Arterial hipertenziya (hipertoniya xəstəliyi)
 hekimtap.az

Arterial hipertenziya (hipertoniya xəstəliyi)

Arterial hipertenziya haqda məlumat İstənilən yaş dövründə 130/85 mm.c.s. normal təzyiq sayılır. 140/90 mm.c.s təzyiqindən  başlayaraq arterial hipertenziyadan danışmaq olar. Çətin ki, elə adam tapıla ki, kiminsə təzyiqinin artması barədə eşitməsin və ya özünün bununla bağlı problemi olmasın. Bu heç də təəccüblü deyil, çünki müxtəlif mənbələrin göstəricilərinə görə böyük yaşlı əhalinin 10—30%-i arterial təzyiqinin periodik, yaxud da daimi yüksəlməsindən əziyyət çəkir. Təqribən 10 vəziyyətdən 9-da hipertoniya özünü müstəqil xəstəlik kimi büruzə verir, buna birincili arterial hipertenziya deyilir. Qalan hallarda təzyiqin yüksəlməsi digər orqanların, daha çox böyrək, daxili sekresiya vəzləri və ağciyər xəstəlikləri fonunda yaranır. Bu, ikincili arterial hipertenziyadır.     Hipertenziya müalicə olunmazsa, orqanizmin bir çox orqan və sistemlərinin işini əngəlləyə bilər. Bunun da nəticəsində miokard infarktı və insult, böyrəklərin fəaliyyətinin pozulması, görmənin pisləşməsi kimi ciddi fəsadların ortaya çıxması mümkündür. Bütün bunlar isə həyat keyfiyyətinin pisləşməsinə, iş qabiliyyətinin aşağı düşməsinə, hətta əlilliyə gətirib çıxara bilər.      Arterial hipertenziyanın əmələ gəlmə səbəbləri Təzyiq ürəyin atım funksiyasının və ya damarların tonususnun artması sayəsində qalxır. Bunun tənzimlənməsində böyrəklərin rolu az deyil. Arterial hipertenziyanın iki böyük qrupu mövcuddur:  – Essensial arterial hipertenziya (əvvəlki adı “hipertoniya xəstəliyi”) – bunun əsasında digər orqanların (böyrəklər, daxili sekresiya vəzləri, ürək) xəstəliklərindən yaranmayan yüksək arterial təzyiq dayanır;  – İkincili (simptomik) arterial hipertenziya – bu zaman arterial təzyiq müxtəlif orqan və ya sistemlərin müəyyən xəstəliklərinin fonunda yüksəlir;     Arterial təzyiqin periodik olaraq yüksəlməsi yuxu zamanı tənəffüsün pozulmasından da yarana bilər. Buna yuxunun abstruktiv apnoe sindromunu misal göstərmək olar. Həmçinin, nevrozlar da təzyiqin qalxması və ya enməsi ilə müşayiət edilə bilər. Bəzi dərman preparatlarının yanlış tətbiq olunması, kofennin normadan artıq qəbul edilməsi və digər stumulyatorlar da təzyiq yaradan səbəblər sırasına daxildir. Arterial hipertenziyanın əlamətləri Arterial hipertenziya özünü aşağıdakı əlamətlərlə büruzə verir:  – Sutkanın istənilən periodunda baş ağrıları. Bir qayda olaraq, başın ənsə hissəsində ağırlıq və gərilmə hiss olunur. Bəzən bu ağrılar güclü öskürək zamanı, başı aşağı əyərkən  – Güclənir, göz qapaqları və ya üzün şişməsi ilə müşayiət edilir;  – Sakit halda və ya emosional stress zamanı ürək nahiyəsində yaranan ağrılar;  – Görmənin pozulması (gözlərin önündə bulanıqlıq, pərdə yaranır);  – Qulaqlarda səs. Arterial hipertenziya xəstələrində bəzən hipertonik kriz halı qeydə alınır. Belə vəziyyət arterial təzyiqin həddindən artıq qalxması səbəbindən baş verir ki, bu da təhlükəlidir.   Hipertonik krizi stress vəziyyətləri, fiziki yüklənmə, həmçini hipotenziv preparatların qəbulunun dayandırılması da yarada bilər. Hipertonik kriz qəfil balanması ilə fərqlənir. Əlamətləri bunlardır:  – möhkəm baş ağrısı;  – görmənin pozulması;  – ürəkbulanma, bəzən qusma;  – üz dərisində qızarmalar;  – bəzən sinədə sıxıcı ağrılar;  – təngənəfəslik;  – bəzən qıcolmalar. Arterial hipertenziyanın diaqnostikası Hipertoniyanın mövcudluğu və dərəcəsini arterial təzyiqin bir neçə gün ərzində sutkanın müxtəlif vaxtlarında ölçməklə müəyyənləşdirirlər. Ən dəqiq diaqnostika bir qayda olaraq, EKQ-nin qeydiyyatı olmaqla təzyiqin sutkalıq monitorinqi vasitəsilə həyata keçirilir. Hipertoniyanın diaqnostikası üçün, habelə, damarların müayinəsinə yönəlmiş metodlardan da istifadə edirlər. Arterial təzyiqin yaranmasına səbəb böyrək xəstəlikləri də ola bilər, ona görə də böyrək damarlarının angioqrafiyası və böyrəklərin ultrasəs müayinəsi aparılır. Bundan başqa, damarların erkən zədələnməsini ultrasəs doppleroqrafiya metodu ilə müəyyənləşdirirlər. Elektrokardioqramma və exokardioqrafiya üsullarından istifadə etrməklə ürəyin müayinə edilməsi də diaqnostikanın ayrılmaz hissəsidir. Bundan başqa, gözlərin müayinəsi məqsədilə kardiologiyada ixtisaslaşmış oftalmoloqun konsultasiyası da vacibdir.      Arterial hipertenziyanın müalicəsi Bəzən belə bir fikrə rast gəlinir ki, insan yüksək təzyiqi yaxşı keçirisə müalicəyə ehtiyac yoxdur. Bu nəinki yanlış fikirdir, hətta təhlükəlidir.    Xroniki arterial təzyiq ürək və böyrək çatışmazlığı, görmənin korlanması, ürəyin işemik xəstəliyi kimi fəsadlara yol aça bilər. Ona görə yaxşısı budur ki, arterial təzyiqi müalicə edəsiniz. İlk növbədə həkim yüksəlmiş təziyiqi normal rəqəmlərə çatdırmağa çalışacaq. Bu, birmənalı yanaşmadır və bütün aparıcı mütəxəssislər tərəfindən tövsiyə olunur. Qeyd etmək lazımdır ki, arterial təzyiqin normaya salınması tədricən həyata keçirilməlidir. Arterial hipertenziyanın ümumi müalicə prinsipləri aşağıdakılardır:  – Xəstəliyin yüngül formalarında qeyri-medikamentoz metodlardan istifadə olunur.  – Xörək duzunun qəbulunun məhdudlaşdırılması;  – Artıq çəkinin azaldılması;  – Həftədə 3-5 dəfə çox da ağır olmayan fiziki yüklənmələr (yerimək, qaçış, üzgüçülük, müalicəvi bədən tərbiyəsi);  – Siqaret çəkməkdən imtina;  – Bitki tərkibli sedativ vasitələrdən istifadə etmək.  Yuxarıdakı metodlar fayda verməzsə, medikamentoz müalicəyə başlanılır.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. 

