Karpal Tunel Sindromunda faydalı idman hərəkətləri
 hekimtap.az

Karpal Tunel Sindromunda faydalı idman hərəkətləri

Karpal Tunel Sindromunda faydalı idman hərəkətləri Əl, əl biləyi və barmaqları gücləndirici idmanlar edərək əzələlər qüvvətləndirilməlidir. Bu nöqtələri hərəkətsiz buraxmamaq qorunmadakı digər önəmli nöqtələrdir. Xəstəlik başladıqdan sonra özəlliklə olunması gərəkən xüsusi idmanlar yoxdur. Karpal tünel sindromunun yaranmasını əngəlləmək üçün idmanlar olunmalıdır.   ⦁    A. Biləklərinizi düz tutub, barmaqlarınızı özünüzə çekib bu şəkildə 5 saniye(5’ə qədər sayın) tutun. ⦁    B. Biləklərinizi düz tutun, barmaqlarınızı boşaldın. ⦁    C. Barmaqlarınızı sıxıb, əlinizi yumruq edin.   ⦁    D. Yumruğunuzu aşağıya bükün, 5′e qədər sayaraq gözləyin. ⦁    E. 5′ə qədər sayaraq, biləklərinizi düz tutun, barmaqlarınızı boşaldın. ⦁    F. İdmanları toplam 10 dəfə icra edin.İdmanlar bitince qollar və əllər yanlarda dinləndirilir. Neyrocərrah Əliosman Qədimbəyli Əlaqə telefonu: (055) 296 6668  

Опубликовано: 20.09.2019

Karpal Tunel Sindromu olan xəstələrə tövsiyyələr
 hekimtap.az

Karpal Tunel Sindromu olan xəstələrə tövsiyyələr

Karpal Tunel Sindromu olan xəstələrə tövsiyyələr ⦁    Uzun müddət bilgisayar çalışmalarında ən az 1 saatdan bir qısa aralar verin ⦁    Klavyatura və mouse istifadə edərkən biləklərinizi uzun müddət bükülü tutmayın. ⦁    Mouse istifadə edərkən biləyinizi uzun müddət təzyiqə məruz qalacaq şəkildə masanın kənarına yaxinlaşdırmayın ⦁    Klavyaturada işləyərkən ən uyğun pozisiya budur.   Diqqət! Karpal tuneldən qorunmak üçün daima mouse istifadə etmək məcburiyyətində olan peşə ahibləri biləklərinin altına dəstək qoymalidirlar. ⦁    Əl biləyinin üzərinə bir başa təzyiq yarada biləcək hərəkətlət etməyin. (stol ,stul kimi sərt əşyalari daşiyarkən biləyə yaslanmak kimi) ⦁    Əl biləyinin aşağı ,yuxarı və sağa, sola doğru həddindən çox hərəkətlərindən uzaq olun. ⦁    Əl biləyinin sıxacaq paltar, saat, bilərzik və biləkliklər istifadə etməyin. ⦁    Əlləriniz şişdiyi zaman, ovuç içindən biləyə doğru masaj edərək şişliği azaldın. ⦁    Yumruq sıxma tələb edən işlər zamanı əzələ gərginliyinin şiddətini azaldın. (Örnək: bəzi insanlar yazi yazarkən lazim oldugundan çox qələmi sıxırlar ,bəzən iynə tutma zamanı )  ⦁    Vibrasiyaya səbəb olan alətlər istifadə etməyin. ⦁    Rahatlamaq və gərilimi azaltmaq üçün əl və əl biləklərinizi tez tez sallayıb idman edin. ⦁    Dirsəyinizi və ya əllərinizi yoracaq şəkildə tez tez ağır yük qaldırmayın. ⦁    Əlinizlə çox ağır yük daşımayın. ⦁    Bağ, oynaq və əzələləri güclü tutmaq üçün ardicil olarak idman edin. ⦁    Uzun müddət hərəkətsiz qalmaq bəzi toxumaların dəyişikliyə uğramasına səbəb olaraq sinirləri sıxışdıra bilər. Bu səbəblə hərəkətli bir həyat tərzi seçin. Sinirin kanaldan keçdiyi yerdə mövcud olan yağlar, zamanla kirəclənmə ilə sinirlərdə təzyiq yaradabildiyi üçün ideal kiloqramda qalmağa cəhd edin. ⦁    Evdar xanimlar paltar yuyub əllə sıxma, xəmir yoğurma, ağır daşıma kimi biləyə güc salan və travma yaratan işlərdən uzaq durulmalıdır. Neyrocərrah Əliosman Qədimbəyli Əlaqə telefonu: (055) 296 6668

Опубликовано: 20.09.2019

Karpal Tunel sindromu nədir? hekimtap.az

Karpal Tunel sindromu nədir?

