Language:
English
Karpal Tunel sindromu nədir?
26 July 2020 9171Əl biləyinizdə şiddətli, mütəmadi yaranan ağrı hiss edirsinizsə, hissiyyat itkisi və ya uyuşma yaranırsa bu karpal tunel xəstəliyinin xəbərçisi ola bilər. Bu bilək, barmaqlarda sinirlərin sıxışması ilə özünü göstərir. Sinirlərin əzələ toxumasına, sümüklərə göstərdiyi təzyiq nəticəsində ağrı meydana gəlir.Adətən 3 barmaqda daha çox müşahidə edilir. 40 yaşdan yuxarı insanlarda daha çox görülür.
Kimlər daha çox risk altındadır?
30-60 yaş arası insanlar
Qadınlar
Kompyuterdən çox istifadə edənlər
Uzunmüddət telefonla danışanlar
Günün yarısını maşından istifadə edənlər(sürənlər)
Musiqiçilər
Dərzilər
Tennis oyunçuları və s.
Bəs hansı vəziyyətlər bu xəstəlik riskini artırır?
Hamiləlik
Revmatizm xəstəliyi
Diabet
Xroniki böyrək çatışmazlığı
İnfeksiyalar
Şişlər
Artıq çəki
Boyun yırtığı əməliyyatından sonra
Bilək burxulması problemləri
Bəs xəstəliyin əlaməti nədir?
Əlin ilk üç barmağında ağrı
Baş barmaqda uyuşma hissi
Qol hərəkət etdirildiyi zaman artan yanma, ağrı hissi
Bilək ağrıları
Əl əzələlərində ağrı
Qoldan çiyinə qədər uzanan ağrı
Bəs müalicəsi necə aparılır?
Cərrahi və dərman müalicə üsulundan istifadə edilə bilər. Bu problemdən əziyyət çəkənlərin hər birinin əməliyyat olunması vacib deyil. Bununla yanaşı altda yatan əsas xəstəliklər müalicə edilməlidir.
Həmçinin edilən bəzi fiziki hərəkətlər də xəstəlik zamanı effektli ola bilər. Bunu vəziyyətinizə, şikayətinizə uyğun həkiminiz təyin etməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1