kosmetologiyada lazerlərdən istifadə

Kosmetologiyada lazerlər

Əvvəlcədən lazerin nə olduğunu aydınlaşdırmaq lazımdır? "Lazer" ingilis dilində "laser" sözündən əmələ gəlir, "məcburi şüalanma vasitəsilə işığın gücləndirilməsi" - Light Amplification by Stimulated Emission of Radiation cümləsindən ixtisar. Oxucudan "İşığın gücləndirilməsi" sözlərinə diqqət yetirməyi xahiş edirəm, yəni lazer şüalanması - işiğın böyük intensivliyidir və o, radiasiya xüsusiyyətlərinə malik ola bilməz. Ümumilikdə orqanizmə, o cümlədən, hamiləlik zamanı təhlükəli təsiri haqqında bütün suallar yersizdir. Yəqin ki, hamıya "lazer cilalanma", "lazer epilyasiya" və "lazerlə cavanlaşdırılma" ifadələri məlumdur. Klinikaların və salonların çoxsaylı reklam elanları "son nəsil olan lazer", "ən yeni lazer cilalanma" və "ağrısız lazerlə cavanlaşdırılma" kimi məlumatla doludur. Bəzən reklamı başa düşmək çətin olur, ona görə biz lazer şüalanmasının dəriyə təsiri mexanizmləri baxımından lazer metodları haqqında danışmağa çalışacayıq, o zaman hər hansı lazerin nə üçün yaraşdığı və digərlərindən nə ilə fərgli olduğu aydın olacaq. Lazer şüalanmasının və dərinin qarşılıqlı əlaqəsi İlk növbədə, müxtəlif kosmetoloji lazer metodları zamanı istifadə edilən lazer şüalanmasının xassələrini yada salaq. Birinci mühüm xüsusiyyəti - monoxromatiklikdir. Hər lazer nanometrlərlə ölçülən müəyyən uzunluqda dalğalarda işıq salır. Bu lazeri müxtəlif uzunluqlu dalğaların qarışığı olan adi işıqdan fərgləndirir. Beləliklə, gördüyümüz işıq - 380-lə 780 nm arası uzunluqda olan şüaların qarışığıdır. Dalğanın uzunluğu çox vacibdir, çünki dərinin müxtəlif strukturlarına eyni uzunluqda dalğaları müxtəlif şəkildə hopur. Məsələn, yaqut lazer 694 nm uzunluğunda qırmızı şüalanma dalğasını generasiya edir, hansını ki əsasən melanin hopur. Bu zaman tərkibində yüksək səviyyədə melanin olan hüceyrələr maksimum isinirlər, ümumilikdə isə dəri az qızır. Əksinə, infraqırmızı lazerlər, məsələn erbiy lazeri, dəridəki suyu qızdırır və praktiki olaraq melanini qızdırmır. Deməli, lazer şüası ilə dərinin müxtəlif strukturlarını "sərrast" isitmək olar və kosmetoloji lazerin dalğasının uzunluğu onun haqqında çox şey deyə bilər: nə üçün istifadə olunur, hansı halda effektivdir və onu necə təhlükəsiz istifadə etmək olar. Hətta bəzən şüalanmanın uzunluğu lazer haqqında onun adından da daha çox məlumat verə biləcək parametrdir. Məsələn, "diod lazeri" deyiləndə, lazerdəki şüalandırıcının sadəcə yarımkeçirici lazer diodun olduğunu bildirir. Bir diod lazeri isə 1450 nm uzunluğunda dalğaları saça bilər, və o, sizanaq xəstəliyinin müalicəsi üçün istifadə edilir. Digər diod lazeri - 800 nm-dir, və o, epilyasiya üçün istifadə olunur, nəhayət, 970 nm diod lazeri var, o LOR-cərrahiyyəsində tətbiq edilir. Lazer şüalanmasının ikinci vacib xüsusiyyəti onun zamanda və məkanda dəqiq idarə etmək imkanıdır, həmin zaman yüksək enerjini çox kiçik sahəyə yönləndirmək mümkündür. Məsələn, infraqırmızı СО2 lazerlər (10600 nm) dəri təkmilləşdirilməsi üçün tətbiq olunur. Onlar bir neçə saniyə ərzində dəri səthini 300-400º-dək qızdırır, o zaman onun tərkibindəki su dərhal toxuma ilə birlikdə buxarlanır. Belə çıxır ki, lazer sanki dərinin incə qatını ondakı