Pnevmoniya
 hekimtap.az

Pnevmoniya

Pnevmoniya nədir? Pnevmoniya – aşağı tənəffüs yollarının müxtəlif etiologiyalı iltihabı olub, alveoldaxili ekssudasiyası ilə yanaşı inkişaf edir və xarakterik kliniko-rengenoloji əlamətlərlə müşayiət edilir. Kəskin pnevmoniya 1000 nəfərdən 10-14-də, 50 yaşdan yuxarı adamların 1000-dən 17-də rast gəlinir. Yeni antimikrob preparatların tətbiqinə baxmayaraq, kəskin pnevmoniya və onun naticəsində yaranan ağırlaşmalar, hətta ölüm halları aktual olaraq qalır.   Pnevmoniya ölüm hallarına səbəb olan xəstəliklər arasında ürək-damar, xərçəng xəstəlikləri, travmatizm və zəhərlənmələrdən sonra dördüncü yeri tutur. Pnevmoniya ürək çatışmazlığı, onkoloji xəstəliklər, beyin qan dövranı pozuntuları ilə yanaşı inkişaf edərək bu xəstəliklərin gedişatını ağırlaşdıra bilər. AİDS xəstəliyi olan pasiyentlərdə pnevmoniya ölüm hallarına səbəb olan əsas səbəblərdən biridir.     Pnevmoniyanın yaranma səbəbləri Pnevmoniya səbəbləri arasında birinci yeri bakterial infeksiyalar tutur. Pnevmoniyaların törədiciləri, əsasən, aşağıdakılardır: Qrammüsbət orqanizmlər:Pnevmokokklar (40-60 %), stafilokokklar (2-5%), streptokokklar (2,5 %); Qrammənfi mikroorqanizmlər;Fridlender çöpü (3-8%), hemofil çöp (7%), enterobakteriyalar (6%), bağırsaq çöpü, legionella və s. (1,5 – 4,5 %); Mikoplazmalar(6%); Virus infeksiyaları (herpes virusları, qrip və paraqrip, adenoviruslar və s.) Göbələk infeksiyaları. Pnevmoniya, həmçinin, infeksional faktorların nəticəsində  inkişaf edə bilər: döş qəfəsi travmaları, ionlaşmış şüalanma, toksiki maddələr, allegik agentlər.   Pnevmoniyanın diaqnostikası Pnevmoniaynın diaqnostikası zamanı paralel olaraq bir neçə məqama aydınlıq gətirilir: iltihabın digər ağciyər prosesləri ilə differinsial diaqnostikası, etiologiyanın və ağırlıq dərəcəsinin (ağırlaşmaların) müəyyənləşdirilməsi. Pnevmoniyadan simtomatik əlamətlər əsasında şübhələnmək lazımdır. Buraya aiddir: qızdırmanın sürətlə qalxması, intoksikasiya və öskürək. Fizikal müayinə zamanı ağciyər toxumasının bərkiməsi müəyyənləşdirilir. Plevral səthin exokardioqrafiya və USM-i ilə bəzən plevraya mayenin yığılma dərəcəsini müəyyənləşdirirlər.  Bir qayda olaraq, pnevmoniya diaqnozu ağciyərlərin rentgenoqrafiyasından sonra təsdiqlənir. Pnevmoniyaların bütün növlərində proses ağciyərin aşağı nahiyələrini əhatə edir.        Pnevmoniyanın müalicəsi Pnevmoniyadan əziyyət çəkən pasiyenrləri bir qayda olaraq, ümumi terapevtik və ya pulmonologiya şöbəsinə yerləşdirilər. Qızdırma və intoksikasiya dövründə yataq rejimi təyin edilir, çoxlu miqdarda ilıq maye içmək, yüksək kaloririli, vitaminlərlə zəngin qidalanma tövsiyə olunur. Tənəffüs çatımazlığının ifadə olunmuş hallarında oksigen inqalyasiyası təyin edilir. Pnevmoniyanın müalicəsində əsas yeri antibakterial terapiya tutur. Bu halda antibiotiklləri mümkün olan qədər erkən, törədici aşkara çıxarılmamış, təyin etmək lazımdır. Antibiotik seçimini həkim etməlidir. Özünümüalicə qəti yolverilməzdir! Pnevmoniyalarda dezintoksikasiya terapiyası, immunostimulyasiya, hərarət salan, bəlgəmgətirici, mukolitik, antihistamin vasitələr təyin olunur. Pnevmoniya terapiyası pasiyentin tam sağalmasınadək aparılır.               Pnevmoniyanın profilaktikası Pnevmoniyanın inkişafının qarşısını almaq üçün bu tədirlər həaya keçirilir: orqanizmin möhkəmləndirilməsi, immunitetin dəstəklənməsi, soyuqdəymə faktorunun istisna olunması, pis vərdişlərin tərgidilməsi. Zəifləmiş pasiyentlər üçün profilaktika məqsədilə nəfəs və müalicə gimnastikası, massaj və s. məqsədəuyğundur.    © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Опубликовано: 11.07.2018

