Miokardit
 hekimtap.az

Miokardit

Miokardit – ümumi məlumat Ürək-damar xəstəlikləri insan sağlamlığı və həyatı üçün daha çox risk daşıyan patologiyalardır. Onlardan bəziləri miokrard infarktı və insulta səbəb ola bilər. Belə patologiyalardan xüsusi yerlərdən birini miokardit tutur. Miokardit ürək əzələ toxumalarının iltihabi xəstəliyidir. Bu zaman ürək əzələsinin döyüntüləri, impuls keçiriciliyi və s. pozulur. Miokardit bütün ürək-damar xəstəliklərinin demək olar ki, 10%-də inkişaf edir. Bəzi hallarda xəstəlik simtomsuz gedişata malik ola bilər. Miokarditin yaranma səbəbləri Miokarditin yaranma səbəblərinə aşağıdakılar daxildir: İnfeksion və ya kimyəvi faktorlar fonunda immun sisteminin zəifləməsi; Virus və ya bakteriya mənşəli infeksion xəstəliklər; Göbələk patologiyaları; Parazitar invaziyalar; Kardioskleroz; Arterial hipertenziya; Bəzi hallarda miokardit cərrahi müdaxlə zəminində yarana bilər; Autoimmun xəstəliklər. Uşaqlarda miokarditin yaranmasına adətən dərman preparatlarının qəbulu, ionlaşmış şüalanma səbəb olur. Böyükyaşlı insanlarda isə bu xəstəlik daha çox siqaret çəkmə, çirklənmiş atmosfer, spirtli içkilərin qəbulu zəminində yaranır.  Səbəbi məlum olmayan miokardit – ideopatik adlanır.  Miokarditin əlamətləri Xəstəlik kəskin və ya xroniki formada inkişaf edə bilər. Patologiyanın əsas simptomları bunlardır: Güclü təngənəfəsliyin yaranması; Dərinin göyərməsi (sianoz); Ayaqlarda şişlərin yaranması; Damarların şişməsi; Ürək nahiyəsində kəskin ağrılar; Qeyri-müntəzəm ürək döyüntüləri. Virus miokarditi zamanı prodromal pereod aydın təzahür olunur. Xəstəliyin allergik forması özünü rinit, səpgilər və digər formalarda büruzə verir. Revmatik formada əzələlərin güclü ağrıları da müşahidə edilir.  Miokarditin müalicəsi Miokarditin müalicəsi xəstəliyin forma və ağırlıq dərəcəsindən asılıdır. Ağır gedişatda hospitallaşdırma göstərişdir. Xəstələrə aşağıdakılar tövsiyə olunur: Pis vərdişlərdən imtina etməklə qidalanmanın korreksiya edilməsi və hərəki aktivliyin artırılması; Fitoterapiya; Fizioterapiya; İltihabəleyhinə və bakteriyaəleyhinə terapiya; Kardioskleroz zamanı cərrahi müdaxilə göstərişdir. Hazırda miokarditin spesifik müalicəsi mövcud deyil, lakin xəstəliyin qarşısını almaq üçün aşağıdakı tədbirlər tövsiyə olunur: Karies və tonzillitin vaxtlı-vaxtında müalicəsi; İmmunitetin stimullaşdırılması; Virus və bakeriya xəstələrilə kontakta girməmək; Düzgün qidalanma; Hərəki aktivliyi artırmaq.    © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Опубликовано: 16.07.2018

