə dişləri axşamlar pambıq çöpü ilə təmizləmək kifayətdir. 10 diş çıxdıqdan sonra onları müntəzəm olaraq diş fırçası ilə (məcunsuz) təmizləmək tövsiyə olunur. Lakin bunu çox ehtiyatla etmək lazımdır, belə ki, dişin mina qatını zədələyə bilərsiniz. Uşaq iki yaşına qədəm qoyduqdan sonra tərkibində flor olmayan diş məcununu da əlavə etmək olar. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Опубликовано: 03.04.2018

Arzuolunmaz hamiləlikdən qorunma üsulları – kontrasepsiya
 hekimtap.az

Arzuolunmaz hamiləlikdən qorunma üsulları –...

Kontrasepsiya nədir? Kontrasepsiya – arzuolunmaz hamiləliyin baş verməsinin qarşısının alınması üsuludur.  Təəssüf ki, xanımlarımız abortlara çox müraciət edirlər. Qeyd etmək lazımdır ki, abort heç də kontraseptiv üsul deyildir və o, orqanizmə ciddi ziyan vurur. Belə ki, hamiləlik zamanı bütün orqanizm buna hazırlaşır, hormonal sistemdə dəyişikliklər baş verir. Abort etməklə bütün bu mürəkkəb proseslər dayandırılmış olur. Bundan başqa, abort cərrahi müdaxilə olduğundan hər bir cərrahi əməliyyata xas olan müvafiq riskləri var. Kontrasepsiyanın növləri Arzuolunmaz hamiləlikdən qorunmanın bir çox yolları mövcuddur və hər bir cütlük üçün fərdi qaydada seçilir. Buraya uşaqlıqdaxili, hormonal, baryer üsulları, cərrahi sterelizasiya və s. aiddir. Spirallar Uşaqlıqdaxili vasitələrə aiddir. Buraya adi (mis tərkibli) və hormonal spirallar daxildir. Bu metodun təsir mexanizmi ondan ibarətdir ki, mayalanmış hüceyrənin implantasiyasının qarşısı alınır. Qeyd etmək lazımdır ki, bu vasitə uşaqlıq borusu hamiləliyinin qarşısını almır. Hormonal tərkibli spirallar uşaqlığın selikli qişasını atrofiya etdiyi üçün onun effektivliyi daha yüksəkdir. Kombinə edilmiş oral kontraseptivlər – KOK Arzuolunmaz hamiləlikdən qorunmağın daha bir yolu kombinə edilmiş oral kontraseptivlərdir. Onlar ovulyasiyanın yaranmasının qarşısını alır, uşaqlıq borularının yığılmalarını ləngidir, eyni zamanda, seliyin qatılaşmasını təmin edir və uşaqlığın selikli qişasını atrofiya edir. KOK-lar da yüksək effektivli kontraseptivlər hesab olunur. Gestogenlər Hamiləlikdən daha bir qorunma üsulu gestogenlərin verilməsidir. Bu vasitədən istifadə edənlərin 50%-ində ovulyasiya olur. Sadəcə bu, endometriyanın inkişafını ləngidir, eyni zamanda, seliyin qatılığını artırır ki, bu da spermatozoidlərin uşaqlığa düşməsinin qarşısını alır. Qeyd etmək lazımdır ki, bu vasitənin effektivliyi KOK-ların effektivliyindən geri qalır. Baryer üsulu Buraya prezirvativlər aiddir. Həm qadın, həm də kişi prezervativləri mövcuddur. Bu vasitənin üstün cəhəti odur ki, o, həm də dəri-zöhrəvi xəstəliklərdən qoruyur. Spermisidlər Spermisidlər kimyəvi vasitə olub, spermatozoidləri məhv edərək, hamiləliyin qarşısını alır. Onlar vaginal köpüklər, şamlar, tablet və gellər şəklində ola bilər. Əgər baryer üsulu ilə birgə tətbiq olunarsa, daha çox effekt verir. Cərrahi sterilizasiya Əgər göstəriş varsa, qadının öz arzusu ilə, yaşı nəzərə almaqla boruların bağlanmasıdır. Vazektomiya – kişilərin kontraseptiv üsulla sterilizasiyasıdır. Bu zaman toxumçıxarıcı kanallar kəsilir. Bu vasitə o hallarda tətbiq olunur ki, qadın hər hansı səbəbdən kontraseptivlərdən istifadə edə bilmir. Qeyd etmək lazımdır ki, vazektomiya kişilərin erektil funksiyasına və potensiyasına təsir etmir. Hamiləliyin qarşısının alınmasının təbii üsulları Buraya təqvim üsulu, servikal üsul, yarımçıq cinsi akt aiddir. Lakin bunlar effektiv vasitələr hesab olunmur. Kontrasepsiyanın təsiri Perl indeksi ilə dəyərləndirilir. Bu indeks kontraseptiv üsuldan bir il ərzində istifadə edən yüz qadında nə qədər hamiləlik qeydə alınmasını göstərir. İndeks nə qədər aşağıdırsa, kontrasepsiyanın effektivliyi o qədər yüksəkdir. Qeyd etmək lazımdır ki, kontraseptivin effektivliyi onun düzgün istifadə olmasından birbaşa asılıdır.     © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Опубликовано: 03.04.2018

