Language:
English
Kişilərdə sonsuzluğun qarşısını alan qidalar
09 March 2018 12637Sonsuzluq, bütün dünyada bir çox xəstəlik səbəbi ilə 60-80 milyon cütlüyə təsir edən sağlamlıq problemidir. Cütlüklərin təxminən 100-də 40-da sonsuzluğun səbəbi kişi faktorudur. Türkiyəli mütəxəssis Necmettin Penbegül, kişi sonsuzluğunun səbəbləri və müalicə əsnasında qidalanma aktorunun vacibliyi haqqında məlumatlar verib. Piylənmə və yağlı qidalanma sperma quruluşunu pozur. Trans yağ asidləri və doymuş yağların seçimi maddələr mübadiləsinə mənfi təsir edir. Bu da sonsuzluğa yol açır.
Sağlam qidalanma sonsuzluq müalicəsinin bir parçasıdır.
Sosis, kolbasa və bu qəbilədən olan qidalar sperma keyfiyyətinə mənfi təsir göstərir.
- Quzu əti başda olmaqla qırmızı ət və ət məhsulları;
- Süd və süd məhsulları;
- Balıq və xüsusilə soyuq dəniz balıqları;
- Antioksidanlarla zəngin meyvə və tərəvəzlər;
- Buğda məhsulları;
- Yer fıstığı kimi yağlı qidalar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1