Bədənin əməliyyatsız korreksiyası
 hekimtap.az

Bədənin əməliyyatsız korreksiyası

2871
Автор: HT

Опубликовано: 17.09.2019
/papers/-44479?locale=ru

Bədənin əməliyyatsız korreksiyası haqqında ümumi məlumat

Gözəl, təravətli və gənc görünmək hər xanımın arzusudur. Əvvəllər yaşlanma ilə əlaqədar, üzdə və bədəndə yaranan qüsurları aradan qaldırmaq çox çətin, çox vaxt isə heç mümkün deyildi. Lakin kosmetologiyanın və bu sahədə müxtəlif korreksiya vasitələrinin  sürətlə inkişafı qeyd olunan problemləri qısa zamanda və uğurla aradan qaldırmağa gözəl şərait yaradıb. 
Müasir dövrdə plastik cərrahiyyə sürətli vüsət alıb. Lakin hamının bildiyi kimi, bu üsul bir çox ağırlaşmalara gətirib çıxara bilir, riskləri çoxdur, reabelitasiya müddəti uzundur və s. Kosmetologiya isə bu problemləri istisna edir.
Ötən məqalələrimdə üzdə aparılan korreksiya prosedurları barədə ətraflı məlumat vermişdim. Bu məqələm isə əməliyyatsız bədən korreksiyasına həsr olunur.
Bədənin əməliyyatsız korreksiyası - ayır-ayrı nahiyələrdə müəyyən təbii metodlarla piyləri parçalayıb, toxumaların bərpa olunması və dolğularla oradakı qüsurların aradan qaldırılmasına əsaslanır. 
Onlardan ən geniş yayılmışları - lipolitiklər və təbii bədən dolğularıdır.
Lipolitiklər - dəri altına inyeksiya vasitəsilə yeridilir, bununla da qarın, popa, boyun, qol və əllər, eləcə də dekolte nahiyələrində artıq piylər aradan qaldırılır. Bu metodika - “lipoliz” adlanır. Onun vasitəsilə təkcə piydən azad olmaq deyil, həmçinin dərinin vəziyyətini yaxşılaşdırmaq, toxumalarda maddələr mübadiləsini yaxşılaşdırmaq mümkündür. 
Lipoliz prosesində yalnız təbii tərkiblərdən istifadə edilir. Aşağıdakı effekt və üstünlükləri var:
- Qan dövranının normallaşması sayəsində metabolizm və lipid mübadiləsinin bərpa olunması;
- Müxtəif nahiyələrdə, həçminin buxaqda olan qüsurların aradan qaldırılması;
- Prosedur sellilütdən azad olmağa, piy qatının 5-6 sm azaldılmasına, dəri vəziyyətinin yaxşılaşdırılmasına şərait yaradır;
-  Lipolitikllər vasitəsilə qarın həcminin azaldılmasına, belin incəldilməsinə, eləcə də gövdənin yanlarına yığılan qırışları korreksiyasına nail olmaq mümkündür.
- Reabilitasiyası müddəti çox qısadır, pasiyet gündəlik həyatından məhrum olmur.

Lipoliz proseduru üçün göstərişlər:

- Popo - lipolitiklər popanın formalarını yaxşılaşdırır, onu möhkəmlədir, həmin nahiyədəki sellüliti aradan qaldırır;
- Qarın - dartılır, bel incəlir, vücudun kənarlarına yığılan piylər korreksiya edilir;
- Ayaqlar - ayaqların kompleks şəkildə korreksiya olunmasına şərait yaradır. Diz üzərindəki dəri sallanmalarını, həddindən artıq kök baldırları  korreksiya etməyə, eləcə də “qalife” və oradakı sellüliti aradan qaldırmağa imkan verir; 
- Əllər - lipolitiklər boyun-çiyin nahiyələrində artıq piylərin, həmçinin əlin üst tərəfindəki qırışların korreksiyası üçün ideal vasitədir;

Bədənin əməliyyatsız korreksiyası iki üsulla mümkündür:

-Liposaksiya (bölgəsəl piylərdən istifadə edərək)
-Hidrofil dolğu materialı ilə. 

Əməliyyat olmaq istəməyən, eləcə də narkoz ala bilməyən , çəkisi az, piy qatı isə yetərli olmayan pasiyentlər üçün hidrofil dolğular ideal seçimdir. Prosedur yerli keyitme ile, hec bir əməliyyat, kəsik izi olmadan həyata keçirilir.
Prosedura 1-1.5 saat vaxt serf olunur. Pasient tezliklə normal həyatına qayıdır. Korrektə olunan bölgədə 1həftə sonrakı həcm 5-8 ilədək qalıcıdır. Əsasən, popo, çanaq, və ayaq korreksiyasında tətbiq olunur.
Liposaksiya və hidrofil dolğu arasında fərq ondan ibarətdir ki, hidrofil dolğular daha qalıcıdır.

Onu da vurğulayım ki, bu prosedurların heç birinin ağırlaşma və yan təsirləri yoxdur. Siz bədəninizi əməliyyatsız korreksiya etdirərək, qısa müddətə daha da gözəl və cazibədar bədən quruluşuna malik ola bilərsiniz. 
Dəyərli xanımlar, gözəl bədən quruluşuna malik olmaq hər birinizin haqqıdır!