Karpal tunel sindromu nədir? Median sinir əl biləyində; taban və kənarlarını bilək sümüklərinin , tavanını isə transvers karpal ligamentindən (köndələn bilək bağı) təşkil olunmuş bir tüneldən keçir. Bilek kanalı adını alan bu tuneldə median sinir, doqquz önqol bükücü əzələ vətərləri ilə birlikdə yerləşməkdədir. Median sinirin bu kanalda sıxılması sonrası ortaya çıxan tabloya “Karpal Tünel Sindromu” adı verilməkdədir.    Karpal tunel sindromunun əlamətləri nədir? Əlamətlər adətən hər iki əldə olmaqdadır (əsasən çox ışlətdiyimiz əldə rast gəlinə bilinir). İlk öncə hissi pozuntu əlamətləri rast gəlinməkdədir belə ki;səhərlər əllərdə uyuşma ,şişkinlik ,yanma, batma,iynə sancma ,qarışqa gəzmə hissi, ağrı ilə yuxudan oyanma ortaya çıxan ilk şikayətlərdir. Günün ilərləyən saatlarinda bu şikayətlər itdiyi üçün xəstə həkimə müraciət etməz. Daha sonraları xəstə gecə yuxudan oyananda əllərində ilk üç və 4 cü barmağin iç səthində uyuşma və ağrı olur. Xəstəlik şiddətləndikcə, sinirin sixilma dərəcəsi və müddəti artdiqca əllərdəki ağrı xəstəni gecə yuxudan oyandırır və xəstə əllərindəki ağrını azaltmaq üçün məcburən əllərini sallatmak, sirkələmək, hərəkət etdirmək və ovuşdurmaq məcburiyyətində qalirki, bu hərəkətlər bir qədər xəstənin ağrısının azalmasına səbəb olur. Ağrılar əsasən əllərdə olur ancaq zaman keçdikcə bu ağrılar saidə ,bazuya və çiyinə dogru yayılır. Xəstələrin bəziləri yay aylarında bir qədər rahatladığı, qışda isə şikayətlərinin arttığı gözlənilir. Bu dönəm illərcə davam edə bilir. Sonunda xəstəni doktora gətirən tablo; ağrı-uyuşmaların çox şiddətlənməsi və/vəya buna əlavə olaraq ovuc içi bölgədə ki əzələ zəifliyi və incəlmələridir ( atrofiyasıdır) ki, buda əldə qüvvət,güc itkisinə səbəb olur. Belə ki pasient artıq çox yüngül maddələri bilə qaldıramaz, əlindən düşürür ya da cismin əlində olduğunu fərq etmir.  Karpal tunel sindromunda ağırlaşmış hallarda ilərləyən mərhələdə əllərdə ağri ,keylik, gücsüzlüklə yanaşı xəstə isti ,soyuq kimi hissiyyatlari ayird edə bilmir və bu təhlükəli qəzalara gətirib çixara bilir.Xəstə bunu “iynə tutabilmirəm” kimi ifadə edir.    Karpal Tunel Sindromu Kimlərdə Görülür ? Karpal tunel sindromu daha çox qadınlarda və 40-60 yaş arasında daha sıx görülür. Şəkər xəstəliyi , revmatoid artrit, hipofiz vəzinin hiperfunksiyalarinda, hipotroidi, köklük , doğum kontrol tablet istifadəçilərində, menopauza dövründəki xanimlarda , gut kimi xəstəliklərdə yanaşi olaraq bu problem yarana bilməkdədir. Hamiləlik dövründə vücudda maye artması karpal tünel içində təzyiq artışına bu da keçici olaraq karpal tunel sindromu əlamətlərinin olmasına yol açır. Diqqət ;Əgər hamilə xanimlarda əllərdə uyuşma ,keylik,gücsüzlük kimi şikayətlər vardırsa erkən müddətdə həkiminizə bu haqqda məlumat verin!   