Yumurtalıqların funksional kistaları
 hekimtap.az

Yumurtalıqların funksional kistaları

Yumurtalıqların funksional kistaları nədir?  Kista qişası olan və içi maye ilə dolu çevrəvari törəmədir. Funksional kistalar şişəbənzər törəmələrə aid edilsə də, onlar şiş hesab olunmur. Bu kistalar təbii fizioloji proseslər fonunda yaranır və yumurtalıqların normal fəaliyyəti ilə müşayiət olunur. Onlar yumurtalıqların səthindən bir qədər ayrılır və içi maye ilə dolu kapsul yaradır Funksional kistaların növləri və onların yaranma səbəbləri Yaranma mənbəyindən asılı olaraq, yumurtalıqların funksional kistalarını iki növə ayırırlar: Follikulyar kista; Lütein və ya sarı cisim kistası Menstrual tsikl iki fazadan ibarətdir: I faza -follikulyar (proliferativ) II faza – lütein (sekretor) Təxminən iki həftə davam edən I fazada yumurtalıqda yerləşən follikulun yetişməsi baş verir. Yetişmiş follikul diametri təqribən 18-25 mm olan birləşdirici kapsuldur, onun içərisi follikulyar maddə ilə (qraaf köpükləri) dolu olur. Əgər hər hansı səbəbdən ovulyasiyanın pozulması baş verərsə, follikulyar maddə artmağa başlayır və follikulun ölçüləri böyüyür – bu, follikulyar kistadır. Bu törəmələrin ölçüləri 25-30 mm-dən artıq olarsa, onlar kista hesab olunur. Bəzi qadınlarda bu törəmələr bir neçə dəfə əmələ gəlsə də, hamiləliyə mane olmur. Hamiləlik zamanı onlara çox nadir hallarda rast gəlinir. Bundan başqa, yumurtalığın funksional kistası və hamiləlik bir yerdə mövcud ola bilər, əgər kistaların ölçüləri kiçikdirsə.   Adətən hamiləliyin 16-20-ci həftəsində kista bütünlüklə sorulur. Onun əmələgəlmə faktorları aşağıdakılardır: Stress vəziyyətləri, psixi və fiziki yorğunluq, kəskin infeksion xəstəliklər, iqlim şəraitinin dəyişilməsi və neyroinfeksiya. Hormonal pozuntular (hipotalamus, hipofiz nahiyəsində şiş, qalxanvari vəzi funksiyalarının  pozulması – hiper və ya hipoterioz). Bədən kütləsinin artıq olması və metabolik sindrom. Aqressiv pəhriz zəminində qidalanma pozuntusu. Tərkibində yüksək dozada estragen və ya hestagen olan qlükortikoid və ya təcili kontrasepsiya preparatlarının qəbulu və s. Yumurtalıqların funksional kistaları - əlamətlər Funksional kistalar bir qayda olaraq, əlamətsiz gedişata malik olur və ginekoloji müayinə zamanı təsadüfən üzə çıxa bilər. Kistalar, həmçinin, kiçik çanaq orqanlarının USM-i zamanı aşkar oluna bilər. Bəzən yumurtalıqların funksional kistası özünü aşağıdakı əlamətlərlə büruzə verir: Qarının aşağı nahiyələrində keçici xarakterə malik zəif ağrılar. Amenoreyalar, menstruasiyanın ləngiməsi. Dizurik əlamətlər və bağırsaq funksiyalarının pozulması. Yumurtalıqların funksional kistalarının müalicəsi Müalicə taktikasının seçilməsi üçün aşağıdakılar nəzərə alınır: Klinik simptomatika Pasiyentin yaşı Kiçik çanaq orqanlarının yanaşı xəstəlikləri və ümumi xarakterli pozuntular. Orqanizmdə hormonal və metabolik pozuntuların səviyyəsi. Kistaların ölçüləri böyük olmazsa, gedişat simtomsuz olur və ya zəif ifadə edilir. Bu zaman medikamentoz terapiyaya ehtiyac yoxdur və 1-2 menstrual tsikl müddətində kistalar USM-lə təqib edilir. Burada məqsəd kistaların struktur dəyişikliyi və ya böyüklüyünü vaxtında diaqnostika etməkdir. Onların öz-özünə sağalması ya mayenin reabsorbsiyası (geriyə sourulması) və ya kapsulanın tamlığının pozulması, möhtəviyyatın xaric olunması və sonrakı reqress yolu ilə baş verə bilər. İkinci halda zəif çanaq ağrılarının əmələ glməsinə baxmayaraq, cərrahi müdaxilə tələb olunmur. 2-3 menstrual tsikl müddətində pozitiv dəyişikliklər qeydə alınmazsa yumurtalıqların funksional kistalarının hormonal kontraseptivlər vasitəsilə müalicə edirlər. Oral və ya vaginal hormonal vasitələrin təyinatı da mümkündür. Hormonal terapiya 2-3 ay müddətində aparılır. Konservativ müalicə effekt verməzsə, cərrahi müdaxilə tövsiyə edilir. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Опубликовано: 14.07.2018