Published: 18.04.2018

Ürəyin işemik xəstəliyi
 hekimtap.az

Ürəyin işemik xəstəliyi

Ürəyin işemik xəstəliyi barədə ümumi məlumat Ürəyin işemik xəstəliyi (ÜİX) qanın ürək əzələsinə kifayət qədər çatmaması deməkdir.  Ürəyin “aclığından”, bunun davametmə müddətindən və yaranma tezliyindən asılı olaraq, ürəyin işemik xəstəliyini bir neçə formaya bölürlər.     Ürəyin işemik xəstəliyi dünyada ən geniş yayılmış xəstəliklərdən biri olub və təəssüf ki, dərman preparatlarının köməyi ilə tam müalicəsi mümkün deyil. Buna səbəb odur ki, dərmanlar damarlardakı aterosklerotik düyünləri (piy yığımı) əirdə bilmir. Damardaxili piy qatları isə illər keçdikcə böyüyür, nəticədə ürəyi oksigen və digər qida maddələri ilə təchiz edən damarların ötürücülük imkanını azalır, bu isə öz növbəsində infarkt riskini artırır. Belə vəziyyət yaranarsa, ağır cərrahi əməliyyata – koronar aortanın şuntlanmasına ehtiyac yaranır. Ürəyin işemik xəstəliyinin yaranma mexanizmi Baxmayaraq ki, ürəyin fəaliyyəti orqanizmi qanla təmin etməkdən ibarətdir, onun üzünün də qan təchizatına ehtiyacı var. Ürək əzələsinə (miokard) qan iki arteriya vasitəsilə daxil olur. Bu artyeriyalar tac arteriyalar adlanır (ürəyi tac formasında əhatə etdiyi üçün). Həmin arteriyalar daha kiçik şaxələrə ayrılır və onların hər biri ürəyin ayrı-ayrı hissələrini qidalandırır. Ürəyə qan daşıyan başqa arteriyalar yoxdur, ona görə də onların hər hansının daralması və ya tutulması zamanı ürək əzələsində oskigen və qida maddələrinin çatışmazlığı yaranır – xəstəlik inkişaf etməyə başlayır. Hazırda ÜİX-nin yaranmasına əsas səbəb kimi xolesterin hissəciklərinin çöküntüsü və arteriyanın daralması sayəsində baş verən tac arteriyaların aterosklerozu göstərilir. Bunun nəticəsində ürəyi qanla kifayət qədər təchiz olunmur. Ürəyin işemik xəstəliyini yaradan səbəblər Ürəyin işemik xəstəliyi bir sıra səbəblərdən yarana bilər. Onlardan əsasları aşağıdakılardır:  – Arterial təzyiq;  – Hipodinamiya (az hərəkətlilik);  – Siqaret çəkmə;  – Artıq çəki problemi;  – Şəkərli diabet;  – İrsi faktor;  – Keyfiyyətsiz qida məhsullarının qəbulu Psixoemosional gərginlik; Ürəyin işemik xəstəliyinin əlamətləri Ürəyin işemik xəstəliyi zamanı ürək fəaliyyətinin pozulması əlamətləri üzə çıxır – ürək nahiyəsində ağrılar, ürək döyüntüsü ritminin pozuntusu, elektrokardioqarammada dəyişikliklər. Nəzərə almaq lazımdır ki, ürəyin işemik xəstəliyi çox ləng inkişaf edən bir patologiyadır. Ona görə də xəstəliyi ilkin mərhələlərdə aşkar etmək vacibdir. Ürəyin işemik xəstəliyinin vacib diaqnostik əlamətlərindən biri də yeriş, müəyyən fiziki yüklənmədən sonra döş qəfəsi və kürək nahiyəsində rahatsızlığın yaranması, bu yüklənməni dayandırdıqdan sonra isə əlamətlərin keçib getməsidir. Stenokardiyanın səciyyəvi xüsusiyyətlərindən biri də nitroqliserin qəbulundan sonra xoşagəlməz hisslərin yoxa çıxmasıdır. Ürəyin işemik xəstəliyinin müalicəsi Müasir texnologiyaların inkişafı müalicə metodlarının mükəmməlşməsinə şərait yaradıb, lakin onun başlıca prinsipi dəyişməz qalıb – miokardın normal qidalanması üçün daralmış və ya tutulmuş arteriyada qan dövranını yaxşılaşdırmaq. Bunu iki yolla etmək mümkündür: medikamentoz və cərrahi.    Müasir preparatlarla medikamentoz terapiya xroniki ÜİX-nin baza müalicəsi hesab olunur. Müalicə xəstənin həyat keyfiyyətinin yaxşılaşdırılmasına, yəni kəskin simptomların azaldılmasına yönəldilir, hansılar ki, miokard infarktı, qeyri-stabil stenokardiya, qəfləti ürək ölümü ilə nəticələnə bilər.   Ürəyin işemik xəstəliyinin daha ağır formalarında cərrahi müalicə metodları tətbiq edilir. Ürəyin işemik xəstəliyinin profilaktikası Siqaretdən imtina. Siqaretdən, həmçinin, passiv siqaret çəkmədən imtina etmək iki il ərzində ölüm riskini iki dəfə azaldır. Əgər bunun öhdəsindən müstəqil gələ bilmirsinizsə, o zaman mütəxəssisə müraciət edin. Fiziki aktivlik. Ürəyin işemik xəstəliyindən əziyyət çəkən bütün xəstələrə gündəlik fiziki aktivlik göstərişdir. Bu, hər gün 30 dəqiqədən az olmayaraq açıq havada gəzinti, ev şəraitində fiziki hərəkətlər ola bilər. İmkan daxilində həftədə iki dəfə dözümlülüyə hesablanmış məşqlər də tövsiyə olunur.      Diyeta. Məqsəd qidalanmanın optimallaşdırılmasıdır. Bu zaman heyvan mənşəli yağları, xolesterin və şəkəri məhdudlaşdırmaq vacibdir. Həmçinin, xörək duzunun istifadəsini, rasionun kalorililiyini aşağı salmaq lazımdır. Çiy meyvə-tərəvəz qəbulu, ət əvəzinə balıq məhsulları məsləhət görülür. Bundan başqa, arterial təzyiqi, qanda xolesterin və şəkərin səviyyəsinə nəzarət etmək zəruridir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. 

