Erkən menopauza (klimaks)
 hekimtap.az

Erkən menopauza (klimaks)

Erkən menopauza nədir? Klimaks qadınlarda 46-54 yaşlarında reproduktiv funksiyaların sönməsi ilə müşahidə edilən fizioloji perioddur. Bu zaman estrogen və progesteron ifrazının azalaması fonunda müşahidə olunan hormonal pozuntu menstrual funksiyanın kəsilməsinə səbəb olur və hamiləliyi qeyri-mümkün edir. Lakin klimaksı yaşlanma ilə əlaqələndirmək də düzgün deyil, çünkü onun ilkin mərhələləri yaşlanma əlamətlərindən xeyli əvvəl başlanır. Klimaks orta hesabla 20-25 ildən az davam etmir. Əgər menopauza 40 yaşına qədər baş verərsə, bu cür vəziyyət erkən klimaks adlanır. Əksər hallarda erkən klimaksa qadın orqanizmindəki pozuntular səbəb olur. Bəzən erkən klimaks genetik səbəblərdən də yarana bilər. Bir qayda olaraq, erkən klimaks qadınları gecikmiş klimaksdan (50-52 yaşdan sonra) daha çox narahat edir. Erkən menopauza – risk faktorları Menopauzanın sürətlə inkişaf etməsi səbəbi hələ ki, məlum deyil. Lakin alimlər erkən klimaksa səbəb ola biləcək bir sıra risk faktorlarını qeyd ediblər. Buraya aşağıdakılar aiddir:  – Çoxsaylı abortlar;  – Spirtli içkilərin qəbulu;  – Siqaret çəkmə;  – Hipodinamiya;  – Artıq çəki;  – Stress və yorğunluq;  – Müxtəlif dietalar zamanı qidalanmanın ciddi məhdudlaşdırılması;  – Endokrin pozuntular və ginekoloji xəstəliklər, o cümlədən, cinsi yolla yoluxan infeksiyaların müalicə olunmaması. Erkən menopauzanın profilaktikası Əgər erkən menopauzaya düçar olmaq istəmirsinizsə, düzgün seçilmiş kontrasepsiya metodları ilə risk ehtimalını aşağı salmağa çalışmaq lazımdır. Bundan başqa, pis vərdişləri tərgitmək, səhhətinizdə istənilən problem yarandığı zaman mütəxəssisə müraciət etmək tövsiyə olunur.    Düşünməyin ki, menopauzanın ilkin mərhələsində qadın hamiləlik qabiliyyətini itirir, ona görə də kontrasepsiyanı unutmaq  olmaz. Əgər hər hansı xroniki xəstəlikdən əziyyət çəkirsinizsə, səhhətinizə qarşı xüsusən diqqətli olmalısınız. Çünki uzun sürən xəstəliklər klimaksın atipik formalarının inkişaf riskini artıra, bu isə menopauza əlamətlərinin kəskin formada özünü büruzə verməsinə səbəb ola bilər. Təcrübəli həkim-ginekoloqun sayəsində siz anlayacaqsınız ki, klimaks “sağlam” da ola bilər və həyat keyfiyyətinə heç bir maneçilik törətməz. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 10.04.2018