Katarakta
 hekimtap.az

Katarakta

Katarakta nədir? Katarakta qüzeyli qişa və bəbəyin arxasında yerləşən büllurun şəffaflığının qismən və ya tamamilə pozulmasıdır. Katarakta büllurun bulanması olub, görmə itiliyinin düşməsi və görmənin dumanlanması ilə müşayiət olunur. Büllur fotoaparat obyektivinə bənzəyir. Gənc yaşlarda o, tamamilə şəffaf və elastik olub, işıq şüalarının gözün daxilinə düşməsinə və ani olaraq yaxın və uzaq əşyaların fokuslaşmasını təmin edir. Yaş keçdikcə büllur tədricən bulanmağa və fokuslaşma qabiliyyətini itirməyə başlayır.  Katarakta korluq və zəifgörmənin dünyada birinci səbəbidir. 40 yaşından yuxarı hər altı nəfərdən birində büllurun bulanmasının ilkin əlamətləri qeyd olunur, 80 yaşınadək isə katarakta praktiki olaraq hər kəsdə müşahidə edilir. Kataraktanın simtomları Görmənin tədricən pisləşməsi ağır hallarda büllur şəffaflığını tamamilə itirir və korluğa səbəb olur. Müxtəlif pasiyentlərdə xəstəliyin simtomları bulanıqlığın lokalizasiyası ilə fərqlənir. Oftalmoloqlar katarktanı nüvə, kortikal və subkapsulyar formalara ayırd edirlər. Eləcə də kataraktanın - başlanğıc, yetişməmiş, yetişmiş və çox yetişmiş mərhələləri var. Kataraktanın əsas simtomları: Görmə itliyinin korluğa qədər tədricən zəifləməsi; Görmənin dumanlanması; Əşyaların yayılmış görünməsi; Rənglərin kontrast və parlaqlığının enməsi; Yaxından və uzaqdan görmənin pisləşməsi; Bəzən yaxından görmənin müvəqqəti yaxşılaşması; Parlaq işıq mənbələrinin ətrafında oreolaların əmələ gəlməsi; Bəbəyin rənginin dəyişməsi; Özünüzdə bu simptomların bir neçəsini müşahidə edirsinizsə, mütləq oftalmoloji müayinədən keçin. Kataraktanın yaranma səbəbləri Orqanizmin qocalması; Ultrabənövşəyi şüalanma; Pis ekologiya; Siqaret çəkmə; Akoholdan sui-istifadə; Qeyri-düzgün qidalanma, piylənmə və hipodinamiya; Hipertoniya xəstəliyi və şəkərli diabet; Kortikosteroid və statinlərin uzunmüddətli qəbulu; İrsi xəstəliklər; Hamiləlik vaxtı keçirilmiş infeksiyalar; Göz xəstəlikləri - uveitlər, iridotsiklitlər, qlaukoma, yüksək miopiya; Keçirilmiş göz əməliyyatları və gözün travması; İşıq və istinin təsiri. Kataraktanın diaqnostikası Diaqnostika çətinlik yaratmır, xüsusi biomikroskop vasitəsilə aparılır. Kataraktanın müalicəsi Yeganə müalicə üsulu mikrocərrahi əməliyyat vasitəsilə bulanmış büllurun süni intraokulyar linza ilə əvəz olunmasıdır. Bu, təbabətdə ən effektiv və təhlükəsiz əməliyyatlardan biri hesab olunur.  Hal-hazırda kataraktanın müalicəsində “qızıl standart”  fakoemulsifikasiya üsuludur. Bu zaman ultrasəs vasitəsilə bulanıq büllur kiçik hissələrə parçalanaraq  mikrodəlik vasitəsilə gözdən xaric edilir və onun yerinə süni linza implant olunur. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Опубликовано: 14.07.2018