Şəkərli diabetdə ozonoterapiya 
 hekimtap.az

Şəkərli diabetdə ozonoterapiya 

Ozonoterapiya şəkərli diabetdə kompleks müalicə kimi Şəkərli diabetin kompleks müalicəsində ozonoterapiya effektliyinə görə əsas yerlərdən birini tutur. Toxumaların qlükozanı yaxşı qəbul etməsi ilə qanda səkərin miqdarı azalır. Qlükozanın parçalanması (oksidləşməsi) baş verir. Bunlar da toxumaların energetik aclığını azaldır, katabolik, oksidləşmə proseslərini normallaşdırır. Şəkərli diabetdə toxumaların qidalanmasının pozulması oksigen aclığı nəticəsində də baş verir. Qanda şəkərin miqdarının artması qanın (hemoqlobinin) keyfiyyətini dəyişir. Ozonun şəkərli diabetə təsir mexanizmi Qandan hüceyrəyə oksigen daşıyan hemoqlobinin qlikolizləşməsi ilə oksigenin hüceyrəyə ötürülməsi pisləşir. Tibbi ozon qlükoza üçün hüceyrə membranının keçiricliyini artırır. Ozonun təsiri nəticəsində eritrositlərdə (qırmızı qan hüceyrələrində) qlükozanın mübadiləsi aktivləşir, oksigenin toxumalara ötürülməsi yaxşılaşır, onların oksigen təchizatı artır və hipoksiya (oksigen aclığı) aradan qalxır. Bu cür təsir də şəkərli diabetin müalicə prosesində mühüm rola malikdir. Ozonoterapiya hüceyrələrə qlükozanın və oksigenin zəif çatması ilə əlaqəli proseslərin (neyropatiya, artropatiya, anqiopatiya) yaranmasının və inkişaf etməsinin qarşısını alır. Şəkərli diabetdə çox kiçik damarların mənfəzinin daralmasının və qidalanmasının pozulması ilə gözlərin, sinir sisteminin, böyrəklərin, aşağı ətrafların zədələnmələri baş verir. Ozonoterapiya kiçik damarları genişləndirir, qanın axma qabiliyyətini artırır. Ozononoterapiya immuniteti qaldırmaqla, xroniki infeksiyalara və irinli zədələnmələrə meyilli şəkərli diabet xəstələrinə immunomodulə edici təsir gostərir. Müalicə prosesində xəstələrin ümumi əhvalı yaxşılaşır, iş qabiliyyəti artır, yuxusu normallaşır. Ozonoterapiya diabetli xəstələrdə aterosklerozun inkişafını tormozlayır, şəkərsalıcı dərmanların təsirini artırır, onların dozasının azaldılmasına (bəzən kəsilməsinə) şərait yaradır. Ozon və metabolik göstəricilərin dinamikası Metabolik göstəricilərdə müsbət dinamika muşahidə olunur: şəkərin miqdarı azalır, hüceyrə immuniteti aktivləşir, orqanizmin antioksidant aktivliyi artır. Ozonoterapiya prosedurlarından sonra xəstələrdə görmənin artması, ayaqlarda keyləşmənin azalması, baş ağrısı və diskomfortun itməsi müşahidə olunur. Obyektiv olaraq arterial təzyiqin normallaşması, artıq çəkinin azalması, göz dibi və anqioqrafik göstəricilərin yaxşılaşması müşahidə olunur. Müalicə məqsədi ilə ozonlaşmış fizioloji məhlul və ya qan vena daxilinə yeridilir, irinli zədələnmələrdə karkas kameralardan istifadə olunur. Ozonoterapiya hipoqlikemik (şəkərin səviyyəsini endirən) təsir göstərdiyindən müalicə vaxtı qanda şəkərin miqdarını kontrolda saxlamaq və şəkərsalıcı preparatların dozasını korreksiya etmək lazımdır. Ozonoterapiyanın müalicəvi effekt yaratması üçün hər xəstəyə fərdi olaraq (çəkidən, yaşdan, xəstəliyin dövründən asılı olaraq) müalicə sxemi və ozonun verilmə konsentrasiyası təyin olunur.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Опубликовано: 02.04.2018