Travma, titrəşimli alət istifadə edən ,əllərini çox işlətmək məcburiyyətində olan peşə sahiblərində, xüsusiylə əl biləyinin davamlı bükülü pozisiyada qaldığı durumlarda (dəmirçi, dülgər, daktilo, klavya istifadəçiləri vb.), siqaret,spirtli içki aludəçilərində bu sindromun yaranma ehtimali yüksəkdir. Eyni zamanda evdar xanimların gördükləri əl işi, ev işi kimi aktivliklər bu sindromun oluşma səbəbləri arasında başda yer almaqdadır.   Karpal Tunel Sindromunun Diaqnozu Bu xəstəliyin araşdırılması və diaqnozunun qoyulması nevropatoloq və neyrocərrahlar tərəfindən xəstənin kliniki müayinəsi əsasinda aparılır. Bu sindromun diaqnozunun qoyulmasi üçün EMG və bilək MRT (Maqnit Rezonans Tomoqrafiy),USM istifadə olunaraq, xəstəliyin şiddəti və yaranma səbəbi araşdırılır.  Karpal Tunel Sindromunun Mualicəsi Xəstəliyin ağırlıq dərəcəsinə uyğun olaraq dərman müalicəsi,fizioterapiya və cərrahi müalicə icra olunur. Başlangıç dönemində əl biləyi hərəkətlərinin məhdutlaşdırılmasıvə bilək ortezi istifadə etmək tövsiyyə olunur.Dərmanlardan isə qeyri –steroid iltihab əleyhinə maddələr, vitamin B6, B12 , diüretik və steroidlər xəstəliyin simptomlarıni erkən mərhələdə yüngülləşdırır. Lazim olarsa bilək kanali içərisinə inyeksiya olunan steroidlər (diprospan,betametazon,synacort və.s) sinir etrafındaki şişlikleri (ödemi) azaltaraq semptomların yaxşılaşmasına yardımcı olabilir. Fizoterapiyalardan: ultrasəs, Tens, maqnitoterapiya və. s proseduralara erkən mərhələlərdə fayda verir.  Karpal Tunel Sindromu Əməliyyatı Necə İcra olunur? Bir neçə ay ərzində itməyən və konservativ müalicələrə rağmən dəvam edən karpal tunel sindromlarında əməliyyat lazim olur. Əməliyyat yerli ,lokal anesteziya ilə icra olunur. Əməliyyat təqribən 20- 30 dəq davam edir. Əməliyyatdan 3 saat sonra xəstə evə yazılır. Əməliyyat zamanı ovuc içi – əl biləyi arasindan qisa məsafədən karpal tünelə çatılır və tünelin üstünü təşkil edən transvers karpal ligament (köndələn bilək bağı) insizyona ugradilaraq karpal tünel açılır və beləliklə sıxılmaqda olan median sinir azad olunur. Gecikdirilmiş hallarda isə median sinirin qalınlaşmış sinir qilafı mikroskop altında nevroliz (sinir sərbəstləştirilməsi) olunur. Beləliklə sinir ətrafındakı təzyiq aradan qaldırılmış olur. Əməliyat sonrası şikayətlərin keçməsi həmin dəqiqə olmaz. Adətən əməliyyat sonrası ilk ay içində əməliyyata bağlı şişkinliklə (ödemlə) əlaqədar sinirdəki sıxışma davam edəcəyindən şikayetlərdə qismən artma olabilir(buna görədə xəstələrin luzumsuz olaraq narahat olmasina dəyməz). Ancaq birinci aydan sonra şikayətlərdə ciddi dərəcədə bir azalma hissedilir və xəstə rahatlaşmış olur. Tam sağalma mərhələsi əməliyyatin xəstə tərəfindən gecikdirilmə müddətində ,yəni dolayi olaraq sinir uzun müddət sixilma müddətindən asili olaraq əməliyyatdan sonra təqribən 3-6 ay arasında dəyişəbilir. Bəzən çox ağır və gecikdirilmiş xəstələrdə əməliyyatdan sonra şikayətlər əksər hissəsi azalmaqla beraber tam olaraq ortadan qalxmaya bilər.Ona görədə erkən müddətdə əməliyyat etdirmək daha faydali ola bilir. Neyrocərrah Əliosman Qədimbəyli Əlaqə telefonu: (055) 296 6668 