Uveit hekimtap.az

Uveit

Uveit nədir? Uveit göz almasının damarlı qişasının iltihabı ilə xarakterizə olunan xəstəliyin ümumi adıdır. Yunan sözü olan “uvea” – “üzüm salxımı” mənasını verir, belə ki, gözün damarlı qişasının xarici görkəmi üzüm salxımını xatırladır. Damarlı qişa sklera və torlu qişa arasında yerləşir. O, əsasən, gözləri qanla təchiz edən damarlardan ibarətdir.  Damarlı qişanın  ön görünən hissəsi qüzeyli qişa, orta hissəsi siliar (kirpikli) cism, arxa hissəsi damarlı qişanın əsası və ya xorioideyadır. Bu toxumalar uveal traktı təşkil edir.     Uveitin c Uveit – damarlı qişanın geniş yayılmış xəstəliyidir.   Bu xəstəliyin ofatalmologiyada rastgəlmə tezliyi 5-7%-dir. Əsasən, damarlı qişanın ön şöbələrində yaranan iltihab ön uveit adlanır. O, qüzeyli qişa və siliar cismi zədələyir. İltihabi ocaq uveal traktın arxa şöbələrində yaranarsa, arxa uveit əmələ gəlir. Bu zaman xoriodeya, torlu qişa və görmə siniri zədələnir. Bəzi hallarda uveitin inkişafına səbəb infeksion (toksoplazmoz, xlamidioz, sifilis, vərəm, brusselioz və s.) və virus xəstəlikləri (sitomeqalovirus, herpes virusu və s.), həmçinin, göbələk və parazitlər səbəb olur. Eləcə də uveitlər sistem xəstəliklər (revmatizm, revmatoid artrit, Bexterev xəstəliyi, Reyter sindromu və s.) tərəfindən törədilə bilər. Gözlərin travması da tez-tez uveitlə müşayiət olunur. Bəzi hallarda isə uveit traktı iltihabının səbəbi naməlum qalır.               Uveitin simptomları İltihab ocağının yerləşmə nahiyəsindən, orqanizmin müqavimətindən və infeksiyanın aqressivliyindən asılı olaraq, uveitin simtomları özünü müxtəlif cür göstərə bilər. Bu faktorların birləşməsi nəticəsində ön uveitin əlamətləri müəyyən ardıcıllıqla inkişaf edir: göz önündə seyrək “duman”, gözdə ağırlıq hissi, görmənin əhəmiyyətli dərəcədə aşağı düşməsi, gözün qızarması, ensiz, işığa reaksiya verməyən bəbək, işıqdan qorxu və gözün yaşarması, göz daxili təzyiqinin qalxması ilə müşayiət olunan kəskin göz ağrısı, gözün tamamilə kor olması müşahidə edilir. Arxa uveit zamanı əlamətlər gec yaranır və zəif ifadə olunur – ağrı və göz qızartısı müşayiət olunmur. Görmə tədricən zəifləyir və bu, göz önündə “ləkənin” əmələ gəlməsi (skotoma), “duman” və ya “pərdənin” yaranması ilə özünü göstərir.     Uveitin diaqnostikası   Digər xəstəliklərdə olduğu kimi, uveiti də ilkin mərhələdə müəyyən etmək mümkündür. Müalicə nə qədər tez başlayarsa, görmə qabiliyyətinə ziyan vurmadan tam müalicəyə nail olmaq şansı bir o qədər yüksək olur.      Uveit müalicə olunmadığı təqdirdə, katarakta və ikincili qlaukoma kimi ağır xəstəlilərlə gətirib çıxara bilər. Ön uveitdə tez-tez arxa sinexiyalar və ya bəbəyin fibroz toxuma ilə örtülməsi yaranır. Arxa uveit şüşəvari cismin dayanıqlı bulanmasına, torlu qişa və ya göz sinirinin zədələnməsinə gətirib çıxara bilər. Patoloji prosesin o biri gözə də yayılması mümkündür. Uveitin müalicəsi Uveitin müalicəsilə oftalmoloq məşğul olur. Diaqnozun təsdiqlənməsi üçün gözün ön hissəsinin biomikroskopik müayinəsi, göz dibinin oftalmoskopiyası və göz strukturunun US-skanı aparılır. Uveitlərin müalicəsində çətinlik ondan ibarətdir ki, ən dəqiq müayinə aparılıdıqda belə, təxminən 30% hallarda onların əsl yaranma səbəbini müəyyənləşdirmək mümkün olmur. Ona görə də uveitlərin farmakoterapiyası ümumi patoqonik yöndə aparılaraq, özündə həm sistem, həm də yerli iltihabəleyhinə, antibakterial, damargenişləndirici, immunostimullaşdırıcı terapiya, fermentoterapiya, həmçinin, fiziomüalicəni birləşdirir.                Bütün hallarda göz damcıları, mazlar, şəklində yerli müalicə təyin edilir konyunktiva və parabular nahiyə altına inyeksiyalar yeridilir.   Bəzi hallarda yüksəlmiş gözdaxili təzyiqi aşağı salmaq üçün vasitələr (damcılar, hirudoterapiya) tələb olunur.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Опубликовано: 10.07.2018