Mayomed
2391
Ambliopiya
 hekimtap.az

Ambliopiya

Ambliopiya nədir? Ambliopiya gözün çox ciddi funkional dəyişikliyi olub, bir gözün digər gözə nisbətən dəyişməsidir. Bu çox ciddi bir patologiyadır, yəni bu zaman binokulyar görmə alınmır. Binokulyar görmə əşyanın təsvirinin eyni zamanda iki gözlə dəqiq görməsi deməkdir. Fəzada cismlər 3D formasında görülür, biz ona baxanda onun dərinliyini, ətrafındakı əşyaları görə bilirik. Ambliopiya zamanı bu cür görmə hissiyatı itir. İnsan gözləri ayrı-ayrılıqda görür və alınan təsvir obyekt olaraq beyində birləşir. Lakin gözlərin biri o birindən zəif görəndə dəqiq təsvir alınmır və beyin zəif gözü daha da zəiflədir. Həmin göz zəiflədiyindən çox zaman çəplik meydana gəlir. Çəplik meydana gəldikdə isə ambliopiya daha da dərinləşir, çəplik artır və nəticədə geri dönməyən ciddi bir durum yaranır. Ambliopiyanın əmələ gəlmə səbəbləri Ambliopiya təkcə gözün inkişaf zəifliyindən deyil, o cümlədən, dərəcəsindən asılı olaraq, anadangəlmə katarakta və ya ptozdan da yarana bilər. Ambliopiyanın simptomları Əgər çəpgözlük verməzsə, xəstəlik simptomsuz keçir. Adətən uşağın bir gözü 100% gördüyü üçün heç bir şikayət etmir – lövhəni, televizoru və ya hər hansı başqa bir obyekti yaxşı görür. Çox nadir hallarda – uşaq binokldan baxdıqda və ya bir cismə bir gözünü yumaraq baxarsa, şikayəti ortaya çıxır. Ona görə də tövsiyə olunur ki, məktəbli uşaqlar ildə bir dəfə mütləq oftalmoloq müayinəsindən keçsinlər. Çünki bu patologiyanın müalicəsi 13-14 yaşa qədərdir və xəstəlik qeyd olunan dövrə qədər aşkar olunub müalicə edilməzsə, daha sonra ambliopiyanı korreksiya etmək çox çətindir. Ambliopiyanın diaqnostikası    Göz həkim tərəfindən müayinə olunur, əgər göz dibində heç bir üzvi dəyişiklik, ciddi patologiya yoxdursa, görmə siniri yerindədirsə və korreksiya etdikdə göz korreksiya olunmursa, yəni şüşəyə reaksiya vermirsə, bu, ambliopiyadan xəbər verir. Ambliopiyanın müalicə metodları Müalicə ambliopiya yaranmış gözün işlədilməsi ilə aparılır. Buraya müvafiq məşqlər, ambulator şəraitdə müxtəlif aparatların istifadəsi daxildir. Bundan başqa, evdə sağlam gözü bağlamaqla – okulizm metodilə gözün görmə qabiliyyətini xeyli yaxşılaşdırmaq olur. Ambliopiyanın profilaktikası Anadan olan uşaq tam müayinədən keçməlidir və əgər katarakta və ya ptoz aşkar olunarsa, vaxtında cərrahi müdaxilə edilməlidir ki, gələcəkdə ambliapiyanın qarşısı alınsın.   Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Опубликовано: 02.04.2018