Hialuron tuşusu vasitəsilə əməliyyatsız intim cavanlaşma
 hekimtap.az

Hialuron tuşusu vasitəsilə əməliyyatsız intim cavanlaşma

Qadın sağlamlığının və psixoloji vəziyyətinin əlverişləri və özgüvənin olması bir başa intim və seksual həyatdan aslıdı. Bir necə il əvvəl tibb yalnız cərrahi plastika tövsiyə edə bilirdisə, bu gün əməliyatsız plastikanın növləri mövcuddur. Hialuron turşusu əsasında vurulan inyeksiyalar dərini nəmləndirir və cavanlaşdırır. Əzələ tonusunu,libidonu artırır. Sidik saxlamama problemlərində effektiv terapevtik effekt göstərir. Deformasiyaya uğramış cinsi dodaqları bərpa etməyə imkan yaradır. Ən əsası son zamanlar pasientlərin cox müraciət etdiyi problemin həllində əhəmiyyətli rol oynayır (orqazmın olmaması). Ginekologiyada xüsüsi formakoloji foma istifadə olunur. İndividual olaraq (yaş, sağlamlıq və s.) 6-15 ay ərzində effktivdir. Heç bir yan təsiri yoxdur. Alışılmış həyat təzindən təcrih olunmur, əgər əməliyatdan sonra 2 ay müddətinə cinsi həyat qadağan olunursa, inyeksiyadan sonra bu qadağa qoyulmur. Əməliyatsız intim cavanlaşma hialuron turşusu əsasında hansı probləmləri aradan götürür?  – Kiçik cinsiyyət dodaqlarının korreksiyası  – Böyük cinsiyyət dodaqlarının korreksiyası  – G nöqtəsinin korreksiyası  –  Klitorun həssaslığının artması  – Doğuşdan sonrakı dəyişikliklərin korreksiyası  – Yaşla əlaqəli dəyişikliklərin korreksiyası (uşaqlıq yolunun tonusunun artması, quruluğun aradan götürülməsi, libidonun artması, uretranın hiperaktivliyinin azalması).  – Uşaqlıq yolunun əzələsinin tonusunun artması. Əks göstərişlər  – Kəskin iltihabi proseslər (cinsiyyət orqanlarının)  – Qan laxtalanma sistemində pozulmalar  – Hamiləlik  – Laktasiya dövrü  – Aybaşı müddəti Hər bir qadın gözəl olmağa layiqdir. Özünüzə inamınız həmişə sizinlə olsun.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. 

Published: 09.04.2018

Vaser liposaksiyası hekimtap.az

Vaser liposaksiyası

Plastik cərrahiyyə bizə bədən quruluşumuzu asanlıqla korreksiya etməyə şərait yaradıb. Artıq bədən formasını daha da cazibədar etmək üçün uzun müddətli dietalara və ağır fiziki məşqlərə ehtiyac yoxdur. Bədən quruluşunun korreksiyası üçün tətbiq edilən plastik cərrahiyyə üsullarından biri də liposaksiyadır. Liposaksiyanın bir neçə üsulu var: Buraya vakuumlu liposaksiya, ultrasəs dalğalı liposaksiya, lazer liposaksiyası, güc dəstəkli liposaksiya və su yardımlı liposaksiya aiddir.    Yuxarıda qeyd olunan üsullarla bədənin müxtəlif yerlərində toplanmış piyləri uğurla xaric etmək mümkün olsa da, nəticədə müəyyən travma və ağırlaşmalar yarana bilir. Lakin liposaksiya texnologiyalarındakı  inqilabi yenilik bütün bu problemləri aradan qaldırdı. Bu, Vaser liposaksiyasıdır!    Vaser liposaksiyasının üstünlükləri Vaser liposaksiyası ultrasəs dalğalı liposaksiya üsullarının ən müasiri hesab olunur. Vaser liposaksiyasının iş prinsipi təhlükəsiz ultrasəs dalğaları üzərində qurulub. Bu dalğalar vasitəsilə lokal nahiyələrdəki piy qatı bərabər hissələrə parçalanır və bədəndən xaric edilir Bu liposaksiya metodunun özəlliyi onun insan orqanizminə heç bir ziyan vurmamasından ibarətdir. Bundan başqa, Vaser üsulunun əməliyyatdan sonra sallanmış dəriləri yığma xüsusiyyəti də var. Bu üsul atravmatik olduğu üçün bədən heykəltəraşlığında da müvəffəqiyyətlə tətbiq olunur. Əməliyyat tamamilə ağrısız, qansız və təhlükəsiz keçir! Vaser liposaksiyasının daha bir üstün cəhəti odur ki, ultrasəs dalağaları vasitəsilə parçalanan piylər kanyula vasitəsilə bədəndən xaric edildikdən sonra yenidən insan orqanizminə daxil etmək üçün (lipofilinq) istifadə oluna bilər. Vaser liposaksiyasının bir özəlliyi də var. Onun vasitəsilə bədənin müxtəlif yerlərinə forma verməklə atletik bədən quruluşu yaratmaq mümkündür. Vaser liposaksiyasına göstərişlər Bu prosedur daha çox aşağıdakı hallarda tətbiq olunur:  – Həddindən artıq böyük qarın;  – Kürəkdə artıq piylər;  – Kişilərdə qadınsayağı məmə;  – Bud və qollarda artıq piylər;  – Buxaq;  – Bədən şəkilləndirliməsi. Bu üsul qadınlarla yanaşı, kişilərə də uğurla tətbiq edilir. Vaser liposaksiyasına əks-göstərişlər Aşağıdakı hallarda Vaser əməliyyatı əks-göstərişdir:  – Laktasiya və hamiləlik;  – Psixoloji və əsəb pozuntuları;  – Onkoloji xəstəliklər;  – Şəkərli diabet;  – Menstruasiyalar;  – Damarların ağırlaşmış varikoz genişlənmələri;  – Daxili orqanların xroniki xəstəlikləri;  – İltihabi, virus, autoimmun xəstəliklər;  – Təzyiq yüksəlməsinə meyillilik və prosedur aparılan gün təzyiqin yuxarı olması;  – Qan laxtalanmasının aşağı səviyyədə olması.   Mövzu ilə bağlı video:     © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. 