Mastopatiya
 hekimtap.az

Mastopatiya

Mastopatiya – ümumi məlumat Mastopatiya (və ya fibroz-kistoz xəstəlik) – süd vəzisində baş verən, dishormonal patoloji psoseslərlə xarakterizə olunan xoşxassəli şiş xəstəliyidir. “Dishormonal” termini o deməkdir ki, mastopatiya süd vəzilərinin qadın orqanizminin hormonal pozuntularına reaksiyası nəticəsində yaranır. Mastopatiyanı XXI əsrin xəstəliyi andlandırırlar. Statistikaya görə, bu xəstəliyə fertillik dövrünə çatmış qadınların 30-60%-də rast gəlinir. 40 yaşdan sonra isə hər ikinci qadın bu xəstəlikdən əziyyət çəkir. Sübut olunub ki, mastopatiya xəstələrində süd vəzisinin xərçənginə 3-5 dəfə çox rast gəlinir.            Mastopatiya həmişə xərçənglə nəticələnmir,amma xərçəng həmişə mastopatiyadan başlayır. Mastopatiya – əlamətləri Mastopatiya zamanı süd vəzisinin strukturunda patoloji dəyişikliklər baş verir və aşağıdakı əlamətlər özünü büruzə verir.                Alveollar, süd axarları və birləşdirici toxumalar aktiv şəkildə artır; Süd vəzisinin toxumalarında fibroz və kistoz komponentlərin artıqlığı müşahidə edilir; Düyünlü və diffuz bərkimələr əmələ gəlir. Mastopatiyanın yaranma səbələri Mastopatiyanın inkişafında qadın cinsi hormonları – estrogenlərin metabolizminin pozuntusu vacib rol oynayır. İş orasındadır ki, qadın orqanizmindəki estrogenlər fermentlərin təsiri altında dəyişərək “yaxşı”, “pis”və ya “təhlükəli” olurlar. “Pis” estrogenlər onkogen potensiala malik olub, xoşxassəli şişin inkişafına səbəb ola bilər. “Təhlükəli” estrogenlər isə birbaşa DNT hüceyrələrini zədələyir və bu da xərcəngin yaranması ilə nəticələnir.           Sağlam qadının orqanizmi estrogenlərin düzgün metabolizmini müstəqil dəstəkləməlidir. Lakin qeyri-düzgün qidalanma, artıq çəki, siqaret çəkmək, hormonal kontraseptivlərin nəzarətsiz qəbulu, stress, ekoloji əlverişsiz mühit estrogen mübadiləsinin pozulmasına səbəb olur. Mastopatiyanın inkişafına təsir göstərən fatorlar Erkən menarxe (12 yaşadək); Gecikmiş menopauza (50-52 yaşdan sonra); Hamiləliyin süni dayandırılması; Gecikmiş ilk hamiləlik və doğuş (30 yaşdan sonra), həmçinin, doğuşun olmaması; Süd verilməsinin olmaması və ya qısamüddətli olması; 40-dan yuxarı yaş;  İonlaşmış şüalanma (radiasiya, yüksək eloktromaqnit şüalanması); Uzunmüddətli psixoloji stress; Piylənmə; Xroniki hepatit; Qalxanvari vəzinin xəstəlikləri; Qadın cinsiyyət orqanlarının xəstəlikləri; Süd vəzi xəstəlikləri; İrsi meyillilik. Mastopatiyanın əlamətləri Süd vəzilərində və ya qoltuq nahiyəsində xoşagəlməz ağrılar; Süd vəzilərində ağırlıq hissi (şişkinlik,sürtünmə); Süd vəzilərində “düyünlər”; Qoltuq nahiyələrində limfatik düyünlərin böyüməsi; Döş gilələrindən şirə axıntısı (şəffaf, bozumtul, bəzən qanlı); Gilələrin dəri örtüyündə dəyişikliklər (çatlar, dartılmalar). Mastopatiyanın müalicəsi Diffuz mastopatiyanın müalicəsi xəstəliyin əsas səbəbinin, yəni hipofiz və yumurtalıq funksiyalarının  pozuntusunu aradan qaldırılmasına yönəldilir. Əksər hallarda müalicəyə ginekoloji xəstəliklərin müalicəsindən, qaraciyər və əsəb sistemi funksiyalarının normallaşdırılmasından başlayırlar. Düyünlü mastopatiyalarda, əsasən, cərrahi müalicətətbiq olunur. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Опубликовано: 07.07.2018