Uşaqlarda “Koksaki” virusu
 hekimtap.az

Uşaqlarda “Koksaki” virusu

Koksaki virusu nədir? Uşaq infeksiyaları çoxlu sayda mikroorqanizmlər tərəfindən törədilir. Onlardan biri də “Koksaki” virusudur. Bu, çox yoluxucu RNT-virus olub, mədənin turş mühitində inkişaf edir. Lakin “Koksaki” virusu təkcə insanın mədə-bağırsaq traktını deyil, demək olar ki, istənilən digər orqan və toxumaları da zədələyə bilir. Daha çox sinir sisteminə zərər yetirir. Lakin infeksiyanın ən çoxt rast gəlinən əlamətləri – diareya, ümumi intaksikasiya, spesifik səpgidir. Xəstəlik adətən, xoşxassəli gedişata malik olsa da, bəzi hallarda təhlükəli ağırlaşmalara gətirib çıxarır.  “Koksaki” virusunun növləri “Koksaki” virusunun 30-a yaxın növü var. Lakin parazitləşmə üsuluna görə onlar 2 növə bölünür: Geniş yayılmış növlərin çoxunu A tipinə aid edirlər. Onların lokalizasiyası  - selikli qişa və dəridir. Əgər uşaq virusun məhz bu serotipinə yoluxmuşsa, xəstəlik özünü herpangina, seroz meningit, vezkulyar stomatit, kəskin hemorragik konyunktivit formasında büruzə verə bilər. B tipli bütün viruslar patogendir. Onlar plevranı, ürəyi, mədəaltı vəzini, xüsusən də qaraciyəri zədələyir.   “Koksaki” virusunun əlamətləri Yoluxma anından adətən, on gün keçir. Bəzi hallarda inkubasiya dövrü sürətlə - 2 gün ərzində başa çatır. Xəstəlik 39 dərəcə və daha çox qızdırma, ürəkbulanma, hətta qusma ilə müşayiət olunur. Baş ağrı, dilin üzərində ağımtıl ərp əmələ gələ bilər. Limfatik düyünlər böyüyür, ürək döyüntüsü artır, qaraciyər və dalaqda böyümə müşahidə edilir. Pəncə, ovuc, əl barmaqları, ağız kənarlarında göynəmə verən səpgilər əmələ gəlir.     “Koksaki” virusunun müalicəsi Əgər xəstəlik ağırlaşmasız gedişata malik olarsa, bu halda onu kəskin respirator virus infeksiyası kimi müalicə edirlər. Patogenetik və simtomatik terapiya aparılır: Uşağın hərarəti çox yüksəkdirsə, hərarətsalıcı vasitələrdən – İbuprofen, Parasetamol, İbufen- istifadə olunur; İmmuniteti gücləndirmək üçün immunomodulyatorların (interferon və ya immunoqlubulin) qəbulu göstərişdir; Orqanizm güclü intoksikasiyadan əziyyət çəkərsə, sorbent qəbulu (aktivləşdirilmiş kömür, enterosgel); Hərarət yüksəkliyi, diareya və digər hallarda orqanizm susuzlaşır, ona görə də uşağa çox miqdarda maye vermək lazımdır; Əgər ağızda səpgilər və kiçik yaralar əmələ gələrsə, onların işlənməsi üçün xüsusi preaparatlardan istifadə edilir; Güclü göynəmə zamanı antihistamin preparatlar təyin olunur. İnfeksiyanın ev şəraitində müalicəsi zamanı uşağın vəziyyətini ciddi nəzarət altında saxlamaq lazımdır. İnfeksiya ağır gedişata malik olarsa, təcili hospitallaşdırma tələb olunur. “Koksaki” virusunun ağırlaşmaları “Koksaki” virusunun gedişatı adətən, ağırlaşmasız keçir. Lakin bəzi hallarda xəstəlik ağır fəsadar verə bilər. Onlarda ən ağırları aşağıdakılardır: Meningit; Ensefalit; İflic; Ürək çatışmazlığı; İnsulin asıllıqlı diabet. Valideynlərin bunu bilmələri vacibdir: Xəstəni digər sağlam uşaqlardan və böyüklərdən təcrid etmək lazımdır. Məsləhətdir ki, izolyasiya 1-1.5 həftə davam etsin.  Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Опубликовано: 14.07.2018