nöqsanlarla birlikdə kəsir. Heç bir lampa hətta ən güclüsü də belə  tez şəkildə dərini qızdıra bilməz. Qeyd edək ki, yüksək gücünə baxmayaraq, lazerin bir nöqtəyə işıq saçmanın zamanı saniyələrdən az çəkir, ona görə o, dərini tamamilə yandıra bilməz - o, yalnız incə qalınlıqda bir sahəni aradan qaldırır. Lazerin gücünü və təsir müddətini (impuls müddəti) dəqiq tənzimləmək olar - bu zaman "kəsilən" qatın qalınlığı tənzimlənir. Lazerlərin üçüncü mühüm cəhəti - bakterisidlikdir. Dəriyə lazer şüalanmasının təsiri prossesində xəstəlik törədən mikroblar ölür, və dəri zərərsizləşdirilir. Bu lazerlərə iynə, mexaniki hamarlaşdırma prossedurları və pilinqlərlə müqayisədə yüksək üstünlük verir. Bunun sayəsində bəzi lazerlər sızanaq xəstəliyinin müalicəsi üçün istifadə olunur. Onlar sızanaqların əmələ gəlməsinin səbəbi olan dəridəki bakteriyaları məhv edir. İndi isə kosmetologiya sahəsində tətbiq olunan lazer üsullarına daha ətraflı müraciət edək. Onları iki böyük qrupa bölmək olar. Birincilər - spektrin görünən hissəsində tutqun olanlardır (380-780 nm)  - dəriyə rəng verən dəridəki maddələri qızdırırlar - hemoqlobin (qırmızı rəngli), melanin (qara, qəhvəyi və sarı rəngli) və tatuirovka piqmenti (hər cür rəngdə ola bilər). Qızdırmanın məqsədi - piqment ləkələri, tük qovuqcuqları, damarlar və döymələr kimi rəngləndirilmiş strukturları məhv etməkdir, lakin eyni zaman ətraf dəri toxumasına zərər vurmamaqdır. Obrazlı şəkildə "görünən" lazerlərin fəaliyyətini günəşli gün şəffar sudakı tünd balığın misalında təsəvvür etmək olar. Bizim üçün balıq şəffaf deyil və günəşin infraqırmızı şüaları həm su, həm balıqla hopdurulduğu zaman spektrin görünən hissəsinin şüaları balığın bədənini qızdırır və əgər balıq su səthinə yaxındırsa infraqırmızı şüalar balıq və su tərəfindən əmiləcək. İkinci qrup lazerləri infraqırmızı dalğaları saçır və dəridəki suyu qızdırırlar, özü də, orda melaninin və hemoqlobinin olmasından asılı olmayaraq bunu müntəzəm şəkildə edirlər. Bu onunla bağlıdır ki, su dəriyə az-çox müntəzəm olaraq bölüşdürülüb - həm melanin toplayan hüceyrələrdə, həm damarlarda, həm tük qovuqcuqlarında. İstifadə olunan dalğanın uzunluğundan, gücündən və impuls müddətindən asılı olaraq, infraqırmızı lazerlər suyu və onunla birlikdə nazik dəri qatını buxarlandırmağı (lazer ablyasiyası), fototermoliz halını yaradaraq və ya digər sözlə dərinin struktur elementlərini məhv edərək, dərini 50-90º-ə kimi qızdırmağı bacarırlar. Nəhayət, heç bir şeyi məhv etməyən, yalnız dəridəki mübadilə proseslərini stimullaşdıran və modulyasiya edən, müxtəlif terapiya nəticələrinə gətirib çıxaran aşağı intensiv infraqırmızı lazerlər var. Lazer epilyasiyasından danışaq Lazerlə eyilyasiya üçün çox vaxt yaqut (694 nm), aleksandrit (755 nm), neodim (1064 nm) və diod (800 - 900 nm) lazerlər istifadə olunur. Yaqut lazer ən təhlükəsiz və qoruyucu biri sayılır, lakin əsasən açıq rəngli dəridə qara tüklərin epilyasiyası zamanı yaxşı nəticə verir. Aleksandrit lazeri - ən səmərəlilərdən biridir, lakin bir az təhlükəlidir, buna görə də müasir lazerlərin daxilinə, məsələn Candella, dərinin səthini soyudan quraşdırılıb. Neodim lazerləri əsmər dəridə tünd tüklərin aradan qaldırılması üçün səmərəlidir. Bütün