Uşaqlarda gərginlik baş ağrıları hekimtap.az

Uşaqlarda gərginlik baş ağrıları

5407
Автор: Nevroloq Jalə Qarayeva , Əlaqə: 050 363-10-02

Опубликовано: 13.07.2018
Жаля Караева

Uşaqlarda gərginlik baş ağrıları nədir?

Gərginlik baş ağrıları dedikdə, kəllə sümüyü nahiyəsində ikitərəfli və tədricən bütün başı əhatə edən ağrılar nəzərdə tutulur. Bəzən bu ağrılar boyun və çiyinə də yayıla bilir.

Halqavari “sıxılma” hissi – uşaqlarda gərginlik baş ağrısının simtomlarından biridir.   

Qeyri-medikamentoz profilaktika və müalicə metodları ilə yanaşı, həkimlər balaca pasiyentlərə sakitləşdirici vasitələr təyin edirlər. Onların vasitəsilə emosional fon normallaşdırılır, stress, qorxu, təşviş və yuxusuzluq kimi əlamətlər aradan qaldırılır. Belə ki, bütün bunlar gərginlik baş ağrıları yaradan faktorlardır. 

Orqanizmi stress faktorlarından qoruyan kompensator-müdafiə mexanizmini qaydaya salmaq üçün  həkim yumşaq sakitləşdirici xassəyə malik dərman preparatı təyin edə bilər. 

Uşaqlarda gərginlik baş ağrılarının əlamətləri

Gərginlik baş ağrılarının əlamətləri aşağıdakılardır:

  • Ağrı kiçik intensivliklə özünü büruzə verir və adətən, yarım saat, lakin bir neçə gün də (bir həftəyədək) davam edə bilir.
  • Gərginlik baş ağrıları əksər hallarda günüz vaxtları yaranır. Bir qayda olaraq, ağrılar fiziki yüklənmələr nəticəsində güclənmir, lakin başa kiçik toxunuş zamanı artır.

Əgər tutmalar 30 gün ərzində 15 dəfədən çox müşahidə edilərsə, xroniki gərginlik baş ağrısı diaqnozu qoyulur.

Uşaqlarda gərginlik baş ağrılarının səbəbləri

Gərginlik baş ağrılarının yaranma mexanizmləri sonadək öyrənilməyib, lakin həkimlər ağrı yaradan bəzi səbəbləri müəyyənləşdiriblər:

  • Psixososial streslər (təşvişin artması, depressiyalar);
  • Əzələlərin izafi gərginliyi (məsələn, boyun, göz əzələlərinin gərginləşməsi);
  • Aqressiv dərman preparatlarının uzunmüddətli qəbulu (analgetiklər, antidepressantlar və s.).

Mütəxəssislər, həmçinin, irsi fatoru da qeyd edirlər – gərginlik baş ağrıları daim baş ağrılarından, məsələn, miqrendən əziyyət çəkən anaların uşaqlarında daha çox müşahidə edilir.

Uşaqlarda gərginlik baş ağrılarının diaqnostikası

Diaqnoz hərtərəfli müayinədən sonra qoyulur. Nevropatoloq uşağı müayinə edir, baş palpasiya olunur və ağrının xarakteri  - davam etmə müddəti, intensivliyi, periodikliyii müəyyənləşdirilir. Valideynlərə bu epizodları qeydə almaq tövsiyə edilir.

Ağrı hissinin digər xəstəliklərlə (məsələn, şiş, hormonal pozuntu və s.) və ya travmalarla əlaqədar olub-olmadığını müəyyənləşdirmək vacibdir. Bu məqsədlə balaca pasiyentə analizlər və instrumental müayinələr (USM, MRT və s.) təyin edilə bilər.  

Uşaqlarda gərginlik baş ağrılarının müalicəsi

Gərginlik baş ağrılarının müalicəsi fərdi qaydada aparılır və kifayət qədər vaxt tələb edir (səbəbindən asılı olaraq terapiya bir neçə ayadək davam edə bilər). Müsbət nəticə almaq üçün kompleks yanaşma – medikamentoz, massajlar, fiziki yüklənmələr – həyata keçirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az