Published: 07.04.2018

Liposaksiya əməliyyatı hekimtap.az

Liposaksiya əməliyyatı

Tibbi texnologiyaların inkişaf etdiyi dövrdə gözəl görünüş bir trendə çevrilib. Xarici görkəmlərindəki  qüsurları aradan qaldırmaq üçün xanımlarımız və hətta bəylərimiz müxtəlif kosmetoloji üsullara, plastik cərrahiyəyə müraciət edirlər. Bədən quruluşunu korreksiya etmək üçün tətbiq olunan cərrahi üsullardan biri də liposaksiyadır. Liposaksiya nədir? Liposaksiya piylərin vakuumla sovrulub çıxarılması əməliyyatıdır. Bu, kəsiklə deyil, dəliklərdən icra olunan bir əməliyyatdır. Liposaksiya zamanı bədəndə bir neçə kiçik dəlik açılır, piylər vakuumla sovrulur və bədəndən xaric edilir. Liposaksiya arıqlama əməliyyatı yox, bədənin korreksiya olunması əməliyyatıdır. Yəni bu metod bədəni birdən-birə 10-20 kq və ya daha artıq arıqlada bilməz. Liposaksiya lokal yerlərdə toplanmış piyləri, məsələn, qarında, qollarda, kürək nahiyəsində toplanmış piyləri çox rahatlıqla sovurub çıxarır. Liposaksiyanın aşağıdakı üsulları var:  – Vakuumlu liposaksiya;  – Ultrasəs dalğalı liposaksiya;  – Lazer liposaksiya;  – Güc dəstəkli liposaksiya;  – Su yardımlı liposaksiya. Vakuumlu liposaksiya Liposaksiya üsullarından ilk kəşf olunanıdır. XIX əsrin ortalarında Amerikada populyarlaşıb, daha sonra bütün dünyada geniş tətbiqini tapıb. Bu əməliyyat zamanı müxtəlif diametrli və müxtəlif uzunluqlu kanyulalar elektrosovurucuya bağlanır və bu vasitə ilə dərialtı toxumadakı yağlar sovrulub çıxarılır. Vakuum liposaksiyasının əsas çatışmayan cəhəti odur ki, piylərin çıxarılması zamanı damar və sinir dəstəsi çox zədələnir, dəridə nahamarlıq qalır. Bundan başqa, vakuum liposaksiyasında piyləi lazımi dərəcədə sovrulmur.   Ultrasəs dalğalı liposaksiya Bu liposaksiya metodu vakuumlu liposaksiyanın əskikliklərini aradan qaldırmaq üçün kəşf edilmişdir. Ultrasəs dalğalı liposaksiyanın vakuumlu liposaksiyadan fərqi odur ki, burada ultrasəs dalğa vasitəsilə yalnız piy hüceyrələrinə müdaxilə edilir – damar, sinir və bağ toxuması zədələnmir. Bağ toxumasının zədələnməməsi dərinin tezliklə toparlanmasına şərait yaradır. Bu metodun başqa bir özəlliyi də odur ki, əməliyyat nahiyələri demək olar ki, göyərmir, sinirlər isə zədələnmədiyindən dəridə aylarla davam edən hissiyatsızlıq aradan qalxır.      