Bartolinit
 hekimtap.az

Bartolinit

Bartolinit vəzisinin iltihabı ilə üzləşən qızlar və qadınlar bunun necə xoşagəməz narahatlıq yaratdığını yaxşı bilirlər. Bartolinit əlamətləri üzə çıxdıqda təhsil, iş, aktiv istirahət arxa plana keçir. Bu xəstəliyin törətdiyi problemlərin siyahısını uzatmaq da olar. Lakin yaxşısı budur ki, xəstəliyin ilə müalicəsi ilə ciddi məşğul olub, bundan canınızı birdəfəlik qurtarasınız.            Bartolinitin yaranma səbəbləri Bartoliniti bir qayda olaraq, cinsi yolla keçən infeksiyalar törədir. İltihabi proses olarsa, xəstəliyə yoluxmuş flora uretra və ya uşaqlıq yolundan bartolin vəzisinə düşür. İltihablaşmış kanal tıxaclanır və bu da qısa zamanda kistanın əmələ gəlməsinə gətirib çıxarır. Əgər dərhal müalicəyə başlanmazsa, kistanın irinləməsi absessə gətirib çıxara bilər.   Bartolinitin əlamətləri Xəstəliyin abseslə nəticələnməməsi üçün iltihabı vaxtında müəyyənləşdirmək lazımdır. Prosesin əvvəlində artıq cinsiyyət dodaqlarında dairəvi forma almış bərkimələr müşahidə olunur. Vaxt keçdikcə,  onların ölçüləri artır və ağrı verməyə başlayır. Bədən hərarətinin 38 dərəcəyə qalxması, titrətmə və ümumi halsızlıq da iltihabi prosesdən xəbər verir. Xəstəlik cinsiyyət yolları infeksiyaları tərəfindən törədildiyindən bartolinit göynəmə, qızarma və uşaqlıq yolundan axıntılarla müşayiət oluna bilər. Bartolinitin diaqnostikası Yuxarıda göstərilən simptomlar müşahidə edilərsə, ilkin mərhələdə dərhal təcrübəli ginekoloqa müraciət etmək lazımdır. Adətən iltihabı müəyyələşdimək üçün cinsiyyət orqanlarının xarici və daxili müayinəsi kifayət edir. Müayinə bərkimələri aşkara çıxarmağa və onun ağrılıq dərəcəsini müəyyənləşdirməyə şərait yaradır. Xəstəliyə səbəb olan mikroorqanizmləri müəyyənləşdirmək üçün bartolin vəzisinin sekreti müayinəyə götürülür. Həmçinin, xəstəliktörədici bakteriyaları aşkara çıxarmaq üçün uşaqlıq yolundan götürülmüş yaxma müayinə edilir. Bartolinitin müalicəsi Bartolin vəzisi kistalarının müalicəsi həm konservativ, həm də cərrahi metodlarla aparılır. Təbii ki, bir çox pasiyentlər cərrahi müdaxilədən ehtiyat edir və bunu ən son mərhələ kimi dəyərləndirirlər.    Terapiya antibiotiklərin qəbulu, dərinin yerli işlənməsi, hətta hirudoterapiya (zəli ilə müalicə) vasitəsi ilə aparıla bilər. Zərurət yaranarsa, təcrübəli ginekoloqlar pasiyenti ağrısız əməliyyat edə bilərlər. Müasir radiodalğalı və plazma cərrahiyəsi texnologiyaları prosedurları tez, dəqiq və ağırlaşmasız həyata keçirməyə imkan verir. Mövzu ilə bağlı video: © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az                