Miopiya
 hekimtap.az

Miopiya

Miopiya – ümumi məlumat Miopiya gözün torlu qişasının qarşısında təsvirin fokuslaşması və uzaq məsafələrə görmə səviyyəsinin aşağı düşməsi ilə xarakterizə olunan görmə defektidir. Müasir dövrdə ən çox yayılmış görmə patologiyalarından biri hesab olunur. Kompüter texnologiyaları və televiziyanın sürətlə inkişaf etdiyi bir zamanda görmə orqanlarına düşən təzyiq də artır. Axı təbiət gözlərimizi  əşyaların yaxından deyil, uzaq məsafələrdə görmək üçün yaradıb. Belə yüklənmənin nəticəsində planetimzin əhalisi arasında miopiya hər üç nəfərdən birində rast gəlinir. Miopiya zamanı göz almacığının uzanması və ya gözün buynuz qişasının  sındırma qüvvəsinin artması müşahidə edilir. Göz almacığının əhəmiyyətli dərəcədə uzanması nəticəsində orada toxumaların struktur dəyişikliyi ilə səciyyələnən distrofik dəyişikliklər başlayır.   Miopiyanın yaranma səbələri Miopiyanın inkişafında irsi faktorun böyük rolu vardır. Statistikaya görə, bu xəstəlikdən əziyyət çəkən uşaqların 50%-inin valideynlərinidə eyni refraksiya patologiyası müşahidə edilir və valideynləri bu patologiyadan əziyyət çəkməyən uşaqların yalnız 8%-inə miopiya diaqnozu qoyulur. İrsi səbəblər göz qişasının yaranma strukturunda əhəmiyyətli rol oynayan kollagen zülalının sintez anomaliyaları ilə şərtləndirilir.      Göz yüklənmələrinin artması, məsələn, kifayət qədər işıqlanma olmadıqda hansısa obyektə yaxın məsafədən baxdıqda, düzgün olamayan pozalarda yazı və ya oxu və s. miopiyanın inkişafına səbəb ola bilər.     Miopiyanın yaranmasında və inkişafında görməni korreksiya etmək məqsədilə eynək və ya linzaların yanlış seçilməsi böyük əhəmiyyət kəsb edir. Bunun sayəsində göz əzələlərinin əlavə yüklənməsi baş verir ki, bu da miopiya, bəzən isə çəpgözlüyə gətirib çıxarır. Miopiyanın digər səbəblərinə aiddir: büllurun sklerozu (adətən, yaşlı adamlarda rast gəlinir), travma nəticəsində büllurun sürüşməsi, buynuz qişanın transformasiyası.  Miopiyanın simptomları Miopiyanın əsas simptomu uzaqda yerləşən obyektlərin  təsvirlərini yayılmış şəkildə görmək, yaxınlaşdırdıqda və ya gözü qıydıqda onların aydın görünməsidir.    Bəzən miopiya astiqmatizimlə müşayiət olunur. Bu xəstəlik zamanı tez-tez baş ağrısı, təsvirin ikiləşməsi və dəqiq olmaması, gözlərdə yorğunluq və ağrı qeydə alınır. Miopiyanın diaqnostikası Xəstəliyi uğurla müalicə və korreksiya etmək üçün oftalmoloji və instrumental müayinələrdən keçmək vacibdir. Bu zaman həkim görmənin dəqiqliyini müəyyənləşdirir, USM vasitəsilə göz almacığının uzunluğunu ölçür, göz dibini  müayinədən keçirir, bəbəklərin refraktometriyasını aparır. Zərurət yaranarsa, əlavə müayinələr təyin oluna bilər.    Miopiyanın müalicəsi Miopiyanın müalicəsində fokuslanmanı inkişaf etdirmək üçün xüsusi göz hərəkətlərindən istifadə edilir, həmçinin, torlu qişanın qan dövranı və maddələr mübadiləsini yaxşılaşdıran dərman preparatları təyin olunur. Bəzi fizioterapiya metodları ilə torlu qişanın fəaliyyəti yaxşılaşdırılır. Miopiyanın müalicəsində pozulmuş görmə funksiyasının korreksiya olunmasına xüsusi diqqət yetirilir. Bunun üçün xəstəyə eynək və ya kontakt linzalar seçilir. Nəzərinizdə saxlayın ki, bunu yalnız oftalmoloq və ya optometrist lazımi qaydada həyata keçirə bilər.      Bir çox həkimlər akkomodasiya effektini aradan qaldırmaq üçün pasiyentlərinə eynək və linzalrın dəyişərək istifadəsini tövsiyə edirlər. Bu zaman gözün buynuz qişasının vəzyiyyəti dəyişir, gərginlik götürülür. Müasir dövrdə miopiyanın korreksiyası üçün, əsasən, hidrogel və ya silikonhidrogellərdən hazırlanan yumşaq linzalar tətbiq olunur. Onlar vasitəsilə görmənin yüksək dəqiqliyi, rahatlığı və təhlükəsiz daşınması təmin edilir.     Miopiya zamanı refraksiya pozuntularının düzəldilməsi cərrahi metodla da aradan qaldırıla bilər. Cərrahi üsulla miopiyanın irəliləməsinin qarşısını almaq və patologiyanı dayandırmaq mümkündür. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Опубликовано: 13.07.2018

