Keratit nedir?
Kornea şəffaf asferik görmədə xüsusi əhəmiyyəti olan şüa keçirici mühitdir . Gözün ön şöbəsində yerləşir, təqribən 43.25D qirma gücünə malikdir. Ölçüləri 10-11*11-12 mm olur.
Keratit korneanın infeksiya və digər səbəblərdən zədələnməsi nəticəsində baş verən xəstəlikdir. Əsas simptomu “ qırmızı göz” dür
Keratiti yaradan səbəblər :- kəskin və xroniki olmaqla 2 qrupa bölünür:
Kəskin səbəblər:
-Kəskin konyunktivit
-Kəskin iridosiklit
-Qlaukoma tutması
-Sklerit , episklerit
-Subkonyunktival hemorragiya
Xroniki səbəbləri:
-Tiroid və orbita xəstəlikləri
-Xroniki və allergik konyunktivitlər
Keratitin növləri:
Keratitləri növlərə bölsək səthi və stromal olur:
Səthi keratitlər- əsasən infeksiyaya bağlıdır.
Stromal keratitlər- immun xəstəliklərə cavab olaraq və infeksiyalardan ağırlaşmalar nəticəsində yaranır.
İnfeksiyon keratitlər:
-Bakterial
-Viral
-Fungal
-Parazit ( acanthamoeba)
İnfeksiyon keratitlərin simptomları - əsasən kəskin başlayir ağri, qizarti, görmənin azalması, fotofobiya ( işıqdanqorxma), blefarospazm
Bu zaman həkim konyunktivada qarışıq hiperemiya, endoteldə deffekt, ön kamerada reaksiya ( hipopion) müşahidə edə bilər.
Keratitlərin risk faktorları:
-Travma
-Kontakt linzaların istifadəsi
-Quru göz
-Bulyoz keratopatiya
-Kornea səthinin pozulması
Keratitin ağırlaşmaları :
-Korneanın şəffaflığını itirməsi
-Descematosel
-Korneanin perforasiyası
-Uveit
-Katarakta
-İkincili qlaukoma
-Endoftalmit/ panoftalmit
Keratitlərin müalicəsi:
Keratitin müalicəsi yerli damcılarla aparilir. Burda preparat seçimi səbəbə yönəlmiş seçilir + sikloplegik damcılar. Müasir oftalmologiyanın yeniliklərindən sayilan müalicəvi linzalar da müalicənin effektini artirir bərpa dövrünü tezləşdirir.Ağırlaşmış vəziyyətlərdə isə sistemik dərman müalicəsi təyin edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az