Опубликовано: 07.07.2018

Keratit – buynuz qişanın iltihabı hekimtap.az

Keratit – buynuz qişanın iltihabı

Keratit nədir? Səthi infiltratlar izsiz sorulub gedə və ya buynuz qişada yüngül bulanıqlıq saxlaya bilər. İltihabi vəziyyətlərin sakitləşməsindən sonra dərin zədələnmələr zamanı buynuz qişada müxtəlif dərəcəli çapıq dəyişiklikləri qalır, onların da sayəsində görmə funksiayaları aşağı düşür. Keratitlər zamanı buynuz qişanın vaskularizasiyası – orada damarların əmələ gəlməsi baş verir. Buynuz qişada damarların yaranması infiltratların sourulmasına müsbət təsir göstərir, kompensator, müdafiə hesab olunur, digər tərəfdən bunun sayəsində buynuz qişanın şəffaflığı azalır, belə ki, normada buynuz qişanın damarları olmur. Keratitin kliniki mənzərəsi qişa sindromu ilə xarakterizə edilir, buraya gözlərin yaşarması, işıq qorxusu, blefarospazm (göz kəsiyi qəfildən daralır, pasiyent demək olar ki, gözünü aça bilmir) aiddir. Şiddətli ağrı narahat edir, gözdə yad cismin varlığı hissi yaranır, göz almacığı qızarır.   Keratitlərin müxtəlif formalarında kliniki mənzərə yaşdan, orqanizmin ümumi vəziyyətindən, törədicinin xüsusiyyətlərindən asılı olaraq dəyişə bilər. Keratitin əlamətləri Keratitin ilkin əlamətləri aşkara çıxdıqda dərhal oftalmoloqa müraciət etmək lazımdır.  Kontakt linza daşıyıcılarında keratitə tez-tez rast gəlinir, bunu ən sadə mikroorqanizmlər – akantamyoblar törədir. Akantamyob keratit ağır gedişata malikdir, əksər hallarda hər iki gözü zədələyir, çətin müalicə olunur,  tez-tez intensiz bulanmalar qalır ki, bu da görməni əhəmiyyətli dərəcədə zəiflədir. Keratit həkimin gündəlik nəzarəti altında stasionarda müalicə edilir.  Əks halda, kobud çapıq dəyişiklikləri əmələ gələ bilər ki, bu da görməni əhəmiyyətli dərəcədə, hətta korluğa qədər aşağı sala bilər.   Keratitlərin diaqnostikası Keratitin diaqnozu və onun növü kliniki mənzərənin xüsusiyyətləri və anamnez əsasında qoyulur. Keratitin əsas müayinə metodu gözün biomikroskopiyası hesab olunur, onun vasitəsilə infiltratın ölçülərini, zədələnmənin dərinliyi və xarakterini müəyyənləşdirmək mümkündür. Müalicə taktikasını müəyyənləşdirmək baxımından baktereoloji müayinənin xüsusi rolu var. Bu zaman defektin kənarları və dərinliyindən material götürülür və müvafiq mühitdə əkilir, törədicinin növü və onun antibiotiklərə qarşı həssaslığı müəyyənləşdirilir. Keratitlərin müalicəsi Müalicə keratitin səbəbindən, buynuz qişanın zədələnmə dərinliyindən, həmçinin, xəstəliyin gedişat ağırlığından asılıdır.    Keratit zamanı dərman preparatları göz damcıları, mazlar şəklində tətbiq olunur, preparatlar konyunktiva altına inyeksiyalar şəklində daxil edilir. Həmçinin, tabletləşmiş formalar, əzələdaxili və hətta venadaxili inyeksiyalar təyin oluna bilər. Bakterial keratitlər zamanı antibiotiklər və sulfanilamid preparatlar göstərişdir. Virus keratitləri zamanı virusəleyhinə, tərkibində interferon və interferon induktorları olan preparatlarla terapiya aparılır. Herpetik keratitlər zamanı atsiklovir tərkibli damcılar, mazlar, tabletlər təyin edilir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Опубликовано: 06.07.2018