Published: 18.04.2018

Herpes virusu
 hekimtap.az

Herpes virusu

Herpes virusu nədir? Herpes çox yoluxucu virus olub, xəstə insandan sağlam insana keçir. Alimlər herpes virusunun 8 tipini müəyyənləşdiriblər onlardan ikisi 1-ci tip (daha çox) və 2-ci tip (nisbətən az) dodaqlarda uçuqlar yaradır. Bütün herpes viruslarının fərqləndirici cəhəti hüceyrənin daxilində məskunlaşmasıdır. İmmunitet aşağı düşdükdə herpes xəstəliyin növbəti mərhələsinə keçir və çoxalmağa başlayır. Herpes virusunun təhlükəsi Herpes virusları həm təbiətdə, həm də insanlar arasında geniş yayılıb. Bunun əsas səbəbi virusun yüksək yoluxuculuq qabiliyyətidir. Virus otaq temperaturunda aktivliyini bir sutkaya qədər qoruyub saxlaya bilir. Yoluxma virus hissəciklərinin xəstə adamdan sağlam adamın selikli qişasına (ağız, burun, göz, cinsiyyət orqanları) düşməsi yolu ilə baş verir. Virus orqanizmə daxil olduqdan sonra sinir ucluqları vasitəsilə sinir hüceyrələrinə (neyronlara) daxil olur. İmmun müdafiə zəifləyən kimi virus çoxalmağa və herpesə xas olan simptomlarla özünü büruzə verməyə başlayır.    Dodaqda herpes virusu Dodaqlar və üzdə yaranan herpesi, əsasən, virirusun birinci tipi yaradır. Bəzən yaxın kontakt zamanı ağız suyu damcıları vasitəsilə yayılan ikinci tip virus da buna səbəb ola bilər. Herpes, adətən, özünü içərisi bulanıq maye ilə dolu olan səpgilər şəklində büruzə verir. Onlar möhkəm qaşınma yaradır və ağrıyır.      Genital herpes virusu (cinsi herpes) Genital herpesi daha çox virusun ikinci tipi törədir. O, kişi və qadınların cinsiyyət orqanlarında səpgilərlə özünü göstərir. Genital herpes xəstə adamdan sağlam adama qorunmamış cinsi əlaqə vasitəsilə yoluxur. Cinsi herpes və dodaq herpesinin simptomları praktik olaraq eynidir, fəqrli cəhətləri səpgilərin yerləşmə nahiyələridir.    Birinci və ikinci tip virusların ümumiləşmiş adı “adi herpes virusudur”, belə ki, onlar bir-birilərinə xarakterik olan nahiyələri zədələyə bilir. Dodaqda yaranmış herpes yayılaraq ağız boşluğunun selikli qişasını da iltihablandıra bilər (stomatit). Buna çox vaxt uşaqlarda rast gəlinir. Herpetik stomatitin herpetik anginaya keçməsi də mümkündür. Yeni doğulmuş körpələrdə virusla gözlərin və hətta baş beynin zədələnməsi rast gəlinən hallardandır (herpetik meningit).     Bədəndə herpes virusu (kəmərləyici herpes) Üçüncü tip virus tərəfindən törədilir, uşaqlarda özünü suçiçəyi kimi göstərir. Su çiçəyi – virusun orqanizmə daxil olmasına ilkin reaksiyadır. Kəskin mərhələdən sonra xəstəlik xroniki formaya keçir, sonra sinir hüceyrələrində bir neçə on il passivləşir, daha sonra hələ ki, məlum olmayan səbəblərdən virus aktivləşir və bir çox adamlarda kəmərləyici dəmrov yaradır. Kəmərləyici herpes sinədə, qabırğa boyunca səpgilər kimi özünü büruzə verir, nadir hallarda boyun nahiyəsinə də yayılır. O, möhkəm ağrılarla müşayiət edilir, bəzi hallarda uzun müddət sağalmır (herpetik navralgiya). Daha nadir hallarda virus göz sinirini zədələyir, bu zaman herpes səpgiləri göz nahiyəsində əmələ gəlir. Bu, xəstəliyin ən ağır formalarından biri sayılır.     Herpesin digər növləri limfoma (4-cü tip), infeksion mononukleoz (5-ci tip), uşaq rozeolası (6-cı tip), Kapoşi sindromu (8-ci tip) yarada bilər. 7-ci tip herpes virusuna isə xroniki yorğunluq sindromu adı verilib. Herpes virusunun müalicəsi Müasir təbabət hələ ki, herpes virusunu tam müalicə edə bilmir, belə ki, o, uzun müddət passiv şəkildə hüceyrənin nüvəsində yerləşir. Lakin herpesin xoşagəlməz simptomlarını müalicə etmək olar və lazımdır. Dərman preparatları vasitəsilə xroniki herpesin yaranma tezliyini və qalma müddətini qısaltmaq mümkündür. Onlar, həmçinin, virusun partnyora yoluxma riskini də azalda bilər.    Bəs herpesin simptomlarını nə ilə müalicə etməli? Herpesin müalicəsi üçün effektivliyini sübut etmiş cəmi bir neçə dərman vasitəsi mövcuddur. Onlardan əsasları – atsiklovir, valatsiklovir (orqanizmdə atsiklovirə çevrilir) və famtsiklovirdir. Atsiklovir molekulu virusun DNT-sinə sirayət edir və onu “aldadır”, nəticədə çoxalma prosesi pozulur.    Herpesdən qurtulmağın daha bir yolu – immuniteti gücləndirməkdir. Bu, kəskin səpgilər olmayan zaman effektlidir və xroniki herpesin kəskinləşmə miqdarını azaltmağa kömək edir, lakin virusu tam kənarlaşdırmır.    Herpes virusunun profilaktikası Herpesin profilaktikası digər adamların yoluxdurulmamasına yönəldilməlidir (əsasən də uşaqların, belə ki, böyüklərin əksəriyyəti artıq bu virusa yoluxmuşdur). Əgər dodaqlarınızda uçuq varsa, ağzınızda tənzif sarğı gəzdirin, uşaqları öpməyin, uçuqlara toxunmayınvə əllərinizi tez-tez yuyun. Sağlam və yoluxmuş adamın eyni qablardan istifadə etməsi tövsiyə olunmur. Genital herpes cinsi əlaqə zamanı yoluxur, xüsusən də xəstə adamda səpgilər varsa. Amma unutmaq olmaz ki, bəzi adamlardan virus səpgilər olmadan da yoluxa bilər. Bu halda herpesdən qorunmağın effektli yolu prezervativlərdən istifadə etməkdir. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 18.04.2018