Ultrasəs dalğalı liposaksiya xüsusilə fibrozlu nahiyələrdə, kürək, bel nahiyyəsində, kişi süd vəzisi kimi çətin nahiyyələrdə mükəmməl üsuldur. Çatışmayan cəhəti isə dəri və əzələdə termal yanıqlar yaratması, uzun müddət istifadə olunduqda seromanın əmələ gəlmə ehtimalının çoxalmasıdır. Amma ultrasəs dalğalı liposaksiyanın yeni nəsil cihazı olan Vaserdə (üçüncü nəsil) bu çatışmayan cəhətlər minimuma endirilib. Lazer liposaksiya Lazer tibbin bir çox sahələrində müvəffəqiyyətlə istifadə olunsa da, liposaksiyada uğurlu tətbiqini tapmadı. Məsələ ondadır ki, lazer işığı birbaşa yağ hüceyrəsinin divarını zədələyir və partladır. Həm də lazerin termal yanıq yaratma ehtimalı daha yüksəkdir, özündən sonra dəri altında kobud çapıq toxuması yaradır. Bir də bu üsulla 1.5 kq-dan artıq yağ toxuması çıxarmaq olmur, çıxarılan yağ öz canlılığını qorumadığından şəkil vermək üçün başqa nahiyələrə vurula bilmir.   Güc dəstəkli liposaksiya XIX əsrin sonlarında bü üsulu kəşf etməklə ultrasəs dalğalı liposaksiyanın çatışmayan cəhətlərini aradan qaldırmaq mümkün oldu. Düzdür, bu üsulla da, ultrasəs dalğalı liposaksiyada olduğu kimi, damar-sinir dəstəsi və bağ toxuması qorunmur. Əvəzində istilik hasil olunmur və termal zədə yetirilmir.   Su yardımlı liposaksiya Daha bir populyar metod su yardımlı liposaksiyadır.  Bu əməliyyatda bədənə çox miqdarda su vurulur, suyun titrəyişindən istifadə olunaraq, piylər kiçik ölçülərədək parçalanır və orqanizmdən xaric edilir. Liposaksiya əməliyyatına göstəriş Liposaksiya əməliyyatı aşağıdakı hallarda göstərişdir:  – Dieta və idmanla kənarlaşdırılması mümkün olmayan lokal piylər;  – Bədən proporsiyalarının azaldılması;  – Pasiyentin həyatı üçün təhlükəli olan artıq çəkinin azaldılması;  – Piylərin bədəndə qeyri-mütənasib paylanması. Bütün digər əməliyyatlarda olduğu kimi, liposaksiya əməliyyatına da əks-göstərişlər var. Bunlar aşağıdakılardır:  – Qan laxtalanması ilə bağlı problemlər;  – İstənilən formalı şəkərli diabet;  – Hipertoniyanın ağır formaları;  – Endokrin xarakterli piylənmə;  – Daxili orqanların ağır xəstəlikləri;  – Ciddi somatik xəstəliklər (vərəm, pnevmoniya, hepatit, mədə-bağırsaq xəstəliklərinin kəskinləşməsi).  – Ürək qüsurları və ürəyin digər ciddi problemləri.   Mövzu ilə bağlı video:     © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 05.04.2018