Yuxu apnesi
 hekimtap.az

Yuxu apnesi

Yuxu apnesi nədir? İnsanlar çox vaxt yuxuda xoruldamağı ciddi qəbul etməyib, bunu keçirdikləri günün ağır olması ilə əlaqələndirirlər, buna görə də həkimə müraciət etmirlər. Hər gecə xoruladayırsız və yuxudan ayılandan sonra özünüzü yorğun hiss edirsinizsə, sizdə yuxu apnesi ola bilər. Sağlamlığıza təhlükə yaradan yuxu apnesinin əlamətlərini xəstə özü hiss etmir. Onun yaxınları çox səsli xoruldamağını, tənəffüsünün bir nəçə saniyəlik dayanmasını, bunun təkralanmasını qeyd edə bilərlər. Yuxuda tənəffüsün 10 saniyədən artıq kəsilməsi, bunun 1 saat ərzində 5 dəfə təkrarlanması sizdə yuxu apnesinin olmasını göstərir. Yuxu apnesinin əlamətləri Hər gecə təkrarlanan bu hal insanın günlük həyatına təsir edir: səhər ayılanda halsızlıq, baş ağrıları, yuxululuq və s. əlamətlər müşahidə olunur. Adi halda insan yatarkən boğazdakı əzələlər hava axınına mane olmasın deyə tənəffüs yollarını açıq saxlayar. Lakin çəkisi artıq olan və zərərli vərdişləri olan insanlarda dil və badamcılar ölçüləri normadan artiq böyüyür. Həmin insan arxası üstə yatarkən böyümüş dil və badamcıqlar nəfəs borusunu tutduğu üçün xoruldayır. Ağır formalarda isə gecəyarı təngnəfəs, ölüm qorxusu hissi ilə yuxudan ayılır. Buna gorə möhkəm xoruldayan insanlar yatarkən vəziyyətlərini dəyişdikdə - sağ və ya sol böyrü üstə yatdıqda xoruldamlaları azalır. Çünki böyümüş dil və badamcıq nəfəs yollarından kənara çəkilir. Yuxu apnesi xəstəliklərin səbəbi kimi Yuxu apnesi yüksək təzyiqin əsas səbəblərindən biridir, bundan əlavə, ürək-damar xəstəlikləri, tromboembolik ağırlaşmalar, ürək ritminin pozulmasına, ürəyin böyüməsi, miokard infarktı riski, cinsi istəyin azalması, gecə tez-tez sidiyə getmə,əsəbilik, depresiya və ən qorxulusu yuxuda ölüm hallarına səbəb ola bilər. Yuxu apnesinin müalicəsi Yuxu apnesinin hec bir cərrahi və medikomentoz müalicəsi yoxdur. Bu xəstəliklə mübarizə aparmaq üçün ilk növbədə. insan həyat tərzini dəyişməlidir: artıq çəkidən azad olmalı, zərərli vərdişlərini tərgitməli, gün ərzində yuxuya olan təlabatını tam ödəməli, sakitləşdirici preparatlardan uzaq durmalıdır. Son illərdə bu xəstəliyin ən effektli müalicəsi üçün CPAP (Continious Positive Airway Pressure) cihazından istifadə edilir. Həmin cihazı yatarkən xəstə burnuna yerləşdirir,ordan ayrılan yumşaq silikon borunun bir hissəsini isə cihazın kənarda olan 2-ci hissəsinə birləşdirir. Bu cihazdan istifadə etməklə yuxu apneli insan yatarkən nəfəs yollarına təzyiqli hava verilir və bununla hava yollarının qapanmasının qarşısı alınır. Xəstə yuxudan ayılarkən özünü gümrah, daha enerjili hiss edir. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Опубликовано: 02.04.2018