epilyasiya üçün lazerlər tük qovuqcuğunu qızdırır, çünki onun tərkibində melanin var, qovuqcuq dağılır və tük artıq uzanmır. Bir prosedur zamanı follikuların yalnız bir hissəsi dağılır: fəal artım fazasında olanlar. Buna görə 6-8 həftə fasilə ilə 5-8 prosedurdan keçmək lazımdır, əgər epilyasiya bədəndə keçirilirsə, və 3-4 həftə fasilə ilə, əgər epilyasıyası üzdə keçirilirsə. Lazer epilyasiyasının, fotoepilyasiyanın kimi, məhdudiyyətləri var: açıq rəngli saçları açıq rəngli dəridə aradan qaldırmaq mümkün deyil (lazerə sadəcə qızdırmağa heç bir şey yoxdur), əsmər dəridə isə epilyasıya ümumiyyətlə təhlükəlidir (lazer tükdən başqa dərinin melanininidə qızdıracaq, bu isə yanıqları əmələ gətirə bilər). Damar defektlərinin müalicəsi Damar defektlərinin müalicəsində spektrin yaşıl sahəsində saçan lazerlər istifadə olunur. Hemoqlobin hopmasının zirvəsi 577 nm, görünən işığın sarı-yaşıl diapazonunda yerləşir, bu zaman sarı-yaşıl spektrin şüaları əksəriyyətdə damarlarla və daha az melaninlə hopdurulacaq. Qanla hopdurulmuş işıq enerjisi, istilik enerjisinə çevrilərək, damar divarının zədələnməsini yaradır və nəticədə damar yumulur. Səthdəki damarların aradan qaldırılması üçün ikiqat gücləndirilmiş tezliklə neodim lazeri (Nd:YAG/KTP, 532 nm) və mis buxarlı lazer ən yararlıdır. Onlar damar ulduzlarının, hemangiomaların, ləkələrin müalicəsində səmərəlidir. Bir sıra hallarda dərin iz buraxan damarlarının müalicəsi üçün 1065 nm neodim lazeri istifadə edilir. Piqmentasiyaların müalicəsi Piqment ləkələrin müalicəsi üçün spektrin görünən hissəsində saçan və melanini (məhz o xallara rəng verir) qızdıran lazerlər idtifadə edilir. Bunlar aleksandrit, yaqut və ikiqat gücləndirilmiş neodim lazerləridir: prinsipcə, onların əksəriyyəti epilyasiya üçün tətbiq olunanlardır, yalnız digər müalicə parametrləri istifadə olunur. Epilyasiya zamanı olduğu kimi, burda da əsmər dəridə piqment ləkələri müalicə etmək olmaz, çünki ləkədəki piqmentdən başqa ətrafdaki dəri də qızdıralacaq. Bəzən piqmentasiya müalicəsi üçün lazer təkmilləşdirməni tətbiq edir. Praktiki olaraq piqmentin həmişə dərinin dərinin üst qatında - epidermisdə lokallaşdırıldığı üçün, bu qatı "kəsmək" olar, sonra onun yerində yeni epiderma əmələ gələcək. Döymələrin aradan qaldırılması Döymələrin silinməsi mexanizmi onun dağıdılması və rəngin dəridə sonrakı çəkilməsinə əsaslanır. Ən asan klassik qara döymələr korreksiya olunur, özü də səthdəki tatuaj zamanı daha çox effekt nail olunur. Tatuirovkaların aradan qaldırılması üçün ən çox 1064 nm uzunluğunda dalğasında işləyən ND:YAG Q-Swithed KTP lazer (qara, tünt-göy və tünd-yaşıl tatuirovkalar) və 532 nm (qırmızı və narıncı tatuirovkalar) istifadə edilir. Qəhvəyi döymələrin silinməsi üçün hərdən aleksandrit lazer istifadə olunur. Nəhayət döymələrin lazer korreksiyası üçün ən köhnə üsul - СО2 lazerlə döymənin yandırılması, lakin o, boya maddəsinin dərində yerləşdiyi hallarda dəridə çapıqlar salır. Dərinin cavanlaşdırılması Demək olar ki, kosmetologiyada cavanlaşdırılma prosedurları üçün daha çox lazer metodikaları var, çünki hər bir lazer istər-istəməz cavanlaşdırma effektinə malikdir. Məsələ burasındadır ki, hətta lazerlə dərinin kiçik qızdırılması mübadilə proseslərini