Helikobakter pilori
 hekimtap.az

Helikobakter pilori

Helikobakter pilori nədir? Tez-tez qarnınızda ağrılar olur? Sizi ürəkbulanma, yeməkdən sonra ağırlıq hissi və gəyirmə narahat edir? Ehtimal ki, mədə-bağırsaq traktınızda kiçik, lakin aqressiv bir bakteriya – Helikobakter pilori məskunlaşıb. Helikobakter pilor patogen bakteriyaların bir növü olub, mədə və on iki barmaq bağırsağı zədələyir. Bu mikroorqanizmlər çoxlu miqdarda toksin ifraz edən parazitlərdir və onlar daxili orqanların selikli qişasını zədələyir. Həmin zədələnmələr iltihablara və qastritə, xoralara və bunun da nəticəsində  xərçəngə gətirib çıxara bilər. Bu günə məlum olan mikroorqanzmlərdən çoxu mədənin turş mühitində yaşaya bilmir, lakin helikobakter üçün bu mühit, əksinə, əlverişlidir.       Helikobakter pilorinin yaranma səbəbləri Helikobakter pilori açıq havada qətiyyən yaşaya bilmir. Bir qayda olaraq, onlar insana ağız suyu və kontak zamanı selikli qişa vasitəsilə keçir. Adətən yoluxma məişət yolu ilə - qab-qacaq və şəxsi gigiyena vasitələri ilə baş verir. Risk qrupuna daha çox xəstə ilə kontaktda olan yaxınları daxildir. Qida borusu vasitəsilə mədəyə düşən bakteriya turş mühitin təsirinə baxmayaraq ölmür, asanlıqla selikli qişaya daxil olub toxumaları dağıdır, bu isə normal fəaliyyəti əngəlliyir. Bu zaman mədənin selikli qişası iltihablanır, daha sonra eroziya, qastrit və xoralar yaranır. Hesab olunur ki, bakteriya vaxtında müalicə olunmazsa, mədə xərçənginin əmələ gəlmə riski əhəmiyyətli dərəcədə artır.   Helikobakter pilorinin əlamətləri Xelikobakter pilorinin əsas əlaməti mədə nahiyəsində tez-tez yaranan möhkəm ağrılardır. Ağrılar adətən acqarına yaranır və qida qəbulundan sonra azalır. Bu simptomlar mədə divarlarında xora və eroziyalardan xəbər verir. Qeyd etmək lazımdır ki, helikobakterə yoluxmuş pasiyentlər tez-tez gəyirmə və mədədə ağırlıqdan da şikayətlənirlər, həmçinin, yağlı ət qəbulu zamanı onun pis həzm olunması da müşahidə edilə bilər. Bundan başqa, ürəkbulanma, nadir hallarda qusma qeydə alınır.        Helikobakter pilorinin diaqnostikası Bəzi pasiyentlərdə hilikobakterə yoluxduqdan sonra müəyyən simptomlar müşahidə edilməyə də bilər. Bakteriyanı aşkara çıxarmaq üçün xüsusi testlərdən istifadə olunur. Histoloji və xüsusi ureaz analiz helikobakterin aşkar olunması üçün göstərişdir. Xüsusi ureaz test effektiv ekspres-metod hesab olunur. Xüsusi nəfəs testi qeyri-invaziv və təhlükəsizdir. Onun vasitəsilə mikroorqanizmlərin selikli qişadakı kolonizasiya səviyyəsini asanlıqla müəyyənləşdirmək mümkündür. Müxtəlif histoloji metodlar bioptatlardakı  helikobakterlərin tez bir zamanda üzə çıxarılması üçün nəzərdə tutulub. Bu üsulla həm də morfoloji dəyişiklikləri qeydə almaq olur. Helikobakterin diaqnostikası məqsədilə immunoloji, mikrobioloji metodlardan, zəncirvari polimer reaksiyadan, habelə antigenin nəcisdə təyin edilməsindən də istifadə olunur. Bir qayda olaraq, qan və endoskopiyanın nəticələri analizə götürülür, həmçinin, nəfəs və nəcis tədqiq edilir. Helikobakter pilorinin müalicəsi Helikobakter pilorinin müalicəsi zərərli mikroorqanizmlərin məhv edilməsinə yönəldilmiş uzunmüddətli, kompleks terapiya tələb edir. Selikli qişadakı bütün eroziya və xoraların tam sağalması üçün məhz bu cür yanaşma lazımdır. Xəstəliyin simptomları özünü büruzə verməsə belə, bu hələ tam müalicə sayılmır. Çünki bu bakteriyalar uzun müddət mədə divarlarında passiv vəziyyətdə qalaraq heç bir simptom verməyə bilər. Helikobakter infeksiyasının bütün müalicə sxemləri özündə ən azı üç dərman preparatı birləşdirir. Bir qayda olaraq, buraya iki antibiotik və xüsusi proton inhibitoru aiddir. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 05.04.2018