Опубликовано: 20.09.2019

Bədənin əməliyyatsız korreksiyası
 hekimtap.az

Bədənin əməliyyatsız korreksiyası

Bədənin əməliyyatsız korreksiyası haqqında ümumi məlumat Gözəl, təravətli və gənc görünmək hər xanımın arzusudur. Əvvəllər yaşlanma ilə əlaqədar, üzdə və bədəndə yaranan qüsurları aradan qaldırmaq çox çətin, çox vaxt isə heç mümkün deyildi. Lakin kosmetologiyanın və bu sahədə müxtəlif korreksiya vasitələrinin  sürətlə inkişafı qeyd olunan problemləri qısa zamanda və uğurla aradan qaldırmağa gözəl şərait yaradıb.  Müasir dövrdə plastik cərrahiyyə sürətli vüsət alıb. Lakin hamının bildiyi kimi, bu üsul bir çox ağırlaşmalara gətirib çıxara bilir, riskləri çoxdur, reabelitasiya müddəti uzundur və s. Kosmetologiya isə bu problemləri istisna edir. Ötən məqalələrimdə üzdə aparılan korreksiya prosedurları barədə ətraflı məlumat vermişdim. Bu məqələm isə əməliyyatsız bədən korreksiyasına həsr olunur. Bədənin əməliyyatsız korreksiyası - ayır-ayrı nahiyələrdə müəyyən təbii metodlarla piyləri parçalayıb, toxumaların bərpa olunması və dolğularla oradakı qüsurların aradan qaldırılmasına əsaslanır.  Onlardan ən geniş yayılmışları - lipolitiklər və təbii bədən dolğularıdır. Lipolitiklər - dəri altına inyeksiya vasitəsilə yeridilir, bununla da qarın, popa, boyun, qol və əllər, eləcə də dekolte nahiyələrində artıq piylər aradan qaldırılır. Bu metodika - “lipoliz” adlanır. Onun vasitəsilə təkcə piydən azad olmaq deyil, həmçinin dərinin vəziyyətini yaxşılaşdırmaq, toxumalarda maddələr mübadiləsini yaxşılaşdırmaq mümkündür.  Lipoliz prosesində yalnız təbii tərkiblərdən istifadə edilir. Aşağıdakı effekt və üstünlükləri var: - Qan dövranının normallaşması sayəsində metabolizm və lipid mübadiləsinin bərpa olunması; - Müxtəif nahiyələrdə, həçminin buxaqda olan qüsurların aradan qaldırılması; - Prosedur sellilütdən azad olmağa, piy qatının 5-6 sm azaldılmasına, dəri vəziyyətinin yaxşılaşdırılmasına şərait yaradır; -  Lipolitikllər vasitəsilə qarın həcminin azaldılmasına, belin incəldilməsinə, eləcə də gövdənin yanlarına yığılan qırışları korreksiyasına nail olmaq mümkündür. - Reabilitasiyası müddəti çox qısadır, pasiyet gündəlik həyatından məhrum olmur. Lipoliz proseduru üçün göstərişlər: - Popo - lipolitiklər popanın formalarını yaxşılaşdırır, onu möhkəmlədir, həmin nahiyədəki sellüliti aradan qaldırır; - Qarın - dartılır, bel incəlir, vücudun kənarlarına yığılan piylər korreksiya edilir; - Ayaqlar - ayaqların kompleks şəkildə korreksiya olunmasına şərait yaradır. Diz üzərindəki dəri sallanmalarını, həddindən artıq kök baldırları  korreksiya etməyə, eləcə də “qalife” və oradakı sellüliti aradan qaldırmağa imkan verir;  - Əllər - lipolitiklər boyun-çiyin nahiyələrində artıq piylərin, həmçinin əlin üst tərəfindəki qırışların korreksiyası üçün ideal vasitədir; Bədənin əməliyyatsız korreksiyası iki üsulla mümkündür: -Liposaksiya (bölgəsəl piylərdən istifadə edərək) -Hidrofil dolğu materialı ilə.  Əməliyyat olmaq istəməyən, eləcə də narkoz ala bilməyən , çəkisi az, piy qatı isə yetərli olmayan pasiyentlər üçün hidrofil dolğular ideal seçimdir. Prosedur yerli keyitme ile, hec bir əməliyyat, kəsik izi olmadan həyata keçirilir. Prosedura 1-1.5 saat vaxt serf olunur. Pasient tezliklə normal həyatına qayıdır. Korrektə olunan bölgədə 1həftə sonrakı həcm 5-8 ilədək qalıcıdır. Əsasən, popo, çanaq, və ayaq korreksiyasında tətbiq olunur. Liposaksiya və hidrofil dolğu arasında fərq ondan ibarətdir ki, hidrofil dolğular daha qalıcıdır. Onu da vurğulayım ki, bu prosedurların heç birinin ağırlaşma və yan təsirləri yoxdur. Siz bədəninizi əməliyyatsız korreksiya etdirərək, qısa müddətə daha da gözəl və cazibədar bədən quruluşuna malik ola bilərsiniz.  Dəyərli xanımlar, gözəl bədən quruluşuna malik olmaq hər birinizin haqqıdır! 