HekimTap Pro
28153
Qadın sonsuzluğu hekimtap.az

Qadın sonsuzluğu

Qadın sonsuzluğu nədir? Qadın sonsuzluğu bir il və ya 1.5 il müddətində hamiləlik əleyhinə vasitələrdən istifadə etmədən sağlam partnyorla cinsi həyat zamanı hamiləliyin  qeydə alınmamasıdır. Geri dönməyən patoloji vəziyyətlə əlaqədar absolyut sonsuzluq və nisbi sonsuzluq (bu halda problemi aradan qaldırmağa cəhd göstərmək olar) mövcuddur. Sonsuzluq, həmçinin, birinicili (qadında heç vaxt hamiləlik olmayıbsa) və ikincili (anamnezde hamiləlik varsa) olur. Sonsuzluq nikahda olan cütlüklərin 10-15%-ində rast gəlinir. Kişi və qadın sonsuzluğunun faiz nisbəti demək olar ki, eynidir. Sonsuzluqla bağlı müraciət etdikdə hər iki partnyor müayinədən keçməlidir. Sağlamlığın fiziki faktorlarından başqa, ailə problemləri, psixi və sosial gərginlik də sonsuzluğa səbəb ola bilər.             Qadın sonsuzluğunun başlıca səbəbləri Səbəblər arasında ilk yeri yumurtahüceyrənin yetişməməsi problemi durur. Buna 39 % hallarda rast gəlinir. Əksər hallarda belə pozuntular hormonal disfunksiya fonunda yaranır. İkinci yerdə (30%) uşaqlıq borularının tutulması dayanır. Buna abortlar və ya uşaqlıqdan kənar hamiləlik, uşaqlıq boruları və uşaqlığın iltihabı səbəb ola bilər. Sonsuzluğun daha bir səbəbi – uşaqlıq boynunun problemidir. Sağlam qadınlarda bu hissə seliklə dolu olur. Bunun mahiyyəti ondan ibarətdir ki, spermatozoidlər selikli qişada asanlıqla hərəkət edib, uşaqlıq boynunu keçərək yumurtahüceyrə ilə qarşılaşır. Əgər selikli qişada seliyin miqdarı az olarsa və onun kimyəvi tərkibi dəyişərsə, spermatozoidlərin uşaqlığa düşməsi çətinləşir. Adətən bu, cinsi infeksiyalar zamanı, qişayaradıcı vəzlərin işinin pisləşməsi, eroziyalar və ya uşaqlıq boynunun iltihabı zamanı baş verir. Sonsuzluğa, həmçinin, uşaqlıqda olan qüsurlar da səbəb ola bilər. Bundan başqa, sonsuzluğa səbəb kimi uşaqlıq boynunda olan poliplər,  mioma və fibromanı göstərmək olar.  Bəzən cinsiyyət sistemi ilə əlaqədar olmayan xəstəliklərin də sonsuzluğa gətirib çıxarması mümkündür. Məsələn, qalxanabənzər və böyrəküstü vəzin, hipofizin xəstəlikləri, şəkərli diabet, bəzi autoimmun xəstəliklər və s.            Qadın sonsuzluğunun diaqnostikası Hamiləliklə bağlı problemi olan qadın əvvəlcə ginekoloqa müraciət edir. Həkimin qəbulunda verilən suallara dəqiq və dolğun cavab verilməlidir. Belə ki, bunun gələcəkdə aparılacaq müayinə və müalicənin effektliyində böyük rolu var.   Bəzi hallarda digər mütəxəssislərin də (endokrinoloq, terapevt, psixonevroloq) müdaxiləsi tələb oluna bilər. Sonsuzluğun dəqiq diaqnostikası üçün müxtəlif laborator və instrumental müayinələrə də ehtiyac yarana bilər. Qadın sonsuzluğunun müalicəsi Sonsuzluğun müalicə proqramı bütün məlumatlar alındıqdan, səbəblər araşdırıldıqdan sonra tətbiq edilir.  Əvvəlcə, mütəxəssislər pasiyetin reproduktivlik problemini aradan qaldırmağa cəhd göstərirlər, əgər təbii hamiləlik alınmazsa, o zaman köməkçi reproduktiv metodikalar tətbiq edilir. Pasiyentdən çəkinin normallaşdırılması tələb olunur. Endokrin sonsuzluğu korreksiya etmək məqsədilə hormonal terapiya aparılır (terapiyanın effektivliyi və hamiləlik 70-80% hallarda mümkün olur). Boruların keçilməzlik problemi zamanı laparaskopiyadan istifadə edilir (bu halda effektivlik 30-40% təşkil edir). Sonsuzluğun səbəbi endometriozdursa müvafiq müalicə aparılır – həmiləlik ehtimalı 30-40%. Hamiləlik immunoloji problemlər səbəbindən baş tutmursa, o zaman ərin sperması ilə süni mayalandırma həyata keçirilir (effektivlik 40%-ədək). Sonsuzluğun səbəbləri aşkar olunmadığı halda, süni mayalandırma metodu tətbiq edilir. Buraya aiddir:  – Donor sperması və ya ərin sperması ilə uşaqlıqdaxili inseminasiya;  – Spermatozoidin yumurtahüceyrə daxilinə inyeksiyası;  – Surroqat analıq;  – Onu da bilmək vacibdir ki, 37 yaşdan sonra hamiləlik ehtimalı adətən azalır. Bu səbəbdən də sonsuzluq problemini vaxtında müalicə etmək lazımdır.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 16.04.2018