HekimTap Pro
18157
Uşaqlarda rozeola infeksiyası
 hekimtap.az

Uşaqlarda rozeola infeksiyası

Rozeola infeksiyası nədir? Rozeola xüsusi virus tərəfindən törədilən kəskin virus uşaq infeksiyasıdır. Özünü başqa simptomlar olmadan, üç günlük qızdırma ilə büruzə verir. Temperatur normallaşdıqdan sonra qızılcaya bənzər səpkilər yaranır. Uşaqlarda rozeola infeksiyasının yaranma səbəbləri Rozeola 6-cı tip herpes virusu tərəfindən törədilir və adətən 6 aydan 3-4 yaşadək uşaqlarda təsadüf edilir. Bu infeksiyaya daha çox bir yaşa qədər uşaqlar yoluxurlar. 5 yaşdan yuxarı uşaqlarda rozeolaya demək olar ki, rast gəlinmir. Əvvəllər o, əksər hallarda qızılca kimi qəbul edilir, nəticədə gələcəkdə qızılcaya qarşı normal peyvənd olunmurdu. Əksər hallarda rozeolaya xəstəlik kimi diaqnoz qoyulmur və onu tez-tez dərman preparatlarına allergik səpki kimi dəyərləndirirlər. Uşaqlarda rozeola infeksiyasının simptomları Rozeola temperaturun kəskin qalxması ilə özünü büruzə verir. Bədən hərarəti bəzən 39 C və daha yuxarı ola bilir. Əksər hallarda qızdırma infeksiya ilə deyil, dişlərin çıxması ilə əlaqələndirilir. Qızdırmanın əsas xüsusiyyəti onun uzunmüddətli olmasıdır – o, demək olar ki, 3 sutka aşağı enmir və qızdırma əleyhinə preparatlara az reaksiya verir. Xəstəliyin 4-cü sutkasında qızdırma normallaşır və demək olar ki, bununla eyni zamanda dəridə səpkilər yaranır.    Səpkilər açıq-çəhrayı rəngdə olub, ölçüləri 3-5 mm çatır. Onlar kürək və qarın nahiyəsinə yayılır, əllər, ayaqlar və üzdə olmur.    Səpkilər iki həftədən çox qalmır, iz qoymadan çəkilir, nadir hallarda qabıqlama verir. Qızdırma və səpki zamanı uşaqlar yuxulu, ərköyün ola bilir, iştahaları pisləşir. Rozeola infeksiyasının diaqnostikası Differensial diaqnostika qızılca və allergiya ilə aparılır. Belə ki, 3 günlük qızdırma periodunda uşaqlara çox miqdarda dərman preparatları verilir, bu da allergiya yarada bilir.    Rozeolanı bütün digər xəstəliklərdən fərqləndirən cəhətləri bunlardır:  – Səpkilər qızdırmadan 3 gün sonra yaranır (qızdırmanın düşmə fonunda);  – Səpkilər göynəmə vermir;  – Səpkilər üzdə olmur. Uşaqlarda rozeola infeksiyasının müalicəsi Rozeolanın müalicəsi ilə həkim-pediatr məşğul olur, uşaqların müalicəsi adətən evdə aparılır, kəskin respirator virus infeksiyasının müalicə prinsiplərinə əməl olunur. İlıq içkilər verməklə maye qəbulunu artırmaq vacibdir. Bu məqsədlə limonlu çay və ya çobanyastığı dəmləməsi istifadə etmək olar. Yüksək hərarət zamanı qızdırma əleyhinə preparatlar, bədənin nəm qubka ilə silinməsi, uşağa nazik paltar geyindirmək göstərişdir. Yüksək qızdırma fonunda febril qıcolmalar müşahidə edilərsə, təcili yardım çağırılmalıdır.                     Rozeola infeksiyasının müalicəsində, həmçinin, vitamin preparatları, buruna interferon damcıları və viburkol şamları da göstərişdir. Səpkilər yaranarsa, əlavə dərmanlara ehtiyac yoxdur. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 05.04.2018