stimullaşdırır. Ona görə spektrin görünən hissəsində saçan və piqment və damar defektlərinin müalicəsində tətbiq olunan lazerlər, "kənar" cavanlaşdırma effektinə malikdir. Bu effekt qısadır, və, bir qayda olaraq, yaşlılıqda yoxdur. Ablyativ lazerlər - CO2 (karbon dioksidi, 10600 nm) və Er:YAG (aluminium-ittrium qranatı əsasında erbiy lazeri) lazerləri qırışların aradan qaldırılması və cavanlaşdırılma baxımından daha səmərəlidir. Onlar qat-qat dərini buxarlandırır, həmin zaman CO2 lazeri daha dərin və aqressiv (lakin prosedurun nəticəsi daha yüksəkdir), Er:YAG isə səthdə və daha az nəticə ilə fəaliyyət göstərir. Faktiki olaraq ablyativ lazerlər köhnə epidermisi və qismən dermanın üst qatını dağıdır, bundan sonra bərpa prossesləri və yenidən modelləşdirilmə prossesləri başlayır: köhnə dəri yeni ilə əvəz edilir. Lazer cilalanması, əksər tanınmış kimyəvi pilinq mikrodermabraziya kimi tanınmış üsulları geridə buraxaraq, dəri səthinin cavanlaşdırılması üçün ən mühüm vasitə sayılır. Lakin lazer təkmilləşdirməsinə hər kəs razılaşmaz, çünki ondan sonra dəri 1-2 həftə ərzində bərpa olunur və aylar ərzində qırmızı olaraq qalır, piqmentasiyanın əmələ gəlmə riski çox yüksəkdir, parametrlərinin səhv seçimi zamanı isə çapıqlar əmələ gələ bilər. СО2 lazeri ziyillərin, xalların, papillomaların, həmçinin qabaran hipertrofil çapıqların təkmilləşdirilməsi üçün tez-tez istifadə olunur. Ümumiyyətlə СО2 lazeri - cərrahiyyədən kosmetologiyaya gəlmiş ilk lazerlərdən biridir. Onu indi də bütün ölkələrdə plastik cərrahiyyə klinikalarında cərrah bıçağı kimi indi tətbiq edirlər. Fraksion remodelləşdirilmə Fraksiya ablasiya və fraksiya fototermoliz prinsipi ilə ilə işləyən lazerləri və fraksion lazerləri haqqında tamamilə ayrıca danışmaq lazımdır. Bunlar Fraksel qrup lazerləridir: Fraxel re:store və Fraxel re:pair. Onların dəri ilə qarşılıqlı fəaliyyət mexanizmi  "fraksiya" sözündən irəli gəlir. Onlar dərhal bütün dərini yox, onun saç qalınlığında minlərlə fraksiyalarını qızdırır və həmin mikrofraksiyalar ətrafındaki dərini zədələmir. Nazik mikrofraksiyalar 1,5 mm dərinliyinə qədər nüfuz edə bilər, lakin onların diametri çox az olduğuna görə, adi lazer təkmilləşdirilməsi ilə müqayisədə reabilitasiya dövrü dəfələrlə qısadır. Fraxel lazerləri  dəridə fraksionn remodelləşdirilmə proseslərini başlayır, dəri hissə hissə yenidən qurulur, yeniləşir. Remodelləşdirilmə prosesi piqmentə, qırışlara və çapıq toxumasına da toxunur. Fraxel lazer metodikası cavanlaşdırılma, piqmentasiya, çapıqlar, genəlmələr və postakne müalicəsində ən perspektivli biri sayılır. Maraqlıdır ki, bu texnologiyanın dərinin rənginə görə məhdudiyyəti yoxdur, və onu istənilən hissələrdə tətbiq etmək olar. Beləliklə, tibbdə və xüsusilə kosmetologiyada istifadə olunan lazer metodikaları ilə maraqlanan hörmətli oxucu, Siz bütün dünya ölkələrində tətbiq olunan lazer aparatları və metodları barəsində düzgün məlumat ala bildiniz. Bütün müalicə üsullarında əsas olan avadanlıq deyil, nəticə almaq üçün hər hansı lazeri istifadə edən həkimin bacarılığıdır. Belə ki, müasir lazerlər - sivilizasiyanın bizə bəxş etdiyi və düzgün istifadə olunmalı gözəl alətdir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 10.08.2017

