Язык:
Русский
Toksikodermiya nədir?
24 августа 2020 16967Toksikodermiya dərinin kəskin iltihabi dəri xəstəliyidir.
Xəstəliyin şiddəti, vücuda daxil olan allergenin miqdarına və vücudun həssaslıq dərəcəsindən asılıdır. Əksər zaman buna kimyəvi maddələr, dərmanlar səbəb olur. Qida toksikodermiyası, müəyyən qidalara allerjik reaksiya göstərən insanlarda daha çox müşahidə edilir.
Xəstəliyin yaranmasına səbəb olur:
- orqanizmə daxil olan keyfiyyətsiz qidalar
- toksiki maddələr
- bəzi dərman preparatları
Bəs əlamətləri nədir?
Həmçinin xəstədə yüksək hərarət, oynaq ağrıları, halsızlıq görünə bilər. Yaranan səpkilər 10-14 gün ərzində yoxa çıxa bilir. Adətən ilk olaraq üzdə, yaranmağa başlayaraq yayılır.Səpkiləri qaşımamağa diqqət göstərilməlidir.Çünki əks halda daha ciddi dəri problemləri ilə üzləşmək ehtimalı çoxalır.
Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir. İlk olaraq dəridə allergik reaksiyanın əmələ gəlməsinə dərmanlar səbəb olubsa dərman qəbulunu saxlamaq lazımdır.Yox əgər xəstəlik hansısa qida səbəbli meydana çıxıbsa onun qəbulu təcili dayandırılır.
Toksikodermiya zamanı əsas diqqəti xəstədə olan xroniki xəstəliklərə yönəltmək lazımdır.Belə ki,xəstənin həzm sistemini normallaşdırmaq,sinir sisteminə nəzarət eləmək və şəkər xəstəliyinin olub-olmamasını diqqət altında saxlamaq lazımdır.
Həkimin təyin etdiyi müalicəyə riayət etməklə problemdən xilas olmaq mümkündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1