HekimTap Pro
13494
Uşaqlarda rotavirus infeksiyası
 hekimtap.az

Uşaqlarda rotavirus infeksiyası

Rotavirus infeksiyası nədir? Uşaqların 95 %-i rotavirus bağırsaq infeksiyasını 5 yaşına qədər keçirir. Adətən immun sistemi bu xəstəliyin öhdəsindən müstəqil olaraq gəlir, lakin rotavirus infeksiyası südəmər körpələr üçün təhlükəli ola bilər. Qusma və diareya nəticəsində onların orqanizminin ağır susuzlaşması 6 saat ərzində baş verə bilər.   Rotavirus infeksiyası mədə və bağırsaqların (rotavirus qastroenteriti) selikli qişasının zədələnməsilə özünü büruzə verən virus etiologiyalı infeksion patologiyadır. Südəmər körpələr və 3 yaşa qədər uşaqlar üçün xüsusilə təhlükəlidir, belə ki, orqanizmdə hipovolemik şok verən ağır susuzluq yaradır. Dünya Səhiyyə Təşkilatının statistikasına görə, rotavirus infeksiyası, əsasən, Asiyanın inkişafda olan ölkələri və Afrikada 215 min uşağın ölümünə səbəb olub. Uşaqlarda rotavirus infeksiyasının yaranma səbəbləri və risk faktorları Rotavirus qastroenteriti bağırsaq infeksiyasının bir növü olub,  “Reovirus” ailəsinə aid olan “Rotavirus" virusu tərəfindən törədilir. Bunlardan insan üçün təhlükəli olanları A, B və C rotaviruslarıdır. Risk faktorları:  – Sosial-məişət durumun pis olması;  – Süni qidalandırma;  – Pis qidalanma;  – Erkən doğulmuş uşaq;  – İmmun defisiti vəziyyəti (QİÇS, HİV)  – Digər orqan və sistemlərin ağır xəstəlikləri. Rotavirus infeksiyasının əlamətləri Rotavirus infeksiyası özünü aşağıdakı əlamətlərlə büruzə verir:  – Bir neçə gün ərzində öyümə, qusma;  – 3-7 gün ərzində ishal;  – Qarında ağrılar;  – Bədən temperaturunun qalxması;  – Kəskin respirator virus infeksiyası simptomları;  – Zəiflik, baş gicəllənməsi. Rotavirus infeksiyasının diaqnostikası Rotavirus qastroenteriti diaqnozu daha çox 6 aydan 3-4 yaşadək uşaqlara qoyulur. Bunun səbəbi isə odur ki, qeyd olunan periodda uşaq qarışıq qidalanmaya keçir və bu da infeksiyaya yoluxma riskini artırır. Rotavirus infeksiyasının diaqnostikası ekpress-analiz vasitəsilə aparılır. Bu zaman xəstənin nəcisində xəstəlik törədicisi aşkar edilir. Həmçinin, immunoferment analiz də tətbiq oluna bilər. Lakin bir çox hallarda, xüsusən də ambulator şəraitdə diaqnostika infeksiyanın kliniki əlamətlərinə əsaslanır. Rotavirus infeksiyasının müalicəsi  Virusa qarşı istifadə edilə biləcək antibiotik və ya antiviral müalicə yoxdur. Məqsəd su və elektrolit itirilməsinin qarşısını almaqdir. Müalicə simptomatik, yəni simptomların aradan qaldırılmasına əsaslanır. Nadir hallarda rehidratasiya terapiyası aparılır. Oral rehidratasiya terapiyası ishalın ilkin əlamətləri zamanı başlanır və vəziyyət stabilləşənədək davam etdirilir. Oral rehidratasiya terapiyası ilkin yardım kimi tətbiq olunur. Yüngül vəziyyətlərdə müalicəni ev şəraitində də aparmaq olar. Əgər maye qəbulu mümkün deyilsə və qusma yaradırsa, venadaxili rehidrotasiya etmək üçün həkimə müraciət etmək lazımdır. Bağırsaq infeksiyası zamanı körpənin ana südü ilə qidalanması vacibdir. Belə ki, ana südündə infeksiya ilə mübarizə aparmağa kömək edən bütün mikroelement və minerallar, həmçinin, anitellər mövcuddur. Rotavirus infeksiyasının profilaktikası Rotavirus infeksiyasının birincili profilaktikası məqsədilə peyvənddən istifadə edilir. Peyvənd profilaktikası uşağın ilk aylarında həyata keçirilir və 90% hallarda rotavirus infeksiyasının qarşısını alır. Rotavirus infeksiyasının  ikincili profilaktikası sosial-məişət durumunu yaxşılaşdırmaqdan və su resurslarını fekal çirklənmədən qorumaqdan ibarətdir. Bundan başqa şəxsi gigiyena qaydalarına ciddi riayət etmək vacibdir. Bu məqsədlə əllər tez-tez yuyulmalı, viruslu xəstə uşaq olan evdə digər uşağı qorumaq üçün ətrafdakı əşyalar spirtlə silinib təmizlənməlidir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 04.04.2018

