Язык:
Русский
Karpel Tunel sindromunun müalicəsi varmı?
23 февраля 2018 12297Karpel tunel sindromu bilək nahiyyəsində sinirlərin sıxışması səbəbilə meydana çıxan əlamətlərdir.
Bu sindromun qarşısını tamamilə almaq mümkün deyil. Ancaq müəyyən qədər qarşısını almaq və ya yaranan ağrıların şiddətini azaltmaq mümkündür. Onlardan bir neçəsi:
– Əl və biləklərinizi mütəmadi olaraq hərəkət etdirməkdən çəkinməli,
– Masa arxasında çalışırsınızsa qol və ayaqlarınızı uzun müddət sabit saxlamaqdan çəkinməlisiniz.
– Əllərinizi isti tutmalısınız (Soyuq əllər, ağrı, sərtliyi daha da ağırlaşdırıla bilər)
– Əl və biləkləri yükləməyən işlər görmək faydalıdır
– Əlləri titrədən işlərdən, hansısa hərəkətlərdən uzaq durmalısınız.
Bununla şikayətləri minimuma endirə bilərsiniz.
Xəstəliyin diaqnozu erkən qoyularsa, daha asan hərəkətlərlə ağrıların qarşısını ala bilərsiniz. Ağrıkəsiciləri bu müddətdə istifadə edə bilərsiniz.
Əksər insan biləklərini bükərək yatır. Bu zaman da sinirlərə təzyiq yüklənir. Həkiminiz hansısa bilərziyi taxmağı sizə məsləhət edə bilər. Bununla biləyiniz düz formada qala bilər. Nəticədə əl biləyiniz daha az ağrıyar. Aparılan araşdırmalara görə, gecə bilərzikdən istifadə Karpel Tunel sinndromunun müalicəsində önəmli rol oynayır.
Tibbin son nailiyyətlərindən biri kimi proloterapiyanı göstərə bilərik. Proloterapiya ilə boyun, bel, diz və oynaqlarda olan ağrılardan düzgün diaqnoz və professional həkimin köməyi ilə qurtulmaq olar. Proloterapiya Karpel Tunel sinndromunun müalicəsində mühüm rol oynayır. Azərbaycanda bununla yeganə həkim məşğul olur ki, bu həkim nevroloq Sevinc Həmidovadır.
Bütün tədbirləri aldığınız təqdirdə təkrarlayan ağrılarınız varsa, biləyinizi əlavə gücə salmaq sindromu sadəcə şiddətləndirə bilər. Ağrı, uyuşma qol və çiyinlərə qədər yayıla bilər. Adətən əməliyyat zamanı karpel tunelin üzərindəki təzyiq götürülərək ağırlıq qaldırılır.
Əməliyyatdan dərhal sonra əlinizi ürəyinizin üzərinə qoyaraq və barmaqlarınızı tez-tez hərəkət etdirərək rahatlaya bilərsiniz. Adətən ağrılar əməliyyatdan sonra 2-3 ay daxilində düzəlir, ancaq travmanın tamamilə yaxşılaşması 6 aydan 1 ilə qədər çəkə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1