Menstrual tsiklin pozulmaları
 hekimtap.az

Menstrual tsiklin pozulmaları

Menstrual tsiklin pozulması nədir? Bu, qadının reproduktiv sağlamlığını göstərən bir əlamətdir, yəni xəstəlik deyil, simptomdur. Lakin menstrual tsiklin pozulması bir çox ciddi xəstəliklərin simptomu ola bilər. Normal menstruasiya nədir? Normal menstruasiya 21-35 gün arasında baş verən müntəzəm, 3-7 gündən artıq davam etməyən, miqdarına görə 80-100 ml aşmayan tsiklik qanaxmalardır. Bu qrafikdən istənilən kənaraçıxmalar patologiyalara gətirib çıxarır. Menstrual tsikl mürəkkəb bir proses olub, 5 tənzim sistemilə idarə olunur. Buraya baş beyin qabığı, hipofiz, hipotalamus, yumurtalıqlar və hədəf orqanları daxildir. Menstrual tsiklin pozulmasına əsəbi gərginlik, iqlim dəyişmələri kimi xarici faktorlar, artıq çəki və ya çəki defisitinə səbəb olan mübadilə pozğunluqları, hormonal sistemdə baş verən dəyişikliklər, kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri, həmçinin bəzi extragenital xəstəliklər də səbəb ola bilər. Menstrual tsiklin pozulmasının simptomları Aybaşının 6 ay və daha çox müddətdə olmaması – amenoreya. Amenoreya birincili və ikincili olaraq, iki qrupa bölünür. Birincili amenoreyada, ümumiyyətlə, menstruasiya olmur – bunun bir çox səbəbləri var. İkincili amenoreya isə menstruasiyanın 6 ay və daha çox müddətdə olmamasıdır. Müntəzəm menstruasiya zamanı qanın normadan çox (100 ml-dən artıq) və ya normadan az olması da simptomlardan biridir. Menstrual qanaxmanın müddəti 3-7 gün olmalıdır. Qanaxmanın qeyd olunan müddətdən artıq və ya az davam etməsi patologiyadır.   Menstruasiyanın gec-gec olması – 40-45 gün və ya 2-3 aydan bir baş verməsi menstrual tsiklin pozulması əlamətidir. Bu hallardan hər hansı qeydə alınarsa, qadınlar mütləq mütəxəssisə müraciət etməlidirlər. Menstrual tsiklin pozulması diaqnozunun qoyulması Anamnez, ginekoloji baxış, ultrasəs müayinəsi, ehtiyac yaranarsa, laborator analizlər. Menstrual tsiklin pozulmasının müalicə metodları Müalicə üsulları diaqnoza görə fərqlənir. Menstrural tsiklin pozulmasına gətirib çıxaran səbəbə əsasən müalicə təyin olunur. Menstrual tsiklin pozulmasının profilaktikası Profilaktik tədbir kimi, sağlam həyat tərzi sürmək, düzgün qidalanmaq, bədən çəkisini normada saxlamaq, stresdən uzaq olmaq tövsiyə olunur.   Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Опубликовано: 02.04.2018