Uşaqlarda əqli gerilik (oliqofreniya)
 hekimtap.az

Uşaqlarda əqli gerilik (oliqofreniya)

Əqli gerilik psixikanın ləngiməsi və ya qismən ləngiməsidir. Adətən üç yaşlı uşaqlarda rast gəlinir, bəzən erkən məktəb yaşlarında da əmələ gəlir. Uşaqlarda əqli geriliyin səbəbləri Əqli geriliyin yaranmasının bir çox səbəbləri mövcuddur, lakin onların hamısının yaranma səbəbləri sonadək məlum deyil. Əqli geriliyin inkişafına təsir göstərən faktorları iki qrupa ayırırlar: ekzogen (xarici) və endogen (daxili). Onlar dölün ana bətnində inkişafı dövründə və körpənin həyatının ilk aylarında və ya illərində təsir göstərə bilər. İnkişafın kəskin pozuntusuna səbəb olan bir çox faktorlar var. Onlardan ən geniş yayılmışları aşağıdakılardır: Qadının hamiləlik dövründə keçirdiyi ağır infeksion xəstəliklər - qızılca, skarlatina, qrip və s. Metabolizmatik xəstəliklər, məsələn, trioid stimullaşdırıcı hormonun aşağı olması (TSH); Zərbə nəticəsində dölün travmatik zədələnməsi. Əqli zəiflik doğuş zamanı yaranan travmalar nəticəsində yarana bilər; Uşaqlarda əqli geriliyin simptomları  Əqli geriliyin əsas əlaməti uşağın intellektinin aşağı olmasıdır. İntellektin aşağı düşmə dərəcəsindən asılı olaraq, əqli gerilik yüngül, orta və ağır formalara bölünür. Əqli geriliyin yüngül formasında (digər adı debillik) xəstənin İQ göstəricisi 50-69 arasında dəyişir. Belə uşaqların xarici görkəmi başqa uşaqlardan heç nə ilə fərqlənmir. Onlar, əsasən, təhsildə çətinlik çəkirlər, belə ki, diqqətləri yayınıq olur. Buna baxmayaraq, əqli geriliyi yüngül olan uşaqların yaddaşları kifayət qədər dəqiq və yqxşıdır.   Əqli geriliyin orta formasında (digər adı imbisillik) İQ 35-49 arasında dəyişir. Bu cür uşaqlar bağlılıq hiss edir, cəza və tərifi ayırd edə bilirlər. Onları elementar özünəqulluq vərdişlərinə alışdırmaq, yazı yazmaq, oxumaq, yüngül hesablama qaydalarını mənimsətmək mümkündür. Əqli geriliyin ağır forması (idiotiya) – belə uşaqların İQ-sü 34-dən aşağıdır. Belə pasiyentlərə nəyi isə öyrətmək mümkün deyil. Onlar danışa bilmir, hərəkətləri yöndəmsiz olur. Emosiyaları narazılıq və məmnunluq hissləri ilə məhdudlaşır. Əqli geriliyin bu formasından əziyyət çəkən uşaqların daimi nəzarətə ehtiyacları var və onlar xüsusi müəssisələrə