Uşaqlarda boy qısalığı
 hekimtap.az

Uşaqlarda boy qısalığı

Boy pozuntusu nədir və onun yaranma səbəbləri Hündürboy uşaqların əksəriyyətinin valideynlərinin də boyu ucadır. Çox zaman bu, genetik faktorla səciyyələnir. Bəzən isə səbəb nadir patologiyalardan biri – Marfan xəstəliyidir. Bu zaman ayaq və əllərin barmaqları çox uzun olur, ürəkdə və göz almacıqlarının quruluşunda qüsur müşahidə edilir. Boy hormonunun həddindən artıq ifrazına az hallarda rast gəlinir. Erkən cinsi yetişkənliyə məruz qalan uşaqlar həmyaşıdlarından uca, yaşlaşdıqda isə orta boydan aşağı olurlar. Bu, ona görə baş verir ki, cinsi hormonlar sümük böyüməsinin stimullaşdırır, eyni zamanda boy zonalarının bağlanması baş verir ki, bu da sümüklərin gələcək inkişafına mane olur.    Cinsi inkişaf dövrünün başlanması boy artımını sürətləndirə və ya ləngidə bilər. Uca boy adətən problem yaratmır, lakin uşaqlar bəzən özlərinə diqqət çəkdikdə diskomfort yaşayırlar. Ona görə də valideynlər övladlarına uca boyun üstünlüklərini səbrlə başa salmalı, ehtiyac yaranarsa, psixoloqa müraciət etməlidirlər. Uşağın boyu narahatçılıq yaradırsa, həkim-endokrinoloqla məsləhətləşmək lazımdır. Uşağın boy artımını ləngidən xəstəliklər Övladlarının qısa boylu olması bir çox valideynləri narahat edir. Çox vaxt boyun qısalığı uca boyda olduğu kimi genetik səbəblərdən irəli gələ bilər. Lakin elə xəstəliklər var ki, boyun artmasına mane olur. Ona görə qısaboylu uşaqlar mütləq endokrinoloq tərəfindən müayinə edilməlidirlər.      Az çəki və ya normadan aşağı boyla doğulan, yaxud da bətndaxili inkişafı yubanan uşaqlar ömürlərinin sonunadək qısa boylu qala bilərlər. Xromosom xəstəlikləri, məsələn Daun sindromlu uşaqlarda da boy defisiti müşahidə edilir. Lakin Terner sindromlu qızlar hormonal müalicə sayəsində orta boylu ola bilərlər. Qısa boyun səbəbləri:  – Genentik və konstitusion faktorlar;  – Doğuş zamanı çəki və ya boy azlığı;  – Emosional faktorlar;  – Xromosom anomaliyaları;  – Daxili orqanların funksional pozuntusu;  – Bağırsaqlarda sovrulma pozuntusu;  – Hormonal pozuntu. Son zamanlar endokrin xəstəliklərdən danışarkən daha çox şəkərli diabet və ya zob xəstəlikləri vurğulanır. Lakin boy problemi əhəmiyyətinə görə digər endokrin problemlərdən heç də geri qalmır. Ümumiyyətlə, bizim əcdadlarımız hündürboy, cüssəli olublar, lakin son 50 ilə nəzər salsaq, bir millət kimi boyumuzun qısalmasının şahidi olarıq. Bunun səbəbləri hələ ki, müzakirə mövzusudur. Əgər boyun uca olmasını arzulayırıqsa, bu zaman endokrinoloqun vaxtında müdaxiləsinə ehtiyac var. Boy uzanması epifizdəki sümükləşmə nöqtələrindən asılıdır. Yəni sümükləşmə nöqtəsi nə qədər açıq olsa, boyu bir o qədər də uzatmaq mümkündür. Sümükləşmə nöqtələrinin bağlanması qızlarda təxminən 17, oğlanlarda isə 18 yaşına təsadüf edir və gənclərin bu qeyd olunan perioddan gec müraciət etməsi endokrinoloqların işini çətinləşdirir. Ona görə də artıq uşaq anadan olan gündən onun boyu nəzarət altında olmalıdır. Burada bir fərdilik də var – ola bilsin ki, 20-21 yaşlarında da boy artımı müşahidə edilsin. Uşaqların boyatma normaları Əvvəlcə uşağın boyunun yaşıdları ilə müaqayisəsi aparılmalıdır. Ikinci əlamət - əgər uşaq 3 il ərzində eyni ölçülü paltar geyinirsə, bu da boy probleminə dəlalət edir. Ümumiyyətlə, uşağın böyüməsi normalda bu cür baş verməlidir: uşaq 1 yaşadək 25 sm, 1-2 yaş arası 12-14 sm, 2-4 yaşında 6-8 sm, 4 yaşından yetkinlik yaşına kimi 5-6 sm boy atmalıdır. Yetkinlik yaşına çatanda böyümə artır, yəni qızlar 11 yaşdan sonra 7-8 sm, oğlanlar isə 12 yaşından sonra 11-13 sm boy ata bilərlər. Bu proses mütəxəssisin nəzarəti altına alınır və ehtiyac yaranrsa, müdaxilə olunur. Valideynlər yuxarıda göstərilən üsul və rəqəmlərə mütləq nəzarət etməli, problem yaranarsa mütləq mütəxəssisə müraciət olunmalıdır. Uşağın boy pozuntusunun müalicəsi Uşağın boyunu qiymətləndirmək üçün xüsusi şkalalar mövcuddur. Buraya Sentil şkalasını aid etmək olar. Mütəxəssis oradakı cədvəllər vasitəsilə uşağın boyunun normal olub-olmadığını müəyyənləşdirir. Problemli uşaqlar endokrinoloqun nəzarəti altına alınır. Həkim 4 yaşından etibarən lazımi müdaxilələr edir. Məsələn, xüsusi boy hormonları var ki, onun vasitəsilə uşağın boy artımındakı problemləri həll etmək mümkündür. Bu hormon axşam saatlarında vurulur. Çünkü boy hormonun ifrazı məhz axşam saatlarına təsadüf edir. Beləliklə, mütəxəssis hədəf boya, hətta valideynlərin boylarından belə hündür boya nail ola bilir. Bundan başqa müxtəlif fiziki məşqlər və düzgün qidalanma təyin edilir. Hədəf boyunu hesablamaq üçün xüsusi düstur var. Oğlan uşaqları üçün hədəf boy belə hesablanır: (atanın boyu (sm)+ananın boyu (sm)+13)/2±6-7 sm, qızlar üçün isə hesablama belə aparılır: (atanın boyu (sm)+ananın boyu (sm)-13)/2±6 sm. Mövzu ilə bağlı videolar:     © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. 

