Язык:
Русский
Boyun ağrılarının müalicəsi
21 февраля 2018 15487Müalicə zamanı pasiyentin hansı əlavə xəstəlikdən əziyyət çəkdiyini bilmək vacib şərtdir.
Boyun xəstəlikləri pasiyentin diaqnozundan asılı olaraq müalicə edilir. Belə ki, müalicə planlaşdırılan zaman xəstəliyin akut, subakut, ya da xronik olub-olmadığına görə mərhələlər təyin edilir. Bəzən istirahət, bəzən əməliyyat planı dəyərləndirilir.
Müalicə zamanı müxtəlif dərmanlardan istifadə edilir. Hansı dərmanların nə qədər müddətə verilməsi həkimdən asılıdır. Ağrının şiddətindən asılı olaraq bəzi kremlər də məsləhət görülə bilər. Gündə 1-2 dəfə tətbiq edilən bu məlhəmlərin yüngül formada nahiyəyə çəkilərək ovalanması mühümdür. Daha sonra isə isti məhraba ilə həmin ağrıyan nahiyə örtülür. Əgər dəridə qızarıqlıq, allergiya ilə bağlı səpkilər, yaralar varsa belə müalicəvi kremlər adətən məsləhət görülmür.
Təbii ki müalicənin başqa üsulları da var. Fizioterapiya ilə də ağrılar azaldıla bilir. Belə ki, burada əsas məqsəd ağrını azaltmaq, gərgin əzələləri rahatlaşdırmaq, boyun hərəkətlərinin fəaliyyətini daha da aktivləşdirməkdir. Fəqərələr arasında olan gərginliyi azaltmaq üçün bəzən həmin nahiyəyə istilik tətbiq edilir.
Bu ev şəraitində isidilmiş dəsmal da ola bilər. Nəzərinizə çatdıraq ki, xüsusilə ağrılı nahiyyənin səbəbi travma və ya ağrılı iltihabdırsa bəzən istilik vermək əks təsir yarada bilər. Bu səbəbdən həkim göstərişi olmadan bu üsuldan istifadə etmək olmaz. Ürək xəstəliklərindən və yüksək təzyiqdən əziyyət çəkənlər bu üsula çox diqqətlə yanaşmalıdırlar. Və ya heç bu müalicəni seçməkləri doğru olmaya bilər.
Bəzən boyun ağrıları o qədər şiddətli olur ki, nəinki massaj, belə xəstələrə toxunmaq belə olmaz. Əgər dəridə yara, allergiya, qızarıqlıq, şişlik varsa massajı düşünmək olmaz.
Massaja icazə verilən xəstələrdə isə bu, yüngül başlanmalı daha sonra isə dərin nöqtələri massaj etmək mümkündür. Həmçinin massajın əllə vurma, titrəmə yaratmaq kimi müxtəlif üsulları vardır.
Tibbin son nailiyyətlərindən biri kimi proloterapiyanı göstərə bilərik. Proloterapiya ilə boyun, bel, diz və oynaqlarda olan ağrılardan düzgün diaqnoz və professional həkimin köməyi ilə qurtulmaq olar. Azərbaycanda bununla yeganə həkim məşğul olur ki, bu həkim nevroloq Sevinc Həmidovadır.
Boyun ağrılarının akut mərhələsində karsetdən istifadə edilə bilər. Karsetdən istifadə müddəti 3, hətta 4 həftəyə qədər uzadıla bilər. Hansı karsetdən istifadə travmanın dərəcəsi ilə əlaqədar olaraq dəyişdirilə bilər. Boyun karsetləri bu məqsədlə daha çox istifadə edilir. Akut mərhələ keçdikdən sonra isə karset gecə çıxarılıb gündüz taxılır. Daha sonra isə tamamilə çıxarılır. Birdən-birə karseti çıxarmaq düzgün deyil. Bir gün taxıb, digər gün taxmamaqla 10-15 gün ərzind tamamilə istifadədən uzaqlaşdırılır.
Boyun ağrılarının yaranma riski varsa bu zaman qarşısını almaq üçün boyun idman hərəkətlərindən istifadə etmək vacibdir. Qoruyucu boyun hərəkətləri ən az həftədə 3 dəfə edilməli, 20 dəqiqədən az olmamalıdır. Tədbir məqsədli edilən hərəkətlər hər gün edilməli və gündə 2-3 dəfədən az olmamalıdır. Hərəkətlərin nə qədər çəkəcəyi və ya artırılacağını yanlız həkim təyin edə bilər.
Belə hərəkətlərə bunlar daxildir:
- Əzələləri rahatlaşdırmaq
- Boyun çevirmə
- Çiyin saatı
- Boyun saatı
- Bel əzələlərini rahatlaşdırmaq
- Qabırğanın gərilməsi
Qeyd edək ki, bəzi idman növləri də boyun ağrıları yarada bilər. Bunlardan ən əsasları basketbol, cudo, bos, gimnastika və s.
Ancaq xəstəlik səiyyəsində boyun ağrıları bəzən cərrahi üsulla da yaxşılaşdırıla bilər ki, bunu həkim şiddətdən asılı olaraq təyin edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1