Language:
English
Qida boğulmaları zaman ilk yardım
09 March 2018 13120Yediyimiz qidaların yanlışlıqla nəfəs yolumuza qaçması hər kəsin başına gəlib. Əksər zaman isə bir dəfə öskürməklə bundan xilas olmaq mümkün olub. Ancaq tənəffüs yolu problemi olan insanlar yedikləri qidaların nəfəs borusuna daha tez keçməsi mümkündür. Sosiska, çörək, fındıq, fısdıq, üzüm, çiy kök yemək boğulmağa səbəb olan qidalardandır.
Qida ilə əlaqəli boğulma hadisələrinin qarşısını almaq üçün tədbirlər görülməlidir. Belə qidalar nəzarət altında yeyilməlidir. Bu vəziyyət uşaqlarda daha təhlükəlidir.
- Öncə boğulan birinə tez müdaxilə şərtdir.
- Boğulan insanlarda adətən danışmaq çətinliyi yaranır.
- Nəfəs almaqda çətinlik çəkərlər.
- Öskürməyə başlayarlar və dodaqlar göyərməyə başlayar
- Boğulan şəxsə ilk olaraq necəsən sualı verilməlidir ki, vəziyyət tam olaraq təsbit edilsin
- Əgər cavab verə bilmirsə və yardım istəyirsə həmin şəxsin arxasına keçərək kürək hissəsinə 5 dəfə vurun. Bu əsnada da təcili yardımı çağırın.
- Belə vurmaqla yad cisim çıxmırsa, şəxsin arxasına keçərək bir əlinizi yumruq şəklində sıxıb şəxsin sinə sümüklərinə yəni sümüyün qarın ilə birləşdiyi yerə yerləşdirin. Digər əlinizlə yumruğunuzu qucaqlayıb şəxsi yuxarı qaldırarmış kimi sıxın. Bu hərəkət böyük ehtimal yad cismi çıxaracaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1