Akupunktura
 hekimtap.az

Akupunktura

Akupunktura nədir? Akupunktura – alternativ müalicə metodu olub, refleksoterapiyanın bir növüdür. Tarixi çox qədimdir. Əsası Şərqdə qoyulsa da, hazırda dünyanın bütün ölkələrində tətbiq olunur. Akupunktura dedikdə, bədəndəki bioloji aktiv nöqtələrə iynə batırmaqla müalicəvi effekt almaq başa düşülür. Bu bioloji nöqtələr xaotik olmayıb, meridianlar boyunca yerləşir və orqanizmin Çi enerjisi bu meridianlar boyunca hərəkət edir. 12 qoşa və 2 tək meridian mövcuddur və hər bir orqanının öz meridianı var. Məsələn, ürək meridianı əlin beşinci barmağından keçir, ağciyər meridianı isə baş barmaqdan keçirş Meridianlar arasında əlaqə var. Şərq fəlsəfəsində İn-Yan nəzəriyyəsinə görə, orqanizmdə İn-Yan tərəflər balansda, tarazlıqda olarkən insan sağlamdır. Əgər bu tarazlıq pozularsa, xəstəlik yaranır. Akupunkturanın növləri və təsir mexanizmləri Bədəndə elə möcüzəli nöqtələr var ki, onlara təsir etməklə  (ya tormozlamaq, ya da stimulyasiya etməklə) xəstəlikləri müalicə etmək olur. İynəbatırma orqanizmin özünübərpa sistemlərini aktivləşdirir, onun daxili imkanları hesabına müqavimət qüvvəsini artırır. Bu müalicə zamanı fiziolojii proseslər, vegetativ reaksiyalar, əhval-ruhiyə yaxşılaşır, yuxu normallaşır. Karporal akupunkturadan fərqli olaraq, aurikuloterapiya qulaq seyvaındakı akupunktur nöqtələrə iynəbatırma metodudur. Kranipunktura isə skalp akupunkturudur ki, başda yerləşən nöqtələrə iynə batırmaqla effekt alınır. Dərmanlarla müalicədən fərqli olaraq, iynəbatırma zamanı orqanizmə orqanizmə kənardan heç bir yad maddə yeridilmir, ona görə də əlavə təsirlər gözlənilmir, allergik reaksiyalar olmur və yalnız orqanizmin daxili imkanları hesabına sağalma baş verir. Akkupunktura – göstərişlər Ağrısız bir prosedur olduğundan uşaqlarda da istifadəsi mümkündür. İynəbatırma seansları, adətən, 15-30 dəq. davam edir, gündəlik, günaşırı, bəzi hallarda həftədə bir dəfə həyata keçirilir. Akupunkturaya göstərişlər çoxdur. Uşaq nevroloqu kimi deyə bilərəm ki, uşaq sinir sisteminin bir çox xəstəliklərində, əsasən də, vegetativ disfunksiyalar,  yuxu pozuntuları, miqren və gərginlik, inkişaf ləngimələrində, uşaq serebral ifliclərində, spastik və süst parezlərdə istifadə edib, çox gözəl nəticələr alırıq.  Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Опубликовано: 05.07.2018