Xarici cinsiyyət orqanlarının gigiyenası
 hekimtap.az

Xarici cinsiyyət orqanlarının gigiyenası

Xarici cinsiyyət orqanlarının gigiyenası nədir? Ginekoloji müayinəyə gələn xanımlara baxış zamanı müəyyən olunub ki, xanımlar gigiyena qaydalarına heç də hər zaman düzgün əməl etmirlər. Bəli, bizim xanımlarımız çox təmizkardırlar. Lakin təmizkarlıq həddini aşanda müəyyən problemlərə yol aça bilər. Xarici cinsiyyət orqanlarının gigiyenası bu orqanların təmizliyinin saxlanma qaydası deməkdir. Gigiyenanın başlıca şərti yuyunmadır. Buraya yalnız xarici cinsiyyət orqanlarının yuyulması daxildir. Xarici cinsiyyət orqanlarının gigiyenasında bunlara diqqət yetirilməlidir Xarici cinsiyyət orqanlarının yuyulması zamanı isti sudan istifadə etmək tövsiyə olunmur. Çünki bu, həm dərini, həm selikli qişanı qurudur. Həmin quruma nəticəsində çatlar, qızartılar, qaşınmalar yarana bilər ki, bu da cinsi aktın çətinləşməsinə və digər narahatlıqlara səbəb olur. Ona görə də otaq temperaturunda olan sudan istifadə etmək məsləhətdir. Bəzən xanımlar təsərrüfat sabunundan istifadə edərək, onun vasitəsilə bakteriyaları məhv etdiklərini düşünürlər ki, bu da yolverilməzdir. Çünki bu vasitə də normdan artıq quruluq yaradır. Xanımların gigiyena qaydalarını yerinə yetirərkən yol verdikləri daha bir yanlışlıq uşaqlıq yolunu daxildən yumalarıdır. Buna qətiyyən yol vermək olmaz. Çünkü bununla uşaqlıq yolunun Ph-nın və mikroflorasının dəyişməsi baş verir ki, bu da gələcəkdə ciddi problemlər yaradır. Əgər uşaqlıq yolunda problem varsa – normadan artıq ifrazat, qaşınma, göynəmə, pis qoxu və s. xanımlar ginekoloq müayinəsinə getməli və lazım olan analizləri verməlidirlər. Problem olarsa, həkim müvafiq təyinat verir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.  