Опубликовано: 17.09.2019

Hicama nədir? hekimtap.az

Hicama nədir?

Hacamat və ya hicam-qanalma  deməkdir.Hicam bir çox xəstəliklərdən qurtulmaq üçün ən effektiv üsullardan biridir. Ərəb dilində ,, sovurmaq'' deməkdir. Bədəndə olan ,, çirkli qan " xüsusi vakuum vasitəsilə yenilənir.Hicam peyğəmbərimiz tərəfindən məsləhət görüldükdən sonra İslam aləmində daha çox yayılmağa başlamışdır.H.Məhəmməd hicamın əhəmiyyəti haqqında bunları buyurmuşdur: ,, Damarlardan və ya dəridən qan aldırmaq, müalicə olduğunuz şeylərin ən faydalarindan. " Hicamın faydaları: 1. Qan hüceyrələri yenilənir. 2. Qana müxtəlif yollarla qarışan ,, çirkli'' qarışıqlar da orqanizm tərəfindən təmizlənir. 3. İmmun sistemini qüvvətləndirir, bədənin müqavimətini artıraraq xəstəliklərdən qoruyur. 4.Qan dövranını və maddələr mübadiləsini tənzimləyir. 5.Hipertaniya xəstələrində çox müsbət təsir göstərir,belə ki  hətta çox yüksək qan təzyiqini aşağı salır və effekt uzun müddət ərzində saxlanılır (2 həftədən bir neçə aya qədər). 6. Qanın qatılığı 20-30 % azalır ki,bu da damarlarda trombların əmələ gəlmə riskini xeyli azaldır. 7. Şəkər xəstələrində hicamın əvəzsiz rolu var, belə ki, şəkər xəstələrində maddələr mübadiləsi pozulur,damar menfezi daha tez tutulur. Hicamın göstərişləri: 1. Müxtəlif baş ağrıları 2. Hipertoniya xəstəliyi 3. Tənbəllik 4. Allergiya 5. Müxtəlif dəri səpgiləri 6. Kürək və bel ağrısı 7. Ödemlər 8. Əzələ ağrıları 9. Menstrual ağrılar 10.Miqren və baş ağrıları 11.Astma 12. Yuxarı və aşağı tənəffüs yollarının xəstəlikləri Hicamı profilaktik məqsədi ilə ildə 2 dəfə (yazda və payızda), müalicə məqsədilə isə  ayda 2-3 dəfə tətbiq edilə bilər. Sağlamlığımızın qayğısına qalmağı heç vaxt unutmayaq.

Опубликовано: 13.09.2019

Homoseksualizm xəstəlikdirmi?
 hekimtap.az

Homoseksualizm xəstəlikdirmi?