Trixomoniaz
 hekimtap.az

Trixomoniaz

Trixomoniaz nədir?        Trixomoniaz sidik-cinsiyyət sistemi orqanlarının iltihabını yaradan cinsi infeksiyadır. Özünü kolpit, uretrit, sistit, proktit əlamətləri ilə büruzə verir. Əksər hallarda digər genital infeksiyalarla – xlamidioz, qonoreya, mikoplazma və s. yanaşı inkişaf edir. Kəskin mərhələdə qadınlarda uşaqlıq yolundan çox miqdarda axıntılar, göynəmə və yanma, kişilərdə isə sidik ifrazı zamanı ağrılar müşahidə olunur. Adekvat müalicə aparılmazsa, xəstəlik xroniki forma alaraq, gələcəkdə prostatit, sonsuzluq, hamiləlik və doğuş ağırlaşmasına, uşaq patologiyası və ölüm hallarına gətirib çıxara bilər. Trixomoniaz – əlamətləri Trixomoniazın əlamətləri kişilərdə və qadınlarda müxtəlifdir. Xəstəlik qadınlarda daha ifadə olunmuş formada keçir. Qadınlarda trixomoniaz uretrit, vulvovaginit, bartolinit, servisit formasında özünü büruzə veirir. Trixomoniazın kəskin mərhələsində aşağıdakı əlamətlər qeydə alınır: Sarı, yaşıl rəngli və xoşagəlməz qoxulu köpükvari axıntılar; Genitaliya seliyinin qızarması və qıcıqlanması (göynəmə, yanma); Genitaliyaların zədələnmələri (eroziya, və kiçi yaralar); Sidik ifrazı zamanı xoşagəlməz hisslər, dizuriya; Bəzən qarının aşağı nahiyəsində ağrılar. Qadınlarda trixomoniaz əlamətləri aybaşı ərəfəsində şiddətlənir. Kişilərdə trixomonaz zamanı uretrit (sidik kanalı zədələnir) selikli və irinli axıntılar qeydə alınır, yüngül göynəmə, cinsi akt və ya sidik ifrazından dərhal sonra yanma hiss olunur. Trixomoniaz prostat vəzini və xaya artımlarını zədələyə, prostatit (40% hallarda) və epididimit yarada bilər. Trixomoniazın diaqnostikası Trixomoniazın diaqnostikası törədicinin müxtəlif metodlarla aşkar olunmasına yönəldilir.        Trixomoniazın dəqiq müəyyənləşdirmək üçün aşağıdakı laborator metodlardan istifadə edilir: Müayinə oluanan materialın mikroskopiyası (qadınlarda uşaqlıq yolundan, kişilərdə uretradan yaxmanın götürülməsi); Süni qidalandırıcı mühitdən istifadə edərək kultural (mikrobioloji) metod; İmmunoloji metod; PZR – diaqnostika. Trixomoniaz– müalicəsi Trixomoniazın müalicəsini veneroloqlar, ginekoloqlar və uroloqlar aparırılar. Xəstəliyin müalicəsi hər iki partnyor üçün eyni zamanda aparılmalıdır (onalrın birində infeksiya aşkar olunmasa belə). Müalicənin yalnız bir partnyorda aparmaq effekt vermir, belə ki, yenidən yoluxma baş verə bilər. Trixomoniazın müalicəsi digər cinsi yolla yoluxan infeksiyaların müalicəsi ilə yanaşı aparılmalıdır. Xəstəliyin hamilə qadınlarda aparılıb-aparılmayacağını həkim müəyyənləşdirir. Bunu yalnız hamiləliyin ikinci trimestrində aparmaq olar. Trixomonadlar antibiotiklərə reaksiya verməzsə, müalicə zamanı antiparazitar terapiya təyin edilir. Xəstəliyin müalicəsinin effektliliyi sidik-cinsiyyət sistemi və orqanizmin ümumilikdə mikroflorasının normallaşdırılmasından asılıdır. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Опубликовано: 04.07.2018

Autizm nədir? hekimtap.az

Autizm nədir?

