Language:
English
Tıxanan qulaqlar necə açılır? - Üsullar
09 March 2018 34722Adətən ciddi problem kimi baxılmasa da tıxanan qulaqlar insane narahatçılıq verir. Normal eşitmə qabiliyyətini itirmək qulaqda dolğunluq hissi ilə nəticələnir.
Evdə edə biləcəyiniz təbii dərmanlarla tıxanan qulaqlarınızı asanlıqla aça biləcəksiniz.
- Dərin nəfəs alın və ağzınızı bağlayın
- Burnunuzu barmaqlarınız arasında sıxışdırın və başınızı yüngül formada geriyə doğru əyin.
- Qulaqlarınızı tənzimləmək üçün burnunuza yüngülcə üfürün . Bu zaman qulaqda pop səsi eşitməlisiniz.
- Yenidən təkrarlamağa ehtiyac olsa bir neçə dəqiqə gözləyin.
- Əsnəmək udmağa bənzər şəkildə qulaqlardakı hava təzyiqini bərabərləşdirməyə kömək olur.
- Qulaqlarınız tıxaldırsa ağzınızı mümkün qədər açın və əsnəyin.
- Zeytun yağı, tıxanmış qulaqları təmizləmək üçün evdə edə biləcəyiniz asan dərmandır. Tıxanıqlığın səbəb olduğu mayeləri boşaltmağa kömək edir. Kiçik qulaq infeksiyalarını müalicə edər. Zeytun yağını sobada isidin. İsitmək üçün isti su dolu bir qabda da saxlaya bilərsiniz.
- Tıxalı qulaq yuxarı baxacaq şəkildə başınızı yan tərəfə yatızdırın. Damla ilə qulağa bir neçə damcı isti zeytun yağı tökün.
- Qulaqlarınızın açılması üçün 10 dəqiqə gözləyin.
- Xaric hissəsinə pambıq qoyun və yağın pambığa boşalması üçün digər tərəfə dönün.
- Fenlə də tutulmanı açmaq mümkündür. Bunun üçün normal istiliyə gətirilən feni həmin qulağa tutun. 5 dəqiqə bunu edin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1