yerləşdirilirlər. Uşaqlarda əqli geriliyin diaqnostikası Əqli geriliyin diaqnostikası İQ səviyyəsinin yoxlanması vasitəsilə aparılır. Bu xəstəliyi əksər hallarda, uşağın erkən yaşlarında aşkara çıxarmaq olur. Genetik səbəblərdən yaranan əqli gerilik ana bətnində özünü göstərir (məsələn, Daun sindromu). Bunu müəyyənləşdirmək üçün hamiləliyin ilk aylarında skrininq müayinəsi aparılır. Bunun köməkliyi  ana hamiləliyi saxlamaq və ya dayandırmaq barəsində qərar verir. Əqli geriliyin elə formaları var ki, onlar körpədə müəyyən sistemin inkişafdan qalması fonunda yaranır. Bu qrupda ən geniş yayılmış xəstəlik fenilketonuriyadır.  Fenilketonuriya ilə doğulmuş uşaqlar sağlam uşaqlardan fərqlənmirlər. Lakin doğulduqdan bir neçə ay sonra onlar süstləşir, dərilərində səpgilər əmələ gəlir, xoşagəlməz spesifik iyi olan izafi tərləmə müşahidə edilir. Müalicə uşağın 3 aylığınadək aparılarsa, intellekti qoruyub saxlamaq mümkündür. Ona görə də erkən körpəlik dövründə müntəzəm olaraq, pediatrın müayinəsindən keçmək lazımdır. Əgər müayinə zamanı pediatr əqli gerilikdən şübhələnərsə, o, uşağı nevroloqa yönəldir. Sidiyin və qanın analizi, bəzən isə ensefaloqrama təyin edilir. Böyük yaşlı uşaqlara uşaq psixopedaqoq, psixoloq və ya psixiatrın konsultasiyası tövsiyə olunur. Əqli geriliyin səbəbini müəyyənləşdirmək məqsədilə DNT analizi də təyin edilə bilər.     Uşaqlarda əqli geriliyin müalicəsi Uşaqlarda əqli geriliyin müalicəsi üçün bir çox preparatlar mövcuddur. Münasib preparatı yalnız müalicə həkimi təyin edə bilər. Xəstəliyin yaranma səbəbindən asılı olaraq, yod preparatları, hormonlar (əgər xəstəlik qalxanvari vəzinin xəstəliyi tərəfindən törədilərsə) təyin olunur. Fenilketonuriya zamanı xüsusi qida rejimi kifayət edir, onu pediatr təyin edir. Əqli geriliyin korreksiyası üçün həkimlər çox vaxt nootroplar tətbiq edir. Nootrop preparatlar beyin toxumasında maddələr mübadiləsini yaxşılaşdırmaq üçün tətbiq olunur. Əqli geriliyin müalicəsi kompleks yanaşma tələb edir. Medikamentoz müalicə fərdi yanaşma ilə müşayiət edilməli, buraya psixoloq və loqopedlər cəlb olunmalıdır. Bütün bunlar uşağın cəmiyyətə adaptasiya olunmasına kömək edəcək.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Опубликовано: 13.07.2018