İnsanların seksual meyilləri həddən artıq rəngarəngdir. Fiziologiya və təbabət elmləri sübut etmişdir ki, hər bir insan ikicinsli meylə malikdir. Lakin insanların əksəriyyətində öz cinsindən olan insanlara meyillilik üzə çıxmır, həmişə gizli qalır. Bu səbəbdən də bu insanlara seksual çoxluqlar, 2-ci qrup, yəni öz cinsindən olan insanlara meyli olanlara seksual azlıqlar deyirlər.Bioloji olaraq hər bir insan biseksualdır: yəni hər bir insan istənilən anda şəraitdən asılı olaraq kritik bioloji və psixoloji vəziyyətlərdə həm getero, həm də homoseksual ola bilir.Lakin bu həqiqət çox insanların şüuruna ya çatmır, həmişə şüur altında qalır, ya da şüura çatsa da,mentalitet, tərbiyə, sosial normalar hesabına başa düşülmür.Homoseksualizm çox qədim bir haldır.Həm bizim eradan əvvəl, həm də çox qədim zamanlarda homoseksual daima olmuşdur.Onlar indi də var və həmişə də olacaqlar.Təbiətin əmələ gətirdiyi homoseksualizm kimi hal nə pis, nə də yaxşı kimi qiymətləndirilə bilər. O,sadəcə bioloji bir fakt kimi qəbul olunmalıdır.Qədim Roma imperiyasında,bir çox qüdrətli Şərq ölkələrində ( İran,Hindistan, Ərəbistan və s.) ,Avropa ölkələrində qədim zamanlardan daima homoseksualizm olmuşdur və bəzi adamların fikrinə zidd olaraq bu, heç də yeni bir şey deyildir. Homoseksualizm tibbi-bioloji bir problemdir.O, pedaqoji problem deyildir. Bəzi nadan insanlar belə başa düşürlər ki, əgər onların uşaqları homoseksualistlərlə oturub-durarsa, o da homoseksualist ola bilər. Bu, tamamilə, səhvdir.Homoseksualizm xəstəlik deyildir. Sadəcə olaraq gələcək homoseksualist ana bətnində olarkən beyindəki cinsi diferensasiya mərkəzinə ananın yoluxduğu bəzi infeksiyalar təsir edir ( herpes,məxmərək,sitomeqalavirus, qrip ).Bu təsir nəticəsində müvafiq mər-kəzdə baş verən bioloji proses nəticəsində onsuz da dünyaya biseksual gələn insanda başqa insanlardan fərqli olaraq homoseksual meyil daha güclü olur.Kişilərdə rast gəlinən homoseksualizmə aktiv vəziyyətdə predikator, passiv vəziyyətdə pederast , qadınlarda rast gəlinən homoseksualizmə lesbi məhəbbəti və ya satiriazis deyilir.Lesbiyankalar aktiv və passiv olaraq 2 qrupa bölünür.Təbabətdə qəbul olunduğuna görə xalis homoseksualizm termini işlənilir.Bu termin bütün passiv homoseksualistlərə aiddir.Onların əks cinsdən olan fərdə heç vaxt bioloji meyli (libidosu) olmur. Aktiv homoseksualistlər isə əksər halda həm də əks cinsdən olan fərdə libido hiss edirlər.Bundan əlavə kompensator homoseksualizm termini işlədilir. Kompensator homoseksualizm ən çox bircinsli kollektivlərdə ( hərbi hissələr, cəzaçəkmə  müəssisələri, uzun müddət bircinsli kollektivdə yaşamağa məcbur olan insanlar qrupu-rahiblər,geoloqlar, hərbi-dəniz donanmasında qulluq edən hərbçilər, sualti gəmilər, aylarla, illərlə dənizdə hərbi yürüşlərdə olan gəmilərin kollektivləri), eyni zamanda ailədə puritant tərbiyə görmüş, əks cinsdən olan fərdlərlə kontakta girməyə imkanı olmayan gənc oğlan və qızlar kompensator olaraq homoseksual əlaqədə ola bilərlər.Homoseksualizm haqqında çox danışmaq olar, lakin bu hal haqqında aşağıdakıları vacib bilmək lazımdır. 1.İnsan öz istəyi ilə homoseksualist olmur.Müxtəlif bioliji, sosial,psixopatoloji faktorlar,perinatal təsirlər bu vəziyyətin əmələ gəlməsinə səbəb olur.Bu baxımdan da homoseksualistlərə pis adam kimi baxmaq ən azı nadanlıqdır.Onlar nə pis, nə də yaxşıdırlar. Onlar sadəcə olduqları kimi vardırlar.  2.Homoseksualizm xəstəlik deyil.Bu baxımdan da homoseksualistləri müalicə etmək cəhdi səhvdir, çünki bu hal xəstəlik olmadığına görə müalicə də oluna bilməz.  3.Homoseksualizmin tərbiyə ilə heç bir əlaqəsi yoxdur.Bütün insanlarda olduğu kimi homosek- sualistlərin də içərisində həm yüksək tərbiyə görmüş qabiliyyətli, həm də nadürüst, bacarıqsız adamlar da vardır.Tarixdə öz gözəl əməlləri, yüksək yaradıcılıqları ilə iz qoymuş saysız-hesabsız homoseksualistlər mövcuddur: Oskar Uayld,Pyotr Çaykovski,Nikolay Qoqol, Marina Svetayeva, Sergey Eyzenşteyn,Svyatoslav Rixter,Faina Ranevskaya,Rudolf Nureyev,Filip Kirkorov,Maksim Qalkin və s.