burun əti əməliyyatı

UŞAQLARDA ADENOİD – "BURUN ƏTİ" ƏMƏLİYYATI

Uşaqlarda burun əti fəsadlarının səbəbi Burun əti adətən 14 yaşına qədər uşaqlarda rast gəlinir.Burun-udlaq nahiyəsində yerləşən limfadenoid toxumasıdır,onun uşaqda olması patologiya deyil,ölçüləri böyüdükdə patologiya kimi qəbul olunur. Uşaqlarda bu problemin simptomları İlk öncə valideyn həkimə övladında olan burun tıxanıqlığı,ağzıaçıq yatma,xorultu,bəzi hallarda nəfəsin bir neçə saniyəlik dayanması şikayətləri ilə müraciət edir.Araşdırma zamanı bu uşaqların tez-tez virus xəstəliklərinə tutulması,burundan qatı mayenin axması,qulaq ağrıları, eşitmə zəifliyi, uzunmüddətli öskürək kimi şikayətlərinin də olduğu bəlli olur. Uşaqların müayinəsi Təbii ki böyük insandan fərqli olaraq uşaqları müayinə etmək o qədər də asan olmur,bəzən uşağın kabinetə öyrənməyi və ağxalatlı həkimə etibar qazanmağı üçün valideynlə danışaraq sanki uşaq müayinəyə yox söhbət etməyə gətirilib kimi təəssürat yaradılmağında fayda var. Etibar qazanıldıqdan sonra uşaq özü də bilmədən müayinə stoluna əyləşir.Ancaq etiraf edək ki bütün uşaqlarda bu metodlar keçərli deyil. Adenoid vegetasiyası(burun əti) şübhəsi olan uşağın burnuna nazik endoskopla baxılır,görüntü ekranda həkim tərəfindən dəyərləndirilir və valideynə adenoidlərin ölçüsü barəsində məlumat verilir. Qeyd edim ki endoskopik müayinə zamanı valideyn özü də ekranda görüntünü müşahidə edə bilir. Əməliyyata göstəriş olan əsas şərt yuxarıda sadaladığımız şikayətlərin olmasıdır.Bundan əlavə endoskopik müayinənin nəticəsi də yüksək əhəmiyyət kəsb edir. Əgər adenoid toxuması 3-cü dərəcə olarsa əksər hallarda əməliyyat olunmalıdır. 1-ci dərəcə adenoidlər əməliyyata göstəriş deyil,2-ci dərəcə olarsa,şikayətlərə bağlı olaraq ya müalicə olunur, ya da əməliyyat. Əməliyyat zamanı anesteziya Mütləq ümumi narkozla icra edilir,çünki yerli keyitmə zamanı uşağın psixoloji durumuna əməliyyat ciddi problem yaratmış olur. Əməliyyat 10-15 dəqiqə çəkir. Müasir tibbi cihazların istifadəsi əməliyyat vaxtını və qanaxma riskini azaldır. 3-4 saat klinika şəraitində nəzarətdən sonra uşaq evə buraxılır. “Burun əti”əməliyyatında müasir metodlar Hal-hazırda adenoidlərin ən müasir yolla çıxarılması üçün endoskopik şeyver adlanan üsuldan istifadə edilir. Bu metodun əsas üstünlüyü ağırlaşma ehtimalının minimuma endirilməsindən ibarətdir. Endokopik şeyver adenotomiyadan sonra adenoidlərin təkrar əmələ gəlmə ehtimalı adi yolla aparılan adenotomiyadan dəfələrlə azdır. Əməliyyatsız müalicə halları Həkim şikayətləri dinlədikdən və müayinə etdikdən sonra qərar verməlidir,həm də uşağın yaşı da bu patologiyada önəmlidir.Əgər 11 yaşlı uşaqda 2-ci dərəcə adenoid varsa və şikayətləri o qədər də kəskin deyilsə, müalicə yazılmağı daha məqsədəuyğundur.  Burun əti əməliyyat olunmadıqda yarana biləcək fəsadlar Ürək və qan damar sistemi xəstəlikləri,diş formasının pozulması,çənə sümüyünün inkişafdan qalması,eşitmə azlığı və s. kimi sonradan qarşısı alınmayan ağırlaşmalara səbəb ola bilir. Bu patologiyaların yaranmaması üçün vaxtında mütəxəssisə müraciət etmək lazımdır.Düzgün aparılan müayinə və müalicə nəticəsində burun ətinin uşaqda ağırlaşma verməsinin qarşısı alınacaq və sağlam böyüməsinə imkan yaradacaq. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 01.08.2017

