bel ağrılarının proloterapiya ilə müalicəsi

Bel ağrılarının əməliyyatsız müalicəsi: Proloterapiya

23311
Müəllif: Osteopat Elfanə Süleymanova , (+994) 50 302-82-56

Paylaşıldı: 30.09.2017
Elfanə Süleymanova

Proloterapiya etdirmədən əməliyyat qərarı almayın!

Proloterapiya  ABŞ-da 60-70 ildir, inkişaf etmiş ölkələrin bir çoxunda da uzun illərdən bəri tətbiq edilən, xüsusiylə əzələ-oynaq sistemin ağrılarının müalicəsində müvəffəqiyyətli bir müalicəsi metodudur. Türkiyədə ilk dəfə 2008-ci ildən Uzm. Doktor İlker Solmaz tərəfindən  tətbiq edilmişdir. Mənim də proloterapiya ilə tanışlığım Uzm. Doktor İlkər Solmazı tanımaqla başladı. Onun işinə olan sevgisi, hər gün sağalan xəstələrin minnətdarlıq hissi mənim proloterapiyanı daha da çox araştırmağıma, daha dərində öyrənməyimə səbəb oldu. Ölkəmizdə ilk dəfə 2015-ci ildən mənim tərəfimdən icra edilir. Hər gün daha da çox sağalan xəstələr bu müalicə metoduna marağımı zaman keçdikcə daha da artırdı.  Bu metodun əsasında proleferativ olaraq adlandırılan hüceyrə və toxuma bərpaedici və qıcıqlandırıcı məhlulların bədənə inyeksiyası dayanır.

İnyeksiya edilən hipertonik şələrli məhlul oynaqlada, vətərlərin əzələlərə birləşmə yerlərində və vətərlərin oynağa yapışma yerlərində keçici mikrobsuz iltihab yaradaraq, nəticədə orqanizm həmin nahiyədə qan və qida dəstəyini artırır, və zədələnmiş toxuma bərpa edilir.

Proloterapiya orqanizmin özü-özünü sağaltma mexanizmini işə salaraq müalicə edir. Bağlarda toxuması və qığırdaqlarda təzələnmə yaranır. Bununla bərabər oynaq, vətər və əzələ ağrıları da aradan götürülür. Müalicə zədələnmiş nahiyədə toxumanın yenilənməsi və bərpasına əsaslanır. Buna uyğun olaraq, proloterapiya sözü proleferasiyanın (çoxalma, artış) qısaldılmış forması olan “prolo” sözündən yaranmışdır.

Bədənin hər hansı nahiyəsində cırılmış, zədələnmiş bağ toxuması və oynaq ağrıları, bel yırtığı, diz burxulması, diz çarpaz bağının zədələnmələri, boyundan yaranan başağrıları, kürək və boyun-bel ağrısı, oynaq və ya onurğanın cərrahiyyə əməliyyatları sonrası davam edən ağrılar, çiyin ağrılarıvə vətər zədələnmələri, diz kirəclənməsi (artrozu) kimi xəstəlikləri proloterapiya ilə müvəffəqiyyətli nəticələr alınır.

Proloterapiya bir çox digər müalicə növlərindən fərqli olaraq təkcə ağrını kəsmir, ağrının səbəbini müalicə edir.

Proloterapiya aşağıdakı xəstəliklərin müalicəsində istifadə edilir:
 - Bel ağrıları ( bel yırtığı, osteoxondroz, əməliyyat sonrası);
 - Boyun ağrıları ( boyun yırtığı, osteoxondrozu, əməliyyat sonrası);
 - Kürək ağrıları ( yırtıq, osteoxondroz, əməliyyat sonrası);
 - Onurğada, döş qəfəsində və qabırğalarda keçməyən əzələ və bağ ağrıları;
 - Tendonit və ligamentit ( vətər və bağlarda sğalmayan xroniki ağrlar);
 - Artroz;
 - Ayaq və el biləyi burxulması sonrası keçməyən ağrılar;
 - Koksigodinia (büzdüm ağrısı);
 - Skalioz;
 - Osteit pubis;
 - Diz ağrıları (xondromalazi, diz kirəclənməsi, menisk və ligament zədələnmələri);
 - Tenisçi və qolfçu dirsəyi ( epikondilit);
 - Morton nevrinoması;
 - Spondilolistezis (bel sürüşməsi);
 - Karpal Tunel Sindromu;
 - Donmuş çiyin.

Xəstə səbirli olub həkimin məsləhətlərinə əməl etdikdə proloterapi ilə sağalma 70-80% təşkil edir.

 

Açar sözlər:
#boyun #dos #bel #ayag #el #bilek #topug #barmag #kurek #ezele #agrisi #fibromialgiya #karpal #kubital #ulnar #tunel #sindrom #veter #bag #kireclesme #duzlasma #osteoxandroz #artroz #oynag #agrisi #gigirdag #eyilmesi #bel #serpmesi #disk #surusmesi #sinir #sixismasi #radikulit #ezele #dartinmasi#

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az