HekimTap Pro
24729
Şəkərli diabetin terapevtik ağırlaşmaları
 hekimtap.az

Şəkərli diabetin terapevtik ağırlaşmaları

Şəkərli diabet nədir? Diabet sözü yunan dilindən götrülüb  “bal kimi şirin” mənasını verir. Şəkərli diabet – şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasiyent qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağirlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur. Hazırda dünyada 240 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Hər il Yer üzündə vəfat edən insanların 5 faizi məhz diabet nəticəsində dünyasını dəyişir. Təcili tədbirlər görülməsə, bu rəqəmin növbəti 10 ildə 50 faizə qədər artacağı ehtimal olunur. Şəkərli diabetin terapevtik ağırlaşmaları necə yaranır? Şəkərli diabet düzgün kontrol edilməzsə, tədricən terapevtik ağırlaşmalar verir ki, bu da pasiyenti çox narahat edir. Ağırlaşmadan ilk növbədə ürək-damar xəstəlikləri riskini qeyd etmək lazımdır. Şəkərli diabet xəstələrində yanaşı olaraq, hipertenziya və ya hiperlipedimiyanın qeyd olunması pasiyentdə ürək-damar riskini daha da artırır. Bunların qarşısını almaq üçün qanda qlükozanın səviyyəsinə düzgün nəzarət olunmalıdır. Yanaşı xəstəlik kimi arterial hipertenziya varsa, təzyiq nəzarətdə saxlanılmalıdır, müntəzəm olaraq qanda xolesrerinin miqdarına diqqət yetirilməlidir. Bütün bunlar nəzərə alınarsa, ürək-damar xəstəliyi riski ləngidilmiş olar. Tromboembolik ağırlaşma Dah bir ağırlaşma tromboembolik ağırlaşmadır. Bu ağırlaşma qeyd olunan xəstələrin ətraflarında qan təchizatı zəif olduğu üçün laxtalanma faktorları artır və tromb əmələ gəlmə prosesi gedir. Gələcəkdə həmin trobmblar ciddi fəsadlar yarada bilər. Ona görə də belə pasiyentlər həkimlərin göstərişi ilə antitrombolitik müalicə almalıdırlar. Nefropatiya Şəkərli diabet xəstəliyində ortaya çıxan daha bir ağırlaşma nefropatiya – böyrəklərin zədələnməsidir. Əgər şəkər stajı 9 ildən çoxdursa, bu zaman nefropatiyanın yaranma ehtimalı 90-95 %-dir. Bunun qarşısını almaq üçün pasiyentlər ən azı ildə bir dəfə sidiyin ümumi analizini verməli, qanda kreatinin təyini müayinəsindən keçməlidirlər ki, hər hansı dəyişiklik müşahidə olunarsa, vaxtında müalicə aparılısın. Bu tədbirlər həyata keçirilərsə, nefropatiyanın yaranma riski azalar.   Retinopatiya Retinopatiya şəkərli diabet zamanı yaranan daha bir terapevtik ağırlaşmadır. Bu, göz dibində əmələ gələn dəyişiklikdir. Onun qarşısını almaq üçün şəkər xəstələri 3 ildən bir oftalmoloqun müayinəsindən keçməlidirlər. Neyropatiya Şəkərli diabet xəstələrinin əziyyət çəkdikləri daha bir ağırlaşma neyropatiyadır. Ürəkdən uzaqda yerləşdiyi, yəni qan təchizatı burada zəif olduğu üçün ağırlaşma aşağı ətraflarda özünü göstərir. Bu zaman dəridə sinir həssaslığı zəifləyir və nəticədə pasiyent hiss etmədən ayaq dərisinə müxtəlif travmalar yetirə bilər. Bu isə hətta, əlilliyə belə səbəb ola bilər. Ona görə də pasiyentlər mütləq ayağa qulluq qaydalarını həkimdən öyrənməlidirlər.   Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.          

Published: 04.04.2018

Spinner