Published: 13.04.2018

Virus hepatitləri
 hekimtap.az

Virus hepatitləri

Virus hepatitləri nədir? Virus hepatitləri geniş yayılmış və təhlükəli qaraciyər xəstəliyidir. Virus hepatitlərinin 6 növü var və onlar iki qrupa bölünür – enteral (ağızdan) və ya parenteral (qan vasitəsilə) yoluxma mexanizmi ilə. Birinci qrupa A və E, ikinci qrupa isə B, C, D və G hepatitləri aiddir.   Hepatit A Virus hepatitləri arasında ən geniş yayılmışı hepatit A-dır. Yoluxan məqamdan xəstəliyin ilkin əlamətləri özünü göstərənə kimi 7-50 gün vaxt keçir. Çox vaxt xəstəliyin başlanğıcı hərarətin qalxması ilə müşahidə olunur və qripi xatırlada bilər. Əksər hallarda spontan sağalır və aktiv müalicə tələb etmir. Xəstəlik ağır keçərsə, virusun qaraciyərə göstərdiyi toksiki təsirin qarşısını almaq üçün damar daxili infuziya təyin olunur. Hepatit B Hepatit B virusu cinsi yolla, qeyri-steril şprislərin istifadəsi zamanı və anadan körpəyə yoluxur.  Tipik hallarda xəstəlik temperaturun qalxması, zəiflik,oynaqlarda ağrı, öyümə və qusma ilə başlayır. Qaraciyər və dalaqda böyümə müşahidə edilir. Həmçinin, sidiyin tündləşməsi və nəcisin rəngsizləşməsi də qeydə alına bilər.     Hepatit C Virus hepatitlərinin ən ağır formasıdır, ona posttransfuzion hepatit də deyirlər. Bu, o deməkdir ki, insan xəstəliyə qan köçürmə zamanı yoluxub. Hepatit C-yə yoluxma tez-tez narkomanlarda şpris vasitəsilə, həmçinin, cinsi yolla və anadan körpəyə ola bilər. Bu xəstəliyin xroniki forması daha təhlükəlidir, belə ki, qaraciyərin sirrozu və xərçəngi ilə nəticələnə bilər. Hepatit C-nin xronikiləşməsi xəstələrin təxminən 70-80%-də baş verir. Hepatit C-nin bu virusun digər formaları ilə yanaşı gedişatı xəstəliyi ağırlaşdıra və ölümə səbəb ola bilər.   Hepatit D Hepatit D virusu antropoz infeksiya olub, qaraciyəri zədələyir. Onun inkişafı üçün hepatit B-nin yanaşı gedişatı vacib şərtdir.  Hepatit E Hepatit A-ya bənzəyir, lakin tədricən inkişaf edir və hamilə qadınlar üçün daha təhlükəlidir. Hepatit G Hepatitlər ailəsindən sonuncusu olub, hepatit C-yə bənzəyir, lakin nisbətən az təhlükəlidir. Virus hepatitlərinin əlamətləri Yoluxma məqamından ilkin əlamətlərin yaranmasınadək  hepatit A-da 2-4 həftə, hepatit B-də 2-4, bəzən 6 ay vaxt keçir. Bü müddət ərzində virus orqanizmdə çoxalır, adaptasiya olunur və özünü göstərməyə başlayır. Sarılıq yaranmazdan əvvəl hepatit qripi xatırladır və hepatit A-da olduğu kimi temperaturun yüksəlməsi, baş ağrısı, ümumi halsızlıqla müşahidə olunur. Hepatit B və C-də bir qayda olaraq, əlamətlər tədricən inkişaf edir, bədən hərarəti birdən qalxmır. Hepatit B virusu özünü çox da yuxarı olmayan temperatur, oynaqlarda ağrı, bəzən səpgilərlə büruzə verir. Hepatit C-nin ilkin əlamətləri zəiflik və iştahanın azlamsı ilə məhdudlaşa da bilər. Lakin bir neçə gündən sonra mənzərə dəyişir: iştaha itir, sağ qabırğaaltı nahiyədə ağrı yaranır, öyümə, qusma müşahidə edilir, sidiyin rəngi tündləşir, nəcis isə rəngsizləşir. Həkimlər qaraciyərin, nisbətən az hallarda dalağın şişməsini qeydə alırlar. Qanda hepatit üçün səciyyəvi olan dəyişikliklər aşkara çıxır.             