çənə sınıqları və müalicəsi

Çənə sınıqları

Çənə qafatasının ən böyük hərəkətli sümüyüdür. Ön tərəfdə yerləşdiyi üçün zədələnmələrə qarşı zəyif qalır. Çənə sınıqları ən çox avtomobil qəzaları və məişət davalarında görülür. Bu sınıqlar əksər hallarda kəllə-beyin, onurğa, alt və üst ətraf ya da daxili orqanlar travmaları ilə müşahidə olunur.  Çənə sınıqlarında xəstənin əsas şikayətləri belədir: 1) Dişlərin bir-birinə düzgün oturmaması, ya da maloküziya (dişləm pozulması) 2) Sınıq nayiyyəsində və umumiyyətlə hərəkət zamanı ağrı hissi. Bundən əlavə, ağız qoxusu, tüpürcək toplanması, udma çətinliyi, qançırlar və s. kimi əlamətlər görülə bilər. İlk baxışda həkim üzün şişməsini, sınıq yerində xırltı səsini, ağız içində sınmış dişləri və sınmış sümük uclarını müəyyən edə bilər. Diaqnozun təsdiqi üçün çənənin panoram və “Towne” proyeksiyalı rentgen şəklinin şəkilməsi çox vaxt kifayətdir. Əfsuslar ki, bu sadə müayinələri ölkəmizdə nadir hallarda aparırlar. Əvəzində bu halda çox da lazım olmayan, lakin bahalı kompyuter tomoqrafiyasının çəkilməsini təklif edirlər (ürək fəryadı!). Təcili yardım tələb edən hallar: 1) Xəstə sınmış protez parçasını ya da dişi udub çeçəyirsə belindən əl ilə vurmaq, öskürməsinə şərait yaradmaq ya da Haimlich manevrini http://aribris.ru/matters.php?id=35 aparmaq lazımdır. Belə xəstəni zorla uzandırmaq olmaz! Boğazdaki yad cismi çıxarmaq üçün işarət və orta barmağı xəstənin ağzına yerləşdirib ucları ilə dairəvi çıxarma hərəkəti etmək bəzən faydalı olur.  2) Çənin ön hissəsinin iki tərəfdən sınması dilin boğaza düşməsinə və beləliklə nəfəs yolunun tıxanmasına səbəb olur. Bu halda dili, ucundan 1 santimetr içəridən sancaq ilə dəlib köynəyin yaxasına sabitləmək ya da təcili tibbi yardım gələnə qədər barmaqlar ilə tutmaq lazımdır. Müalicə necə aparılır? Üz sınıqlar əksər hallarda təcili əməliyyat tələb etmir. Əvvəlcə yanaşı gedən travmaları araşdırmaq və xəstənin vəziyyətini tənzimləmək lazımdır. Bunun üçün çox vaxt 5-10 gün tələb olunur. Bu müddət ərzində çənə sınığına aparılan müdaxilələr belədir: 1) Çənə başa buxaq və təpə nahiyyələsini əhatə edəcək şəkildə elastik sarqı ilə sabitlənir (submento-vertikal sarğı).  2) Maye ve yumşaq yeməklər verilir. 3) Ağız gündə 8-10 dəfə povidon yod (1:1 su ilə qarışdırılmış), açıq manqan, xlorheksidin, benzidamin ya da soda ( 1 çay qaşığı 1 stəkan suya) məhlulları ilə çalxalanmalıdır. Bu məqsəd üçün adı çəkilən məhlullardan hər hansı biri istifadə oluna bilər.  4) Xəstə hündür yastıqda uzanmalı və yarı yataq rejiminə riayət etməlidir. Bu tədbirlər xəstənin üzündəki şişmənin azalmasına və tezliklə əməliyyata hazırlanmasına kömək edir. Bəzən əlavə olaraq antibiotik və ağrıkəsici dərmanlar təyin olunur. Bunları uşaqlar üçün olan siroplar şəklində qəbul etmək daha rahatdır. Sonra nə olmalı? Çənə sınıqlarının müalicəsi ilə müəyyən həkimlər, məsələn plastik cərrahlar, məşğul olur. Sınmış çənə parçaları əməliyyat əsnasında xüsusi lövhə ilə sabitlənir, alt və üst dişlər müvəqqəti sürətdə bir-birinə sim ilə tutturulur. Sadə hallarda submento-vertikal sarğının 3 həftəlik tətbiqi kifayətdir. Odur ki, nəqliyyat vasitələrində şlem, kəmər və diğər qoruyucu əşyalardan istifadə edin, sülhsevər olun və xəstələnməyin!   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 01.08.2017

rinoplastika əməliyyatı nədir

Rinoplastika nədir?

Rinoplastika burun görünüşünü dəyişdirmək üçün icra olunan cərrahi əməliyyatdır. Məqsəd üz cizgilərinə uyğun,digər üzdə olan strukturlarla ahəng yaradan burun forması əldə etməkdir. Genetik və ya zədə nəticəsində yaranan burun deformasiyalarını aradan qaldırmaq mümkündür. Adətən rinoplastika zamanı eyni zamanda burun tənəffüsünü pozan çəpərdə olan əyriliklər də aradan qaldırılır, burun balıqqulaqlarının ölçüsü lazer vasitəsilə kiçildilir. Nəticədə xəstənin burun tənəffüsü bərpa edilərək, üzünə yaraşan burun forması düzəldilir. Burunda olan donqarlığın, yana əyriliklərin, burunda zədə və ya əməliyyat sonrası yaranmış çökmələrin, uc hissədə olan deformasiyanın, dəri altında olan nahamarlıqların aradan qaldırılması, burun qanadlarına forma verilməsi də rinoplastikaya daxildir. Əməliyyat necə icra olunur? Açıq və qapalı yolla aparılır. Ümumi narkozla, 1,5-2 saat arası çəkir.Əməliyyat bitdikdən sonra burun üzərinə termal external splintlər (gips əvəzi müasir materialdan), burun daxilinə isə silikon splintlər (tampon əvəzi) yerləşdirilir. Palataya köçürülərək 1 gün klinikada nəzarət üçün saxlanılır. Reabilitasiya: Göz ətrafına buz qoyulur, ödem əleyhinə dərmanlar təyin edilir. Əməliyyatdan 1 saat sonra maye, 3-4 saat sonra qida qəbuluna icazə verilir. 3-5 gün sonra daxili splintlər, 1 həftə sonra isə xarici splint və tikişlər çıxarılır. Təqribən 1 ay müddətində ödemin 70% keçir, qalan 30% isə 8 ay-1 ilə qədər yavaş-yavaş azalaraq yox olur. Müasirlik: İstifadə olunan materiallar – External splintlər (gips əvəzi), ödem və şişkinliyin minimal olması (piezo cihaz istifadəsi), narkozda müasir preparatların istifadəsi (Tez oyanmanı təmin edir, qusma olmur.) Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 31.07.2017