Uşaqlarda gərginlik baş ağrıları hekimtap.az

Uşaqlarda gərginlik baş ağrıları

Uşaqlarda gərginlik baş ağrıları nədir? Gərginlik baş ağrıları dedikdə, kəllə sümüyü nahiyəsində ikitərəfli və tədricən bütün başı əhatə edən ağrılar nəzərdə tutulur. Bəzən bu ağrılar boyun və çiyinə də yayıla bilir. Halqavari “sıxılma” hissi – uşaqlarda gərginlik baş ağrısının simtomlarından biridir.    Qeyri-medikamentoz profilaktika və müalicə metodları ilə yanaşı, həkimlər balaca pasiyentlərə sakitləşdirici vasitələr təyin edirlər. Onların vasitəsilə emosional fon normallaşdırılır, stress, qorxu, təşviş və yuxusuzluq kimi əlamətlər aradan qaldırılır. Belə ki, bütün bunlar gərginlik baş ağrıları yaradan faktorlardır.  Orqanizmi stress faktorlarından qoruyan kompensator-müdafiə mexanizmini qaydaya salmaq üçün  həkim yumşaq sakitləşdirici xassəyə malik dərman preparatı təyin edə bilər.  Uşaqlarda gərginlik baş ağrılarının əlamətləri Gərginlik baş ağrılarının əlamətləri aşağıdakılardır: Ağrı kiçik intensivliklə özünü büruzə verir və adətən, yarım saat, lakin bir neçə gün də (bir həftəyədək) davam edə bilir. Gərginlik baş ağrıları əksər hallarda günüz vaxtları yaranır. Bir qayda olaraq, ağrılar fiziki yüklənmələr nəticəsində güclənmir, lakin başa kiçik toxunuş zamanı artır. Əgər tutmalar 30 gün ərzində 15 dəfədən çox müşahidə edilərsə, xroniki gərginlik baş ağrısı diaqnozu qoyulur. Uşaqlarda gərginlik baş ağrılarının səbəbləri Gərginlik baş ağrılarının yaranma mexanizmləri sonadək öyrənilməyib, lakin həkimlər ağrı yaradan bəzi səbəbləri müəyyənləşdiriblər: Psixososial streslər (təşvişin artması, depressiyalar); Əzələlərin izafi gərginliyi (məsələn, boyun, göz əzələlərinin gərginləşməsi); Aqressiv dərman preparatlarının uzunmüddətli qəbulu (analgetiklər, antidepressantlar və s.). Mütəxəssislər, həmçinin, irsi fatoru da qeyd edirlər – gərginlik baş ağrıları daim baş ağrılarından, məsələn, miqrendən əziyyət çəkən anaların uşaqlarında daha çox müşahidə edilir. Uşaqlarda gərginlik baş ağrılarının diaqnostikası Diaqnoz hərtərəfli müayinədən sonra qoyulur. Nevropatoloq uşağı müayinə edir, baş palpasiya olunur və ağrının xarakteri  - davam etmə müddəti, intensivliyi, periodikliyii müəyyənləşdirilir. Valideynlərə bu epizodları qeydə almaq tövsiyə edilir. Ağrı hissinin digər xəstəliklərlə (məsələn, şiş, hormonal pozuntu və s.) və ya travmalarla əlaqədar olub-olmadığını müəyyənləşdirmək vacibdir. Bu məqsədlə balaca pasiyentə analizlər və instrumental müayinələr (USM, MRT və s.) təyin edilə bilər.   Uşaqlarda gərginlik baş ağrılarının müalicəsi Gərginlik baş ağrılarının müalicəsi fərdi qaydada aparılır və kifayət qədər vaxt tələb edir (səbəbindən asılı olaraq terapiya bir neçə ayadək davam edə bilər). Müsbət nəticə almaq üçün kompleks yanaşma – medikamentoz, massajlar, fiziki yüklənmələr – həyata keçirilir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Опубликовано: 13.07.2018

Skolioz
 hekimtap.az

Skolioz

Skolioz nədir? Skolioz xüsusən, üşaqlarda görülən onurğa sütunun deformatik əyriliyidir. Latınca “skoliosi” kəlməsindən əmələ gəlir mənası “əyri” deməktir. Uşaqlarda kosmetik problemlərdən ziyadə, əyrilik dərəcələrində nəfəs alma sıxıntısı və ağrı simptomlar ortaya çıxır. Skolioz diaqnozu necə qoyulur? Skolioz xəstələri  adətən, valideynlərin təsadüfən görməsi ilə həkimə gətirilir. Həkim müayinəsində rahatlıqla diaqnoz qoyulur. Skolioz  diaqnozunda ilk öncə rentgen filmləri istənir, bu bizə skoliozun dərəcəsi ve yeri haqqında məlumat verir. Skolioz başqa bir xəstəliklə birlikdə olduqda və ya iləri bucaqlı skoliyozlarda Kompyuter Tomoqrafiya(KT) və / vəya Maqnetik Rezonans (MR) istənilə bilinir. Skolioz müalicəsi necə aparılır? Skoliozun əyrilik bucaqları Cobb Bucaqları ilə ölçülür və 45 dərəcənin üstündə cərrahi müdaxilə şərtdir. Bu bucağın aşağı olduğu durumlarda konservativ müalicə metodlarına müraciət edilir. Konservativ olaraq Fizioterapiya, idman ve ya Korsetləri göstərə bilərik. Ancaq unutmaq olmaz ki,  saydığımız konservativ metodlar təəssüf ki, xəstənin yaşından, inkişaf dərəcəsindən çox asılı olub, istifadə yerləri məhduddur. Ağlımızda qalmalıdır: Skolioz diaqnozu və müalicəsi peşəkar həkimlər tərəfindən  edilməlidir; Skoliozun cərrahi müalicəsi uşaq yaşda olan xəstələri hərəkətlərini məhdudlaşdırmaz tam tərsi, daha yaxşı uyğunlaşması üçün edilir; Uşaqlarda skoliozdan şüphələndikdə onurğa sahəsində uzman həkimlərə müraciət etməyiniz tövsiyə edilir. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Опубликовано: 13.07.2018

Spinner