Hepatitlərin kliniki gedişatı müxtəlif ola bilər: yüngül, orta ağırlıqlı və ağır formalı. Bundan başqa, fulminant forma var ki, o çox böyük sürətlə inkişaf edir. Bu, hepatitin ən ağır forması olub, qaraciyərin massiv nekrozuna gətirib çıxarır, adətən pasiyentin ölümü ilə nəticələnir. Hepatitlərin xroniki gedişatı daha təhlükəlidir. Xronikiləşmə yalnız hepatit B, C, D formalarına aiddir. Hepatitlər üçün səciyyəvi əlamətlər günün sonuna kimi ümumi halsızlıq, adəti üzrə yerinə yetirilən fiziki yüklənmənin qeyri-mümkün olmasıdır. Xroniki virusun dərinləşməsi mərhələsində sarılıq, sidiyin tündləşməsi, dəridə göynəmə, qanaxma, arıqlama, qaraciyər və dalağın şişməsi qeydə alına bilər. Virus hepatitlərinin müalicəsi Hepatit A-nın davam etmə müddəti orta hesabla 1 aydır. Bu xəstəlik zamanı virus əleyhinə xüsusi müalicə tələb olunmur. Müalicəyə daxildir: bazis terapiyası, yataq rejimi, dietaya əməl olunma. Göstəriş olarsa, dezintoksikasiya terapiyası (vena daxili və ya peroral) və simptomik terapiya aparılır. Adətən, spirtli içkilərin qəbulunu qadağan edirlər,çünkü bu, zəhərli maddə kimi onsuz da zədələnmiş qaraciyəri daha da zəiflədə bilər.       İfadə olunmuş klinik simptomlu kəskin hepatit B virusu 80%-dən çox hallarda sağalma ilə nəticələnir.      Əgər hepatit B xronikiləşərsə,  tədricən qaraciyərin sirroz və xərçənginə gətirib çıxara bilər. Hepatit B-nin tam sağalması mümkün olmasa da, həkimin göstərişlərini yerinə yetirməklə onun gedişatını yüngülləşdirmək mümkündür. Bundan başqa, bazis terapiyasının aparılması mütləqdir. Virus əleyhinə müalicə həkimin ciddi nəzarəti altında aparılır. Virus əleyhinə müalicədə interferon qrupundan olan preparatlardan istifadə edilir. Müalicə uzun müddət davam edir, bəzən təkrar terapiyaya ehtiyac yaranır. Hepatit C – hepatitin ən ağır forması olub, demək olar ki, hər yeddinci xəstədə rast gəlinir. Belə xəstələrdə sirroz və qaraciyər xərçənginin inkişaf riski yüksəkdir. Müalicə sxemlərinin ən başlıcası interferon-alfadır. Hepatit D yalnız hepatit B-nin fonunda inkişaf edir. Hepatit D-nin müalicəsi stasionarda aparılmalıdır. Müalicə zamanı həm bazis, həm də virus əleyhinə terapiya aparılır. Hepatit E-ni müalicə etmirlər, belə ki, insan orqanizminin gücü bu virusu məhv etmək üçün yetərlidir. Adətən bir ay, ay yarıma tam müalicə olunur. Bəzən həkimlər baş ağrısı, öyümə və s. xoşagəlməz simptomlara qarşı simptomatik terapiya təyin edirlər. Virus hepatitlərinin profilaktikası Hepatit virusuna yoluxmamaq üçün elementar qaydalara əməl etmək lazımdır. Qaynanmamış su içmək tövsiyə olunmur, meyvə-tərəvəzi yumaq, qidaların termik emal etmək lazımdır. Bu vasitələrlə hepatit A-dan qorunmaq mümkündür. Ümumiyyətlə, başqa insanların bioloji mayesindən çəkinmək lazımdır.    Hepatit B və C-dən qorunmaq üçün başqasının qanı ilə kontakdan qorunmaq tövsiyə ounur. Buraya ülgüc, diş fırçası, dırnaq qayçısı üzərindəki mikroskopik ölçüdə olan qan hissəcikləri daxildir. Bu əşyaları digər insanlarla bölüşməyin. Qeyri-steril pirsinq və tatu da risk faktorlarına aiddir. Həmçinin, intim yaxınlıq zamanı da ehtiyat tədbirləri görülməlidir. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 12.04.2018