Опубликовано: 31.03.2018

Fizioterapiya haqqında
 hekimtap.az

Fizioterapiya haqqında

Fizioterapiya haqqında ümumi məlumat Fizioterapiya fiziki üsullarla müalicə deməkdir. Fiziki üsullar dedikdə, günəş şüasının spektrlərindən, elektrodalğalardan, maqnit dalğalarından, ultrasəs dalğalarından müxtəlif aparatlarla istifadəsilə müalicə nəzərdə tutulur. Fizioterapiyadan daha çox oynaq xəstəliklərində, dayaq-hərəkət sistemi xəstəliklərində, həmçinin, bir çox xəstəliklərin bərpa periodunda istifadə olunur. Fizioterapiya bərpa periodunda mütləq tətbiq olunmalıdır, əks halda, xəstəliklər xroniki hala keçə bilər. Xəstəlik kəskin dövründən sonra mütləq bərpa və reabelitasiya periodu keçməlidir. Bu, aparılmış malicəni möhkəmləndirmək üçün vacib şərtdir. Fizioterapiyanın xəstəliyinin kəskin dövrlərində istifadə olunan növləri də var. Məsələn, ültrayüksək tezlikli cərəyan bütün iltihabi xəstəliklərdə istifadə oluna bilər. Fizioterapiyanın növləri “Aysmed” klinikasında geniş istifadə olunan aparatlardan biri “kombayn”dır. Bu özündə lazer terapiyası, ultrasəs terapiyası, elektroterapiyanın 35 növünü və lazer terapiyasını birləşdirir. “Kombayn”dan daha çox dayaq-hərəkət sistemi və oynaq xəstəliklərində istifadə olunur. Lakin həkim göstərişi olarsa, digər patologiyalarda istifadəsi mümkündür. Elə xəstəliklər var ki, bu zaman pasiyent özü birbaşa fizioterapiya otağına müraciət edir. Buraya qamət pozuntuları, kifoz, skolioz, yaşlı adamlarda onurğa yırtıqları, protruziyalar, osteoxondroz, daban mahmızı və s. xəstəliklər aid ola bilər. Ultrayüksək tezlikli terapiya Bundan başqa, klinikamızda ultrayüksək tezlikli terapiya, darsanval terapiyasından da istifadə edilir. Darsanval, adətən, saçların tökülməsində, dəri xəstəliklərində faydalıdır. Belə ki, darsanval dərinin mikrosirkulaysiyasını və qan dövranını yaxşılaşdırır. Bununla da qan dövranı çatışmazlığı ilə bağlı bütün xəstəliklər bərpa edilir. Dasrsanval, həmçinin, selikli qişa patologiyalarında da tətbiq olunur. Maqnit terapiyası “Aysmed” geniş istifadə edilən üsullardan biri də maqnit terapiyasıdır. Maqnit terapiyası bir çox xəstəliklərdə tətbiq olunur. Bu terapiya qanı duruldur, onun reoloji xüsusiyyətlərinə müsbət təsir göstərir, qan dövranını yaxşılaşdırır. Maqnit terapiyası, həmçinin, şəkərli diabet xəstələrində angiopatiya və neyropatiyalarda, qan dövranı pozuntularında, qara ciyər xəstəliklərində, mədəaltı vəzin patologiyalarında, beyin qan dövranı pozuntularında və s. xəstəliklərdə göstərişə uyğun istifadə edilə bilər. Traksiya aparatı Traksiya aparatı onurğa xəstəliklərində istifadə edilir. Bu, onurğanın mexaniki üsulla dartılmasına əsaslanır. İnqalyasiya aparatı – bronxial xəstəliklərin, ağız və burun boşluğu xəstəliklərinin bərpasında istifadə edilir. İşıq terapiyası İşıq terapiyası ultrabənövşəyi şüaların (qısa dalğalı və uzun dalğalı) tətbiqinə əsaslanır. Bu terapiyada, həmçinin, infraqırmızı şüalardan istifadə olunur. Qısa dalğalı ultrabənövşəyi şüalar burun-boğaz xəstəliklərində, uzun dalğalı ultrabənövşəyi şüalar isə daha çox dəridə D vitamini yaratmaq məqsədilə tətbiq edilir. Onun həm də ağrı götürmə xüsusiyyəti də vardır. Fizioterapiyaya əksgöstərişlər Fizioterapiya üçün əsas əksgöstəriş xoş və bəd xassəli şişlərdir. Lakin bəzi hallarda fizioterapiya onkoloji xəstəliklərdə belə istifadə edilir. Bundan başqa, bəzi fizioterapiya üsullarını ayrı-ayrı xəstəliklərdə tətbiq etmək tövsiyə olunmur. Məsələn, ultarsəs terapiyasının qan azlığı və müxtəlif qan xəstəliklərində istifadəsi məsləhət deyil. Fizioterapiyanın bəzi növləri, həmçin, müxtəlif xəstəliklərin kəskinləşməsi dövründə də istifadə edilmir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.  

Опубликовано: 31.03.2018

Spinner