ботоксом по мигрени

Ясная голова или Ботоксом по мигрени

Еще один миф остался позади. Миф о мигрени. Конец. Достала уже эта Мигрень. Наконец-то у огромного числа исследователей по всему миру теперь освободится время для поисков возможностей лечения других заболеваний, так как не будут гнаться за поиском очередной таблетки от мигрени. А более миллиона людей только за последний год уже распрощались с мигренью благодаря новой методике, о которой и пойдет речь. Вы знаете, какое сейчас время для медицины? Время второго Ренессанса. Первое было в середине прошлого века, когда изобрели антибиотики и нейролептики. Это было воистину грандиозно. Представьте себе, до эры антибиотиков люди пачками погибали от простых пневмоний, а сифилис был приговором уродливости. А дети, рожденные от сифилитичек, годились только в качестве цирковых уродцев средних веков. Но простой копеечный пенициллин все исправил. Теперь сифилис бесследно излечивается за две недели. А сколько талантливых людей погубил туберкулез?! Теперь от него осталось грозное название и неромантичная история в литературе. А до изобретения химиками нейролептиков, или же иначе выражаясь, антипсихотиков, и в частности аминазина, психиатры долбили лоб больным с психозами или же давали электрический разряд в два миллиарда вольт в голову. Я еще не говорю, о том, что истерию психиатры лечили петтингом. Но о веселом потом. Все это осталось позади, медицина сейчас стала доказательной, благодаря исследователям. А таковых в мире немного. Я имею в виду настоящих исследователей медицины, а не ту массу проектных крыс, публикующихся как блоггеры желтых страниц. Благодаря именно энтузиастам-ученым, наука и продвигается вперед. Причем, за последние 10 лет больше, чем за всю историю современной традиционной медицины. Но для некоторых практикующих врачей это «наказание». Ведь за год ровно половина того, что они знают о своей специальности, обнуляется. Ровно половина, представляете? Это значит, через год если мы не дополним свои знания, то они будут годны только на то, чтобы сказать «это не лечится». - «Мигрень не лечится», - «Альцгеймер не лечится», - «Тройничный нерв на всю жизнь»... А лучше все же поехать куда-нибудь и доучиться. Ведь, когда пациент верит в то, что врач избавит его от недуга, то полдела уже, считай, сделано. Ну, а когда у человека сложившееся убеждение, что Мигрень не лечится, то вряд ли он и обратиться к кому то…. – «все равно ведь не лечится», подумает несчастный. Тогда как, согласно статистике, средние мировые цифры только по Баку - это около 55 тысяч людей, страдающих от хронической мигрени. Есть и другая сторона медали – это хорошая экономическая возможность для врача. Ведь 55 тысяч - это реально большая цифра. Допустим, 10 врачей научатся делать инъекции Ботокса и навсегда избавят людей от приступов мигрени. Это 5 тысяч пациентов в год. Дальше - сами калькулируйте. И экономике страны подсобите. По подсчетам американцев, в среднем 74 дня из 365-ти люди с мигренью не работают. Это 592 работачасов (РЧ). В США 1 РЧ стоит 12$, в Баку - 3$.Разумеется, это стоимость 1-го РЧ в частном секторе среднего менеджерского состава. Значит, один менеджер с мигренью в Баку не отрабатывает 1776 долларов в год. А в США эта цифра колоссальна - 7100 в год. Мигрень теперь уже не «безвыходный диагноз», а «расход», как говорится в еврейской пословице. Задача, которую уже решили, уравнение, где Х (икс) и Y (игрек) уже известные. Икс - это Botox, а Игрек - это невролог, знающий куда колоть! Недорого и не больно. Ботокс вам в помощь! Со шприцом в руке, Доктор Султанов Гусейн.