Lipofilinq (Yağ inyeksiyası) hekimtap.az

Lipofilinq (Yağ inyeksiyası)

Lipofilinq nədir? Lipofilinq bədəndən piylərin çıxarılıb başqa nahiyəyə transplantasiya edilməsi, köçürülməsidir. Bu, cərrahi əməliyyat olub, əməliyyatxanada tam steril şəkildə icra olunur. Lipofilinq yaşla və ya digər səbəblərlə bağlı üz və bədəndə yaranmış qüsurları aradan qaldırmaq üçün uğurla istifadə edilir.   Lipofilinq əməliyyatı nə zaman tətbiq olunur? Məsələn, əgər süd vəzi nahiyəsində sallanmalar, büzüşmələr varsa və pasiyent onun ölçülərini böyütmək istəyirsə, burada lipofilinq istifadə oluna bilər. Yəni bu zaman qarın və ya bud nahiyəsindən piylər çıxarılıb, sinə nahiyəsinə vurulur - nəticədə sinənin həcmi bir ölçü böyüdülə bilir. Yaşlanma ilə bağlı üzdə olan çökmələr, deformasiya sahələri, məsələn, qaşın üstündə və ya çənə nahiyəsində olan çökmə zamanı lipofilinqdən istifadə etmək olar. Düzdür, bu nahiyələri düzəltmək üçün gellər də mövcuddur, lakin onların çatışmayan cəhəti odur ki, bir ildən sonra sovrulur, sonda həmin gelləri yenidən bədənə vurmaq lazım gəlir. Bu da maddi cəhətdən əlverişsizdir. Lakin lipofilinq zamanı vurulan piyin 50%-i sovrulsa da, qalan 50%-i ömürlük pasiyentin orqanizmində qalır. Yəni ikinci əməliytyatdan sonra 100%-lik nəticəni rahatlıqla almaq olur. Ümumiyyətlə, lipofilinq əməliyyatını 2-3 dəfə təkrarlamaq mümkündür. Məsələn, üz və ya yanaq nahiyəsini böyütmək lazımdırsa,  lipofilinq əməliyyatını bir neçə dəfə təkrarlamaqla istədiyimiz nəticəni əldə edirik. Eyni zamanda, ayaqda əyriliklər varsa, bu əyrilikləri düzəltmək üçün və ya bilək nahiyyəsi həddindən artıq incədirsə, onu qalınlaşdırmaq üçün də lipofilinqdən istifadə olunur. Bəli, ayaq nahiyəsindəki əyrilikləri silikonla da korreksiya etmək mümkündür, lakin piyin üstünlüyü odur ki, o, orqanizm üçün yad maddə deyil, heç zaman infeksiyalaşmır, bədən onu özündən itələmir, tam olaraq yeridilmiş nahiyəyə bitişərək orqanizmin bir hissəsinə çevrilir. Lipofilinq Vaser üsulu ilə çıxarılmış piylərin tətbiqində daha yaxşı nəticə göstərir. Lipofilinqi digər liposaksiya üsullarından istifadə edərək də tətbiq etmək mümkündür. Lakin bu zaman çıxarılan piylər çox travmaya uğradığı üçün onların qalma faizi aşağı düşür (20-30%). Veyzer üsulunda isə piylər zərər görmədən  çıxarıldığından onların yaşama qabiliyyəti daha çoxdur və bu piyləri lipofilinqlə bədənə yeritdikdən sonra minimum 50% nəticə almaq olur, təcrübədə hətta, 80%-dək göstəricilərə də rast gəlinib. Lipofilinqdən popo nahiyəsindəki estetik qüsurları aradan qaldırmaq üçün də uğurla istifadə olunur. Lipofilinq əməliyyatından öncə həkim konsultasiyası Lipofilinq əməliyyatından əvvəl həkim konsultasiyası çox vacibdir. Belə ki, mütəxəssis pasiyenti dinlədikdən sonra lipofilinq əməliyyatının imkanlarını dəyərləndirir və müdaxilənin nə dərəcədə effektli olacağı barədə məlumat verir. Konsultasiya zamanı sağlamlığınızda olan problemləri də cərraha bildirmək lazımdır. Bəzən daha effektli nəticə almaq üçün başqa müdaxilələr də təklif oluna bilər.   Lipofilinq əməliyyatına göstərişlər:  – Üzdə qırış və qatların hamarlandırılması;  – Yanaq və ya çənədə korreksiyanın aparılması;  – Əl və ayaq quruluşunda korreksiyanın aparılması;  – Sinənin quruluşunun dəyişdirilməsi;  – Nazik dodaqların həcminin artırılması;  – Popo nahiyəsində korreksiyanın aparılması. Lipofilinq əməliyyatı 18 yaşdan yuxarı pasiyentlərə göstərişdir. Bütün digər əməliyyatlarda olduğu kimi, lipofilinq əməliyyatına da əks-göstərişlər var:  – Daxili orqanların patologiya və xəstəlikləri;  – Şəkərli diabet;  – Damar xəstəlikləri, xüsusən ateroskleroz;  – Müxtəlif mənşəli infeksion xəstəliklər;  – Onkoloji xəstəliklər;  – Qan laxtalanması pozuntuları.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 10.04.2018

Dəri-zöhrəvi xəstəliklərinin diaqnostika və müalicəsi
 hekimtap.az

Dəri-zöhrəvi xəstəliklərinin diaqnostika və müalicəsi

Dəri-zöhrəvi xəstəliklərinin diaqnostikası 50%-i həkimin təcrübəsindən asılı olduğu halda, 50%-i də laborator müayinə metodlarının dəqiq və düzgün olmasından asılıdır. Laboratoriya və müasir müayinə metodları həkimin köməkçisi qismində çıxış etməlidir. Yəni laborator müayinə həkimin kliniki olaraq qoyduğu diaqnozu dəqiqləşdirmək üçündür. Hər bir həkimin güvəndiyi laboratoriya və müayinə metodu var. Ümumiyyətlə, laborator və ya instrumental müayinə metodları pasiyentin deyil, həkimin yardımçısı olmalıdır və pasiyent də öz növbəsində, həkimin dediklərinə güvənməlidir. Ola bilər ki, laboratoriya həkimin qoyduğu diaqnozu təsdiq etməsin. Əgər təcrübəli həkim qoyduğu diaqnoza əmindirsə, o zaman pasiyenti başqa laboratoriyaya - təkrar analizə yönəldir. Çünki bəzi hallarda laborator analizlərin cavabları dəqiq olmaya da bilər. “Aysmed” klinikasında laboratoriya çox yüksək səviyyədə qoyulub və bütün standartlara cavab verir. Bu laboratoriyada analizlərin nəticələri çox dəqiq, güvənli, sürətli və effektivdir. Ümumiyyətlə, bütün daxili orqanların xəstəlikləri özünü dəridə büruzə verir. Bu baxımdan müalicə həkimləri az da olsa, dəri xəstəlikləri haqda məlumatlı olmalı, dəri həkimləri isə bütün daxili orqanların xəstəliklərini bilməlidirlər. Yəni daxili orqanların xəstəliklərini sırf dəri xəstəliklərindən ayırmağı bacarmaq lazımdır. Dəri xəstəlikləri 3 qrupa bölünür: dərinin infeksion xəstəlikləri, dərinin xroniki xəstəlikləri və dərinin iltihabi xəstəlikləri. “Aysmed” klinikasında adları çəkilən xəstəliklərin vaxtlı-vaxtında diaqnozu qoyulur və effektiv müalicəsi aparılır. Buraya kosmetik problemlər, üz dərisinin iltihabi və infeksion xəstəlikləri, saç problemləri və digər dəri xəstəlikləri aiddir. Xəstəliyin düzgün müalicəsi üçün pasiyent peşəkar həkimə müraciət etməlidir, çünki təcrübəsiz həkimin müdaxiləsi zamanı xəstəliyin əlamətləri pozulur və diaqnoz qoymaq çətinləşir. Tövsiyə olunur ki, xəstəliyin ilkin əlamətləri müşahidə edilən kimi mütəxəssisə müraciət edəsiniz. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 10.04.2018

Spinner