Язык:
Русский
Daha öncəki məqaləmizdə bel yırtığı barədə məlumat vermişdik. İndi isə bu xəstəliyin müalicə formalarını araşdırdıq.
Belə ki, bel yırtığının müalicəsi disk adlandırdığımız elastik maddənin ayağa gedən sinirlərə etdiyi təzyiqin dərəcəsinə bağlıdır. Əgər sadəcə bel və ayaq ağrısı mövcud, hansısa bir uyuşma, hərəkətdə məhdudiyyət yaranmayıbsa, bu, xəstəliyin başlanğıcındasınız deməkdir. Bu zaman xəstəyə əzələ rahatlaşdırıcı dərmanların verilməsi, yataq istirahəti və belini çətinə salacaq hərəkətlərdən qaçınmaq tövsiyə edilir.
Xəstəyə edilən tövsiyələr bunlardır:
- Xəstə qətiyyən iki kq-ı keçən ağırlıqları qaldırmamalıdır.
- Önə və yanlara doğru əyilmə, belin bükülməsi qadağan edilir.
- Əgər xəstənin sənəti oturaqdırsa, o zaman 20 dəqiqədən bir durub yeriməlidir.
- Xəstənin yuxarı doğru uzanması qadağan edilir. Yuxarıya qoyulan nəisə götürülməlidirsə, stuldan və ya nərdivandan istifadə edilməlidir.
- Bel daima isti saxlanılmalıdır, soyuğa verilməli deyil.
- Yataq istirahəti vacibdir.
Əgər bunların qarşılığında isə ağrılar irəliləyərsə fizioterapiya tətbiq olunmalıdır. Bu mütəxəssis tərəfindən edilməlidir.İlk zamanlar ağrılarda artım müşahidə edilsə də sonradan fayda görülür.
Yenə də faydalı olmazsa onda xüsusi iynə mövcuddur ki (nükleoplast metodu) rentgen əsasında iynə vurularaq disk isidilir, daxildəki sinirlər bərpa edilir. Bunun üçün xəstəxanada yatmaq tələb edilmir. Tək seansdır. Hansısa riski mövcud deyil. Müvəffəqiyyət çox zaman qazanılır.
Tibbin son nailiyyətlərindən biri kimi proloterapiyanı göstərə bilərik. Proloterapiya ilə boyun, bel, diz və oynaqlarda olan ağrılardan düzgün diaqnoz və professional həkimin köməyi ilə qurtulmaq olar. Azərbaycanda bununla yeganə həkim məşğul olur ki, bu həkim nevroloq Sevinc Həmidovadır.
Fizioterapiya da xəstə üçün faydalı olmazsa daha da ayaqda incəlmə, tualet ehtiyacı saxlana bilmirsə, dayanılmaz ağrılar mövcuddursa tək çarə cərrahi müdaxilədir. Onuğara çıxan sinirlərə yüklənən təzyiq qaldırılmalıdır. Əgər bu tətbiq edilməsə istənilməyən nəticələr verə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1