Paylaşıldı: 23.07.2017

Эпилепсия - не приговор
 hekimtap.az

Эпилепсия - не приговор

Очень обидно, когда простые сограждане, каждый день сталкиваясь с таким диагнозом как «эпилепсия» или «судороги», впадают в отчаяние ввиду того, что по стереотипам 90-х годов считают эти заболевания неизлечимыми. Хотя за последние годы в эпилептологии воистину произошел переворот. Теперь мы с уверенностью можем сказать пациентам, что готовы идти с ними до полного излечения. Связано это с тем, что были и продолжают синтезироваться новейшие антиэпилептичекие препараты, которые не только купируют приступ эпилепсии, а приводят к угасанию эпилептического очага и впоследствии к полному отказу от лечения. У нас теперь есть огромный выбор, и этот выбор всегда в пользу надежды на благоприятный прогноз в лечении эпилепсии. Методы диагностики стали расширяться. Энцефалографы стали более чувствительными и многоканальными. Нейровизуализация стала более доступной и специализированной. Появилась возможность следить за концентрацией препаратов в сыворотке крови и точнее определять дозировку назначенных препаратов, следить за состоянием печени и учитывать ее влияние на дозировки различных медикаментов. Кроме того, благодаря появлению таких ультрасовременных аппаратов, как кибернож, эпилепсия также может быть излечена хирургическим путем зачастую без значимого воздействия на двигательные функции организма. Если раньше хирургический метод был последним вариантом, то сейчас он просто один из доступных. Очевидно, что возможность решения задачи под названием «Эпилепсия» огромна, и наша оптимистичность обоснована и продиктована личным опытом в этой области. Итак, по каким причинам простые люди удрученно смотрят на ситуацию?! Давайте попробуем их рассмотреть. Причина №1 (Знакомый врач) Когда люди сталкиваются с грозным словом «судорога» или замечают похожее состояние у близкого человека, то начинают искать врача по схеме «знакомый врач» и приходят на прием. Зачастую этот знакомый врач вынужден назначить лечение. Если «знакомый врач» не обладает достаточным опытом в лечении эпилепсии и не владеет соответствующими современными знаниями, то происходит назначение «популярных» препаратов вместо «необходимых». Таким образом, начинается первая ступень в цепочке многолетних скитаний пациента. Причина №2 (Незнание ЭЭГ) Очень важно, чтобы врач, который взялся за лечение эпилепсии, знал о методах диагностики этого заболевания. Если в нейровизуализационных методах (МРТ, КТ, ПЭТ) эпилептолог еще где-то может полагаться на описания радиолога-диагноста, то в ЭЭГ(энцефалография) он должен полагаться только на свои знания, так как ЭЭГ – это метод интерпретаций, и очень важно, чтобы сам лечащий врач следил за динамикой изменения нейрофизиологических феноменов в процессе диагностики и лечения. Причина №3 (Отсутствие времени) Осмотр пациента с эпилепсией или другими судорожными состояниями или схожими заболеваниями, такими как конверсионные расстройства (истерия, по-старому) и синкопальные состояния, занимает намного больше времени, чем осмотр пациентов с другими заболеваниями. А все потому, что во время осмотра при эпилепсии почти всегда у пациента есть длинная история и богатая картотека рецептов и всевозможных анализов, которые нельзя игнорировать. Любая незначительная деталь или мнение предыдущего врача может иметь или не иметь значение, но рассмотреть ее ты вынужден. Причина №4 (Резистентная эпилепсия) В эпилептологии есть феномен «фармакорезистентной эпилепсии» или эпилепсии, не поддающейся лечению медикаментами. Если при назначении двух и более антиэпилептических препаратов (АЭП) эпилептические припадки продолжают проявляться, то такое состояние называется фармакорезистентным. Даже в таких странах как Япония, Финляндия, США и Германия до 12% всех форм эпилепсии остается фармакорезистентным. В постсоветских странах научные работы с такими подсчетами не были проведены, но с уверенностью можно сказать, что цифры более высокие и доходят до 30%. Причины фармакорезистентных форм эпилепсии являются предметом отдельного разговора, и мы затронем эту тему. Тем не менее, надо сказать, что не все формы эпилепсии являются фармакорезистентным, даже при самом безграмотном подходе. РЕШЕНИЕ Эпилепсия – это не то заболевание, для лечения которого можно и нужно ехать заграницу, так как такие пациентам полезно находиться «рядом» со своим доктором и при необходимости частенько приносить ему шоколад, а самому не употреблять. И пока что у нас в стране нет специализированных клиник, занимающихся сугубо эпилепсией, каждому придется самому решить, к какому специалисту обращаться и при этом пользоваться не критерием «знакомый врач», а принять во внимание опыт и знание доктора. С пожеланиями веры в силу своевременной и современной медицины, доктор Гусейн Султанов.

Paylaşıldı: 20.07.2017

Spinner