Keratit hekimtap.az

Keratit

3110
Автор: Oftalmoloq 077 398 00 55

Опубликовано: 03.09.2019
Хейран Щиринова

Keratit nedir? 

Kornea şəffaf asferik  görmədə  xüsusi əhəmiyyəti  olan  şüa keçirici mühitdir . Gözün ön şöbəsində yerləşir, təqribən 43.25D  qirma gücünə malikdir. Ölçüləri 10-11*11-12 mm  olur. 
Keratit  korneanın  infeksiya və digər səbəblərdən zədələnməsi nəticəsində baş verən xəstəlikdir. Əsas simptomu “ qırmızı göz” dür

Keratiti yaradan səbəblər  :- kəskin və xroniki olmaqla 2 qrupa bölünür:

Kəskin səbəblər:
-Kəskin konyunktivit
-Kəskin iridosiklit
-Qlaukoma tutması
-Sklerit , episklerit
-Subkonyunktival hemorragiya

Xroniki səbəbləri:
-Tiroid və orbita xəstəlikləri
-Xroniki və allergik konyunktivitlər

Keratitin növləri:
Keratitləri növlərə bölsək səthi və stromal  olur: 
Səthi keratitlər- əsasən infeksiyaya bağlıdır.
Stromal keratitlər- immun xəstəliklərə cavab olaraq və infeksiyalardan ağırlaşmalar nəticəsində yaranır. 
İnfeksiyon keratitlər:
-Bakterial  
-Viral  
-Fungal
-Parazit ( acanthamoeba) 
İnfeksiyon keratitlərin simptomları - əsasən kəskin başlayir  ağri, qizarti,  görmənin azalması,  fotofobiya ( işıqdanqorxma), blefarospazm
Bu zaman həkim  konyunktivada qarışıq hiperemiya, endoteldə deffekt, ön kamerada reaksiya ( hipopion)  müşahidə  edə bilər. 

Keratitlərin risk faktorları: 
-Travma
-Kontakt linzaların istifadəsi
-Quru göz 
-Bulyoz keratopatiya
-Kornea səthinin  pozulması

Keratitin ağırlaşmaları : 
-Korneanın  şəffaflığını itirməsi
-Descematosel
-Korneanin perforasiyası
-Uveit
-Katarakta
-İkincili qlaukoma
-Endoftalmit/ panoftalmit
 
Keratitlərin  müalicəsi:
Keratitin müalicəsi yerli damcılarla aparilir.   Burda preparat seçimi səbəbə yönəlmiş  seçilir + sikloplegik damcılar.  Müasir oftalmologiyanın  yeniliklərindən sayilan müalicəvi linzalar da müalicənin effektini artirir  bərpa dövrünü  tezləşdirir.Ağırlaşmış vəziyyətlərdə isə sistemik dərman müalicəsi  təyin  edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az