Autizm nədir? Autizm spektr pozğunluğu – nevroloji və sosial inkişaf, təkrarlayan hərərkətlər və əlaqə pozğunluğu olub, uşaq yaşlarından başlayır və ömür boyu davam edir. Spektr pozğunluğu nədir? Bu uşaqların bir qrup özünəməxsus simptomları olur. Autizmin səbəbləri nədir? Alinlər hesab edir ki, Autizm genetik və ətraf mühit probləmləri nəticəsində meydana çıxa bilir. Son 10 ildə Autizm spektr pozğunluğu çox atrıb. Bu beynin inkişafını və hüceyrələr arası əlaqəsini təmin edən mərkəzlərin genetik pozğunluğu nəticəsində meydana çıxır. Son zamanlar isə ana bətnində Vitamin D3 çatmamazlığının da Autizmə səbəb olması haqda fərziyələr irəli sürülür. Müəyyən ediblər ki, genlərdəki De novo mutasiyası Autizmə səbəb ola bilir. Ayrıca yaşlı valideynlərdən doğulan uşaqlarda autizmə rastgəlmə tezliyi daha yüksəkdir. 16p.11.2 genindəki delesiya (bölünmə) və duplikasiya (ikiləşmə) də spektr pozğunluğuna səbəb olur. Rastgəlmə tezliyinə görə oğlanlarda qızlara nisbətən daha çox görülür. Autizmin simptomları Autizm yüngül əlaqə, inkişaf, əqli qabiliyyət pozğunluğundan ağır variasiyalar qədər davam edə bilir. Bəzilərinin daha az, bəzilərinin isə daha çox gündəlik köməyə ehtiyacları olur. Autizmin simptomlaı adətən 2 yaşdan kiçik dövrlərdə görülür. O dövrə qədər tamamilə normal inkişaf etmiş uşaqlar arasında da rast gəlinir. Bu yaşdan sonra isə əldə edilmiş qabiliyyətlərini itirirlər. Valideynlərin çox az qismi uşaqlarındakı pozğunluğu 1 yaşadək hiss edir. 80-90% valideynlər isə yalnız 24 aylıqkən bu dəyişiklikləri görür. Bunu qeyd etmək vacibdir ki, hətta Autizm olmayan uşaqlar da bu simtomlardan bəzilərinə sahib ola bilərlər. “Qırmızı bayraq “ simptomları 12 ayadək uşaqlar adlarını çağıranda reaksiya vermirlər; 14 ayadək əşyanı göstərmək istədikdə barmaqla göstərmirlər; Oyuncaqlarla oynayərkən xəyal dünyaları olmur; Göz kontaktları olmur və tək oynayırlar; Yalnız öz hissləri haqda danışar, başqalarının hiss etdiklərini anlamazlar; Danışıq və dil bacarıqlarında çatmamazlıq; Sözləri təkrar edərlər (exolaliya); Suala əlaqəsi olmayan cavab verərlər; Xırda dəyişikliyə görə depresiyaya girər; Obsessiv (təkrarlayan, sarmaşan) maraqların olması, əl çalmaq, bədənini dairəvi hərəkətlərlə firlatmaq; Yoldakı səslərə, iyə, dada, hisslərə qarşı qeyri-adi reaksiya vermək. Autizmli uşaqların sosial problemləri Sosial problemləri ən çox ümumi olur, utanmaq hissi olmur. Sosial problemlər 12 ayadək  adının səslənməsinə reaksiya verməmək; Göz kontaktının olmaması; Tək oynamaq; Maraqlarını bölüşməmək; Yastı üz ifadəsi; Manevralarında sərhəd tanımama; Kontakta girməyə imtina etmək və ya qaçmaq; Başqaları üzülən zaman təsəlli verməmək; Digər insanların hisslərini başa düşməmək; Ona verilən sualı təkrarlamaq. Bəzi uşaqlar (25-30%)  12-18 ayında 5-6 söz deyərlər. Lakin 18 aydan sonra bu bacarıqlarını itirirlər. 40% heç danışa bilməz. Bəziləri isə danışar, ancaq uzun illərindən sonra. Danışıqları yastı, robot kimi və ya mahnı oxuyar tərzdə olur. Gülməli əhvalat, zarafat anlamazlar. Emosiyaları başa düşməz, qəmgin bir hadisə danışarkən gülərlər. Qəribə maraqlara sahib olurlar. Oyuncaqları və ya digər əşyaları bir xətt boyunca düzər, oyuncağın eyni hissəsi ilə (təkər) uzun müddət oynayarlar. Əl çalar, köynəyini dartışdırar. Bəzən inadkarcasına bir şeyi istər. Məs: Kino və ya videoya bütün gün baxmaq kimi. İstədiyini əldə etməyəndə isə çox ciddi isterika və qəzəblə özünü göstərirlər. Bəziləri çox impulsiv, hiperaktiv digər qismi isə hipoaktiv olur. Bəziləri sadəcə bir qisim yemək yeyər. Digar qisim isə yeməyə həddən artıq çox aludə olur. Ağrı sərhəddi bilməzlər. Autizmli uşaqların bacarıqları Autizmli uşaqlar birlikdə puzlle yiga, kompyuter oyunları oynaya bilər. Bəzi riyazi məsələləri həll edər. Çətin məsələni asandan daha tez həll edər. Uzun sözü oxuya bilərlər. Lakin ən sadə hərfi göstərmədə, insanlarla kontakta girmədə çətinlik çəkərlər. Autizmin diaqnostikası Autizmin diaqnostikası klinik simptomatikaya əsaslanır. Məhz bu simptomların toplusu bizə bu xəstəlik haqqında məlumat verir. Autizmin müalicəsi Autizmin müalicəsi kompleks şəkildə aparılır. Bura daxildir: Nevroloq, psixoloq, defektoloq, loqoped və lazım gəldikcə digər terapistlər. Davranış problemlərinin həlli – bura daxildir sosial bacarıqların, koqnitiv davranış terapiyası, həyəcan, yatmaq, oynamaq, valideynlərin bu mühitə öyrədilməsi proqramları. Bu 12 həftədən 3 ilə qədər davam edə bilər. Həftədə 25 saat olaraq aparılmalıdı. Təhsil və Təlim proqramı – autizmli uşaqların daha asan yolla bilik qabiliyyətlərini artırma proqramlarıdır. Dərman terapiyası – bura daxildir: Neyrolepriklər (resperidon, aripiprazl). Antidepressanlar (Prozac, Cipramil). Hiperaktivliyi azaldan dermanlar (Ritalin,Tenex). SECRETİN – hansiki mədə bagirsaq xətəliklərində istifadə olunur, bu halda da effektivliyi oldugu söylənilir. Chelation ağır metalların xaric olmasında rol oynayır. Digər müalicələr   Musiqi terapiyasi; Akupunktur; Massaj; Vitamin və mineral terapiyası; Şəkil çəkmək; Neurofeedback; Yuxu terapiyası.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Опубликовано: 04.07.2018

Spinner