Опубликовано: 06.09.2019

Ahıl yaşların psixozları
 hekimtap.az

Ahıl yaşların psixozları

Yaş insan şəxsiyyətinin inkişafında böyük izlər qoyur.Təsadüfi deyildir ki, xalq arasında belə ifadələr geniş yayılmışdır: 1) Qocalıq sevinc gətirmir. 2) Qocalarsan, cavanlığın qədrini bilərsən və s.  Qocalıq insan ömrünün payızı da adlandırılır.Lakin hər payız “qızıl payız” olmur. Bədii ədəbiy- yatda da  qocalığı təsvir edərkən yazıçılardan çoxu bu problemi ətraflı işıqlandırmışlar. Məşhur rus yazıçısı Qoqolun sözləri ilə desək, bir ehtiraslı gəncə onun qocalıq şəklini göstərsən, o, haray çəkərək deyər ki, bu mən deyiləm. Qocalıq insanı bioloji və psixi cəhətdən kəskin dəyişir. Belə bir bədii əsər mövcuddur: “Qum karyerinin generalları”. Ekranda cavan qız qocalıq haqqında danışarkən get-gedə dəyişir, sanki o, danışdıqlarının təsiri altında , doğrudan da, qocalır, xarici mühiti başqalaşır.Lakin bütün bunlar o demək deyildir ki, istənilən qocalıq marazm, xəstəlik, psixiatrik klinika ilə nəticələnir.Nizami Gəncəvi məşhur “İsgəndərnamə” əsərini yaznda onun 60, Mikelancelo Romada müqəddəs Pyotr kilsəsinin tikintisinə rəhbərlik edərkən 80, Tsian oz gözəl əsərlərini yazarkən 89 yaşı vardı.Yaradıcılıq qabiliyyətlərini qoca yaşlarında Pavlov, Lev Tolstoy, Bernard Şou gözəl saxlamışlar.Gete özünün “Faust” əsərini 77 yaşında yazmışdır.Lakin qocalıq öz işini görür.O, insanı dəyişir. 50 yaş artıq qocalığın “giriş qapısı” adlandırılır. Qocalıq prosesi çox fərdidir.Orqanizmdə gedən neyrobioloji dəyişikliklərin nəticəsində yaşlı insanlarda müxtəlif qocalıq psixozları formalaşa bilir:  1.Qocalıq paranoidi.Presenil və senil paranoidi aşkar edilir.İnsanda kədərli həyəcanla müşayət olunan oyanma özünün yüksək zirvəsinə çatır.Tədricən sayıqlama ideyaları yaranmağa başlayır. Bu dövr üçün ən xarakterik olan sayıqlama ziyan sayıqlamasıdır. Xəstələr qeyd edirlər ki, onrın evlərindən  əşyalar daima yoxa çıxır, guya ki, onların yaxın qohumları, bir yerdə yaşadıqları insanlar onların əmlaklarını, evlərini əllərindən almaq istəyirlər. Qonşular onların mənzilinə ziyan vurmaq məqsədilə yanğın törədir, qapılarına çirkli əşyalar atırlar.Xəstənin sayıqlamaları heç bir tənqidə, izahata tabe olmur və qeyri-sistem xarakteri daşıyır. Çox vaxt sayıqlamalarla birlikdə görmə və eşitmə halyusinasiyaları müşahidə olunur. 2.İnvolyusion melanxoliya. Ən çox qadınlarda müşahidə olunur.Daxili gərginlik, həyəcan, bütün ruhi aləmin titrəmə hissiyatı müşahidə edilir.Evdən müəyyən bir adam bir yerə çıxıb gedəndə xəstələr fasiləsiz olaraq “ona ,görəsən, nə olacaq”,”birdən başına bir iş gələr” və başqa suallarla fasiləsiz olaraq ətrafdakılara müraciət edirlər. Yuxu pozulur, daimi gərginlik fonunda şiddətli baş ağrıları, müxtəlif somatik xəstəliklərin kəskinləşməsi özünü göstərir.Xəstəliyin ən yüksək mərhələsində xəstələrdə niqilistik sayıqlama-Kotar sindromu yaranır: dünya tez bir zamanda dağılacaq, bədbəxtçilik mütləqdir, heç nə ilə yuyula bilməyən biabırçılıqlar yaranacaq. Bunların hamısında xəstə özünü günahkar edir və fikirləşir ki, bu günahları üçün onu cəzalandırmaq lazımdır.Ətrafdakılardan onu öldürməyi xahiş edir, daxili orqanlarının çürüdüyünü qeyd edir. 3.Qocalıq demensiyası 2 cür olur: Porsial və total.Əlamətləri: Proqressivləşən yaddaş pozğunluqları. Yaddaş  hər şeydən əvvəl indiki hadisələrə pozulur.Buna fiksasion amneziya deyilir.Xəstə səhər yediyi yeməyi dərhal unudur, sual verdikdə səhər heç bir şey yemədiyini qeyd edir. 5 dəqiqə bundan əvvəl özünü xəstəyə təqdim etmiş həkimin soyadını deyə bilmir.Belə xəstələr xəsis, hər şeydən şübhələnən, acıqlı, eqoist olurlar.Rus ədəbiyyatının ən məşhur personajlarından olan Plyuşkin patoloji qocalığın ən bariz nümunəsidir.Plyuşkin heç nəyi tullamır, köhnə əşyaları küçədən yığıb evinə gətirir, stolun üstündə olan köhnə konfet kağızlarını cibinə doldurub onları atmaqdan imtina edir.Başqa bir nümunə məşhur alman filosofu Emmanuel Kantdır.Yaşı artdıqca Kant çox şeyləri unutmağa başlamışdır.Ömrünün son illərində yaddaş pozğunluğu o qədər dərinləşmişdir ki, Kant görəcəyi işlərin siyahısını tərtib etmədən heç bir yadına sala bilmirdi. Diaqnostika Xəstəliyin diaqnozu yalnız həkim-psixiatr tərəfindən kliniki-psixopatoloji müayinə,KT, MRT, EEQ müayinələrinin cəm şəklində nəticələri əsasında qoyulur.Yaşlı adamlarda çoxlu miqdarda somatik xəstəliklərin ( hipertoniya, şəkərli diabet, ağ ciyər,ürək çatışmazlığı ) olması mütləq nəzərə alınmalıdır.Çünki somatik xəstəliklərin müalicəsi həyata keçirilmədən heç bir psixozun müalicəsin- dən söhbət gedə bilməz.Sosial-reabilitasion tədbirlər çox zəif nəticə verir. Proqnoz pessimistikdir.

Опубликовано: 05.09.2019

Keratit hekimtap.az

Keratit

Keratit nedir?  Kornea şəffaf asferik  görmədə  xüsusi əhəmiyyəti  olan  şüa keçirici mühitdir . Gözün ön şöbəsində yerləşir, təqribən 43.25D  qirma gücünə malikdir. Ölçüləri 10-11*11-12 mm  olur.  Keratit  korneanın  infeksiya və digər səbəblərdən zədələnməsi nəticəsində baş verən xəstəlikdir. Əsas simptomu “ qırmızı göz” dür Keratiti yaradan səbəblər  :- kəskin və xroniki olmaqla 2 qrupa bölünür: Kəskin səbəblər: -Kəskin konyunktivit -Kəskin iridosiklit -Qlaukoma tutması -Sklerit , episklerit -Subkonyunktival hemorragiya Xroniki səbəbləri: -Tiroid və orbita xəstəlikləri -Xroniki və allergik konyunktivitlər Keratitin növləri: Keratitləri növlərə bölsək səthi və stromal  olur:  Səthi keratitlər- əsasən infeksiyaya bağlıdır. Stromal keratitlər- immun xəstəliklərə cavab olaraq və infeksiyalardan ağırlaşmalar nəticəsində yaranır.  İnfeksiyon keratitlər: -Bakterial   -Viral   -Fungal -Parazit ( acanthamoeba)  İnfeksiyon keratitlərin simptomları - əsasən kəskin başlayir  ağri, qizarti,  görmənin azalması,  fotofobiya ( işıqdanqorxma), blefarospazm Bu zaman həkim  konyunktivada qarışıq hiperemiya, endoteldə deffekt, ön kamerada reaksiya ( hipopion)  müşahidə  edə bilər.  Keratitlərin risk faktorları:  -Travma -Kontakt linzaların istifadəsi -Quru göz  -Bulyoz keratopatiya -Kornea səthinin  pozulması Keratitin ağırlaşmaları :  -Korneanın  şəffaflığını itirməsi -Descematosel -Korneanin perforasiyası -Uveit -Katarakta -İkincili qlaukoma -Endoftalmit/ panoftalmit   Keratitlərin  müalicəsi: Keratitin müalicəsi yerli damcılarla aparilir.   Burda preparat seçimi səbəbə yönəlmiş  seçilir + sikloplegik damcılar.  Müasir oftalmologiyanın  yeniliklərindən sayilan müalicəvi linzalar da müalicənin effektini artirir  bərpa dövrünü  tezləşdirir.Ağırlaşmış vəziyyətlərdə isə sistemik dərman müalicəsi  təyin  edilir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az    

Опубликовано: 03.09.2019

Spinner